207
ürəyinə salmaq – rus.
принимать что-либо близко к
сердцу.
Bu idiomlarda felin dəyişməsi də özünü göstərir.
Lakin leksik komponentlərin sayındakı fərq və onların
dəyişməsi ümumi məzmuna, idiomun funksional
xüsusiyyətlərinə təsir göstərmir. Qeyd olunan cəhət yeni
mənanın hansı dildə hansı və nə qədər
sözün birləşməsi ilə
əmələ gəlməsindən asılıdır. Müxtəlifsistemli dillərdə, bu
amil idiomların tərkibindəki komponentlərin sayında
fərqlərə səbəb olur. Məsələn, “ölüm”
anlayışının
bildirilməsində mənanı gücləndirmək üçün birləşməyə
əlavə sözlər artırılır. Müq. et: ing.
to put somebody to
sleep –
azərb.
əbədi yuxuya göndərmək – rus.
обрести
кого-либо на вечный сон.
İdiomların bir dildən digərinə tərcüməsi və
transformasiyası zamanı əsas diqqət semantik oxşarlığa,
məzmun eyniliyinə yönəldilməlidir. İdiomların tərkib
komponentlərinin olduğu kimi tərcümə edilməsi
ekvivalent variantın seçilməsinə mane olur. Bu hal
qəbuledilməzdir. Məsələn, ingilis dilindən tərkibində
209
müq. et: azərb.
saçlarını yolmaq, ing.
tear one’s hair,
azərb.
əl qaldırmaq, ingiliscə
lift one’s hand.
Bir sıra dillərdə ekvivalent idiomların obrazlılıq
nüvəsini heyvanların davranışının təsviri təşkil edir. Belə
idiomatik vahidlərdə heyvanlara xas hal, vəziyyət və ya
hərəkət insana aid edilir. Müq. et: ing.
put one’s tail
between one’s legs – azərb.
quyruğunu qısmaq, ing.
prick
(up) one’s ears – azərb.
qulaqlarını şəkləmək.
Nümunələrdən göründüyü kimi, bu sabit söz birləşmələri
ilə ifadə olunan məzmun yalnız heyvanlara xasdır və
nitqin ekspressivliyini artırmaq məqsədilə işlədilir.
İdiomatik ifadələrin ekvivalentliyinin yaranması,
yuxarıda ötəri qeyd olunduğu kimi, insanların müxtəlif
emosional-psixi vəziyyətləri (ağrı, həyacan, qorxu, hiddət
və s.) ilə də şərtlənir. Belə vəziyyətlər bir sıra ifadələrin
obrazlılığını, ekspressivliyini, emosionallığını şərtləndirən
motiv kimi çıxış edir. Azərbaycan dilindəki
canına
Dostları ilə paylaş: