The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   2   3   4   5   6   7   8   9   ...   36

ƏDƏBİYYAT 
 
1.
 
Rza  R. Seçilmiş  əsərləri.  5 cilddə.  C. 2. “Öndər  Nəşriyyat”:  Bakı,  2005. 
2.
 
Şəhriyar  M.  Divani-türki.  “Sabah”:  Bakı,  1993.Cavid  H.  Əsərləri.  5  cilddə.  C.  2.  Bakı, 
2005. 
3.
 
Vurğun  S. Vaqif.  – Azərbaycan  dramaturgiyası  antologiyası.  “Şərq-Qərb”:  Bakı,  2007. 
4.
 
Füzuli.  Əsərləri.  6 cilddə.  C. 1. “Şərq-Qərb”:  Bakı,  2005. 
5.
 
Aristotel.  Poetika.  Azərnəşr:  Bakı,  1974. 
 
ABSTRACT 
  Hikmat  Mehdiev 
Pecularities  of using  Esopian  language in  the poetic drama  “Vagif”  by Samad  Vurgun                                                     
 
After  the  Bolshevik  conquest  one  of  the  ways  of  struggling  for  national  liberation  in  the 
Azerbaijan  literature  for  national  liberation  in  the  Azerbaijan  literature  was  to  use  their  national 
independence  ideals  by  the  patriotic  masters  of  word    in  the  Esopian  language    and  make  the 
censorship  confused.  And  from  this  point  of  view  the  poetical  drama  “Vagif  “    by  the  great 
Azerbaijan  poet    Samad  Vurgun  is  not  an  exception,  either.  In  a  number  of  dialogues  and 
monologues  in  the  drama  the  thoughts  by  the  patriotic  poet  about  the  freedom  of  this  people  sound 
in  symbols  in  the  languages  of his  images. 
                                                                   
РЕЗЮMЕ 
                                                      Хикмет Мехдиев 
Использование эзоповского языка в драме Самеда Вургуна « Вагиф» 
 
После падения большевизма одним из методов борббы патриотических мастеров 
слов    за  национальную  свободу, было использование эзоповского языка  с целю введение в 
заблуждение цензуру  для передачи своих независимых и сводолюбивых идей. 
Сэтой  точки  зрения  драма  великого  азербайджанского  поэта  Самеда  Вургуна  «  Вагиф»  не 
является  исключением.  Во  многих  диалогах  и  монологах  произведения  при  помоши 
символов,  устами  своих  героев,  автор  выражасет  мысли,  служащие  борьбе  на  пути 
независимости своего народа. 
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə fəlsəfə doktoru, dosent  İ.Cəfərov 
                                                                   
 

- 26 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  СЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
İMAN CƏFƏROV 
Naxçıvan Dövlət Universiteti 
UOT:82 
 
LEV  TOLSTOY  İRSİNƏ MÜNASİBƏTİN “MOLLA NƏSRƏDDİN” PRİNSİPLƏRİ 
 
  Açar  sözlər: Tolstoy, Hüseynov, 80 illik 
Keywords:  Tolstoy, Huseynov, 80 years 
Ключевые слова: Толстой, Гусейнов, 80 лет 
 
Akademik  İsa  Həbibbəyli  2007-ci  ildə  “Nurlan”  nəşriyyatı  tərəfindən  nəşr  olunan  “Ədəbi-
tarixi  yaddaş  və  müasirlik”  adlı  kitabının  “Molla  Nəsrədin”  ədəbi  məktəbi  və  mollanəsrəddinçilik” 
başlıqlı  bölümündə  Cəlil  Məmmədquluzadə  dühasından  nəşət  taparaq  ədəbi  məktəb  yaratmış 
məcmuənin  poetik-estetik  fikir  tariximizdəki  məqamını  son  dərəcə  dəqiqliklə,  həm  də  özünəməxsus 
lakonikliklə  dəyərləndirərək  yazır:  “Heç  şübhəsiz,  “Molla  Nəsrəddin”in  ədəbi  məktəb  mərtəbəsinə 
çatdırılması  bu  jurnalın  yaradıcısı  Cəlil  Məmmədquluzadənin  təşkitatçılıq  bacarığının  və  xüsusi 
ədəbi  məharətinin  nəticəsində  mümkün  olmuşdu.  Əslində  Cəlil  Məmmədquluzadə  Azərbaycandakı 
Şərq  yönlü  milli  inkişaf  meylləri  ilə  Qərb  maarifçiliyini  sintez  halında  çuğlaşdırmaqla  yeni  tipli 
ədəbiyyat  və  mətbuat  yaratmağa  müvəffəq  olmuşdur  ki,  bu  da  tez  bir  zamanda  öz  ətrafına  çoxlu 
sayda tərəfdarlar  və pərəstişkarlar  toplaya  bilmişdi.”  (3,  s. 636) 
Əslində  bu  müddəalar  öz-özlüyündə  bir  daha  təsdiqləyir  ki,  Cəlil  Məmmədquluzadə,  o 
cümlədən  “Molla  Nəsrəddin”  sənətinə  məxsus  monumentallığın  daha  aydın  görünüşü  üçün  dünya 
ədəbiyyatının  sənət  zirvələri  yenidən  sıralanmalı,  bu  silsilədə  Mirzə  Cəlilin  adı  ilə  bağlı  alp  sənətin 
hüdudları  dəqiqləşdirilməlidir. 
Qeyd  edək  ki,  XX  əsrin  20-ci  illərindən  sonra  “Molla  Nəsrəddin”  jurnalının  tədqiqatçıları 
bəzən  Sokratsayağı  deyimin  təsirilə  “pak  və  təmiz  insafın  səsinə”  qulaq  asaraq,  eyni  zamanda 
Rusiyanın  paytaxtından  diktə  edilən  prinsiplərə  uyğunluqla  Mirzə  Cəlil  sənətindən  söz  açarkən 
Qərbin,  əsasən  də  Rusiyanın  məşhur  qələm  sahiblərinin  əsərləri  ilə  müqayisə  aparmaqla  mənəvi 
cəhətdən  təsəlli  tapmışlar.  Bu  sırada  daha  çox  “Molla  Nəsrəddin”  ədəbi  məktəbi  ilə  böyük  rus  ədibi 
Lev  Tolstoy  irsi  arasındakı  estetik  yaxınlıqların  təhlilinə  üstünlük  verilmişdir.  Xüsusən  də 
Ə.A.Bağırovun  “L.Tolstoy  və  Azərbaycan  (1880-1920)”  monoqrafiyasında  (1,  s.  37-39),  rus 
ədibinin  anadan  olmasının  150-illiyi  münasibətilə  nəşr  olunan  “Sənətkara  töhfə”    məqalələr 
toplusunda  (5,  s.  95-97),  F.Hüseynovun  “Satirik  gülüşün  qüdrəti”  (4,  s.59-68),  X.Əlimirzəyevin 
“Dahi  sənətkar,  böyük  vətəndaş”  (2,  s.  602-604)  kitablarında  Lev  Tolstoyla  bağlı  “Molla 
Nəsrəddin”  jurnalında  çap  olunan  materialların  müəyyən  qədər  geniş  təhlil  edildiyini  görürük. 
Bununla  belə,  görkəmli  mirzəcəlilşünaslar  Cəlil  Məmmədquluzadə  və  Lev  Tolstoy  ədəbi 
əlaqələrindən  söz  açarkən  əsasən  “Molla  Nəsrəddin”  məcmuəsində  çap  olunmuş  bir  neçə  irihəcmli 
materiala  istinad  etmiş,  sanki  bir  ənənə  halında  “Tolstoy”  başlıqlı  məqalə-felyetonunu  (“Molla 
Nəsrəddin”,  16  mart  1908,  №  11),  məcmuənin  15  noyabr  1909-cu  il  tarixli  46-cı  sayında  oxuculara 
təqdim  olunmuş  “Qraf  Tolstoy”  adlı  portret-karikaturanı,    “Xabi-qəflət”  publisistik  əsərini  (“Molla 
Nəsrəddin”,  06  dekabr  1909,  №  49),  “Qraf  L.Tolstoy”  sərlövhəli  nekroloq-felyetonunu  (“Molla 
Nəsrəddin”,  20 noyabr  1910, № 37) nəzər  nöqtəsinə  çəkmişlər.   
Ümumiyyətlə,  “Molla  Nəsrəddin”  jurnalında  Lev  Tolstoyla  bağlı  materialları  aşağıdakı 
qruplar  üzrə  təsnifləndirmək  mümkündür: 
1.
 
Məcmuənin  səhifələrində  çap  olunmuş  müxtəlif  məzmunlu  və  müxtəlif  janrlı 
əsərlərdə  dünyaşöhrətli  rus ədibi  L.Tolstoyun  yanlız  adı  çəkilir. 
2.
 
Cəlil  Məmmədquluzadə  və  onun  mübariz  qələm  yoldaşları  tərəfindən  qələmə  alınmış 
ayrı-ayrı  materiallarda  Lev Tolstoydan  nisbətən  geniş  söz açılır.   

- 27 - 
3.
 
Bəzi  portretlər  və  karikaturalar  birbaşa  və  ya  dolayısı  ilə  L.Tolstoy  dühasını  yada 
salır.   
 “Molla  Nəsrədin”  jurnalının  18  oktyabr  1909-cu  il  tarixli  42-ci  sayında  “Yuxugörən” 
imzası  ilə  getmiş  “Milli  bayram”  yazısında,  məcmuənin  30  dekabr  1910-cu  il  tarixli  42-ci  sayındakı 
“Kefsiz”  imzalı  şeirdə,  dərginin  18  yanvar  1911-ci  il  tarixli  3-cü  sayındakı  “Pişik”  başlıqlı  söhbət-
felyetonda,  bir  teleqtaf  xəbərində  (“Molla  Nəsrəddin”,  12  iyul  1913,  №  19)  və  nəhayət,  jurnalın 
Təbriz  şəhərində  çıxan  4-cü  sayında  (“Molla  Nəsrəddin”,  31  mart  1921,  №  4)  oxucu  yanlız 
L.Tolstoyun  adı  ilə  qarşılaşır.    Əlbəttə,  müxtəlif  mətnlər  içərisində  belə  adçəkmələrin  özü  də  müəllif 
ideyasına  xidmət  edir.  Yəni  qeyd  edilən  formatda  da  ya  ictimai-milli  təfəkkürün  diqqəti  Tolstoy 
dühasına  yönəldilir,  ya  Azərbaycan  aydınlarının  rus    ədibinə  münasibəti  yada  salınır,  ya  da 
yaşanılan  cəmiyyətdə  dərin  kök salmış  hansısa  bir  ictimai  nöqsan  tənqid  olunur.   
Mümkündür  ki,  haqqında  söz  açılan  bu  materiallarda  Tolstoyun  sadəcə  adı  çəkildiyindən 
əlaqəli  tədqiqat  əsərlərində  həmin  yazıların  geniş  təhlilinə  ehtiyac  görülməyib.  Halbuki, 
mollanəsrəddinçi  sənətdə  Lev  Tolstoy  adının  işlədilməsi  məhz  mühüm  ədəbi-estetik  funksiyanın 
kerçəkləşməsinə  xidmət  edib.  Məsələn,  “Yuxugörən”  imzalı  müəllifin  yuxusundan  ibarət  “Milli 
bayram”  felyetonunda  Tiflis  “Şeytanbazar”ının  tamamilə  yeniləşməsindən,  “Nazir”  təxəllüslü 
Abbas  ağa  Qaibzadənin  60  illik  yubileyinin  müsəlmanlar  tərəfindən  milli  bayram  səviyyəsində 
keçirilməsindən  danışılır.  Əlbəttə,  felyetonda  tənqidin  əsas  hədəfi  müsəlman  qardaşların  öz  yazıçı 
ziyalısına  biganəliyidir.  Lakin  bu  biganəlik  fonunda  Yuxugörən    şair  Abbas  ağa  Qaibzadənin 
xidmətlərini  sadalamağı  vacib  bilir  və  həmin  xidmətlər  sırasında  Tolstoydan  edilən  tərcümələri 
məxsusi  xatırladır:  “Cənab  Abbas  ağa  Qaibzadəyə  mən  qaibanə  məhəbbət  yetirmişdim.  Onun 
mövzun  şeirlərini,  “Rüstəm-Söhrab”  hekayəsini,  Mustafa  ağa  Arifə  yazdığı  məktubları,  öz  “Bəyahi-
halını”  və Tolstoydan  etdiyi  tərcümələri  oxuyub  cani-dildən  onu  görməyi  arzu  edirdim.”  (7, s. 222) 
Əslində  “Milli  bayram”  felyetonunda  yuxu  olmayan,  yaxud  reallığı  əks  etdirən  məhz 
yuxarıdakı  cümlədir  ki,  həmin  cümlə  də  Azərbaycan  bədii  təfəkküründə  artıq    Tolstoy  sənətinə 
xüsusi  yer  ayrıldığını  təsdiqləməkdədir.  Bəlkə  də  bu  səbəbdəndir  ki,  Ə.A.Bağırov  “Lev  Tolstoy  və 
Azərbaycan”  kitabında  bir  cümlə  həcmində  Abbas  ağa  Nazirlə  bağlı  “Molla  Nəsrəddin”dəki  həmin 
yazıdan  söz  açmağı  gərəkli  saymışdır:  “Jurnalda  çap  olunmuş  bir  yazıda  şair  Abbas  ağa  Nazirin 
millət  üçün  göstərdiyi  xidmətlər  sırasında  onun  Tolstoydan  etdiyi  tərcümələr  ayrıca  qeyd  edilirdi.” 
(1, s. 38) 
Eyni  xarakterli  daha  bir  materiala  “Molla  Nəsrəddin”  məcmuəsinin  30  dekabr  1910-cu  il 
tarixli  42-ci  sayında  rast  gəlirik.  Daha  doğrusu,  məcmuənin  göstərilən  sayının  ilk  yazısı 
“Ədəbiyyat”  başlıqlı  və  “Kefsiz  ”  imzalı  bir  şeirdən  ibarətdir.  Şeir  “1910-cu  ilə  vida”  epiqrafı  ilə 
başlayır    və  19  beyt  daxilində  dünya  üzrə  ötən  ilin  bir  çox  mühüm  hadisələri,  o  cümlədən  Zilli-
Sultanın  İrana  qayıtması  haqqında  Məclisin  qərarı,  Portuqaliyada  “kral”ın  taxtdan  yendirilməsi, 
Bakıda  bir  xarici  iş  adamının  iflasa  uğraması,    ziyalıların  yenə  də  kafir  elan  edilməsi  və  s.  sadalanır. 
Sadalanan  bütün  digər  hadisələr  oxucuda  hiddət  doğurduğu  halda,  Tolstoyun  vəfatını    xatırladan 
beyt  təəssüf  hissi  yaradır: 
 
 
Avropaya  getdi  Mədəli  şah, 
 
 
Fikri  nə isə,  bilir  bir Allah. 
Bu  ildə  Tolstoyun  vəfatı, 
Məyus  buraxdı  şeş cəhatı. 
...Yüz  min  oxumuş  olundu  təkfir, 
Məşrutəçilər  edildi  təhqir.  (7,  s. 678) 
 
“Molla  Nəsrəddin”  jurnalında  Lev  Tolstoyun  adı  çəkilən  materiallardan  biri  də  məcmuənin 
18  yanvar  1911-ci  il  tarixli  3-cü  sayında  çap  olunmuş  “Lağlağı”  imzalı  “Pişik”  felyetonudur. 
Fikrimizcə,  Ə.A.Bağırov  “L.Tolstoy  və  Azərbaycan”    kitabında    “Tolstoy  ədəbi  irsinə  düzgün 
yanaşıb,  onu  sənətkar  və  din  müəssisi  kimi  doğru  səciyyələndirən  mətbuat  orqanlarından  biri  də 
“Molla  Nəsrəddin”  jurnalı  olmuşdur”  müddəasını  irəli  sürərkən  (1,  s.  37)  müəyyən  qədər  ifrata 
varsa  da,  birbaşa  “Pişik”  felyetonuna  istinad  etmişdir.  Əlbəttə,  yuxarıdakı  müddəada  müəllifin  ifrata 
varması  qənaətinə  təsadüfən  gəlməmişik.    Qeyd  edək  ki,  ümumiyyətlə,  Tolstoyun  “din  müəssisi 
kimi  səciyyələndirildiyini”  “Molla  Nəsrəddin”  jurnalında  böyük  rus  ədibinin  hətta  sadəcə  adı 

- 28 - 
çəkilən  heç  bir  materiada  izləmirik.    “Pişik”  felyetonunda  isə  Tolstoy  şəxsiyyəti  Məhəmməd,  Musa, 
İsa  kimi  peyğəmbərlərlə  eyni  tutulur,  lakin  felyeton  daxilində  peyğəmbərlər  belə  ideallaşdırılmır  və 
Tolstoydan  öncə Qalileydən,  İbn  Rüşddən,  Midhəd  paşadan söz  açıllır. 
Formaca  “Pişik”  felyetonu  “Molla  Nəsrəddin”  jurnalının  iki  əməkdaşının  –  Məşədi 
Mozalanla  Lağlağının  mükaliməsi  şəklində  qələmə  alınmışdır.  Mükalimədə  əsas  məsələ  isə  ictimai 
həyatda  dünyabaxışları,  yaşayış  tərzlərini  dəyişdirməyin  üsuludur.  Və    bu  problemə  münasibətdə 
mahiyyətcə  Lağlağı  inqilab,  Məşədi  Mozalan  isə  təkamül  tərəfdarı  kimi  çıxış  edir.  Lağlağının 
fikrincə,  bəşər  tarixində  həzrət  Məhəmməd,  Musa,  İsa  kimi  peyğəmbərlər,  Qaliley,  Tolstoy,  İbn 
Rüşd,  Midhəd  paşa  kimi  böyük  şəxsiyyətlər,  elan  etməsələr  də,  məhz  inqilab  yolu  ilə  getmişlər.  Öz 
mövqeyini  Lağlağı  aşağıdakı  cümlələrlə  əsaslandırır:  “Əgər  həzrət  Məhəmməd  öz  ata-babasının,  öz 
qonşu  və  camaatının  əziz  və  müqəddəs  olan  əqidələrinə,  adətlərinə,  dolanmaqlarına  toxunmayıb, 
onların  xoşuna  gedəcək  surətdə  yavaş-yavaş  rəftar  etsəydi,  camaatın  öldürməyindən  qurtulmaq 
üçün  gecə ilə  Mədinədən  qaçmağa  məcbur  olarmıdı? 
Əgər  həzrət  Musa  Firon  və  camaatı  ilə  mülayimanə  dolansaydı,  daha  Tiyə  çöllərində 
qalarmıdı? 
Əgər  həzrət  İsa  milləti  ilə  xoş  keçinsəydi,  onların  əqidəsinə  toxunmasaydı,  dar  ağacından 
asılıb  ölərmidi? 
...Əgər  həkim  Qaliley  dünyanın  hərləndiyini  inkar  edib  xoş  rəftar  etsəydi,  dırnaqlarından 
çəkilərmidi? 
Əgər  İbn  Rüşd,  İbn  Sina  mollaların  və  əvamın  ziddinə  söz  danışmasaydılar,  təkfir 
olunarmıdılar? 
Əgər  Midhət  paşa  ümumun  fikrinə  riayət  etsəydi,  Taif  zindanında  köməksiz  qalıb 
boğularmıdı? 
Əgər Tolstoy  öz əqidəsi  üstündə  durmasaydı,  kəlisalardan  qovularmıdı?”  ( 8,  s. 21-24) 
Göründüyü  kimi,  felyetonda  yalnız  bir  cümlədə  Tolstoyun  adı  çəkilsə  də,  onun  kilsədən 
qovulma  səbəbləri,  yaxud  Tolstoyla  din  nümayəndələri  arasındakı  qarşıdurmanın  mahiyyəti 
açıqlanmır.    Bununla  belə,  oxucu  rus  ədəbiyyatının  bu  qüdrətli  nümayəndəsini  də  insanlıq  tarixində 
ciddi  dönüşlərə  imza  atmış  dahi  şəxsiyyətlərdən  biri  olaraq  tanıyır. 
 
“Molla  Nəsrəddin”  məcmuəsində  Lev  Tolstoydan  nisbətən  geniş  danışıldığını  “Tolstoy” 
(“Molla  Nəsrəddin”,  16  mart  1908,  №  11),  “Teleqraf”  (“Molla  Nəsrəddin”,  13  aprel  1908,  №  15), 
“Xabi-qəflət”  (“Molla  Nəsrəddin”,  6  dekabr  1909,  №  49),  “Qraf  L.Tolstoy”  (“Molla  Nəsrəddin”,  20 
noyabr  1910,  №  37),  “Teleqraf  xəbərləri”  (“Molla  Nəsrəddin”,  12  iyul  1913,  №  19)  başlıqlı 
materiallarda  izləyirik. 
 
Əlbəttə,  elmi  fikrin  “Tolstoy”  məqalə-felyetonuna,  “Qraf  Tolstoy”  nekroloq-felyetonuna 
dair  nisbətən  geniş  təhlilləri  təqdirəlayiqdir.  Bununla  belə,  həmin  materiallarla  tanışlıq  deməyə  əsas 
verir  ki,  sanki  ənənə  halında  tədqiqatçılar  birbaşa  Tolstoydan  bəhs  edən  cümlələri  nəzər  nöqtəsinə 
çəkmiş,  öz  elmi  dəyərləndirmələrini  həmin  cümlələr  həddində  yekunlaşdırmışlar.  Məsələn, 
X.Əlimirzəyevin  “Dahi  sənətkar,  böyük  vətəndaş”  kitabında  hətta  mənbə  göstərlimədən  “Tolstoy” 
məqalə-felyetonundan  aşağıdakı  şəkildə  söz  açılır:  “C.Məmmədquluzadə  “Molla  Nəsrəddin” 
jurnalını  nəşrə  başladıqdan  sonra  Tolstoy  irsindən  öyrənmək  və  onu  geniş  təbliğ  etmək  işini  daha 
səmərəli  bir  şəkildə  davam  etdirmişdir.  Xüsusilə  1908-1910-cu  illər  arasında,  əvvəllər  Tolstoyun 
anadan  olmasının  80  illiyi,  daha  sonra  isə  vəfatı  münasibəti  ilə  bir  neçə  məqalə  verilmişdir.  Tolstoy 
yaradıcılığının  böyüklüyü,  qüdrəti  və  genişliyi  haqqında  oxuculara  ətraflı  məlumat  verən  belə 
məqalələrdən  birində  deyilirdi:  “Rus  ədiblərindən  aləmə  məşhur  olan  qraf  Tolstoyun  bu  yaxınlarda 
həştad  yaşı  tamam  olur.  Demək  olar  ki,  yer  üzündə  nə  qədər  millətlər  varsa,  hamısı  Tolstoyun 
həştad  illik  bayramına  şərik  olacaqdır...  Demək  olar  ki,  bəlkə,  yer  üzündə  indiyədək  heç  bir  kəs 
yazıçılıqda  qraf  Tolstoy  kimi  hörmət  və şöhrət  qazanmayıb.”  (2,  s. 603) 
 
Fikrimizcə,  “Tolstoy”  başlıqlı  məqalədə  müəllifi  düşündürən  heç  də  bir  rus  yazarının  ömür 
və  sənət  yolu  deyil,  əsasən  qəflət  yuxusunda  uyuyan  təfəkkürlərin  bəşər  fikri  tarixindəki  son 
dərəcədə  əhəmiyyətli  hadisələrə  biganəliyi,  laqeydliyidir.  Haqqında  danışılan  məqalə-felyeton  həcm 
etibarilə  hər  birində  bir  və  ya  bir  neçə  cümlə  olan  11  abzasdan  ibarətdir.  Əsərlə  tanışlıq  deməyə  əsas 
verir  ki,    bu  balaca  əsərdə  müəllif  mövqeyinin  aydınlaşdırılması  üçün  xüsusi  təhlilə  ehtiyac  vardır. 

- 29 - 
Məqalə-felyetonda  satirasız  və  mübaliğəli  kinayəsiz  cəmi  bir-iki  cümlə  qələmə  alınmışdır.  Daha 
doğrusu,  müəllif  Tolstoy  böyüklüyü  haqqında  təsəvvür  yaratmaqdan  ötrü  özünəməxsus  şəkildə 
mübaliğəyə  yer  vermiş,  eyni  zamanda  doğma  həmvətənlərinin  Tolstoy  irsinə,  o  cümlədən, 
ümumiyyətlə,  böyük  sənətə  münasibətlərində  müşahidə  olunan  laqeydliyi  satira  alovunda  külə 
döndərmək  istəmişdir.  Bəli,  “Tolstoy”  məqalə-felyetonunda  böyük  rus  ədibinin  sənətinə  dair  hər 
hansı  bir  məlumata  rast  gəlmədiyimiz  kimi,  Tolstoyun  yaradıcılığı,  əsərləri  haqqında  cüzi  bilgi  belə 
almırıq.  Əlbəttə,  məqalədə  fikrin  bu  formada  təqdimi  müəllif  üslubunun  özünəməxsusluğu,  yeniliyi 
kimi  diqqəti  cəlb  edir  və  sanki  bu  üsulla  ictimai  şüur  birbaşa  Tolstoy  irsinə  istiqamətləndirilir.  Digər 
tərəfdən,  məqalə-felyetonun  məhvedici  satiradan  ibarət  son  yarısı  sanki  səfərbəredici  mahiyyət 
daşıyır,  oxucuları  dünya  ilə  ayaqlaşmağa  səsləyir.  Budur,  müəllif  bildirir  ki,  Qafqaz 
müsəlmanlarından  da  yeddi  vəkil  Tolstoyun  80  illiyində  iştirak  etmək  üçün  Yasnaya  Polyanaya 
gedəcək.  Eyni  zamanda  vəkillərədən  birinin  ordubadlı  Hacı  Əşrəf  Əli  oğlunun,  digərinin  naxçıvanlı 
Məşədi  Qasımın,  üçüncünün  Danabaş  kəndindən  Kərbalayı  Heydərqulunun,  dördüncünün  Sürməli 
mahalında  Aralıxbaş  kənd  qlavası  Məşədi  Bilalın  olması  artıq  satiranın  dolğunluğundan  xəbər 
verməkdədir. 
Bununla 
kifayətlənməyən  “Hərdəmxəyal”  imzalı  yazıçı  doğma  həmvətənlərinin 
Tolstoy  irsinə  münasibətini  daha  aydın  şəkildə  belə  canlandırır:  “Bundan  əlavə,  Şamaxıda  mərhum 
Həsənbəy  Məlikovun  yadigarı  üçün  açılan  altı  şöbəli  məktəbdə  Tolstoyun  naminə  bir  şöbə  də 
artıracaqlar.  Bakı  müəllimləri  Tolstoyun  kitablarından  bir  neçəsini  türk  dilinə  tərcümə  edib  İrəvanda 
müsəlman  mətbəələrinin  birində  çap  eləyib  ucuz  qiymətə  paylayacaqlar  müsəlman  qardaşlara. 
Tiflisdə  avqustun  28-də  müsəlmanlar  cəm  olacaqlar  Sumbatov  küçəsinə  və  orada  “Tolstoy  axşamı” 
düzəldib  nitqlər  söyləyəcəklər  və çaxır  içib  keflənəcəklər  və bir-birini  kötəkləyəcəklər.   
Bakıda  avqustun  28-də  və  ondan  bir  az  qabaq  müsəlmanlar  Tolstoyun  sağlığına  bir  az 
atışacaqlar,  müsəlmanların  teatr  dəstəsi  avqustun  28-də  oynayan  vaxt  müsəlmanılar  teatr  dəstəsini 
daşa basacaqlar.   
Xülasə,  biz  də inşallah,  Tolstoyu  layiqincə  yad edərik.”  (6,  s. 89) 
Fikrimizcə,  məcmuənin  13  aprel  1908-ci  il  tarixli  15-ci  sayında  yer  tutan  “Teleqraf” 
sərlövhəli  satiranı  da    “Tolstoy”  məqalə-felyetonunun  davamı  kimi  dəyərləndirmək  lazımdır.  Əgər 
“Tolstoy”  yazısında  müəllifin  kinayəli  arzuları  qələmə  alınmışsa,  “Teleqraf”  sərlövhəli  materialla 
tanışlıq  nəticəsində  oxucu  bir  daha  yəqinləşdirir  ki,  mövcud  məkan  və  zaman  daxilində 
mollanəsrəddinçi  yazara  məxsus  arzuların  həyata  keçməsi  qeyri-mümkündür.  Teleqrafın  mətnində 
rus  filosof  yazıçısının  səksən  illiyi  ilə  bağlı  Bakı  camaatının  bir  yerə  yığışması,  Seyid  Haram 
Halalzadənin  yazıçının  tərcümeyi-halına  dair  nitq  söyləməsi  xəbər  verilir,  eyni  zamanda  natiqin 
əsasən  öz  şəxsi  mənafeyi  üçün  çalışması  bildirilir.  Yəni  mollanəsrəddinçi  sənətdə  tənqid 
hədəflərindən  biri  də  böyük  qələm  sahiblərinin  yubileylərindən,  əsərlərindən  öz  var-dövlətlərini 
artırmaq  üçün  istifadə  edən  yalançı  oxumuşlardır.   
 
Mollanəsrəddinçilərin  Lev  Tolstoy  irsinə  münasibətindən  bəhs  edən  hər  bir  tədqiqatçı  bu  və 
ya  digər  dərəcədə  məcmuənin  20  noyabr  1910-cu  il  tarixli  37-ci  sayında  çap  olunmuş  “Qraf 
L.Tolstoy”  nekrolok-felyetonundan  da bəhs etmişdir.   
 
Azərbaycan  ədəbiyyatşünaslığında    “Qraf  L.Tolstoy”  nekrolok-felyetonuna  dair  daha  geniş 
təhlillərlə  F.Hüseynovun  “Satirik  gülüşün  qüdrəti”  kitabında  qarşılaşırıq.  Doğrudur,  “Satirik 
gülüşün  qüdrəti”  kitabındakı  təhlillər  elmi  obyektivliyi  ilə  səciyyələnsə  də,  bəzi  mülahizələrlə 
razılaşmaq  çətindir.  Məsələn,  müəllif  yazır:  “Qraf  L.Tolstoy”  məqaləsi  bir  neçə  cəhətdən 
maraqlıdır.  Burada  dərin  kədər  hissi  ilə  yanaşı,  Tolstoy  irsi  yüksək  qiymətləndirilir  və  təbliğ  olunur. 
...Məqalənin  əvvəlində  həmçinin  Tolstoy  ədəbi  irsi  və  təliminin  cəmiyyətin  müxtəlif  təbəqə  və 
zümrələri  tərəfindən  öz  xeyrinə  istifadə  edilməsinə  işarə  olunur.  Məqalənin  əsas  hissəsi  L.Tolstoyun 
“Şərq hərəkətsizliyi”  barədə təliminin  tənqidinə  həsr edilmişdir.”  (4, s. 66)  
Fikir  aydınlığı  üçün  qeyd  etməyə  ehtiyac  vardır  ki,  “Coməri”  imzası  ilə  çap  olunan  “Qraf 
L.Tolstoy”  məqaləsi    məşhur  rus  ədibinin  vəfatı  münasibətilə  qələmə  alınsa  da,  müəllifi  düşündürən 
əsas  məsələ  Qərbdə  və  Şərqdə  insanlıq  tarixində  yeni  mərhələlərə  imza  atmış  dahi  şəxsiyyətlərə 
münasibətin  köklü  surətdə  fərqli  olmasıdır.  Əslində  mollanəsrəddinçi  müəllif  bütün  göstəricilər  üzrə 
Asiyanın  Avropaya  nisbətən  geri  qalmasının  səbəbini  dünyanın  bu  qitəsində  böyük  təfəkkür 
sahiblərinə  ictimai  münasibətin  qeyri-sağlam  olmasında  görərək  yazır:  “...Asiyada  bir  nəfər  insan 

- 30 - 
əmələ  gəlir  ki,  çox  qabil,  çox  kamil,  qüvvəsi,  kəlamatı,  yazısı,  təsnifatı,  hər  işi  və  hər  hərəkatı  sair 
insanlardan  fövq  və  əla  dərəcəsində  olur.  Bu  adamın  barəsində  o  saat  camaat  iki  hissə  olacaq:  bir 
hissəsi  dərhal  bunu  təkfir  edəcək,  qətlinə  fitva  verəcək.  İkinci  hissə  nə  edəcək?  Onlar  da  bu  adamı 
necə  ki  var,  elə  görməyəcəklər:  bunu  övliya,  imam,  peyğəmbər,  bəlkə,  Allah  yerində  tutacaqlar.  ... 
O adam da yavaş-yavaş  şübhəyə  düşüb  özünü  müstəhəq  bilib,  bir  mövhumi  məqam  iddia  edəcək. 
İndi  bizim  bu  cəfəngiyatı  yazmaqdan  məqsudumuz  budur  ki,  Asiyadan  çıxan    dahiləri, 
müstəhidləri,  Tolstoy  və  Edissonları  ya  təfkirçilər  müzməhəl  edib  qurtarıblar,  ya  təqdisçilər 
biçarələri  mühüm  iddia  etməyə  vadar  ediblər,  qoymayıblar  ki,  istedad  öz  təbii  halında  getsin,  aləmi 
bəşəriyyətə  öz fikri  qaydasınca  xidmət  etsin. 
Amma  yevropalılar  belə  olmayıblar,  hər  kəsi  necə  ki,  var  elə  də  tanıyıblar.  Bismarkı 
kəmərbəstə,  Edissonu  sahibi-ecaz,  Tolstoyu  kəlamın  vəhi-asimanı  bilməyiblər.”  (7,  s. 639 ) 
“Qraf  L.Tolstoy”  məqaləsindən  oxucu  həm  də  həddindən  çox  ümumi    şəkildə  onu  öyrənir 
ki,  öz  vaxtında  Tolstoy  bir  neçə  nəfər  ruhani  tərəfindən  təkfir  edilsə  də,  böyük  əksəriyyətlə 
cəmiyyət  üzvlərinin  yazıçıya  münasibəti  dəyişməmişdir.  Çünki  Avropada  insanların  kor-koranə 
formada  ruhani  atalara  riayət  etməsi  artıq  keçmişdə  qalmışdır. 
 
Məlumdur  ki,  böyük  Mirzə  Cəlilin  adı  ilə  bağlı  “Molla  Nəsrəddin”  jurnalının  həyata 
keçirməyə  çalışdığı  missiyalar  sırasında  bütün  müsəlman  dünyasını  qəflət  yuxusundan  oyatmaq 
aparıcı  yerlərdən  birini  tutmuşdur.    Digər  tərəfdən,  saxtakarlıqla  ziyalı  donuna  girən  bəziləri  də 
guya  məhz  ictimai  tərəqqiyə  qənim  kəsilmiş  qəflət  yuxusu  ilə  mübarizəni  gərəkli  sayaraq 
çıxışlarında 
bu 
məsələyə 
dönə-dönə 
qayıtmaqla 
xalqın 
qayğıları 
ilə  daha  yaxından 
maraqlandıqlarını  təsdiqləməyə  çalışmışlar.  “Molla  Nəsrəddin”  ədəbi  məktəbinin  yaradıcısı  Cəlil 
Məmmədquluzadə 
və 
digər 
mollanəsrəddinçilər 
bu 
məsələdə 
də 
xalqın  aldadılacağından 
ehtiyatlanmış,      vətən  qardaşlarını  həqiqət  axtarıcılığına  səsləmiş,  eyni  mövzuda  Tolstoya  məxsus 
fikirlərin  yanlış  anlaşılacağını  nəzərə  aldıqlarından  məsələnin  mahiyyətinə  aydınlıq  gətirmişlər. 
Beləliklə,  “Yuxugörən”  imzalı  “Xabi-qəflət”  felyetonundakı    “Qraf  Tolstoy  ilə  bizim  vaizlərin  bir 
rəy  və  əqidədə  olmağı,  doğrusu  ki,  bizi  çox  şad  edir”    cümləsi  bütövlüklə  kinayədən  ibarətdir.  Bu 
kinayəni  görməkdən  ötrü  sonrakı  cümlələrə  diqqət  yetirmək  kifayətdir:  “Qraf  Tolstoy  ilə  bizim 
vaizlərin  bir  rəy  və  əqidədə  olmağı,  doğrusu  ki,  bizi  çox  şad  edir.  Amma  heyf  ki,  Tolstoyun  bircə 
səhvi  var.  O  deyir  ki,  Allah  rizası  məhəbbətlə  bağlıdır.  Harda  məhəbbət  varsa,  orada  Allah  da  var. 
Məhəbbət  olmayan  yerdə  –  Allah  da  yoxdur.  O  deyir  ki,  Allah  rizasını  əmələ  gətirmək  üçün  hamıya 
qardaş  gözü  ilə  baxmaq  lazımdır,  hamıya  qulluq  etmək,  xeyir  vermək  və  hamının  ehtiyacını  rəva 
etmək  lazımdır.  Amma  bizim  vaizlər  Allah  rizasını  özgə  şeylərdə  görürlər.  Onlar  Allah  rizasını 
xüms  və  zəkat  verməkdə,  bayramlarda  və  əziz  günlərdə  hazır  olan  ləziz  təamlarda,  imam 
ehsanlarında  bişən  yağlı  plovlarda...xülasə,  gözə  görükən  və  iştaha  oynadan  şeylərdə  görürlər.”  (7,  
s. 306) 
 
Prinsipcə, 
L.Tolstoyun 
“Allah 
rizası 
məhəbbətlə 
bağlıdır” 
ideyası 
Cəlil 
Məmmədquluzadənin  həyat  amalına  tamamilə  uyğun  idi  və  “Molla  Nəsrəddin”  jurnalı  da  ilk 
səhfəsindən  son səhifəsinə  qədər böyük  ədibin  vətən  qardaşlarına  məhəbbətini  ifadə  edirdi.   
Əlbəttə,  Azərbaycan  ictimaiyyətinin  tamamilə  Tolstoy  sənətindən  xəbərsiz  qaldığını 
söyləmək  doğru  olmaz.  Digər  tərəfdən,  istənilən  yeniliklə  barışmayan  cəmiyyət  üzvlərinin  böyük 
əksəriyyəti  məhz  bu  böyük  rus  ədibinə  müxalif  mövqedə  dayanmışlar.  Tolstoya  din 
nümayəndələrinin    və  köhnəfikirli  imtiyaz  sahiblərinin  mənfi  münasibətini  ifşa  edən  daha  bir 
materiala  “Molla  Nəsrəddin”  məcmuəsinin  24  oktyabr  1913-cü  il  tarixli  24-cü  sayında  rast  gəlirik. 
Daha  doğrusu,  həmin  saydakı  karikaturalardan  biri  prinsip  etibarilə  tolstoyçuluğun  təntənəsini  ifadə 
etməkdədir.  Çünki  karikaturanın  mərkəzində  bir  qədər  də  qalib  görkəmdə  bir  gimnaziya  tələbəsi 
dayanmışdır.  Onun  başı  üzərində  isə  əmmaməli  din  nümayəndəsinin  çomağı  və  imkanlı  bir  şəxsin 
əsası  haçalanmışdır.  Rotterin  fırçasından  çıxmış  karikaturadakı  mərkəzi  sima  –  Tolstoy  təlimi  ilə 
silahlanmış  gimnazist  artıq  mühafizəkar  qüvvələrin  təqib  və  təzyiqlərindən    zərrə  qədər  çəkinmir. 
Karikaturanın  aşağısındakı  alt  yazı  da  Tolstoy  qüdrəti  qarşısında  köhnəfikirli  insanların  əlacsızlığını 
ifadə  etməkdədir:  “Vələdizzina,  sənmi  deyirsən  ki,  Tolstoy  bizim  müctəhidlərimizdən  artıq  bilirdi 
və camaata  onlardan  artıq  fayda  verirdi?  Gərək sənin  dilini  kəsək.” (8, s. 638) 

- 31 - 
 
Bəli,  mollanəsrəddinçi  sənətdə  bütövlüklə  dünya  ədəbiyyatının  mütərəqqi  hadisələrinə,  o 
cümlədən  Lev  Tolstoy  irsinə  də  xüsusi  ehtiramla  yanaşıldığı  müşahidə  edilir.  Lakin  böyük  Mirzə 
Cəlili  və  digər  mollanəsrəddinçiləri  daha  çox  Şərq  və  Qərb  mütəfəkkir  yazarlarının  həyatı  və 
yaradıcılığı  deyil,  islam  aləminin  geriliyi,  mühafizəkar  vətən  qardaşlarının  dünyada  gedən 
proseslərdən  xəbərsizliyi  düşündürmüşdür.   
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin