Xəbər bülleteni №22


-yə 13455 müraciət daxil olub



Yüklə 458,92 Kb.
səhifə6/22
tarix30.11.2016
ölçüsü458,92 Kb.
#468
1   2   3   4   5   6   7   8   9   ...   22

142-yə 13455 müraciət daxil olub


02.02.2016

emek nazirliyiYanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 — “Çağrı mərkəzi”nə vətəndaşlardan 13455 müraciət daxil olub. Müraciətlərin 95 faizi vətəndaşların əmək qanunvericiliyi, məşğulluq və sosial təminat məsələlərinə dair sorğularını əhatə edib. 691 müraciətdə rəy və təkliflər, eləcə də araşdırılması lazım gələn məsələlər əksini tapıb.

Ötən ay 142-yə daxil olan müraciətlərin 5161-i (38,3%) sosial təminat, 2887-si (21,4%) əmək qanunvericiliyi, 2187-si (16,2%) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə ilə bağlı olub. 1803 (13,4%) müraciətdə tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 1417 (10,5%) müraciətdə isə məşğulluq məsələləri əksini tapıb.


Mərkəzi Bank bir ildə 8 milyard 282 milyon 300 min dollar itirib


02.02.2016

merkezi-bank 01Fevralın 2-də Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarını açıqlayıb. Transparency.az xəbər verir ki, yanvarın 29-na olan hesabata görə, rəsmi valyuta ehtiyatları 4 milyard 398 milyon 500 min dollardır. Bu, 2015-ci il dekabrın 30-na olan hesabatla müqayisədə 618 milyon 200 min dollar azalma deməkdir.

Ötən il yanvarın 31-də valyuta ehtiyatları 12 milyard 680 milyon 800 min dollar idi. Bir ildə 8 milyard 282 milyon 300 min dollar azalma qeydə alınıb.


Rusiyanın Ehtiyat Fondu əriyib


02.02.2016

rusiya efRusiyanın Ehtiyat Fondunda vəsait ötən illə müqayisədə 36,4% azalıb. Novator.az xəbər verir ki, Maliyyə Nazirliyinin 2 fevral hesabatında belə deyilir. 2016-cı ilin fevralın 1-nə Ehtiyat Fondunda 3 trilyon 737 milyard rubl olub.

Dollarla hesablayanda illik itki 41,5% təşkil edib və fondun vəsaiti 49 milyard 720 milyon dollara enib.


Kənd Təsərrüfatı Nazirliyi: “101,5 kiloqramı banan məhv edilib”


02.02.2016

banan 01Dövlət Fitosanitar Nəzarəti Xidməti ötən ay keyfiyyət göstəriciləri standartlara uyğun gəlməyən 105 min 17 kiloqram meyvə-tərəvəz məhsulunu dövriyyədən çıxararaq məhv edib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, məhv edilən məhsulun 101,5 kiloqramı banan meyvələri olub.

Qurum bildirir ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti son günlər banan meyvələrində qırmızı ləkələrə rast gəlinməsinin səbəbini müəyyən etmək üçün topdan və pərakəndə satış məntəqələrində fitosanitar monitorinqlər həyata keçirib, bitki mənşəli xəstəliklərlə yoluxma ehtimalı olan banan meyvələrindən laboratoriya analizləri üçün nümunələr götürüb: “Nəticədə yalnız pərakəndə satış məntəqələrində uzun müddət əlverişsiz şəraitdə saxlanan banan meyvələrində və vətəndaşların təqdim etdiyi iki nümunədə qanabənzər ləkələr aşkarlanıb. Ekspertiza nəticəsində qanabənzər ləkələrin bakterial mənşəli olduğu, amma bitki mənşəli bu xəstəliyin insana və digər bitkilərə keçmədiyi, insan orqanizmi və ölkənin bitki örtüyü üçün təhlükəli olmadığı müəyyən edilib. “Pseudomonas celebensis Gaumann” adlanan bakteriya ilk dəfə 1920-ci ildə İndoneziyada cır banan üzərində aşkar olunub. Bakteriyalar əsasən məhsul uzun müddət və düzgün saxlanmadıqda onun daxilində inkişaf edə bilir. Xəstəlik torpaq, yağış suları və tozlandırıcı həşərat vasitəsilə yayılır. Yalnız banan bitkisi üzərində müşahidə olunur və digər bitkilər üçün fitosanitar risk daşımır.

Vətəndaşlara satış məntəqələrində əlverişsiz şəraitdə uzun müddət saxlanan banan və digər meyvə-tərəvəzləri almamaq tövsiyə olunur”.

Manata süni nəfəs


02.02.2016

samir eliyev 1“Mərkəzi Bank pul bazasını məhdudlaşdırıb bankların dollara olan tələbatını süni şəkildə azaldır”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev belə deyib. Ekspert düşünür ki, qurum bu yolla manata süni nəfəs verir: “Yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatı 618,2 milyon dollar azalaraq 4,4 milyard dollara düşüb. Bu da 2008-ci ilin mayından sonra ən aşağı səviyyədir. Bankın ehtiyatını müəyyən qədər Dövlət Neft Fondu qoruyub. Fond ötən ay təxminən 600 milyon dollara yaxın satış həyata keçirib. Ümumilikdə 1,2 milyard dollardan çox satış olub.

Son günlər bankların az dollar almasının səbəbini Mərkəzi Bankın rəsmi statistikası təsdiq edib. Yanvar ayında pul bazası birdən-birə 16% və ya 1,1 milyard manat azalıb, 2010-cu il həddinə düşüb. Pul bazasının azaldılması həmçinin inflyasiyanın cilovlanması üçün bir vasitədir. Ancaq bununla ölkədə iqtisadi aktivlik zəifləyir, sahibkarlığın inkişafı üçün maliyyə resursu məhdudlaşır”.


Dubayda iqtisadi anlaşmalar oldu


03.02.2016

Prezident İlham Əliyevin fevralın 2-si Dubayda bölgənin hakimi, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri Şeyx Məhəmməd bin Raşid Əl Məktumla geniş tərkibdə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.



dubayda gorush 1AZƏRTAC-ın məlumatına görə, dünyada yaşanan iqtisadi böhrana və neftin qiymətinin kəskin düşməsinə toxunan Şeyx Məhəmməd bin Raşid Əl Məktum ölkəsində bununla bağlı həyata keçirilən məsələlərdən danışıb. İlham Əliyev dünyada baş verən bu proseslərlə əlaqədar Azərbaycanda da genişmiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq bildirib ki, hazırda ölkədə yeni iqtisadi modelin müəyyənləşdirilməsi üzərində əsaslı iş aparılır və bu model iqtisadiyyatın geniş sahələrini əhatə edəcək.

Hökumətlərarası Birgə İqtisadi Komissiyanın fəaliyyətinə toxunan dövlət başçısı bu komissiyanın qarşılıqlı fəaliyyəti əsasında əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən investisiya qoyuluşu sahəsində işlərin həyata keçirilməsindən razılığını ifadə edib. Turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən prezident turizmin inkişafının Azərbaycanın prioritet sahəsi kimi səciyyələndirib, ölkənin regionlarında yüksək standartlara cavab verən aeroportların, turizm infrastrukturunun yaranmasının Azərbaycana turist axınının genişlənməsinə əlverişli şərait yaratdığını bildirib.

Şeyx Məhəmməd bin Raşid Əl Məktum Azərbaycanın kənd təsərrüfatı məhsullarının yüksək keyfiyyətə malik olduğunu deyib və ölkənin meyvə-tərəvəz məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixracının artırılmasının önəmini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın infrastruktur, su təchizatı layihələrində, inşa olunan dəniz limanının və azad ticarət zonasının yaradılması işində və investisiya qoyuluşunda Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin iştirak etməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Söhbət zamanı istehsal, sənaye, logistika, hava nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş” və “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Həmin gün İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri başa çatıb.


Yüklə 458,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin