Xəbər bülleteni №20



Yüklə 0,49 Mb.
səhifə3/7
tarix06.05.2017
ölçüsü0,49 Mb.
#16986
1   2   3   4   5   6   7

Rauf Arifoğlu Mətbuat Şurasının İdarə Heyəti üzvü olaraq şura sədrindən bu mövzuda bir toplantı keçirməyi xahiş edəcəyini deyib: “KİVDF sədri Vüqar Səfərli ilə görüşməyi planlaşdırıram. Onun vasitəsilə ölkə prezidentindən xahiş etmək niyyətindəyik ki, media orqanlarına ayrılan vəsait müəyyən qədər qaldırılsın. Kağızın qiyməti 1 ton üçün 400 manat civarında qalxıb. Nəşriyyat xərcləri 25 faiz yüksəlib. Bu, artıq bizim gücümüzün xaricində olan məsələdir. Bilirik ki, dövlətimizin böyük ehtiyatları var. Və bu ehtiyatlar xarici valyutadadır. Belə olan halda əslində dövlət devalvasiyadan milyardlarla manat qazanıb, ödəmə imkanları daha da genişlənib. Söz mövzusu qəzetlərin ölüm-dirim savaşıdır. Hesab edirik ki, medianın bu cür çöküşü informasiya təhlükəsizliyi baxımından dövlətə də böyük zərərdir. Bunun qarşısını yalnız bizim yox, dövlətin də fədakarlığı almalıdır”.

Baş redaktor redaksiya daxilində ixtisarlar aparılacağı ilə bağlı sualı da cavablandırıb: “İnsanlar bizə güvənib yola çıxıblar. Ailələri, ödənişləri, gündəlik tələbat məsələsi var. Biz yükümüzü yüngülləşdirmək məqsədilə bəzi əməkdaşlarla müqavilə şərti ilə işləməklə çalışacağıq ki, heç bir əməkdaş iş yerini itirməsin. Amma vəziyyət ürəkaçan deyil. Manatın üzən devalvasiyası davam etsə, manat daha da ucuzlaşsa, mən menecer olaraq bu təlatümün öhdəsindən gələ biləcəyimi düşünmürəm. O baxımdan da “B” və “C” planları hazırlamışam. Hazırda qəzet rəhbərliyində qərarlaşdırdığımız “A” variantının tətbiqinə başlamışıq. Bu varianta əsasən, artıq 5 min manata yaxın qənaət fondu formalaşdıra bilmişik. Bu proses davam edəcək. Dövriliyin azaldılması, eyni zamanda redaksiyanın iki iş gününün olmaması — kommunal xərclərin hesabına cüzi də olsa kəmərsıxma əməliyyatına keçməli olacağıq. Biz eyni zamanda əməkdaşlara da o fikri aşılamaq istəyirik ki, vəziyyət kritikdir, hər kəs özünün iş yerinin xilası uğrunda mübarizəyə başlasın”.

Dövlət Məşğulluq Xidməti illik hesabat verdi

12.01.2016

meshgulluqDövlət Məşğulluq Xidməti ötən il 29 min nəfəri münasib iş yerləri ilə təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, ötən il ümumilikdə 4147 nəfər kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, qənnadıçı, mebel quraşdırıcısı, dərzi peşələri üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki əmək birjaları vasitəsilə əhalidən və ayrı-ayrı iş adamlarından qəbul edilmiş sifarişlər əsasında 4117 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edilib.

İdarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında 1626 nəfər vətəndaş haqqı ödənilən ictimai işlərə göndərilib. Ötən il düzgün peşə seçmələrinə köməklik məqsədilə 114 min 569 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzləri fəaliyyətə başlayıb

12.01.2016

tn-bina2016-cı ilin dövlət büdcəsinin tətbiqi barədə prezident fərmanına əsasən, şəhər və rayonlar üzrə nəzərdə tutulmuş təhsil xərcləri Təhsil Nazirliyinin müvafiq ərazi maliyyə hesablaşma mərkəzləri vasitəsilə həyata keçiriləcək. Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorundan Transparency.az-a verilən məlumata görə, hazırda şəhər və rayonlar üzrə təhsil şöbələrinin mərkəzləşdirilmiş mühasibatlıqları və təsərrüfat qruplarının ərazi maliyyə hesablaşma mərkəzlərinin tabeliyinə verilməsi, xərclərin mərkəzləşdirilmiş maliyyələşmə mexanizminin tətbiqinə başlanılması ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

İlkin olaraq yanvarın 1-dən Sumqayıt şəhərində Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonları əhatə olunmaqla 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, İsmayıllı şəhərində İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonları əhatə olunmaqla 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, Ucar rayonunda Ucar, Zərdab, Kürdəmir və Göyçay rayonları əhatə olunmaqla 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi və Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonları əhatə olunmaqla 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi fəaliyyətə başlayıb.

İlin birinci yarısının sonunadək yeni maliyyələşmə mexanizminin tam tətbiqinin təmin olunması və digər 11 ərazi maliyyə hesablaşma mərkəzlərinin də fəaliyyətə başlaması nəzərdə tutulur. Yeni mexanizmin tətbiqi ümumilikdə regionlarda yerləşən 4134 təhsil müəssisəsini, o cümlədən 3875 ümumi təhsil, 259 məktəbdənkənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edəcək”.

Rusiya: 700-dək vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub

12.01.2016

vezifeli shexs
Ötən il Rusiyada rüşvətə görə 700-dək vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunub. Novator.az xəbər verir ki, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov yanvarın 12-si Baş Prokurorluğun kollegiya iclasında belə deyib.

İvanov 2015-ci ildə mütəşəkkil qrupların törətdiyi iri rüşvətxorluq faktlarının üzə çıxdığını vurğulayıb.

SOCAR-ın 2015-ci il üzrə ödənişləri açıqlanıb

12.01.2016



socar
Socar.az-ın məlumatına görə, Dövlət Neft Şirkəti 2015-ci ilin dekabr ayında dövlət büdcəsinə 75 milyon 320 min manat vəsait ödəyib. İl ərzində büdcəyə ödənən vəsaitin həcmi isə 1 milyard 480 milyon 195 min manat olub.

Ötən ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 688 min manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin dekabr ayı ilə müqayisədə 982 min manat və ya 108,4 faiz çoxdur. 2015-ci ilin yanvar-dekabr aylarında isə Dövlət Sosial Müdafiə Fonduna ödəniş 139 milyon 294 min manat təşkil edib.

Xarici İşlər Nazirliyi 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışı yayıb

12.01.2016



xinXarici İşlər Nazirliyi 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışı yayıb. Qeyd olunur ki, diplomatik fəaliyyətin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin gücləndirilməsi üzərində cəmləşib: “2015-ci il bu məqsədlərə cavab verən bir sıra mötəbər beynəlxalq təsisatların qərarları ilə səciyyəvi olub. 27-28 may 2015-ci ildə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının iclasında qəbul edilən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və onun nəticəsində Azərbaycan ərazilərinin işğal altında qalması qətiyyətlə pislənib və münaqişənin Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması zərurəti Avropanın mühüm siyasi və hüquqi təsisatlarının 2015-ci ildə qəbul etdiyi qərarlarında da öz əksini tapıb. Avropa İnsan Hüquqları Məhkəməsi 16 iyun 2015-ci il qərarı ilə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını təsdiq edərək Ermənistanın Azərbaycan ərazilərini işğal etmədiyinə dair iddialarını rədd edib və bu ölkənin münaqişənin ilk günlərindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma separatçı qurum üzərində həlledici təsirə malik olduğunu və işğal olunmuş ərazilərdə effektiv nəzarəti həyata keçirdiyini təsbit edib. Bununla Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə yaradılmış və etnik təmizləmə daxil olmaqla digər kobud pozuntularla müşayiət olunan Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətin legitimliyini tanımaqdan imtina edən beynəlxalq birliyin mövqeyini hüquqi əsaslandırıb.

Dövlətlərin ərazi bütövlüyünə qarşı gücün tətbiq edilməsinin qəbuledilməzliyi və bu vasitə ilə yaradılmış vəziyyətin qeyri-qanuniliyi 5-9 iyul 2015-ci ildə keçirilmiş ATƏT-in Parlament Assambleyasının iclasında qəbul edilən “ATƏT məkanında dövlətlərarası münasibətlərdə Helsinki Prinsiplərinə sadiqlik haqqında” qətnamədə xüsusi vurğulanıb. Azərbaycan Respublikasının müəllif olduğu bu qətnamədə ATƏT məkanındakı münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə və münaqişə nəticəsində öz yurd-yuvalarından zorla qovulmuş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtmaq hüququna dəstək ifadə olunub.

4 noyabr 2015-ci ildə Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər və Demokratiya Komitəsi “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı qətnamə layihəsini təsdiq edib. Layihədə Ermənistanın Azərbaycan ərazilərini 20 ildən artıq müddətdə işğal altında saxlaması, həmçinin Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və etnik təmizləmə siyasəti pislənir və Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində effektiv nəzarət həyata keçirdiyi qeyd olunur. Eyni zamanda layihədə Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş bölgələrindən çıxarılması və bu ərazilər üzərində Azərbaycan Respublikasının tam suverenliyinin bərpa olunmasına dair çağırış öz əksini tapıb.

AŞPA-nın Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi isə Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyət nəticəsində yaranmış humanitar və ekoloji böhranla bağlı 23 noyabr 2015-ci ildə “Azərbaycanın cəbhə bölgələrində sakinlərin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihəsini təsdiq edib. Layihədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və burada qəsdən ekoloji böhran yaradaraq həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etməsi ekoloji təcavüz kimi qətiyyətlə pislənir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması, həmçinin Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir və yaxud təzyiq vasitəsi kimi istifadəsinin dayandırması tələb edilir. Qeyd olunan hər iki qətnamə layihəsi AŞPA-nın 2016-cı ilin yanvar ayında keçiriləcək sessiyasında qəbul edilməsi üçün müzakirəyə çıxarılacaq”.

XİN-in 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışında deyilir ki, Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin inkişafı məqsədilə 2015-ci il ərzində 11 ölkə (Belarus, Macarıstan, Avstriya, Çexiya, Serbiya, Rusiya, Qazaxıstan, Çin, İran, Türkmənistan, Səudiyyə Ərəbistanı) ilə birgə hökumətlərarası iqtisadi komissiyanın və 2 işçi qrupun (Almaniya və Çinin Sincan-Uyğur Muxtar Rayonu) iclası keçirilib, habelə işgüzar dairələr arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində 9 biznes forum (İran, Səudiyyə Ərəbistanı, Avstriya, Belçika, Sinqapur, Niderland, Belarus, Çexiya, Rusiya ilə) təşkil edilib: “Keçirilmiş görüşlərdə Azərbaycanın ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, informasiya və telekommunikasiya texnologiyaları, kənd təsərrüfatı və aqrar sənayesi, turizm və elmi-texniki sahələri üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə razılaşmalar əldə olunub və gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərin istifadə statistikası

12.01.2016



emek nazirliyiÖtən ay əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən ümumilikdə 143363 dəfə faydalanıb. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 114952 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə 28411 dəfə istifadə qeydə alınıb.

Rəsmi məlumata görə, “Elektron hökumət” portalından ümumi istifadənin dekabr ayı ərzində 23,4 faizi (168 584 dəfə istifadə) və ya 2015-ci il ərzində 19 faizi (2 210 442 dəfə istifadə) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub. Ümumilikdə ötən iki ilə yaxın müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən 4,7 milyon dəfə istifadə edilib.

Ötən il 264 sahibkarlıq subyekti asan lisenziya alıb

12.01.2016



asan 12015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyi “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 264 lisenziya verib. Bu lisenziyaların 202-si Bakı şəhərinin, 62-si isə regionların payına düşür. Xəbəri Economy.gov.az yayıb.

Prezident İlham Əliyev ötən il oktyabrın 19-da “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərman verib. Fərmana əsasən, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib.

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il fərmanının qüvvəyə mindiyi gündən isə lisenziyalar müddətsiz hesab edilir və onların verilməsi üçün rüsumların məbləği orta hesabla 2 dəfə azaldılıb (Müddətsiz lisenziyalar fərmanı).

Aksizli malların nağd pulla satışına qadağa götürüldü

12.01.2016

sahib alekberov 1Yanvarın 12-dən ölkədə aksizli malların plastik kartlarla satışı dayandırılıb. “Trend”in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov AzTV-yə müsahibəsində bildirib.

Sahib Ələkbərov qeyd edib ki, ölkədə kifayət qədər POS-terminal var: “Ticarət və ictimai-iaşə obyektlərində 86 mindən artıq POS-terminal quraşdırılıb və ehtiyac olarsa, əlavə POS-terminalların quraşdırılması üçün hər cür imkanımız var. Sadəcə olaraq insanlar buna alışmır. Kartlar da kifayət qədərdir. Bu gün Azərbaycanda 6 milyondan artıq ödəniş kartı var”.

Nazir müavininin sözlərinə görə, o ki qaldı spirtli içkilərin nağdsız ödənişinə, burada prinsip etibarilə ciddi bir problem yoxdur: “Sadəcə olaraq sənədləşmə ilə bağlı məsələlər var. Həm bizə, həm də Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, cənab prezidentə çoxsaylı müraciətlər daxil olub ki, bu sənədləşmə işlərinin başa çatdırılmasına müəyyən zaman tələb olunur. Bütün bunları nəzərə alaraq cənab prezident həmişəki kimi yenə sahibkarlığın inkişafına öz dəstəyini göstərir və tapşırıq verilib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın”.

Prezidentin 7 dekabr 2015-ci il fərmanı ilə “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” təsdiqlənib. Qaydalara əsasən, içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Qayda bu il yanvarın 1-dən qüvvəyə minib.

Prezident 4 ölkəyə səfirlər təyin etdi

13.01.2016



prezident - ferman
Prezident İlham Əliyev yanvarın 12-də sərəncamlar imzalayaraq Daşqın Şikarovu Birləşmiş Ərəb Əmirliklərində, Məmməd Əhmədzadəni İtaliya Respublikasında, Murad Nəcəfbəylini Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfirlər təyin edib.

Nərgiz Qurbanovaya Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfir postu həvalə olunub. Digər sərəncamla ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Qiymət artımına yol verənlərə cinayət işi qaldırılıb

13.01.2016



antikorrupsiya 1İqtisadiyyat və Sənaye Nazirliyi ilə Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi manatın məzənnəsində baş vermiş dəyişiklik fonunda süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə halları ilə bağlı tədbirlər həyata keçirir: “Aparılmış monitorinq zamanı “Giləzi – Quşçuluq Şirkəti” MMC, “Hacıqabul Quşçuluq Şirkəti” MMC və “Astel LTD” MMC-nin vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən sui-istifadə edərək yumurtanın bahalaşdırılması ilə istehlakçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunduğundan müvafiq materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Toplanmış materiallar əsasında yanvarın 12-də Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanıb. Hazırda təqsirkar şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Məlumata görə, Bakı şəhər sakininin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161 — Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Bakının Nəsimi rayonunda yerləşən “Alfa Med” MMC-nin satış üzrə meneceri İbadulla Hüseynovun “Grateziano” dərman vasitəsini dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib: “Cəmiyyətin anbarına baxış zamanı gömrük bəyannaməsi olmayan külli miqdarda dərman aşkarlanıb. Aşkarlanan 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatların Tarif Şurasında müəyyən edilən qiymətlərdən baha satılması da məlum olub.

“Alfa Med” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsilə qanunsuz satılması, şirkətdə qara mühasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb.

Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1-ci və 200.1-ci maddələri ilə cinayət işi başlanıb, “Alfa Med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İbadulla Hüseynov şübhəli şəxs qismində saxlanıblar. Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Birgə məlumatda sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməmək tövsiyə olunur və bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəyi vurğulanır.

Manatın rəsmi kursu bir az artıb

13.01.2016

amb 01Yanvarın 13-də Mərkəzi Bank manatın məzənnəsini ötən günlə müqayisədə bir qədər artırıb. İndi rəsmi kursla 100 dollar 156 manat 82 qəpiyə, 100 avro isə 169 manat 80 qəpiyə satılır.

Transparency.az xatırladır ki, 2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzə məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb.

Neftdə yeni ucuzlaşma

13.01.2016



neft 1Dünya birjalarında neftin ucuzlaşması davam edir. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,69 dollar ucuzlaşaraq 30,82 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar azalaraq 31,16 dollar olub.

AZƏRTAC-ın 13 yanvar məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 0,89 dollar ucuzlaşaraq 31,92 dollara düşüb.

Beynəlxalq agentliyin analitiki: “Azərbaycanın bank sektoru üzrə proqnoz neqativdir”

13.01.2016



moodys“Moody’s” beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukova APA-Economics-ə müsahibəsində manatın Azərbaycan Mərkəzi Bankının 21 dekabr 2015-ci il qərarı ilə üzən məzənnə rejiminə keçidini dəyərləndirib: “İlk növbədə onu deyə bilərəm ki, bu qərar bank sektoruna neqativ təsir edəcək. Çünki Azərbaycanın bank sektorunda dollarlaşma səviyyəsi olduqca yüksəkdir. Bank aktivlərinin keyfiyyəti pisləşməkdədir və bu proses davam edəcək. Əsas problemlərdən biri odur ki, orta səviyyəli banklardan kredit götürən şəxslərin gəlirləri azalıb.

Bununla yanaşı devalvasiyadan dərhal sonra banklar valyutada olan kreditlər üzrə ehtiyatlarını artırmaq məcburiyyətində qalıb ki, bu da onların gəlirliliyinə təsirsiz ötüşməyib.

Bizim proqnozlarımıza görə, iqtisadi artım tempinin ləngiməsi səbəbindən banklardan kredit götürənlərin sayı azalmaqda davam edəcək. Bu, fiziki şəxslərə də aiddir. Həm də əhalinin alıcılıq qabiliyyəti aşağı düşəcək, inflyasiya səviyyəsi artacaq.

Manatın dəyərdən düşməsi bankların kapitalına da mənfi təsir göstərib. Azərbaycan banklarının xarici valyutada ifadə olunan passivlərinin həcmi xarici valyutada ifadə olunan aktivlərinin həcmini üstələyir. Buna səbəb devalvasiyanın baş verməsindən ehtiyatlanan əmanətçilərin sürətli şəkildə əmanətlərini xarici valyutaya konvertasiya etməsidir. Məhz bu proses bir çox bankların devalvasiyadan dərhal sonra zərərlə üzləşməsinə səbəb olub. Valyuta risklərinin heçləşdirilməsi üzrə inkişaf etmiş bazarın olmaması prosesi sürətləndirdi.

Üzən məzənnə rejiminə keçid valyutanın volatilliyini qaçılmaz edir. Bu isə öz növbəsində valyuta risklərini idarə edə bilməyən və daha açıq valyuta mövqeyinə malik olan bankların fəaliyyətinə mənfi təsir edəcək”.

Analitik əlavə edib ki, hökumətin üzən məzənnə rejiminə keçidlə bağlı qərarı neftin sürətlə ucuzlaşmasına bağlıdır: “Mərkəzi Bank iki variantdan birini seçməli idi: ya valyuta ehtiyatlarını əritməli idi, ya da üzən məzənnə rejiminə keçməli idi. Bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti bu qərarı qonşu ölkələrdən sonra atdı. Bildiyimiz kimi, neft ixracından asılı olan Rusiya və Qazaxıstan da üzən məzənnə rejiminə keçib. Beləliklə, Azərbaycan hökumətinin bu ölkələrdən sonra üzən məzənnə rejiminə keçidi milli valyutada olan dövlət büdcəsinə dəstək verdi, daxili istehsala əsaslanan malların rəqabət qabiliyyətini artırdı”.

“Moody’s” təmsilçisi hesab edir ki, 2016-cı ildə Azərbaycanın bank sektoru üzrə proqnoz neqativdir: “Bankların aktivlərinin keyfiyyəti pisləşməkdə davam edəcək, bu isə bankların gəlirlərinə və kapitalına mənfi təsir edəcək. Milli valyutaya etibarın itməsi səbəbindən xarici valyutaya konvertasiya olunan depozitlərin həcmi artacaq və ya sistemdən kənara çıxacaq. Xarici valyutada olan aktivlər və passivlər arasında disbalans böyüyəcək. Bir çox banklar kredit portfelinin ixtisara salınmasını üstün tutacaq”.

“Son proseslər ölkənin suveren reytinqinə necə təsir edə bilər” sualını analitik belə cavablandırıb: “Hazırda Azərbaycanın suveren reytinqi “Baa3” səviyyəsindədir (Beynəlxalq kredit reytinqi cədvəli), proqnoz stabildir. Təbii ki, manatın devalvasiyası dövlət büdcəsinə və valyuta ehtiyatlarına müsbət təsir edir”.

Analitik əlavə edib ki, manatın məzənnəsi əsasən neftin qiymətinə bağlıdır və bununla bağlı proqnoz vermək çətindir: “Hər şeyi neft qiymətlərinin dinamikası göstərəcək”.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin