Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix07.04.2017
ölçüsü5,03 Kb.
#13620
1   ...   6   7   8   9   10   11   12   13   14

 
ƏDƏBİYYAT 
1.
 
Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu. Bakı: 2009. 
2.
 
“Müəllim hazırlama siyasəti və problemləri” mövzusunda Qafqaz Univesitetində keçirilən 
V Beynalxalq Konfransın materialları.// Bakı, 30 aprel -02 may 2015-ci il. 
3.
 
“Müəllim  hazırlığının  müasir  problemləri”  mövzusunda  Beynalxalq    Elmi  Konfransının 
materialları. // Azərbaycan Müəllimlər İnstitutu, 28-29 oktyabr, 2011. 
4.
 
“Müəlim  hazırlığının  müasir  problemləri:  texnologiya,  təhsil  və  inkişaf”.  III  Beynalxalq 
Elmi Konfransın materialları. // Azərbaycan Müəllimlər İnstitutu, 22-24 may, 2014. 
 
РЕЗЮМЕ 
ФОРМИРОВАНИЕ  ЛИЧНОСТИ БУДУЩЕГО ПРЕПОДАВАТЕЛЯ  В ВЫСШИХ 
УЧЕБНЫХ ЗАВЕДЕНИЯХ 
 Гусейнов Ш.А. 
 
Ключевые слова: личность, преподаватель, профессия, подготовка, высшая школа  
В  статье  отмечается,  что  формирование  личности  –  сложный  процесс,  в  связи  с  этим 
проблема  личности  всегда  находится  в  центре  внимания  исследователей.  Что  касается 
формирования  личности  педагога,  то  это  одна  из  важных  проблем  современного 
образования.  Статья  посвящена  проблеме  становления  и  принципам  становления 
профессионального педагога. 
 
SUMMARY 
THE FORMATION OF THE FUTURE TEACHER PERSONALITY  
IN HIGHER  SCOOL  
Huseynov Sh.A. 
  
Key  words: personality, teacher, profession, training, high school 
The formation of personality - a complex process, and the problem of personality is always in 
the center of attention of researchers. With regard to the formation of the personality of the teacher, 
it  is  one  of  the  most  important  problems  of  modern  education.  The  article  is  devoted  to  the 
formation and principles professional teacher. 
 
 
Daxil olma tarixi: 
İlkin variant 
04.03.2016 
 
Son variant 
01.06.2016 
 
Hüseynov Ş.Ə. 
 

 
94 
 
 
UOT  37.046.14. 
 
DÜNYA TƏHSİL SİSTEMİNDƏ YENİ TENDENSİYALAR VƏ TƏCRÜBƏLƏR 
 
ƏLƏKBƏRLİ GÜLNARƏ YAŞAR qızı  
Sumqayıt Dövlət Universiteti, müəllim 
e-mail: hidayet.elekberli.01@mail.ru 
 
Açar sözlər: innovasiya, qloballaşma, tendensiya, təhsil, standart 
 Məqalə təhsil müəssisələrinin təhsil,elmi-tədqiqat innovasiya mərkəzlərinə çevrilməsinə, 
təhsil modelinin tətbiqi və həyata keçirilməsinə həsr olunub. 
 
Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən 
olunur.  Təcrübə  göstərir  ki,  təbii  sərvətlərin  bolluğu  dövlətin  inkişafının  əsas  göstəricisi  deyil, 
başlıcası,  bu  sərvətlərin  cəmiyyətin  hərəkətverici  qüvvəsi  olan  insan  kapitalına  çevrilməsini  təmin 
etməkdir. Bu, indiki mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi Koreya 
və  digər  inkişaf  etmiş  ölkələr  malik  olduqları  maddi  resurslardan  daha  çox  təhsil  sisteminin 
yetişdirdiyi  insan  kapitalından  böyük  gəlirlər  əldə  etmişlər.  Bu  ölkələrdə  inkişafa  təsir  göstərən 
amillər içərisində təhsilin çəkisi əhəmiyyətli dərəcədə yüksək olub və təxminən 70 faiz təşkil edir [1]. 
 Cəmiyyətin  inkişafının  əsas  hərəkətverici  qüvvəsi  olan  təhsil  müasir  zamanda  bir  çox 
dəyişikliklərə məruz qalmışdır. Fərd ilə cəmiyyət arasında əlaqələr təhsil vasitəsilə daha kompleks, 
bilik  isə  iqtisadi  və  sosial  inkişafın  əsas  komponenti  olmuşdur.  Beləliklə,  biliklərə  əsaslanan 
cəmiyyətin  formalaşdırılması,  təlim  və  təhsil  proqramlarının  həyata  keçirilməsindən  və  onların 
texnoloji innovasiyalara cəlb edilməsindən asılılığı artmışdır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər 
Təşkilatı (BMT) XXI əsri "təhsil əsri" elan etmişdir. 
Hazırda dünyada aşağıdakı inkişaf meyilləri müşahidə olunmaqdadır: 

 
informasiya cəmiyyətinə keçid, ünsiyyət və dözümlülük amillərinin vacib əhəmiyyət kəsb 
etməsi, mədəniyyətlərarası əlaqələrin miqyasının genişlənməsi; 

 
yeni nəsildə müasir təfəkkürün formalaşmasını tələb edən və yalnız beynəlxalq əməkdaşlıq 
çərçivəsində həll edilə bilən qlobal problemlərin sayının artması; 

 
iqtisadiyyatın dinamik inkişafı, rəqabətin güclənməsi, sadə əmək sferasının məhdudlaşması, 
mütəmadi olaraq peşə ixtisasının artırılması və yenidən hazırlanmasını tələb edən ciddi 
struktur dəyişikliyi; 

 
gənclərin və yaşlı nəslin təhsilinin artırılması nəticəsində formalaşan insan kapitalının 
rolunun yüksəlməsi; 

 
təhsilin ölkənin aparıcı dövlətlər sırasına daxil olmasını təmin edən əsas faktor olması; 

 
vətəndaşların xaricdə təhsil almasının dəstəklənməsi; 
Dünya təcrübəsi göstərir ki, tələbələr əmək fəaliyyəti boyu orta hesabla 3-5 dəfə ixtisaslarını 
dəyişməli  olacaqlar.  Bu,    yeni,  daha  münasib  ixtisasa  yiyələnmə,  yeni  kompetensiyaların  əldə 
edilməsi  tələbatı  ilə  bağlı  olacaqdır.  Hər  7  ildən  bir  peşələrin,  ixtisasların  40-50  faizi  öz 
əhəmiyyətini  itirir,  onlar  yeniləri  ilə  əvəz  olunur.  Əhalinin  tərkibində  təhsilli  insanların  sayı  nə 
qədər çox olarsa, həmin ölkədə iqtisadi inkişaf tempi də daha yüksək olur. Ölkə büdcəsində təhsil 
xərcləri 1% artıqda bu, iqtisadi artıma 0.35% artımına gətirib çıxarır. İqtisadi Əməkdaşlıq və İnkişaf 
Təşkilatı  (İƏİT)  ölkələri  üzrə  25-64  yaşlı  əhali  qrupu  arasında  ali  və  orta  təhsilli  təbəqənin 
məşğulluq  səviyyəsi  müvafiq  olaraq  85%  və  59%  təşkil  edir,  İƏİT  ölkələrində  bir  tələbənin 
ortalama ali təhsil xərci 33 min ABŞ dollarına bərabər olduğu halda, bu investisiya qoyuluşundan 
ümumi gəlir 86 min ABŞ dolları təşkil edir. 
 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  

 
95 
 

 
Təhsilin, xüsusilə də orta təhsilin müddəti uzadılır: 

 
İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının  məlumatına  görə  əgər  hər  hansı  bir  ölkədə 
istənilən təhsil pilləsi üzrə təhsil müddəti  bir il  artırılarsa bu, iqtisadi artımın 3-6 faiz artımına 
gətirib çıxarır; 

 
İnkişaf etmiş ölkələrdə orta təhsilin müddəti 12-14 il (Canada, Fransa, Hollandiya, Çexiya-
14  il,  Almaniya,  Böyük  Britaniya,  İsveç,  Avstraliya,  Yeni  Zelandiya  -13  il,  ABŞ,  Finlandiya, 
Cənubi Koreya, Polşa-12 il) təşkil edir, Azərbaycanda isə ümumi orta təhsil 11 illikdir. 

 
Ali təhsildə özəl sektorun rolu: 
o
 
Ali  təhsildə  dövlət  sektorunun  maliyyəsi  özəl  sektorun  maliyyəsi  ilə  əvəzlənir.  İƏİT-in 
məlumatına görə ali təhsilə yönədilmiş dövlət xərcləri Ümumi Daxili Məhsulun 1%-dən çoxdur. 
Bu zaman dövlət və özəl maliyyələşdirmənin nisbəti Almaniya, Avstriya, İtaliyada 90% olduğu 
halda ABŞ, Avstraliya, Yaponiya, Kanadada artıq 50-70% təşkil edir
2

o
 
Ümumi saya nisbətən özəl ali məktəblərin payı Rusiyada 50%, Qazaxıstanda 62%, Çexiyada 
65%, Ermənistanda 70%, Braziliyada 80%, Azərbaycanda isə 30% təşkil edir. 

 
Təhsildə idarəetmənin demokratikləşdirilməsi prosesi: 
o
 
Dünya  təcrübəsi  göstərir  ki,  təhsil  strategiyasının  uğurlu  həyata  keçirilməsi  və  təhsil 
keyfiyyətinin dayanıqlı yüksəlişində səmərəli və demokratik idarəetmə mühüm rol oynayır. 
Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, ictimaiyyəti 
(valideyn,  şagird,  tələbə,  yerli  icma  və  s.)  geniş  cəlb  etməklə  təhsil  ocaqlarının  dövlət-
ictimai  xarakterdə  idarə  olunmasını,  nəticəyönlü  menecmentin  və  digər  müasir  idarəetmə 
texnologiyalarının prosesə tətbiq olunmasını və s. tələb edir. 
o
 
Bunun  üçün  ölkədə  hazırlanacaq  müasir  idarəetmə  modeli  təhsil  sistemində  aşağıdakı 
istiqamətləri əhatə etməlidir-(i)Təhsil keyfiyyətinin yeni standartlar səviyyəsinə çatdırılması; 
(ii) Təhsildə idarəetmə potensialının yüksəldilməsi; (iii) Yüksək səviyyəli pedaqoji kadrların 
hazırlanması;  (iv)  Təhsilin  maliyyələşdirilməsinin  bençmark  səviyyəyə  çatdırılması.Ali 
məktəblərin  idarə  olunmasında  hökumətin  rolu  Bolonya  Bəyannaməsinə  və  beynəlxalq 
təcrübəyə  uyğun  olaraq  muxtariyyət  və  cavabdehlik  arasında  tarazlığı  təmin  etməkdir.  Bu 
sahədə  yeni  beynəlxalq  inkişaf  meylləri  formalaşıb:  (i)  təhsilə  sərfiyyat  üzərində 
hökumətlərin  hərtərəfli  nəzarəti  zəifləyir;  (ii)  institusional  muxtariyyət  və  onu  müşahidə 
edən ali məktəb idarəetməsində aydın cavabdehlik mexanizmləri güclənir. 

 
Elm-biznes partnyorluğu genişlənir, innovasiya fəaliyyətinin institutlaşması baş verir: 
o
 
Qərb  ölkələrində  dövlət  və  özəl  ali  məktəblərin  böyük  əksəriyyəti  qeyri-kommersiya 
qurumları  olsa da, elmi  tədqiqatlar aparmaqla onlar əhəmiyyətli  həcmdə  gəlir  əldə edirlər. 
Məsələn,  ABŞ-ın  Harvard,  Prinston  universitetlərinin  bütün  elmi-tədqiqat  işlərindən  əldə 
olunan gəlirləri təhsil haqqlarından əldə olunan vəsaitə (20%) bərabərdir; 
o
 
Qərbin ali təhsil müəssisələrində elmi-innovasiya fəaliyyətinin maliyyələşdirilməsi müxtəlif 
mənbələr (dövlət büdcəsindən müsabiqəli qrantlar, investisiya yardımları, özəl ianələr və s.) 
vasitəsilə  həyata  keçirilir.  Belə  ki,  1980-ci  ilə  nisbətən  2001-ci  ildə  biznes  və  sənaye 
qurumlarının universitetlərdəki tədqiqat işlərinə ayırdıqları vəsait Fransada 80%, Kanadada 
50%, Almaniya, Finlandiya, İtaliyada 40% artmışdır. 
o
 
İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da ali təhsil müəssisələrinin təhsil-elmi 
tədqiqat-innovasiya  mərkəzlərinə  çevrilməsi,  ali  məktəblərdə  elmi  fəaliyyətin  xüsusi 
çəkisinin kəskin şəkildə artırılması; 
 

 
Qloballaşma təhsil meyarlarının harmoniyalaşdırılmasını şərtləndirir: 
o
 
1996-cı ildən başlayaraq Avropa Şurası tərəfindən tövsiyə edilmiş 5 başlıca kompetensiyalar 
qrupu əsas götürülür; 
o
 
Artan tələbə-müəllim mobilliyini nəzərə alaraq təhsil standartlarının unifikasiyası məqsədini 
daşıyan Boloniya prosesi sürətlənir. 
Ələkbərli G.Y. 
 

 
96 
 
o
 
Təhsildə  müşahidə  olunan  son  qlobal  tendensiyalar  fonunda  Azərbaycan  təhsilində  gedən 
proseslər birmənalı xarakterə malik olmamışdır. Həm Qlobal Rəqabətlilik İndeksinin (GCİ), 
həm  də  BMT-nin  İnsan  İnkişafı  İndeksinin  (HDİ)  üzrə  ölkəmiz  Rusiya,  Ukrayna  və 
Qazaxıstan kimi MDB ölkələrindən geridə qalır. Belə ki: 

 
Dünya İqtisadi Forumunun (GCİ) Ali Təhsil və Təlim indeksinə görə Azərbaycan 2006-2007-ci 
illərdə 122 ölkə arasında 82-ci mövqedə idisə, 2010-2011-ci  illərdə 139 ölkə arasında 5 pillə 
irəliləyərək 77-ci mövqeyə yüksələ bilmişdir; 

 
Dünya  Bankının  "Azərbaycanda  ali  və  orta  ixtisas  təhsilinin  gələcəyinə  dair  strateji  baxış: 
mövcud  vəziyyətin  təhlili"  sənədinə  görə  son  illərdə  Azərbaycan  təhsilində  mövcud  olan  ən 
vacib  trend  ondan  ibarətdir  ki,  məzunların  tərkibi  iqtisadiyyatın  tələbatına  uyğun  deyil. 
Müxtəlif ixtisaslara olan tələbatlar arasında kəskin disproporsiya mövcuddur: 
o
 
Ali təhsilli mütəxəssislər əsasən dövlət sektorunda cəmləşib (25-34 yaşında olanların 67%-
i).  Bununla  belə,  dövlət  sektoruna  işə  qəbul  üçün  müraciət  edənlərin  təxminən  1/4-i 
imtahandan keçə bilir; 
o
 
Özəl  sektorun  50%-də  ixtisaslı  işçi  qüvvəsinin  çatışmazlığı  problemi  yaranıb.  Ən  böyük 
kadr və bacarıq çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatında müşahidə olunur; 

 
Ali  təhsil  müəssisələrinin  elmi-innovasiya  fəaliyyəti  də  aşağı  səviyyədədir.  Bu,  Dünya 
Bankı tərəfindən aparılan Biznes Mühiti və müəssisələr Sorğusu ilə də təsdiqlənir: 
o
 
Sorğular  göstərib  ki,  son  üç  ildə  yeni  məhsul  və  ya  xidmət  növü  təklif  edən  şirkətlərin 
xüsusi  çəkisi  Azərbaycanda  44%-dirsə,  Estoniyada  64%,  Rusiyada  68%,  Sloveniyada  isə 
74% təşkil edir; 
o
 
Son üç ildə tədqiqat və innovasiyaya xərc çəkən şirkətlərin xüsusi çəkisi Azərbaycanda 8%-
dirsə, Gürcüstanda 13%, Türkiyədə 27%, Rusiyada isə 36%-dir; 

 
Nəhayət,  təhsil  sisteminin  maliyyələşdirilməsi  səviyyəsinə  görə  yəni,  təhsil  xərclərinin 
Ümumi Daxili Məhsulda payı Avropa və Mərkəzi Asiya regionu üzrə 4,5-5% olduğu halda 
Azərbaycanda bu göstərici 2,8%təşkil edir. 
Elmi  yeniliyi:  Beləliklə,  təhsildə  son  qlobal  tendensiyalar  və  təcrübələr  nəzərə  alınmaqla 
Azərbaycanda  əsas  hədəflər  –  rəqabətə  davamlı  və  müasir  kompetensiyalara  əsaslanan  təhsil 
modelinin tətbiqi, bütün strateji və taktiki tədbirlərin dəqiq planlaşdırılması və həyata keçirilməsi, 
orta məktəb məzunlarının ali təhsildə iştirak səviyyəsinin hazırki 16%-dən ən azı  MDB üzrə orta 
göstərici  olan  50%  səviyyəsinə  çatdırılması,  innovasiya  fəaliyyətinin  institutlaşması  və  s.  ibarət 
olmalıdır. 
Tətbiqi  əhəmiyyəti:  Məqalədə  təklif  olunan  tendensiyalar  və  təcrübələr  ali  məktəblərdə  dərs 
prosesində istifadə oluna bilər.  
 
ƏDƏBİYYAT 
1.
 
"2009-2013-cü  illərdə  Azərbaycan  Respublikasının  ali  təhsil  sistemində  islahatlar  üzrə 
Dövlət Proqramı". Bakı, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il "22" may tarixli 
295 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. 
2.
 
International Education Journal Vol 1, No 3, Global Trends in Education, Colin N. Power, 
2000, 152 s. 
3.
 
Case Management: A Practical Guide for Education and Practice by Suzanne K.Powell and 
Hussein A.Tahan. 2009, p.295-242. 
4.
 
Politics,  Modernization  and  Educational  Reform  in  Russia:  From  Past  to  Present  by 
D.Johnson, 2010, p.59-71. 
5.
 
Чуланова  З.К.  Человеческий  капитал  как  фактор  конкурентоспособности  страны  в 
условиях глобализации, Институт Мировой Экономики и Политики, Москва: Analytic,  
2008,  № 6, c.18-31.   
 
Dünya təhsil sistemində yeni tendensiyalar və təcrübələr 
 

 
97 
 
РЕЗЮМЕ 
НОВЫЕ ТЕНДЕНЦИИ И ПРАКТИКА  ВСЕМИРНОЙ СИСТЕМЫ ОБРАЗОВАНИЯ 
Алекберли Г.Я. 
 
Ключевые слова: инновация, глобализация, тенденция, стандарт 
В статье рассматриваются проблемы преобразования  учебных заведений в учебно-
научные исследовательские инновационные центры, применение и реализация различных 
моделей обучения. Приводятся примеры из опыта работы зарубежных вузов.  
 
SUMMARY 
NEW TENDENTIONS AND EXPERIMENTS IN WORLD EDUCATION SYSTEM 
Alekberli G.Y.  
 
Key words: innovation, globalization, tendency, education, standard. 
The  article  deals  with  conversion  of  educational  institutions  into  educational-scientific 
investigational  innovation  centers,  application  and  implementation  of  different  training-model. 
Some examples from the experience of universities winder 
 
 
 
  
 
Daxil olma tarixi: 
İlkin variant 
02.02.2016 
 
Son variant 
01.06.2016 
 
Ələkbərli G.Y. 
 

 
98 
 
 
UOT  159.92.8 
    
YENİYETMƏLƏRİN DEVİANT DAVRANIŞININ SƏBƏBLƏRİ VƏ TƏZAHÜR 
XÜSUSİYYƏTLƏRİ 
 
ƏYYUBOVA RİMA HÜSEYN qızı 
Sumqayıt Dövlət Universiteti, müəllim 
e- mail: 
A_elya_@hotmail.com
 
 
  Açar sözlər: deviant, yeniyetmələr, kənar davranış, addiktiv davranış, yayınmalar 
Son  zamanlar  yeniyetmələr  arasında  müxtəlif  davranış  yayınmalarının  artması  deviant 
davranış  probleminə  diqqəti  artırmış,  onu  aktual  problemlər  sırasına  qoymuşdur.  Deviant 
davranışlar  dedikdə  cəmiyyətdə  qəbul  edilmiş  normalara  zidd  əməllər  nəzərdə  tutulur. 
Yeniyetmələrin  deviant  davranışının  səbəblərini  anlamaq  üçün  ilk  növbədə  bu  yaşa  xas  cəhətləri 
araşdırmaq lazımdır. Belə ki,  yeniyetmədə baş verən bioloji dəyişikliklər onun davranışını  kəskin 
dəyişə bilər. Keçid dövrü təkcə yetkinliklə müşaiyət olunan psixoloji transformasiya deyil, həm də 
uşağı böyüklərin sosial həyatına daxil edən mədəni prosesdir. Buna görə də yeniyetmənin deviant 
davranışının  səbəbini  onun  sosiallaşmasında  axtarmaq  lazımdır.  Sosial  dəyərlərin  inkar  edilməsi 
normadan  kənar  davranışın  ilk  səbəbidir.  Alimlər  yekdilliklə  uşaq  və  yeniyetmələrin  deviant 
davranışının  formalaşmasında  ailə  və  ailədaxili  münasibətlərin  böyük  təsirini  qeyd  edirlər. 
Qürurlarına  toxunulması,  yaxınlarının  davranışından  narazılıq  onlarda  etiraz  reaksiyasını  oyadır. 
Etirazın  səbəbi  valideynlər  arasında  münaqişə,  yeniyetməyə  qarşı  biganəlik,  ona  əzab  verən  cəza 
tədbiri,  onun  üçün  vacib  olan  nəyinsə  qadağan  olunmasını  göstərmək  olar.  Sosial  nəzarətin 
olmaması, valideynlər tərəfindən özbaşına buraxılma kimi xarici ünsürlər şəxsiyyətin daxili, özünü 
məhdudlaşdırma  qabiliyyətinin  olmaması  ilə  yekunlaşır.  Onların  əksəriyyəti  pis  şəraitdə,az  sosial 
təminatlı ailələrdə, ailə üzvləri arasında münasibətlər gərgin olan, uşağa qayğı aşağı olan  ailələrdə 
yaşayırlar. Onlar sosial  ayrı seçkiliyi,  çoxları  üçün  yaxşı  təhsil almağın,  təmin  olunmuş  yaşayışın 
mümkünsüzlüyünü çox ağrılı qəbul edirlər. Çoxsaylı tədqiqatların nəticələri göstərmişdir ki, müasir 
yeniyetmə  və  gənclər  həddindən  artıq  pula  meyllidirlər  və  onların  sərvət  meylləri,  dəyərləri 
kökündən dəyişilmişdir. “Yüksək maaş” - bu motiv iş yerinin seçilməsi zamanı, 17 yaşlı oğlan və 
qızların  59.9%-i  üçün həlledici olmuşdur. Bu ondan irəli  gəlir ki,  pul  uğrunda mübarizə aparmaq 
iqtidarında  olmayan  ailələr,  yüksək  status  və  nüfuza  malik  olmurlar.  Belə  ailələrdə  tərbiyə  almış 
yeniyetmələr,  cəmiyyət  tərəfindən  özlərini  atılmış,  rədd  edilmiş  hesab  edirlər;  belə  yeniyetmələr 
məişət həyatında aktiv iştirak etmirlər, onları rəhbər vəzifələrə seçmirlər və s. Buna görə də həmin 
gənclər  kollektivdə  müəyyən  statusa,  nüfuza  malik  olmaq  üçün,  çox  vaxt  normadan  kənar 
davranışa, qanun pozuntularına əl atırlar: oğurluq, özündən zəifləri incitmək və s. 
Əsas  sosial  dəyərlərlə  barışmamaq  normadan  kənar  davranışın  İlkin  səbəblərindəndir. 
Yeniyetmə hörmət olunması və müstəqilliyin tanınması üçün idman, musiqi və digər akademik və 
qeyri-formal qruplar axtarır. Qeyri-formal qruplar fan klub, yeniyetmə dəstələri ola bilər. Belə küçə 
qruplaşmalarına daxil olan yeniyetmələrdə mənfi sosial maraqlar yaranır: erkən cinsi təcrübə, qrup 
şəklində  narkotik,  akoqol  qəbulu.  Belə  dəstələrdə  qrup  normalarının  ümum  insani  normalar 
üzərində hakim olması yeniyetmənin deviant davranışının əsasını qoyur. Deviant qrupa üzvlük ona 
yeni  özünü  təsdiq  üsulları,  öz  “mən”ini  müsbət  sosial xüsusiyyətlər  deyil,  mənfi  sosial  hərəkətlər 
hesabına gücləndirmək imkanı verir.  
       Deviant  yeniyetmələr    öz  boş  vaxtlarını  məzmunlu  keçirməyi  bacarmır,  çox  az  mütaliə  edir. 
Onların maraqları məhduddur. Yeganə oxuduqları kitablar isə sərgüzəşt-dedektiv məzmunlu olur 
Deviant  davranış  formaları  arasında  addiktiv  forma  son  ildə  xeyli  “cavanlaşıb”.  Addiktiv 
davranış ( addiksiya – nəyəsə məhvedeici meyl) bəzi maddələrin qəbulu  vasitəsilə psixi vəziyyəti 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  

 
99 
 
dəyişmək üsuludur. Belə maddənin qəbulu, əşya və hərəkətə bağlılıq intensiv emosiyaların inkişafı 
ilə  müşaiyət  olunur.  Bu  elə  bir  həddə  çatır  ki,  yeniyetmənin  həyatı  nəzarətdən  çıxır  və  o? 
addiksiyaya  qarşı  çıxa  bilmir.  Bu  cür  davranış  forması  psixoloji  çətinliklərə,  həyat  şərtlərinin 
dəyişməsinə pis uyğunlaşan yeniyetmələr üçün xarakterikdir. Addiksiya real həyatdan qaçmaq üçün 
universal üsuldur. Alkoqol və narkotik effektiv psixoloji qalxan rolunu oynayır. Addiktiv davranış 
tipi  olan  yeniyetmələrin  çoxu  psixologiyada  “arzuya  uyğun  düşüncə”  mexanizmindən  istifadə 
edirlər: onlar məntiqə zidd olaraq öz istəklərinə uyğun olanı real sayırlar. Nəticədə şəxsiyyətlərarası 
münasibət  pozulur,  insan  cəmiyyətdən  uzaqlaşır.  Aşağıdakı  maddə  və  ya  hərəkətlər  addiktiv 
davranış  formalarına  aiddir:  narkotik,  alkoqol,  siqaret,  aludəedici  oyunlar(  kompüter  oyunları  da 
daxil  olmaqla),  uzunmüddətli  ritmik  musiqi  dinləmək,insanı  həyati  vacib  vəzifələrindən 
uzaqlaşdıran fəaliyyət növləri və s.  
Addiktiv davranış forması tədricən formalaşır. Bu davranış maddənin verdiyi yüksəliş, sevinc, 
ekstaz  hissinin  yaranması  ilə  müşaiyət  olunur.  Yeniyetmələr  düşünürlər  ki,  narkotik  və  alkoqol 
özünüqiymətləndirməni  qaldırır,  narahatlığı  azaldır.  Amma  faktlar  göstərir  ki,  bu  özünə  təlqin 
effektidir.  
Normadan  kənar  davranış  formalarından  biri  olan  intihar  da  axır  vaxtlar  xeyli  cavanlaşıb. 
Deviant davranışın passiv tipinin bu forması həllolunmaz problemlərdən, həyatın özündən qaçmaq 
üsuludur. Konkret suisid aktlarının araşdırılmasında motiv və şərait, şəxsiyyətin xüsusiyyətlərindən 
çox şey asılıdır. Tədqiqatlar göstərir ki, suisidə təhrik edən səbəblər arasında yaş, cins, təhsil, sosial 
və ailə vəziyyəti faktorlarının çox böyük əhəmiyyəti var. İntihar halları daha çox 55 yaşdan sonra və 
20 yaşa qədərki dövrdə baş verir. Suisidin alkoqol qəbulu ilə birbaşa əlaqəsi var. Suisidə cəhd edən 
yeniyetmələr  kəskin  ruhi  sarsıntı  keçirir,  stress  vəziyyətində  olur,  öz  problemlərindən  çıxış  yolu 
tapa bilmirlər 
       Deviant  davranışlı  yeniyetmələrdə  şəxsiyyətin  inkişafında  aşağıdakı  parametrlər  qeyd 
olunur:  gələcəyə  münasibət  çox  qeyri  –  müəyyəndir,  gələcək  hal  –  hazırki  dövrün  primitiv 
istəklərinin birbaşa əksi kimi görünür, ümumi insani dəyərlər qəbul olunmur, təhsilə maraq itir. Bu 
cür  yeniyetmələr faktiki  olaraq həmyaşıdlar tərəfindən uzaqlaşdırılır. Onların əksəriyyəti psixoloji 
mühitin normal olmadığı ailələrdən gəlir. Deviant davranışlı yeniyetmələrin əksəriyyəti oğlandır və 
onların 50%i alkoqolizmə və münaqişələrə meyllidir. 
Azyaşlı  yeniyetmələrdə    normadan  kənar  davranışın  səbəblərindən  biri  konkret  məntiqi 
düşüncə tərzinin inkişaf etməməsidir. Ola bilsin ki, deviant davranışlı yeniyetmələrə həqiqətin təhrif 
olunması da xasdır. Onlar özlərində yaxşının daha çox, tənqid olunanın, pisin isə az olduğunu qeyd 
edirlər. Onlar özlərini mənəvi norma və standartlara əməl edən insanlar sayırlar. Yəqin ki, onların 
bu xüsusiyyəti özünütənqidin aşağı səviyyəsindən irəli gəlir. Deviant yeniyetmələr ağılla yox, daha 
çox hislərlə hərəkət edirlər. Onların eqostrukturu gərgin vəziyyətdədir, ona görə də həmişə özlərinə 
haqq  qazandırmağa  çalışırlar.            Beləliklə,  ünsiyyətə  açıqlıq,  xeyirxahlıq,  sosial  yetkinlik, 
problemli  situasiyaları  həll  edə  bilmək  yeniyetmələrin  normativ  davranışına  təsir  edir,  ünsiyyətin 
qıtlığı,  emosional  dayanıqsızlıq  normadan  kənar  davranış  yaradır.  Ola  bilsin  ki,  zəif  əsəb  sistemi 
deviant  davranışlı  yeniyetmənin  tez  təsir  altına  düşməsinin  əsas  səbəbidir.  Bütün  bu  tədqiqatları 
ümumiləşdirsək,  deviant  davranışlı  yeniyetmələrdə  aşağıdakı  psixoloji  xüsusiyyətləri  qeyd  еdə 
bilərik:  pedoqoji  təsirlərin  qəbul  edilməməsi,  çətinliklərin  öhdəsindən  gələ  bilməmək,  maneələrə 
məhəl qoymamaq, yüksək gərginlik, assosial qaydalı qruplara kor – koranə tabelik, özünütənqidin 
aşağı  olması,  özünə  inamın  olmaması,  təhsilə,  fiziki  əməyə,  özünə  və  ətrafdakılara    qarşı  mənfi 
münasibət, özünənəzarətin zəifliyi, aqressivlik. 
Beləliklə, deviant davranış o davranış hesab olunur ki, sosial və mədəni inkişaf səviyyəsində 
müəyyən cəmiyyətdə normalardan kənara çıxılır. Belə nəticəyə  gəlmək olar ki,  sosium  tərəfindən 
qəbul  edilməyən  “ailə-uşaq”,  “ailə-məktəb”  münasibətləri  zəif  olan  insanlar  normadan  kənar 
davranışa meylli olurlar. 
 
ƏyyubovaR.H. 
 

 
100 
 
Elmi  yeniliyi:    Yeniyetmələrin  davranışında  normadan  yayınmalar,  kənara  çıxmalar 
tədqiqatın obyekti kimi seçilmiş, bununla bağlı məsələlərə aydınlıq gətirilmişdir. 
Tətbiqi  əhəmiyyəti:  Ali  məktəblərdə  ümumi  psixologiya,  sosial  psixologiya,  yaş 
psixologiyası, şəxsiyyət psixologiyasının tədrisində nəzəri mənbə kimi istifadə oluna bilər.       
                               
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin