Balina tərcümə bürosu – yazılı tərcümələrin yerinə yetirilməsi üzrə qaydalar



Yüklə 4,57 Mb.
səhifə3/20
tarix26.12.2016
ölçüsü4,57 Mb.
#3511
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   20
Tərcümənin dili. Sənədin tərcüməsinin tərtib edildiyi dil.

  • Orijinalın dili. Sənədin orijinalının tərtib edildiyi dil.

  • Transliterasiya. Orijinalın mətnindəki işarələrin tərcümə dilinin əlifbasının vasitələri ilə çatdırılması üsulu. Bu zaman bir yazı sistemindəki hər bir işarə (və ya işarələr ardıcıllığı) digər yazı sistemindəki eyni işarələrlə (və ya işarələr ardıcıllığı ilə) çatdırılır.

  • Transkripsiya. Orijinal sənədin dilindəki sözlərin (mətnin) səsləndirilməsinin tərcümə mətnindəki şərti işarələr vasitəsilə çatdırılması.

  • Tərcüməçinin qeydi. Tərcümə mətnində yerləşdirilmiş və aydın şəkildə qeyd edilmiş mətn. Bu mətn orijinal materialın mətninə uyğun gəlmir, sadəcə olaraq tərcümə üzərində aparılmış işin məzmununu və ya xüsusiyyətlərini izah edir.



    BÖLMƏ 2. Faylların adına və tərcümə mətnlərinin göndərilməsinə dair tələblər
    Tərcümə tapşırığını elektron poçt vasitəsilə sizə göndərməzdən əvvəl menecerlərimiz bütün əsas şərtləri (vaxt müddəti, tariflər, tərcümənin dili və s.) razılaşdırırlar. Elektron məktubun mətnində bütün bu məlumatlar öz əksini tapacaq.
    Bizdən tərcümə tapşırığını aldıqdan sonra siz layihəni qəbul etdiyinizi mütləq təsdiqməlisiniz (adətən, bu, belə ifadə edilir: «sənədi (məktubu) aldım»). Beləliklə, siz həm də məktubda göstərilən şərtlərlə razı oldugnuzu ifadə edirsiniz.
    Bizə göndərdiyiniz tərcümə olunmuş faylın adı orijinaldakı kimi olmalıdır. Məsələn, əgər sizin aldığınız faylın adı «3312_1.doc» olarsa, həmin sənədin tərcüməsi orijinal ad+tərcümə dili göstərilməklə geri göndərilir. Məsələn, bu sənəd ingilis dilinə tərcümə olunursa, faylın adı belə olacaq: «3312_1_eng.doc»/
    Əgər tərcüməyə göndərilən fayl zip (və ya rar) formatdadırsa, yəni vahid bir sənədi təşkil edən bir neçə fayldan ibarət arxiv formatındadırsa, o zaman tərcümə olunan doc-fayl arxivin adı ilə adlandırılmalıdır.

    Məsələn, əgər arxiv «3312_dogovor.rar» adlanırsa, o zaman tərcümə olunmuş fayl da eyni adı daşıyacaq, ancaq bura tərcümə dili əlavə ediləcək – «3312_dogovor_eng.doc».

    Əgər tərcüməyə göndərilən fayl zip (və ya rar) formatdadırsa, yəni ayrı-ayrı sənədləri təşkil edən bir neçə fayldan ibarət arxiv formatındadırsa, o zaman tərcümə olunan hər bir doc-fayl arxivə daxil olan müvafiq orijinal sənədin adı ilə adlandırılmalıdır (tərcümə dili əlavə edilməklə).

    Məsələn, ingilis dilinə tərcümə olunmaq üçün sizə göndərilmiş arxiv «1233.rar» adlanır, ancaq o, «1233_dogovor(1).jpg», «1233_dogovor(2).jpg», «1233_dogovor(3).jpg»«1233_dogovor(4).jpg» adlanan, skanerdən keçirilmiş və birlikdə vahid müqaviləni təşkil edən 4 fayldan, həmçinin şəhadətnamənin mətni olan və skanerdən keçirilmiş «1233_certifikat.jpg» adlı bir fayldan ibarətdir. Bu halda siz tərcüməni bitirdikdən sonra bizə elektron məktub vasitəsilə aşağıdakı adlarla iki sənəd göndərəcəksiniz: «1233_dogovor_eng»«1233_certifikat_eng».


    Tərcüməni bizim elektron poçtumuza göndərərkən məktubda hər bir sənəd üzrə tərcümənin statistikası və yekun qiymət göstərilməlidir.

    Aralıqlar daxil olmaqla işarələrn miqdarının hesablanması Word statistikası ilə aparılır (Word 2003: Servis – Statistika; Word 2007-2010: Resenziya– Statistika).



    Yüklə 4,57 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   20




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin