Toksikologiyanın inkişaf tarixi?


Kliniki toksikologiyanın gələcək inkişaf prespektivləri?



Yüklə 53,95 Kb.
səhifə6/24
tarix11.11.2022
ölçüsü53,95 Kb.
#68548
1   2   3   4   5   6   7   8   9   ...   24
Toksikologiyanın Əsasları- QISA VARİANT

11. Kliniki toksikologiyanın gələcək inkişaf prespektivləri?
Aparılan araşdırmalardan belə məlum olur ki, hal-hazırda süni yolla alınan kimyəvi maddələrin sayı 6 mln-dan çoxdur.Bununla anaşı insanlıq üçün qorxulu olan birləşmələrdən biri də kənd təsərrüfatında üzvi gübrələr və pestisidlərdir. Pestisidlər başqa kimyəvi maddələrə nisbətən biosferdə biosferdə daimi dövranda olan və tam parçalanma dövrünə qədər qalan maddələr sayılır. Toksikologiya sahəsində aparılan ən müxtəlif araşdırmalardan məlum olur ki, hazırda süni sintez olunan maddələrin sayı gündən-günə artır və insan orqanizmi üçün yeni-yeni təhlükə mənbəyi yaradır.Bütün bunların qarşısını alıb insanların sağlam həyat şəraitinin təmin edilməsi üçün toksikologiya elmi və onun müxtəlif sahələrinin inkişafı gələcəkdə indikindən də vacib olacaqdır. Orqanizmə daxil olan toksiki maddələrin qarşısının alınması və ekosistemlərin təbii tarazlığının qorunub saxlanılması üçün ekoloji toksikologiya elmi hələ çox inkişaf dövr keçməlidir. İndiki vaxtda insanın təsərrüfat fəaliyyətinin qlobal miqyasda böyüməsi , insan cəmiyyəti və təbiət arasında gedən münasibətlərin hərtərəfli nəzərə alınması ilə bərabər dərk edilməlidir ki, dünya sivilizasiya bu işdə birləşməli və birgə fəaliyyət göstərməlidir.
12. Zəhərlərin və zəhərlənmələrin təsnifatı?
Hal- hazırda xalq təsərüffatında , məişətdə istifadə olunan kimyəvi birləşmələrin miqdarı o qədər çox və bioloji təsir xarakteri o qədər müxtəlifdir ki, onlar təsnif edilir.Əsasən 2 qrupa bölünür: 1.Ümumi – bütün kimyəvi birləşmələrə tətbiq oluna bilən qiymətləndirmə prinsipinə əsaslanır. 2. Xüsusi – maddələrin toksikliyi ilə əlaqəni əks etdirir.
Bu kimyəvi təsnifat daha geniş istifadə olunur ki, bunlar da kimyəvi, üzvi, qeyri- üzvi və element üzvi qruplara bölünür. Qeyd etmək lazımdır ki, kimyəvi maddələr təhlükəlilik dərəcəsinə görə bir- birindən fərqlnir və əsasən 4 sinifə bölünür. Kimyəvi maddələrin təhlükəlilik dərəcəsi (I sinfə aid son dərəcə təhlüklilərdən IV sinfə aid edilən o qədər də təhlükəli olmayanlra qədər) yeddi göstəriciyə əsasən təyin edilmişdir. İşçi zonanın havasında kimyəvi toksiki maddələrin yol verilən qatılıq miqdarı ( YVQ) I sinfə aid olanlar üçün 0,1 mq/m3,IV sinfə aid olanlar üçün isə 10 mq\m3- dən çox qəbul edilmişdir. Mədəyə düşdükdə I sinfə aid olan kimyəvi maddələr üçün LD 50 göstəricisi 15 mq/kq- dan az,IV sinfə aid olanlar üçün isə 5000 mq/kq – dan çox qəbul edilmişdir. Dəri üzərinə düşdükdə LD 50 göstəricisi I sinif üçün 100 mq/kq –dan az, IV sinif üçün isə 2500 – dən çoxdur. Havada orta öldürücü qatılıq (Cl 50) I sinif üçün 500mq/m3 – dən az,IV sinif üçün isə 50000mq/m3-dir.
Zəhərlərin təsnifatı
1.Ümumi
- kimyəvi xassəsinə görə( kimyəvi),- tətbiq məqsədinə görə (praktiki),-toksiklik dərərcəsinə görə( gigiyenik),- toksikoloji təsirinə görə ( toksikoloji),- seçilmiş toksiklik
2.Xüsusi
- inkişaf edən hipoksiyanın təsirinə görə (patofizioloji),-ferment sistemlər ilə qarşılıqlı təsir mexanizminə görə (patokimyəvi),- zəhərlənmənin bioloji fəsadlarına görə (bioloji),- kanserogen aktivliyə görə

Yüklə 53,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin