Mövzu: Səpmə yüklərin fiziki-mexaniki xassələri



Yüklə 118,18 Kb.
səhifə1/3
tarix14.05.2023
ölçüsü118,18 Kb.
#113447
  1   2   3
Laboratoriya işi-3 Səpmə yüklərin fiziki-mexaniki xassələri


AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
MEXATRONİKA VƏ MAŞIN DİZAYNI KAFEDRASI


YÜKQALDIRICI VƏ NƏQLEDİCİ MAŞINLARIN LAYİHƏLƏNDİRİLMƏSİ
fənnindən


LABORATORİYA İŞİ № 3

MÖVZU: Səpmə yüklərin fiziki-mexaniki xassələri
QRUP: 580 a3 .
TƏLƏBƏ: Tahirzadə Elxan
MÜƏLLİM: Q. Rəsulov .

BAKI - 2023
Səpmə yüklərin fiziki-mexaniki xassələri


I.İşin məqsədi
Səpmə yüklərin əsas fiziki mexaniki xassələrinin və onların nəqledici maşınların işçi parametrlərinin seçilməsinə təsirinin öyrənilməsi.
II.Əsas nəzəri müddəalar və işin məzmunu
Nəqledici maşınların və onların işçi elementlərinin növünün seçilməsi, əsas parametrlərinin hesabı nəql olunan yüklərin fiziki mexaniki xassələri ilə sıx bağlıdır.
Bütün yüklər əsas xassələrinə görə səpmə və ədədi yüklərə bölünürlər. Səpmə yüklər saysız miqdarda müxtəlif formalı hissəciklərdən ibarətdir. Səpmə yüklər aşağıdakı əlamətlərinə görə xarakterizə olunurlar: gissəciklərin irilik dərəcəsi; onların səpmə sıxlığı; səpilmə qabiliyyəti; xarici sürtünmə əmsalı və abrazivlik dərəcəsi. Bundan başqa səpmə yüklər yapışma qabiliyyəti, kəsmə qabiliyyəti, korroziya etmə, kövrəklik, öz-özünə alışma, partlayış törətmə, zəhərlənmə, nəmçəkmə və donma xüsusiyyətlərinə görə də xarakterizə olunurlar.
Hissəciyin irilik dərəcəsi onun ən böyük uzunluq ölçüsü ilə müəyyən olunur (a>b>c). Hissəciklərin ölçüsünə görə bütün səpmə yüklər aşağıdakı qruplara bölünürlər, mm:
Tozşəkilli (sement) ............................................ 0,05-ə qədər
Narın (xırda qum) .............................................. 0,05÷0,5
Xırda dənəvərli (çovdar, buğda) ........................ 0,5÷2
İri dənəvərli (xırda çınqıl) .................................. 2÷10
Orta parçalı (kömür) ........................................... 60÷160
İri parçalı (filiz) .................................................. 160÷320
Ən böyük iri parçalı (iri daş) .............................. 320-dən çox
Həmcinslik xarakterinə görə səpmə yüklər sıravi çeşidlənmiş yüklərə bölünürlər. Həmcinslik meyarı kimi aşağıdakı əmsal qəbul edilir:

Burada amax və amin – uyğun olaraq hissəciyin dioqanal üzrə maksimum və minimum ölçüləridirlər.
Əgər k0>2,5 olarsa, onda yük sıravi yük adlanır və hissəciyin ən böyük ölçüsü (amax) ilə xarakterizə olunur.
Əgər k0≤2,5 olarsa, onda yük çeşidlənmiş yük adlanır və hissəciyin ora ölçüsü ilə xarakterizə olunur:

Səpmə yüklərin irilik dərəcəsi lentin enini, eləcə də bunkerlərin və qıfların yükburaxma deşiklərini hesablayarkən nəzərə alınmalıdır.
Yükün səpmə sıxlığı (ρ) onun 1m3 həcmindəki hissəciklərin kütləsi ilə ölçülür. Səpmə sıxlığı hissəciklərin irilik dərəcəsindən və yükün nəmliyindən asıldır. Səpmə sıxlığının ölçüsündən asılı olaraq bütün yüklər aşağıdakı qruplara bölünürlər, t/m3:
Yüngül (koks, torf və s.) ........................................ 0,6-ya qədər
Orta (taxıl, kömür, şlak) ........................................ 0,6÷1,1
Ağır (qum, çınqıl, gil) ............................................ 1,1÷2,0
Ən ağır (filiz, daş) .................................................. 2-dən çox
Hissəciklərin hərəkətliliyi daxili sürtünmə əmsalı, materialın təbii maillik bucağı və xarici sürtünmə əmsalı ilə xarakterizə olunur.

Yüklə 118,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin