Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


TƏHLÜKƏSİZLİK SİSTEMLƏRİ VƏ NÖVLƏRİ



Yüklə 1,43 Mb.
səhifə2/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   2   3   4   5   6   7   8   9   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

TƏHLÜKƏSİZLİK SİSTEMLƏRİ VƏ NÖVLƏRİ
Həyat öz "ümumi", “xüsusi” və “fərdi” əlamətləri ilə çoxmənalı hadisə olduğu kimi, təhlükəsizlik anlayışı da mürəkkəb sistemli və çox cəhətlidir. "Təbiət-insan" qlobal sistemində qarşılıqlı əlaqələrdə olan 5 sistemi fərqləndirmək olar: İitosferi, hidrosferi, atmosferi va biosferi özündə birləşdirən 1-təbiət; 2-insan (etnosfer); 3-insan fəaliyyətinin məhsulları olan texnosfer; 4-sosiosfer; 5-noosfer.İnsan şüuru ilə hələ də tam dərk edilməmiş “noosfer" məlumat mühadilələri nəticəsində obyektiv sürətdə yaranmış ümumi məlumatlar məkanıdır.

Bütün bu sistem və yarım sistemlər təhlükəsizliyin obyekt və subyektləri olmaqla yanaşı, bir-birinə müshət və ya mənfi təsirlər göstərirlər. Onlar hamısı öz inkişafları zamanı özlərinə və ümumi "təbiət-insan” sisteminə daxil olan digər sistemlərə uğurlu fəaliyyət və ya dağılmaq üçün zəmin yaradırlar.

Təhlükəsizliyin ən qlobal obyekti biosferdir ki, bütün digər obyekt və subyektlərin təhlükəsizliyi onun qorunması ilə bağlıdır. Biosfer Yer kürəsinin elə səciyyəvi hissəsidir ki, yalnız onun mövcudluğu, yer üzündə bütün müasir həyat formalarının, o cümlədən, insanın yaşamasını və hər hansı fəaliyyətini mümkün edir. Həyat onun daxilində yaranmışdır.

İnsanı təhlükəsizliyin ən əsas obyekti və subyekti hesab edilir. İnsan Yer kürəsində ən qiymətli və zəif, amma eyni zamanda özünə və ətraf mühitə ən böyük təhlükə kəsb edən bir varlıqdır.

Beləliklə, insan bütün təhlükəsizlik sturukturları üçün ilk başlanğıc kateqoriyadır.

Təhlükəsizliyin əsas ictimai kateqoriyaları kimi insan, ailə və stnos qəbul edilir.

Təhlükəsizlik anlayışının sistemliyvini nəzarə alaraq onun ən səciyyəvi aspektlərini aşağıdakı qaydada təsnif etməyi məqsədəuyğun hesab edilir:

- coğrafi (ərazi); - sosial (ən geni mənada)

- etnik (milli); - texniki.

Coğrafi və ya ərazi nöqteyi-nəzərindan təhlükəsizliyin obyekti və subyektlərinə planetar, regional (məhəlli) və ya yerli miqyaslarda baxmaq məqsədəuyğundur. Buraya yaşayış məntəqələri, ərazi sistemləri, nəqliyyatın hərəkət marşurutları, əhalinin miqrasiya yolları və insan fəaliyyətinin ekoloji şəraitlərini müəyyən edən xarici mühit obyektləri daxildir.

Sosial aspektlərə fərdin, ailənin cəmiyyətin, dövlətin və dünya dövlətlər birliyinin problemlərinə toxunan bütün təhlükəsizlik obyekt və subyektlərə aid edilir.

Etnik aspektin obyekt və subyektlərinə planetimizin əhalisi, onun dövlət sərhədləri daxilində və xaricində yerləşməsi, çoxmillətli dövlətlərin etnik strukturu (etnoslar, subetnoslar, etnik qruplar, bu və ya digər etnosun maraqlarını təmsil edən şəxslər) aid edilir.

Etnik təhlükəsizlik obyektlərinə, o cümlədən, xalqların yaratmış olduğu mənəvi, mədəni dəyərlər və insanın başlıca dəyəri olan genefond da daxil edilir.

Texniki aspektdə təhlüəsizlik obyektlərinə texnosfer və müəyyən dərəcədə noosfer obyektləri (elmi biliklər və elmi-texniki tərəqqinin nailiyyətləri ) aid edilir. Buraya həmçinin texnoloji proseslər,əmək və hərbi xidmət fəaliyyətlərinin təhlükəsizliyi də daxildir.

Təhlükəsizliyin sahə və aspektlərinin tədqiqi onun əsas struktur elementərini-insan (fərd), ailə (sosial qrup), cəmiyyət (millət), dövlət (dövlətlər qrupu, dünya dövlətləri birliyi), təbiət vəs. bir-birindən ayırmağa və müvafiq terminləri: fərdi təhlükəsizlik, qrup əhlükəsizliyi, dövlət təhlükəsizliyi, milli təhlükəsizlik, kollektiv təhlükəsizlik (dövlətlər rupu üçün),ümumi kollektiv təhlükəsizlik (bütün dünya üçün) və s.tətbiq etməyə imkan verir.

öründüyü kimi, insan (fərd) özü ayrılıqda təhlükəsizlik sisteminin obyekt və subyekti olmaqla bərabər, bütün digər təhlükəsizlik sistemlərində iştirakı ilə əsas sistem yaradan rol oynayır. Buradan belə nəticə çıxır ki, fərdi təhlükəsizliyin təmin edilməsi bütün digər forma və səviyyələrin təhlükəsizliyinin əsas şəraitidir, amma eyni zamanda fərdin durumu da cəmiyyətin, dövlətin və təbiətin vəziyyəti ilə müəyyən olunur. İnsan praktiki olaraq bütün təhlükələrin foksunda durur, çünki hər hansı destruktiv sosial-siyasi, ekoloji, etnik və texniki hadisələrdə məhz insan əziyyət çəkir. Fərdi təhlükəsizliyin, yəni insanın şəxsi mənafe və təlabatları səviyyəsində təhlükəli amillərin müdafiə edilməsinin bir çox variantları var. Bu onunla əlaqədardır ki, fərdi boisosial sistemdir və həm cəmiyyətin bir üzvi olan insan rolunu, həm də ətraf mühitin müəyyən məhdudlaşdırıcı parametrləri şəraitində yaşayan canlı orqanizm rolunu oynayır.

Birinci halda fərdin hüquqi təhlükəsizliyi, yəni insanın bir vətəndaş kimi dövlət qanunları və ictimai ənənələrlə mühafizə edilən ümumi sosial normalar sistemi ilə müdafiə edilməsi; maddi təhlükəsizliyi, yəni onun əmlakının, təsərrüfat, əmlak, əmək və ailə münasibətlərinin müdafiəsi, məişət təhlükəsizliyi, yəni həyat təminatı sistem və qurğularının, mənzilinin, mühəndis-kommunal şəbəkələrinin və s. müdafiəsi nəzərdə tutulur.

İkinci halda fərdi təhlükəsizlik onun məskunlaşdığı mühitin parametrlərinin sinifləri üzrə (enerjinin hərəkət forması üzrə): fiziki, kimyəvi, biolofi, radiasiya və s. təmin olunur. Bu halda həmçinin, təhlükənin təsir xarakterinə görə-yəni somatik (bədən) təhlükəsizlik və ruhi müdafiə-yəni təfəkkür, əsəb sistemi kimi beyin amillərinin normal fəaliyyəti; mənəvi müdafiə yəni şüurun, əxlaqi vəziyyətin, iradənin və fəaliyyət qabiliyyətinin müdafiəsi; fizioloji müdafiə-yəni orqanizmin həyatını və işgüzarlığını saxlayan fizioloji sistemlərin müdafiəsi, energetik müdafiə-yəni orqanizmin soyumaqdan, acliq ölümündən və ya zəifləmə nəticəsində işgüzarlığını itirməsindən müdafiəsi təmin olunur.

Həyati əhəmiyyət kəsb edən tələbat və mənafelərin təmin edilməsinin, həmçinin, təhdid və təhlükələrin dəf edilməsinin obyektiv zəruriliyi ölkənin təhlükəsizliyinin, milli təhlükəsizliyin təmin edilmə sisteminin yaradılmasına yönələn səyləri şərtləndirir.

Ölkənin təhlükəsizliyi ictimai (o cümlədən beynəlxalq) münasibətlərin,maddi və mənəvi imkanların, orada yaşayan xalqların bacarığının elə səviyyə və vəziyyətlərini əks etdirən anlayışlardır ki, bu zaman cəmiyyətin dayanıqlı, müstəqil, sərbəst və azad inkişaf prosesi, seçdikləri rolu reallaşdırmaq imkanları təmin olunur.




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin