Toksikologiyanın inkişaf tarixi?


Toksikologiyanın əsas vəzifələri?



Yüklə 53,95 Kb.
səhifə3/24
tarix11.11.2022
ölçüsü53,95 Kb.
#68548
1   2   3   4   5   6   7   8   9   ...   24
Toksikologiyanın Əsasları- QISA VARİANT

4.Toksikologiyanın əsas vəzifələri?
Qeyd etmək lazımdır ki, mühüm bir elm sahəsi kimi kimyəvi toksikologiyanın vəzifələri aşağıdakılardan ibarətdir:
1.Tətbiq olunan kimyəvi , biokimyəvi, fiziki- kimyəvi metodların aşkar olunması, təyini, ayrılması , təkmilləşdirilməsi və yeni üsulların işlənməsi.
2.Bu maddələrin çevrilmə məhsulların öyrənilməsi və onların ( canlı orqanizmdə ) müxtəlif bioloji sistemlərə ( immun, ferment, hormon) təsiri.
3.Kimyəvi silhların və həmçinin istehsal zamanı əmələ gələn kimyəvi tullantıların məhv edilməsi və zərərsizləşdirilməsi metodlarının işlənib hazırlanması.
4. Ətraf mühitdəki birləşmələrin miqdarını qiyətləndirən və onların sonrakı vəziyyəti haqqında proqnoz verə bilən kompüter proqramlarının işlənib hazırlanması.
5.Yeni sintez olunan kimyəvi maddələrin sənayedə tətbiq olunması üçün toksikoloji cəhətdən qiymətləndirilməsi və onların gigyenik reqlamentləşdirilməsi;
6. Bir neçə sənaye zəhərinin kombinasiyasının, kimyəvi və fiziki amillərin müştərək təsirinin öyrənilməsi, qiymətləndirilməsi və reqlamentləşdirilməsi;
7.Sənaye zəhərlərinin təsir mexanizminin,zəhərlənmələrin patogenezinin öyrənilməsi, eksperimental müalicə yollarının axtarılması və elmi əsasandırılması;
8.Zəhərlərin orqanizmin müxtəlif üzv və sistemlərinə spesfik və qeyri – spesifik təsirinin öyrənilməsi;
9. Sənaye zəhərlərinin təsirinin canlı orqanizmin növündən, cinsindən, yaşından və fərdi xüsusiyyətlərindən asılı olaraq təzahür formalarının öyrənilməsi;
10. Heyvanlar üzərində aparılmış eksperimentlərin nəticələrinin insan orqanizminə ekstrapolyasiyasının elmi əsaslarının işlənib hazırlanması.
5.Ksenobiotiklər?
Kimyəvi ekoloji toksikologiyada xüsusi terminlərdən istifadə olunur.
Ekotoksikantlar-ətraf mühit şəraitində təhlükəli qatılıq haddinə qədər orqanizmdə yığıla bilən və davamlı maddələrdir.
Ksenobiotiklər- təbii biotik dövrana daxil olmayan və orqanizmlər üçün yad kimyəvi maddələrdir.

Yüklə 53,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin