Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə55/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   51   52   53   54   55   56   57   58   ...   61
Monoqrafiya

bənzər,  little  strokes  fell  great  oaks  –  dama-dama  göl 
olar,  cut  your  coat  according  to  your  cloth  –  ayağını 


 
232 
yorğanına görə uzat, run with the hare and hunt with the 
hounds  –  dovşana  deyir  qaç,  tazıya  tut,  to    make  a 
mountain out of a mole-hill – dəvədən fil düzəltmək, there 
is  a  life  in  the  old  dog  yet  –  hələ  canında  su  var,  to  eat 
(live  on)  the  fat  of  the  land  –  yağ-bal  içində  üzmək,  to 
measure  other’s  corn  by  one’s  own  bushel  –  hər  şeyi  öz 
arşını ilə ölçmək, we never know the value of water till the 
well  is  dry  –  pisi  görməyən,  yaxşının  qədrini  bilməz, one 
misfortune comes upon the back of another – dərd gələndə 
xalvarla  gələr,  çıxanda  misqalla,  it  is  an  ill  wind  that 
blows  nobody  good  –  şər  deməsən,  xeyir  gəlməz,  over 
shoes, over boots – ölmək ölməkdir, xırıldamaq nə demək, 
no cross, no crown – çəkməsən zəhmət, görməzsən ləzzət, 
what is got over the devil’s back is spent under his belly – 
hay-hay  ilə  gələn,  vay-vay  ilə  çıxar,  as  you  make  your 
bed,  you  must  lie  on  it  –  nə  tökərsən  aşına,  o  da  çıxar 
qaşığına,  give  a  fool    rope  enough,  and  he    will  hang 
himself – dəliyə yel ver, əlinə bel, every cloud has a silver 
lining  –  hər  gecənin  bir  gündüzü  var,  fine  feathers  make 


 
233 
fine  birds  –  gözəllik  ondur,  doqquzu  dondur,  the  more 
haste the less speed – tələsən təndirə düşər  və s. 
 
3.  Təsviri  tərcümə.  Bu  zaman  ingilis  idiomlarının 
mənası  Azərbaycan  dilində  təsvir  yolu ilə  verilir.  Təsviri 
tərcümədən  ingilis  idiomunun  Azərbaycan  dilində 
ekvivalent  və  ya  analoqu  olmadığı  hallarda  istifadə 
olunur: accept the Chitern Hundreds – Parlament üzvlüyü 
səlahiyyətini  üzərindən  götürmək,  to  set  the  Thames  on 
fire  –  “qeyri-adi  bir  şey  etmək”,  Khaki  election  – 
“militarist  ruhda  aparılan  seçkilər”,  a  Dutch  bargain  – 
“birtərəfli  xeyir  verən  sövdələşmə”,  chew  the  fat  (və  ya 
rag)  –  “dilotu  yemək”,  a  peeping  Tom  –    “hər  şeyə 
həddindən artıq maraq göstərən adam”, to talk to smb like 
a Dutch uncle – “kiminsə başına ağıl qoymaq”, to get the 
ball  rolling  –    “ilk  addım  atmaq”,  to  lead  apes  in  hell  – 
“qarımış qız kimi ölmək”, to whip the devil round the post 
– “hər şeyə qanunsuz yolla nail olmaq”, to hide one’s light 
under  a  bushel  –  “öz  istedadını  torpaqda  basdırmaq”,  to 
draw  a  red  herring  across  the  trail  –  “bilə-bilə 
çaşdırmaq”,  to  sweep  the board  “hər  şeyi  ələ keçirmək”, 


 
234 
does your mother know you are out? -  “ağzından süd iyi 
gəlir”, the answer is a lemon –  “bu nömrə keçməz” və s. 
 
4.  Antonimik  tərcümə.  Bu  zaman  inkar  formalı  və 
mənalı  idiomatik  birləşmə    Azərbaycan  dilində  təsdiq 
konstruksiyasının və əksinə, təsdiq formalı birləşmə inkar 
konstruksiyasının  köməyilə  verilir:  don’t  count  your 
chickens  before  they  are  hatched  –  cücəni  payızda 
sayarlar,  to  keep  one’s  head    başını  itirməmək,  what  is 
bred in the bone will not go out of the flesh – qozbeli qəbir 
düzəldər,  don’t  teach  your  grandmother  to  suck  eggs  – 
dünənki cücə bu günki cücəyə cib-cib öyrədir, the leopard 
cannot  change  his  spots  –  qozbeli  qəbir  düzəldər,  let 
sleeping dogs lie – arı yuvasına çöp uzatma, there is one 
good  wife  in  the  country,  and  every  man  thinks  he  has 
hers – heç kəs öz ayranına turş deməz, he that would eat 
the  fruit  must  climb the tree  – işləməyən dişləməz, words 
cut  more  than  swords  –  qılınc  yarası  sağalar,  söz  yarası 
yox,  what  is  done  by  night  appears  by  night  –  cidanı 
çuvalda  gizlətmək  olmaz,  the  moon  does  not  heed  the 
barking  of  dogs  –  it  hürər,  karvan  keçər,  two  dogs  over 


 
235 
one  bone  seldom  agree  –  iki  qoçun  başı  bir  qazanda 
qaynamaz,  one’s  cake  is  dough  –  “ümidlər  doğrulmadı”, 
cry  wolf  too  often  –  yalançının  evi  yandı,  heç  kim 
inanmadı, don’t swamp horses when crossing a stream  – 
“qeyri-münasib vaxtda böyük dəyişikliklər etmək” və s. 
 
5. Kalka yolu ilə tərcümə. Bu zaman ingilis idiomu 
Azərbaycan dilinə kalka edilir: the moon is not seen when 
the sun shines – “günəş çıxanda ay görünməz”, the White 
House – “Ağ ev”, Damocles’ sword –  “Damokl qılıncı”, 
the  cold  war  –  “soyuq  müharibə”,  a  stony  heart  –  “daş 
ürək”, a ship of the desert – “səhra gəmisi”, man is to man 
a  wolf    “insan  insana  canavardır”,  dead  men  don’t  bite 
“ölü  adam  dişləmir”,  an  iron  hand  in  a  velvet  glove    – 
“məxmər əlcəkdə dəmir əl” və s.   
 
 6.  Kombinasiya  üsulu  ilə  tərcümə.  Bu  zaman 
ingilis  idiomu  Azərbaycan  dilnə  kalka  və  təsviri 
tərcümənin  kombinasiyası  ilə  verilir:  to  carry  coals  to 
Newcastle  (“Nyukasla  kömür  daşımaq”  –  Nyukasl 
İngiltərədə  daş  kömür  sənayesinin  mərkəzidir)  – 
Naxçıvana  duz  aparmq,  yaxud  Sabirabada  qarpız 


 
236 
aparmaq,  the
 
three  tailors  of  Tooley  Street    “Tuli 
küçəsindən  olan  üç  dərzi”  (özünü  bütün  millətin 
nümayəndəsi  hesab  edən  bir  qrup  adam),  to  cut  the 
Gordian knot – “Qordian düyününü kəsmək” (çətinlikləri 
güc tətbiq etməklə həll etmək), the Trojan Horse – “Troya 
atı”  (gizli  təhlükə),  Cassandra  warnings  –  “Kassandra 
xəbərdarlıqları”  (məhəl  qoyulmayan,  lakin  baş  verən 
xəbərdarlıqlar;  əsatirə  görə,  Kassandra  peyğəmbərlik 
vergisi verilmiş Troya çariçasıdır), the golden age  “qızıl 
əsr”  (bu  ifadə  ilk  dəfə  yunan  şairi  Qospodun  “İşlər  və 
günlər” poemasında Saturn əsrinin təsvirində işlənmişdir), 
Ceasar’s  wife  must  (or  should)  be  above  suspicion  –  
“Sezarın  arvadı  şübhədən  kənar  olmalıdır”  (Yuli  sezarın 
öz  arvadı  Pompeya  ilə  nə  üçün  boşanması  ilə  bağlıdır; 
hərfən “Sezarın arvadı” kimi tərcümə edilə bilən Ceasar’s 
wife  ifadəsi “şübhədən xali adam” mənasında işlədilir), 
labour of Hercules (the labour of Hercules) –  “Herkules 
əməyi” (“çox çətin iş” mənasında işlədilir), Achilles’ heel 
–  “Axilles  dabanı”  (kiminsə  zəif  cəhəti;  qədim  yunan 
əsatirinə  görə,  Axilles  adlı  pəhləvanın  ən  zəif  yeri  onun 


 
237 
dabanı  imiş),  Augean  stable(s)  –  “Avgi  tövlələri”  (“son 
dərəcə  zibilli,  nizamsız,  çirkli,  natəmiz  yer”i  bildirən  bu 
ifadə  qədim  yunan  əfsanəvi  padşahı  Avginin  adından 
götürülmüşdür;  əfsanəyə  görə  həmin  padşahın  30  il 
ərzində  təmizlənməmiş  tövlələrini  Herakl  adlı  pəhləvan 
bir gün ərzində təmizləmişdir), the iron lady – dəmir ledi 
(xanım)  –  “Marqaret  Tetçer”  (İngiltərənin  sabiq  baş 
naziri), to show white feather –  “ağ lələk göstərmək” (Bu 
ifadə  döyüşkən  xoruzlara  aid  edilir  və  “qorxmaq” 
mənasında 
işlədilirdi, 
çünki 
döyüşkən 
xoruzun 
quyruğundakı  ağ  lələk  pis  cinsin  əlaməti  hesab  edilirdi). 
Sonralar  bu  ifadə  insanlara  aid  edilməyə  başladı  və 
“qorxaqlıq göstərmək” mənasında işlədildi. Bununla bağlı 
maraqlı  bir  faktı  xatırlatmaq  yerinə  düşərdi:  İngiltərə  və 
Avstraliyada  hərbi  xidmətdən  boyun  qaçıran,  yayınan 
şəxslərə ağ lələk göndərmək adət halını almışdı);
 
 
In  England  on  the  outbreak  of  war  civilized  young 
women  rush  about  handling  white  feathers  to  all  young 
men  who  are  not  in  uniform  (B.Shaw)    “İngiltərədə 
müharibə başlayan zaman sivil gənc qadınlar ətrafı gəzib 


 
238 
dolaşaraq, müharibəyə getməyən bütün cavanlara ağ lələk 
verərdilər” (B.Şou). 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin