Xəbər bülleteni №20



Yüklə 0,49 Mb.
səhifə1/7
tarix06.05.2017
ölçüsü0,49 Mb.
#16986
  1   2   3   4   5   6   7
Xəbər bülleteni № 20

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

İlham Əliyevdən yeni tapşırıqlar

11.01.2016

nk 1
Yanvarın 10-u Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən prezident İlham Əliyev 2015-ci ildə dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini deyib. Dövlət başçısı Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb, vaxtilə Azərbaycanın da bu problemlə üzləşdiyini, lakin daxili resurslar hesabına vəziyyətdən çıxdığını, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin görüldüyünü bildirib.

Hazırda qaçqınların üz tutduğu Avropada radikal qüvvələrin, islamofobiya meyllərinin güclənməsinin müşahidə olunduğunu deyən prezident dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın Azərbaycanı da narahat etdiyini, ölkənin bu təhlükəli meyllərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracağını vurğulayıb.

AZƏRTAC-ın məlumatına görə, keçən il Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyini, hər iki ölkənin Azərbaycanla yaxın qonşu olduğunu və vəziyyətin arzuedilən olmadığını deyən dövlət başçısı son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin də ölkəni narahat etdiyini, bu vəziyyətin müsəlman aləmində baş verən hadisələrə təsir göstərdiyini diqqətə çatdırıb.

2015-ci ildə Azərbaycanın uğurla inkişaf etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu deyən prezident İlham Əliyev ötən il özünün 20 ölkəyə, 15 ölkənin dövlət və hökumət başçısının isə Azərbaycana səfərlər etdiyini bildirib. “Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq” deyən dövlət başçısı ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyişin olmadığını, prezidentlərin son görüşünün də formal xarakter daşıdığını qeyd edib.

Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslandığını deyən İlham Əliyev 2015-ci ildə təmas xəttində Azərbaycanın üstünlüyə yiyələnərək öz iradəsini diktə etdiyini, ölkənin bundan sonra da döyüş potensialını gücləndirəcəyini vurğulayıb.

2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlət başçısı bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirib.

Bütün sosial proqramların, o cümlədən sosial infrastruktur layihələrinin icra olunduğunu, yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlərin görüldüyünü deyən İlham Əliyev 2015-ci ildə Azərbaycan əhalisinin 114 min nəfər artdığını vurğulayıb.

Sonra maliyyə naziri Samir Şərifov, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, kənd təsərrüfatı naziri Heydər Əsədov 2015-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.

Yekun nitqində İlham Əliyev 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet olacağını, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlərin görüləcəyini bildirib. Prezident Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, fonddan dövlət büdcəsinə transferlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi və ixrac-idxal əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib. İlham Əliyev bu kimi məsələlərə ictimai nəzarət mexanizmlərinin işə salınmasının əhəmiyyətinə toxunub. Dövlət başçısı biznes mühitinin yaxşılaşdırılması, nağdsız ödəmələrin artırılması, fiskal təşviq mexanizmlərinin genişləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi, bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini çatdırıb.

İlham Əliyev manatın məzənnəsindən danışarkən qeyd edib ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir.

2016-cı ildə pensiya və əmək haqlarının qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapşıran dövlət başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib və rayon icra başçıları qarşısında görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı tələb qoyub.

2016-cı ildə struktur islahatlarının aparılacağını, çevik idarəetmə mexanizmlərinin yaradılacağını və bununla bağlı yaxın vaxtlarda addımların atılacağını deyən prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacibliyindən danışıb, turizm və nəqliyyat sektorunun inkişafının diqqət mərkəzində saxlanacağını deyib.

Dövlət başçısı nəqliyyat dəhlizlərinin səmərəli işləməsi ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətinə toxunaraq deyib ki, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılıb və artıq Azərbaycan, Gürcüstan, Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra isə Türkiyəyə məxsus tırların Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb.

İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni “ASAN xidmət” mərkəzlərinin açılması və ona yeni səlahiyyətlərin verilməsi ilə bağlı tapşırıqlar verib.

Çıxışının sonunda dövlət başçısı 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirib, ölkənin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib.

Dollar yerində qaldı, avro bahalaşdı

11.01.2016

euro 01Yanvarın 11-də Mərkəzi Bank Azərbaycan manatının xarici valyutalara rəsmi məzənnəsini açıqlayıb (Məzənnələr). 1 dolların məzənnəsi ötən həftənin son iş günündə olduğu kimi 1,5642 manat qalıb.

Avro isə manata nəzərən möhkəmlənib. Transparency.az bildirir ki, Mərkəzi Bank 1 avronun rəsmi kursunu 1,7009 manatdan 1,7072 manata qaldırıb.

2015-ci il dekabrın 21-i manat üzən məzənnə rejiminə keçənədək 1 dollar 1 manat 5 qəpiyə idi.

Azərbaycan nefti 34 dollara düşüb

11.01.2016

neft yeni 1Dünya birjalarında neftin ucuzlaşması davam edir. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,38 dollar ucuzlaşaraq 32,50 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar azalaraq 32,81 dollar olub.

AZƏRTAC-ın 11 yanvar məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli isə 1,79 dollar ucuzlaşaraq 34 dollara düşüb.

Transparency.az bildirir ki, Azərbaycan nefti son iki ildə 80 dollardan çox dəyər itirib. 2014-cü ilin mart ayında Azərbaycan nefti London birjasında 114,80 dollara idi. Ötən ilin yanvarında qiymət 57,34 dollara düşüb, sonralar nisbi artım olub, avqust ayında isə qiymət 43,14 dollara enib və o vaxtdan ucuzlaşma sürətlənib.

Gömrükdə pozuntuların statistikası açıqlanıb

11.01.2016

gomruk - pozuntu 12015-ci ildə Azərbaycan Respublikasının gömrük orqanları 9206 hüquqpozma faktı aşkar edib. Rəsmi hesabata görə, bu faktlardan 574-ü cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının, digər cinayət predmetlərinin dəyəri 2 milyon 163 min 100 manatı üstələyib. Bu əməllərin törədilməsində şübhəli bilinən 633 nəfərin (553 Azərbaycan vətəndaşı, 80 xarici) barəsində müvafiq tədbirlər görülüb.

Məlumatda qeyd olunur ki, 2015-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 213 fakt aşkarlanıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 250 nəfər barəsində müvafiq tədbirlər görülüb, 30 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

Ötən il 8632 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 349 hüquqi şəxs (o cümlədən 211 xarici hüquqi şəxs) və 8291 fiziki şəxs (o cümlədən 4669 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 milyon 615 min 172 manat cərimə tətbiq olunub, dəyəri 367 min 048 manat olan mallar müsadirə edilib.

Gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 863412 ABŞ dolları, 59700 Avro, 4000 funt sterlinq, 10737400 rus rublu, 129907 manat dəyərində qızıl zinət əşyaları, 1312 manat dəyərində 767,290 qram gümüş aşkarlayıb.

Ötən il sahibkarlar 248,5 milyon manat güzəştli kredit alıb

11.01.2016

Economy.gov.az-ın məlumatına görə, 2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 39-u regionlarda, 7-si isə Bakı şəhərinin qəsəbələrində olmaqla 46 işgüzar forum keçirib: “4000-dən çox sahibkarın iştirak etdiyi bu tədbirlər çərçivəsində sahibkarlara güzəştli kreditlər verilib, kreditlərin verilməsi mexanizminə dair maarifçi treninqlər keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri təqdim olunub.

Ötən il İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 5243 sahibkarı 248,5 milyon manat güzəştli kreditlə təmin edib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır”.

Qiymət artımından sonra bir nüsxə qəzetin çapı 12-16 qəpik olub

11.01.2016



qezetManatın ucuzlaşması səbəbindən çap sənayesində də qiymət artımı baş verib. Qəzetlərin böyük əksəriyyətinin çap olunduğu “Azərbaycan” nəşriyyatı yanvarın 5-dən xidmət haqqını 25% artırıb. Bəzi qəzetlərin satış qiymətində də artım var.

Transparency.az-a bu barədə danışan qəzet rəhbərlərindən biri deyib ki, devalvasiyaya qədər bir nüsxənin çapı tirajdan asılı olaraq 8-10 qəpik arasında idisə, qiymət artımından sonra rəqəm 12-16 qəpik arası dəyişir: “Yayım firmaları hər satılan nüsxənin 40 faizini alır. Qəzetlərin ən azı 25-30 faizi satılmayıb geri qayıdır, amma geri qayıdan nüsxələrə çəkilən xərc yalnız redaksiyanın boynunda qalır. Əməkhaqqı və qonorar fondunu, kommunal xərcləri də nəzərə alanda bu tirajlarla qəzet özünü dolandıra bilməz”.

Qəzet rəhbəri bildirib ki, satışdan əldə edilən gəlir çap xərclərini ödəməsə də, qiyməti qaldırmaq mümkün deyil: “Çünki qəzet çörək deyil neçəyə olsa alınsın. Onsuz da bizdə qəzetlər dünya standartlarına görə bahadır. Qəzet oxuyan azdır. İnternet əsrində yaşayırıq. Hər kəsin əlində smartfon var, istədiyi məlumatı istədiyi vaxt əldə edə bilir, qəzetə çox da ehtiyac duymur”.

Rusiya əhli kimlərə daha çox etibar edir?

11.01.2016

rus ehliÜmumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi ölkə əhalisinin daha çox hansı peşə sahiblərinə etibar etməsinə dair sorğu keçirib.

Novator.az xəbər verir ki, sorğunun yanvarın 11-də açıqlanan nəticələrinə görə, rusiyalılar ən çox fəhlələrə etibar edir. Fəhlələrə inam 5 ballıq qiymətləndirmə üzrə 4,05 bal olub. Sonrakı yerlərdə müəllimlər (3,96) və hərbçilər (3,95) qərarlaşır.

2010-cu ildə aparılan analoji sorğunun nəticələrinə görə, Rusiya əhalisinin ən çoxu (3,87) alimlərə və din xadimlərinə (3,74) etibar edirdilər.

2010-cu ildə olduğu kimi hazırkı sorğuda da əhalinin ən az etibar etdiyi peşə sahibləri siyasətçilər (2,74) və məmurlardır (2,97).

Sorğunun nəticələri respondentlərin sahibkarlara (2,84) daha az etibar etdiyini göstərib.

Sosioloqlar vətəndaşların jurnalistlərə olan etibarının 2,95 baldan 3,16 bala yüksəldiyini bildirirlər.

Rusiya əhli kimlərə daha çox etibar edir?

11.01.2016



rus ehliÜmumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi ölkə əhalisinin daha çox hansı peşə sahiblərinə etibar etməsinə dair sorğu keçirib.

Novator.az xəbər verir ki, sorğunun yanvarın 11-də açıqlanan nəticələrinə görə, rusiyalılar ən çox fəhlələrə etibar edir. Fəhlələrə inam 5 ballıq qiymətləndirmə üzrə 4,05 bal olub. Sonrakı yerlərdə müəllimlər (3,96) və hərbçilər (3,95) qərarlaşır.

2010-cu ildə aparılan analoji sorğunun nəticələrinə görə, Rusiya əhalisinin ən çoxu (3,87) alimlərə və din xadimlərinə (3,74) etibar edirdilər.

2010-cu ildə olduğu kimi hazırkı sorğuda da əhalinin ən az etibar etdiyi peşə sahibləri siyasətçilər (2,74) və məmurlardır (2,97).

Sorğunun nəticələri respondentlərin sahibkarlara (2,84) daha az etibar etdiyini göstərib.

Sosioloqlar vətəndaşların jurnalistlərə olan etibarının 2,95 baldan 3,16 bala yüksəldiyini bildirirlər.

Hansı ölkədə nə ilidir?

11.01.2016



2016 - 01Yanvarın 10-u Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev ölkənin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalar arasında yaxşı münasibətlərə mühüm töhfələr verdiyini bildirərək 2016-cı ili Azərbaycanda multikulturalizm ili elan edib.

İqtisadçı ekspert Samir Əliyev bu məsələyə toxunaraq məlumat yayıb ki, 2016-cı il BMT-də paxlalı bitkilər, MDB ölkələri üzrə təhsil ili elan edilib. Transparency.az yaxın ölkələrdə 2016-cı ilin nə ili elan olunduğunu diqqətə çatdırır:

Gürcüstan — Avropa dövlətləri ili

Ermənistan — bərabər imkanlar ili

Rusiya — ingilis, rus dilləri və ədəbiyyatları ili

Türkmənistan — irsə ehtiram ili

Özbəkistan — sağlam ana və sağlam uşaq ili

Qırğızıstan — tarix və mədəniyyət ili

Ukrayna — ingilis dili

Belarus — mədəniyyət ili

Litva — kitabxana ili.

Nazirlik sosial xarakterli ödənişlərlə bağlı hesabat açıqlayıb

11.01.2016

emek nazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il vətəndaş müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində 5 485 149 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Transparency.az-a verilən rəsmi məlumata görə, bu məbləğin 43 faizi (2 362 875 manat) “Azərinşaatservis” ASC-nin işçilərə ödənilməsini gecikdirdiyi əmək haqları olub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü tədbirlər nəticəsində “Azərinşaatservis” ASC həmin gecikdirilmiş əməkhaqqı borcunu işçilərə tam şəkildə ödəyib.

2015-ci il ərzində ödənilməsi təmin edilmiş gecikdirilmiş sosial xarakterli ödənişlərin 91,7 faizini (5 032 263 manat) əmək haqları, qalan hissəsini isə sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.

Hesabata görə, ötən il işdən qeyri-qanuni şəkildə çıxarıldığı müəyyən olunan 22 nəfərin öz əvvəlki işinə bərpa olunması da təmin edilib.

Dollarla krediti olanlar məzənnə fərqi arasında qalıb

11.01.2016

vuqar bayramovİqtisadçı ekspert Vüqar Bayramov dollarla krediti olan vətəndaşların müxtəlif banklarda məzənnə çətinliyi yaşadığını bildirir. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, rəhbəri olduğu İqtisadi və Sosial İnkişaf Mərkəzi problemlə bağlı müraciətlər alır.

2015-ci il dekabrın 21-i manat üzən məzənnə rejiminə keçib. Buna qədər 1 dollar 1 manat 5 qəpiyə idi. Hazırda 1 dolların rəsmi məzənnəsi 1,5642 manatdır.

Yanvarın 8-dən Mərkəzi Bank kommersiya bankları üçün satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limit müəyyən edib. Mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya və əksinə mübadilə məzənnəsi hədləri həmin gün üçün Mərkəzi Bankın rəsmi məzənnəsindən +/-4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4 faizədək aşağı, satış məzənnəsi isə rəsmi məzənnədən maksimum 4 faizədək yuxarı) müəyyən edilib. Üzən məzənnəyə qədər bu limit 2% səviyyəsində olub. Sonra bu limit aradan qaldırılıb.

Vüqar Bayramov müraciətləri araşdıraraq müəyyən edib ki, bəzi banklar ötən həftə hətta 1 dollara 1,80 manat ödəmək tələbi qoyub: “Nəticədə 200 dollar borcu olan vətəndaş Mərkəzi Bankın rəsmi məzənnəsinə görə 321 manat əvəzinə qara bazar kursu ilə 360 manat qaytarıb. Deməli, rəsmi məzənnə ilə müqayisədə 39 manat artıq ödənib. Aylıq ödəniş yüksəldikcə rəqəm də böyüyür. Məsələn, 500 dollar üçün fərq 100 manata yaxın olur.

Kommersiya bankların məzənnəsinə Mərkəzi Bankın müəyyən etdiyi 4 faizlik marjın problemi həll edəcəyinə inanmaq doğru olmaz. Çünki hələlik əksər kommersiya bankları və valyutadəyişmə məntəqələri dollar satışına fasilə verərək gözləmə mövqeyindədir.

Mərkəzi Bankın vətəndaşlar üçün əlavə xərc yaradan prosesə müdaxilə etməsinə ehtiyac var. Qanunvericiliyə əsasən, ödəniş kommersiya banklarındakı mövcud məzənnəyə əsasən aparılmalıdır. Əksər banklarda isə məzənnə vətəndaşın deyil, bankın maraqlarına uyğundur. Fərqli kursa görə vətəndaş bir bankda çox, başqasında nisbətən az vəsait ödəyir. Bu baxımdan dollarla ödənişin həmin günə rəsmi kursa əsasən aparılması qaydasını qəbul etmək və qanunvericiliyə uyğun dəyişikliyə ehtiyac var. Vətəndaş kommersiya bankının öz maraqlarına uyğun kursu ilə deyil, Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun ödəniş etməlidir ki, aldanmasın”.

Əmanətlər girov düşüb

11.01.2016



ekrem hesenov
          Əkrəm Həsənov

Son vaxtlar bir neçə bank əhalinin əmanətini tam və ya qismən qaytarmaqdan boyun qaçırır, yaxud dollar əmanətini manatla qaytarmağı təklif edir. Bu zaman əmanətçiləri müxtəlif bəhanələrlə aldadıb özlərinə sərf edən ərizələrə imza atdırırlar. Məsələn, qorxudurlar ki, guya əmanət vaxtından əvvəl tələb edildikdə, lakin bank onu hələlik qaytara bilmədikdə əmanət artıq sığortalanmış olmur.

Əvvəla, Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən, əmanət müqaviləsinin şərtlərindən asılı olmayaraq (istəyir lap 100 il müddətinə bağlanmış olsun!) əmanətçinin ilk tələbi ilə bank əmanətin məbləğinin ən azı 1/4 hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 iş günü müddətində qaytarmalıdır. Əmanət də olduğu valyutada qaytarılmalıdır. “Əmanətlərin sığortalanması haqqında” qanunun 27.1-ci maddəsinə görə, hətta Əmanətlərin Sığortalanması Fondu da dollar və avroda olan əmanətləri həmin valyutada ödəməlidir. Əlbəttə, əmanətçinin istəyi ilə əmanət manatla da qaytarıla bilər.

Bankın əmanəti tam və ya qismən qaytarmaqdan, yaxud xarici valyutada olan əmanəti həmin valyutada qaytarmaqdan imtina etməsi kobud qanun pozuntusudur. Bankın bu əməlindən Mərkəzi Bank və İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edilə, həmçinin məhkəmədə iddia qaldırıla bilər.

Əlbəttə, müəyyən texniki səbəblərdən bankın uzağı 1 günlük likvidlik problemi yarana bilər. Yəni bank gün ərzində əmanətləri qaytara bilmədikdə bu hələ onun müflis olması demək deyil. Belə halda Mərkəzi Bankın borcudur ki, sonuncu instansiya kreditoru olaraq həmin banka kredit versin. Lakin Mərkəzi Bank hesab etsə ki, sözügedən bankın problemi daha ciddidir, yəni o, artıq müflisdir, dərhal lisenziyasını almalıdır. Bundan sonra əmanətçi əmanətini artıq Əmanətlərin Sığortalanması Fondundan ala bilər.

Amma Mərkəzi Bank nəinki aylar, hətta illərlə bəzi bankların lisenziyasını almır, onlara kredit də vermir. Nəticədə zərəri əmanətçi çəkir: pulunu nə bankdan, nə də Əmanətlərin Sığortalanması Fondundan ala bilir. Mərkəzi Bankın belə bankın lisenziyasını almaması həmçinin onunla bağlıdır ki, əmanətin Əmanətlərin Sığortalanması Fondu hesabına ödənilməsindən yayınmaq istəyir. Çünki həmin fondu faktiki olaraq Mərkəzi Bank idarə edir. Ehtimal etmək olar ki, fondun vəziyyəti qənaətbəxş deyil, Mərkəzi Bank onun əmanətləri qaytara bilməyəcəyini bilir. Eyni zamanda Mərkəzi Bank bankların çoxunun müflis olduğunu gözəl bilir və fondun bütün əmanətləri qaytarmağa gücünün çatmayacağını anlayır. Məhz buna görə də lisenziyaların alınması prosesinə başlamır.

Əmanətlərin Sığortalanması Fondu dövlət qurumu deyil, əmanətləri dövlət sığortalamayıb, dövlətin əmanətlərə (dövlət bankları olan Beynəlxalq Bank və Azər-Türk Bank istisna olmaqla) görə heç bir məsuliyyəti yoxdur. Buna görə banklar kütləvi müflisləşəndə fond əmanətləri qaytara bilməyəcək və özü də müflis olacaq. Başqa sözlə, əmanətlər batacaq!

Hazırda həm Mərkəzi Bankın rəhbərliyi, həm də bankların sahibləri və rəhbərləri vaxt udmaq istəyir. Mərkəzi Bankın rəhbərliyi yəqin ümid edir ki, tezliklə yeni rəhbərlə əvəz olunacaq. Həmçinin yəqin ki, Mərkəzi Bankın rəhbərliyinin bankların qarşısında xeyli qeyri-rəsmi öhdəlikləri var. Bankların sahibləri və rəhbərləri isə vaxt udaraq öz vəsaitlərini banklardan çıxarmaq istəyir. Bunun üçün isə üç şey tələb olunur: imkan daxilində daha çox krediti qaytarmaq; əmanətləri qaytarmamaq; yeni əmanətlər cəlb etmək. Sonuncunu reallaşdırmaq üçün banklar yaxında əmanətlərin məbləğindən (indi maksimum 30 000 manatdır) və faiz dərəcəsindən (indi maksimum 12%-dir) asılı olmayaraq tam sığortalanmasına nail olmaq istəyir. Başqa sözlə, əhalini bu yolla şirnikləndirmək istəyirlər. Çünki manatın devalvasiyası nəticəsində xarici valyutada olan əmanətlərin xeyli hissəsi sığortalanmamış qalır. Məsələn, ötən il dekabrın 21-dək 28 min 570 dollar məbləğində (30 000 manatın ekvivalenti) olan əmanət tam sığortalı idisə, indi cəmi 19 180 dollar məbləğində əmanət sığortalıdır.

Əgər Mərkəzi Bank və banklar əmanətlərin tam sığortalanmasını mümkün hesab edirsə, niyə indiyədək bu addımı atmayıblar? Niyə bank sisteminin məhz pis günündə bunu etmək istəyirlər? Deməli, bu addımı əhali, ölkə iqtisadiyyatı üçün deyil (yüksək faizlə cəlb etdikləri əmanətləri necə və hara yerləşdirəcəklər?), sırf şəxsi məqsədlərinə görə etmək istəyirlər. Çünki əmanətlər çıxarılır, problemli kreditlər arta-arta gedir, pulsuz qalıblar. Problemləri yenə də əhalinin hesabına həll etmək istəyirlər.

Bakıda iri qabaritli transformatorlar zavodu açılıb

11.01.2016

zavod
Yanvarın 11-də prezident İlham Əliyev Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun isə təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, iri qabaritli transformatorlar zavodunun sınaq laboratoriyası müasir səviyyədədir. Buradakı qurğular 2,4 milyon voltadək yüksələ bilən impuls gərginliyi və 700 min voltadək dəyişən cərəyan verə bilir. Bu isə istehsal edilən transformatorların izolyasiyasını yoxlamağa imkan verir.

Ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Zavodda 300 nəfər işlə təmin edilib.

Sonra prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub. Bu zavodun istehsal gücü illik 3,4 min müxtəlif avadanlıq, o cümlədən daxili və xarici tip eleqaz açarlar, ayırıcılar, paylayıcı qurğular olacaq.

“ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyovdur. Şirkətin Əmircan qəsəbəsində Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu, layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya zavodu isə 2011-ci ildən fəaliyyət göstərir.

“ATEF Şirkətlər Qrupu” özəlləşdirilən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb.

Bakıda iri qabaritli transformatorlar zavodu açılıb

11.01.2016



zavod
Yanvarın 11-də prezident İlham Əliyev Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun isə təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, iri qabaritli transformatorlar zavodunun sınaq laboratoriyası müasir səviyyədədir. Buradakı qurğular 2,4 milyon voltadək yüksələ bilən impuls gərginliyi və 700 min voltadək dəyişən cərəyan verə bilir. Bu isə istehsal edilən transformatorların izolyasiyasını yoxlamağa imkan verir.

Ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Zavodda 300 nəfər işlə təmin edilib.

Sonra prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub. Bu zavodun istehsal gücü illik 3,4 min müxtəlif avadanlıq, o cümlədən daxili və xarici tip eleqaz açarlar, ayırıcılar, paylayıcı qurğular olacaq.

“ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyovdur. Şirkətin Əmircan qəsəbəsində Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu, layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya zavodu isə 2011-ci ildən fəaliyyət göstərir.

“ATEF Şirkətlər Qrupu” özəlləşdirilən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb.

Valyutanın tənzimlənməsi qaydasını pozduğuna görə 11 nəfər cərimə olunub

11.01.2016



valyutaNəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zirəddin Ələsgərov, Bəhruz Bilalov, Samir Məsimov, İbiş Nuriyev, Məmmədəli İsmayılov, Sumqayıt şəhər sakini Nicat İsmayılov, Hacıqabul rayon sakini Zaur Əliyev, Oğuz rayon sakini Vahid Çələbiyev, Masallı rayon sakini Rəşad Cəfərov, Neftçala rayon sakinləri Vüsal Həsənov və Emin Ələkbərov valyutanın tənzimlənməsi qaydasını pozduqları üçün saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Nağd pulun həcmi bir ildə 47,62% azalıb

11.01.2016



amb 01Son 1 ildə Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi 47,62% və ya 5 milyard 217,6 milyon manat azalaraq 5 milyard 738,1 milyon manata düşüb. Mərkəzi Bankdan APA-Economics-ə verilən məlumata görə, təkcə noyabr ayında dövriyyədə olan nağd pulun həcmi 256,8 milyon manat və ya 4,28% azalıb.

Dövriyyədə olan nağd pulun həcminin azalması prosesi 2014-cü ilin avqust ayından başlayıb. Həmin vaxtdan indiyədək yalnız 2015-ci ilin may ayında bu göstərici üzrə artım qeydə alınıb. 2014-cü ilin avqustundan 2015-ci ilin noyabr ayına qədər dövriyyədə olan nağd pulun həcmi 1,94 dəfə azalıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi iki yeni qayda təsdiqləyib

11.01.2016



qiymetli kagizlar komitesiQiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Fond birjasının məlumatları açıqlaması” qaydasını təsdiqləyib. Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş qayda ölkə ərazisində fəaliyyət göstərən fond birjasının öz fəaliyyəti, ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətlərinin tələb və təklif qiymətləri, həmçinin onlarla bağlanmış əqdlərlə bağlı məlumatların açıqlanmasına dair tələbləri müəyyən edir.

Rəsmi məlumata görə, “Törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü qaydası” da təsdiqlənərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edib. Qayda törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə yerləşdirilməsi və tədavülü qaydasını müəyyənləşdirir.

Nefti dollar ucuzlaşdırır

11.01.2016



morqan banki 1ABŞ-ın ən böyük banklarından olan “Morgan Stanley” dolların dəyərinin artmasının neftin qiymətinin 20-25 dollaradək ucuzlaşmasına səbəb olacağı qənaətindədir. AZƏRTAC xəbər verir ki, bankın analitikləri bazardakı təklif çoxluğunun neftin 1 barrelinin yalnız 60 dollar səviyyəsinədək ucuzlaşmasına təsir etdiyini, 55-35 dollar arasında qiymət fərqinin isə dollardan asılı olduğunu bildirirlər.

Analitiklər 2015-ci ilin noyabrından bu vaxtadək neftin ucuzlaşmasına iqtisadi təsirin əsas hissəsinin dollardakı artımla əlaqəli olduğunu vur]ulayırlar: “Dolların dəyərinin 1 faizlik hərəkəti “Brent” neftinin 2 və ya 4 faiz hərəkətinə səbəb olur”.

“Brent” markalı neft son bir ildə 31 faiz ucuzlaşıb.

Yanvarın 11-də Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,38 dollar ucuzlaşaraq 32,50 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar azalaraq 32,81 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli isə 1,79 dollar ucuzlaşaraq 34 dollara düşüb.

Prezident: “Lazım olmayan qurumlar ləğv edilməlidir”

12.01.2016

prezident
Transparency.az prezident İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar iclasındakı iki çıxışından bəzi məqamları oxuculara təqdim edir:


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin