Balina tərcümə bürosu – yazılı tərcümələrin yerinə yetirilməsi üzrə qaydalar



Yüklə 4,57 Mb.
səhifə5/20
tarix26.12.2016
ölçüsü4,57 Mb.
#3511
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   20
Bölmə 3.1. Tərcüməyə dair tələblər.
Tərcümədə tərcümə dilinin müasir orfoqrafiya normalarına və qrammatik qaydalarına əməl edilməlidir.
Tərcümə üslubiyyət baxımından orijinal mətnə uyğun olmalıdır (məsələn, hüquqi və iqtisadi mətnlərin tərcüməsində xüsusi leksika və ifadələr neytral üslubdakı müvafiq ifadələrlə əvəz edilməməlidir. Texniki mətnlərin tərcüməsi tərcümə dilindəki texniki mətnlərin üslubiyyət normalarına əməl edilməklə yerinə yetirilməlidir və s.)
Nəticə olaraq düzgün şəkildə formatlaşdırılmış yekun tərcümə mətni çap səhvləri, orfoqrafik səhvlər və tərcümə edilməmiş fraqmentlər olmadan təqdim edilir. Tərcüməçi ayrı-ayrı sözlərin, terminlərin ya ifadələrin ancaq bir variantını verir, tərcümənin bir neçə variantda təqdim edilməsi yolverilməzdir.
Tərcümənin bütün mətnində məhz həmin sahəyə aid vahid terminologiyaya əməl edilməlidir. Belə ki, texniki mətnlərin tərcüməsində müvafiq dövlət terminoloji standartlarında müəyyən edilmiş terminlərdən, yaxud da dövlət standartlarının terminoloji əlavələrində və digər sənədlərdə yer alan terminlərdən istifadə etmək məsləhət görülür.
Standartlaşdırılmamış terminlər beynəlxalq təşkilatların, məsələn Beynəlxalq Standartlaşdırma Təşkilatının (BST) terminoloji tövsiyyələrinə uyğun olmalıdır.
Peşəkar danışıq dilində qəbul edilmiş terminlərin (peşə jarqonu) istifadəsi yolverilməzdir, ancaq analoji leksiki vahidlərin orijinal mətndə istifadə olunduğu hallar istisna təşkil edir ki, bu zaman tərcümənin ekvivalentliyi prinsipinə mütləq əməl edilməlidir.
Mətn tam şəkildə, ötürmələr olmadan və orijinal mətndə əsassız ixtisarlar edilmədən tərcümə edilir. Orijinal dildəki bütün mətn tərcümə olunur: sənədin məzmunu, sənədin blankının məzmunu, möhürün/ştampın üzərindəki yazıların məzmunu və ya əllə yazılmış hissələrin məzmunu.
Mübahisəli, aydın olmayan və birmənalı olmayan bölmələr, bir neçə variantda tərcümə edilə bilən sözlər (terminlər, ifadələr, qısaltmalar, abbreviaturalar) bizim menecerlərlə müzakirə olunmalı, mətndə fon rəngi ilə işarələnməli və mötərizədə sarı fonda tərcüməçinin qeydi ilə müşaiyət olunmalıdır (məsələn, belə).
Əgər tərcümədə başqa dillərdə sözlər varsa, onlar olduğu kimi saxlanılmalı və boz rəngli markerlə işarələnməlidir.
Rus dilinə tərcümədə latın dilində olan hamı tərəfindən bilinən ifadələr (de facto, de jure və s.) tərcümə edilməyə bilər. Tibb, biologiya və kimya sahəsinə aid bir sıra adların tərcümə ekvivalenti olmadığından və ya ənənə üzrə tərcümə edilmədiyindən, onlar latın yazısı ilə saxlanılır. Bakteriya, heyvan, bitki növlərinin adları və s. latın yazısı ilə saxlanılır.
Xarici dilə tərcümədə latın dilində olan hamı tərəfindən bilinən ifadələrin rus dilindəki ekvivalentlərini latın dilində olan orijinal ifadələrlə əvəz etmək olar.

Yüklə 4,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin