The series of the humanitarian



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə8/36
tarix03.04.2017
ölçüsü5.01 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

ƏDƏBİYYAT 
 
1.Ayatxan  Z. Azərbaycanda  dissident  olubmu  ? ,,Azərbaycan,  j. 2008 N8,s.172-177. 
2.Həbibbəyli  İ.Ə. Ədəbiyyat  və mətbuat  cəbhəsində.  Bakı,  Nurlan,2006,52s. 
3.  Həbibbəyli  İ.  Ə.    Xalqın  əbədi  harayı.Cavad  Cavadlının  ,,Sürgün”  kitabına  ön  söz.  Bakı, 
Adiloğlu”2010,  səh.3-21.      
4.Hacıyev  A.B.  Cavad Cavadlının  yaradıcılıq  yolu.  Bakı,  MBM,, ,2010,152s. 
 
                                                                                    
 
ABSTRACT 
Abbas  Hajiyev 
 
The  article  deals  with  the  historical  services  to the  dissisent  intelligentsia  by Heidar  Aliyev, 
the  national  leader  of  the Azerbaijan  people. 
     
 
РЕЗЮМЕ 
Аббас Гаджиев 
В  статье  говорится    исторической  об  историческойб  исторической  заботе 
общенационального  лидера  азербайджанского  народа  Гейдара  Алиева,  оказанна  им 
диссидентским интиллигентам. 
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə elmlər doktoru H.Həşimli 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

- 50 - 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  СЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
ALMAZ BAYRAMOVA 
Azərbaycan Dövlət Pedoqoji Universiteti 
UOT:82.0 
İRƏVAN XANLIĞININ  DƏRƏÇİÇƏK MAHALI  VƏ 
ONUN ƏRAZİSİNDƏ YERLƏŞƏN  BƏZİ TOPONİMLƏR HAQQINDA 
 
 
Açar  sözlərİrəvan xanlığı,  mahal, toponim, xanlıq, Dərəçiək, nahiyə, ərazi, coğrafi ad,  
türk, kənd və s. 
   
Key words:  Irevan khanade, region, toponyme, Derechichek, territory, geographical name
Turkish, village 
   
Ключевые слова: Иреванское ханства, округ, топоним, Дарачичак, территория
географическое название, мурок, село. 
 
Dərəçiçək  İrəvan  xanlığına  daxil  olan  mahallardan  birinin  adı  olmuşdur.  Pəmbək  nahiyəsi  və 
Qırxbulaq  mahalı  arasında  qeydə  alınan  Dərəçiçək  mahalı  İrəvan  şəhərinin  yaxınlığında  yerləşirdi 
(1,34).  Daha  dəqiq  desək,  Dərəçiçək  mahalı  bir  tərəfdən  Göyçə  (Sevan),  Qırxbulaq  (Abovyan),  bir 
tərəfdən  İrəvan,  digər  tərəfdən  isə  Aparan  (Avaran)  (Abaran-A.B.),  Qarakilsə  (Kirovakan)  ilə 
həmsərhəd  idi.  Teş  dağları  (“Teş  sarer”)  Dərəçiçək  və  Qarakilsə  arasında  olub,  Gürcüstan 
sərhəddinə  bir  qapıdır  (2,3).    Mahalın  ərazisindən  Axta  (Razdan)  çayı  keçirdi  (1,34).  Onu  da  qeyd 
edək  ki,  Dərəçiçək  mahalı  İrəvan  xanlığının  ən  gözəl  mahallarından  biri  olmuşdur.  XIX  əsr  indiki 
Ermənistan  ərazisinə  səyahət  edən  X.F.B.Linç  Dərəçiçək  mahalının  füsunkar  təbiətinə,  ğözəlliyinə 
heyran  olaraq  əbəs  yerə  “дачное  место”-  bağlıq  yer  adlandırmamışdır  (3,181).  SMOMPK 
məcmuəsində  çap  olunan  “Dərəçiçək”  məqaləsində  S.P.Zelinski  də  bu  yer  adının  etimologiyasını 
“çiçəkli  dərə”  kimi  izah  etmişdir  (28).  Dərəçiçək  mahalında  37  yaşayış  məntəqəsi  olmuş,  1300 
azərbaycanlı,  552  erməni    yaşamışdır.    1828-1830-cu  illərdə  mahalın  ərazisinə  İrandan  3535, 
Türkiyədən  3263 erməni  köçürülmüşdür  (4,591-598).  
Dərəçiçək  mahalı  “İrəvan  əyalətinin  icmal  dəftəri”ndə  (XVIII  əsr)  Dərəçiçək  nahiyəsi  kimi 
qeyd  olunur  (5,53).  Mahalın  ərazisində  yerləşən  Gümüş,  Dəllər,  Solak,  Ağpara,  Zəncirli,  Fərrux, 
Babakişi,  Dəli  paşa,  Tayçarıx,  Təkyəlik,  Çubuxlu  və  s.  (4,  592-596)  bu  kimi  kənd  adları  onu 
deməyə  əsas  verir  ki,  ta  qədim  zamanlardan  Dərəçiçək  mahalı  türklərin  qədim  yaşayış 
məskənlərindən  biri  olmuşdur. 
 Dərəçiçək 
mahalının 
adı 
İrəvan 
quberniyası 
Rusiyaya 
birləşdirildikdən 
sonra  
Konstantinovskoe, 
1946-cı 
ildə 
Tsakadzor 
(bəzi 
mənbələrdə 
Dzaxqadzor 
şəklində  
dəyişdirilmişdir.(2).  Mahal  1959-cu ildə  Hrazdan  adlandırılmışdır  (6,236).  
Dərəçiçək  mahalının  adı  Axtadan  şərqə  tərəf  uzanan  meşənin  içərisində,  Əlibəy  dağının 
ətəyində  yerləşən  Dərəçiçək  kəndindən  götürülmüşdür.  Bu  kənd  İrəvan  xanlarının  hakimiyyəti 
dövründə  genişlənib,  abad  kəndə  çevrilmişdir  (2).  Dərəçiçək  mahalı  haqqında  apardığımız 
araşdırma  ərazinin  toponimlərinin  də  tədqiq  olmasına  böyük  maraq  oyatdı.  Bu  nöqteyi  nəzərdən  bu 
məqalədə  Dərəçiçək  mahalı  ərazisində  yerləşən  bir  neçə  coğrafi  ad  barədə  məlumat  verməyə 
çalışmışıq. 
         Fərrux.    Yaşayış  məntəqəsi  İrəvan  xanlığının  Dərəçiçək  mahalının  inzibati-ərazisinə  daxil 
olmuşdur.  XIX  əsrdə  İrəvan  quberniyasının  Yeni  Bayazid  qəzasının,  XX  əsrin  30-cu  illərindən 
indiki  Ermənistanın  Axta  (Razdan)  rayonunun  Yayçı  kəndinin,  Zəngi  çayının  sağ  tərəfində 
yerləşirdi  (7,568).  Fərrux  kəndinin  adı  1728-ci  ildə  tərtib  edilmiş  “İrəvan  əyalətinin  icmal 
dəftəri”ndə  İrəvan  əyalətinin  Dərəçiçək    nahiyəsində  qeydə  alınmışdır.  Həmin  mənbədən  məlum 
olur  ki,  XVIII  əsrdə    Fərrux  kəndi  Hacı  Süleyman  oğlunun  adına  olan  timara  daxildir  və  gəliri  4000 
ağçadan  ibarətdir  (5,116).  İ.Şopenin  əsərində  Dərəçiçək  mahalının  inzibati-ərazisinə  daxil  olan  

- 51 - 
kənd  kimi  Fərrux  toponimi  Farux  formasında  qeydə  alınmışdır  (4,592).  N.Məmmədov  Fərrux 
kəndinin  adının  həm  Fərrux  (8,125),  həm  də  Fərruk  (8,227)  formalarında  göstərir.  Kəndin  adının  
Fərruk  formasında  göstərilməsi    ola  bilsin  texniki  səhvdir.  Onu  da  əlavə  edək  ki,  Qafqazın  5  verstlik 
xəritəsində  də  kəndin  adı  Farux  formasında  qeyd  edilir  (9,256).  Fikrimizcə,  Fərrux  kənd  adının  rus 
mənbələrində  Farux  formasında  qeyd  edilməsi,  rus    dilinin  orfoqrafik  qaydaları  ilə  bağlı  ola  bilər. 
B.Ə.Budaqov  və  Q.Ə.Qeybullayev  yazırlar  ki,  İrəvan  xanlığının  Dərəçiçək  mahalındakı  Fərrux 
kəndində  XIX  əsrdə  ermənilərin    sayı  çoxalmış  və  kənddə  yaşayan  azərbaycanlılar  sıxışdırılaraq 
çıxarılmışdır.    Kənddən  çıxarılan  azərbaycanlılar    Qarabağın  Əsgəran  rayonuna  gələrək  Fərrux 
kəndini  salırlar  (6,396).    İ.Bayramov  kəndin  tarixi  ilə  bağlı    yazır:  “Kənddə  əvvəllər  azərbaycanlılar 
yaşamışdır.  Sonra  bura  ermənilər  köçürülmüş  və  azərbaycanlılar    sıxışdırılmışdır.1897-ci  ildə 
kənddə  10  nəfər    azərbaycanlı  yaşamışdır.  XX  əsrin  əvvəllərində,  1905-1906-cı  illərdə  baş  verən  
erməni-azərbaycanlı  muharibəsi  nəticəsində  1906-cı  ildə  azərbaycanlılar  tarixi  toraqlarından 
qovulmuş  və  kənddə  yalnız  ermənilər    yaşamağa  başlamışlar  (7,568-569).  Burada  bir  faktı  qeyd 
etmək  yerinə  düşər.  Belə  ki,  İ.Bayramovun  “kənddə  əvvəllər  azərbaycanlılar  yaşamışlar”  fikri 
həqiqətə  uyğundur.  XVIII  əsr  mənbələrindən  olan  “İrəvan  əyalətinin  icmal  dəftəri”ndə  göstərilir  ki, 
kənd  Hacı  Süleyman  oğluna  məxsusdur  (5,116).  Digər  tərəfdən    kəndə  həqiqətən  ermənilər  XIX 
əsrin  əvvəllərindən,  yəni  1828-ci  il  Türkmənçay  müqaviləsindən  sonra  köçürülmüşdür.  İ.Şopenin 
əsərindən  görürük    ki,  XIX  əsrin  əvvəllərində,  yəni  1828-ci  ildə  156  erməni  Türkiyədən  köçürülüb 
Fərrux  kəndinə  yerləşdirilmişdir  (4,592-594).  B.Ə.Budaqov,  Q.Ə.Qeybullayev  (6,397)  və 
İ.Bayramov  (7,,  569)  Fərrux  toponiminin  şəxs  adı  ilə  bağlı  yarandığını  göstərirlər.  Biz  də  bu 
fikirdəyik.  Görünür,  kəndi  Fərrux  adlı  şəxs    salmışdır.  İrəvan  xanlığının  Dərəçiçək  mahalı 
ərazisindəki  Fərrux  kənd    adı  ilə  Azərbaycanın  rayonundakı    Farux  kənd  adı  mənşəcə  eynidir  və 
şəxs  adı  ilə  bağlı  yaranmışdır.  Lakin  Xocalı  rayonu  ərazisində  yerləşən  Farux  toponiminin  mənşəyi 
ilə  bağlı  müxtəlif  fikirlər  var.  1999-cu  ildə  nəşr  olunmuş  Azərbaycan  toponimləri  lüğətində  Xocalı 
rayonunda  olan    Farux  kənd  adının  Farux  şəxs  adı  ilə  bağlı  yarandığı  göstərilir  (10,484).  Lakin 
2007-ci  ildə  nəşr  olunmuş  Azərbaycan  toponimləri  (I  cild)  kitabında    qeyd  edilir  ki,  oykonim 
(Xocalı  rayonunda  yerləşən  Farux  oykonimi  nəzərdə  tutulur-A.B.)  1907  və  1918-ci  illərdə  fəaliyyət 
göstərmiş  müxtəlif    millətlərin    zəhmətkeşləri  arasında    beynəlmiləlçiliyi    möhkəmləndirmək  
məqsədi  güdən  Faruq  (hərfi  mənası  ədalət  tərəfdarı)  sosial  –demokratik  qrupun    adı  ilə  bağlı  ola 
bilər  (11,191).    
        Bicni.  Bu,  İrəvan  xanlığının  Dərəçiçək  mahalının  tərkibinə  daxil  olan  kəndlərdən  biridir.  Kənd 
Zəngi  çayının  sağ  tərəfində,  Zəncirli  dağının  ətəyində  yerləşirdi.  İ.Şopenin  əsərində  Bjni  formasında 
qeydə  alınmış  və  ümumi  siyahıda  432-ci  sırada  mahal  üzrə  sıyahıda  7-ci  sırada  verilmişdir  (4,591). 
Həmin  əsərdən  bəlli  olur  ki,    kəndin  köklü  sakinləri  mühəmmədilər  (azərbaycanlılar-A.B.) 
olunmuşdur  (4,591-592).  Bcini  kəndi  1728-ci  ildə  tərtib  edilmiş  “İrəvan  əyalətinin  icmal  dəftəri”ndə 
Qırxbulaq  nahiyəsinin  tərkibində  Beçni  fonetik  formasında  qeydə  alınmışdır  (5,36).  Göründüyü 
kimi,  toponimə  Beçni,  Biçni  (7,162),  Bjni  (12,  130)  formalarında  təsadüf  edilir.  Tədqiqatçılar  Bicni 
toponiminin  mənşəyini  beçenek  türk  etnoniminin  adı  ilə  əlaqələndirirlər  (7,163).  Bəzi  mənbələrdə 
göstərilir  ki,  peçenek  tayfa  birləşməsi  olub  b.e.ə.  I-III  əsrlərdə  mərkəzi  Kazaxstanda  yaranmışdır 
(13,125).  B.Ə.Budaqov  və  Q.Ə.Qeybullayev  kəndin  adının  ərazidə  yerləşən  Beçini  qalasının  adı  ilə 
bağlayır  və  bu  barədə  yazırlar:  “Qalanın  adı  1225-ci  ildə    Sultan  Cəlaləddinlə  əlaqədar  hadisələrlə 
çəkilmişdir.  Qala  isə  qədim  türk  mənşəli  Peçene  (Peçeneq)  tayfasının  adındandır.  Peçeneqlər  eranın 
əvvəllərində  şimaldan  kəngərlərlə  birlikdə  ehtimal  ki,  hunların  tərkibində  gələrək  Şərqi  Anadoluda- 
indiki  Ermənistan  və  Albaniyanın    Arsak  əyalətində  məskunlaşmışlar.  Erməni  mənbələrində  Şərqi 
Anadoluda  Bznunik,  Beceni,  Albaniyada  VII-X  əsrlərdə    Becans,  Pazkank    və  s.  toponimlər  bu 
etnonimi  əks  etdirir”  (6,154).  Q.Ə.Qeybullayev  digər  tədiqat  işlərində  göstərir  ki,  Razdan  çayının 
sağ  sahilində  yerləşən  bu  kəndin  adı  orta  əsrlərdə  erməni  mənbələrində  Bcini  kimi  qeyd  edilmişdir. 
Onun  fikrincə,  bu  toponimin  tərkibində  peçeneq  tayfası  beçene  formasında  əks  olunmuşdur 
(14,105).  Türkiyə  ərazisində  Güzəldərə  deyilən  ərazidə  Peçni  adlı  kənd,  fikrimizcə,  elə  Bcni 
toponiminin  bir  fonetik  variantıdır.  Belə  ki,  Fehreddin  Kırzıoğlu  da  bu  toponimi  oğuzların  peçenek 
tayfası  ilə  əlaqələndirir  (15,90).    Ə.Hüseynzadə  “Zaqafqaziyanın  Biçənək  tərkibli  oykonimləri”  adlı 
məqaləsində  bu  etnonim  haqqında  geniş  söhbət  açmış  və  bu  tayfanın  geniş  bir  ərazidə 

- 52 - 
məskunlaşdığı  haqqında  məlumat  vermişdir.  Ə.Hüseynzadə  göstərir  ki,  peçeneq  tayfası  qərbdən 
Volqa,  cənubdan  Ural  çayı,  şərqdən  Ural  dağ  silsiləsi,  şimaldan  Jiqulevski  dağı  kimi  böyük  ərazini 
əhatə  edirdi  (16,37).  Bizə  görə  də  bu  coğrafi  ad-Bcni  toponimi    Fəzlullah  Rəşiddəddinin    (18,  40)  və 
M.Kaşğarinin  (17)    araşdırmalarından  məlum  olduğu  kimi,  24  oğuz  tayfasından  olan  peçeneq 
etnonimi  əsasında  əmələ  gəlmiş  sadə  quruluşlu  etnotoponimdir.  Fəzlullah  Rəşiddədin  yazır  ki,  Göy 
xanın  övladlarından  biri  Beçənə  idi.  Bunun  mənası  yaxşı  işlərə  səy  göstərən  deməkdir  (18, 40). 
      Qaraqala.  Qaraqala  adlı  toponim  İrəvan  xanlığının  Dərəçiçək  mahalı  ərazisinə  daxil  idi. 
Toponim  Misxana  (Marmarik)  çayının  sahilində  Tayçarıx  kəndinin  yaxınlığında  yerləşirdi  (7,185). 
Kəndin  adı  İ.Şopenin  əsərində  ümumi  sıyahıda  452-ci  sırada,  mahal  üzrə  27-ci  sırada  verilmişdir 
(4,591).  Qaraqala  yer  adı  1728-ci  il    tarixli  “İrəvan  əyalətinin  icmal  dəftəri”ndə  də  qeyd  edilir 
(5,81).  B.Ə.Budaqov  və  Q.Ə.Qeybullayev  toponimi  izah  edərkən  yazırlar:  “Qala  adlarında  qara 
sözü  çox  halda  qara  rəngini  ifadə  etmir.  Qalanın  divarları  qara  rəngə  çala  bilməzdi.  Ona  görə  ki, 
təbiətdə  qara  rəngli  daş  yoxdur.  Fikrimizcə,  Qaraqalaların  əksəriyyəti  türk  dillərində  qarrı  “əski”, 
“köhnə”,  “qədim”  sözünün  danışıqda  “qara”  formasını  kəsb  etməsi  nəticəsidir.  Bəzi  adlarda  isə  qara 
sözü  ərəb  dilində  qəryə  “kənd”  mənasındadır.  Qaraqala  “köhnə  (qədim)  qala”  mənasındadır” 
(6,181).  İ.Bayramov  toponim  üzərində  apardığı  elmi  araşdırmalardan    belə  qənaətə  gəlir  ki,  kənd 
ərazidəki  qara  daşlardan  tikilmiş  qalanın  yanında  salındığı  üçün  Qaraqala  adlandırılmışdır  (7,186). 
Biz  də  belə  hesab  edirik  ki,  coğrafi  ad  qara  və  qala  sözlərindən  yaranmışdır.  Azərbaycan  dilində 
“qara”  bir  neçə  mənada  işlənir.  Toponimlərin  tərkibində    qara  “”keyfiyyətsiz,  içməyə  yararlı 
olmayan,  ağır,  aşağı  keyfiyyətli,  keyfiyyətsiz”  (hidronimlərdə),”böyük,  geniş”,  “sıx”,  “təpə,  qaya, 
dağın  zirvəsi”,  “zirvə”  mənalarında  işlənir  (19,27).  Eyni  zamanda  “qara”,  “böyük,  hündür,  yüksək, 
şiş”  mənasında  işlənir  (20,71).  Bildiyimiz  kimi,  qara  sözü  oronimik  toponimlərdə  “böyük”,  
“hündür”  mənasını  özündə  əks  etdirir.  Qala  coğrafi  nomeninə  gəlincə  isə  N.Yusifovanin  söz 
üzərində  apardığı    araşdırmalardan  məlum  olur  ki,  qala  topoformantı  yaşayış  ərazisinin  keçmiş 
tarixini  əks  etdirir  və  göstərir  ki,  hazırda  bir  sıra  coğrafi  adların  tərkib  hissəsi  kimi  “yer,  məkan” 
məzmununu  ifadə  edir  (21,96).  Deyilənləri  ümumiləşdirərək  belə  qənaətə  gəlirik  ki,  qala  sözü 
toponimlərdə  Azərbaycan  ədəbi  dilində  “müdafiə  məqsədilə  tikilən  tikili”  mənasında  işlənir.  Yəni 
coğrafi  ad  “böyük  əzəmətli  qala  yaxınlığında  salınmış  kənd”  mənasını  bildirir.  Eyni  adlı  toponimə 
İrəvan  quberniyasının  İrəvan  qəzasında,  Eçmiədzin,  Aleksandropol,  Tiflis  quberniyasının    Loru-
Pəmbək  qəzalarında   (7,184-186), Şirakel  nahiyəsində  (6,181) rast gəlinir.    
      Alapars.  Bu,  İrəvan  xanlığının  Dərəçiçək  mahalı  ərazisində  yerləşən  kəndlərdən  biridir. 
İ.Şopenin  əsərində  ümumi  siyahı  üzrə  426-cı,  mahal  üzrə  1-ci  sırada  verilmişdir  (4,591).  Kənd 
Zəngi  çayının  sahilində  yerləşirdi.  1728-ci  ilə  aid  olan  “İrəvan  əyalətinin  icmal  dəftəri”ndə 
Qırxbulaq  nahiyəsinin  tabeliyində  Alabars  adlı  toponim  qeydə  alınmışdır  (5,78).  Toponimin 
etimologiyasını  tədqiqatçılar  müxtəlif  formada  izah  edirlər.  B.Ə.Budaqov  və  Q.Ə.Qeybullayevə 
görə  Alapars  yer  adı  Azərbaycan  dilində  ala  və  farsca    barz  “hündür  yer”  sözlərindən  ibarətdir  (6, 
119).  İ.Bayramov  toponim  haqqında  belə  bir  qənaətə  gəlir  ki,  toponim  rəng  bildirən  ala  sözü  ilə  bars 
türk  etnonimi  əsasında  yaranmış  etnotoponimdir  (7,58).  Pars  sözü  Türkiyə  ərazisində  yerləşən  yer 
adlarının  tərkibində    totemik  vahid  kimi  iştirak  edir  (22,51).  Fikrimizcə,  türk  tədqiqatçıları  bunu 
pars  sözünün  qədim  türk  dillərində  “pələng”  (23,  1158)  mənasında  işlənməsi  ilə  əlaqələndirmişlər. 
Deməli,  Alapars  toponimi  rəng  bildirən  ala  sözü  ilə  qədim  türk  dilində  pələng  mənasında    işlənən 
pars sözü  əsasında  əmələ  gəlmiş  zootoponimdir.   
     Gümüş. 
İrəvan 
xanlığının 
Dərəçiçək 
mahalının 
inzibati-ərazi 
bölgüsünə 
daxil 
olan 
toponimlərdən  biri  Gümüşlü  adlanırdı.  İ.Şopenin  əsərində  Gümüş  formasında  ümumi  siyahl  üzrə 
428-ci,  mahal  üzrə  3-cü  sırada  verilmişdir  (4,591).  XVIII  əsr  mənbəyində  də  kəndin  adı  Gümüş 
kimi  qeydə  alınmışdır  (5,78).  Kənd  Zəngi  çayının  yanında,  Alapars  kəndinin  yaxınlığında  yerləşirdi. 
B.Ə.Budaqov  və  Q.Ə.Qeybullayev  erməni  mənbəyinə  əsaslanıb  göstərirlər  ki,  mənbələrə  əsasən 
toponimin  qədim  adı  Karen  (əsli  Karin)  olmuşdur  (6,326).  Toponimin  mənşəyi  ilə  bağlı  müxtəlif 
fikrilərə  rast  gəldik.  İ.Bayramov  kəndin  adını  ərazidə  yerləşən  filiz  yataqlarının  olması  ilə 
əlaqələndirir  (7,442).  H.Mirzəyev  də  yazır  ki,    Dərələyəz  mahalı  ərazisində  yerləşən    Gümüşxana 
coğrafi  adı  qədim  filiz  mədəninin  adı  əsasında  yaranmışdır.  (24,245).  Hətta  adın  gətirilmə  olduğu 
hesab    edilir  və  Anadoluda  Kumis  və  ya  Xumus  mahalından  gəlmə  ailələrin  məskunlaşması 

- 53 - 
nəticəsində  yarandığını,  orta  əsrlərdə  İranın  şimal-şərqində  Rey-Nişapur  arasında  bir  əyalətin  də 
Kumis  adlandığı  göstərilir  (6,326-327).  F.Rzayev  belə  hesab  edir  ki,  Gümüşlü  adının  müasir 
leksikonumuzda  olan  gümüş  metalının    adı  ilə  heç  bir  əlaqəsi  yoxdur.    Onun  mülahizəsinə  görə, 
oykonim  qədim  türk  dillərində  “kuşanlı-şöhrətli”  və  muş-buş-bus  tayfa  adından  yaranmışdır 
(25,203).  Gümüşlü  toponiminin  gümüş  metalla  əlaqəsi  olmadığını  qeyd  edən    digər  tədqiqatçı 
N.S.Bəndəliyevdir.  Belə  ki,  N.S.Bəndəliyevin  fikirincə,  Gümüşlü  toponimi  gümüş  sözü  və 
mənsubiyyət  bildirən  –lü  şəkilçisindən  yaranaraq  gümüşlüdən  olan  tayfaya  aiddir  (26,329). 
S.Mirmahmudova  Gümüş  toponimi  barədə  yazır  ki,  Razdan  (Dərəçiçək  mahalı  ərazisində  yardılan 
indiki  Ermənistanda  rayon-A.B.)  rayonunda  kənddir  və  həmin  ərazinin  yaxınlığında  gümüş  çarılan 
mədən  var  (27,37).  Deyilənləri  ümumiləşdirərək    belə  bir  qənaətə  gəlirik  ki,  toponimin  təsvir 
əsasında  yaranması  həqiqətə  daha  yaxındır.  Yəni,  toponim  “gümüş  olan  ərazi”  mənasını  bildirir. 
Azərbaycanın  Şərur,  Quba  (11,  214),  Qobustan  (26,238)  rayondalarında  da  Gümüşli  toponimi 
mövcuddur.    
 
ƏDƏBİYYAT 
 
1.
 
İ.Bayramov.  Qərbi Azərbaycanın  toponimlər  sistemi.  Bakı,  Elm,  2005, 432 səh. 
2.
 
Z.Qayqocalı.  Dərəçiçək  və  erməni  vandalizmi.  “Ulu  Göyçə”  qəz., 07.iyul  1993 
3.
 
Ф.Б.Линч.  Армения. Путевые очерки и этюды, т.I. Русские правинции. XXIII.Тифлис, 
И.Е.Питоев и К.1940,597 стр. 
4.
 
Шопен И.И.  Исторический памятник состояния Армянской области в    
           ee присоединения к Российской империи, СПб, Типография     
           Императорский Академии Наук.  1852, 1231 с.    
5.
 
İrəvan  əyalətinin  icmal  dəftəri  (Araşdırma,  tərcümə  qeyd  və  əlavələrin  müəllifi: 
Z.Bünyadov,  H.Məmmədov  (Qaramanlı).  Bakı,  Elm,  1996,184 səh. 
6.
 
B.Ə.Budaqov  və  Q.Ə.Qeybullayev.  Ermənistanda  Azərbaycan  mənşəli  toponimlərinin  izahlı 
lüğəti.  Bakı,  Nafta Press, 1998, 452 səh. 
7.
 
İ.Bayramov.  Qərbi Azərbaycanın  türk  mənşəli  toponimləri,  Bakı,  Elm,  2002, 696 səh. 
8.
 
N.Məmmədov.  Azərbaycanın  yer adları  (oronimiya).  Bakı,  Azərnəşr,1993,  184 səh. 
9.
 
Д.Д.Пагиров.  Алфавитный  указатель  к  пятиверстной  карты  Кафгазкого  края,  Тифлис, 
1900, к.1-36. 
10.
 
Azərbaycan  toponimləri.  Esiklopedik  Lüğət.  Bakı,  Azərbaycan  Ensiklopediyası,  Bakı:1999, 
588 səh. 
11.
 
Azərbaycan  toponimlərinin  ensiklopedik  lüğəti,  I c. Bakı,  Şərq-Qərb, 2007, 304 səh. 
12.
 
H.Rəhimoğlu.  Silinməz  adlar,  sağalmaz  yaralar.  Bakı,  Azərnəşr,  1997, 260 səh. 
13.
 
 Ф.Асадов.  Арабские  источники  о  тюрках  в  ранние  средневековье.  Баку,  Елм,1993, 
204 стр. 
14.
 
Г.А.Гейбуллайев. К этногенезу азербайджанцев. т.I. Баку,  Элм.1991. 552 стр.  
15.
 
Kırzıoğlu  M.Fahrettin.  M.Selcuklu-Fatihlerinden  (1064-1071)  önce  Doğu-Anadolu  türk  boy 
ve  oymaklarından  kalma  dağ  ve  su  adları//Türk  yer  adları  sempozyumu  bildirileri,  11-13 
Eylül  1984 Ankara,  Ankara:  Başbakanlık  Basımevi,  1984, s.75-96. 
16.
 
А.Гусензаде.  Ойконимы  Загафгазия    включающие  этнонимы  «Биченек»//Советская 
тюркология,№5,1982,34-37 
17.
 
 M.Kaşğari.  Divanü-lüğat-it  Türk,  I  c.,  (Tərcümə  edən  və  nəşrə  hazırlayan:  Ramiz  Əsgər). 
Bakı,  Ozan,  2006, 512 səh. 
18.
 
Fəzlullah  Rəşiddəndin.  Oğuznamə.  Bakı,  Azərnəşr,  1992, 72 səh. 
19.
 
İ.Bayramov.  Qərbi  Azərbaycan  toponimlərinin  tərkibində  iştirak  edən  söz  və  coğrafi 
terminlər  lüğəti.  Bakı,  Elm,  2000, 106 səh. 
20.
 
 T.Əhmədov.  Azərbaycan  paleotoponimiyası.   Bakı,  ADU,  1985, 88 səh. 
21.
 
 N.Yusufova.  Qala  coğrafi-nomeni  haqqında//Dil  məsələlərinə  dair  tematik  toplu,  №1,  səh. 
95-96, 1994 

- 54 - 
22.
 
 Mehmet  Ergöz.  Sosyölojik  Yönden  türk  yer  adları/  Türk  yer  adları  sempozyumu  bildirileri, 
11-13 Eylül  1984 Ankara,  Ankara,  Başbakanlık  Basımevi,  1984, s.43-53. 
23.
 
 В.В. Радлов. Опыт словарья тюрских наречии. т. IV. часть 1-2. СПб,1911,2230 стр. 
24.
 
 H.Mirzəyev.  Qərbi Dərələyəz  mahalı.  Bakı,  Elm,  2004, 856 səh. 
25.
 
 F.Rzayev.  Qədim  Şərur  oykonimlərinin  mənşəyi.  Bakı,  Nurlan,  2006, 242 səh. 
26.
 
 N.S. Bəndəliyev.  Dağlıq  Şirvanın  toponimləri.  Bakı,  2009, 348 səh. 
27.
 
 S.Mirmahmudova.   Ermənistanda  türk  mənşəli  yer adları.  Bakı,  Yazıçı,  1995, 72 səh. 
28.
 
 İ.Həbibbəyli.  Əzəli  Azərbaycan  torpağı-İrəvan.  “Azərbaycan”  qəz., 23 fevral  2008. 
 
ABSTRACT 
Almaz  Bayramova   
 
About  Derechichek region  of the Irevan  khanade and  some toponymes  situated on its 
territory 
Irevan  khanade  was  foundedin  the  XVIII  century.  There  were  15  regions  there.  One  of  them 
was  Derechichek.  The  toponymes  Derechichek,  Ferrux,Bijni,  Garagala,  Alapars,  Gumush  which 
were on the  territory  Derechichek  are explained  in  the  article. 
 
РЕЗЮМЕ 
                                                               Байрамов Алмаз 
  
Ираванского  ханства и  об округе Дарачичак  о топонимах, находящихся   
 территории  ханства  
Ираванского ханство зародилась в ХВЫЫЫ веке. Ханство состояло из 15 округов. 
Одна из них называлось Дарачичак. В статье говорится о таких  топонимах, как, Дарачичак, 
Фаррух,  Биджни, Гарагала, Алапарс, Гюмуш  , которые находятся  на территории округа 
Дарачичак. 
1   ...   4   5   6   7   8   9   10   11   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə