Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi


Cədvəl 1. Şəki-Zaqatala iqtisadi rayonu üzrə sənaye sahəsinin əsas göstəriciləri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix07.04.2017
ölçüsü5,03 Kb.
#13620
1   ...   6   7   8   9   10   11   12   13   14

 
Cədvəl 1. Şəki-Zaqatala iqtisadi rayonu üzrə sənaye sahəsinin əsas göstəriciləri  
Göstəricinin adı 
2005 
2010 
2011 
2012 
2013 
2014 
Fəaliyyət göstərən müəssisələrin 
sayı cəmi, vahid 
106 
115 
107 
113 
113 
116 
Sənaye məhsulunun 
(işlərin,xidmətlərin) həcmi 
(müvafiq ilin qüvvədə olan 
faktiki qiymətləri ilə), min manat  
21006 
60166 
75686 
75735 
74835 
87246 
Sənaye məhsulunun (işlərin, 
xidmətlərin) həcmi, əvvəlki ilə 
nisbətən, faizlə (müqayisəli 
qiymətlərlə) 
190,5 
113,3 
115,7 
101,7 
100,0 
118,1 
Sənaye məhsulunun həcmində 
qeyri - dövlət sektorunun xüsusi 
çəkisi, faizlə 
34,0 
66,3 
62,5 
58,5 
61,0 
67,5 
İstehsal edilmiş hazır məhsulun  
ilin axırına qalığı, min manat 
3077 
6045 
8829 
12279 
13084 
12512 
İşçilərin orta siyahı sayı - cəmi, 
nəfər 
4462 
4688 
4556 
4992 
5348 
534,5 
İşçilərin orta aylıq əmək haqqı, 
manat 
65,1 
194,0 
239,5 
276,7 
305,1 
305,2 
Sənaye-istehsal əsas fondlarının 
mövcudluğu (ilin axırına; balans  
qiymətləri ilə), mlyn. manat 
66,0 
344,1 
262,6 
293,2 
317,9 
317,3 
74271,7 
76869,9 
82538,2 
85337,8 
109773,8 
2011-ci il 
2012--ci il 
2013-cü il 
2014-cü il 
2015-ci il 
Sənayedə məhsul istehsalının artım tempi  
(min manatla) 
Əliyeva Ş.İ. 
 

 
86 
 
Əsasən, regionda emal sənayesi təşəkkül tapmışdır. Kənd təsərrüfatı, yüngül və yeyinti sənaye 
sahələri  üzrə  iri  ixtisaslaşmış  emal  müəssisələri  fəaliyyət  göstərir.  Bu  sahələr  regionun  sənaye 
məhsulunun  95  faizini  təşkil  edir.  Yeyinti  sənayesi  bağçılıq,  tütünçülük  və  heyvandarlıq 
məhsullarının  emalına  xüsusi  meyil  göstərir  [1,  s.6].  Bağçılıq  məhsullarının  emalına  əsaslanan 
sənaye  müəssisələri  meyvə-tərəvəz  konserv  zavodları,  şərab  zavodları  və  fındıq  emalı 
müəssisələridir. Tütünçülük məhsullarını emal edən sənaye müəssisələri “İnter-Tobacco” MMC-nin 
tütün  emalı  zavodu,  Şəki  Tütün  Emalı  məntəqəsi  və  “Şəki  Tütün”    ASC  ilə  təmsil  olunur. 
Heyvandarlıq    məhsullarının  emalına  əsaslanan  sənaye  müəssisələri  isə  ət-süd  emalı  zavodları  və 
quşçuluq fabrikləridir.  
Bundan  başqa  yeyinti  sənayesində    qarğıdalı  emalı  və  qlükoza  istehsalı  zavodu,  buğda 
elevatoru  un  və  yem  fabriki,  çörək  zavodu,  yeyinti  məhsulları  istehsalı,  yem  istehsalı,  çay  və 
mineral su istehsalçıları  fəaliyyət göstərir. 
Yeyinti  sənayesində  çay  emalının  xüsusi  yeri  vardır.  Belə  ki,  respublika  üzrə  iki  çayçılıq 
rayonundan  biri  olan  Zaqatala  çayının  özünəməxsus  ətri  və  dadı  vardır.  Çayın  tərkibində  onun 
keyfiyyətini  müəyyən  edən  tanin  maddəsinin  aromatik  birləşmələrinin,  vitaminlərin  və  insan 
orqanizmi  üçün  vacib  olan  mikroelementlərin  çoxluğu  bu  çayı  istər  respublikamızda,  istərsə  də 
dünyanın digər regionlarında becərilən çaylardan üstün olması ilə fərqlənir. 
25 il əvvəl Zaqatalada 100 hektardan çox çay plantasiyasından ümumilikdə 65-70 tona yaxın 
quru  çay  istehsal  olunurdu.  Ancaq  zaman  keçdikdə  plantasiyaların  həcmi  azalaraq  60  hektar 
olmuşdur.  Hazırda  rayonda  cəmi  54  ton  çay  istehsal  olunur  [9]. Məhsuldarlığın  aşağı  düşməsinin 
digər  səbəbi  kolların  yaşının  çox  olmasıdır.  Belə  ki,  plantasiyalardakı  çay  kolları  60  il  əvvəl 
əkilmişdir. Bir kolun məhsuldarlıq dövrü isə təqribən 50 ildir. Yeni plantasiyaların salınması üçün 
külli  miqdarda  vəsait  tələb  olunur.  Sahələrdə  suvarma  sisteminin  olmaması  da  çay  kollarının 
məhvinə səbəb olan amillərdəndir.  
Məhsuldarlığın  və  keyfiyyətin  aşağı  düşməsi  fermerlərin  bu  sahəyə  olan  marağını 
azaltmışdır. Belə ki, bəzi fermerlər öz istifadələrində olan  torpaqlarda digər məhsulların əkilməsinə 
üstünlük  verir.  Bu  da  öz  növbəsində  plantasiyaların  məhv  olmasına  gətirib  çıxarır.  Əslində  isə 
çayçılıq heç də gəlirsiz sahə deyildir. Bir qrup kənd əhalisi öz gəlirini zay plantasiyalarından, yaxud 
sexlərdə çalışmaqla qazanır. Əgər bu sahəyə diqqət artırılmasa, qısa bir müddətdən sonra, yüzlərlə 
ailənin gəlir mənbəyi olan çayçılıq məhv ola bilər. 
Qərzəkli meyvələrin yetişdirilməsində əhəmiyyətli rola malik Şəki-Zaqatala regionunda qoz 
və fındıq yağının istehsalı xəttinin  yaradılması məqsədəuyğun hesab edilir. Qoz və fındıq yağının 
dəyərliliyini,  tibbdə  və  kulinariyada  geniş  istifadəsini  nəzərə  alaraq  istehsalının  təşkili  prioritet 
hesab olunur. 
Yeyinti  sahəsinin  inkişafında  digər  əhəmiyyətli  sahə  arıçılığın  və  arı  məhsullarının  sənaye 
üsulu  ilə  emalının  təşkilidir.  Rayonun  təbii  iqlim  şəraiti,  dağ  meşələrində  bitən  cökə  və  şabalıd 
ağaclarından  arıların  bol  nektar  əldə  etməsi  arıçılığın  inkişaf  etməsi  üçün  münbit  şərait  yaradır. 
Bunu  nəzərə  alaraq,  arı  məhsullarının  sənaye  üsulu  ilə  emalının  inkişafı  bu  sahənin  ixrac 
potensialının artmasına səbəb ola bilər. 
   Regionda dərman bitkilərinin tədarükü və emalı müəssisəsi də yaradıla bilər. Belə ki,  Şəki-
Zaqatala bölgəsi öz florasının zənginliyi ilə fərqlənən zonalardandır. Burada Azərbaycan florasında 
qeydə alınmış yüzlərlə yabanı və mədəni meyvə və giləmeyvə sortları, dərman bitkiləri yayılmışdır. 
Regionun zəngin təbiəti sənaye ehtiyatlarına malik bir sıra dərman bitkilərinin emalına və əhalinin 
sağlamlığının  qorunması  məqsədilə  vitaminləşdirilmiş  içkilərin,  bioloji  fəal  maddələrin  hasil 
edilməsinə  geniş  şərait  yaradır.  Dağlıq  və  dağətəyi  ərazilərdə  120-dən  çox  yüksək  bioloji  aktiv 
maddələrlə  zəngin  olan  müxtəlif  bitkilərin  mövcudluğunu  nəzərə  alaraq,  regionda  əczaçılıq 
zavodunun tikilməsi məqsədəuyğun hesab edilir [6, s.306,307]. 
İqtisadi  rayonun  yüngül  sənayesinin  əsasını  ipəkçilik  təşkil  edir.  Bundan  başqa  tikiş, 
toxuculuq,  mebel  istehsalı  ilə  məşğul  olan  kiçik  sahibkarlıq  subyektləri  də  fəaliyyət  göstərir. 
Şəki-Zaqatala regionunda sənayenin mövcud vəziyyəti və inkişaf perspektivləri 
 

 
87 
 
Respublika  ipək  sənaye  məhsulunun,  Qarabağ  müharibəsinə  kimi  yarıdan  çoxunu,  hazırda  isə, 
demək olar ki, hamısını “Şəki İpək” ASC verir. Müəssisə yerli xammalla yanaşı, gətirilmə barama 
ilə  işləyir.  Müəssisədə  ipək  və  yun  xalçalar,  kəlağayılar,  xalat,  yataq  dəsti,  iş  geyimləri  və  digər 
məhsullar istehsal olunur. 
İpəkçiliyin, o cümlədən, ipək sənayesinin inkişaf etdirilməsi üçün zəruri olan amil  xammal 
bazasıdır. Belə ki, son illər respublikamızda barama istehsalı kəskin şəkildə aşağı düşmüşdür. Ötən 
əsrin 70-80-ci illərində Azərbaycanda 6000 tona yaxın yaş barama istehsal olunduğu halda, hazırda 
bu  rəqəm  10-12  tondan  çox  deyildir.  Əvvəllər  müəssisə  baramanı  İran  və  Özbəkistandan  alırdı. 
Hazırda  həmin  ölkələrdə  də  barama  istehsalı  azaldığından  xammal  təchizatında  ciddi  çətinlik 
yaşanır. Bu isə öz növbəsində müəssisənin baramaaçan istehsalatının dayanmasına, xaricdən hazır 
ipəyin  idxal  olunmasına,  nəticədə  istehsal  olunan  məhsulun  maya  dəyərinin  artmasına  gətirib 
çıxarmışdır.  Hazırda  müəssisə  tərəfindən  respublikada  ipəkçiliyin  bərpası  və  inkişafının  təmin 
olunması,  həmçinin  yem  bazasının  möhkəmləndirilməsi,  barama  istehsalının  artırılması  üçün 
müəyyən işlər həyata keçirilir [10]. 
İqtisadi  rayonun  yüngül  sənayesində  Azərbaycanda  yeganə  qızılgül  yağı  istehsal  edən  gül 
emalı  zavodu  mühüm  əhəmiyyət  kəsb  edir.  Qızılgül  bir  zamanlar  Zaqatala  üçün  əlverişli  istehsal 
sahəsi  olmaqla  yanaşı,  həm  də  bu  rayonun  rəmzinə, simvoluna  çevrilmişdir.   Gül  sahələrindən 
tonlarla məhsul toplanırdı. Yığılan məhsul rayonda gülçülüyün inkişafına təkan vermiş, 1970-ci ildə 
fəaliyyətə  başlayan  efir  yağları  müəssisəsində  emal  edilirdi.  25  il  əvvəl  300-350  hektar  sahədən 
toplanan  500  tona  yaxın  gül  ləçəyi  bu  müəssisədə  emal  olunaraq  200-250  litr  efir  yağı  əldə 
olunurdu.  Bu  gün  isə  qızılgül  sahələri  baxımsızlıq  səbəbindən  məhv  olmaqdadır.  Zaqatala 
rayonunda hazırda 20 hektar gül plantasiyası mövcuddur.  
Bu sahəyə investisiya  yatırılarsa, müəssisənin məhsuldarlığını və hətta  yeni texnologiyaların 
tətbiqi  sayəsində  mövcud  plantasiyaların  da  məhsuldarlığını  artırmağa  imkan  vardır.  Zaqatalanın 
iqlim  şəraiti  və  torpağı  gülçülüyün  inkişafı  üçün  olduqca  əlverişlidir.  Cəmi  bir  ilə  tam 
məhsuldarlığa  düşən  plantasiyalar  salmaq  mümkündür.  Az  zəhmət  tələb  edən  gülçülük  yerli 
sakinlər üçün də əlverişli gəlir sahəsinə çevrilə bilər.  
Yüngül sənayenin inkişaf etdirilməsi üçün dəri emalı və dəri məmulatları istehsalının təşkili  
məqsədəuyğun  hesab  edilir.  Belə  ki,  dəri  emalı  üçün  tələb  olunan  iri  və  xırda  heyvan  dərilərinin 
ölkəmizdə  kifayət  qədər  tədarük  edilməsi,  dəri  emalı  sahəsində  əhalinin  tarixən  formalaşmış 
vərdişləri  (dabbaqçılıq  sənəti),  eyni  zamanda,  ölkə  daxilində  istehsal  olunan  dəri  məmulatlarının 
maya  dəyərinin  idxal  olunandan  xeyli  aşağı  olması,  ölkəmizin  dəri  məmulatlarının  istehsalı  üzrə 
müqayisəli  üstünlüyə  malik  olması,  dəri  məmulatları  istehsalı  və  emalının  təşkilinin  həyata 
keçirilməsinin  zəruriliyini  şərtləndirən  amillər  hesab  edilə  bilər.  Bu,  həmçinin
 
  yeni  iş  yerlərinin 
yaradılması, əlaqədar sahələrin inkişafının stimullaşdırılması ilə yanaşı daxili bazarda dəri və dəri 
məmulatları  məhsullarına  olan  tələbatın  yerli  istehsal  hesabına  təmin  edilməsi  baxımından 
əhəmiyyətli hesab oluna bilər. Xammal və əmək ehtiyatlarının mövcudluğu bu sahənin inkişafının 
hər bir rayonda həyata keçirilməsini mümkün edir. 
Şəki-Zaqatala regionunda  ağır sənaye zəif inkişaf etmişdir. Burada sənayenin inkişafı üçün 
ilk  növbədə  yerli  xammala  əsaslanan  rəqabətqabiliyyətli  ağır  sənaye  istehsalının  genişlənməsi 
zəruridir.
 
Ağır  sənaye  sahəsi  hazırda  inşaat  materialları  istehsalçıları  olan  kərpic,  asfalt  və  beton 
zavodları ilə təmsil olunur. 
Şəki-Zaqatala  regionunun  ərazisi  əlvan  metallar  və  tikinti  xammal  ehtiyatları  ilə  zəngindir. 
Balakən-Zaqatala  filiz  rayonu  Filizçay,  Katex,  Saqator,  Karabçay  kolçedan-polimetal  yataqlarını 
birləşdirməklə  sənaye  üçün  perspektivli  kompleks  yarada  bilər.  Respublikamızda  Filizçay  qrupu 
yataqlarının  yaxın  gələcəkdə  sənaye  istismarına  cəlb  edilməsi  məqsədəuyğundur.  Belə  zəngin 
yataqlar  ölkəmizin  şimal-qərbində  yüksək  rentabelli  yeni  dağ-mədən  metallurgiya  kompleksini 
yaratmağa imkan verir.  
Şəki-Zaqatala regionu dünyada klassik sel regionu kimi tanınır. Kiş, Şin, Muxax, Dəmiraparan 
Əliyeva Ş.İ. 
 

 
88 
 
və  digər  çaylar  güclü  sel  zamanı  1  mln.  m
3
-dən  çox  daş,  qum  və  çınqıl  gətirir.  Hazırda  yuxarıda 
göstərilən  çayların  hövzəsində  qum-çınqıl  yığılıb  qalır  ki,  bu  da  istər  regionda,  istərsə  də 
respublikada tikinti sənayesinin inkişaf etdirilməsinə böyük imkan yaradır. 300-500 markalı yüksək 
keyfiyyətli  hidrotexniki  boruların,  asfalt-beton  məmulatlarının  və  beton  tikinti  materiallarının 
istehsalı üçün də bu xammal mənbələrinin imkanları nəzərə alınmalıdır [5, s. 93-95]. 
İndiyə qədər sel üzərində aparılmış tədqiqatlar nəticəsində sellərin formalaşma xüsusiyyətləri 
və  onlarla  mübarizə  tədbirləri  işlənilmişdir.  Lakin  hazırki  vəziyyət  göstərir  ki,  indiyədək  passiv 
mübarizə  tədbirləri  (artıq  formalaşmış  selin  qarşısını  alan  tədbirlər)  həyata  keçirilir.  Lakin  çay 
yataqlarında  su  anbarlarının  tikilməsi  bir  tərəfdən  rayonun  kənd  təsərrüfatını  və  əhalisini  su  ilə 
təmin  edər,  digər  tərəfdən  sel  təhlükəsi  altında  qalan  yaşayış  məntəqələrini  ziyandan  xilas  edər. 
Digər  tərəfdən  isə,  suyun  enerjisindən  istifadə  edərək,  yerli  əhəmiyyətli  elektrik  stansiyaların 
tikilməsi regionun işıq və istiliklə təmin edilməsinə şərait yaradar.  
Elmi  yeniliyi:  Şəki-Zaqatala  iqtisadi  rayonunun  mövcud  imkanlarının  nəzərə  alınması  ilə 
regionun inkişafı üzrə konkret təkliflərin və tövsiyələrin verilməsidir.  
Tətbiqi  əhəmiyyəti:  İşlənilmiş  təklif  və  tövsiyələrdən  regionun  ayrı-ayrı  sahələrinin  inkişaf 
etdirilməsində əməli surətdə istifadə edilə bilər. 
 
ƏDƏBİYYAT 
1.
 
Azərbaycan  Dövlət  İqtisad  Universiteti  “Regionların  sosial-iqtisadi  inkişaf  problemləri”,  
Bakı: ADİU, 2006. 
2.
 
“Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-
2008-ci illər)”. Bakı: 2004.  
3.
 
Ağayev  E.  Şəki-Zaqatala  regionunda  sosial-iqtisadi  inkişafın  sürətləndirilməsində 
bələdiyyələrin rolu.  Bakı: 2005. 
4.
 
Budaqov B.Ə., Nəbiyev V.N.  Alazan-Əyriçay çökəkliyinin landşaftı. Bakı: 1979, 109 s. 
5.
 
Xəlilov Ş. Azərbaycanın ekocoğrafi problemləri. Bakı: Nafta-Press, 2006, 106 s. 
6.
 
Məmmədov Q., Xəlilov M.Y. Ekologiya, ətraf mühit və insan, Bakı: Elm, 2006, 608 s. 
7.
 
Xəlilov  M.Y.  Bitki  örtüyü.  Otlaqların  vəziyyəti  və  problemləri.  Azərbaycan 
respublikasının regional coğrafi problemləri. Şəki-Zaqatala iqtisadi rayonu. Bakı: Təknur 
MMC, 2006, 411 s.  
8.
 
Məmmədov T. Gülçülük ensiklopediyası, Bakı: Azərbaycan, 2006, 308 s.. 
9.
 
www.stat.gov.az
 
10.
 
sheki-ih.gov.az 
 
РЕЗЮМЕ 
ТЕКУЩЕЕ СОСТОЯНИЕ И ПЕРСПЕКТИВЫ РАЗВИТИЯ ОТРАСЛЕЙ 
ПРОМЫШЛЕННОСТИ В РЕГИОНЕ ШЕКИ-ЗАГАТАЛА 
Алиева Ш.И. 
 
Ключевые  слова:  регион,  промышленность,  развитие,  производство,  обработка, 
предприятие, продукт, производительность
В 
статье 
рассматриваются 
перспективы 
развития 
различных 
отраслей 
промышленности  в  регионе  Шеки-Закатала  с  целью  увеличения  производства 
сельскохозяйственных  продуктов,  использования  природных  богатств  и  условий  региона, 
развития ненефтяных промышленных областей, а также обрабатывающей промышленности, 
службы  других  обьектов  инфраструктуры.  Были  последовательно  утверждены: 
Государственная 
программа 
по 
социально-экономическому 
развитию 
регионов 
Азербайджанской  Республики  (2004-2008);  Государственная  программа  по  социально-
экономическому 
развитию 
регионов 
Азербайджанской 
Республики 
(2009-2013); 
Şəki-Zaqatala regionunda sənayenin mövcud vəziyyəti və inkişaf perspektivləri 
 

 
89 
 
Государственная  программа  по  социально-экономическому  развитию  регионов  Азербай-      
джанской Республики (2014-2018) годы.  
 
SUMMARY 
 THE CURRENT SITUATION AND DEVELOPMENT PERSPECTIVES OF INDUSTRY  
IN SHEKI-ZAGATALA REGION 
Aliyeva Sh.I. 
 
Key words: region, industrial, development, production, processing, enterprise, product, 
productivity. 
The article deals with the prospects of the development of various industrial areas of Shaki-
Zakatala.  In  order  to  increase  the  agricultural  production  the  use  of  natural  resources  and  the 
situation of the regions the development of non-oil industrial areas, as well as manufacturing. Other 
infrastructure services have been consistently approved State Program on socio-economic regional 
development of Azerbaijan Republic in 2004-2008, 2009-2013 and 2014-2018 years. 
 
 
 
Daxil olma tarixi: 
İlkin variant 
29.10.2015 
 
Son variant 
01.06.2016 
 
 
Əliyeva Ş.İ. 
 

 
90 
 
 
UOT 378.2 
 
ALİ MƏKTƏBDƏ GƏLƏCƏK MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRILMASI  
 
HÜSEYNOV ŞİKAR ƏLİ OĞLU 
Sumqayıt Dövlət Universiteti, dosent  
e-mail: sikar_ huseynli @mail. ru 
 
Açar sözlər: ali məktəb, şəxsiyyət, müəllim, formalaşdırmaq 
Azərbaycan Respublikasının Təhsil Qanunun (2009) dördüncü maddəsində təhsilin əsas məqsədi 
belə müəyyənləşdirilmişdir: “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli 
ənənələrinə və demokratik prinsiplərinə, insan huquq və azadlıqlarına hörmət edən, vətənpərvərlik və 
azərbaycançılıq ideyalarına sadiq olan, mustəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; 
milli-mənəvi  və  ümumbəşəri  dəyərləri  qoruyan  və  inkişaf  etdirən,  geniş  dünyagörüşünə  malik  olan, 
təşəbbüs  və  yenilikləri  qiymətləndirməyi  bacaran,  nəzəri  və  praktik  biliklərə  yiyələnən,  müasir 
təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis kadrları hazırlamaq” [1, s. 11]. 
Bu  baxımından  müəllim  hazırlayan  ali  pedaqoji  təmayüllü  təhsil  ocaqlarının  qarşısında 
mühüm  vəzifələr  durur.  Ali  tədris  müəssisələrində  hazırlanan  gələcək  müəllimlərin  pedaqoji  peşə 
hazırlığında,    onların  şəxsiyyət  kimi  formalaşması  ən  prioritet  sahələrdən  biridir,  çünki  bütün 
sahələrdə olduğu kimi, pedaqoji sahədə də insan amili həlledici rol oynayır və müəllim ilk növbədə 
–  öz  şəxsiyyəti,  öz  nümunəsi  ilə  tərbiyə  edir.  Müəllim  şəxsiyyətinin  göstəriciləri,  aşıladığı 
keyfiyyətlər  isə  olduqca  çoxcəhətli  və  genişdir.  Tələbələr  müəllimin,  elmi-pedaqoji,  metodiki, 
peşəkarlıq  keyfiyyətlərindən,  qabiliyyətlərindən  daha  çox  onun  insani  keyfiyyətlərinə, 
humanizminə.  xeyirxahlığına,  əxlaqı  simasına,  obyektivliyinə,  ədalətliliyinə,  tələbəyə  göstərdiyi 
hörmət  və  qayğıya,    onlara  şəxsiyyət  kimi  yanaşmasına,  şərəf  və  ləyaqətlərinə  hörmətə  daha  çox 
üstünlük  verir  və  qiymətləndirirlər.  Yüksək  əxlaqi-mənəvi  keyfiyyətlərə  malik  olan  müəllimi 
tələbələr çox sevir, onlara hörmətlə yanaşır, onun tədris etdiyi fənni yaxşı oxuyur, müəllimə qarşı 
diqqətli olurlar. Bu cür müəllimin tələbə yanında  hörməti və nüfuzu da yüksək olur. 
Qədim  dövrün  əxlaq  Peyğəmbəri  sayılan  Sokratdan  soruşurlar:  “İnsanda  ən  çox  nəyi 
qiymətləndirirsən?”  O  demişdi:”  İnsaniyyəti”.  “Bəs  insaniyyət  deyəndə  nəyi  başa  düşürsən?” 
sualına o, insana layiq keyfiyyətləri - cavabını vermişdir. 
Bir gəncin dahi Nizami Gəncəviyə “Ayın işığı, gülün ətri var. Bəs insanın nəyi var?” sualına 
o, insanlığı, xeyirxahlığı cavabını vermişdir. 
Pedaqogika  elminin  yaradıcısı  Y.A.Komenski  əbəs  yerə  məktəbi  humanizm  emalatxanası 
adlandırmamışdır.  Böyük  rus  yazıçısı  və  pedaqoqu  L.N.Tolstoy  isə  qeyd  edirdi  ki,  əgər  müəllim 
yalnız işini sevirsə, o yaxşı müəllim olacaqdır. Əgər müəllim ata-anası kimi yalnız uşaqları sevirsə, 
o əvvəlkindən də yaxşı müəllim olacaqdır, əgər  müəllim həm peşəsini, həm də şagirdləri sevirsə o 
müəllim əsl müəllimdir. 
Göründüyü  kimi,  tarixin  bütün  dövrlərində  insan  amili,  təhsilin,  tərbiyənin  səviyyəsi  və 
müəllim hazırlığı, müəllim peşəsinə verilən tələblər mütəffəkirləri düşündürmüş, istər Şərq, istərsə 
də Qərb pedaqogikasında müəllim nüfuzu, mədəniyyəti,  xeyirxahlıq, əxlaqi-etik davranış normaları 
ilə seçilmişdi. 
Bu baxımından hər bir tələbənin gələcək müəllim kimi, bir şəxsiyyət kimi formlaşaması ali 
pedaqoji  məktəblərin  üzərinə  böyük  məsuliyyət  qoyur.  Auditoriyalarda  tələbənin  qazandığı  elmi 
biliklərlə  peşəkar,  öz  işini  sevən  müəllim  hazırlamaq  mümkün  deyil.  Hər  bir  təhsil  müəssisəsi 
tələbələrin  əxlaq-mənəvi  cəhətədən  şəxsiyyət  kimi  formalaşmasında  mühüm  rol  oynamalıdır. 
Bunun üçün gələcək müəllimin şəxsiyyət göstəriciləri müəyyənləşdirilməlidir. Bu göstəricilər belə 
qruplaşdırmaq olar: 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  

 
91 
 
1.
 
Gələcək  müəllimdə  ideya-vətəndaşlıq  keyfiyyətlərinin  formalaşdırılması.  Bura  daxildir: 
ideyalılıq, inam, məslək və əqidə, vətəndaşlıq yetkinliyi, fəal həyat mövqeyi, ictimai borc 
hissi,  ictimai  mənafeyi  şəxsi  mənafedən  üstün  tutulması  və.s.  Ali  məktəbdə  şəxsiyyət 
tərbiyəsinin formalaşması üçün hər bir müəllim vətəndaş təhsilinin vasitə və üsullarından 
səmərəli  istifadə  etməli,  bu  istiqamətdə  işlər  aparılmalıdır.Ümummilli  Lider    Heydər 
Əliyev qeyd edirdi  ki, gərək hər bir insan, hər bir gənc Azərbaycanın tarixini, xalqımızın 
keçdiyi  inkişaf  yolunu  yaxşı  bilsin,  tariximizi  bilməyənlərə,  adət-ənənələrimizi 
gözləməyənlərə vətənpərvər demək olmaz. Bu şəxsiyyət tərbiyəsində, vətəndaş təhsilində 
ən vacib məsələlərdən biridir. 
2.
 
Gələcək  müəllimdə  şəxsi  mənəvi  keyfiyyətlərin  formalaşdırılması.  Bura  daxildir: 
insansevərlik,  xeyirxahlıq,  ədalətlilik,  düzlük,  doğruçuluq,  təvazökarlıq,  vicdan,  şərəf  və 
ləyaqət hissi və s. Söz vasitəsi ilə öyrətmələr, izahlar nə qədər təsirə malik olsa da, şəxsi 
nümunələr,  praktik  hərəkət  və  davranışlar,  müəllimin  şəxsi  keyfiyyətləri,əxlaqı, 
mənəviyyatı, əməlləri, davranışı, problemlərə ədalətli yanaşması, intizamlılığı, qanunların 
aliliyinə əməl olunması gələcək müəllimlərdə vətəndaş mövqeyinin formalaşmasına güclü 
təsir göstərir. 
3.
 
Gələcək müəllimdə peşə keyfiyyətlərin formalaşdırılması. Bura daxildir: pedaqoji prosesə 
dərindən  bələdlilik,  yeni  pedaqoji-  psixoloji    problemləri  həll  etmək  bacarığı,  didakatik, 
kommunikativ,  konstruktiv,  təşkilatçılıq,  ünsiyyət,  perseptiv  qabiliyyətlər,  pedaqoji 
mərifət, pedaqoji takt, pedaqoji texnika, pedaqoji ustalıq və s. 
4.
 
Gələcək  müəllimdə  iradi-emosional  keyfiyyətlərin  formalaşdırılması.  Bu  keyfiyyətlər 
müəllim  üçün  çox  zəruri  olan  keyfiyyətlərdir.  Pedaqoji  fəaliyyətin  səmərəsi  bu 
keyfiyyətlərdən daha çox asılıdır. Bura daxildir: iradəlilik, səbrlilik, təmkinlik, öz hiss və 
emosiyalarını idarə etmək və s.  
Pedaqoji səriştəsizlik isə  əsəbilik, hədə- qorxu, kobudluq, anlaşılmazlıq yaradır. 
Formalaşdırılması  zəruri  olan  bu  keyfiyyətlər  gələcək  müəllimlərə  tələbəlik  illərinin  ilk 
günlərindən  aşılanmalıdır.  Tədris  müəssisələrininin  rejimi,  daxili  nizam-intizam  qaydaları,  tədris 
prosesinə,  təhsilə  məsuliyyətlə  yanaşmaq,  tələbələrin  bir-birinə  qarşılıqlı  münasibətləri,  etik 
davranış qaydalarına riayət olunması, tədris avadanlıqlarına münasibət, digər tərəfdən müəllimlərin 
şəxsi münasibəti, müəllim  – tələbə münasibətiləri, tədris  prosesinin  düzgün təşkili, insan amilinin 
önə  çəkilməsi,  tərbiyə  prosesinin  təşkili,  ideya-siyasi,  əxlaqi-mənəvi,  estetik,  huquqi,  ekoloji 
istiqamətdə tədbirlərin keçirilməsi. tələbələrin birlikləri,gənclər təşkilatlarında fəaliyyəti, tələblərin 
mədəni  –  kütləvi  işlərə  cəlb  edilməsi  tələbə-gənclərin  şəxsiyyət  kimi  formalaşmasında  böyük  rol 
oynayır. Bunlar isə onların gələcəkdə müəllimlik fəaliyyəti üçün baza rolunu oynayır. 
Müəllimin mənəvi-etik keyfiyyətləri, geniş erudisiyası, yaradıcı təfəkkürü, elmi məlumatları 
şərh etmək bacarığı, geyimi, mədəni və intellektual səviyyəsi ilk gündən tələbələrin diqqətini cəlb 
edir,  onlar    müəllimlərin  ən  yaxşı  keyfiyyətlərinin  daşıyıcısı  olur,  bu  keyfiyyətləri  əxz  edirlər  və 
mənimsəyirlər. 
Müəllimin  ideya  inamı,  dünyagörüşü,  vətəndaşlıq  mövqeyi,  həyata  baxışı  da  gələcək 
müəllimlər  üçün güclü təsir və tərbiyə vasitəsidir.  
Müəllimin mənəvi-etik keyfiyyətlərinin əsasını təşkil edən pedaqoji ədalət, pedaqoji vicdan, 
pedaqoji  peşə  şərəfi  və  ləyaqəti,  pedaqoji  nüfuzu  gələcək  müəllimlərdə  bu  keyfiyyətlərin 
formalaşmasının əsasını qoyur. 
Gələcək  müəllimin  şəxsiyyətinin  formalaşmasında  pedaqoji  ünsiyyət  mühüm  yer  tutur. 
Tələbələrdə bir çox şəxsi keyfiyyətlər məhz ünsiyyət prosesində formalaşır. 
Son  illərdə  təhsildə  interaktiv  metodların  tətbiqi  və  onun  mütərəqqi  cəhətləri  ünisyyətin 
interaktiv  funksiyalarını  da  önəmə  gətirir.  Ünsiyyətin  interaktiv  funksiyası  müəllim-tələbə 
münasibətlərinin,  qarşılıqlı  əməkdaşlığın  əsasını  təşkil  edir.  Bu  prosesdə  tələbələrin  axtarışa, 
tədqiqatçılığa  əməkdaşlığa  sovq  etdriliməsi,  onların  özünütəsdiqinə,  özünüifadəsinə  şərait  yaradır 
Hüseynov Ş.Ə. 
 

 
92 
 
və onları gələcək müəllimlik fəaliyyətinə hazırlayır. Müəllim tələbəni ali sərvət kimi qəbul etməli, 
onun bir insan kimi qavramalı və yüksək mövqedən yanaşmalıdır. 
Təcrübə göstərir ki, bəzən ali məktəblərdə müəllimlər mühazirə və seminar məşğələlərində 
infromasiya  verməklə  ünsiyyət  yaratmaq  funksiyasını  yerinə  yetirir,  digər  tərəfdən  interaktiv, 
perseptiv  tələblər  unudulur.  Tələbənin  hissi  aləminin  duymamaq,  sevincinə,  kədərinə  şərik 
olmamaq,  onun  problemlərini  görə  bilməmək,  qiymətləndirməmək,  onu  düzgün  qavramamaq 
maneələr və münaqişələr yaradır.  
Tələbələrdə  bəzən  təlim  fəaliyyətinə  marağın  azalması,  zəif  mənimsəmə,  fənnə  diqqətin 
azalması yalnız pedaqoji ünsiyyətin yanlış təşkili ilə bağlıdır. Sorğular göstərir ki, tələbələr o halda 
müəllimə rəğbət bəsləyirlər ki,müəllimlərlə onlar arasındakı münasibətlər demokratik və humanist 
prinsiplərə,  qarşılıqlı  hörmətə,  əməkdaşlığa  əsaslanır.  Belə  halda  müəllimin  akademik  qabiliyyəti 
aşağı səviyyədə olsa belə, tələbələr belə müəllimləri daha yaxşı qəbul edirlər. 
Ali  məktəbdə  müəllim  hazırlığında,  tələbələrin  gələcək  müəllim,  şəxsiyyət    kimi 
formalaşmasında  pedaqoji  təcrübənin  müstəsna  rolu  vardır.  Gələcək  müəllimin  uğurları  pedaqoji 
təcrübəni təşkiliındən çox asılıdır. Pedaqoji təcrübə müəllim peşəsinin, onun şəxsi keyfiyyətlərinin 
formalaşmasının bünövrəsi, ilk göstəricisi, müəllimliyin ilk yolu hesab edilir. Ona görə də pedaqoji 
təcrübənin təşkili, keçirilməsi, təcrübəyə cəlb ediləcək rəhbərlərin, metodistlərin seçiləməsi diqqət 
mərkəzində  olmalıdır.  Pedaqoji  prosesi,  pedaqoji-psixoloji  problemləri  mükəmməl  bilməyən 
müəllimlər tələblərə hər bir faydalı göstəriş, məsləhət verə bilməzlər. 
Ali  məktəbdə  gələcək  müəllimlərin  bir  şəxsiyyət  kimi  inkişafında,  onları  peşə  və  şəxsi 
keyfiyyətlərinin  formalaşmasında  pedaqoji  elmlərin,  xüsusilə,  pedaqogika  və  psixologiya 
fənnlərininn tədrisinə diqqətin artırması olduqca zəruridir. 
Pedaqogika, psixologiya fənnləri müəllim hazırlığında aparıcı fənlərdən  hesab edilir və bu 
fənnlər  tələbənin  təhsil  aldığı  dörd  illik  fəaliyyətində,  eyni  zamanda    gələcək  fəaliyyətində 
istiqamətləndirici,  bələdçi  rolunu  oynayır  və  bu  dörd  ilin    yekunda  yekun  dövlət  attestasiya  ilə 
nəticələnir.  Burada  bir  məqama  diqqət  yetirməyi  vacib  hesab  edilir.  Məlumdur  ki,  müəllim 
hazırlayan ali məktəb bakalavr pilləsini bitirmək üçün  yekun Dövlət  Attestasiya keçirilir.”  İbtidai 
sinif  müəllimliyi”  ixtisasının  bakalavr  pilləsini  bitirən  gələcək  müəllimlər  üçün  pedaqogika 
fənnindən  dövlət  imtahanını  keçirilməsi  nəzərdə  tutulur.  Lakin  digər  ixtisaslarda,  o  cümlədən, 
Azərbaycan  dili  və  ədəbiyyat  müəllimliyi,  tarix  və  coğrafiya  müəllimliyi,  biologiya  müəllimliyi 
ixtisaslarında pedaqogika fənnindən dövlət imtahanını keçirilməsi nədənsə nəzərdə tutulmur. Həmin 
ixtisasları bitirənlərin hamısı bakalavr dərəcəli diploma layıq görülür və müəllim peşəsinə yiyələnir. 
Belə  olan  halda  ixtisaslar  arasında  fərq  qoyulması  qəbul  edilməməlidir  və    bu  mənada  ixtisasdan 
asılı  olmayaraq  müəllim  peşəsinə  yiyələnən  gələcək  müəllimlər  pedaqogika  fənnindən  dövlət 
imtahanın  keçirilməsini  məqsədəuyğun  hesab  edirik.  Çünki  müəllim  pedaqoji  prosesi,  pedaqoji 
prosesin  qanunauyğunluqlarını,  təlimin,  tərbiyənin  prinsiplərini,  metodlarını,  yeni  təlim 
texnologiyalarını  bilmədən  uğur  qazana  bilməz.  I  semestr  müddətində  pedaqogika  fənnin  tədrisi 
keyfiyyətli müəllim hazılığına yaxşı  təsir göstərmir. 
Ali  pedaqoji  təhsil  müəssisələrinin  fəaliyyətini  daha  effektli  qurmaq,  keyfiyyətli  müəllim 
hazırlamaq  məqsədilə  ali  məktəblərin  strukturu  təkmilləşdirilməli  və  demokratikləşdirilməlidir. 
Tədrisin  keyfiyyətinə  diqqətin  artırılması,  professor-müəllim  heyətinin  peşəkarlıq  səviyyəsinin 
yüksədilməsi, onların maddi vəziyyətlərini, iş şəraitlərini yaxşılaşdırılması, tədris prosesində müasir 
metod    və  texnlogiyalardan  istifadə  edilməsi  diqqət  mərkəzində  olmalıdır.  Bu  mənada  Sumqayıt 
Dövlət  Universitetində  aparılan  işləri  təqdirəlayiq  hesab  etmək  olar.  Tələbə-gənclərlə  aparılan 
əxlaqı, ideya-mənəvi tərbiyə, onlarda milli-mənəvi dəyərlərin formalaşdırılması, gənclərin mədəni-
kütləvi tədbirlərdə iştirakı, onların  fəaliyyətini stimullaşdırılıması artıq ənənə halını almış, bu isə 
tələbələrdə  fəal  həyat  mövqeyinin  formalaşmasında,  şəxsiyyət  kimi  özlərini  tapmaqda  yardımcı 
olur.  Yeni  elmi-pedaqoji,  tədris-metodik  işlərin  səmərəliliyini  artırmaq,  səriştəli  demokratik  və 
humanist  prinsiplərə  söykənən  idarəetmənin,  İKT-nın  imkanlarından  yaradıcılıqla  istifadə, 
professor-müəllim  heyətinin  səmərəli  fəaliyyət  göstərməsi  üçün  imkanların  genişləndirilməsi, 
bunun  üçün  maksimum  şəraitin  yaradılması,  tədris  prosesində  müasir  texnologiyaların  tətbiqi, 
Ali məktəbdə gələcək müəllim şəxsiyyətinin formalaşdırılması  
 

 
93 
 
kollektivdə  mənəvi  psixoloji  mühitin  saflaşdırılması  və  s.  istiqamətlər    gələcək  müəllimlərin 
fəaliyyətində şəxsiyyət kimi formalaşmasınıda həlledici rol oynayır, onlara  stimul verir. 
Ali  məktəbdə  müəllim  hazırlığı  bu  gün  ən  vacib,  zəruri  məsələlərdən  biridir.  Azərbaycan 
Respublikasının  Prezidenti    İlham  Əliyevin    dediyi  kimi  “Təhsil    hər  bir  ölkənin  gələcəyini 
müəyyən edir. Hər bir ölkənin intellektual potensialı təhsil ocaqlarında yerləşir. O ölkə yaxşı inkişaf 
edir ki, orada təhsil yüksək səviyyədədir. Azərbaycanın inkişafı məhz təhsillə bağlıdır”. Bu sözlərin 
real  həlli  üçün,  təhsilimizin  yeni-yeni  nailiyyətlər  qazanmasında  aparıcı  sima  müəllimdir.  Bu 
ideyalar bir daha göstərir ki, ali məktəbdə gələcək müəllimlərin hazırlanması, onların bir şəxsiyyət 
kimi formalaşması daim diqqət mərkəzində olmalıdır. Məktəb, tədris müəssisəsi gələcək kadrların 
hazırlıq səviyyəsi, bir şəxsiyyət  kimi formalaşması üçün cavabdehlik, məsuliyyət daşımalıdır. 
Elmi  yeniliyi:  Məqalədə  ali  məktəbdə  gələcək  müəllim  şəxsiyyətinin  formalaşdırılmasının 
nəzəri və praktiki məsələləri yeni müddəalarla zənginləşdirilir.  
Tətbiqi əhəmiyyəti: Məqaləni ali məktəb müəllimləri praktik istiqamət vermək baxımından 
faydalı hesab etmək olar. 
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin