Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


İSTEHSALAT ZƏDƏLƏNMƏLƏRİNİ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİNİ TÖRƏDƏN SƏBƏBLƏRİN ARAŞDIRILMASI



Yüklə 1,43 Mb.
səhifə7/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   2   3   4   5   6   7   8   9   10   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

İSTEHSALAT ZƏDƏLƏNMƏLƏRİNİ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİNİ TÖRƏDƏN SƏBƏBLƏRİN ARAŞDIRILMASI
Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası təlimatlarının, qayda və normalarının pozulması iş zamanı zədələnməyə, zəhərlənməyə və peşə xəstəliklərinə səbəb olur.

Xarici təsir nəticəsində qəflətən baş vermiş zədələnməyə travma deyilir. Zədələnmələrə əzilmə, yaralanma, sümüklərin sınması, kimyəvi və yaxud termiki yanma, donma istivurma, kəskin zəhərlənmə, elektrik cərəyanı ilə zədələnmə və s. misal ola bilər.

Travma hadisəsi çox zaman bədbəxt hadisələrlə eyniləşdirilir. Bədbəxt hadisələr istehsalatla əlaqəli və əlaqəsiz olur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qərarına (27 №-li Qərar, Bakı şəhəri, 28 fevral 2000-ci il) əsasən istehsalatda baş verən bədbəxt hadisələr aşağıda göstərilən hallarda təhqiq edilməli və uçota alınmalıdır:

- əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;

- müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən;

- müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində;

- keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməcilik tədbirləri keçirildiyi müddətdə;

- işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə;

- istehsal avadanlıqları və obyektlərində qəza zamanı;

- növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt;

- işçilər xidmət obyektlərinin arasında iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin və onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən fəaliyyət göstərdikləri müddətdə;

- işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt;

- əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə;

- əmək vəzifələrini yerinə yetirərkən itkin düşmələr, zədələnmələr, istivurmalar, yanmalar, donmalar, suda boğulmalar, ildırım vurmalar, heyvan və həşəratlarla təmas nəticəsində dəymiş zədələnmələr, həmçinin təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar və s.) zamanı alınan zədələr.

İşəgötürən istehsalatla əlaqədar olan bədbəxt hadisələr üçün məsuliyyət daşıyır.

Əgər hadisə müəssisədə təhlükəsiz əmək şəraitinin təmin edilməsindən əlavə, fəhlə, yaxud qulluqçunun ehtiyatsızlığı, müəssisədaxili intizamı pozması ilə əlaqədardırsa, onda qarışıq məsuliyyət vəziyyəti yaranır. Bu zaman maddi təminat hər iki tərəfin təqsir dərəcəsindən asılıdır. İstehsalatla əlaqədar bədbəxt hadisələrin maddi kompensasiyası qanunvericiliyə əsasən müəssisə hesabına ödənilir.

İstehsalatda sanitariya normalarının pozulması nəticəsində istehsalat zərəri peşə xəstəliklərinə səbəb ola bilər.



Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Peşə xəstəlikləri dedikdə, zərərli əmək şəraitinin insan orqanizminə mənfi təsiri nəticəsində əmələ gələn xəstəliklər nəzərdə tutulur. Peşə xəstəlikləri bir neçə qrupa bölünür:

- Kəskin peşə xəstəlikləri - zərərli istehsalat amillərinin insana bir iş növbəsindən artıq olmayan müddətdə təsiri nəticəsində əmələ gələn xəstəlik, məsələn, fərdi mühafizə vasitələrindən istifadə etmədən zəhərli kimyəvi maddələrlə işlərin aparılması zərərli peşə amili hesab olunur;



Xroniki peşə xəstəlikləri - zərərli istehsalat amillərinin insana uzunmüddətli təsiri nəticəsində yaranan xəstəliklədir (işçi zonanın hansında zərərli maddələrin yüksək qatılıq həddi, səsin, titrəyişin yüksək səviyyədə olması və s.).

Zərərli və təhlükəli istehsalat amilləri dörd qrupa bölünür: fiziki, kimyəvi, bioloji və psixofizioloji.

Təhlükəli fiziki amillərə aiddir: hərəkət edən maşın və mexanizmlər. müxtəlif qaldırıcı – nəqliyyat qurğuları və daşınan yüklər, istehsalat avadanlıqlarının hərəkət edən və mühafizə olunmayan hissələri (ötürücü mexanizmlər, kəsici alətlər, fırlanan və yerini dəyişən tərtibatlar və s.) emal olunan materiallardan sıçrayan və alətlərdən qopan hissəciklər, elektrik cərəyanı, avadanlıqların və emal edilən materialların səthinin yüksək temperaturlaradək qızması və s.

İnsan üçün zərərli fiziki amillərə aiddir:

-İşçi zonada havanın temperaturunun yüksək və ya aşağı olması;

- Yüksək rütubət və hava axını;

- Səs, titrəyiş, ultrasəs və müxtəlif şüalanma növlərinin-istilik, ionlaşdırma, elektromaqnit və s. normadan artıq səviyyədə olması.

Bununla yanaşı, işçi zonada havanın yol verilə bilən həddən artıq qazlanması və tozlanması, iş yerlərinin kifayət qədər işıqlandırılmaması və ya həddindən artıq işıqlandırılması, işıq axını pulsasiyası insan orqanizminə mənfi təsir göstərən zərərli fiziki amillərdir.

Psixofizioloji və zərərli istehsalat amillərinə aiddir:

- Fiziki cəhətdən həddindən artıq işləmək (statik və dinamik);

- Psixi-əsəbi gərginlik (əqli gərginlik, göz və qulağa həddindən artıq gücün düşməsi və s.).

Təhlükəli və zərərli istehsalat amilləri arasında müəyyən qarşılıqlı əlaqə müşahidə olunur. Bir çox hallarda zərərli amillərin mövcudluğu xəsarət alma təhlükəsi yaradır. Məsələn, istehsalat otaqlarında həddindən artıq rütubət və cərəyan keçirən tozun (zərərli amil) olması elektrik cərəyanından (təhlükəli amil) xəsarət alma təhlükəsini artırır.

Peşə xəstəliyi aşağıdakı qruplara bölünür:

- Kimyəvi maddədən yarananlar,

- Dəri xəstəlikləri,

- Pnevmokonioz (ağciyərdə toz yığılması) və digər tənəffüs sistemi xəstəlikləri

- Yoluxucu xəstəliklər

- Fiziki təsir olan xəstəliklər

İstehsalat zədələnmələri və peşə xəstəlikləri dözülməz hadisədir və onlar əsasən təşkilati və texniki səbəblərdən törəyir. Ona görə də hər bir bədbəxt hadisə, peşə zəhərlənməsi və xəstəlikləri respublikamızda mövcud qanunlar əsasında ciddi təhqiq olunur. Bədbəxt hadisələrin və peşə xəstəliklərinin araşdırılması və uçota alınması bütün müəssisələr üçün vahid sistemlə aparılır və həmin hadisələrin səbəbləri vaxtında aradan qaldırılır.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin