Toksikologiyanın inkişaf tarixi?


Zəhərlənmələrin təsnifatı



Yüklə 53,95 Kb.
səhifə7/24
tarix11.11.2022
ölçüsü53,95 Kb.
#68548
1   2   3   4   5   6   7   8   9   10   ...   24
Toksikologiyanın Əsasları- QISA VARİANT

Zəhərlənmələrin təsnifatı
I.Etiopatogenetik
-inkişafın səbəbi,- inkişafın şəraiti,-zəhərin daxil olma yolları,-zəhərin mənşəyi
II.klinik
-klinik xüsusiyyətlər,-xəstəliyin ağırlıq dərəcəsi,-fəsadları,-xəstəliyin davamı
III.Nozoloji-ayrı-ayrı zəhərlərin, onların qrup və siniflərinin adlarına görə təsniflaşdirilir.
Zəhərlənmələr tətbiq sahəsinə görə təsnifləşdirilir.
1.Sənayedə istifadə olunanlr: üzvi herbisidlər (dixloretan) yanacaqlar (metan, butan,propan),boyalar (anilik),xladagenlər(freon ), metil spirti.
2.Zəhərli kimyəvi birləşmələr (kənd təsərüfffatında zərəvericilərə qarşı istifadə olunanlar) - heksaxloran, polixlorpinen, karbofos,xlorofos və s.
3.Dərman vasitələri
4.Məişətdə insanın əlavə kimi istifadə etdiyi kimyəvi birləşmələr( sirkə turşusu), sanitariya, xüsusi gigiyena , kosmetika, paltar, mebel, avtomobil təmizlənməsi üçün vasitlər.
5.Bitki və heyan mənşəli bioloji zəhərlər: bitki və göbələk (akonit), heyvan və s.(ilan, arı, əqrəb və s.)
6.Toksiki silah kimi (kimyəvi müharibədə)- zarin,iprit,fosgen.
13. Toksikokenetik proseslər?
Toksikokinetikanın ən vacib məsələlərindən biri zəhərin orqanizmə daxil olan andan onun və metabolitlərinin miqdarının müxtəlif biosistemlərdə təyin edilməsi və onun müxtəlif anlarda dəyişiməsinin müəyyənləşdirilməsidir.Biositemlərdən əsas etibarilə qan, qan zərdabı, sidik, ayrı-ayrı üzvlər, toxumalar, tənəffüslə verilən hava və s. öyrənilir.Odur ki, analitik kimyanın tədqiqat metodları həm də toksikokenetikanın metodları sayıla bilər.Bunlara fotometriyanı, spektometrik analizi, polyaroqrafiyanı, xromatoqrafik metodları, flürometriyanı, atom absorbsion spektometriyanı və zəhərlərin biosubstratlarda miqdarını təyin etmək üçün istifadə olunan digər analitik metodları misal göstərmək olar. Toksikokenetik proseslər həmişə koordinat sistemlərində təsvir olunur ki, bu da həmin proseslərin kinetikasının qrafik modelini daha aydın göstərməyə imkan verir. İnsan orqanizmi kimi bir mürəkkəb sistemdən zəhərlərin keçməsini göstərmək və onun riyazi modelini yaratmaq üçün toksikokinetik proses sxematik olaraq bütövlüklə təsvir olunur.

Yüklə 53,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin