Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə53/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   49   50   51   52   53   54   55   56   ...   61
Monoqrafiya

pot  calls  the  kettle  is  black  ingilis  atalar  sözünə 
Azərbaycan  dilində  “Kor  kora  kor  deməsə,  bağrı  çatlar” 
atalar sözü, yaxud ingilis There is a life in the old dog yet 
ifadəsinə  Azərbaycan  dilində    “Hələ  canında  su  var” 
uyğun gəlir
 
Bizə  belə  gəlir  ki,  bu  nümunələrin  tərcüməsində 
idiomatik  konstruksiyaların  ifadəliliyi,  emosionallığı, 
semantik  yükü  qorunub  saxlanmışdır.  Onları  adekvat 
tərcümənin  ideal  nümunələri  hesab  etmək  olar.  Hər  iki 
nümunənin  tərcüməsində  mənbə  dilin  daşıyıcılarının 


 
226 
spesifik  milli  xüsusiyyətləri  ilə  bağlı  leksik  vahidlər 
kifayət qədər düzgün tapılmışdır.  
 
İdiomatik  vahidlərin  situativ-assosiativ  istifadə 
dairəsi  yetərincə  genişdir.  Orijinal  ilə  tərcümə  olunan 
material  arasındakı  eyniliyin  (oxşarlığın)  qorunub 
saxlanması  kalka  yolu  ilə  edilmiş  tərcümə  sayəsində 
mümkün  olur.  Bununla  yanaşı,  bu  məqsədlə  bəzən  hərfi 
tərcüməyə  də  müraciət  edilir.  Lakin  bir  sıra  müəlliflər 
hərfi tərcüməni məqsədəuyğun hesab etmirlər. 
 
İngilis  idiomlarının  Azərbaycan  dilində  mövcud 
olan  ekvivalentlərinin  və  ya  analoqlarının  tapılaraq 
tərcümə edilməsini idiomatik üsul adlandırmaq olar. Məhz 
idiomatik  üsul  nəticəsində  tərcümənin  adekvatlığına  nail 
olmaq  mümkündür.  Müq.  et:  Achilles’  heel  –  Axilles 
dabanı,  Augean stable(s) – Avgi tövlələri.   
 
A  drop  in  the  bucket  –  dəryada  bir  damla,  a  fly  in 
the ointment – milçək bir şey deyil, amma ürək bulandırır, 
it’s raining cats and dogs –  elə yağış yağır, tut ucundan 
qalx  göyə  birləşmələri  analoji  tərcümə  nümunələri  sayıla 
bilər. Lakin bir çox hallarda obyekt dilin daxili ehtiyatları 


 
227 
tam idiomatik tərcümə üçün material vermir. Belə hallarda 
tərcümədə  kalka  yolu  ilə  tərcüməyə  müraciət  olunur. 
İngilis  idiomlarının  Azərbaycan  dilinə  kalka  üsulu  ilə 
çevrilməsinə  sonuncuda  onlara  uyğun  gələ  bilən 
idiomların  olmadığı  hallarda  müraciət  edilir.  Bu, 
idiomatik vahidlərin transformasiyası üsullarından biridir. 
İdiomatik  vahidlərin  kalka  edilməsində  mənbə  dilin 
idiomatik  birləşmələrini  təşkil  edən  komponentlərə  görə 
müəyyən edilir. Məsələn, The moon is not seen when the 
sun  shines  idiomunun  Azərbaycan  dilinə  kalka  üsulu  ilə 
tərcüməsində  (“Gün  çıxanda  ay  görünməz”)  mənbə 
dildəki ekpressivlik tam həcmdə saxlanmışdır.    
 
İngilis  idiomlarının  Azərbaycan  dilinə  tərcüməsi 
üsulları  sonuncuda  “hazır”  modellərlə  bağlıdır.  Kalka  və 
yarımkalka  üsulu  ilə  tərcüməyə  əsasən  mənbə  dildə  və 
obyekt dildə idiomların mənaca üst-üstə düşdüyü hallarda 
müraciət edilir.
 
Məsələn, əminliklə demək olar ki, ingilis 
dilinin  bilavasitə  rolu  sayəsində  Azərbaycan  dilinin 
aşağıdakı  idiomlarla zənginləşməsi  mənbəyi  məhz  ingilis 
dilidir: Kassandra xəbərdarlıqları (Cassandra warnings)


 
228 
qızıl əsr (the golden age), Sezarın arvadı şübhədən kənar 
olmalıdır  (Ceasar’s  wife  must  (or  should)  be  above 
suspicion  –  (hərfən  “Sezarın  arvadı”  kimi  tərcümə  edilə 
bilən  Ceasar’s  wife    ifadəsi  “şübhədən  xali  adam” 
mənasında  işlədilir),  Herkules  əməyi  (a  labour  of 
Hercules (the labour of Hercules). 
 
Tərcümənin  onun  əsas  prinsip  və  metodlarından 
(üsullarından)  düzgün  istifadə  olunması  səviyyəsində 
araşdırılması  həm  nəzəri  baxımdan,  həm  də  təcrübi 
cəhətdən  əhəmiyyət  kəsb  edir.  Tərcümə  bir  dildə  digər 
dilin  idiomatik  ifadələrinin  açılması  və  verilməsinin  əsas 
vasitəsidir.  Tərcümə  zamanı  orijinalın  məna  və 
məzmununun  verilməsində  tam  dəqiqlikdən  başqa, 
ifadənin  emosional  və  üslubi  xüsusiyyətlərinin  nəzərə 
alınması da vacibdir, çünki dillərin idiomatikası müxtəlif 
yollarla,  fərqli  tarixi  şəraitlərdə  formalaşır,  inkişaf  edir. 
Bəzən bir dilin idiomatik vahidlərinə xas olan emosional 
və  üslubi  xüsusiyyətlər  digər  dildə  mövcud  olmur.  Belə 
hallarda tərcüməçi bu və ya digər dilin söz və ifadələrinin 
milli xüsusiyyətləri ilə hesablaşmalıdır.   


 
229 
 
Müşahidələr  göstərir  ki,  bəzi  idiomatik  ifadələrə 
araşdırdığımız  dillərdən  yalnız  birində  təsadüf  edilir. 
Digər  dildə  onu  analoji  vasitələrlə  vermək  mümkün 
olmur.  Məsələn:  ing.  Carry  coals  to  Newcastle 
(“Nyukasla  kömür  daşımaq”),  azərb.  Naxçıvana  duz 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin