Toksikologiyanın inkişaf tarixi?


Zəhərli maddənin orqanizmdə sorulması?



Yüklə 53,95 Kb.
səhifə9/24
tarix11.11.2022
ölçüsü53,95 Kb.
#68548
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
Toksikologiyanın Əsasları- QISA VARİANT

16. Zəhərli maddənin orqanizmdə sorulması?
Orqanizmə daxil olma yolundan asılı olmayaraq bütün zəhərlər qana daxil olurlar və qan vasitəsilə bədənin müxtəlif orqanlarına nəql olurlar. Zəhərlərin və onların metabolitlərinin nəqli müxtəlif yollarla həyata keçir. Reaksiyaya girməyən qeyri- elektrolitlər müəyyən dərəcədə qanda həll olurlar, qalan hissəsi isə eritrositlərin daxilində hemoqlabinlə bir yerdə daşınırlar.Ən çox əhəmiyyət kəsb eən daşınma mexanizmi zəhərlərin qan zərdabı zülallları ilə birləşməsidir. Belə birləşmələr ən çox albuminlərlə yaranır və ion, hidrogen və Vandervals rabitəsi xarakteri daşıyır.Zülalların metallarla kompleks duzlar əmələ gətirmək qabiliyyəti çox yüksəkdir və metalların orqanizmdə toplanması və nəqli zamanı onlar zülallarla kompleks birləşmələr şəklində olurlar. Metalların zülallarla irləşməsi aktiv qrupları vasitəsiylə baş verir.Bir sıra metalların müəyyən zülallarla yaxınlığı vardır.Məsələn, dəmirin nəqli xüsusi – qlobulin tərəfindən tərkibində dəmir olan zülal – ferretin əmələ gətirmək yolu ilə gedir. Mis ilkin olaraq albuminlərlə birləşərək qara ciyərə nəql olunur, qara ciyərdə isə qlobulinlərlə birləşərək seruloplazmin şəklində qanda hərəkət edir. Manqan qanda qlobulinlərlə birləşərək transmanqanin, kobalt həm albumin həm də qlobulin franksiyaları ilə birləşir, nikel isə təkcə qlobulinlərlə birləşərək nikeloplazmin əmələ gətirir. Bəzi metallar qanın fomalı elementləri vasitəsilə nəql olunurlar. Məsələn, arsenin 90-99%-i eritrositlərlə daşınır, qurğuşunun bir hissəsi eritrositlərlə, digər hissəsi isə zülallarla kompleks birləşmə əmələ gətirməklə nəql olunur.Məlumdur ki, orqanizmdə mənfi amillərdən müdafiə funksiyasını yerinəə yetirən hədd orqanları vardır. Bunlara hematoensefalitik və plasentar səddlər aiddir. Hematoensefalitik sədd tipik lipoproteinlərdən təşkil olunmuş membran olduğu üçün lipidlərdə həll ola bilən bütün zəhərlər onu sərbəst diffuziya yolu ilə keçirirlər.Plasentar sədd lipoproteinlərdən təşkil olunmuş xüsusi quruluşa malik həm sədd funksiyasını yerinə yetirən, həm də ki, metabolizmdə iştirak edən bir orqandır, intensiv inkişaf edən dölü ana bətnində əmələ gələn bir sıra zəhərlərdən qoruyur, ana ilə döl arasında maddələr mübadiləsini aparır və tənzimləyir.Bir sıra zəhərlər, xüsusilə molekul çəkisi kiçik olan qeyri- elektrolitlər, loporotein xarakterli olduqlarından, oplasentar səddi sadə diffuziya yolu ilə sərbəst keçə bilirlər. Bəzi metallarda plasentar səddi keçə bilir. Məsələn, civə, selen və manqan ciftdən asanlıqla keçərək dölün bədənində toplanır.

Yüklə 53,95 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin