VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi


-1994-cü illərdə makroiqtisadi göstəricilər



Yüklə 7,05 Mb.
səhifə11/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   7   8   9   10   11   12   13   14   ...   51

1990-1994-cü illərdə makroiqtisadi göstəricilər

(əvvəlki ilə nisbətən faizlə)


 

1990

1991

1992

1993

1994

Ümumi daxili məhsul

88, 3

99, 3

77, 4

76, 9

80, 3

Sənaye istehsalı

93, 7

104, 8

76, 3

93

77

İstehlak mallarının istehsalı

104, 6

107, 9

78, 4

83, 9

76, 7

Kənd təsərrüfatı məhsulları

101

107, 9

78, 4

83, 9

76, 7

o cümlədən: bitkiçilik məhsulları

106

102

74

84

83

Heyvandarlıq məhsulları

94

97

81

86

93

Kapital qoyuluşu

96

79, 2

59, 7

60, 9

52

İqtisadiyyatda mənfəət

98, 6

171, 5

11, 2

9, 7

9, 9

Əhalinin pul gəlirləri

120, 8

206, 9

4, 7

8, 9

9

Əhalinin pul xərcləri

121, 3

201, 7

4

7, 2

10
İqtisadiyyatın bütün sahələrində tənəzzül özünü göstərirdi. Sənaye və kənd təsərrüfatı istehsalı da təxminən eyni sürətlə geriləyirdi. Sənaye istehsalı həm də ciddi deformasiyaya uğrayırdı. Sənaye məhsulunun ümumi həcm indeksi 1990-cı ilə nisbətən 1994-cü ildə 38%-ə, o cümlədən emaledici sənaye sahəsində 31%-ə enmişdir. 1990-cı ildə sənaye məhsulunun cəmi 15, 8%-i elektroenergetika və yanacaq sahələrindən ibarət idisə, 1994-cü ildə həmin sahələrin xüsusi çəkisi 65,4%-ə yüksəlmişdi. Bu proses göstərilən sahələrdə istehsalın artımı hesabına deyil (belə ki, hasilat sənayenin həcm indeksi 1990-cı ilə nisbətən 1994-cü ildə 72 faiz olmuşdur), tənəzzülün digər sənaye sahələrində daha dərin olmasının nəticəsi idi. (Bax, cədvəl 3. 3)

Cədvəl 3. 3

Sahələr üzrə sənaye məhsulunun ümumi

həcm indeksi (1990=100)*


 

1991

1992

1993

1994

Bütün sənaye

91

63

51

38

Yanacaq-energetika kompleksi

87

72

64

60

Elektroenergetika

99

81

76

67

Yanacaq sənayesi

83

68

59

56

Metallurgiya kompleksi

90

63

39

10

Qara metallurgiya

84

58

35

5

Maşınqayırma kompleksi

82

50

43

23

Kimya və neftkimya sənayesi

103

43

32

17

Yüngül sənaye

88

63

53

38

Yeyinti sənayesi

93

66

48

31

*[31, 1996, с. 156]
Tənəzzül özünü ən çox metallurgiya kompleksində, qara metallurgiya, maşınqayırma kompleksində, kimya və neftkimya, yüngül və yeyinti sənaye sahələrində göstərmişdir. Əmək məhsuldarlığı 1990-cı ilə nisbətən 1994-cü ildə metallurgiya kompleksində 15%, kimya sənayesində 33%, yüngül sənayedə 80%, yeyinti sənayesində 42%-ə qədər azalmışdır. [44, 1996, s. 167]. Fond verimi isə, (1990=100) bütün sənayedə 37%-ə enmişdir. [44, 1996, s. 171]. Kənd təsərrüfatı sahələrində, xüsusən, acınacaqlı vəziyyət yaranmışdır. Bütün təsərrüfat kateqo­riyaları üzrə kənd təsərrüfatı məhsullarının həcm indeksi (1990=100) 1994-cü ildə 56, 4 faiz təşkil etmişdir. Başqa sözlə, aqrar bölmədə məhsul istehsalı, demək olar ki, yarıbayarı azalmışdır. Bu sahədə istehsal əsas etibarı ilə ailə təsərrüfatları hesabına müəyyən dərəcədə qorunub saxlanılmışdır. Qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə istehsal həmin dövrdə 71,5% azalmışdı. [44, 1996, s. 175]. Həmin dövrdə taxıl istehsalı 26, 5%, pambıq istehsalı 48%, tütün istehsalı 60%, üzüm istehsalı plantasiyaların ləğv edilməsi nəticəsində 74% azalmışdı. [44, 1996, s. 180]. Ət istehsalı da yarıbayarı azalmışdı.

İnzibati-amirlik sistemində mövcud olmuş maliyyə-büdcə sisteminin tam iflasa uğraması nəticəsində maliyyə sektorunu daha ağır böhrana məruz qoymuşdur. Dövlət büdcəsinin gəlirləri 1990-cı ildə ÜDM-a nisbətən 39, 1%-dən 1994-cü ildə 14, 8%-ə, xərcləri isə 36, 1%-dən 25, 1%-ə enmişdir. Dövlət büdcəsinin kəsiri 1994-cü ildə 193, 3 milyard manata qədər yüksəlmişdir. Bu ÜDM-un 10, 3%-ni təşkil edirdi. İqtisadiyyata yönəldilən büdcə xərcləri iki dəfəyə qədər azalmışdı. [42, cədvəl № IV].

Həyata keçirilən antiinflyasiya tədbirlərinə baxmayaraq hiperinflyasiya dərinləşir, qiymətlər tüğyan edirdi (bax: cədvəl 3. 4).

Cədvəl 3. 4

İstehlak qiymətlərinin indeksi

(əvvəlki ilə nisbətən, faizlə)


 

1992

1993

1994

Cəmi mallar və xidmətlər

1012

1229

1764

Ərzaq məhsulları, içkilər, tütün

1075

1386

1793

Xidmətlər

906

955

1673

Qeyri-ərzaq malları

993

875

1186

Mal və xidmətlərin qiymət artımı ildə 1000%-i keçmiş, 1994-cü ildə rekord səviyyəyə (1764%-ə) çatmışdır.

Bu dövrdə Azərbaycanda özünü göstərən dərin böhran klassik dərsliklərdən məlum olan ifrat istehsal böhranı deyil, məhsul qıtlığı böhranı idi. İş şəraiti pisləşir, işsizlik artır, əmək haqqı aşağı düşürdü. Respublika üzrə orta aylıq əmək haqqı ABŞ dolları hesabı ilə 1990-cı ildə 32, 5 dollardan 1994-cü ildə 12, 7 dollara qədər azalmışdır. Başqa sözlə, real əmək haqqı 1990-cı ildə 100% götürülərsə 1994-cü ildə 17 faizə qədər aşağı düşmüşdür. [42, cədvəl III].

Dünya bankının hesablamalarına görə, 1985-1995-ci illərdə ÜMM Azərbaycanda hər il orta hesabla, real olaraq 16,3% azalmışdır. Nəticədə adambaşına ÜMM 1987-ci ildə Azərbaycanda ABŞ-ın eyni göstəricisinə nisbətən 21, 8% təşkil edirdisə, bu göstərici 1995-ci ildə 5, 4%-ə qədər azalmışdır. [216, s. 250]




3. 3. Azərbaycanda siyasi-iqtisadi sabitliyin təmin olunması və müstəqil dövlətçiliyin təməlinin qoyulması – Heydər Əliyevin misilsiz tarixi xidmətidir
Biz respublikamızda hüquqi - demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir.

Heydər ƏLIYEV
Zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən dövlətlərlə əhatə olunmuş və təcrübəsiz dövlət rəhbərləri ilə idarə olunan Azərbaycanda bu daha da çətin idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, real olaraq onun ərazi bütövlüyünə qəsd edilmiş və üstəlik, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

Müstəqilliyimiz düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərlə boğulmağa çalışılırdı. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdür. Bunun isə kökləri olduqca dərindir. İstehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlarda yığılıb qalır, strateji məhsullar isə blokada vəziyyətində olduğumuz üçün xarici bazarlara böyük çətinliklə çıxarılırdı. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı da böyük çətinliklə həyata keçirilirdi. Ölkə əhalisi açıq-aşkar aclıq imtahanına çəkilirdi. Ərzaq anbarları boşalmış, ilkin tələbat mallarının istehsalı fəlakətli dərəcədə azalmışdı. Dəyirmanlar boşalmışdı. Elə gün olurdu ki, Qazaxıstandan yola salınmış un gecə Bakıya çatmasaydı, səhəri gün şəhərdə aclıq baş verə bilərdi. Ona görə də dövlət orqanlarının bütün gücü həmin unun Bakıya vaxtında çatdırılmasına yönəldilirdi. Məsuliyyətsiz bəzi vəzifəli şəxslər isə bu çətinlikdən öz ciblərini doldurmaq üçün istifadə edirdilər. 1992-ci ilin qışında ölkəni Avropa Birliyindən alınan 300 min ton, 1993-cü ilin qışında isə Türkiyənin verdiyi yenə 300 min ton əvəzsiz un və taxıl yardımı xilas etdi.

Amma ölkənin əsl xilaskarı 1993-cü ildə xalqın istəyi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”. (20 sentyabr 2004-cü il )

Tarixdən yaxşı məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən şəxsiyyət yoxdursa, bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət yoxdursa və nəhayət, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli sürətdə həyata keçirən praktik siyasətçi-diplomat, sərkərdə və komandan yoxdursa, daxildə əmin-amanlığı, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərinə götürə bilən qurucu, yaradıcı təsərrüfat rəhbəri yoxdursa, həmin ölkənin gələcəyindən nikbin ruhda danışmaq çətin olar. [70, s. 12]

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi (20 sentyabr 2004-cü il ) “Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial - iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı.

Daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, «əsrin müqa­vi­ləsinin» bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasi­bətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmış vulkana bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, heç bir ölkənin tarixində rast gəlinmədiyi strateji əhəmiyyətli üç taleyüklü vəzifə eyni zamanda yerinə yetirilsin.

1. müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi;

2. İnzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması;

3. qapalı sosial-iqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq edilməsi ilə bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsi.

Bu tarixi vəzifələrin hər biri istənilən bir dövlət üçün kifayət qədər ciddi və əhəmiyyətli idi və bütün qüvvələrin bu məqsədlərə səfərbər edilməsini tələb edirdi.

Totalitar sosialist sisteminin süqutu nəticəsində yaranmış yeni müstəqil dövlətlər qarşısında duran problemlərin orijinallığı və tarixdə mövcud olmuş iqtisadi sistemlərin heç birində anoloqu olmaması dünya iqtisadi və siyasi ədəbiyyatına bu ölkələrin real durumunu və perspektivlərini əks etdirən yeni bir termin «keçid iqtisadiyyatı ölkələri» terminini də gətirdi. «Keçid» anlayışı yalnız iqtisadi termin deyildir və cəmiyyətin bütövlükdə mövcud siyasi, iqtisadi və sosial quruluşundan imtina edildiyi və hələlik yenisinin yaradılmadığı bir vəziyyəti ifadə edir, cəmiyyətin sosial-iqtisadi strukturunun transformasiya prosesində olduğunu göstərir. Problemin çətinliyi bir də onda idi ki, totalitar rejimin 70 illik despotik hakimiyyəti dövründə cəmiyyət demokratiya, sərbəst bazar iqtisadiyyatı, azad sahibkarlıq, siyasi plüralizm və bu kimi digər çağdaş dəyərlərdən uzaq məsafədə saxlanılmışdır, üstəlik əhalidə uzun illər boyu xüsusi mülkiyyət, bazar iqtisadiyyatı, sahibkarlıq anlayışlarına mənfi münasibət formalaşdırılmışdır. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, cəmiyyət «dövlət, demokratiya, millət, kimlik, idealogiya, siyasət və iqtisadiyyat kimi həyati əhəmiyyətli məsələlərin yenidən qurulmasını bir vəzifə kimi qarşıya qoysun» [73, cilt II, Fikrət Elma, s. 584] və uğurla həll etsin.

Akademik Ramiz Mehdiyevin göstərdiyinə görə: “ 1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra milli transformasiyanin dördüncü mərhələsi başlandı - modernləşdirmə mərhələsinə başlamağın əsası qoyuldu. Onun mahiyyəti Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsində və demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi”.

Ölkəmizdə müstəqil, demokratik, hüquqi dövlətin möhkəm təməli Heydər Əliyevin memarlığı ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə atılmış oldu.

Konstitusiya bütün dünyaya bir daha bəyan etdi ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək dövlət hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan xalqının suveren hüququdur; insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Müstəqillik əldə etmiş dövlətlərin təcrübəsi göstərir ki, suveren sosial-iqtisadi inkişafın müvəffəqiyyəti, ilk növbədə, iqtisadi müstəqilliyin təmin olunmasından və köhnə iqtisadi sistemin düşünülmüş şəkildə yenisi ilə əvəz olunmasından asılıdır. Ona görə də Konstitusiyada birmənalı şəkildə təsbit edilmişdir ki, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Rsepublikasına malikdir; Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir; Azərbaycan dövləti bazar münasi­bətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bütün bun­lar əsasında Azərbaycan dövləti xalqın və hər hansı bir vətəndaşın rifahının yük­səldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; mə­dəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.

Doğma Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması, ilk növbədə iqtisadi sabitliyin də təmin olunmasını tələb edirdi. Çünki 1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır və əhalinin maddi və sosial vəziyyətini getdikcə ağırlaşdırırdı. Birmənalı şəkildə aydın idi ki, həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdir­mə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunmasından asılıdır. Həyat bütün kəskinliyi ilə iqtisadi islahatların da sürətləndirilməsini tələb edirdi. Ona görə də ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımlar atıldı. 1994-1995-ci illərdə xarici ticarət əməliyyat­larının liberallaşdırılmasına başlanmışdır. Xarici ticarət sahəsində liberallaşdırma tədbirlərinin önə çəkilməsi qısa bir zamanda açıq qapı siyasətinin tətbiq edilməsi zərurətindən doğurdu.

İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı həmin islahatlara dəstək verməyə başladılar. Onlar Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı gös­tərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal isla­hatlar dönməz xarakter aldı. Sərt və çevik pul-kredit, büdcə, vergi gömrük siya­sə­tinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının li­berallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində qısa zamanda (1995-1996-cı illər) ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Əgər 1994-cü ildə inflyasiya tempi 1800%-ə, manatın ABŞ dollarına nisbətən dəyərsizləşməsi 1200%-ə çatmışdırsa, artıq 1995-ci ildə vəziyyət əsaslı dəyişməyə başlamış və həmin göstəricilər uyğun olaraq 84, 6% və 3, 6% olmuşdur. Sonrakı illərdə bu göstəricilər daha da yaxşılaşmış, 1996-cı ildə inflyasiya 6, 8%-ə enmiş, manatın isə ABŞ dollarına nisbətən məzənnəsi 8% möhkəmlənmişdir. 1997-ci ildə inflyasiya tempi minimuma enərək cəmi 0, 4% təşkil etmiş, manatın dəyəri isə 5,1% möhkəmlənmişdir. Bu sabitlik dünya maliyyə bazarlarında baş vermiş maliyyə böhranına baxmayaraq 1998-ci ildə də qorunub saxlanılmış, 7,6% səviyyəsində deflyasiya baş vermiş, manatın ABŞ dollarına nisbətən məzənnəsi isə devalvasiyaya uğramamış, sabit olaraq qalmışdır. [46, 1998, s. 14]

İstehlak qiymətlərinin indeksi kəskin şəkildə azaldılmağa başladı. Belə ki, mallar və xidmətlər üzrə qiymət indeksi 1994-cü ildə özündən əvvəlki ilə nisbətən 1763, 5%, 1995-ci ildə 511, 8%, 1996-cı ildə 119, 9%, 1997-ci ildə 103, 7% və 1998-ci ildə isə 99, 2% təşkil etmişdir. [44, 1999, s. 258]

1995-96-cı illərdə yaranmış əlverişli makroiqtisadi sabitlik şəraitindən istifadə edərək 1997-1998-ci illərdə ölkədə iqtisadi islahatların yeni mürəkkəb mər­hələsinə - struktur islahatlar mərhələsinə-başlandı. Xüsusi Dövlət proqramına uyğun olaraq ölkədə genişmiqyaslı özəlləşdirməyə başlanmış, iqtisadiyyatın əsas sahələrindən olan aqrar sferada torpağın xüsusi mülkiyyətə verilməsi istiqamətində radikal islahatlar aparılmış, yeni iqtisadi tələblərə cavab verən maliyyə sektorunun, onun vacib hissəsi olan bank sisteminin formalaşdırılması, dövlət banklarının yenidən qurulması istiqamətində radikal addımlar atılmışdır.

İqtisadi islahatların mühüm istiqamətləri kimi ölkədə özəlləşdirmə proqra­mının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafına şərait yaratmışdır. Qeyd etmək lazımdır ki, bu 1998-ci ilə qədər 28 mindən çox kiçik müəssisə özəlləşmiş və demək olar ki, kiçik özəlləşdirmə başa çatmışdır. 1997-ci ildən başlayaraq özəlləşdirmədə həlledici mərhələ olan böyük özəlləş­dirməyə - orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi prosesinə başlanmışdır. Təkcə 1998-ci ildə 800-dən çox orta və iri dövlət müəs­sisələri səhmdar cəmiyyətlərə çevrilmişlər.



Beləliklə, ölkədə makromaliyyə sabitliyinin təmin edilməsinin, bazar müna­si­bət­lərinn formalaşdırılmasının əsas şərti olan iqtisadiyyatın idarə olunmasının bütün istiqamətlərdə liberallaşdırılmasının, bazar iqtisadiyyatının bütün atribut­larının yetişməsinə iqtisadi və hüquqi islahatlar aparılması yolu ilə zəruri mühitin yaradılmasının və əsaslı struktur islahatlarının aparılmasının məntiqi nəticəsi olaraq 1989-cu ildən sonra davam edən iqtisadi tənəzzül dayandırıldı və Ümumi Daxili Məhsulun həcminin aşağı düşməsinin qarşısı alındı.

Cədvəl 3. 5
Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin