Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları



Yüklə 1,43 Mb.
səhifə6/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   2   3   4   5   6   7   8   9   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

İQTİSADİ TƏHLQKƏSİZLİK
İqtisadi təhlükəsizlik anlayışı ölkənin müəssisə, elm və maliyyə təşkilatlarının digərləri ilə maddi-istehsal, elmi texniki və maliyyə əlaqələrinin elə bir səviyyəsini əks etdirir ki, dövlət və xalq öz mənafe və meyarlarına xələl gətirmədən, bərabər və qarşılıqlı fayda şəraitində öz imkanlarını hər tərəfli və optimal surətdə inkişaf etdirməyi mümkün edir.

“Politologiya” ensiklopedik lüğətində (1993 il) bu anlayış aşağıdakı kimi izah edilir.

"İqtisadi təhlükəsizlik” elə bir vəziyyətdir ki, bu zaman xalq müstəqil surətdə, kənardan heç bir müdaxilə və təzyiq olmadan öz iqtisadi inkişaf yolunu və formalarını müəyyən edə bilər. İqtisadi təhlükəsizlik siyasi-iqtisadi və siyasətşunaslıq elmlərinin iqtisadi sərbəstlik və aslılıq, sabitlik və zəiflik, iqtisadi təzyiq, hədə-qorxu, məcburiyyət və təcavliz, iqtisadi müstəqillik və s. məfhumları ilə sıx əlaqədə olan ümumiləşdirilmiş anlayışdır.

Milli iqtisadi təhlükəsizliyin daxili maddi və sosial-siyasi əsasları vardır. Daxili maddi əsaslar milli məhsulun daim artan istehsalının natural və dəyər elementlərinin çox mühüm hissəsini təmin eda bilən istehsal qüvvələrinin kifayət qədər yüksək inkişaf səviyyəsidir.

Müasir şəraitdə Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyini təmin etmək üçün ölkəni iqtisadi böhrandan çıxarmağa imkan veran şəraiti formalaşdırıb saxlamaq və iqtisadiyyatın strukturunu yenidən qurmaq tələb olunur.

Məlumdur ki, iqtisadi təhlükəsizlik bir çox tədbirlərin, o cümlədən aşağıdakıların hesabına təmin edilə bilər: fiziki müdafiənin təşkili, silah tətbiqi, texniki vasitələr (maneələr, siqnal qurğuların), informasiya itkilərinin qarşısının alınması, texnoloji proseslərin, sazişlərin, sirlərin saxlanması, məlumat-təhlil işlərinin (maliyyə vəziyyətinin, tərəfdaşın etibarlığının araşdırılması və s. yəni əslində kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti) aparılması və s.

Dövlət müəssisələrində işləri dövlət orqanları, özəlləşdirilmiş və ticarət müəssisələrində isə onların öz təhlükəsizlik xidmətləri dövlət orqanları ilə birlikdə həyata keçirirlər.

Bu halda “iqtisadi təhlükəsizlik” anlayışı çoxsəviyyəli məfhum kimi işlədilir:

1 - respublikanın ümümi iqtisadi təhlükəsizliyi;

2 - yerli (və ya məhəlli) iqtisadi təhlükəsizlik;

3 - istehsal sahəsinin və ayrılıqda götürülmüş hir müəssisənin iqtisadi təhlükəsizliyi.

İqtisadi təhlükəsizliyi aşağıdakı sosial-psixoloji amilləri nəzərə almadan təsəvvür etmək mümkün deyil;

1 - sosial, siyasi, mailiyyə, texnoliji, informasiya, gömrük, təşkilatı-idarəçilik və s. sistemlərinin vəziyyəti;

2 - cəmiyyətin,onun müxtəlif təbəqələrinin ilk növbədə işsizlərin həyat tərzi və keyfiyyətlərin stratifikasiyası;

3 - sosial gərginliyin səviyyəsi,yəni məhdud ixtilaflar,münaqişələr,tətillər və s.;

4 - sosial instituların vəziyyətləri, müxtəlif regionlarda vəzifəli şəxslərin səriştəliyi, məcmusudur. Texnogen təhlükəsizlik həyatımızda getdikcə daha əhəmiyyətli yer tutmaqdadır.

Dünyada bədbəxt hadisə, qəza və fəlakətlərin sayının artması müşahidə olunur ki, bu aşağıdakı 3 səbəblə izah olunur:

- texnikanın inkişafı və mürəkkəb texnolofi proseslərin tətbiqi ilə təhlükələrin sürətlə artması;

- insanların buraxdığı səhvlərin sayının artması;

- insanların nəinki təhlükəyə öyrəşməsi, həm də istismar qaydaları pozmağa meyilli olması.

Fövqəladə vəziyyətlərin proqnozlaşdırılması, qabaqcadan xəbərdar edilməsi və nəticələrinin ləğv edilməsi hər bir inzibati-ərazi bölgəsinin aktual problemidir.

Zərərli maddələrin sızıb axması çox vaxt partlayışlarla, yanğınlarla, konstruksiyaların dağılması ilə, elektrik şəbəkələrinin, su təchizatı sistemlərinin və əhalinin həyat təminatı ilə bağlı olan digər obyektlərin siradan çıxması ilə müşayiət olunur. Bütün bunlar adamların zədələnməsinə və tələf olmasına böyük maddi itkilərə, ekoloji şəraitin mürəkkəbləşməsinə və son nəticədə həm ayrı-ayrı inzibati-ərazi bölgələrinin, həm də bütünlüklə ölkənin iqtisadi potensialının zəifləməsinə səbəb olur.

Texnogen təhlükəsizliyi təmin etmək üçün aşağıdakı tədbirlər yerinə yetirilməlidir:

1 - Ərazidə texnogen xarakterli bütün risklərin, o cümlədən, istehsal olunan məhsulların, texnoloji proseslərin və əməliyyatların, əhalinin hayat təminatı üzrə istehsal obyektlərinin təhlükələrini qabaqcan aşkar edilməli;

2 – Kompleksli qiymətləndirmə üsulları ilə obyektlərin təhlükəlik dərəcələri təyin edilməli, bu zaman obyektlərin yanğın-partlayış və elektrik təhlükəliyi, təzyiq altında işləyən qurğu və qabların etibarlığı, həmçinin real hidrogeoloji, ərazi və iqlim şəraitləri təyin edilməli.Eyni zamanda ekstremal şərəitdə zəncirvari reaksiyalarla böyük dağıntılar törətmə ehtimalı olan ən təhlükəli qovşaq və obyektlər aşkar edilməli;

3- Fəlakətlərin nəticələrinin, həmçinin problemin bütün təzahür hallarında itgi və ziyanların ölçülərinin proqnazlaşıdırılma üsulları tərtib edilməli;

Müəssisələrin dayanıqlı, qəzalarsız işini təmin etmək va ekolofi tarazlığı qorumaq üçün proflaktika tədbirləri işlənməli;

4 - İqtisadiyyatın bütün sahələrində yeni təhlükəsiz və qənaətcil texnologiyalarının tətbiq edilməsi, texnoloji proseslərinin və qəza əleyhinə mühafizəsinin avtomatlaşdırılması;

5 - İnsan tələfatı, avadanlığın sıradan çıxması, ətraf mühitin zərərli tullantılarla çirklənməsi va s. ilə müşayət olunan qəzaların qarşısını almaq üçün texniki üsulların və tədbirlərin işlənib hazırlanması;

6 - Qəza və fəlakətlərin qabaqlanması və qarşısının alınması, insan tələfatı və maddi itkilərini azaltmaq məqsədi güdən texniki və təşkilati tədbirlərin hazırlanma


MOVZU5


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin