Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə54/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   50   51   52   53   54   55   56   57   ...   61
Monoqrafiya

aparmaq,  nöyütü  Bakıya  daşımaq,  rus.  Ехать  в  Тулу  со 
своим самоваром (“Tulaya öz samovarı ilə getmək”). 
Bu tipli ifadələrin yaranması bu və ya digər xalqın həyat 
tərzi, mədəniyyəti, iqtisadiyyatı, tarixi ilə bağlıdır. Yüksək 
milli  koloritə  malik  olan  belə  ifadələrin  tərcüməsi  çox 
çətindir və artıq qeyd olunduğu kimi, mənbə dilin analoji 
vasitələri ilə mümkün olmur, ona görə də tərcümə zamanı 
onların obyekt dilin daşıyıcılarının təfəkkür tərzinə uyğun 
qarşılığını tapmaq lazım gəlir.  
 
Beləliklə,  ingilis  idiomlarının  Azərbaycan  dilinə 
transformasiyası  zamanı  adekvatlığa  nail  olmaq  üçün 
müxtəlif  tərcümə  üsul  və  növlərinə  müraciət  edilə  bilər. 
Onlar aşağıdakılardır: 
 
1.  Ekvivalent  tərcümə.  Bu  zaman  Azərbaycan 
dilində tapılan qarşılıq ingilis idiomatik birləşməsi ilə həm 


 
230 
mənaca, həm də ifadə vasitələrinə görə üst-üstə düşür:  as 
cold as ice – buz  kimi  soyuqto sing like  a nightingale  – 
bülbül kimi oxumaq, to close one’s eyes to smth. – nəyəsə 
göz  yummaq,  to  sing  another  song  –  başqa  mahnı 
oxumaq, to die like flies – milçək kimi qırılmaq, to spring 
up like mushrooms – göbələk kimi çıxmaq, a lot of (yaxud 
much)  water  has  flowed  (flown  yaxud  run)  under  the 
bridge  (yaxud  bridges)  since  …  –  o  vaxtdan  çox  sular 
axıb, to die a dog’s death – it kimi gəbərmək və s. 
 
2.  Analoji  tərcümə.  Bu  zaman  Azərbaycan  dilində 
tapılan  qarşılıq  ingilis  idiomatik  birləşməsinə  mənasına 
görə  adekvat  olur,  lakin  ifadə  vasitələrinə  görə  ondan 
tamamilə, yaxud qismən fərqlənir: a drop in the bucket – 
dəryada bir damla, a fly in the ointment  milçək heç bir 
şey deyil, amma ürək bulandırır, make hay, while the sun 
shines  –  dəmiri  isti-isti  döyərlər,  one  swallow  doesn’t 
make  a  summer  –  bir  gül  ilə  yaz  olmaz,  small  rain  lays 
great dust – bir balaca boyu var, dam dolusu toyu var, a 
burnt  child  dreads  the  fire  –  ilan  vuran  ala  çatıdan  da 
qorxar,  in  for  a  penny,  in  for  a  pound  –  gərçi  oldun 


 
231 
dəyirmançı,  çağır  gəlsin    dən,  Koroğlu,  East  or  West, 
home is best – gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı, put 
that in your pipe  and smoke it! – qulağında sırğa elə, one 
man  is  no  man  –  tək  əldən  səs  çıxmaz,  still  waters  run 
deep – çayın lal axanı, adamın yerə baxanı, the pot calls 
the kettle is black  – kor-kora kor deməsə, bağrı çatlar, if 
you run after two hares, you will  catch neither – bir əldə 
iki qarpız saxlamaq olmaz, it is the last straw that breaks 
the camel’s back – artıq tamah baş yarar, a friend in need 
is a  friend  indeed  -  əsl dost dar  gündə  tanınar, when the 
cat is away, the mice will play – dərə xəlvət, tülkü bəy, it 
never  rains  but  it  pours  –  dərd  gələndə  xalvarla    gələr, 
çıxanda misqalla, strike the iron, while it is hot  – dəmiri 
isti-isti  döyərlər,  like  a  bull  in  a  china  shop  -  əlini  pişik 
yeyib,  the  cat  among  the  pigeons  –  süd  gölünə  düşüb,  it 
rains  cats  and  dogs  –  elə  yağış  yağır,  tut  ucundan  qalx 
göyə,  a  bird  in  the  hand  is    worth  two  in  the  bush  –-  
soğan  olsun,  nağd  olsun,  like  begets  like  –  alma  almaya 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin