Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə56/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   53   54   55   56   57   58   59   60   61
Monoqrafiya

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
239 
NƏTİCƏ 
 
 
Dilin sistemi həm qrammatik  modellərin strukturu, 
həm  də  leksik 
material  baxımından  müəyyən 
qanunauyğunluqlar 
üzərində 
qurulmuşdur. 
Bu 
qanunauyğunluqlar  müəyyən  kateqoriyalar  vasitəsilə 
təzahür  edir.  İdiomatik  vahidlərin  də  dilin  sistemində  öz 
yeri  vardır.  Hər  bir  sabit  söz  birləşməsi  dil  sistemində 
paradiqmatik  cəhətlərdən  kənarda  mövcuddur,  yəni 
idiomatik 
korpusun 
nominativ 
vahidləri 
kimi 
qiymətləndirilir.  Hər  bir  idiomatik  vahid  fərdi  şəkildə 
yaranır və bu şəkildə dilin idiomatik tərkibinə daxil olur. 
Lakin  idiomatik  tərkiblər  dildə  müəyyən  ümumi  cəhətlər 
qazanır  və  bu  cəhətlər  də  onların  həmin  dilin  sistemində 
yarısistem  kimi  qəbul  edilməsini  şərtləndirir.  İdiomatik 
vahidlər  dilin  bir  hissəsi  kimi  onun  əsas  cəhətlərini,  
xüsusiyyətlərini özündə ehtiva edir. 
İngilis  və  Azərbaycan  dillərinin  idiomatik  sisteminin 
kontrastiv təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir: 
1. Hər iki dildə idiom yaradan fel komponentlərinin 
əksəriyyəti hərəkət, anlama, qavrayış bildirən fellərdir. 


 
240 
2.  Hər  iki  dildə  ismi  idiomatik  ifadələr  aşağıdakı 
modellər üzrə formalaşmışdır: 
а) “sifət + isim” (“adjective + nown”),  
b) “isim + isim” (“nown + nown”),  
c) “isim + zərf” (“nown + adverb”), 
ç) sayın iştirakı ilə. 
3. Hər iki dildə idiomatik ifadələr öz daxili  leksik-
qrammatik strukturları olan birləşmələrdir. 
4.  İdiomatik  ifadələr  metaforik  səciyyə  daşıyır, 
çünki  onların  məna  tutumu  bütövlükdə  əlavə  üslubi  və 
emosional  çalarla  yüklənir  və  fikri  poetik  fiqurlar 
vasitəsilə ifadə edir. 
5. İdiomatik vahidlər həm kateqorial, həm də qeyri-
kateqorial  əlamətlərə  malikdir.  Onların  kateqorial 
əlamətlərinə  diferensiallıq,  qeyri-kateqorial  əlamətlərinə 
isə üslubi çalarlıq, ekspressiv-emosional ifadəlilik xasdır. 
Kateqorial 
əlamətlər 
idiomatik 
vahidlərin 
dildə 
mövcudluğunun  təminatçısı  kimi  çıxış  edirsə,  qeyri-
kateqorial əlamətlər onları yalnız müşayiət edir. 


 
241 
İdiomların 
mövcudluğunu 
şərtləndirən 
kateqorial 
əlamətlər  onların  1)  dildə  hazır  şəkildə  olmaları,  2) 
struktur qapalılığı, 3) semantik bütövlüyü və  4) motivlən-
məsidir.  Bu  kateqorial  əlamətlərin  əsasında  isə  sabitlik, 
məcazlılıq, obrazlılıq və emosionallıq durur. 
6. 
İdiomatik 
vahidlərin 
formalaşmasında 
desemantikləşmənin 
rolu 
böyükdür. 
Nominativ 
funksiyasını  itirmiş  sözlərin  yalnız  idiomatik  vahidlərin 
tərkibində qalması da bu hadisənin nəticəsidir. Bu mənada 
idiomatik vahidləri dilin ən qədim laylarına məxsus söz və 
ya  mənaların  sığındığı  etibarlı  mənbə  və  ya  “zəngin 
yataq” adlandırmaq olar.  
 
7. İdiomatik vahidlər sözlərin, söz birləşmələrinin və 
cümlələrin  məcazlaşmaqla  semantik  bütövlük,  işlənmə 
sabitliyi,  struktur  qapalılıq  əldə  etməsi  və  bunula  da 
yeniləşərək idiomatikləşməsi nəticəsində yaranmışdır. Bu 
proses  ingilis  və  Azərbaycan  dillərinin  müxtəlif  inkişaf 
mərhələlərini  –  təşəkkül,  keçid  və  sabitlik  mərhələlərini 
əhatə  edir.  İdiomatik  vahidlərin  semantik  bütövlük 
dərəcəsi  bu  mərhələlərlə bağlıdır.  Bu,  müəyyən  dərəcədə 


 
242 
həmin idiomatik vahidlərin qrammatik quruluşunda da əks 
olunmuşdur. 
 
8.  İngilis  idiomatik  vahidlərinin  Azərbaycan 
dilinə  transformasiyası  zamanı  adekvatlığa  nail  olmaq 
üçün  aşağıdakı  tərcümə  üsul  və  növlərindən  istifadə 
olunur:  
1) ekvivalent tərcümə,  
2) analoji tərcümə,  
3) təsviri tərcümə,  
4) antonimik tərcümə,  
5) kalka yolu ilə tərcümə,  
6) kombinasiya üsulu ilə tərcümə. 
9. İdiomlar həm söz, həm söz birləşmələri, həm də 
cümlə  səviyyəsində  məcazlaşmaya  məruz  qalıb  semantik 
bütövlük  qazanmış,  vahid  şəkildə    birikmiш,  daşlaşmış, 
dildə  hazır  vəziyyətdə  mövcud  olan  və  bir  dildən  başqa 
dilə dəqiq tərcümə edilməyən sabit dil vahidləridir.    
İdiomatik  vahidlərin  uzun  müddət  sabit  birləşmələr  adı 
altında 
öyrənilməsi 
onların 
özünəməxsus 
xüsusiyyətlərinin  kölgədə  qalmasına,  bununla  da  həmin 


 
243 
vahidlərin  sərbəst  birləşmələrlə,  mürəkkəb  sözlərlə 
qarışdırılmasına,  heç  bir  əsas  olmadan  paremiyalardan 
uzaqlaşdırılmasına 
gətirib  çıxarmışdır.  İngilis  və 
Azərbaycan  dillərində  idiomatik  vahidlərin  kontrastiv 
tədqiqi  bu  sahədə  mövcud  olan  bir  sıra  mübahisəli 
məsələlərin həllinə də yol açır. 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin