VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi


MDB ölkələrində ÜDM-ün fiziki həcm indeksi



Yüklə 7,05 Mb.
səhifə12/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   8   9   10   11   12   13   14   15   ...   51

MDB ölkələrində ÜDM-ün fiziki həcm indeksi

(sabit qiymətlərlə əvvəlki ilə nisbətən faizlə)*





1995

1996

1997

1998

1999

Azərbaycan

88, 2

101, 3

109, 8

110

107, 4

Ermənistan

106, 9

105, 9

103, 3

107, 3

103, 3

Belarus

89, 6

102, 8

111, 4

108, 4

103, 4

Gürcüstan

102, 6

111, 2

110, 7

102, 9

103

Qazaxıstan

91, 8

100, 5

101, 7

98, 1

101, 7

Qırğızıstan

94, 6

107, 1

109, 9

102, 1

103, 6

Moldova

98, 1

94, 1

101, 6

93, 5

95, 6

Rusiya

95, 6

96, 6

100, 9

95, 1

103, 2

Tacikistan

87, 6

83, 3

101, 7

105, 3

103, 7

Türkmənistan











Özbəkistan

99, 1

101, 7

105, 2

104, 4

104, 4

Ukrayna

87, 8

90

97

98, 1

99, 6

MDB üzrə orta göstərici

94, 7

96, 8

101

96, 4

102, 9

* [238, 2000, s. 18]

Cədvəldən (3. 5) göründüyü kimi iqtisadi tənəzzülün qarşısı nəinki alınmış, hətta 1996-cı ildə onun artımına nail olunmuşdur. 1996-cı ildən 1, 3% olan iqtisadi artım 1997-ci ildə 5, 8%-ə çatmışdır. Real sektordakı bu canlanma Cənubi-Şərqi Asiyada və qonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq 1998-ci ildə daha da inkişaf etmişdir. 1998-ci ilin yekunları respublikanın sosial-iqtisadi inkişafında müsbət meyllərin ildən-ilə möhəmləndiyi, bu prosesin dönməz xarakter almasını göstərir. Az bir zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə possovet respublikaları arasında qabaqcıl mövqeni tutmağa və lider olmağa başladı. (bax: cədvəl 3. 5)

Azərbaycanda iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur.

Beləliklə, Azərbaycan Respublikasınlın Prezidenti İlham Əliyevin göstərdiyi (10 may 2004-cü il) kimi: “Ümumilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevirilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.





İQTİSADİ SİSTEMİN TRANSFORMASİYASI –

HEYDƏR ƏLİYEV VƏ İLHAM ƏLİYEVİN İNKİŞAF STRATEGİYASININ APARICI XƏTTİDİR

Biz yalnız müstəqilliyi bərpa edəndən sonra siyasi islahatlara başlamışıq və tarix baxımından çox qısa müddət ərzində bütün lazımı tədbirlər görmüşük. Azərbaycanda siyasi sistem yaradılıb, siyasi təsisatlar yaradılıb və möhkəmlənib, Azərbaycan beynəlxalq təşkilatlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

4. 1. Mülkiyyət münasibətlərinin yenidən qurulması–iqtisadi islahatların təməlidir.
Ulu öndər Heydər Əliyev iqtisadi inkişaf strategiyasını formalaşdırmağa və inkişaf etdirməyə iqtisadi islahatların və idarəçiliyin təməl prinsiplərindən başladı. O 1993-cü ildə bütün dünyaya bəyan etmişdir ki: “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması və bazar iqtisadiyyatı, sahibkarlıq yoludur”.

Azərbaycanda dövlət müstəqilliyyinin strateji kursunun hazırlanmasında mühüm xidmətləri olan Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi “Azərbaycanın uğurlu iqtisadi siyasəti iqtisadi inkişafın üç ümdə prinsipinə əsaslanır: 1) bazar rəqabəti; 2) iqtisadiyyatın idarə edilməsinin bütün sahələrinin (valyuta bazarı, ticarət əlaqələri və münasibətləri, bank-maliyyə bazarı və s. ) liberallaşdırılması; 3)bütün mülkiyyət formalarının pluralizmi. Uğurlu iqtisadi siyasət aparılmasında sənayenin müxtəlif sahələrinə sərmayə qoyuluşlarının təmin olunması, əhalinin ödəmə qabiliyyətinin yüksəldilməsi və xarici borcların yenidən strukturlaşdırılması mühüm rol oynayır. İqtisadiyyatdakı bütün bu yeni meyllər güclü və səmərəli dövlətçiliyin qurulmasına da kömək etmişdir”. [76, s. 271] Mülkiyyət - bütün ictimai münasibətlər sisteminin təməlidir. Cəmiyyətdə bölgü, mübadilə və istehlak mülkiyyət formasından birbaşa asılıdır. Sovet İttifaqında istehsal vasitələri üzərində formalaşmış total ictimai (dövlət) mülkiyyət və onun əsasında fəaliyyət göstərən inzibati-amirlik sistemi tam iflasa uğradı. Müstəqillik illərində iqtisadi sistemin səmərəliliyinin və sürətli iqtisadi inkişafın təmin olunması, müxtəlif əhali qrupları arasında ictimai və iqtisadi maraqların daha optimal nisbətinin yaradılması bazar iqtisadiyyatına keçilməsini və mülkiyyətin müxtəlifliyini tələb edirdi. Çünki cəmiyyətdə mülkiyyət formalarının müxtəlifliyi məhsul istehsalı, onun istehlakçıya çatdırılması prosesində rəqabətin yaranmasına və bunun vasitəsilə məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradır. Məhz buna görə də müstəqillik əldə edildikdən dərhal sonra mülkiyyət münasibət­lərinin dəyişdirilməsi Azərbaycanda iqtisadi islahatların aparıcı xəttini təşkil etməyə başladı. 9 noyabr 1991-ci ildə qəbul edilmiş Mülkiyyət haqqında Azərbay­can Respublikasının Qanunu ölkəmizdə iqtisadi münasibətlərin və yeni iqtisadi sistemin formalaşmasının əsasını qoydu. Onun qiymətli cəhəti ondan ibarətdir ki, ölkədə mülkiyyətin 95 faizindən çoxunun dövlətə mənsub olduğu bir dövrdə qəbul edilmiş və xüsusi mülkiyyətin dövlət mülkiyyəti ilə yanaşı fəaliyyət göstərmək hüququ rəsmiləşdirilmişdir. [89, 19] Qanunda mülkiyyət hüququ, mülkiyyət hüququnun obyektləri, mülkiyyət hüququnun subyektləri, mülkiyyət formaları, əşya hüququ kimi maddələr verilmişdir.

Ümummilli lider Heyder Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında mülkiyyətin müxtəlifliyi Konstitu­si­ya hüququ səviyyəsinə yüksəldilmişdir. Konstitusiyada birmənalı olaraq təsbit edildi:

I. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Mülkiyyət hüququ cəmiyyətin ən mühüm konstitusiya hüququ kimi Konsti­tu­siyada öz əksini tapmış və qəbul edilmiş bir çox qanunlarla onun hüquqi bazası yaradılıb inkişaf etdirilmişdir.

Mülkiyyət hüququnun reallaşdırılması, özəl təşəbbüskarlığın və sahibkar­lığın ictimai həyatda öz yerini tutması üçün bir çox qərarlar qəbul edilmiş və həyata keçirilməyə başlamışdır.

Hələ 1992-ci ildə qəbul edilmiş «Sahibkarlıq fəaliyyəti haqqında» Qanun mikrosəviyyədə mülkiyyət hüququnun və bazar iqtisadiyyatına keçidin reallaşdırıl­masına xidmət edirdi. Həmin qanuna əsasən iqtisadi fəaliyyətlə məşğul olmaq istəyən hər bir Azərbaycan vətəndaşı və xarici vətəndaşlar fiziki və hüquqi şəxslər müvafiq qanunlara uyğun olaraq ölkədə xüsusi sahibkarlıqla məşğul olmaq hüqu­quna malikdir.

Konstitusiyanın 59-cu maddəsində isə müəyyən edilmişdir ki, hər kəs qa­nun­la nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakın­dan sər­bəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliy­yəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Mülkiyyətin müxtəlifliyinin reallaşması və sahibkarlığın inkişafı iqtisadi münasibətlərin bazar iqtisadiyyatı prinsipləri əsasında idarə olunmasının düzgün tənzimlənməsindən asılıdır. Bazar iqtisadiyyatının tənzimlənməsi sahəsində qanun­vericilik bazası müstəqillik əldə edildikdən sonrakı ilk illərdə başlanmış olsa da, yalnız 1994-1995-ci illərdə siyasi sabitlik təmin edildikdən sonra genişmiqyaslı həyata keçirilməyə başlanmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yalnız iki il 1994-1995-ci illər ərzində bu sahədə aşağıda göstərilən çoxsaylı qanunlar qəbul edilmişdir. Müəssisələr haqqında (1994), Səhmdar cəmiyyəti (1995), Girov haqqında (1994), Müflisləşmə və iflas (1994), Qiymətli kağızlar və fond birjaları haqqında (1995), Əmtəə birjası (1994), Auditor xidməti (1994), Lizinq xidməti (1994), Aqrar islahatların əsasları (1995), İnvestisiya fəaliyyəti (1995), habelə maliyyə və vergi münasibətləri haqqında bir çox qanunlar.

Özəl mülkiyyət və sahibkarlıq fəaliyyətinin inkişafı ölkədə rəqabət mühitinin yaradılmasından asılıdır. Ona görə də «Antiinhisar fəaliyyəti haqqında» (1993), «Haqsız rəqabət haqqında» (1995) və «Təbii inhisarlar haqqında» qanunlar ölkədə rəqabət mühitinin formalaşdırılmasına yönəldilmişdir. Xarici sahibkarlığın inkişaf etdirilməsi məqsədilə «Xarici investisiyaların qorunması haqqında» Qanun qəbul edilmişdir. Qabaqcıl dünya dövlətlərinin təcrübəsi göstərir ki, müasir dövrdə iqti­sadi inkişafın mühüm hərəkətverici qüvvəsi kiçik və orta sahibkarlıq (KOS) fəaliyyətidir. Ölkəmizdə KOS-ların inkişafı üçün qanunvericilik bazası yaradılmış, «Kiçik sahibkarlığa dövlət yardımı haqqında» (1998) ayrıca Qanun qəbul edil­mişdir. Bazar iqtisadiyyatına keçidin təmin olunması üçün digər bir çox qanunlar və normativ aktlar qəbul edilmişdir. Ölkədə bazar iqtisadiyyatı prinsiplərinin hər­tərəfli tətbiqinin təmin edilməsi əmək münasibətlərinin də bu prinsiplərə uyğun­laşdırılmasını tələb edir. Bu məqsədlə 1999-cu ildə Əmək Məcəlləsi, 2000-ci ildə isə yeni Vergi Məcəlləsi, Mülki Məcəllə, Gömrük Məcəlləsi qəbul olundu. Hal-ha­zır­­da isə «Rəqabət Məcəlləsi» qəbul olunmaq üçün Milli Məclisə təqdim edil­mişdir.

Hər hansı bir ölkədə mülkiyyətin dövlətsizləşdirilməsi və mülkiyyətin müxtə­lifliyinin təmin edilməsi, bazar münasibətlərinin inkişaf etdirilməsi yalnız iqtisadi məsələ deyildir. O eyni zamanda əhatəli sosial-siyasi məsələdir. Ölkəmizin sivil dövlətlər ailəsinə bərabərhüquqlu subyekt kimi daxil olmasının vacib şərti, sosial-iqtisadi tərəqqi üçün açar rolunu oynayan bir məsələdir.
4. 2. Özəlləşdirmə və sahibkarlığın inkişafı.
Azərbaycanda çox güclü orta sinif yaranır, sahibkarlar sinifi yaranır və bilirsiniz ki, bu sahəyə çox böyük diqqət göstərilir. Bu gün ölkə iqtisadiyyatının 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Bax­mayaraq ki, Azərbaycan iqtisadiyyatının əsas hissə­sini eneji resursları təşkil edir və enerji resursları dövlət nəzarətindədir, özəl sektor sürətlə inkişaf edir.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

İsrafçı sosialist iqtisadi sistemdən səmərəli iqtisadi sistemə keçidin vacib şərti özəlləşdirmə və sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır. Özəlləşdirmə prosesi mülkiyyət münasibətlərinin transformasiyası və bazar iqtisadiyyatının formalaşmasının hüquqi bazasının yaradılması prosesinin mühüm tərkib hissəsidir.

7 yanvar 1993-cü ildə «Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında» Qanun ölkəmizdə özəlləşdirmənin prinsipləri və təşkilati-hüquqi əsaslarını müəy­yən etdi. Bu prinsiplərə əsasən özəlləşdirmə prosesinin mərhələləri, növbə­liliyi, yolları, forma və variantları dövlət tərəfindən müəyyən edilir; bu prosesdə dövlətin, əmək kollektivləri və əhalinin təbəqələrinin mənafeləri nəzərə alınır; bu məqsədlə özəlləşdirmə payı müəyyənləşdirilir; özəlləşdirmənin forma və variant­ları seçilərkən əmək kollektivlərinin rəyi nəzərə alınır; özəlləşdirmə aşkarlıq şəraitində həyata keçirilir və s.

Özəlləşdirmə Milli Məclisin qəbul etdiyi Dövlət Proqramı əsasında həyata keçirilir. Özəlləşdirmədən əldə edilən vəsait dövlət büdcəsinə keçirilir.

Özəlləşdirmənin həyata keçirilməsinin hüquqi bazası rolunu oynayan Azər­baycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proq­ramlarının (1995-1998-ci illər) qəbulu xüsusi əhəmiyyət kəsb etmişdir. Bun­dan sonra sahibkarlığın inkişafı üzrə dövlət tədbirləri Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Proqramda özəlləşdir­mənin məqsədləri sistemli xarakter daşıyırdı və aşağıdakı kimi müəyyən edil­mişdir:

- xüsusi mülkiyyət və azad rəqabət prinsipləri əsasında bazar iqtisadiy­yatının inkişafına şərait yaradılması;

- bazar iqtisadiyyatı tələblərinə uyğun iqtisadi strukturun yaradılması;

- iqtisadi prosesdə istifadə edilməyən mənbələrin təşviq edilməsi;

- milli və xarici kapitalın bu prosesə cəlb edilməsi üçün təşviq edilməsi;

- bütün bunların nəticəsində xalqın rifah səviyyəsinin yaxşılaşdırılması

Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləş­dirilməsi haqqında I Dövlət Proqramı qəbul edildikdən sonra özəlləşdirmə sistem­li xarakter almışdır.

Özəlləşdirmə haqqında I Dövlət Proqramında orta və iri müəssisələrin əvvəlcə anonim şirkətlərə çevrilməsi və sonra pay sənədlərinin bazara çıxarılması nəzərdə tutulmuşdur. Özəlləşdirmənin ədalətli aparılması və bu prosesdə xalqın fəal iştirakının təmin edilməsi üçün hər bir vətəndaşa özəlləşdirmə payı (çeklər) verilmişdir.

Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına əsasən özəlləşdirməyə birinci növbədə tica­rət, ictimai iaşə və xidmət, nəqliyyat, tikinti və bir sıra başqa sahələrdə baş­lanılmışdır.

Dövlət Proqramı qəbul edildikdən sonra özəlləşdirmə prosesi aşağıdakı məlumatlardan göründüyü kimi geniş və əhatəli olmuşdur.



Cədvəl 4. 1

Azərbaycanda özəlləşdirilən obyektlərin sayı*





1995

1996

1997

1998

1999

Cəmi

872

6418

7493

6644

1897

o cümlədən sənaye

-

18

326

155

63

Kənd təsərrüfatı

-

1

43

62

7

Nəqliyyat

872

384

1729

3546

860

Ticarət

-

389

647

680

179

İnşaat

-

2

36

152

40

Xidmət

-

5140

3877

289

65

Yarımçıq tikililər

-

5

35

48

22

Neft ofisləri

-

194

186

56

41

Sair

-

9

353

1443

534

Orta və iri müəssisələr

-

-

407

547

111

  • DSK, 2001



Özəlləşdirilən kiçik müəssisələrin sayı yalnız üç il (1995-1998-ci illər) ərzində 7, 5 dəfə artmış və fəaliyyət sahələri genişlənmişdir. Belə ki, 1995-ci ildə kiçik müəssisələr yalnız nəqliyyat sahəsində özəlləşdirilirdisə, 1998-ci ildə bu proses iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə etmişdir.

2000-ci ildə «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdiril­məsinin II Dövlət Proqramı» (əlavə və dəyişikliklər 23. 10. 2003-cü il) mövcud qanunvericiliyə və son illər ölkədə həyata keçirilmiş özəlləşdirmə təcrübəsi nəzərə alınaraq hazırlanmış və yeni müddəalar ilə zənginləşdirilmişdir. Belə ki, Proqramın məqsədlərinə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və rəqabət mühitinin formalaşdırılması əsasında milli iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi, iqtisadiyyata investisiyalar, o cümlədən xarici investisiyalar cəlb etmək yolu ilə onun inkişafına nail olunması, bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mül­kiyyətçilər təbəqəsinin genişləndirilməsi və s. kimi mühüm müddəalar daxil edil­mişdir. Proqramda dövlət əmlakının özəlləşdirilməsi üsulları yenidən nəzərdən keçirilmiş və genişləndirilmişdir. Keçmişdən fərqli olaraq bundan sonra müəssisə­lərin fərdi layihələr əsasında özəlləşdirilməsi, əmlakın hərraclar vasitəsilə satışı və müəssisələrin müflis elan olunması yolu ilə satışı üsullarından da istifadə edilməsi zəruri hesab edilir. Əhalinin sosial müdafiəsini təmin etmək məqsədilə özəlləşdiri­lən müəssisələrdə sosial ödəmələr üzrə işçilərə yaranmış borcların sahibkar tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və ölkə vətəndaşlarına əvəzsiz olaraq verilmə­si qaydası müəy­yən edilmişdir. I Dövlət Proqramında əmlakın qiymətləndirmə mexanizmi tək­mil deyildi. Belə ki, obyektlərin qiymətləri mövcud bazar konyukturundan fərqlənirdi. Ona görə də II Dövlət Proqramında hərracların keçirilməsi mexaniz­minin çevikliyinin artırılması üçün bu mexanizmdə müəyyən dəyişikliklər edilmişdir.

«Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı» (10. VIII. 2000-ci il) ilə özəlləşdirilən müəssisə və obyektlərin dairəsi genişləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə strateji sahələrə aid olan bir sıra maşınqayırma, kimya, rabitə və balıqçılıq və digər müəssisə və obyektlər özəlləşdirməyə açıq elan edilmişdir.

Aqrar-sənaye kompleksinin inkişaf etdirilməsi məqsədilə həmin kompleksin emal, xidmət və təchizat bazasının özəlləşdirilməsi üçün tədbirlər görülmüşdür.

Özəlləşdirmədə xarici investorların iştirakı üçün normativ-hüquqi baza yaradılmışdır. Müəssisələrin bazasında səhmdar cəmiyyətlərin yaradılması, onların özəlləşdirilməsi və fəaliyyətinin tənzimlənməsi prosesi qanunvericiliyə uyğun olaraq Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən davam etdirilir.

1995-2005-ci illər ərzində özəlləşdirmə sahəsində iki Dövlət Proqramı və 50-dən çox qanun və digər hüquqi-normativ aktlar qəbul edilmişdir və həyata keçirilir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29. VIII. 2006-cı ildə imzaladığı «Azərbaycan Respublikasının dövlət müəssisələrinin idarə edilməsi prosesinin təkmilləşdirilməsi» haqqında Fərmanı özəlləşdirmənin və özəlləşdirilən dövlət əmlakının idarə edilməsini daha da inkişaf etdirmişdir.

Özəlləşdirilən müəssiələrin sonrakı taleyinə cəmiyyət və dövlət laqeyid deyildir. Çünki onlardan səmərəli istifadə olunması iqtisadiyyatın inkişafı üçün çox əhəmiyyətlidir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci ildə imzaladığı Fərmanla qəbul edilmiş tədbirlər paketi diqqəti xüsusilə cəlb edir. Paketə daxildir:

1. Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmil­ləşdirilməsi üzrə Dövlət Proqramı;

2. özəlləşdirilən və idarəetməyə verilən müəssiələrdə investisiya qoyu­luşları üzərində nəzarətin həyata keçirilməsi qaydaları;

3. dövlət müəssisələrinin özəlləşdirilmə qabağı sağlamlaşdırılması və restruktizasiyası qaydaları;

4. səhmdar cəmiyyətlərdə dövlətə məxsus səhmlərin idarə edilməyə verilməsi qaydaları;

5. özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında əsasnamə.

Proqram xarakterli həmin sənədlərin hər biri dövlət əmlakının idarə edilməsi və özəlləşdirmə haqqında qanunvericiliyin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi sahəsində müstəsna əhəmiyyətə malikdir.

1995-2005-ci illərdə Azərbaycanda cəmisi 43118 obyekt özəlləşdirilmişdir ki, onun təxminən yarısı (50, 7%-i) nəqliyyat müəssisələri, nəqliyyat vasitələri və ticarət, 23%-i məişət xidməti obyektlərindən ibarətdir. Özəlləşdirilən obyektlər arasında sənaye, kənd təsərrüfatı və tikinti obyektlərinin xüsusi çəkisi cəmisi 3, 4% təşkil edir. 1500-dən çox orta və iri müəssisə səhmdar cəmiyyətə çevrilmişdir. [73, cild 2, s. 719-721]

Son beş il ərzində azad sahibkarlığın və iqtisadiyyatın tarazlı və davamlı inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin açılması üzrə həyata keçirilən tədbirlər nəticəsində ölkədə xüsusi müəssisələrin sayı artmış və bu, dövlət registrində qeydə alınmış statistik vahidlərin 75, 6 faizini təşkil etmişdir.

Təhlil göstərir ki, ölkə üzrə statistik vahidlərin yalnız 15 faizini dövlət mülkiyyətində olan müəssisələr, 3,7 faizini bələdiyyələr və onların müəssisələri, 5,7 faizini isə xarici və birgə müəssisələr təşkil edir. Xüsusi mülkiyyətdə olan müəssisə və təşkilatların əsas hissəsi «Topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri» (41,1 faiz), «Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı» (14,8 faiz), «Digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi» (10, 4 faiz), «Daşınmaz əmlakla əlaqədar əməliy­yatlar, icarə və istehlakçılara xidmət göstərilməsi» (9, 2 faiz) və «Emal sənayesi» (8, 1 faiz) bölmələrinin payına düşür.

Qeydiyyatda olan müəssisə və təşkilatların 53, 1 faizi Bakıda, 13, 1 faizi Aran iqtisadi rayonunda yerləşir. 2007-ci ilin birinci yarısında Azərbaycanda 2683 yeni müəssisə yaradılmış və onların 32, 5 faizi «Topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri», 14, 6 faizi «Tikinti», 14 faizi «Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı» 7, 4 faizi isə «Emal sənayesi» bölmələrinin payına düşür.

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində özəlləşdirmə prosesinin daha da sürətləndirilməsi məqsədilə 2007-2010-cu illəri əhatə edən dövlət proqramının layihəsi də hazırlanıb. Sənəd təkcə özəlləşdirməni deyil, həm də investisiya qoyuluşlarına nəzarət mexanizminin təkmilləşdirilməsini, dövlət əmlakından səmərəli istifadəni, özəlləşdirmədən sonra müəssisələrin idarə olun­masına nəzarəti əhatə edir. Hal-hazırda özəlləşdirmə üsulu olaraq investisiya müsabiqələri vasitəsilə özəlləşdirməyə daha çox üstünlük verilir. Belə ki, 2006-cı ildə 14 investisiya müsabiqəsi keçirilmiş və onlardan 12-si üzrə qalib şirkətlər müəyyənləşdirilərək onlarla qanunvericiliyə uyğun alqı-satqı müqavilələri imzalan­mışdır. Həmin müqavilələrə görə müəssisələrə qoyulması nəzərdə tutulan investisiyaların həcmi 454 milyon ABŞ dolları olmuşdur ki, bu da 2006-cı ilədək keçirilmiş investisiya müsabiqələri nəticəsində müəssisələrə qoyulması nəzərdə tutulan investsiyaların ümumilikdə həcmindən 49 faiz çoxdur.

Onu da qeyd edək ki, strateji sahələrdə, o cümlədən maşınqayırma, neft-kimya, rabitə, metallurgiya sənayesində islahatların həyata keçirilməsi və dövlətsizləşdirmənin daha sürətlə aparılması məqsədilə son illər züruri işlər görül­müşdür. İlk növbədə, özəlləşdirmək üçün açıq elan edilmiş müəssisə və təşki­latlarda dövlət əmlakının qorunub saxlanılması, onlardan səmərəli istifadə olun­ması, o cümlədən qeyri-qanuni istifadəyə və icarəyə verilməsi hallarının aradan qaldırılması istiqamətində işlər həyata keçirilmişdir. [Xalq qəzeti, 24. VIII. 2007]

Ümumilikdə 2007-ci il ərzində 30-dan çox normativ hüquqi xarakterli sənədlərin layihələri hazırlanmışdır.

“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsinin və müasir dövrə uyğunlaşdırılmasının əsası qoyulmuşdur. Həmin Fərmanla “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı ”, “Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları”, “Dövlət müəssisələrinin özəlləşdirilmə qabağı sağlamlaşdırılması və restrukturizasiyası Qaydaları” və “Özəlləşdirilən dövlət əmlakının qiymətlən­dirilməsi haqqında Əsasnamə ” təsdiq edilmişdir.

“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin dövlətsizləşdirilməsi, “Sumqa­yıtelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin və “Şəki Regional Enerji Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetməyə verilməsi, “Azərbaycan Resrubli­kasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirilmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncam­ları imzalanmışdır.

Özəlləşdirilən kiçik müəssisələrin sayı aşağıdakı kimi olmuşdur: 2001-2474, 2002-3324, 2003-1677, 2004-1954 və 2005-ci ildə 2463 [DSK, 2006, s. 126], 2007-ci ildə isə 2148 kiçik müəssisə özəlləşdirilmişdir. Özəlləşdirmədən büdcəyə daxil olan vəsait illər üzrə aşağıdakı məbləğlərlə olmuşdur (min man. ): 1995-87, 5, 2000-7638, 2001-18724, 2002-20072, 2003-19317, 2004-31386, 2005-20005 və 2007-ci ildə 44531, 2 min AZN təşkil etmişdir.

Məlum olduğu kimi özəlləşdirmə məqsəd deyil, 70 il mövcud olmuş israfçı iqtisadi sistemi dəyişdirmək, mülkiyyətin müxtəlifliyini və sahibkarlığın inkişafını təmin etməklə səmərəli iqtisadi sistemə keçmək vasitəsidir.

Ümummilli lider Heydər Əliyev hələ 1999-cu ildə qətiyyətlə qeyd edirdi: «Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji məqsədimizdir». 1994-cü ildə Bakıda «Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma» adlı beynəlxalq konfransın keçirilməsi sahibkarlığın inkişafına böyük əhəmiyyət verildiyinin yalnız bir göstəricisi idi.

1995-2007-ci illər ərzində dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 120 mindən çox səhmdar meydana gəlmiş, kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi yolu ilə 300 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşmışdır. [73, cild II, s. 721]. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş Dövlət Proqramlarının bu sahənin inkişafında xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir.

Bu Dövlət Proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzim­lənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılmışdır. Sahibkarlıq infrastrukturunun formalaşdırıl­ması istiqamətində əhəmiyyətli addımlar atılmış, sahibkarlara zəruri texniki yardım göstərən struktur formalaşmışdır. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində müəyyən adımlar atılmışdır. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanmışdır.

Sonrakı illərdə iqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən, sahibkarlıq sekto­runun inkişafına güclü təkan vermişdir. Belə ki, 2001-ci ildə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuşdur. Bu illər ərzində sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması məqsədilə ölkədə biznes fəaliyyətinin hüquqi bazası dünya təcrübəsi əsasında təkmilləşdirilmişdir və təkmilləşdirilməkdə davam edir.

2002-ci ili sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək mümkündür.

Bu mərhələ Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel-may aylarında keçirilmiş görüşləri ilə başla­mışdır. Ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə avqust-sentyabr aylarında imzalanmış bir sıra mühüm Fərman və Sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» bu istiqamətdə həyata keçirilməli olan dövlət tədbirləri sisteminin yaradılmasında mühüm rol oynayaraq ölkədə sahibkarlığın inkişafına təkan verməyə başlamışdır. Belə ki, kiçik və orta sahib­karlığın inkişafının əvvəlki Dövlət Proqramları ölkədə əsasən KOS sektorunun təşəkkülü ilə əlaqədar tədbirləri əhatə edirdisə, hazırki Dövlət Proqramı artıq təşəkkül tapmış bu sektorda ölkə iqtisadiyyatının potensialının daha da səmərəli reallaşdırılması baxımından struktur dəyişikliklərinin həyata keçirilməsinə, bu bölmənin inkişafının çeşidli mexanizmlərinin yaradılmasına istiqamətlənmişdir.

Layiqli varislik özünü bu sahədə də aydın şəkildə büruzə verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi məqsədyönlü və genişmiqyaslı tədbirlər sistemi kiçik sahibkarlığın sürətli inkişafı sahəsində yeni imkanlar və perspektivlər yaratmışdır. Bu tədbirlər arasında 24 noyabr 2003-cü ildə qəbul edilmiş «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» və 11 fevral 2004-cü ildə imza­lanmış «Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər)» Dövlət Proqramı müstəsna əhəmiyyətə malikdir. Cənab İlham Əliyevin sahibkarlarla tez-tez keçirdiyi görüşlər bu sahənin inkişafında çevik və realist dövlət siyasətinin formalaşmasının əsasını təşkil edir. O, xüsusi vurğulayır ki, «Sahibkarlığın inkişafı bizim siyasətimizin ən vacib istiqamətlərindən biridir». Son beş ildə Azərbaycanda sahibkarlıqla məşğul olanların sayı xeyli dərəcədə artmışdır.

İqtisadiyyatda liberallaşdırma tədbirləri davam etdirilir, sahibkarlara dövlət büdcəsindən güzəştli kreditlər verilir. Müasir standartlara cavab verən infra­strukturun yaradılması sahibkarlığın inkişafına ciddi təkan verəcəkdir.



Cədvəl 4. 2

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin