The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   2   3   4   5   6   7   8   9   10   ...   36
 
 
 
 
 
 
 
 
 

- 42 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
ŞƏHLA ŞİRƏLİYEVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:82(091) 
 
ŞAİRƏ ÜMGÜLSÜMÜN HƏYAT  VƏ YARADICILIĞINA  DAİR 
 
 
Açar  sözlər: Ümgülsüm, şairə, şeir,  Seyid Hüseyn, represiya,  müstəqillik  
          Key words:  Umgulsum, poet, poetry, Seyyed Hossein, repression,  independence 
            Ключевые слова: Умгюлсум, поэт, поэзия, Сейид Хоссейн, репрессия, независимость 
 
Azərbaycan  qadını  xalqımızın  çoxəsrlik  tarixində,  ictimai  və  mədəni  həyatında, 
ümumiyyətlə  mədəniyyətin  tərəqqisində  böyük  rol  oynamışdır.  Ədəbiyyat  tariximiz  bizə  bütün 
Şərqdə  məşhur  olan  onlarla  Azərbaycan  qadın  sənətkarlarını  tanıtmışdır:  -Məhsəti  Gəncəvi,  Aşıq 
Pəri,  Heyran  xanım,  Xurşidbanu  Natəvan,  Fatma  Kəminə,  Ağabəyim  Ağa,  Sona  xanım  Axundova 
və  başqaları...  Kim  bilir,  mətbuat,  mətbəə,  və  nəşriyyatın  nə  olduğu  bəlli  olmayan  uzaq  keçmişdə 
Azərbaycanda  daha  neçə  qadın  şairələrimiz  yaşamışdır.  Lakin  təəssüflər  olsun  ki,  onları  ətraflı 
şəkildə  bizə  yetirəcək  bir vasitə  olmamışdır. 
Azərbaycan  mətbuatında  indiyə  qədər  onlarca  qadın  imzası  göründüyü  halda,  onlardan 
ancaq  çox  azı  axıra  qədər  yaradıcılıq  fəaliyyətini  davam  etdirə  bilmişdir.  Bunlardan  biri  də  XX  əsr 
Azərbaycan  ədəbiyyatı  tarixində  öz  yaradıcılıq  xəzinəsinin  zənginliyi  etibarilə  milli  ədəbiyyatımızın 
ən gözəl  ənənələrini  inkişaf  etdirmiş,  istiqlal  şairi  Ümgülsümdür. 
Ümgülsüm  Əbdüləziz  qızı  Sadıqzadə  1899-cu  ilin  sentyabrında  Bakının  Novxanı  kəndində 
ruhani  ailəsində  anadan  olmuşdur.  Kiçik  yaşlarından  ata  və  anasından  ərəb,  fars  və  türk  dillərini 
öyrənən  Ümgülsüm  Şərq  ədəbiyyatına,    klassik  Azərbaycan  şeirinə  böyük  maraq  göstərmişdir.  Hələ 
doqquz  yaşından  şeir  yazmağa  başlayan  şairə  1914-cü  ildən  başlayaraq  “İqbal”,  “Açıq  söz”, 
“İstiqlal”,  “Azərbaycan”  qəzetlərində,  “Dirilik”,  “Qurtuluş”,  “Məktəb”,  “Füqəra  füyuzatı”,  “Şərq 
qadını”  kimi  ədəbi  jurnallarda  hekayə  və  şeirlərini  çap  etdirmişdir.  Əruz  və  heca  vəznində  gözəl 
şeirlər  qələmə  alan  Ümgülsümün  ilk  mətbu  əsəri  “İqbal”  qəzetinin  2  fevral  1914-cü  il  tarixli 
nömrəsində  dərc  edilən  “Təsəlli”  şeirirdir.  Bu  şeirində  şairə  həyat  barəsində  oxucunu  düşündürən 
mənzərərlər  yaratmaqla  insan  həyatını  bütün  mürəkkəblikləri  ilə  təsvir  etməyə  çalışır.  Zəmanədən 
şikayət,  ictimai  həyatın  ziddiyyətlərindən  yaranan  küskünlük  “Təsəlli”  şeirinin  əsas  motivinə 
çevrilmişdir. 
 
Vəfa  umma  fələkdən,  çün  cəfa  pişəvü  fanidir 
Səfası  kəm  cəfasından,  bütün  xəlqi-cəhan  ağlar. 
 
Gözüm,  səbr et, məraq  etmə,  gələr  baqi  bir  aləm  kim 
 
Nə dil  məhcur  olur  cana,  nə yari-mehriban  ağlar. 
 
Daha  sonra,  1914-cü  ilin  dekabrında  Ümgülsümün  “Vətən  sevgisi”  hekayəsi    Əlabbas 
Müznibin  redaktorluğu  ilə  nəşr  olunan  “Qurtuluş”  jurnalında  “İlk  yazı  təcrübəsi”  adı  altında  çap 
olunmuşdur.  Bu  şeirində  isə  şairə  həyata  nikbin  gözlə  baxaraq,  daha  çox  nikbin  və  ürəkaçan 
lövhələri  əks etdirmişdir.   
  Gənc  şairə  “Solğun  çiçək”  adlı  hekayəsini  tanınmış  yazıçı-jurnalist  Seyid  Hüseynin 
redaktorluğu  ilə  çap  olunan  “Qurtuluş”  jurnalı  redaksiyasının  1915-ci  ildə  elan  etdiyi  müsabiqəyə 
göndərmiş  və    münsiflər  tərəfindən  birinci  mükafata  layiq  görülmüşdür.  Qeyd  edək  ik,  həmin 
müsabiqədə  iştirak  edən  C.Cabbarlının  “Qürub  çağı  bir  yetim”  şeiri  isə  ikinci  mükafata  layiq 
görülmüşdür. 
Ümgülsüm  yaradıcılığının  ən  məhsuldar  dövrü  1917-1920-ci  illərə  təsadüf  edir.  Bu  illərdə  o, 
“Turan  dediyi”,  “Ey  türk  oğlu”,  “Əsgər  anasına”,  “Bu  ilki  mayısda”  və  s.  şeirlərini  yazır.  Onun 

- 43 - 
lrikasında  dövrün,  zamanın  haqsızlığına,  ictimai  ədalətsizliklərə  qarşı  çevrilmiş  şeirləri  mühüm  yer 
tutur. 
“Turan  düdüyü”  (“Dərdli  nəğmə”)  adlı  şeirində  şairənin  zülmkarlara  hədsiz  nifrəti,  həyatdan 
narazılığı  qüvvətli  şəkildə  ifadə  olunmuşdur: 
 
Dərdli-dərdli  sürükləndim,  inlədim, 
 
Acı-acı  fəryadları  dinlədim. 
 
Gəldim  iştə,  dərdim  sana söylədim, 
 
Ərzimi  dinləyən,  soran  nərədə?  (4, 55) 
 
Ümgülsümün  “Aman  getmə!”,  “Bir  qız  üçün”,  “Hicran  gecəsi”,  “Xəzərə  xitab”,  “Könül”, 
“Həsrət”,  “Doğma  musiqi”  şeirlərində  qadının  taleyindən  şikayət  duyulur,  azadlığa  çağırış  sədası 
eşidilir. 
 
Ümumiyyətlə,  Ümgülsümün  şeirləri  üç  hissəyə  ayrılır:  milli  müstəqillik  və  demokratiya 
uğrunda  mübarizə  ideyalarının  alovlu  tərənnümü;  düşmənə  nifrət,  vətənin,  millətin  düçar  olduğu 
məhrumiyyətlərə 
dözməyən 
qəlbin 
harayı; 
şairənin 
həbsxanalarda  ailəsindən,  yurdundan 
qoparılaraq  uzaq  Sibir  çöllərinə  atılmasından  təsirlənib  yazılan  şeirlər. 
 
Əqidəsindən  dönməyən,  xalqımıza  qarşı  törədilən  haqsızlıqlara  gələcəkdə  son  qoyulacağına 
inanan  istiqlal  şairi  Ümgülsümün  poeziyası  mübarizə  poeziyasıdır.  Bu  mübarizədə  dumanlı, 
mücərrəd  heç  nə yoxdur,  onun  hədəfi  də məqsədi  də aydındır.   
 
Ötən  əsrin  əvvəllərində  Azərbaycanda  geniş  vüsət  almış  türkçülük  ideyaları  Ümgülsümün 
yaradıcılığında  öz parlaq  əksini  tapmışdır. 
 
 
         Ey  Türk,  sən ey qəhrəman,  yigit  oğlu  Turanın! 
 
 
                  Şanlı,  yüksək  babanın  öyüdünü  unutma! 
                  Sən də yürü  o yolu. 
Yürü,  əvət  özünü  heç bir  şeydən  qorxutma; 
Yürü,  əvət  bir daha  təməddünün,  ürfanın 
Ülvi  duyğular  versin  Türkün  həssas  qəlbinə 
Hörmət,  izzət  aldırsın  böyük  Turan  elinə.  (4, 58) 
 
 
 
1918-ci  ildə  Azərbaycan  Demokratik  Respublikasının  qələbəsi  ilə  ömür-
gününə  günəş  saçılan,  xoşbəxtlik  yağan  Ümgülsümün  taleyi  1920-ci  aprelin  28-də  milli  faciə  ilə 
qaraldı.   
 
Milli  müstəqillik,  demokratiya  uğrunda  mübarizənin  tərənnümçüsü  olan  şairə  “Bayrağım 
enərkən”  və  “Hicran”  adlı  şeirlərini  Azərbaycan  Xalq  Cümhuriyyətinin  devrilməsi  münasibətilə 
yazmışdır: 
 
 
Yazıq  səni,  bayrağım,  endirdilər,  öyləmi? 
 
 
Səni  yıxıb  devirən  o zəhərli  ruzigar, 
 
 
O haqq yeyən  haqsızlar,  vəhşilər,  tanrısızlar, 
 
 
Yanar  ocağımı  da söndürdülər,  öyləmi?  (4, 68) 
 
Millətinin,  dövlətinin  qurtuluş  yolu  kimi  baxdığı  Azərbaycan  Demokratik  Respublikasının 
devrilməsindən  yaranan  dərdin,  kədərin  ağırlığı  Ümgülsümü  nə  qədər  sarsıtsa  da  o,  “Hicran” 
şeirində  “günəşin  bir daha  doğacağına  əmindir”.   
 
 
Günəşim  bir  daha doğmayacaqmı? 
 
 
Vəhşi  qaranlığı  boğmayacaqmı? 
 
 
Kölgələri  şəfəq  qovmayacaqmı? 
 
 
Sordum,  ümidini  qırma,  dedilər.  (4, 70) 
 
Xalqımızın  taleyinə  qara  hərflərlə  yazılmış  1937-38-ci  illər  saysız-hesabsız  ailələr  kimi 
Ümgülsümün  də  ailəsinə  sonu  görünməyən  bədbəxtlik  gətirmişdir.  Onun  həyat  yoldaşı,  məşhur 
tənqidçi,  yazıçı,  jurnalist  Seyid  Hüseyn  də  repressiyanın  ilk  qurbanlarından  olmuş,  1937-ci  il  iyulun 
15-də  həbs  olunmuş,  ən  ağır  cəzaya,  güllələnməyə  məhkum  edilmişdir.  Uzun  sürən  əzablı 
işgəncələrdən  sonra,  1938-ci ilin  əvvəllərində  bu hökm  yerinə  yetirilmişdir. 
 
1920-ci  ildə  Seyid  Hüseynlə  xoşbəxt  ailə  həyatı  qurmuş  Ümgülsüm  sonralar  həyat  yoldaşı 
kimi  əzablı  bir  taleyi  yaşadı.  Seyid  Hüseynin  həbsindən  az  sonra  M.Ə.Rəsulzadənin  əmisi  qızı  və 
baldızı  şairə  Ümgülsüm  həm  “xalq  düşməni”nin  arvadı  olduğu  üçün,  həm  də yazdığı  şeirlərə   

- 44 - 
görə  həbs  olundu.  1937-ci  il  noyabr  ayının  11-də  repressiya  cəlladları  onu  da  həbs  edib  Bayıl 
həbsxanasının  qaranlıq  zindanlarına  saldılar. Qəlbi  bala  həsrətiylə  döyünən  ananı  üç  övladından 
ayıraraq  sürgün  etdilər.  Həbsxanadakı  əzab-əziyyətlər,  ətrafında  gördüyü  müsibətlər  əzablara  əzmlə 
sinə  gərən  yenilməz  qadının  qəlbini  sızlatdı.  Ümgülsüm  göz  yaşları  içində  buradakı  hadisələri  bir 
tarix  səhifəsi  kimi  gələcək  nəsillərə  çatdırmaq  üçün  “Qala  xatirələrim”  adlı  gündəlik  də  yazmağa 
başladı.    Həmin  xatirələrdən  birində  ailəsinə  sədaqətli,  mehriban,  həssas,  cəfakeş  ananın  yazdığı 
sətirlər  ürəkləri  sızladır:   
   “Bu  gecə  heç  yatmamışam. Görəsən,  gələcəklərmi? Bəlkə  gəlmədilər,  onda  mən  nə 
elərəm!? Gəlmədiklərinin  səbəbini  haradan  öyrənə  bilərəm? Gəlməsələr  yəqin  ki,  bir  xəstələri,  bir 
dərdləri  vardır.  Axı,  onlara  ayın  21-də  görüş  olacağını  məktubla  xəbər  vermişəm,  bundan  qabaq 
yoldaşlarımla 
görüşə 
gələnlərə 
adres 
verib 
xahiş 
etdirmişəm 
ki, 
onlara 
xəbər 
versinlər. Necə ola bilər  ki,  bunlardan  heç  birisi  onlara  deməsin?  Səhər  açıldı… Heç  tabım 
qalmamışdır,  çox  narahatam. Nəhayət,  qırmızı  çernillə  yazılmış  siyahı  verildi. Ürəyim  döyündü, 
mənim  adım  görəsən  çıxacaqmı? Siyahı  oxunub  qurtardı. Adım  yoxdur! Bir  qədərdən  sonra  ikinci 
siyahı  gəldi. Yenə  ürəyim  bərk  döyünür. Birdən  siyahını  oxuyan  Anna  Nikolayevna  «Sadıqova 
Ümgülsüm»  dedi. Tüklərim  biz-biz  oldu. Gözümdən  biixtiyar  yaşlar  axır. Doğrudanmı,  bu 
belədir? Doğrudanmı,  mən  uşaqlarımı  görəcəyəm? Mən  elə  bilirdim  bir  daha  uşaqlarımı 
görməyəcəyəm! İndi  isə  mənimlə  görüş  arasında  bir-iki  saatlıq  vaxt  vardır. Bu  bir-iki  saatda  nələr 
çəkəcəyəm?  Onu  bilirəm  ki, hamısını  görə bilməyəcəyəm.  Çünki  içəri  çox adam  buraxmırlar. 
   Nadzor  Mariya  Vasilyevna  başını  içəri  uzadıb  gur  səslə  bağırdı:  «İkinci  siyahıda  adı  olanlar 
hazırlaşsınlar!».  Ah,  ürəyim!  Ürəyim! Elə  çırpınır  ki,  elə  bil  yerindən  çıxmaq  istəyir. Burada  indi 
mərdlik 
lazımdır. Ağlamaq 
qətiyyən 
olmaz. Uşaqlara 
özümü 
ağlar 
göstərə 
bilmərəm.  Yazıqdırlar.  Bəlkə  uzun  illər  ayrı  düşdüm,  sonra  onlar  məni  gözü  yaşlı  xatırlamasınlar! 
   Qapı  açıldı,  kameradan  bayıra  çıxdıq.  Gözləyirik,  hələ  bizi  buraxmırlar. Bu  gözləmə  bütün 
səbrimizi  tükətdi.  Mən  demişdim  ağlamaram. Amma  dözə  bilmirəm. Gözümdən  yaşlar  axır. Birinci 
həyəti  keçib,  ikinci  həyətdə  görüş  üçün  təyin  olunmuş  meydançaya  toplandıq.  Barmaqlığın 
arasından  bir  çox  adamların  başlarının  təpəsi  görünür. Mənimkilər  də  yəqin  oradadırlar.  Bir  saata 
qədər  burada  gözlədik. Birdən-birə  qapının  tayı  açıldı. Adamlar  tələsik  içəri  soxulmağa 
başladılar. O  qələbəlikdə  hər  kəs  dəlicəsinə  öz  adamını  axtarırdı. Mən  də  o  qələbəlikdə  gözləri  ilə 
məni  axtaran  Oqtayımı  gördüm.  Gözlərimə  inana  bilmirəm.  Doğrudanmı,  mən  onu  görürəm?! 
   Sonradan  orada  durmuş,  tanınmaz  bir  şəklə  düşmüş  Qumuşcığazımı  gördüm. O,  doğrudan 
da  tanınmaz  olmuşdur. Elə  tanınmaz  ki,  mən  onu  tanıya  bilmədim. Əgər  Oqtayın  yanında  durmayıb, 
paltosu  ilə  şərfi  üstündə  olmasaydı  mən  ona  diqqətlə  baxmayınca  tanıya  bilməyəcəkdim. O,  mənim 
qoyub  gəldiyim  Qumuş  deyildi. Son  dərəcə  arıqlamış,  yanaqları  çəkilmiş,  üzü  solğunlaşmış,  gözləri 
açılmışdır. Bu  uşaq,  siması  qırmızı,  mənim  oynar-gülər,  tümbulyanaqlı,  dəyirmiüzlü  Qumuşuma 
qətiyyən  bənzəmir. Demək,  mənsizlik  mənim  bu  nazlı  balamı  bu  hala  salmışdır. Bu  lövhəyə  mənim 
qəlbim  dözərmi,  ah?!  Var  qüvvəmlə  bağırmaq  istəyirəm:  «Mənim  Qumuşum  belə  neyçün 
oldu?» Toğrul  da az arıqlamamışdır.  O,  da  Qumral  kimi  belə  qəmgin,  belə  məhzun  olmuşdur. 
Uşaqların  üçünü  də bütün  varlığımla  bağrıma  basıram,  yazıqların  üçünü  də birdən! 
   Qumralın  görkəmi  mənə  çox  pis  təsir  edir. O  tamamilə  dəyişmiş,  arıqlamağı  ilə  bərabər 
boyu  uzanmış,  saçları  da  uzanıb  alnına  tökülmüşdür. Onun  üzünə  bir  də  baxır,  Seyid  Hüseyni  görər 
kimi  oluram. Heç  bir  zaman  atasına  qətiyyən  bənzəməyən  bu  uşaq  indi  atasının  20  yaşında  ikən 
çəkdirdiyi  şəklinə  sıxı  bir  surətdə  bənzəyir. O  şəkildəki  bütün  mühüm  xətlər  bu  gün  Qumralın 
üzünə  çəkilmişdir.  Mən  bu məlul,  bu məsum  simada  bir Seyid  Hüseyn  görürəm”... 
Ümgülsüm  həbsxanada  yazdığı  “Həsrət”,  “Xəzərə  xitab”,  “Dərdli  könül”,  “Cığataya  məktub” 
şeirlərində  günahsız  tutulan,  dəhşətli  işgəncələrə  məruz  qalan  Azərbaycan  övladlarının  keçirdiyi 
iztirabları,  xalqın  milli  faciəsini  yüksək  poetik  ifadə  ilə  gələcək  nəsillərə  çatdırmaq  istəmişdir. 
   
Nəymiş  təqsirimiz,  neyləmişik  biz, 
   
Bunu  sən sual  et, mənim  dilim  yox. 
Hansı  xəyanətin  şərməndəsiyiz? 
Bunu  sən sual  et, mənim  dilim  yox.  (4,74) 

- 45 - 
Ağır  işgəncələrdən  sonra  Ümgülsüm  Sadıqzadə  Mordoviya  vilayətinə  -  həbs  düşərgəsinə 
göndərilmişdir.  Az  sonra    o  taleyin  daha  ağır  bir  zərbəsini  almış,  1942-ci  ildə  20  yaşlı  oğlu  Oqtay  da 
həbs  edilərək  sürgünə  göndərilmişdir.  1946-cı  ildə  sürgündən  azad  olunaraq  Bakıya  qayıdanda  isə 
Oqtaya  anasını  görmək  nəsib  olmamışdır.  Yeddi    illik  məhbus  həyatından  sonra,  1944-cü il iyul 
ayında  geri  qayıdan  Ümgülsüm, sentyabr  ayının  17-də  Şamaxı  şəhərində  15  yaşlı  qızı  Qumralın 
qolları  arasında  gözlərini  əbədi  yummuşdur. 
  
ƏDƏBİYYAT 
 
1.
 
Aydın  Hüseynzadə.  İstiqlal  şairi  Ümmügülsüm.  Bakı,  “Çaşıoğlu”,  2006 
2.
 
Almaz  Ülvi.  “Ümmügülsümün  poeziyası”.  “Azərbaycan  qadını”  jurnalı,  №3, 1997-ci il 
3.
 
Aybəniz  Əliyeva.  “Şairə  Ümmügülsümün  faciəsi”.  “Odlar  yurdu”  qəzeti,  №19,  oktyabr, 
1990-cı il 
4.
 
Ümgülsüm.  Əsərləri.  Bakı,  2010 
5.
 
“Solğun  çiçək”  (hekayə).  “Azərbaycan  qadını”  jurnalı,  № 2, 1971-ci il 
6.
 
http://az.wikipedia.org/ 
7.
 
“Toxunma  qəlbimə,  atəşi  parlar...”  www.azadliq.info 
8.
 
“Ölümə  məhkum  edilmiş  talelər”.  http://www.anl.az/down/meqale/     
9.
 
 Repressiya  qurbanı  olan  azərbaycanlı  qadın–Ümgülsüm  Sadıqzadə.  kult.az/yeni 
     
ABSTRACT 
Shahla  Shiraliyeva 
 
About  poetess Umugulsum’s  life and  creative activity 
In  the  article  deals  with  the  life  and  creativity  way  of  poetess  Umgulsum.  Identifies  the  main 
features  of poetry  in  verse  examples  talented  poet, who became  a victim  of  repression. 
 
 
РЕЗЮМЕ 
Шахла Ширалиева 
 
О жизни и творчестве поэтесса Умгюльсума 
В статье дается короткое  сообщение о жизни и творчестве поэтессы Умгюльсума. 
Выявляются главные особенности поэзии на стихотворных примерах талантливой поэтессы, 
которая стала жертвой репресии. 
 
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə elmlər doktoru H.Həşimli 
 
 
 
 
 
 
 
 
 
 

- 46 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  СЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
ABBAS  HACIYEV                                                                                                                                                      
 
Naxçıvan Dövlət Universiteti 
abbashaciyev@box.az                                                                                                                                                             
UOT:82(091) 
 
AZƏRBAYCANIN   DİSSİDENT ZİYALILARINA   HEYDƏR   ƏLİYEV    QAYĞILARI    VƏ   
BUNUN  BƏHRƏLƏRİ 
 
 
Açar  sözlər: dissident, həbs, sürgün, qayğış, şair, alim, tarixi xidmət 
 
Key words:  dissident, arrest, exile, care, poet, scholar, historical services 
 
Ключевые слова: диссидент, арест, ссылка, забота, поэт, учёный, историческая 
заслуга 
 
   
   Dissident    sözü    latın  mənşəli  olub  razılaşmayan,etiraz  edən  anlamını  ifadə  edir.  Belə 
insanlar  hələ  neçə  əsr  əvvəl  Avropada  baş  qaldırmış  və  hərbçi,  siyasət,  elm,  digər  sahələri  təmsil 
etmişlər. 
       
 Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndələrindən  Nizaminin,  Füzulinin,  Xətainin, 
Qasım  bəy  Zakirin  və  başqalarının  öz  dövrünün  müxtəlif  qayda-qanunlarına  qarşı  etirazyönlü 
fikirlərini  dissident  notları  kimi  dəyərlənirmək  olar.  Onların  davamçıları  XIX-XX  əsrlərdə  daha  çox 
olmuş,  sürgün  və həbs olunmuş,bəziləri  hətta  güllələnmişlər. 
    
Ərazilərimizdə 
yerləşdirilmiş 
ermənilərin 
,onların 
xristian 
havadarlarının 
ziyalı 
soydaşlarımıza  yönəltdikləri    belə  cəzalar  1937-ci  ildə  ən  yüksək    həddə  çatmışdır.  Cavidlər, 
Müşfiqlər,  Hadilər  və  başqaları    sovet  rejiminin  günahsız    qurbanları  olmuşlar.  Təəssüflər  olsun  ki, 
belə  cəzalara,  sapı  özümüzdən  olan  baltalar”  da    yol  vermiş  ,  imza  atmışlar.    Hadisələrə  həssaslıq  və 
yüksək  humanizm    prinsipləri-meyarları  ilə  yanaşan  ulu  öndərimiz  Heydər  Əliyev  öz  fəaliyyətinin 
həm  DTK-da  çalışdığı  illərində,  həm  də  Azərbaycana  rəhbərliyinin  hər  iki    mərhələsində 
dissidentləri  qoruyub  saxlamışdır. 
    
 Bəli,  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  adı  və  əməlləri    XX  əsr  dünya 
siyasətçiləri  arasında  xüsusi  yer tutması  ilə  tariximizə  həkk olunmuşdur. 
    
Ulu  öndərimizin  yaşayıb  fəaliyyət  göstərdiyi  sosializm  deyilən  ictimai-siyasi  quruluş 
özünəməxsus  ziddiyyət  və  problemlər  doğurmuş,  bəlkə,  elə  bu  səbəbdən  də  az  yaşamış,  süquta 
uğramışdır.  İrili-xırdalı  yüzdən  artıq  xalqın    dilini,  milli  adət-ənənələrini  əlindən  almaq  prinsipini 
həyata  keşirən  Sovet  imperiyası,  çox  təəssüflər  ki,  özünə,    xalqlar  dostluğu,  şüarını  bir  gözdən  pərdə 
asmaq  vasitəsi  kimi  seçmişdir. 
   
 Türk-müsəlman  xalqları  bu  quruluşda  daha  çox  məhrumiyyətlərə  düçar  olmuş,çox  şey 
itirmişlər.Ümummilli  liderimizin  gəncliyi  dövründə  Azərbaycanda  həbs,  sürgün  və  güllələmə 
cəzaları  tüğyan  edirdi.  Kreml  siyasətini  itaətkarcasına  həyata  keçirən  Azərbaycan  rəhbərləri 
çoxsaylı  qabaqcıl  soydaşlarımızın  qaymaq  təbəqəsinin  az qala axırına  çıxmışlar. 
          Qeyri-adi  fitri  istedadı  və  çoxsahəli  mükəmməl  təhsili  –Naxçıvan  Pedaqoji  Texnikumunda 
pedaqoq,  Azərbaycan  Dövlət  Sənaye  İnstitutunda  (indiki  Azərbaycan  Dövlət  Neft  Akademiyası) 
memar,    Azərbaycan  Dövlət  Universitetində  (indi  Bakı  Dövlət  Universiteti)  tarixçi-alim  və  Sankt-
Peterburqda  (keçmiş  Leninqrad)  dövlət  təhlükəsizliyi  orqanları  üzrə  kadr  kimi  hərtərəfli  hazırlığı 
dahi  Heydər  Əliyevdə  milli  düşüncə  tərzini  artırmış  və  o,  Azərbaycan  Dövlət  Təhlükəsizliyi 
Komitəsində  çalışdığı  iyirmi  beş  il,  Azərbaycanda  və  Kremldəki  otuz  dörd  ildən  artıq  fəaliyyəti 
zamanı  Azərbaycançılıq,  Azərbaycan  naminə  onilliklərə,  qərinələrə  sığmayan  tarixi  xidmətləri 
gerçəkləşdirmişdir. 
          Belə  ki,  yarandığı  bir  vaxtdan  Azərbaycan  DTK-da  məqsədli  şəkildə  xristian,  rus,  erməni, 
gürcü  və  digər  xalqların  nümayəndələri  sayca  xeyli  üstünlüyə  malik  olmuş  və  rəhbər  vəzifələrdə 

- 47 - 
çalışmışlar.  Bu  sahə  üzrə  az-az  işə  götürülən  milli  kadrlardan  biri  də  Heydər  Əliyev  olmuşdur.  O, 
iyirmi  beş  il  ərzində  Tanrının  və  taleyin    qisməti,həm  də  öz  əməyi  ilə  bu  sistemdə  aşağıdan  yuxarıya 
doğru  vəzifə  və  rütbəcə  irəliləmiş  və  ətrafına  milli  kadrları  yerləşdirmək,  digər  millətləri  mümkün 
olduqca  kənarlaşdırmaq  və  azaltmaq  prinsipi  ilə  işləmişdir.  Azərbaycan  DTK-nın  sədri  kimi 
general-mayor  rütbəsində  ikən  qırx  yeddi  yaşlı  Heydər  Əliyev  Azərbaycan  KP  MK -nın    I  katibi 
təyin  olunduğu  zaman  da  təbii  ki,  öz  yerinə  milli  kadr    seçilməsinə  nail  olmuşdur.  Ulu  öndər 
sosializm  quruluşundan,  SSRİ  rəhbərliyindən  narazı  olan  ziyalıların  tariximiz,  ədəbiyyatımız  və 
incəsənətimizlə  bağlı  fəaliyyətlərinə,  yaradıcılıq  nümunələrinə  görə  incidilən,  təhlükələrlə  üzləşən 
məqamlarında  onlara  öz  kömək  əlini  uzadır,  xilaskarlıq  nümunəsi  göstərirdi.  XX  əsrin  birinci 
yarısında  ziyalılarımıza  tuşlanmış  qəsdlərin  ikinci  yarıməsrdə  təkrarına  yol  verməyən  Heydər 
Əliyev  belə ziyalıları  qoruyub  müstəqil  Azərbaycan  üçün  böyük  arxa  və köməyə  çevirmişdir. 
          1941-1945-ci  illər  savaşı  zamanı  SSRİ  hökuməti  Qərb  müttəfiq  respublikalarının  parçalanmış 
ərazilərini  geri  alıb  onların  birləşməsinə  şərait  yaratdığı  halda,  Azərbaycanın  bütövlüyünə,  Cənubla 
birləşməsinə  qısqanclıq  nümayiş  etdirdi.  Bu  sahədə  erməni  rəhbərlərdən  Anastas  Mikoyanın 
planları  həyata  keçirildi. 
          1953-cü  ildə  SSRİ-yə  otuz  ildən  artıq  rəhbərlik  etmiş  İ.V.Stalinin  vəfatından  və  1956-cı  ildə 
Sov.İKP  XX  qurultayında  onun  şəxsiyyətinə  pərəstişin  pislənməsindən  sonra  Azərbaycanda 
dissident   yazıçı  və alimlər  geniş  miqyasda  özünü  büruzə  verdi. 
          Sovet  İttifaqı  Qəhrəmanı,  tanınmış  tarixçi-şərqşünas  alim  Ziya  Bünyadov  Azərbaycanın 
qədim  dövrlərinə  dair  tutarlı  tədqiqatlarına  görə,  görkəmli  şair-filoloq-alim  Bəxtiyar  Vahabzadə, 
onun  həmkarı  Xəlil  Rza  Ulutürk,  otuzunci  illərdə  valideynləri  incidilmiş  şair  Məmməd  Araz,  Yusif 
və  Vaqif  Səmədoğlular,  Anar,  bir  qədər  sonra  Sabir  Rüstəmxanlı,  Alqayıt  və  başqaları  ideoloji 
cəbhədə  Azərbaycanın  milli  mənafelərinə  –dilinə,dininə,  ədəbiyyatına,  yeraltı  və  yerüstü 
sərvətlərinə  qarşı  nankorluq  edənlərlə  mübarizə  apararkən  məhz  Heydər  Əliyev  onlara  himayədarlıq 
göstərmiş,    dayaq  olmuşdur.  Onlardan  akademik  elmi  adına  layiq  görülməklə,  deputat  seçilməklə 
təhlükəsizliyi  təmin  edilənlər  də  oldu,  ən  böyük  arzusuna  çatanlar  da.  Xalq  yazıçısı  Anar 
,,Qobustan,,  incəsənət  toplusunu  nəşr  etdirdi,Yusif  Səmədoğlu  atası  Səməd  Vurğunun  ,,Komsomol 
poeması,,  əsəri  əsasında  ,,Yeddi  oğul  istərəm,,  filmini  çəkdi.  Həmçinin  ikiseriyalı  ,,Dədə  Qorqud,,  , 
,,Nəsimi  ,,  ,  ,,Axırıncı  aşırım  ,,  ,  ,,İstintaq  ,,  ,  ,,Şəhərin  yay  günləri,,  və  başqa  filmlərin  çəkilişi  də 
yaddaqalan    hadisələrə  çevrildi.  Bir  sözlə,  Azərbaycanın  rəhbəri    ulu  öndər  Heydər  Əliyev  onlara-
sovet  rejimindən  narazı  düşən  dissident  ziyalılara  arxa,  dayaq  oldu  və  həmişə  arzularına  yaşıl  işıq 
yandırdı. 
        Sovetlərin    qatı  dissidenti  olmuş  böyük  şair  Hüseyn  Cavidin  xatirəsinə  qayğı  və  diqqət  dahi 
rəhbərin  həyata  keçirdiyi  ən  dəyərli  xidmətlərin  zirvəsində  dayanır.  Şairin  anadan  olmasının  100 
illik  yubileyinin  qeyd  olunması  və  nəşinin    Sibirdən  Azərbaycana  gətirilərək  doğulduğu  Naxçıvan  
şəhərində  dəfn  olunmasını  həyata  keçirmək    qeyri-adi  hadisə  kimi  dünyada  əks-səda  doğurdu.  Ulu 
öndər  Naxçıvan  MR  Ali  Məclisinin  Sədri  vəzifəsində  çalışdığı  zaman  H.Cavidin  anadan  olmasının 
110  illik  yubileyinin  qədim  diyarda  keçirilməsini  təşkil  etdi.  Dostu  –görkəmli  siyasi  xadim 
Süleyman  Dəmirəlin  köməkliyi  ilə  Türkiyə  Respublikasının  maddi  dəstəyi  və  inşaatçılarının  əməyi 
hesabına  Hüseyn  Cavidun  məzarı  üzərində  məqbərə  ucaldılması  əsrlər  boyu  dillərdə  dastan  olacaq 
bir  xidmət  nümunəsinə  çevrildi. 
   Son  iki  əsr  dövründə  Azərbaycan  torpaqları  pay-püşk  edilmiş,istənilən  kimi    bölüşdürülmüşdür. 
Bu  prosesdə,  Gülüstan”  müqaviləsini  eyniadlı  əsərində  kəskin  şəkildə  tənqid  edən  B.Vahabzadə 
qeyd  edir  ki,  Moskva  Azərbaycan  rəhbərini  bu  işğalın  150  illiyini  könüllü  birləşmə  kimi  qeyd 
etməyə  razı  saldıqda  yubileyə  gələnləri  qarşılamağa  gedən  biz  ziyalılara,-qəribə  xalqsınız,  işğalınızı 
bayram  səviyyəsində  qeyd edirsiniz,-deyənlərə  cavab  tapa bilmirdik. 
         Həqiqətən,  ana  dilimiz  sıxışdırılır,  rus  dili  SSRİ  xalqlarının  könüllü  olaraq  qəbul  etdiyi  ikinci 
ana  dili  kimi  təqdim  olunur,  islamçılığa,  türkçülüyə  birdəfəlik  qadağalar  qoyulurdu.  Bir  qədər  fərqli 
mövqelər  nəzarətə  alınırdı.Ədəbiyyat,  incəsənət,  ictimai  elmlərə  dair  tədqiqat  əsərləri  senzura 
nəzarətinə  cəlb olunurdu... 
         Ziya  Bünyadov  və  Bəxtiyar  Vahabzadəyə  akademik  elmi  adı,  Respublika  Dövlət  mükafatı 
verilərək  onların  toxunulmazlığı  təmin  edilirdi.  1978-ci  ildə  Azərbaycan  Respublikasının  Dövlət 

- 48 - 
dili  olması  Konstitusiyamızda  öz  əksini  tapdı.Bu  sahədə  Moskvanın  narazılığına  məhəl  qoymayan 
Heydər  Əliyev  ən  ali  tədbirlərdə    Azərbaycan  dilində  danışmaqdan  çəkinmirdi.  Azərbaycan  dilinə 
dair  bu  illərdə  nəşr  olunmuş  elmi  –tədqiqat  əsərləri  də  Azərbaycanın    Dövlət  mükafatına  layiq 
görülürdü. 
         Cənubi  Azərbaycandan  Bakıya  gəlmiş    və  doğmalarını  itirərək  kimsəsiz  qalmış  Mirzə 
İbrahimov  Xalq  yazıçısı,  akademik  və  başqa  adları  olsa  da  Azərbaycan  dili  ilə  bağlı  fəaliyyətinə 
görə  ciddi  təqiblərlə  üzləşirdi.  Azərbaycana  rəhbərlik  edən  akademiklər-  İmam  Mustafayev  və 
Mirzə  İbrahimov    Konstitusiyamızda  Dövlət  dili  kimi  Azərbaycan  dilini  göstərdiklərinə  ğörə 
vəzifələrindən  uzaqlaşdırılmışlar.  Dahi  Heydər  Əliyev  yetmişinci  illərdə  M.İbrahimovun  Moskvada 
Asiya-Afrika  Ölkələri  ilə  Sovet  Həmrəylik  Komitəsinin  Sədri  və  müstəqilliyimiz  dövründə  isə 
İ.Mustafayevin    Azərbaycan  Ağsaqqallar    Şurasının  Sədri  vəzifələrinə  seçilmələrini  təşkil  etməklə 
onların  ölkəmizdəki  yüksək  nüfuzunu  bir  daha təsdiqlədi  və bərpa etdi. 
     
Torpaqlarımızı      vaxtaşırı  olaraq  Kremlin  əli  ilə  işğal    edən  mənfur  ermənilər  altmışıncı 
illərdə  Naxçıvana  qarşı  ərazi  iddialarına  düşəndə  ziyalılarımız  etiraz  səsi  ucaltdılar.  Onlardan 
ədəbiyyatşünas-alim  Abbas  Zamanov  bu  məsələdə          dolaşdırıldı,  bir  müddət  təqiblərə  məruz  qaldı. 
Bu  vətənpərvər  ziyalımızın  qorunub  saxlanmasında  da  ulu  öndər  Heydər  Əliyevin  xidmətləri  bu  gün 
də qeyd olunmaqdadır. 
      
Bütün  bunlar  haqqında  xalqımızın  dahi  oğlu  çox  sonralar-Azərbaycanın  müstəqilliyi 
dövründə  danışmışdır.  Moskvada  təqaüddə  olduğu  zaman  bir  jurnalist  ona  yanaşıb,-Siz 
Azərbaycana  rəhbərlik  etdiyiniz  dövrdə  respublikada  dissidentlər  vardımı,-deyə  soruşur.  Cavab  belə 
olur:,,Sadəcə,biz  onları  axtarmırdıq!..” 
       Ulu  öndər  Azərbaycana  rəhbərliyinin  ikinci  mərhələsində  ölkədə  söz  və  mətbuat  azadlığını 
həyata  keçirmiş  ,  dissident  ziyalılara  dövlət  qayğısını  artırmışdır.  Bunu  Azərbaycan  Respublikasının 
ən  yüksək  ordeni,,İstiqlal,,ı  ilk  dəfə  dissident  şairlər  Məmməd  Araza,  Bəxtiyar  Vahabzadəyə  və 
Xəlil  Rzaya(ölümündən  sonra)  vermişdir.Bu  haqda  dahi  rəhbər  demişdir:,,...Biz  milli  azadlığımız 
uğrunda  çalışmışıq,vuruşmuşuq,  mübarizə  aparmışıq.  Amma  bu  mübarizə  bəzən  açıq  getməyibdir, 
bəzən    qəlblərdə  gedibdir,  bəzən  üstüörtülü  yazılarda  gedibdir...Yaşadığımız  o  rejim  dövründə  bu 
prosesə  açıq  təkan  vermək  də  çətin  idi.  Ancaq  Məmməd  Araz,  Bəxtiyar  Vahabzadə,  Xəlil  Rza  kimi 
insanlar  öz  yaradıcılığı  ilə  bu  sahədə  çox  işlər  görüblər.  Azərbaycan  xalqının  milli  azadlıq  uğrunda 
mübarizəsində  xüsusi  xidmətlərinə  görə  hörmətli  şairimiz  Bəxtiyar  Vahabzadə,  hörmətli  şairimiz 
Məmməd  Araz  və  mərhum  Xəlil  Rza  “İstiqlal”  ordeni  ilə  təltif  edildilər...,, 
      
1937-ci  il  siyasi  repressiyasının  əzablarını  ailəliklə  və  uzun  müddət  çəkmiş  şərurlu  tanınmış 
şair-jurnalist  Cavad  Cavadlı    da  Azərbaycanın  müstəqilliyi  dövründə  əsərlərini  ,,Sürgün,,adlı 
kitabında  kiril  və  latın  qrafikalı  əlifbamızla  üç  dəfə  kütləvi  tirajla  nəşr  etdirib  oxucular  arasında  
yaymışdır.Dissident  ziyalı  C.  Cavadlı    Prezidentin  fərdi  təqaüdünə  layiq  görülmüş  və  ,,Tərəqqi,, 
medalı  ilə  təltif    olunmuşdur.Bu  da  Azərbaycanın  dissident  ziyalılarına  həm  ulu  öndər  Heydər 
Əliyevin,  həm  də  onun  layiqli  siyasi  varisi  möhtərəm  Prezidentimiz  cənab  İlham  Əliyevin  hərtərəfli 
qayğılarının  əyani  təzahürüdür. 
   
Ümummilli  liderin  dissident  ziyalılarımıza  göstərdiyi    bu  qayğılar    onun  Kreml  sarayındakı 
həmkarları  tərəfindən  qıcqanclıqla  qarşılanırdı. 
    
Bəli,özünü  1969-cu  ildən  başlayaraq,1987-ci  ildə  Siyasi  Bürodakı  yüksək  vəzifəsindən 
kənarlaşdırılana  qədər  kommunist  partiyasında  bir  nömrəli  dissident  adlandıran  ümummilli 
liderimiz  sovet  dövrü  dissident  ziyalılarını  XX  əsrin  ikinci  yarısında  qoruyub  saxlamaq  naminə 
əlindən  gələn  səyi  göstətmiş  və  onların    da  Azərbaycanın  müstəqillik    qazanması  uğrunda  çox  işlər 
gördüklərini  xüsusi  qeyd etmişdir: 
 -Sizin 
uzun  illər,həqiqətən,  xırda-xırda,misra-misra,  damcı-damcı  yaratdığınız  əhval-ruhiyyə 
Azərbaycan  xalqını  gətirib  bugünkü  vəziyyətə  çıxardı... 
        Ulu  öndər  Heydər  Əliyevin  Azərbaycanın  dissident  ziyalılarına  tariximizə  həkk  olunmuş 
qayğıları  müstəqilliyə  qovuşmağımıza  böyük  kömək  və xidmətin  nümunəsidir. 
 
 
 

- 49 - 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin