Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

“Şeyx Sənan” müəllifin yaradıcılığında yüksək  sənətkarlıqla 

yaradılmış birinci mənzum dram idi. Bu faciə həqiqi şeir, poeziya 

dilində, son dərəcə zəngin, emosional dildə yazılmış bir əsər idi. 

Burada cümlə quruluşlarında sərrastlıq, cümlələrin bir-birinə mü-

nasibətlərindəki möhkəm məntiqi əlaqə, axıcılıq, sözə qənaət, yığ-

camlıq, üslubdakı qüvvət, kəskinlik xüsusilə diqqəti cəlb edirdi. 

Yuxarıda dedik ki, Cavid yaradıcılığının birinci dövründə  öz 

əsərlərində iki müxtəlif üslubdan (klassik şeir və şifahi xalq şeiri 

üslubundan) istifadə edib hər iki üslubu müstəqil surətdə yaşat-

mağa çalışırdı. “Şeyx Sənan”da isə bu iki üslubu təbii bir yol ilə 

birləşdirməyə doğru inkişaf edirdi. Faciə əsasən klassik şeir üslu-

bu ruhunda yazılmışdır. Lakin bir dram əsəri kimi konkret janrın 

tələblərindən asılı olaraq burada klassik, ədəbi dil, şeir dili və 

üslubu normaları xüsusən mükalimələrdə canlı danışıq normaları 

ilə birləşirdi. Faciədəki  yeni mənzum dram dili, üslub xüsusiy-

yətləri də  hər  şeydən  əvvəl klassik ədəbi dil normalarının canlı 

danışıq dilinin normaları ilə zənginləşdirilməsi yolunda yaranmış-

dı. Bu xüsusiyyət faciənin birinci səhnəsində  Zəhra,  Əzra,  Şeyx 

Əbuzər arasındakı mükalimədə özünü aydın göstərir. 


Úàâèäè õàòûðëàðêÿí 

229 


Janrdan başqa, mövzunun da dilə, üsluba təsiri çox böyükdür. 

“Şeyx Sənan” faciəsi mövzusuna görə, yüksək, ciddi təntənəli 

üslubda yazılmışdır. Buna görə də bəzi tiplərin, xüsusən şeyxlərin 

dilində “eşqi-ruhani”, “zövqi-nəsvani”, “sultani-eşq”, “rəhnü-

mayi-ürfan”, “rəhbəri-vicdan”, “məzhər”, “həmra” kimi təriqət 

ədəbiyyatı ilə əlaqədar olan ənənəvi farsi tərkiblər, sözlər işlədil-

mişdir. Lakin bunlar faciənin dili üçün qətiyyən səciyyəvi de-

yildir.  Əksinə,  ən səciyyəvi cəhət ondan ibarətdir ki, Cavid bu 

əsərində mümkün qədər ərəb, fars tərkiblərini az işlətməyə çalış-

mışdır. Bu əsərdə,  şüurlu surətdə Azərbaycan sözləri, tərkibləri 

əvəzinə fars, ərəb tərkibləri, sözləri işlətməyə meyl yox idi. Əgər 

bəzən “xaki-İran”, “Nəsimi-dilgüşa”, “Qəlbi-giryan” kimi tər-

kiblər işlətmişdisə  də bunları  əruzun müəyyən vəznləri gətirirdi. 

Cavidin sonradan (1920-ci ildən sonra) elə əsəri olmuşdur ki, əruz 

vəznində yazıldığına baxmayaraq onlarda nümunə üçün belə 

olsun ərəb-fars tərkibləri işlədilməmişdir. Bu yenilik Sovet haki-

miyyəti illərində dil siyasətinin, ədəbi-bədii dilin sadələşdirilməsi 

uğrunda aparılan mübarizənin təsiri və nəticəsi idi. “Şeyx Sənan” 

faciəsinin dili göstrərirdi ki, fars-ərəb tərkiblərindən uzaqlaşmaq 

səyi ilk addımlar  şəklində olsa da Hüseyn Caviddə 10-12-ci 

[1910-1912] illərdən başlamışdır. Aşağıdakı misallar bu fikri 

təsdiq edə bilər: 

Ş e y x

 

S ə d r a –       Bu nə müdhiş hava,  



susuzluqdan 

Adətən qovrulub yanır insan. 



(Kəbəni göstərərək) 

Şübhəsiz olmasaydı Beytüllah, 

Məkkə olmazdı heç ziyarətgah. 

Burda ömr eyləmək fəlakətdir, 

Şimdi bildim, Mədinə cənnətdir. 

(Yoldan ötüb keçən qızdan su istəyir) 

Gəl, qızım, bir içim su ver, bana sən. 

Baş-beyin çatlayır hərarətdən. 

(Azacıq sudan içər) 


Úàâèäè õàòûðëàðêÿí 

230 


Sənə, yavrum, xuda əcir versin. 

Ə b ü l   Ü l a   –       Su nasıldır, sərinmidir?  

Ş e y x

 

S ə d r a –      Sorma,  



Ə b ü l   Ü l a   –       Neçin?   

Ş e y x


 

S ə d r a –      İstəyirsən al iç də, bax qandır. 

 

      Su deyil, adətən yapışqandır. 



Yaxud: 

 

X u m a r  



– Tutmasam anamın vəsiyyətini, 

 

Tutacaq sonda bəd duası məni. 



Mənə söylərdi daima: yavrum. 

Ərə getmək həyat üçün uçurum. 

Yoxdur erkəklərin vəfası, Xumar! 

Yerin olsun fəqət monastırlar. 

 

N i n a  – 



Neyləsin binəva qadın, hər an, 

 Ona 


dünyanı tar edərdi baban. 

 

Baban olduqca içkidən sərsəm, 



 

Kədərindən zavallı oldu vərəm. 

 

10-cu illərin əvvəllərində əruz vəznində yazılmış mənzum bir 



dramda fars və  ərəb tərkiblərindən mümkün qədər uzaqlaşmağa 

çalışması Cavidin dilində  və üslubunda diqqətəlayiq mühüm bir 

hadisə idi. 

“Şeyx Sənan”ın dilində  və üslubunda Cavud klassik Azər-

baycan şeir dili və üslubu ənənələrini əsas götürmüşdür. Lakin o 

bu dil, üslub ənənələrini sadəcə  təqlid etməmiş, mümkün qədər 

onu zənginləşdirməyə, yeniləşdirməyə, müasirləşdirməyə, mən-

zum dram dilinə uyğunlaşdırmağa çalışmışdır. 

Üçüncü mənzum dramı olan “Uçurum” faciəsində dramaturq 

şifahi xalq şeiri üslubunu əsas götürmüşdür. Faciənin ailə  və 

məişət mövzusunda olması onu təbii yol ilə sadə üsluba yaxın-

laşdırmışdır. Müəllif vəznin də əhəmiyyətini nəzərə almış, faciəni 

heca vəznində yazmışdır. Dörd pərdədən ibarət olan bu əsərdə 


Úàâèäè õàòûðëàðêÿí 

231 


yalnız bir mükalimədə “nədimi-hiss” və “əsəri-pərəstiş” kimi iki-

üç fars tərkibi işlədilmişdir. Bəzi mükalimələrdə  əsərin dilini 

süniləşdirən “xırçın”, “mənəkşə”, “zübbəlk” kimi Azərbaycan 

dilində işlənilməyən sözlər də vardır.  

Çətin ərəb, fars sözlərinə isə çox nadir hallarda, hər pərdədə 

“təsxir”, “təsəlliyyət”, “ictihad” kimi bir-iki kəlməyə rast gəlmək 

olur. Mükalimələrin  əksəriyyətində  çətin, anlaşılan söz və 

ifadələrə təsadüf edilmir. Aşağıdakı parçada olduğu kimi: 

 

Y ı l d ı r ı m  – 



Cəlal, həqiqətdən ziyadə  məncə, 

  

 



Xəyal düşgünüdür, onun zənnicə 

  

 



Xəyaldan doğarmış bütün böyüklük, 

  

 



Həqiqi lövhələr öncə pək sönük. 

Yaxud: 


 

A n j e l  

–  Mən öncə bir mələkdim. 

 Yüksəklərdə uçardım. 

 Parlaq bir yıldız kimi 

 Ətrafa nur saçardım. 

 Bən şux bir kələbəkdim, 

 Daldan-dala qoşardım. 

 Tikansız bir çiçəkdim, 

 Güllüklərdə yaşardım. 

 Hər kəsi mələk sandım, 

 Hər sevgiyə aldandım. 

 Xalqa əyləncə oldum,  

 Ah, bilmədim, aldandım. 

 

Bütün bunlarla bərabər, “Şeyx Sənan”ın seir dili, üslubunda 



olan qüvvət, sərrastlıq, ifadəlilik “Uçurum”da görünmürdü. Bu da 

ondan irəli gəlir ki, Cavid bu illərdə hələ klassik şeir üslubunda və 

əruz vəznində püxtələşdiyi qədər,  şifahi xalq şeiri üslubunda və 

heca vəznində püxtələşməmişdi. Cavid sadə üslubda ən yaxşı 

əsərlərini 1926-cı ildən sonra yarada bilmişdir. 


Úàâèäè õàòûðëàðêÿí 

232 


“İblis” faciəsində Cavid yenə  “Şeyx Sənan”da olduğu kimi, 

klassik şeir üslubunu əsas götürmüşdür. Bu faciə “Şeyx Sənan”a 

nisbətən daha dəbdəbəli bir üslubda yazılmışdı. Bu da əsərin 

mövzusundan və xarakterlərin təbiətindən irəli gəlir. “Şeyx 

Sənan”  əsasən məhəbbət faciəsi olduğu halda, “İblis” müharibə 

əleyhinə yazılmış bir əsər idi. Birincidə, daha çox məhəbbət, 

mərhəmət hissləri ilə  çırpınan Sənan, Zəhra, Xumar surətləri və 

onların qüvvətli sevgi ehtirasları əsas yer tutduğu halda, ikincidə 

hadisələrin mərkəzində vəhşi ehtirasları təmsil edən İblis, qardaş 

qatili Arif, yeganə övladı  vəhşi  əllərdə  həlak olan ixtiyar Şeyx, 

yırtıcı təbiətli xain İbn Yəmin, Qaçaq Elxan, yaralı əsir zabit kimi 

surətlər və onların qəribə taleyi, üsyankar, narazı, narahat ruhları 

iştirak edirdi. Bütün bu hadisələr, bu qəribə  çılğın, romantik 

xarakterlər, xüsusilə müəllifdə müharibə  dəhşətlərinə qarşı olıan 

güclü nifrət, qəzəb hissləri  əsərin üslubuna da təsir etmiş, faciə 

daha təntənəli, dəbdəbəli, təsirli bir üslubda yaradılmışdı: 

 

Dəryalara hökm etmədə tufan, 

Səhraları sarsıtmada vulkan, 

Sellər kimi axmaqda qızıl qan, 

Canlar yaxar, evlər yıxar insan. 

 

“Şeyx Sənan”da  ən çoşğun yüksək məhəbbət, mərhəmət 



hissləri ilə döyünən ürəklər qarşılaşdığı halda, “İblis”də əksinə, ən 

çılğın intiqam hissləri ilə, kin, qəzəb, nifrət, təəccüb, heyrət duy-

ğuları ilə alovlanan ürəklər qarşılaşmışdır. Bunun nəticəsidir ki, 

əsərin üslubu da məhz müharibə dövrünün kinini, qəzəbini, nara-

hatlığını və narazılığını ifadə edən atəşli bir üsluba çevrilmişdir.  

“İblis”dəki mükalimələrə fikir verildikdə buradakı misraların 

demək olar ki, doxsan faizi, bəlkə də artığı, qəzəb, nifrət, təəccüb, 

heyrət hisslərini ifadə edən, nida və sual cümlələrindən ibarət ol-

duğunu görürük. Bunlar da öz növbəsində  əsərin dərin emo-

sionallığına səbəb olmuşdur. “İblis”dı az hallarda, xüsusən İblisin 

dilində “təxrisi-giriban”, “əllameyi-məşhur”, “nəcm-pürnur”, 



Úàâèäè õàòûðëàðêÿí 

233 


“qəhr-niyaz”, “ruhi-təbiət”  kimi  fars  tərkiblərinə, “izan, təzviq” 

kimi çətin sözlərə rast gəlirik. “İblis” hər nə qədər təntənəli, dəb-

dəbəli üsulda yazılmış olsa da, yenə də “Şeyx Sənan” kimi aydın, 

anlaşıqlıdır. Mükalimələr  əksəriyyətlə  səlis, yığcam və aydın 

cümlələrlə qurulmuşdur. Məsələn, üçüncü pərdədə yaralı zabitlə 

Xavər arasında olan danışıqda olduğu kimi: 

 

Z a b i t     –  Ah, sağaldıqca artıyor kədərim, 



Məni məhv eyləyir düşüncələrim. 

Yada gəldikcə ailəm, yurdum, 

Sarsılır istirahətim, uyqum. 

Hələ sən, ah sən, sənin kədərin, 

Məndə bir iz buraxdı xeyli dərin. 

Çünki yalnız mənimlə uğraşaraq. 

Aqibət düşdün Arifindən uzaq. 

X a v ə r    –  Heç maraq istəməz, xayır, haşa. 

Bana sən mane olmadın əsla. 

Şu qəza doğdu bir təsadüfdən, 

Məni tale ayırdı Arifdən. 

 

“Peyğəmbər”  əsəri də surətlərin, hadisələrin xarakterinə 

uyğun olaraq bəzi pərdələri “Şeyx Sənan” və  “İblis”də olduğu 

kimi təntənəli klassik şeir üslubunda, bəzi yerlərdə isə sadə üslub-

da və heca vəznində yazılmışdır. Dil, üslub nöqteyi-nəzərindən bu 

mənzum dramda da diqqəti cəlb edən onun sadə üslubda, heca 

vəznində yazılmış mükalimələri idi. Bu mükalimələrdə  bəzən 

“Uçurum”da olduğu kimi vəzn qırıqlığına təsadüf edilirdi. Bunun-

la belə mükalimələrin əksəriyyətində müəllifin sadə şeir üslubunu 

da təkmilləşdirməyə, zənginləşdirməyə çalışdığı çox aydın görü-

nürdü. Dramda istər şərqilərdə, istərsə də mükamilərdə olsun heca 

vəznində yazılmış parçalarda da ahəngdarlıq, sərrastlıq, musiqi 

diqqəti cəlb edirdi. Aşağıdakı parçada olduğu kimi: 

 

Dün gənc idim, bu gün oldum ixtiyar, 

Hər zamanın bir hökmü, bir halı var. 


Úàâèäè õàòûðëàðêÿí 

234 


İnsanların issiz ruhunda parlar. 

Hər gün yeni bir büt, yeni bir tanrı. 

 

Yaxud: 



 

X ə t t a b   o ğ l u           –  Məncə atıb yeni dini 

 

      Əcdadınla öyünməli 



Ə b ü t a l i b

*

  o ğ l u   – İnsan deyil, əcdadını, 



 

             Yalnız haqqı düşünməli. 

X ə t t a b   o ğ l u           – Nə istərsiniz əcəba 

 

              Gözə görünməz tanrıdan? 



Ə b ü t a l i b   o ğ l u     – Görmədiyim bir tanrıya 

 

            Mən əyilməm heç bir zaman. 



 

1926-cı ildən etibarən Cavidin yaradıcılığında və dünyagö-

rüşündə ciddi dönüş  əmələ  gəlir.  Şairin fikrini insanın yenidən 

yaranması, yeni nəslin mədəni inqilab uğrunda mübarizəsi, Azər-

baycan qadınının yeni həyat yollarına çıxması,  şüurlarda və 

məişətlərdəki köhnəliklərlə mübarizə, qardaş gürcü xalqının Sovet 

hakimiyyəti uğrunda qələbəsi kimi mühüm müasir məsələlərlə 

məşğul edir. Şair, xalqların faşizm ideyası, yeni müharibə  təh-

lükəsi əleyhinə mübarizəsi, məhkum Şərq xalqlarının imperializm 

və müstəmləkə zülmünə qarşı  çıxışları kimi beynəlxalq məz-

munlu mövzulara əl atır. Bu məzmun yeniliyi şairin 1926-1927-ci 

illər arasında yazdığı  əsərlərinin bədii keyfiyyətinə, eləcə  də dil, 

üslub xüsusiyyətlərinə öz əhəmiyyətli təsirini göstərir. Cavidin 

1926-cı ildən başlayaraq hissə-hissə  nəşr etdirdiyi “Azər” poe-

masında bu yenilik özünü çox aydın göstərirdi. Bu əsərdə dil 

nöqteyi-nəzərindən hər  şeydən  əvvəl diqqəti cəlb edən cəhət bu 

idi ki, şair fars, ərəb tərkiblərindən tamamilə birdəfəlik uzaqlaş-

mağa çalışmış və buna müvəffəq olmuşdur. Təkcə bu faktı göstər-

mək kifayət edər ki, 2500 misradan çox olan “Azər” poemasında 

                                                 

*

 Əslində Əbu Talib – tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

235 


ancaq “razi-niyaz”, “əqli-səlim” və “ahəngi-şətarət” kimi 4-5 fars 

tərkibi işlədilmişdir. Heç şübhəsiz ki, bu təşəbbüs Cavidin xüsusi 

epik şeir dili və üslubunu sadələşdirmək uğrunda çox ciddi axta-

rışlarının nəticələrindən bir idi. “Azər”də  bəzi parçalar əruz, 

bəziləri isə  heca vəznində yazılmışdır. Heca vəznində yazılan 

parçalar üstünlük təşkil edirdi. Burada heca ilə sadə üslubda 

yazılmış hissələrdə bir yenilik də müəllifin sadə üslubda 

“Uçurum”, “Peyğəmbər” əsərlərinə görə xeyli irəliləməsi, püxtə-

ləşməsi idi. Heca vəznində yazılmış  əvvəlki  əsərlərdə gördü-

yümüz vəzn qırıqlığı kimi ciddi bir nöqsan “Azər”də görünməyir: 



 

Ağ yelkənlər qanad açar

Düzülüb naz ilə uçar. 

Ənginlərə fərəh saçar 

Dalğaların şarıltısı. 

Salamlar eşsiz mayısı. 

 

Fırtına yox, açıq hava, 

Balıqçılar çıxmış ova, 

Dalğaları qova-qova 

Qatlanır hər üzüntüyə, 

Yalnız ac qalmayım deyə. 

 

“Azər”ə  qədər Cavidin klassik şeir üslubunda yazılmış 



əsərlərinin dili, üslubu ilə, sadə üslubda, heca vəznində yazılmış 

əsərlərinin üslubu arasında çox kəskin fərq var idi. Məsələn, 

“Şeyx Sənan”, “İblis” və bir çox lirik şeirlərinə nisbətən 

“Uçurum”un dili,üslubu çox sönük görünürdü. “Azər”də isə 

bunun  əksinə, sadə üslubda, heca vəznində yazılmış parçalarla, 

klassik şeir üslubu, əruz vəzni ilə yazılmış parçalar eyni dərəcədə 

qüvvətli, bədii, təsirli, sərrast idi. Hətta bəzi heca ilə yazılanlar 

əruz ilə yazılmış parçalara nisbətən daha qüvvətli, bədii görü-

nürdü. Bu fakt da öz növbəsində çox aydın göstərirdi ki, “Azər” 

poemasından başlayaraq Cavidin sənətində,  şeirində, klassik şeir 



Úàâèäè õàòûðëàðêÿí 

236 


dili və üslubu ilə  şifahi xalq şeiri, dili, üslubu birləşməyə doğru 

inkişaf edir və biri digərinə təsir etmək, bir-birinə qovuşmaq yolu 

ilə təkmilləşirdi. Müxtəlif vəzndə yazılmış aşağıdakı nümunələrin 

müqayisəsi bu fikri təsdiq edə bilər. 

 

Əruz ilə yazılmış bir parça: 

Azər düşünür, dalğa keçirkən, 

Birdən-birə həp dalğalı, həp şən... 

Bir vəlvələ qopdu, 

Bir fırtına, bir zəlzələ qopdu. 

Sarmışdı bütün ölkəyi heyrət, 

  

 

Lakin... 

Çox üzdə gülümsərdi şətarət,  

 

həp nəşəli gəncin 

Ruhunda açılmışdı çiçəklər. 

Coşmuşdu diləklər. 

Heca ilə yazılmış bir parça: 

Mən bir yoxsulam, hər diləyim 

Diz çökdürür zənginləri. 

Bir arifəm biliklərim 

Aşar durur ənginləri. 

Mən mülayim bir dənizəm, 

Atəşlidir dalğalarım, 

Sülhə qoşan bir acizəm, 

Əskik olmaz qovğalarım. 

Bir ovçuyam, eşq umaram 

Hər ahunun gözlərindən. 

Dərd əhliyəm, rəmz anlaram 

Hər şairin sözlərindən. 

 

Dil, üslub sadəliyinə doğru qüvvətli meyl, xüsusən çətin söz-



lərdən, ərəb-fars tərkiblərindən əl çəkmək “Knyaz” və “Səyavuş” 

faciələrində özünü daha da aydın göstərmişdir. “Knyaz”da mahnı 



Úàâèäè õàòûðëàðêÿí 

237 


və  şərqilərdə “həp”, “şu”, “iştə” kimi sözlərə  də çox nadir hal-

larda təsadüf edilir: 

Pəncəmdə xırpalar sevərdim səni. 

 

İ n c ə   s ə s –   



Vəhşi bir gül olsam  

     


 

ətrafım tikən, 

Heyrətlə süzərdi hər görən məni,. 

Q a l ı n   s ə s –   

Mən bir yolçu olub  

   


yoldan ötərkən, 

Qoparıb köksümə taxardım səni. 

İ n c ə   s ə s –   

Mən ağ bir göyərçin  

   

olsaydım əngin, 



İrişilməz üfüqlərdə yaşardım. 

Q a l ı n   s ə s –   

Mən bir şahin olub səni  

 

 



  seyd 

için, 


Ən keçilməz fəzaları aşardım. 

İ n c ə   s ə s –   

Bir ceyran yavrusu  

 

 



  olsaydım əgər, 

Qoynunda bəslərdi qayalar məni. 

Q a l ı n   s ə s –   

Mən bir qızıl qaplan  

   

olub hər səhər 



Pəncəmdə xırpalar, sevərdim səni. 

 

Heca vəznində yazılmış “Səyavuş”



*

 faciəsi bu cəhətdən daha 

çox səciyyəvidir. Yuxarıda deyildiyi kimi, Cavid ilk mənzum 

dramını heca vəznində yazmışdır. Bu, təsdüfi deyildir. Şair belə 

                                                 

*

 Əslində “Səyavüş” – tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

238 


hesab edirdi ki, Azərbaycan dilində yazılan mənzum dram heca 

vəznində  də yazıla bilər. Lakin ilk mənzum dramın yazıldığı ilə 

qədər Cavid əsasən klassik şeir üslubunda tərbiyələndiyindən və 

əsərlərinin çoxunu əruz vəznində yazdığından birdən-birə sadə 

üslubda, heca vəznində nümunəvi bir mənzum dram yaratmaq 

onun üçün çətin idi. İkinci tərəfdən bu həqiqəti nəzərdə tutmaq 

lazımdır ki, bu illərdə  hələ Azərbaycan  şeirində heca vəzninin 

bizim indiki müasir dövrümüzdə olduğu kimi müxtəlif yeni 

şəkilləri və bölgüləri yaranmamış  və inkişaf etməmişdi. Heç 

şübhəsiz ki, bu kəsiri hiss etdiyi üçündür ki, şair ikinci mənzum 

dramı, “Şeyx Sənan”ı əruz vəznində yazmışdır və çox böyük bir 

sənətkarlıqla Azərbaycan  əruzundan istifadə edib, dil, üslubca 

orijinal bir faciə yarada bilmişdir. Lakin hər mövzunu “Şeyx 

Sənan”da olduğu qədər təntənəli üslubda yazmaq mümkün de-

yildi.  İkinci tərəfdən,  əruzda dramaturq hər nə  qədər ustalıqla 

milli dilin qanunlarına uyğun bir şəkildə istifadə etsə də, yenə də 

bu vəzn, az da olsa, müəyyən fars, ərəb tərkibləri işlətməyə 

ehtiyac doğururdu. 

Üçüncü mənzum dramında (“Uçurum”da) Cavid yenə heca 

vəzninə qayıtdı. “Peyğəmbər”də Cavid daha yeni bir üsul tətbiq 

etdi. Xarakter və hadisələrə uyğun olaraq həm əruz, həm də heca 

dram üslubunu sadələşdirmək və təkmilləşdirmək yolunda drama-

turqun ciddi axtarışları idi. Nəhayət, həmin ciddi axtarışların 

nəticəsi bu oldu ki, Cavid həm Azərbaycan  əruzu, həm də heca 

vəznində Azərbaycan dilində yüksək dram əsərlərinin yaradılma-

sının mümkün olduğunu sübut etdi. Əgər “Şeyx Sənan”, “İblis” 

və xüsusilə “Xəyyam” onun Azərbaycan  əruzunda yazılmış  ən 

mükəmməl  əsərləri idisə, “Səyavuş” da heca vəzni sahəsindəki 

axtarışların parlaq bir nümunəsi idi. 

Aşağıdakı parçalar şairin bu əsərində heca vəznində, sadə 

üslubda, “Ana”, “Uçurum” və “Peyğəmbər”ə nisbətən nə  qədər 

irəli getdiyini, canlı dildən nə  qədər geniş faydalandığını çox 

aydın göstərir: 

 


Úàâèäè õàòûðëàðêÿí 

239 


Könül sən söylədikcə 

Anar əski çağları. 

Canılandı gözlərimdə 

Həm Suriya dağları. 

 

O bir quzu, sən bir quduz canavar, 

Ah, nə qədər çirkin vəhşi duyğular. 

 

Heç yalan deyilmiş anamın sözü, 

Başqa imiş sarayların iç üzü. 

 

Ötər keçdiyiniz yerdə bayquşlar, 

Qəhrəman cildinə girən sərxoşlar. 

Məzlumlara qarşı duyğusuz qalan 

Bir insandan daha şərəfli qaplan. 

 

Göyərçinim qanad çalar, 

Yüksək buludlarda uçar. 

Rəqs edərək uçar, uçar, 

Qayğı bilməz göyərçinim, 

Enib gəlməz göyərçinim. 

 

Zaman olur atar məni

Bir gülüşə satar məni. 

Birdən gözü tutar məni. 

Həmən qoşar göyərçinim 

Ruhu oxşar göyərçinim. 

 

Biz Cavidin əruz vəznində yazdığı dramlarındakı dil zən-



ginliyi, vəzn oynaqlığı, ahəngdarlığı, xüsusən üslub sərrastlığı və 

qüvvətini eyni dərəcədə heca vəznində yazılmış “Səyavuş” faciə-

sində  də görürük. Azərbaycan dramının heca vəzni ilə  və canlı 

danışıq dilində yazılmış  ən mükəmməl nümunələri Caviddən 

sonra yazılmışsa da, bu ənənənin yaradılması, əsaslandırılması və 

inkişafında Cavidin xidmətləri çox böyük olmuşdur. 



Úàâèäè õàòûðëàðêÿí 

240 


Cavidin son mənzum dramı  “Xəyyam” daha təbii və aydın 

bir dildə, daha zəngin, bədii, təsirli bir üslubda yazılmışdır. 

“Xəyyam”da söz ustası, qüdrətli sənətkar, şair Cavid özünü daha 

parlaq şəkildə göstərə bilmişdir. 

 

2. BƏDİİ TƏSVİR VASİTƏLƏRİ 

 

Təbiət və insan, təbiət hadisələri ilə insan həyatı, mənə-



viyyatı, insanın arzu və  xəyallarının Cavidin şeirində obrazlılığı 

təşkil edən əsas canlı ünsürlərdir. Şairin nəzərində bütün canlı və 

cansız təbiət, bütün psixoloji hallar, hisslər, xəyallar, düşüncələr, 

arzu-əməllər, nifrət, məhəbbət, şəfqət, qəhrəmanlıq və müdriklik, 

hətta məhəbbət, ədalət, zaman, məkan, səbəb, nəticə kimi ən mü-

cərrəd fəlsəfi anlayışlar belə düşünən, yaşayan, canlı obrazlar sil-

siləsidir.  Şeirin bütün məcazları, təşbeh və istiarələri, canlandır-

ma, təzad, kinayə  və sairə bu iki əsas ünsür əsasında, təbiətlə 

insanın bir-birinə bənzədilməsi yolu ilə yaradılır.  

 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin