Xəbər bülleteni №22


Mərkəzi Bank 16,670 milyon ABŞ dolları satdı



Yüklə 458,92 Kb.
səhifə3/22
tarix30.11.2016
ölçüsü458,92 Kb.
#468
1   2   3   4   5   6   7   8   9   ...   22

Mərkəzi Bank 16,670 milyon ABŞ dolları satdı


01.02.2016

amb 1Fevralın 1-də Mərkəzi Bank növbəti valyuta hərracı keçirib. Qurumdan Transparency.az-a verilən məlumata görə, bu gün 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Hərracda iştirak edən 5 bankın məcmu tələbi 16,670 milyon ABŞ dolları təşkil edib və sifariş 100 faiz təmin olunub.


Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu birgə tədbirlər planı imzalayıb


01.02.2016

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında 2016-cı ildə Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədli birgə tədbirlər planı imzalanıb. Plana əsasən, keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.

Xəbəri Mod.gov.az yayıb.


Rusiyada işsizlərin rəsmi sayı 1 milyonu keçib


01.02.2016

rusiyaRusiyada rəsmi qeydiyyata alınmış işsizlərin sayı yanvar ayının son həftəsində 3,4% artaraq 1 milyonu keçib. Novator.az xəbər verir ki, hesabatı fevralın 1-də Rusiyanın Əmək Nazirliyi yayıb.

Nazirliyin hesabatında bildirilir ki, yanvarın 20-dən 27-nə qədər rəsmi qeydiyyata alınmış işsizlərin sayı 3,4% artaraq 1 milyon 1000 nəfərə çatıb. 2016-cı ilin yanvarın 20-nə olan vəziyyətə görə, rəsmi işsizlərin sayı 968 min 639 nəfər olub.

Məlumatda işsizlərin sayının ölkənin 82 bölgəsində artdığı qeyd olunur. Komi, İnquşetiya respublikaları və Kirov vilayətində isə işsizlərin sayının aşağı düşdüyü bildirilir.

Ermənistana pul axını bir ildə 30 faiz azalıb


01.02.2016

pul axini 012015-ci ildə Rusiyadan Ermənistana şəxsi köçürmələr 36 faiz azalıb. Transparency.az xəbər verir ki, Ermənistanın Mərkəzi Bankı fevralın 1-də belə hesabat yayıb.

İl ərzində köçürmələrin 518,29 milyon dollar azalaraq 915,9 milyon dollar olduğu bildirilir. Əvəzində Ermənistandan Rusiyaya pul vəsaiti axını 0,6 faiz artaraq 204,57 milyon dollara çatıb.

Ermənistan Mərkəzi Bankının hesabatına görə, ölkəyə Rusiyadan göndərilən pulların həcmi ikinci ildir azalır. 2014-cü ildə 10,7 faiz azalma qeydə alınıb.

Bütövlükdə Ermənistana pul köçürmələri 2015-ci ildə 30 faiz və ya 520 milyon dollar azalıb. Ölkəyə bir ildə axan 1 milyard 728,5 milyon dolların 75,8 faizi Rusiyadan göndərilən pulun payına düşür.


Tiqran Sərkisyan Avrasiya İqtisadi Komissiyasına sədrlik etməyə başladı


01.02.2016

tiqran serkisyan
Ermənistan təmsilçisi Tiqran Sərkisyan fevralın 1-dən Avrasiya İqtisadi Komissiyasına sədrlik etməyə başlayıb. Transparency.az xəbər verir ki, komissiyanın kollegiyasına hər üzv ölkədən iki nəfər daxil edilib. Onların səlahiyyət müddəti 4 ildir.

Avrasiya İqtisadi Komissiyası Avrasiya İqtisadi İttifaqının icra orqanıdır. 2014-cü ildə yaradılmış Avrasiya İqtisadi İttifaqına Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.

1960-cı ildə doğulmuş Tiqran Sərkisyan 2008-2014-cü illərdə Ermənistanın baş naziri olub, daha sonra ABŞ-da səfir postunu tutub.

Dollar ucuzlaşıb, avro bahalaşıb


02.02.2016

valyuta 01Fevralın 2-də Mərkəzi Bank Azərbaycan manatının dollara məzənnəsini dəyişib. 100 ABŞ dolları 159 manat 72 qəpikdən 159 manat 40 qəpiyə düşüb.

Transparency.az xəbər verir ki, 100 avro ötən günlə müqayisədə 173 manat 26 qəpikdən 174 manata qalxıb.

100 Rusiya rublu isə 2 manat 6 qəpiyə satılır.

Neftin qiyməti bir ildə nə qədər enib?


02.02.2016

neft 1Dünya birjalarında neft yenə ucuzlaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 2,18 dollar ucuzlaşaraq 30,91 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,25 dollar azalaraq 33,48 dollar olub.

AZƏRTAC-ın 2 fevral məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 0,28 dollar ucuzlaşaraq 35,78 dollara satılır.

Transparency.az bildirir ki, ötən ilin eyni günündə Nyu-York birjasında neftin bir barreli 48,24 dollara, London birjasında 52,99 dollara təklif olunurdu. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 50,89 dollar idi.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatına rəhbər təyin olunub


02.02.2016

rabite
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev Aparat rəhbəri vəzifəsinə təyin olunub.

Rəsmi təqdimatda bildirilir ki, Əli Abdullayev 1979-cu ildə anadan olub, Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib. 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

Ramin Quluzadə yanvarın 15-də rabitə və yüksək texnologiyalar naziri təyin edilib. O, ötən il noyabrın 25-də rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsinə təyinat almışdı, həmin vaxtdan nazir vəzifəsini də icra edirdi.


Yüklə 458,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin