İstehsalatda bəDBƏxt hadiSƏ VƏ peşƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ


Cədvəl 2 2012-ci ilin 6 ayı üzrə



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix28.03.2017
ölçüsü0,52 Mb.
#12764
1   2   3   4   5   6

Cədvəl 2

2012-ci ilin 6 ayı üzrə

Cədvəl 3

Sosial təminat sferası

tikintisində çalışanlara nisbətdə dəfələrlə az olduğu 

məlumdur.

Digər  bir  göstərici  kimi  təhsil  sahəsini  göstərmək 

olar. 2011-ci ilin göstəricilərinə görə təhsil sferasında 

190 427 qulluqçu, 29 941 nəfər isə fəhlə peşələri üzrə 

icbari sığortaya cəlb edilib (cəmi 220 368). Amma 

Dövlət Statistika Komitəsinin 2010-cu ilin yekunları 

üzrə məlumatına görə təhsil sahəsində 345 300 nəfər 

çalışmışdır.  Beləliklə,  2011-ci  ildə  ən  azı  124 932 

nəfər təhsil işçisi icbari sığortaya cəlb olunmamışdır. 

2012-ci  ilin  6  ay  üzrə  göstəriciləri  ilə  müqayisədə 

bu  rəqəm  (əgər  təhsil  işçilərinin  sayını  2010-cu  il 

səviyyəsində götürsək) 107 421 nəfər edəcəkdir.

Dövlət  idarəetməsi  və  müdafiə;  sosial  təminat  

sferasında  çalışanların  ümumi  sayı  2010-cu  ilin 

göstəriciləri  üzrə  52 400  nəfər  təşkil  etdiyi  halda 

2011-ci  il  üzrə  icbari  sığortaya  cəlb  olunma 

göstəriciləri  41 345 nəfər, 2012-ci ilin 6 ayı üzrə isə 

44 631 nəfər təşkil etmişdir. 

Dövlət  Statistika  Komitəsinin  2010-cu  il  üzrə 

hazırladığı  “İqtisadi  fəaliyyət  növləri  üzrə  muzdla 

işləyən işçilərin sayı”na dair məlumatda göstərilir ki, 

ticarət    sektorunda  işləyənlərin  sayı  286 800  nəfər 



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

21

təşkil edir. 2012-ci ilin 6 ayının göstəriciləri üzrə bu sektor üzrə icbari sığorta olunan 



qulluqçu və fəhlə heyətinin ümumi sayı 15686 nəfər təşkil edir. 

Belə müqayisələri davam etmək mümkündür. Lakin demək olar ki, bütün iqtisadi fəaliyyət 

sahələri üzrə vəziyyət oxşardır. Yalnız büdcədən maliyyələşən təşkilatlarda, o cümlədən 

dövlət orqanlarında işçilərin icbari sığortası üzrə göstəricilər nisbətən yüksəkdir. 



1.8.Ödənişlər üzrə göstəricilər

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi  hallarından  icbari  sığorta  haqqında”  Qanunun  16-cı  maddəsinə  əsasən 

istehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini tam 

və ya qismən itirən şəxslər və ya onların bu səbəbdən vəfat etdiyi halda digər faydalanan 

şəxslərə aşağıdakı növ sığorta ödənişləri həyata keçirilir:

Aylıq sığorta ödənişi;



Birdəfəlik sığorta ödənişi;

Əlavə sığorta ödənişi.



Sığorta hadisəsi baş verdikdə ödənişlər aşağıdakı qaydada ödənilir:



Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək 

qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan 

şəxsə verilən pul təzminatıdır.



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

22



Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta 

ödənişi  məbləğlərinin  cəm  halda  birdəfəlik  ödənilməsidir.  Birdəfəlik  sığorta 

ödənişi aşağıdakı hallarda verilir:

- sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti 

göstərilmədən təyin edildikdə;

sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda.



Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərçəkmişin sığorta olunan 

müalicəsinə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının 

qulluğuna,  sanatoriya-kurort  müalicəsinə,  xüsusi  nəqliyyat  vasitələri  əldə 

edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə 

görə verilən pul təzminatıdır.

Belə ödənişlər sığorta hadisəsi müəyyən edildikdən və qanunvericilikdən nəzərdə tutulan  

müvafiq  hərəkətlər həyata keçirildikdən sonra verilir.

Bu qanunun tətbiqinin üstün cəhətlərindən biri də odur ki, iş yerlərində əməyin mühafizəsi 

qaydalarına  riayət  olunmasında  maraqlı  olan  daha  bir  tərəf  –  sığortaçı,  yəni  həyat 

sığortasını həyata keçirən təsisat da vardır.

Qanunun tətbiqindən keçən 1,5 il ərzində istehsalatda baş verən bədbəxt hadisə və ya 

peşə xəstəlikləri üzrə sığorta ödənişləri həyata keçirilməkdədir. Ödənişlər yalnız qanunun 

tətbiq olunduğu dövrdən sonra baş verən bədbəxt hadisə və ya peşə xəstəliklərinə görə 

həyata keçirilir. Qanunun tətbiqindən əvvəl baş vermiş belə hallara görə müəyyən edilən 

ödənişləri işəgötürən və ya qanunvericiliyin müəyyən etdiyi orqanlar həyata keçirir.

Ötən dövr ərzində  2011-ci il üzrə verilmiş sığorta haqları 

267 384,77 manat

 və 2012-ci ilin 

6 ayı ərzində  

212 148,35 manat təşkil etmişdir.



1.9. Qeyri Formal əmək sektoru üzrə vəziyyətin ümumi təhlili

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi  hallarından  icbari  sığorta  haqqında  Qanunun  3.1.1.  maddəsinə  əsasən  icbari 

sığorta olunanlar “hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti 



ilə  məşğul  olan  fiziki  şəxslə  qanunvericiliyə  uyğun  olaraq  bağlanılmış  əmək 

müqaviləsi  və  ya  mülki-hüquqi  müqavilə  əsasında  əmək  funksiyalarını  yerinə 

yetirən şəxslər” dir. Bu da o deməkdir ki, qeyri formal əmək sektorunun iştirakçılarının 

hamısı  istehsalatda  bədbəxt  hadisə  və  peşə  xəstəliklərindən  sığortalanmırlar. Yuxarıda 



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

23

göstərilən rəqəmlərə nəzər salsaq onda icbari sığorta olunmadan kənarda qalan və faktiki 



əmək fəaliyyəti həyata keçirən işçilərin sayının çox böyük olmasını müəyyən etmək olar.

Biz  yuxarıda  formal  əmək  sektorunda  sığorta  olunanların  göstəriciləri  ilə  tanış  olduq. 

Burada illər üzrə artım tendensiyası olsa da  əhatəlilik  təmin olunmamışdır.

Qeyri  formal  əmək  sektorunda  isə  vəziyyət  daha  mürəkkəbdir.  Əmək  münasibətlərinin 

rəsmiləşdirilmədiyi  halda  işçinin  icbari  sığorta  olunması  mümkün  deyildir.  Bununla  belə 

işəgötürənin işçini icbari sığortaya cəlb etməməyi (icbari sığorta etməməyi) onu məsuliyyətdən 

azad etmir. Yuxarıda göstərildiyi kimi işəgötürən hətta faktiki əmək münasibətində olduğu işçi 

qarşısında onun sağlamlığına vurduğu zərərə görə tam maddi məsuliyyət daşıyır.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi  hallarından  icbari  sığorta  haqqında  Qanununun  7.3.  maddəsinə  görə    “Bu 

Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə 

və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə 

sığorta  olunanın  vəziyyətini  pisləşdirən  şərtlərlə  bağladıqda,  sığorta  hadisəsinin  baş 

verdiyi  halda  bu  Qanuna  uyğun  olaraq  xeyrinə  sığorta  müqaviləsi  bağlanmalı  şəxslər 

qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır”. 

Lakin,  əmək  müqaviləsi  bağlanmadan  muzdlu  işə  cəlb  edilən,  həmçinin  qeyri-rəsmi 

qaydada əmək haqqı alan şəxslə bağlı bədbəxt hadisə və ya peşə xəstəliyi halı baş verdikdə 

bir neçə ciddi problem ortaya çıxır. Bunlar:

● Belə hal mövcuddursa deməli işçi icbari sığorta olunmamışdır və maddi məsuliyyət 

işəgötürənin üzərinə düşür;

●  rəsmi əmək münasibətləri olmadığı üçün işəgötürənlər işçi ilə əmək münasibətində 

olmadıqlarını  bildirir  və  könüllü  olaraq  hər  hansı  maddi  ödənişlər  həyata  keçirmək 

istəmirlər;

● Məhkəməyə müraciət edərkən sağlamlığına zərər dəyən şəxs (və ya onun vərəsələri) 

bir neçə halı sübut etməlidir. Əvvəla o həmin müəssisədə işləməsini, yəni faktiki olaraq 

əmək münasibətlərində olmasını, daha sonra əmək haqqının miqdarını və ümumiyyətlə 

hadisənin və ya xəstəliyin həmin iş yeri ilə bağlı olmasını.

Göründüyü kimi  kifayət qədər mürəkkəb proseslərdən keçmək tələb olunur. Məhkəmə 

praktikasına nəzər saldıqda nadir hallarda məsələ sağlamlığına zərər dəyən şəxsin və ya 

onun vərəsələrinin xeyrinə həll olunur.

Hətta bu prosesləri uğurla başa çatdırdıqda, yəni məhkəmə zərərin əvəzinin ödənilməsi 

ilə bağlı işəgötürən üzərində vəzifə qoyduqda belə bir çox hallarda zərərçəkən şəxs və 

ya onun vərəsələri bu vəsaiti ala bilmirlər. Bunun da əsas səbəbi  belə müəssisələrin bir 

qayda olaraq müvəqqəti  (Məsələn, bir bina tikmək üçün yaradılmış MMC) yaradılması, 

iflas və ya süni iflas vəziyyətdə olması zərərin əvəzinin ödənilməsinə imkan vermir.

1.10. İkili (qara) mühasibat sistemi və işçilərin icbari sığortası  ilə bağlı olan problem

Sığorta hadisəsi baş verdikdə sığorta olunana və ya digər faydalananlara verilən aylıq, 

birdəfəlik kompensasiyalar işçinin aldığı orta aylıq əmək haqqına uyğun olaraq onun itirdiyi 

peşə əmək qabiliyyətinə mütənasib olaraq verilir. Peşə əmək qabiliyyəti tam itirildikdə 

ödəniş orta aylıq əmək haqqına  mütənasib olur. Bu baxımdan əmək haqqı bədbəxt hadisə 

və ya peşə xəstəlikləri hallarından sığorta edilən işçi üçün əsas göstəricilərdəndir. 

İcbari  sığorta  sisteminə  keçiddən  əvvəlki  dövrdə  praktikada  mövcud  olan  ən  ciddi 

problemlərdən  biri    sağlamlığına  zərər  dəymiş  işçi  ilə  əmək  münasibətlərinin 



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

24

rəsmiləşdirilməməyi,  digəri  isə  işçinin  rəsmi  əmək  haqqı  ilə  faktiki  əmək  haqqının 



arasında fərqlərin olması idi. 

Təəssüflə  qeyd  olunmalıdır  ki,  icbari  sığorta  sisteminin  tətbiqi  bu  problemlərin  heç 

birinin qarşısını ala bilmədi. Hazırda  icbari sığorta əmək müqaviləsi (və ya mülki-hüquqi 

müqaviləsi) olmayan heç bir  işçini əhatə etmir. İkili (qara) mühasibatlığın mövcud olduğu 

iş  yerlərində  vəziyyət  bir  qədər  fərqlidir.  Belə  ki,  faktiki  əmək  haqqı  ilə  rəsmi  əmək 

haqqı  arasında  dəfələrlə  fərq  olan  iş  yerlərində  işçilərin  sığorta  olunması  rəsmi  əmək 

haqqına uyğun həyata keçirilir. Təbii ki, sosial sığorta hadisəsi baş verdikdə bütün sığorta 

ödənişləri də həmin rəsmi əmək haqqına müvafiq həyata keçirilir. Məsələn, bir işçinin 

rəsmi əmək haqqı 100 manat, faktiki əmək haqqı isə 500 manatdırsa, sığorta hadisəsi baş 

verdikdə işçiyə ödənişlər onun itirdiyi peşə əmək qabiliyyətinə mütənasib olaraq rəsmi 

əmək haqqı üzrə hesablanacaqdır.

Bu  halın  mövcudluğu  icbari  sığorta  sisteminin  tətbiq  olunmasında  ən  ciddi  problemlərdən 

biridir. İcbari sığorta sisteminin tətbiq olunmadığı  vaxtlarda işçinin məhkəmə vasitəsi ilə faktiki 

əmək haqqını müəyyən etmək üçün imkanları vardır. Düzdür praktikada bunu etmək o qədər 

də asan olmurdu. Amma hər halda bu hüquq vardır və ondan istifadə edən işçilər olmuşdur. 

Hazırda isə məhkəməyə müraciətin hər hansı perspektivi ümumiyyətlə yoxdur. Çünki sığorta 

şirkəti işçiyə ikili mühasibatlıq üzrə əmək haqqı verilməsinə görə hər hansı məsuliyyət daşımır.

1.11. İcbari sığortaya cəlb olunmayan  əsas qruplar

Qanunvericilikdə  olan  boşluqlar  və  qanunun  tətbiqi  praktikasında  olan  qüsurlar  əmək 

fəaliyyəti ilə məşğul olan xeyli işçinin bədbəxt hadisə və  ya peşə xəstəlikləri hallarından 

icbari sığortadan kənarda qalmasına gətirir.  Bu işçi qrupları əsasən aşağıdakılardır:

Formal əmək sferasında çalışmalarına baxmayaraq işəgötürənlərin məsuliyyətsizliyi 



və  səhlənkarlığı  səbəbindən  icbari  sığortaya  cəlb  olunmayan  işçilər.  Yuxarıda 

göstərilən rəqəmlərə nəzər saldıqda aydın görünür ki, əslində hüquqi baxımdan 

hər hansı problem olmadığı halda  işəgötürənlər məsuliyyətsizlik edərək işçiləri 

icbari sığortaya cəlb etməmişdir. Bu hal hətta büdcə təşkilatlarında, o cümlədən 

dövlət orqanlarında əhəmiyyətli göstəriciyə malikdir;

●  Qeyri-formal əmək sektorunda çalışan bütün işçilər. Buraya əsasən aşağıdakı kateqoriya 

işçilər aiddir:

-  Ev  qulluğu  işlərində  çalışanlar  (dayələr,  aşbazlar,  şəxsi  sürücülər,  bağbanlar, 

cangüdənlər və s. ev qulluğu  işlərinə cəlb edilənlər);

-  İctimai iaşə sferasında (restoranlar, şadlıq evləri, çayxanalar, klublar və s.);

-  Ticarət sektorunda çalışanlar;

●   Kəndli fermer təsərrüfatlarında çalışanlar;

●  Mülkiyyətində torpaq sahələri olan və bu səbəbdən “Məşğulluq haqqında” Qanuna 

əsasən məşğul hesab olunan əmək qabiliyyətli şəxslər;

●  Qanunla icbari sığortaya cəlb olunması nəzərdə tutulmayan şəxslər.


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

25

1.12. İcbari sığorta üzrə Qanunvericiliyin tətbiqinə mane olan səbəblər  

Qeyri formal əmək sektorunun mövcudluğu



Qeyri formal əmək sektorunun mövcudluğu on minlərlə faktiki olaraq muzdlu işdə çalışan 

insanların bədbəxt hadisə və peşə xəstəlikləri hallarından icbari sığorta olunmasına imkan 

vermir. Praktika göstərir ki, istehsalatda baş verən bədbəxt hadisələrin nəticəsində zərər 

çəkənlərin əksəriyyəti də əmək müqaviləsi  olmadan işləyən şəxslərdir.

İkili mühasibatlıq



Yuxarıda  qeyd  olunduğu  kimi  ikili  mühasibatlığın  tətbiq  olunduğu  iş  yerlərində 

işçilər  rəsmi olaraq aldıqları əmək haqqına müvafiq olaraq sığorta olunurlar. Belə 

olan halda sığorta hadisəsi zamanı işçi və ya digər faydalananlar real kompensasiya 

ala bilmirlər.

İşəgötürənlərin işçilər qarşısında korporativ sosial məsuliyyətinin kifayət qədər 



olmamağı;

Ölkədə işəgötürənlərin cəmiyyət və işçi heyəti qarşısında korporativ sosial məsuliyyəti 

olduqca aşağıdır. Bu baxımdan bir çox işəgötürənlər nəzarətdən yayınaraq işçilərini 

bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından sığorta etmirlər.  İşəgötürənlərin 

müvafiq  iş  yerlərində  əməyin  mühafizəsi,  o  cümlədən  təhlükəsizlik  texnikası 

qaydalarının  təmin  olunması  üçün  zəruri  tədbirləri  görməməyi,  həmçinin  işçiləri 

icbari sığorta etməməyi  Qanunun tətbiqini ciddi əngəlləyən amillərdəndir.

Qanunun icrası üzərində nəzarətin təmin olunması ilə bağlı problemlər;



Qanunun icrasına nəzarəti tam təmin etmək  çox çətindir. Hazırda müəssisələrdə nəzarət 

orqanlarının  yoxlama  sistemi  vahid  reyestr  əsasında  həyata  keçirilir.  Dövlət  Əmək 

Müfəttişliyi  Xidməti  də  müəssisələrdə  yoxlamaları  yalnız  əvvəlcədən  reyestrdə  qeydə 

aldırdıqdan sonra həyata keçirir. Bu baxımdan işəgötürənlər icbari sığortanın tətbiqindən 

tam və ya qismən yayına bilirlər. Bu hal xüsusən işçilərin əksəriyyəti ilə əmək müqaviləsi 

olmayan iş yerlərində baş verir. Belə iş yerlərində işəgötürən yoxlama olacağı vaxtlarda 

əmək müqaviləsi bağlamadan muzdlu əməyə cəlb etdiyi işçiləri iş yerinə buraxmır və 

beləliklə yoxlayan orqan yalnız əmək müqaviləsi olan işçiləri qeydə ala bilir. Bu işçilərin 

də əksəriyyəti icbari sığortaya cəlb olunmuş olurlar.

Maarifləndirmə işinin aşağı səviyyədə olması



İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından icbari sığorta ilə bağlı məlumatlılıq 

olduqca aşağıdır. Bu tədqiqat çərçivəsində kiçik və orta sahibkarlıq subyekti olan 35 müəssisə 

rəhbəri ilə  strukturlaşdırılmamış intervülər aparılmışdır. Onlardan cəmi 5 nəfəri icbari sığorta 

ilə bağlı tam məlumatlı olmuşdur. Daha 11 nəfər ümumi məlumata malik olduqlarını bildirmiş. 

Qalanlar isə bu sığortanı icbari dövlət sosial sığortası ilə qarışdırmışdır.


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

26

1.13. Tövsiyələr



Qanunvericiliyə dair 

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə 

əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 

Qanunun

Mövcud vəziyyət

Analiz  

3.1.1. hüquqi şəxslə və ya hüquqi 

şəxs yaratmadan sahibkarlıq 

fəaliyyəti ilə məşğul olan fiziki 

şəxslə qanunvericiliyə uyğun olaraq 

bağlanılmış əmək müqaviləsi və ya 

mülki-hüquqi müqavilə əsasında 

əmək funksiyalarını yerinə yetirən 

şəxslər, dövlət orqanında çalışan 

dövlət qulluqçuları və digər işçilər 

(hərbi və ya xüsusi rütbəsi olan 

şəxslər istisna olmaqla);

Qanunun 3-cü maddəsində sığorta olunanlar 

sırasında “mülki-hüquqi müqavilə əsasında 

işləyənlər” də vardır. Əslində mülki-hüquqi 

müqavilə əsasında işləyənlərlə münasibətlər 

Əmək Məcəlləsi əsasında deyil Mülki Məcəllə 

ilə tənzim olunur. Bu baxımdan bu cür 

münasibətlərdə işəgötürən və işçi münasibətləri, 

yəni əmək münasibətləri yoxdur. Qanun 

dəqiq göstərmir ki, mülki hüquqi müqavilə 

ilə işləyənləri kim sığorta etməlidir. Amma 

mahiyyətdən belə alınır ki, sifarişçi tərəf bu 

sığorta öhdəliyini daşıyır. Bu hal praktikada 

qüsurlara gətirir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı 

ilə təsdiq edilmiş “Xeyrinə istehsalatda bədbəxt 



hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək 

qabiliyyətinin itirilməsi hallarından icbari sığorta 

müqaviləsi bağlanılmalı olan şəxslərin bir illik 

əmək haqqı fondunun hesablanması” Qaydasının 

2.1. bəndində göstərilir ki, “Sığorta haqqının müəyyən 

edilməsi üçün tətbiq edilən xeyrinə icbari sığorta 

müqaviləsi bağlanan şəxsin bir illik əmək haqqı fondu 

onun əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək 

haqqının (mülki hüquqi müqavilədə nəzərdə tutulan 

əmək funksiyasının yerinə yetirilməsinə görə muzdun 

bir aya düşən hissəsinin) on iki mislinə bərabərdir”.

Mülki hüquqi müqavilə müddəti bir aydan az da ola 

bilər. Ümumiyyətlə mülki hüquqi müqavilələrdə 

vergilər və sosial ödəmələr bir qayda olaraq ödəmə 

mənbəyindən həyata keçirilmir. 



Tövsiyə

Mülki hüquqi müqavilə yalnız o zaman bağlanıla bilər ki, görülən işin və ya göstərilən 

xidmətin xarakteri muzdlu əməyə uyğun deyildir və birdəfəlikdir. Bu baxımdan mülki 

hüquqi müqavilələr üzrə icbari sığorta icraçının özü tərəfindən həyata keçirilməlidir. 

Bu müddəa müvafiq qanunda imperativ şəkildə göstərilməlidir.Belə sığorta olmadıqda 

məsuliyyət icraçının üzərinə düşməlidir.

HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

27

Mövcud vəziyyət



Analiz

14.1. Sığorta haqqı bu Qanuna 

uyğun olaraq xeyrinə icbari sığorta 

müqaviləsi bağlanılmalı olan 

şəxslərin müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən olunmuş 

qaydada hesablanan bir illik əmək 

haqqı fondunun sığorta tarifinə hasili 

əsasında müəyyən edilir.

Bu müddəanın tətbiqi ilə bağlı  Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 2010-cu il 

29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq 

olunmuş 

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri 

nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi 

hallarından icbari sığorta üzrə aylıq sığorta 

ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri 

üçün orta aylıq əmək haqqı miqdarının 

hesablanması Qaydası” praktikada problemlər 

yaradır. Belə ki, sığorta şirkətləri icbari sığorta üçün 

12 aylıq əmək  haqqının müvafiq risk qrupu üzrə 

faizi miqdarında vəsaitin ödənilməsini tələb edirlər. 

Əgər işçi ilə əmək müqaviləsi bir neçə ay üçün 

bağlanmışdırsa belə halda da ödəniş illik əmək haqqı 

fonduna müvafiq həyat keçirilir.

Tövsiyə 

Müddətin az olması həmçinin sığorta hadisəsi riskinin azalması deməkdir və bu baxımdan 

sığorta tarifləri müddətlərə uyğun hesablanması məqsədəuyğundur.

Mövcud vəziyyət

Analiz

13.2. Sığorta tarifləri hər təqvim ili 

üçün müəyyən olunur.

13.3. Növbəti təqvim ili üçün sığorta 

tarifləri cari ilin dekabr ayının 1-dək 

müəyyən olunmalıdır.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri 

nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi 

hallarından icbari sığorta tariflərinin müəyyən 

edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 5 noyabr 2010-cu il tarixli 200 saylı 

qərarı qəbul olunmuşdur.

Bu tariflər 2011-ci il ücün müəyyən edilmişdir.

Sonrakı il üçün belə qərarın qəbul olunmaması 

praktikada problemlər yaradır.

 

Tövsiyə 



Qanunun 13.2. və 13.3. maddələrinə dəyişiklik edilməlidir. Tariflər hər il üçün deyil 

müddətsiz müəyyən olunmalıdır. Tariflərin dəyişdiriləməsi yalnız zərurət yarandıqda 

həyata keçirilməlidir.

HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

28

2. İŞ YERLƏRİNDƏ ƏMƏYİN MÜHAFİZƏSİNİN TƏMİN OLUNMA VƏZİYYƏTİ



2.1. İş yerlərində texniki təhlükəsizlik qaydalarına əməl olunma 

norma və qaydaları üzrə aparılan müşahidələrə dair göstəricilər

Müşahidə aparılan müəssisələrin sayı 32

Norma və qaydalara dair suallar



Yox


1. Obyekt müvafiq qaydada hasarlanaraq ərazisi təcrid olunubmu?

22

10



2. Obyektdə iş görülən sahəyə bu işlə əlaqəsi olmayan şəxslərin 

daxil olmasına icazə verilirmi?

16

16

3. Obyektdə avadanlıqlar təhlükəsizlik qaydalarının tələblərinə 



uyğun yerləşdirilibmi?

11

21



4. Obyektin ərazisində elektrik hava xəttlərinin altında hər hansı bir 

iş görülürmü?

11

21

5. Obyektin ərazisində yeraltı komunikasiyalar keçən quyuların 



(çalalar) möhkəm qapaqla bağlanması təmin edilibmi?

15

17



6.

Obyektin ərazisində yeraltı komunikasiyalar keçən quyulara 

(çalalara) düşüb-çıxmaq üçün pilləkənlər və ya divara vurulmuş 

dəmir pərçimlər (pillələr) quraşdırılması təmin edilibmi?

17

15

7.



Obyekt və sahəsi yanğın təhlükəsizliyi qaydalarının 

tələblərinə uyğun müvafiq yanğınsöndürən balonlarla və ilkin 

yanğınsöndürən ləvazimatlarla təmin edilibmi?

16

16



8.

Obyektin ərazisində tikinti işləri aparılan zaman yeni tikilən bina 

və s. təhlükəsizlik tələblərinə uyğun tor-setka örtüklə bağlanması 

təmin edilibmi?

12

20

9.



Obyektin ərazisində istifadə olunan yükqaldırma maşın və 

mexanizimlərin görünən yerində (oxunan) yükqaldırma 

qabiliyyəti, növbəti texniki yoxlamanın tarixi qeyd olunubmu?

14

18



10.

Obyektin ərazisində təzyiq altında işləyən qablarda, buxar 

qazanlarında icazə verilən təzyiq, növbəti texniki yoxlamanın 

tarixi və qeydiyyat nömrəsi qeyd olunubmu?

9

23

11.



Obyektdə işləyənlər üçün təhlükə mənbəyi olan avadanlığın 

elementləri, tərtibatlar, hissələr, habelə çəpər və mühafizə 

qurğularının səthləri müvafiq siqnal rəngi ilə işarələnibmi?

13

19



12.

Obyektdə avadanlıqların (aparatlar , boru kəmərlərinin müvafiq 

hissələri və s.) işə salınması və dayandırılması zamanı texnoloji 

sistemdə partlayış təhlükəli qarışıqların, habelə hidrat əmələ 

gəlməsinin və ya mayelərin donmasının qarşısını almaq üçün 

tədbirlər görülübmü?

12

20


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

29

13. İşçilərin xidməti üçün rahat və təhlükəsiz olan zonada 



yerləşdirilməsi təmin olunubmu?

16

16



14.

Obyektin boru kəmərlərində quraşdırılmış bağlayıcı armaturlarda 

(siyirtmələrdə,) kranlarda “Açıqdır” və “Bağlıdır” vəziyyət 

göstəriciləri ilə təmin edilibmi?

12

20

15.



Obyektdə İşəsalma qurğusunda təhlükəsizlik qaydalarının 

tələblərinə uyğun “İşə Salmayın Adamlar İşləyir” müvafiq 

plakatla təmin edilibmi?

12

20



16.

Obyektdə Tezalışan və yanar mayelərin vurulması üçün istifadə 

edilən nasoslar (onların iş parametrlərinin pozulması haqqında 

xəbərdaredici siqnalverici vasitələrlə təmin edilibmi?

11

21

17.



Obyektdə Bucurqadların, kranların və digər yükqaldırma 

mexanizimlərin yükqaldırma mexanizimlərinin yükqaldırma 

məhdudlaşdırıcıları ilə, habelə yükün və mexanizmin öz-

özünə hərəkətinə imkan verməyən etibarlı əyləc qurğuları və 

təsbitləyicilərlə təmin edilibmi?

20

12



18. İşçilər xüsusi geyim, xüsusi ayaqqabı və digər Fərdi Mühafizə 

Vasitələri (FMV) ilə təmin edilibmi?

18

14

19.



Obyektdə avadanlıqların, aparatların, mexanizimlərin və alətlərin 

açıq hərəkət edən və fırlanan hissələrin cəpərlənməsi və ya 

müvafiq örtüklə bağlanması təmin edilibmi?

10

22



20. İşçilərin isti yeməklə təmin edilmələri ilə bağlı müvafiq tədbirlər 

görülübmü?

15

17

21.



Obyektin ərazisində bütün təhlükə potensiyalı olan yerlərində 

(açıq tutumlar, transmissiyalar və s.) bütün istiqamətlərdən yolu 

bağlayan çəpərlərlə təmin edilibmi?

12

20



22.

Obyektdə mexanizimlərin və aqreqatların hərəkət edən 

hissələrinin çıxıntılı detalları ( o cümlədən  valların işgiləri) 

və hərəkət edən birləşmələr bütün hərəkətləri boyu müvafiq 

qoruyucu örtüklə bağlanıbmı?

16

16



23.

Obyektin ərazisində hündürlükdə yerləşən işçi meydançaların 

döşəmə səthi sürüşməni istisna edən metal təbəqədən və ya 

qalınlığı 40 mm-dən az olmayan taxta döşəmə ilə təmin edilibmi?

12

20

24.



Obyektdə meydançalar pilləkənlər müntəzəm olaraq qış 

mövsümündə qardan, büzdan və ya hər gün işə başlanmazdan 

əvvəl çirkdən təmizlənirmi?

11

21



25.

Obyektin ərazisində hündürlükdə işləri yerinə yetirməzdən əvvəl 

təhlükəli zonalar müəyyən edilibmi, cəpərlənibmi və “Təhlükəli 

Zona”, “Yuxarıda İşləyirlər” xəbərdaredici nişanlarla asılması 

təmin edilibmi?

17

15



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

30

26.



Obyektin ərazisində hündürlükdə işləri yerinə yetirməzdən əvvəl 

hüdudlarında təhlükə baş verməsi etimal olunan təhlükəli zonalar 

sərhəddi hündürlükdən əşya düşməsinin mümkün olması ilə 

əlaqədar olaraq müvafiq təhlükəli zona rəngli ağ-qırmızı və ya 

sarı-qırmızı lentlərlə işarələnməsi təmin edilibmi?

11

21



27.

Obyektin ərazisində hündürlükdə işləri yerinə yetirməzdən əvvəl 

işçinin hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar olan müvafiq 

qoruyucu kəmərlərlə təmin edilibmi?

16

16

28. Obyekt ərazisində yüngül çəkisi olan yüklərin daşınması üçün 



işçilər əl-arabaları ilə təmin edilibmi?

8

24



29.

Obyekt ərazisində tikinti işləri aparılan zaman Qaldırıcı-Kranda 

hər-hansı yük iş vaxtı qurtardıqdan sonra kranın qaldırıcı 

mexanizimində hündürlükdə nizamsız vəziyyətdə saxlanılıbmı?

12

20

30.



Obyektin istehsalat sahəsində qaz təhlükəli və odlu işlər aparılan 

zaman zərbədən qığılcım əmələ gətirməyən metaldan hazırlanmış 

alətlərlə təmin edilibmi?

14

18



31.

Obyekt və ərazisi təhlükəsizlik qaydalarının tələblərinə uyğun 

müvafiq təhlükəsizlik plakatları və xəbərdaredici nişanlarla təmin 

edilibmi?

13

19

32. Obyektdə işçilər qoruyucu dəbilqə ilə təmin edilibmi?



14

18

33.



Obyektin ərazisində Elektrik cərəyanı ilə vurma (xəsarətalma) 

təhlükəsi olan yerlərdə elektrik təhlükəsizliyi qaydalarının 

tələblərinə üyğun təhlükəsizlik sərhəddi müəyyən edilibmi?

14

18



34.

Obyekt və ərazisi elektrik təhlükəsizliyi qaydalarının tələblərinə 

uyğun olaraq gecə vaxtı işıqlandırması ilə quraşdırılması təmin 

edilibmi?

14

18

35.



Obyektin ərazisində Avtomatlaşdırılmış maşın zallarının və 

qazanxanaların girişlərində “Diqqət! Mexanizimlər Avtomatik İşə 

Salınır” təhlükəsizlik plakatı ilə təmin edilibmi?

14

18



36. Obyekt ərazisində qaz, su və kommunikasiya xətləri müvafiq 

təyinatı üzrə ğöstərici rənglərlə rənglənməsi təmin edilibmi?

16

16

37. Obyekt və ərazisi təyinatı üzrə tullantı qabları ilə təmin edilibmi?



11

21

38. Obyekt və ərazisində gündəlik cari təmizlik-yığışdırma işləri 



müəyyən olunmuş vaxtda aparılıbmı?

9

23



39. Obyektin ərazisində avtomobillərin idarəolunması zamanı sürət 

həddini müvafiq göstərici trafaret lövhələrlə təmin edilibmi?

17

15

40. Obyekt ərazisində quraşdırılan avadanlıqlar üçün torpaqlanma 



işləri aparılıbmı? 

12

20



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

31

41.



Obyekt ərazisində qaynaq işləri üçün qrup halında təyinatı üzrə 

istifadə edilən yanar qaz balonları (Oksigen, Asetilen, Propan, 

Hidrogen Etilen və s.) təhlükəsizlik qaydalarının tələblərinə  

uyğun xüsusi dəmir barmaqlı yuvalara və ya cəpərlənməsi təmin 

edilibmi?

19

13



42.

Obyekt ərazisində qaynaq işləri üçün qrup halında təyinatı üzrə 

istifadə edilən yanar qaz balonları (Oksigen, Asetilen, Propan, 

Hidrogen Etilen və s.) balonların xarici səthi hər bir qaz üçün 

müəyyən edilmiş rəngə uyğun rənglənməsi təmin edilibmi?

9

23



43.

Obyekt ərazisində qaynaq işləri üçün qrup halında təyinatı üzrə 

istifadə edilən yanar qaz balonları (Oksigen, Asetilen, Propan, 

Hidrogen Etilen və s.) balonların yığılması sıra ilə 1,5 metrdən 

artıq hündürlüyündən olmamalı, ventillərin müvafiq qoruyucu 

qapaqlarla bağlanması təmin edilibmi?

9

23

44.



Obyektin ərazisində tikinti-quraşdırma və hər hansı təmir işləri 

zamanı böyük külək (güclü, sürətli) 10m/san artıq olanda görülən 

iş dayandırılırmı?

3

29



45.

Obyekt və ərazisində yanğına qarşı, fövqəladə hallar zamanı 

və ilk tibbi yardım göstərilməsi üçün müvafiq orqanlara təcili 

məlumat vermək üçün əlaqə telefon nömrələri görünən yerlərdən 

yazılıb ramkalarda asılması təmin edilibmi?

12

20



46.

Obyekt və ərazisində ilin soyuq və isti hava şəraiti vaxtlarında 

açıq havada, yaxud qızdırılmayan qapalı binalarda və isti sexlərdə 

işçilərin isinməsi və ya istirahəti üçün müvafiq otaqlarla təmin 

edilibmi?

11

21



47. Obyektin istehsalat sahələri qazlı və duzlu su ilə vaxtlı-vaxtında 

təmin edilirmi?

13

19

48.



Qbyektin Fövqəladə hallar zamanı işçi personalın təhlükəsiz 

köçürülməsi və qiymətli əşyaların çıxarılması üçün “Təxliyə 

Planı” tərtib edilibmi və FHN-nin DYNX-lə razılaşdırılaraq 

görünən yerdən ramkalarda asılması təmin edilmişdirmi? 

15

17

49.



Obyektin bütün iş yerlərində mühafizə vasitələrindən işçilər 

istifadə etməzdən əvvəl sazlığının yoxlanılması müvafiq qaydada 

təmin edilirmi?

14

18



50.

Obyekt üzrə Maşın, mexanizimlər və xüsusi texnika iş xəttinə 

buraxılmazdan əvvəl təhlükəsizlik tələblərinə uyğun sazlığının 

müvafiq qaydada yoxlanılması təmin edilirmi?

13

19

51.



Obyektdə quraşdırılmış Cihazlar, manometrlər və s. təhlükəsizlik 

tələblərinə uyğun dövlət nəzarəti yoxlamasından keçirilməsi 

vaxtlı-vaxtında təmin edilirmi?

9

23



52.

Obyekt ərazisində quraşdırılmış yüksək təziqli qaz boru 

xətlərində qaz sızmasının yoxlanılması üçün xüsusi qazanalizator 

cihazları ilə təmin edilibmi?

12

20


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

32

53.



Obyekt üzrə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun 

avtomatik yanğına qarşı tüstü xəbərverici siqnalizasiya sistemi ilə 

quraşdırılması təmin edilibmi?

16

16



54. Obyektin istehsalat sahəsində güclü səs-küy və titrəyiş olan iş 

şəraitində işləyən işçilər müvafiq “Qulaqcıqlarla” təmin edilibmi?

14

18

55.



Obyektin istehsalat sahəsində tozlu iş şəraitində işləyən işçilər toz 

əleyhinə respiratorla, qoruyucu eynəklə müvafiq qaydada təmin 

edilibmi?

15

17



56.

Obyekt və bütün istehsalat sahələrində iş prosesi zamanı 

zərərçəkənə ilk tibbi yardımın vaxtında və keyfiyyətli 

göstərilməsi üçün dərman preparatları və tibbi yardım qutuları ilə 

təmin edilibmi?

15

17



57. Tikinti ərazisində maşın mexanizmlərin hərəkət sürətinə əməl 

edilirmi?

13

19

58. Gecə vaxtı qaynaq işləri aparılırmı?



9

23

59. İsti hava şəraitində ( 40* -dən yuxarı ) işlər aparılırmı?



11

21

60. Tullantılar vaxtında atılırmı?



8

24


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin