Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə52/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   48   49   50   51   52   53   54   55   ...   61
Monoqrafiya

to be a (real) cool cat – “çox sakit adam olmaq”, 
 
to  blow  one’s  stack  –  “öz  üzərində  nəzarəti 
itirmək”, 
 
to fly off the handle – “əsəbləşmək”,  
 
what’s more – “bundan əlavə”,  
 
to get away with smth. – “kələk işlətmək” 
 
to be getting on – “qocalmaq”,  
 
pepper and salt – “ağaran, dən düşən (saç)”, 
 
to  make  up  for  smth.  –  “yerini  doldurmaq,  bərpa 
etmək”, 
 
to work out – “idman etmək”, 
 
to turn in – “yatmaq”, 
 
to take care of smth. – “nəyəsə cavabdeh olmaq”, 
 
like a breeze – “rahat, səy göstərmədən”, 
 
time off – “istirahət vaxtı”, 


 
223 
 
to have got it made – “xoşbəxt (uğurlu) olmaq”. 
 
İngilis  dilində  idiomatik  birləşmələrin  Azərbaycan 
dilinə  düzgün  tərcüməsinə  nail  olmaq  üçün  bu  dilin 
incəliklərini  bilmək,  ingilis  xalqının  məişətinə,  həyat 
tərzinə  yaxından  bələd  olmaq  lazımdır,  çünki  tərcüməsi 
çətinlik  törədən  ifadələr  daha  çox  məişətlə  bağlı  olur. 
Məsələn, And with a great effort he tottered in through a 
long  window  and  sank  into  old  Jolyon’s  chair” 
(J.Galsworthy) 
cümləsindəki  long  window  ifadəsi 
Azərbaycan  dilinə  “uzun  pəncərə”  kimi  deyil,  “aynalı 
qapı”  kimi  tərcümə  olunmalıdır.  Cümləni  isə  bütövlükdə 
belə tərcümə  etmək  olar:  “O,  səndələyə-səndələyə  aynalı 
qapıdan  güclə  içəri  keçib  qoca  Coulyonun  kürsüsündə 
əyləşdi” (C.Qolsuorsi). 
 
Bir  sıra  əsl  ingilis  idiomlarını  Azərbaycan  dilinə 
sinonim sözlərin köməyi ilə tərcümə etmək olar: Müq. et: 
to  break  the  ice  –  “sükutu  pozmaq”,  “ilk  addım  atmaq”, 
“tanışlıq  üçün  təməl  qoymaq”,  “aradan  pərdəni 
götürmək”;  On  the  instant  he  was  thinking  how  natural 
and unaffected her manner was now that the ice between 


 
224 
them  had  been  broken.”  (Th.Dreiser)  –  “Klayd  indi 
onların  arasındakı  pərdə  götürüləndən  sonra  Robertanın 
özünü necə aparacağı haqqında fikirləşirdi” (T.Drayzer). 
Müşahidələr  göstərir  ki,  ingilis  və  Azərbaycan  dilləri 
fərqli  sistemlərə  malik  olduqları  üçün  onlarda  bir-birinə 
tam ekvivalent olan idiomatik birləşmələr də çox deyildir. 
Ona  görə  də  Azərbaycan  dilində  ekvivalenti  olmayan 
ingilis idiomatik birləşmələri mənaca uyğun gələn söz və 
ya birləşmələrdən istifadə edilməklə tərcümə olunur. Müq. 
et:  to set  the  Thames  on  fire  –  “qeyri-adi bir  şey  etmək”, 
to  be  born  with  a silver  spoon  in  one’s  mouth  –  “xoş  bir 
saatda dünyaya gəlmək”. 
 
İdiomların  tərcüməsinin  mürəkkəbliyi,  yuxarıda 
qeyd  edildiyi  kimi,  bir  də  onunla  bağlıdır  ki,  bu  və  ya 
digər  dayanıqlı  söz  birləşməsinin  leksik  mənası  heç  də 
həmişə  onu  təşkil  edən  komponentlərin  semantikasından 
irəli  gəlmir.  Bu  zəmində  tədqiqatçılar  və  tərcüməçilər 
arasında fikir ayrılıqları mövcuddur. Onların bir qismi söz 
birləşmələrini  təşkil  edən  komponentlərin  kalka  yolu  ilə 


 
225 
tərcüməsindən  imtina  edir,  digərləri  isə,  əksinə,  bu  cür 
tərcüməyə meyil edirlər. 
 
Tərcümə  zamanı  obyekt  dildə  mənbə  dildəkinə 
oxşar idiomların seçilməsinin zəruriliyi barədə fikrin xeyli 
tərəfdarları  vardır.  Bu  problemin  həllinin  mürəkkəbliyi 
nəinki germanistika, türkologiya və rus dilçiliyi qarşısında 
dayanır,  o  eləcə  də  ümumdil  xarakteri  daşıyır.  Beləliklə, 
ingilis  idiomlarını  Azərbaycan  dilinə  tərcümə  edərkən 
adekvatlıq  problemi  daha  qabarıq  görünür.  Məsələn,  The 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin