İstehsalatda bəDBƏxt hadiSƏ VƏ peşƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ



Yüklə 0.52 Mb.
Pdf просмотр
səhifə1/6
tarix28.03.2017
ölçüsü0.52 Mb.
  1   2   3   4   5   6

HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

2

Ümumi redaktə və tərtibat:                          Sahib  Məmmədov

Monitorinq 

hesabatı 



 

Vətəndaşların 

Əmək 

Hüquqlarını  Müdafiə  Liqası  tərəfindən  həyata 

keçirilən  və  Hollandiya  hökumətinin  maliyyə  vəsaiti 

hesabına  Avrasiya  Əməkdaşlıq  Fondu  tərəfindən 

maliyyələşdirilən “Ədalətli və əlverişli əmək şəraitinin 



təmin olunması” layihəsi çərçivəsində hazırlanmışdır.

Bu hesabat, Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata 

keçirilən və Niderland Xarici İşlər Nazirliyi tərəfindən 

dəstəklənən Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi 

Proqramı çərçivəsində hazırlanıb.

Avrasiya Əməkdaşlıq Fondu bu hesabatın məzmununa görə 

məsuliyyət daşımır. Burada yerləşdirilən məlumatlar heç 

bir halda Avrasiya Əməkdaşlıq Fondunun və ya proqramı 

maliyyələşdirən donorun rəsmi mövqeyi kimi qəbul 

edilməməlidir.

This report was created in the framework of Promoting Rule 

of Law and Democratization Program realized by the Eurasia 

Partnership Foundation with the financial support of the 

Netherlands Ministry of Foreign Affairs. 

 

Eurasia Partnership Foundation is not responsible for the 



content of this report. The information provided here does 

not necessarily reflect the position of Eurasia Partnership 

Foundation or its donors.

İSBN: 978-9952-8088-0-3                                                                                        

©

 

Avrasiya Əməkdaşlıq Fondu

 

© 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

3

MÜNDƏRİCAT



Metodologiya  .................................................................................................................  5

Xülasə  .............................................................................................................................  5

1.İSTEHSALATDA BƏDBƏXT HADİSƏLƏR VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ 

NƏTİCƏSİNDƏ PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN 

İCBARİ SIĞORTA

1.1.İcbari sığortanın məqsədi .......................................................................................... 7

1.2.İcbari sığorta üzrə ödənişlər ...................................................................................... 7

1.3.İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək

qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanlar ........................................... 7

1.4.İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə 

əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta bağlamaq 

vəzifəsi  daşıyanlar  (Sığortalılar)  .....................................................................................8

1.5. Sığorta olunanlar və onların iqtisadi fəaliyyət növləri üzrə kateqoriya və 

risk  qruplarına  bölünməsi  ..............................................................................................  8

1.6.Məşğulluğa dair ölkə üzrə göstəricilər .................................................................... 16

1.7.Formal Əmək Sektoru üzrə göstəricilər .................................................................. 17

1.8.Ödənişlər üzrə göstəricilər ...................................................................................... 21

1.9. Qeyri Formal əmək sektoru üzrə vəziyyətin ümumi təhlili ................................... 22

1.10. İkili (qara) mühasibat sistemi və işçilərin icbari sığortası ilə bağlı olan problem ... 23

1.11. İcbari sığortaya cəlb olunmayan  əsas qruplar ...................................................... 24

1.12. İcbari sığorta üzrə Qanunvericiliyin tətbiqinə mane olan səbəblər ....................... 24

1.13. Tövsiyələr  ............................................................................................................  26



2. İŞ YERLƏRİNDƏ ƏMƏYİN MÜHAFİZƏSİNİN TƏMİN OLUNMA VƏZİYYƏTİ

2.1. İş yerlərində təhlükəsizlik texnikası qaydalarına əməl olunma norma 

və qaydaları üzrə aparılan müşahidələrə dair göstəricilər ............................................. 28

2.2. Müşahidələr aparılan müəssisələrin seçim kriteriyaları .........................................32

2.3. Müşahidələr aparılan müəssisələrdə vəziyyətin öyrənilməsı üçün 

tətbiq olunan metodlar ...................................................................................................32

2.4. Dövlət və ictimai nəzarətin effektivliyinin artırılmasına yönələn tədbirlər ........... 32

2.5. İstehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəliklərinin dinamikası ......... 33

2.6. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiqatı aparılmış istehsalatda

 baş vermiş  bədbəxt hadisələrə dair məlumat ............................................................... 33

2.7. Əməyin Mühafizəsi və istehsalat risklərinin azaldılması sahəsində dövlət siyasəti ... 34

2.8. İstehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinə şərait yaradan əsas səbəblər .... 40

2.9.Tövsiyələr ................................................................................................................ 41

3. ƏLAVƏLƏR ............................................................................................................. 44


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

4

Beynəlxalq Əmək Təşkilatının qiymətləndirməsinə görə hər il 



iş yerində 2,2 milyon nəfər ölür. Bu hər 15 saniyədə istehsalatda 

1 nəfərin ölməsi deməkdir. Hər gün isə istehsalatda ölənlərin 

sayı 5 000 nəfəri keçir.

BƏT-in məlumatına görə istehsalatda bədbəxt hadisələrin sayı 

ildə 250 000 000, peşə xəstəliklərindən əziyyət çəkənlərin sayı 

isə 160 000 000 nəfərə yaxındır.



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

5

Metodologiya 

Hesabat hazırlanarkən  aşağıdakı metodologiya tətbiq olunmuşdur:

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 

tətbiqinin vəziyyətinə dair monitorinq üzrə metodologiya:

Bu  istiqamətdə  monitorinq  aşağıdakı  monitorinq  alətlərinin  tətbiqi  yolu  ilə  həyata 

keçiriləcəkdir:

Rəsmi statistikanın müqayisəli təhlili;



Formal  əmək  bazarı  iştirakçılarının  və  rəsmi  sığorta  olunanların  nisbətlərinin 

müqayisəsi;

İnformasiya sorğularının verilməsi yolu rəsmi məlumatların toplanması;



Qanunvericiliyin analizi.

Ekspertlərlə intervülər.



Nəticələr əsasında hesabat və tövsiyələr hazırlanacaqdır. Hesabatın ilkin versiyası maraqlı 

tərəflərlə müzakirə olunacaqdır.



Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasının vəziyyətinə 

dair monitorinqin həyata keçirilməsi üzrə metodologiya

Monitorinqin həyata keçirilməsi üçün aşağıdakı alətlər tətbiq olunacaqdır.

Tədqiqat


Tədqiqat  əsasən  istehsal  və  tikinti  sahələrini  əhatə  etmişdir.  Əməyin  mühafizəsi  və 

təhlükəsizlik  texnikası  qaydalarının  tətbiqi,  ədalətli  və  əlverişli  əmək  şəraitinin  olub 

olmamağı   60  indikator əsasında müşahidə olunmuşdur. Tədqiqat xüsusi  sorğu  vərəqi 

əsasında  həyata  keçirilmişdir.  Bu  metod  Beynəlxalq  Əmək  Təşkilatının  standartlarına  

(BƏT standartları) uyğun olaraq mütəxəssislər tərəfindən hazırlanmışdır.

Analiz



Əməyin mühafizəsini təmin edən normalar təhlil edilmişdir;

Ekspertlərlə intervülərin keçirilməsi;



Əməyin mühafizəsi sahəsində tanınan mütəxəsislərlə intervülər keçirilmişdir;

Xülasə

Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə görə  “Hər kəsin təhlükəsiz 

və sağlam şəraitdə işləmək.... hüququ vardır”. Əmək Məcəlləsinin 215-ci maddəsinə görə 

“Müəssisənin  mülkiyyətçisi  və işəgötürəni  işçilərin  iş yerlərində əməyin  mühafizəsi 

normalarının  və qaydalarının  yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər...”.  Həmin 

məcəllənin 195-ci maddəsinin c) bəndinə görə “işəgötürən tərəfindən əməyin mühafizəsi 

qaydalarına əməl  olunmadığına  görə baş vermiş istehsalat  qəzası nəticəsində əmək 

funksiyasını yerinə yetirərkən 

işçinin 


sağlamlığına 

və səhhətinə ziyan 

vurulduqda,  habelə bu  səbəbdən  həlak  olması ilə əlaqədar  onun  ailə üzvlərinə

himayəsində olan şəxslərə müvafiq  maddi  ziyan  dəydikdə”  işəgötürən  tam  maddi 

məsuliyyət daşıyır.

2011-ci ilin yanvar ayına qədər işəgötürənlər istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri 

hallarına görə işçinin sağlamlığına dəyən zərərin ödənilməsini həyata keçirərkən çəkilən 


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

6

xərcləri  bir qayda olaraq müəssisənin  vəsaiti hesabına həyata keçirirdi. İşəgötürənin 



işçi qarşısında olan bu məsuliyyətini sığorta etmək hüququ olsa belə bu hüquqdan nadir 

hallarda istifadə olunurdu və belə sığortalama ilə bağlı müvafiq normativ hüquqi baza 

yox idi (yalnız ümumi qaydada həyat sığorta sistemi tətbiq oluna bilərdi).

11  may  2010-cu  il  tarixində  imzalanmış  və  2011-ci  ilin  yanvar  ayının  1-dən  tətbiq 

olunmağa başlamış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində 

peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan 

Respublikasının Qanunu və qanunun tətbiqi məqsədi ilə qəbul olunmuş bir sıra normativ 

hüquqi  aktlar  istehsalatda  bədbəxt  hadisə  və  peşə  xəstəliklərindən  icbari  sığortanın 

tətbiqini  məcburi  etdi.  Bütün  işəgötürənlər  Qanuna  uyğun  olaraq  muzdlu  əməyə  cəlb 

etdiyi işçiləri bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta etməlidir.

Qanunun  tətbiqi  ilə  əlaqədar  Əmək  Məcəlləsinin  225-ci  maddəsi  də  yeni  redaksiyada 

qəbul olundu. Həmin maddəyə görə “1. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş 

qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində 

peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. 

Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi 

mütləqdir.

2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi  hallarından  icbari  sığorta  sahəsində  münasibətlər  müvafiq  qanunvericiliklə 

tənzimlənir”.

Beləliklə  “İstehsalatda  bədbəxt  hadisələr  və  peşə  xəstəlikləri  nəticəsində  peşə 



əmək  qabiliyyətinin  itirilməsi  hallarından  icbari  sığorta  haqqında”  Azərbaycan 

Respublikası  Qanununun  qəbul  olunması  ilə  əmək  sferasında  işəgötürənin  işçinin 

sağlamlığına dəyən zərərlə bağlı məsuliyyətinin sığortası icbari xarakter aldı.

Təqdim olunan hesabat Qanunun tətbiqindən keçən 1,5 ili əhatə edir.

Hesabat iki hissədən ibarətdir. Birinci hissə Qanunun tətbiqindən keçən 1,5 il ərzində 

işəgötürənlər tərəfindən işçilərin bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta 

edilməsinin  göstəriciləri  və  bu  göstəricilərin  təhlili,  ikinci  hissə  isə  istehsalatda 

əməyin mühafizəsinə dair qanunvericiliyin və normativlərin tətbiqi göstəricilərinə dair 

monitorinqin nəticələri əks olunur.

Hesabat hazırlanarkən  həm formal əmək sferası, həm də qeyri formal əmək sferasındakı 

vəziyyət təhlil olunmuşdur.

Yuxarıda  qeyd  olunduğu  kimi,  istehsalatda  bədbəxt  hadisə  və  peşə  xəstəlikləri  hallarından 

işçilərin  icbari  sığortalanması  2011-ci  ilin  yanvar  ayından  tətbiq  olunmağa  başlamışdır. 

Müvafiq qanun və qanunun tətbiqi ilə əlaqədar  qəbul olunmuş digər normativ hüquqi aktlar, 

o cümlədən qaydalar, müqavilə forması və s. sənədlər bu yeni növ həyat sığorta sisteminin 

tətbiqinin hüquqi əsaslarını yaradır. Əslində bu növ sığorta digər ölkələrdə uzun müddətdir ki, 

tətbiq olunur. Məsələn, Rusiya Federasiyasında bu növ sığortanın tətbiqi ilə bağlı qanun 2000-

ci ildən qüvvədədir. Azərbaycanda da bəzi şirkətlər öz  işçiləri qarşısında  onların sağlamlığına 

dəyə biləcək zərərlə bağlı məsuliyyətinin sığortasını həyata keçirirdi. Lakin bu könüllü idi və 

icbari sayılmırdı. Əmək Məcəlləsinə görə işəgötürən işçi qarşısında onun sağlamlığına dəyə 

biləcək zərərə görə (istehsal və onunla bağlı proseslər zamanı) tam maddi məsuliyyət daşıyır. 

Bu qanunun tətbiqinə qədər bir qayda olaraq sığortaçı qismində işəgötürənin özü çıxış edirdi. 

Bu isə bir sıra mənfi nəticələrə gətirib çıxarırdı.

Qanun sığorta olunan işçinin istehsal prosesi zamanı sağlamlığına dəyə bilən zərərə görə 

əvəzin ödənilməsinin hüquqi, iqtisadi və təşkilati məsələlərini müəyyən edir. 

Hesabatın son hissəsidə iş yerlərində təhlükəsiz və əlverişli əmək şəraitinin yaradılması 

istiqamətində dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər və tövsiyələr verilir.



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

7

1.İSTEHSALATDA BƏDBƏXT HADİSƏLƏR VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ 



NƏTİCƏSİNDƏ PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ 

HALLARINDAN İCBARİ SIĞORTA

1.1.İcbari sığortanın məqsədi

İcbari  sığortanın  əsas  məqsədi  sığorta  olunan  işçinin  istehsal  prosesi  zamanı  baş  verə 

biləcək bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti  

və  davamlı  surətdə  itirməsi  nəticəsində  dəyə  biləcək  zərərin  əvəzinin  ödənilməsinə 

yönələn  tədbir  olmaqla  işçilərin  və  digər  faydalananların  mənafelərini  qorumaqdır. 

İstehsalat zədələnməsi və ya peşə xəstəliyi nəticəsində işçi vəfat etdikdə nəzərdə tutulan 

kompensasiya zərərçəkənin vərəsələrinə verilir (qanunla müəyyən olunmuş hallarda).

Digər  bir  məqsəd  isə  sığortaçı    şirkətin  iş  yerlərində  əməyin  mühafizəsi  sahəsində 

tələblərin yerinə yetirilməsində maraqlı etməkdir. Sığortaçı  şirkət iş yerlərində əməyin 

mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına dolayısı ilə nəzarət 

edir ki, bu da ədalətli və əlverişli əmək şəraitinin yaradılması prosesinə tövhə verir.

1.2.İcbari sığorta üzrə ödənişlər

Qanuna  əsasən  “İcbari  sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində  sığorta 

olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda 

dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə 

ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır”.

1.3.İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində 

peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanlar

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 3-cü maddəsinə görə İstehsalatda 

bədbəxt  hadisələr  və  peşə  xəstəlikləri  nəticəsində  peşə  əmək  qabiliyyətinin  itirilməsi 

hallarından icbari sığorta olunanlar aşağıdakılardır:

Hüquqi  şəxslə  və  ya  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 



olan fiziki şəxslə qanunvericiliyə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və 

ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, 

dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (hərbi və ya xüsusi 

rütbəsi olan şəxslər istisna olmaqla);

Məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli 



vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);

İstehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;



Müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;

Təbii  fəlakətlərin  qarşısının  alınmasına  və  nəticələrinin  aradan  qaldırılmasına, 



habelə  hərbi  və  fövqəladə  vəziyyət  rejimində  işlərin  yerinə  yetirilməsinə  cəlb 

edilən şəxslər;

Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.



Qanunvericiliyə  uyğun  olaraq Azərbaycan  Respublikasında  əmək  fəaliyyəti  ilə 

məşğul  olan  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  də  («Sosial  sığorta 

haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi dövlət 

sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla) şamil olunur.


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

8

1.4.İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək 



qabiliyyətinin itirilməsi hallarından icbari sığorta bağlamaq vəzifəsi daşıyanlar 

(Sığortalılar)

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 4-cü maddəsinə əsasən aşağıdakılar 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi hallarından icbari sığorta bağlamaq vəzifəsi daşıyırlar:

 



Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  mülkiyyət  və  təşkilati-hüquqi 

formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin 

qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, 

idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri;

Dövlət orqanları;



Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

Seçkili orqanlar;



Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Yuxarıda göstərilən subyektlər tərəfindən icbari sığorta müqavilələrinin bağlanmamağı 

qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət yaradır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1 maddəsinə görə 

“İcbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək 

vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta 

müqaviləsinin bağlanmamağına görə:

Fiziki şəxslər on manat miqdarında, vəzifəli şəxslər altmış manatdan səksən manatadək 

miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. 

Eyni zamanda işəgötürən tərəfindən işçinin bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından 

sığortalanmamağı onu işçinin sağlamlığına vurulan zərəri ödəmək məsuliyyətindən azad 

etmir. İcbari sığortaya cəlb olunmayan işçinin sağlamlığına dəyən zərərə görə tam maddi 

məsuliyyət  işəgötürənin  üzərinə  düşür.  Hətta    işəgötürən  işçi  ilə  qanunun  tələblərini 

pozaraq əmək müqaviləsi bağlamadıqda belə faktiki əmək münasibətlərində olan işçinin 

sağlamlığına dəyən zərərə görə tam maddi məsuliyyət daşıyır.



1.5. Sığorta olunanlar və onların iqtisadi fəaliyyət növləri üzrə 

kateqoriya və risk qruplarına bölünməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli 

qərarı ilə təsdiq olunmuş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində 

peşə  əmək  qabiliyyətinin  itirilməsi  hallarından  icbari  sığorta  olunanların  istehsalatda 

yerinə  yetirilən  əmək  funksiyalarının  xarakterinə  görə  kateqoriyalar  üzrə  bölgüsünün 

Qaydasına” görə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək 

qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanlar istehsalatda yerinə yetirilən 

əmək funksiyalarının xarakterinə görə aşağıdakı kateqoriyalara bölünürlər:

Fəhlələr  -  məhsulun  (əmtəənin)  istehsalı,  xidmətin  həyata  keçirilməsi  ilə, 



həmçinin təmir, yüklərin daşınması, təmizlik, saxlama, mühafizə və digər belə 

işlərlə birbaşa məşğul olan işçilər;

Qulluqçular  -  müvafiq  olaraq  rəhbərlərə,  mütəxəssis  və  texniki  icraçılara  aid 



işlərin və ya xidmətlərin yerinə yetirilməsi ilə məşğul olan işçilər:

HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

9



Rəhbərlər - müəssisə, idarə və təşkilatın və ya onun hər hansı struktur bölməsinin 

rəhbəri və onun müavinləri, eləcə də baş mütəxəssislər;

Mütəxəssislər mühəndis-texnik, iqtisadçı, hüquqşünas, sosioloq və digər bu kimi 



vəzifələr üzrə əmək funksiyaları yerinə yetirən işçilər; dövlət qulluğunda inzibati 

vəzifə tutan dövlət qulluqçuları;

Texniki icraçılar sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirən 



kargüzarlar, katibələr, tabelçilər, surətçıxaranlar, arxiv işçiləri, agentlər və digər 

belə işçilər; dövlət qulluğunda yardımçı vəzifə tutan dövlət qulluqçuları.

“ İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi  hallarından  icbari  sığorta  tariflərinin  müəyyən  edilməsi  haqqında”  Nazirlər 

Kabinetinin 05.11.2010-cu il tarixli, 200 saylı qərarı ilə İstehsalatda bədbəxt hadisələr və 

peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta 

tarifləri müəyyən olunmuşdur.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi  hallarından  icbari  sığorta  tarifləri  peşə  riskinin  dərəcəsindən  və  sığorta 

olunanların  kateqoriyalarından  asılı  olaraq  fərqləndirilməklə  aşağıdakı  kimi  müəyyən  

olunur.




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə