Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


Sosial-mədəni və sosial təhlükəsizlik



Yüklə 1,43 Mb.
səhifə5/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   2   3   4   5   6   7   8   9   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

Sosial-mədəni və sosial təhlükəsizlik

Sosial-mədəni təhlükəsizlik -insan fəaliyətinin mənəvi-ideoloji ,əxlaqi, mədəni şəraitlərinin bütövlükdə müdafiə edilməsidir; yəni elə mənəvi mühitin müdafiəsi ki,onsuz nə insan, nə də insan cəmiyyəti ola bilməz.

Həyatın sosial-mədəni şəraitlərini iki qrupa ayırmaq olar:

Birinci: makroşərait-bura xalq kütlələrinin ənənələri, adətləri, ictimai şüuru, elm, rəsmi ideologiya və siyasi mədəniyyəti, xarici mədəniyyətlərin, kütləvi informasiya vasitələrinin təsiri və s. daxildir.

İkinci: mikroşərait-bura ailədə və cəmiyyətdə tərbiyyə, ailə ənənələri, qohumluq əlaqələri, yoldaşlıq münasibətləri, yerli hakimiyyətin, yaxın ətrafın təsirləri və s. daxildir.

Sosial-mədəni mühitin yüksək səviyyədə inkiafı cəmiyyətin tərəqqi yolunda

irəliləyişini, həyatın bütün sahələrində sabitliyi və bir nəticə kimi siyasi sistemin və fərdlərin fəaliyyətlərinin təhlükəsizliyini təmin edir. Cəmiyyətin (ilk növbədə mədəni, tarixi və digər) təhlükəsizliyinin təmin edilməsində sosial-mədəni amil kimi mənəvi sahənin mütərəqqi rolu məhz bundan ibarətdir.

Sosial-təhlükəsizlik-insanların həyat: fəaliyyətinin müxtəlif sahələri ilə bağlı olan təhlükəsizlik növlərinin məcmusudur. Başqa sözlə desək, sosial təhlükəsizlik ayrı-ayrı insanların və insan qruplarının öz aralarında əlaqələrinin elə tərzdə qurulmasıdır ki, onların qarşılıqlı münasibətlərində bir-birinə təhlükə yaranmasın.

Sosial təhlükəsizlik həmçinin, cəmiyyətin sabit inkiafını təmin edən sosial institutların və ölkənin dayanıqlı fəaliyyətlərinin şərti kimi də başa düşülür. Bu halda insanın yaşayış şəraitləri ilə tələbatlarının maksimum dərəcədə mümkün uyğunluğu saxlanılır.

Hər bir şəxsin ictimai prosesin dinamikasına özünəməxsus münasibətlərini təyin edən fərdi davranışlarının əsasını onun təlabatları,mənafeləri, fikirləri və idealları təşkil edir.

Əhalinin sosial strukturu onun milli, ərazi, peşə, sinfi, mülkiyyət, cinsi, yaş və digər əlamətlərə görə bölgüsündən ibarətdir. Bu strukturun müxtəlif elementləri, ictimai qrupları arasında həmçinin, xalqla hakimiyyət arasında əməkdalıq, münaqişə və mübarizə münasibətləri ola bilər.



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin