Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları



Yüklə 1,43 Mb.
səhifə14/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   10   11   12   13   14   15   16   17   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

Sex və avadanlıqların əlverişli yerləşdirilməsi. Aqreqat və aparatların bir-birindən müəyyən məsafədə arakəsmələrlə yerləşdirilməsi, onların quraşdırılması, sökülməsi və təmiri işlərinin rahat və təhlükəsiz aparılmasını təmin etməlidir. Məsələn, keçidlər 0,7 m-dən az olmamalı, nasos stansiyalarında bircərgəli yerləşdirilmiş nasosların sıraları arasında olan məsafə 1,5 m-dən az olmamalı, maşınların hərəkət hissələrindən sexin divarına qədər olan məsafə 1,5 m-dən az olmamalıdır.

Qoruyucu sanitariya zonaları. Müxtəlif müəssisələr yerləşdirilərkən onlar sanitariya və texnoloji əlamətlərinə görə qruplaşdırılmalıdır.

Qazlar, tüstü, his, toz, pis iylər, səs-küy və s. istehsalat zərəri olan sənaye müəssisələrini yaxınlıqdakı yaşayış binalarının külək tutmayan tərəfində yerləşdirirlər.

İstehsalat müəssisələrinin zəhərli tullantılarının atmosferə buraxılan yeri ilə yaşayış və ictimai məntəqələr arasında olan minimal məsafəyə qoruyucu sanitariya zonaları deyilir. Bu zona yaşayış məntəqəsində olan adamlar, binaları, başqa tikintiləri və obyektləri istehsalatın zərərindən qoruyur.

Sanitariya normalarına əsasən müəssisələr qoruyucu sanitariya zonalarının eninə görə beş sinfə bölünür:

I, II, III, IV, V - sinif müəssisələrin qoruyucu sanitariya zonası uyğun olarsa 1000, 500, 300, 100, 50 m enində nəzərdə tutulur. Bu bölgü istehsalatın zərərindən, texnoloji prosesdən və zəhərli tullantıların zərərsizləşdirmə tədbirlərinin xarakte­rindən asılı olaraq aparılır.

Məsələn, neftçıxarma sənayesinin 120000 m3/gün-dən çox qaz istahsal edən obyektləri birinci sinif qoruyucu sanitar zonası ilə təmin olunmalıdır. Tərkibində çəki ilə 0,5%-dən çox kükürd olan neft istehsalı obyektləri də bu sinifə daxildir.

Qaz hasilatı 24000-120000m3/gün-ə qədər və tərkibində 0,5%-ə qədər kükürd olan neft mədənləri üçüncü sinif sanitariya zonaları ilə təmin olunur.

Qaz hasilatı 24000m3/gün-ə qədər olan neft mədənləri dördüncü sinifə daxildir.

Qoruyucu sanitariya zonasında abadlıq və yaşıllıq işləri aparılmalıdır. Burada aşağı sinif zərəri olan obyektlər yerləşdirilə bilər.

İstehsalatın yerləşdirilməsi, qoruyucu sanitariya zonası saxlamaqla bitmir, onu yaşayış məntəqəsinin hansı tərəfində yerləşdirməyin də böyük əhəmiyyəti vardır. Bu da meteoroloji şərait nəzərə alınmaqla həll edilir.

Meteoroloji şəraitdə əsasən küləklərin istiqaməti və gücü nəzərdə tutulur.

Küləyin istiqaməti istehsalat zərərinin yayılmasında (səpələnməsində), gücü isə bina və tikililərin uçub dağılma­sında öz təsirini göstərir.

Küləklərin gücü və istiqaməti meteoroloji tədqiqatlar nəticəsində toplanan statistik materiallar əsasında qurulan qrafikdən (və ya cədvəldən) götürülür. Bu sabitləşmə çoxillik orta məlumatları olan rayon üçün dəyişməz hesab olunur.

Qurulmuş qrafikə formasına görə “küləklər gülü” (şəkil 3.1) deyilir.






Qrafikdən göründüyü kimi, Bakı şəhəri və onun ətrafındakı ərazi şimaldan əsən küləklərin (xəzri) üstünlüyü ilə xarakterizə olunur. Qazıma buruğunun tikilişində qazıma briqadasını küləkdən, yağış və qardan qorumaq üçün buruq və buruq ətrafında yerləşəcək qazıma qurğuları 8m hündürlüyündə örtüklə əhatə olunmalıdır.

Küləyin istiqamətinə görə buruq elə yerləşdirilməlidir ki, qəbul körpüsü külək tutmayan cəhətdə olsun. Belə olduqda “quşxanada” işləmək və qazıma şamlarının yuxarıdakı ucunun barmağa keçirilməsi asanlaşır.

Qazıma zamanı atmosferi çirkləndirən zərərli qaz sızmalarının, dizel mühərriklərindən ayrılan işlənmiş qazların yaşayış məntəqəsinə tərəf getməsinə imkan verməmək üçün buruğu yaşayış məntəqəsinin külək tutmayan tərəfində yerləşdirmək lazımdır.

Mədəndə kükürdlü neftlərin havadan ağır zəhərli buxarları (H2S) alçaq relyefli iş sahələrinə və çala-çuxura dolaraq zəhərlənmə hadisələrinə səbəb ola bilər. Bu baxımdan mədən ərazisindəki obyektlər (məsələn, qaz-kompressor stansiyası) elə yerləşdirilməlidir ki, onların təbii ventilyasiyası təmin edilsin.

Sanitariya məsafə normalarının seçilməsi. Bu məsafələr xidməti asanlaşdırmaq və təhlükəsizliyi təmin etmək məqsədilə bir istehsalat daxilində ayrı-ayrı obyektlər arasında qoyulur.

Müəssisə tikililəri arasındakı məsafələr binanın yanğın təhlükəsizliyindən, hündürlüyündən və s. asılı olaraq sanitariya normalarından götürülür.

Nəzərdə tutulmuş təbii işıqlanmanı və təhlükəsizliyi təmin etmək üçün istehsalat binaları arasındakı minimal məsafə qarşıda duran hündür binanın hündürlüyündən az olmamalıdır.

Tozlu materialların saxlandığı açıq anbarlarla istehsalat binalarına qədər olan məsafə 20, məişət binalarına qədər olan məsafə isə 25m-dən artıq olmalıdır.

Böyük dəqiqlik tələb edən və titrəyişə həssas işlər aparılan xüsusi binalarla zərbəli maşın və qurğular yerləşdirilən binalar arasındakı məsafə xüsusi hesablamalarla tapılır və 50 m-dən az olmur.

Keçid yollarının eni nəqliyyat vasitələrinin ölçülərindən asılıdır. Hərəkətin təhlükəsizliyini təmin etmək üçün ikitərəfli hərəkətdə yolun eni 6m-dən, birtərəfli hərəkətdə isə 4m-dən az olmamalıdır.



Müəssisə ərazisindəki obyektlərin düzgün yerləşdirilməsi. Planlaşdırma zamanı tikililər istehsalat zərərinə uyğun obyektlərdə qruplaşdırılır və digər zərərsiz obyektlərdən aralı yerləşdirilir. Bu zaman istehsalat zərərinə qarşı təhlükəsizlik tədbirlərinin görülməsi asanlaşır və kompleks tədbirlər tətbiq etmək mümkün olur.

İş zonasının havasını zəhərləyən, eləcədə səs-küylü obyektləri ayrıca yerləşdirmək məsləhətdir.

Bir binada eyni sanitariya-gigiyena xassəsinə malik olan sexlərin yerləşdirilməsi daha məqsədə uyğundur.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin