Toksikologiyanın inkişaf tarixi?


Toksikokinetikanın parametrləri



Yüklə 53,95 Kb.
səhifə8/24
tarix11.11.2022
ölçüsü53,95 Kb.
#68548
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Toksikologiyanın Əsasları- QISA VARİANT

14.Toksikokinetikanın parametrləri.
Zəhərlərin orqanizmə daxil olması, nəqli, bölüşdürülməsi və xaric olunması əsas etibarı ilə müxtəlif tutumlu biofaza və biosistemləri nəzərə almaq şərti ilə sadə diffuziya qanunlarına uyğun olaraq gedir.Diffuziya proseslərinin kinetikası eksponensial qanunlarla ifadə olunur və birinci dərəcəli kinetika adlanır.Orqanizmdə baş verən proseslərin vaxtdan asılı olaraq, çevrilmə sürətlərini öyrənən ümumi toksikologiyanın bir hissəsi sayılan elm toksikogenetika adlanır.
Toksikokinetika – zəhərli maddələrin orqanizmdən keçmə ginetikası ilə məşğul olan bir sahə olub, buraya zəhərli maddələrin orqanizmə daxil olması, paylanması, metabolizmi (çevrilməsi) və ayrılması da daxildir. Sənaye toksikologiyası əsas böyrəklər, dəri və ağız vasitəsilə orqanizmə daxil olan zəhərli maddələrlə məşğul olur. Bu zəhərli maddələrin toksiki effekti isə vaxtdan asılıdır. Beləliklə, toksikokinetika bir tərəfdən zəhərli maddələrin orqanizmə düşməsi və digər tərəfdən usə vaxtdan asılı olaraq orqanizmdə hansı sürətlə paylanmasını öyrənir.
15. Zəhərli maddənin orqanizmə daxilolma yolları?
Real istehsalat şəraitində zəhərli kimyəvi maddələr orqanizmə tənəffüs üzvlər, mədə- bağırsaq və dəri vasitəsilə daxil olurlar.Zəhərli maddələrin orqanizmə daxil olmasının əsas yollarından biri tənəffüs sistemi vasitəsilə inhalyasiya yoludur. Zəhərlərin ən tez və sürətlə orqanizmə daxil olması məhz bu sistemdən baş verir. Tənəffüs sistemində uçucu qazlar və buxarlar yuxarı tənəffüs yollarından və traxeyadan qana sorulmağa başlayırlar. Kimyəvi reaksiyalara məruz qalmayan qazların və buxarların qana sorulması selikli qişaların səthindən sadə diffuziya yolu ilə hava və qan mühitlərində bərabərlik yaranana kimi qatılıq əmsalının azalması istiqamətində gedir. Zəhərin qana sorulma sürəti və qanda yığılma miqdarı əsas etibarilə onun fiziki- kimyəvi xassələrindən və qismən orqanizmin fizioloji vəziyyətindən asılı olur. Daimi olaraq sabit konsentrasiyalarla nəfəs alan zaman qanda kimyəvi maddənn miqdarı ilkin olaraq sürətlə artır, sonradan isə sorulma sürəti müəyyən bir səviyyədə qalır.Venoz qanla arterial qanın tərkibində kimyəvi maddənin miqdarı getdikcə bərabərləşir və madənin sonrakı sorulması xeyli zəifləyir.
Maddənin qana sorulmasında onun fiziki- kimyəvi xassələrindən ən əhəmiyətlisi sida ( qanda) həll olma əmsalıdır.Bu əmsal nə qədər yüksək olarsa havadan qana daxil olan maddənin miqdarı bir o qədər çox olur. Qanla hava arasında maddənin miqdarının tarazlaşmasında həllolma əmsalının rolu böyükdür.Yüksək həllolma qabiliyyətinə malik olan maddələr uzun müddət qana daxil ola bilirlər, onların qanda doymuş konsentrasiyalarının əmələ gəlməsi üçün dah uzun vaxt tələb olunur. Az həll olan maddələrin qanda doymuş konsentrasiyaları qısa müddət ərzində əmələ gəlir və tez bir zamanda qana sorulma sürəti aşağı düşür.Qeyri- elektrolitlərin qana sorbsiyası üçün tənəffüsün və qan dövranının intevsivliyinin böyük əhəmiyyəti vardır. Tənəffüsün intensivliyi artdıqca qanda yığılan maddənin miqdarı və iki mühit arasında taraşlaşma sürəti artır. Bu xüsusən yüksək həllolma əmsalına malik olan qeyri- elektroitlərə aiddir. Qan dövranının intensivliyinin yüksəlməsi isə həllolma əmsalı az olan maddələrin qanda toplanma sürətini artırır.
Uçuculuq qabiliyyəti yüksək olan elə qeyri –elektroitlər də vardır ki, onların qanda yığılması göstərdiyimiz qanunauyğunluğa tabe olmur. Əgər kimyəvi maddə orqanizmdə metabolizmə uğrayırsa v metobolizmin sürəti yüksəkdirsə onun tənəffüs yolu ilə qana daxil olması vaxtdan asılı olmayaraq həmişə eyni sürətlə gedir. Vinil spirti ilə yağ turşularının mürəkkəb efirlərini buna misal gətirmək olar. Bilavsitə tənəffüs yollarında və yaxud da qana rezorbsiya olunan kimi metobolizmə məruz qalan qazlar və buxarlar orqanizmlə təmas müddətində eyni sürətlə qana daxil olurlar. Belə kimyəvi maddələrə hidrogen xloridi, hidrogen floidi, kükrürd qazını, qeyri-üzvi turuları və s. misal göstərmək olar. Tənəffüs yolu ilə orqanizmə daxil olan zəhərlərə sənaye aerozolları da aiddir. Müxtəlif ölçüləri olan hissəciklərin havada qarışığına aerozol deyilir. Sənaye aerozallarına müxtəlif tozları, tüstünü və dumanı aid etmək olar. Belə aerozollar tənəffüs yollarına düşəndə onların bir hissəsi həmin yollarda çökür, digər hissəsi isə nəfəsvermə ilə xaric olunur.

Yüklə 53,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin