The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

ƏDƏBİYYAT 
 
1.Azərbaycan  nağılları.  Beş cilddə.  V cild.  Bakı,  “Şərq-Qərb”,  2005, 304 s 
2. Feyzullayeva  Aidə.  Maarif  carçıları.  Bakı,  Maarif,  1988, 100 s. 
3.Həbibov  İsa. Ə. Ədəbi yüksəliş.  Bakı,  Bilik,  1985. 64 s. 
4.Maqsudov  İzzət.  Eynəli  Sultanovun  həyat  və  yaradıcılığı  (namizədlik  dissertasiyası).  ADU-nun 
əsaslı  kitabxanası,  Bakı,  1963, 226 s. 
5.Maqsudov  İzzət.  E.Sultanov  və  xalq  ədəbiyyatı.  “Şərq qapısı”  qəz., Naxçıvan,  1959, 7 aprel. 
6. Sultanov  Eynəli.  Kürd qızı.  “Yeni  yol”  qəzeti.  Tiflis,  №23, 1924, 11 avqust. 
7.Sultanov  Eynəli.  Seçilmiş  hekayələri.  Bakı,  Azərnəşr,  1966, 142 s.   
8.  Sultanov  Eynəli.  Zəmanə  ədiblərindən  nələr  tələb  etmək  lazımdır?  “Ulduz”  jurnalı,  №7,  Bakı, 
Apastrof,  2012, s.45-46.  
9.ARDƏİA  F.526, siy.11,  Q-30, v.7. 
 
 
ABSTRACT 
Elkhan  Mammadov   
The tale style in Eynali  bey Sultanov’s  stories 
 
We  see  tale  style  in  Eynali  bey  Sultanov’s  stories  and  this  writer  is  well-known    as  a  author 
of stories. 
There  was  investigated  the  genres  of  Azebaijan  folk-lore,  tale  language,tale  events,tale 
motives.Also  there  was  investigated  literary    style  (tahkiya)  and  appearances  of  the  heroes  of  the 
stories. 
 
РЕЗЮМЕ 
Эльхан Мамедов  
Применение пословиц в рассказах Эйнали бек Султанова 
      Эйнали  бек  Султанов  в  своих  публицистических  и  художественных  произведениях 
старался  уместно  использовать  фольклорные  жанры.  По  этой  причине  его  произведения 
носят  особый  характер.  Во  всех  рассказах  известного  публициста  азербайджанские 
пословицы  встречаются  в  избытке.  Автор  старался  излагать  суть  рассказов  с  помощью 
пословиц от имени разных героев.  
      В  этой  статье  исследуются  пословицы,  которые  Эйнали  бек  Султанов  использовал  в 
своих рассказах.   
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə elmlər doktoru H.Həşimli 
 
 
 

- 68 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
NƏRGİZ  İSMAYILOVA 
AMEA Naxçıvan Bölməsi 
nergiz.ismayilova@hotmail.com 
UOT  808.1;82.O8 
MƏMMƏD ARAZ YARADICILIĞINDA  TƏRCÜMƏ 
 
  
Açar  sözlər: Məmməd Araz, tərcümə, dünya ədəbiyyatı, əlaqə. 
  
Key words:  Mammad Araz, translation, world literature, partnership. 
  
Ключевые слова: Маммед Араз, перевод, всемирная литература, связь. 
 
XIX-XX  əsr    Naxçıvan  mühiti  öz  parlaq  dövrünü  yaşamışdır.  Bu  zaman  dilimlərində 
yaşayıb-yaradan  sənətkarlar,  ədəbiyyatşünaslar    xalqımızın  adını  qızıl  hərflərlə  yaddaşlara  həkk 
etdilər.  Mühitin  formalaşmasına  nəzər  saldıqda  görürük  ki,  əsasən  milli  əhval-ruhiyyə  və  mühitə 
bağlılıq  müxtəlif  modern  cizgilərlə  əks  olunur.  Bu  dövrdə  yaranan  maarifçilik  ideyaları  xalqın 
savadlanmasına  xüsusi  maraq  sənətkarlarımızın  və  maarifçi  yazıçılarımızın  amalına,  məqsədinə 
çevrilir.  Həm  Naxçıvan  mühiti,  həm  də  dünya  ədəbiyyatının  təsirinin  hiss  edildiyi  bir  çox 
sənətkarımız  Qərbin  maarif,  elm  sahəsindəki  uğurlarını  Vətənimizdə  görmək  ümidi  ilə  alışıb  yanır, 
bu  məsələyə    öz  məqalələrində,  publisist  yazılarında,  bədii  yaradıcılıqlarında  və  tərcümə  etdikləri 
əsərlərlə  münasibət  bildirmişlər. 
Tərcümə  işi  çox  vacibli  məsələdir.  Tərcümə  dünya  ölkələrini  və  xalqları  bir-biri  ilə 
yaxınlaşdırır.  Dünyа  хаlqlаrı  ədəbiyyаtının  ən  yахşı  nümunələrinin  dilimizə  tərcümə  еdilməsi 
həmişə  təqdirəlаyiq  bir  iş  kimi  dəyərləndirilmiş  və  dövrümüzə  qədər  bədii  tərcümənin 
imkаnlаrındаn  gеniş  şəkildə  istifаdə  оlunmuşdur.  Bu  sahədə  bir  çox  dahi  sənətkarın  böyük 
xidmətləri  olmuşdur.  Cörkəmli  yаzıçılаrın  –  Bоkkаççоnun  “Dеkаmеrоn”,  Rаblеnin  “Qаrqаntuа  və 
Pаntаqrurеl”  və  Sеrvаntеsin  “Dоn  Kiхоt”  kimi  dünyа  şöhrəti  qаzаnmış  əsərlərini  rus  dilinə  tərcümə 
еtmiş,  tаnınmış  nəzəriyyəçi  N.M.Lyubimоv  hаqlı  оlаrаq  qеyd  еtmişdir  ki,  bədii  tərcümənin  özü  bir 
sənətdir  və  о,  tərcüməçidən  əsl  yаrаdıcılıq  məhаrəti  tələb  еdir.  Bu  bizə  də  sirr  dеyildir  ki,  ən  yахşı 
bədii  tərcümə  nümunələrinin  uzunömürlülüyü  оnun  ikinci  müəllifinin-mütərciminin  ədəbi  məhаrəti 
ilə  bаğlı  оlmuşdur.  А.Səhhət,  А.Şаiq,  S.Vurğun,  M.Rəfili,  B.Musаyеv,  H.Şərif,  Ə.Məmmədхаnlı  və 
sаir  sənətkаrlаr  mütərəqqi  dünyа  хаlqlаrı  ədəbiyyаtının  охuculаrа  çаtdırılmаsındа  misilsiz  хidmət 
göstərməklə  yаnаşı,  tərcümə  sənətinin  və  milli  ədəbiyyаtımızın  dаhа  dа  fоrmаlаşıb  inkişаf  еtməsi 
üçün  еlmi-nəzəri  müddəаlаr  irəli  sürmüşlər. 
 Müxtəlif  ölkə  nümayəndələrinin  əsərlərini  dilimizə  tərcümə  edərək  xalqımızın  bu  qiymətli 
nümunələrdən  yararlanmasına  imkan  yaradan  sənətkarlardan  biri  də  Naxçıvan  torpağının  yetirdiyi 
gözəl  qələm  ustası  Məmməd  Araz  olmuşdur.   
Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  ölkəmizdə  tərcümə  işinə  münasibət  də  dəyişmiş, 
xüsusən  orijinaldan  tərcümə  sahəsində  uğurlu  addımlar  atılmışdır.  Tərcümə  həm  böyük  coğrafi 
məkanda,  ölkələr  və  xalqlar  arasında,  həm  də  keçmişlə  bu  gün  arasında  əsas  ünsiyyət  vasitəsidir, 
gediş-gəlişi  təmin  edən  körpüdür.  Tərcümə  bir  yerdə  və  ya  bir  dövrdə  əldə  olunmuş  məlumatları, 
elmi-texnoloji  nailiyyətləri,  bədii  gözəllikləri  başqa  yerə  və  ya  başqa  dövrə  daşıyan  zəhmətkeşdir. 
Puşkin  gözəl  demişdir:“tərcüməçilər  maarifin  poçt atlarıdır”.  (6) 
Məmməd 
Araz  yaradıcılığının  dərinliyi,  çoxşaxəliliyi  və  özünəməxsusluğu  hamıya 
məlumdur.  Bu  sənətkarın  əsərlərindən  vətən  qoxusu  gəlir.  Şair,  tərcüməçi,  publisist  Məmməd  Araz 
Azərbaycan  ədəbiyyatının  tanınan  və  sevilən  sənətkarlarındandır.  O,  vətənini,  elini  çox  sevmiş  və 
yaratdığı  əsərlərdə  bu  mövzudan  sevərək  söhbət  açmışdır.  Ancaq    o,  dünya  sənətkarlarının  yaratdığı 

- 69 - 
əsərlərlə  də  tanış  olmuş,  getdiyi  bir  çox  ölkə  haqqında  öz  əsərlərində  qiymətli  və  lazımi  məlumatlar 
vermişdir. 
Azərbaycan  Respublikası  coğrafi  baxımdan  stratejik  əhəmiyyət  daşıyan  yerdə  yerləşib. 
Həmçinin,  Şərq  ölkələrini  mütərəqqi  inkişаf  prоsеsi  kеçirən  Аvrоpа  ilə  əlаqələndirən  ticаrət  yоllаrı 
Аzərbаycаn  ərаzisindən  kеçdiyi  üçün  bu  хаlqlаr  аrаsındа  mühüm  əhəmiyyət  dаşıyаn  qаrşılıqlı 
аnlаşmа  prоsеsi  dаhа  dа  gеnişlənirdi.  Və  istər  mədəni,  istər  siyasi,  istərsə  də  ədəbi  əlaqələrin 
yaradılmasında  tərcümə  işinin  rolunu  danmaq  olmaz.  Bu  yolla  fikir  alışverişi  etmək,  millətlərin 
ortaq  xüsusiyyətlərini  üzə  çıxartmaq  daha  asan  idi.  Məmməd  Arazın  tərcümə  işlərindəki  məzmun 
və  ifadələr  özünəməxsusluğu  ilə  seçilir.  Tərcüməçilik  fəaliyyəti  də  onun  yaradıcılığını  şaxələndirən 
bir  faktordur.  Şairin  tərcümə  etdiyi  şeirlər  və poemalar   mövzu  rəngarəngliyi  ilə  diqqət  çəkir. 
 Əslində,  belə  demək  olar  ki,  poetik  mənada  tərcümə  sənətinə  orijinalda  olan  məna  incəliyi 
və  tərcüməçilərin  öz  qarşılarına  qoyduqları  tələblər  çərçivəsindəki  sərhədlər  təsir  edir.  Təbii  ki, 
tərcüməçilər  orijinal  mətnin  dilinə  bədiilik  baxımından  tələbkar  olaraq  öz  sənətlərində  ədalətli 
olmağa  çalışırlar.  Tərcüməçilər  bu  dillərin  sərhədlərinə  görə,  orijinalın  mənasına  mümkün  qədər 
sədaqətli  olmağa  görə özlərini  məhdudlaşmış  hesab edirlər  (4, s. 11). 
Dünya  ölkələri  yazıçılarının  yaradıcılığında  yer  alan  və  bizimlə  ortaqlıq  təşkil  edən 
mövzulardakı  əsərlərin  Məmməd  Araz  tərəfindən  dilimizə  tərcümə  olunmaqla  cəmiyyətimizi  dünya 
ədəbiyyatı  ilə  daha  yaxından  tanış  etməsi  o  dövr  üçün  çox  böyük  hadisədir.    Tаnınmış 
ədəbiyyаtşünаs  G.Lоmidzеnin  təbiri  ilə  dеsək,  hər  hаnsı  bir  хаlqın  mədəniyyətinin  bаşqа  хаlqlаrın 
milli  mədəniyyəti  ilə  təmаsı,  оnlаrın  təcrübəsini  mənimsəməsi,  bu  təcrübəni  müvаfiq  şəkildə 
dəyişdirib  öz  milli  ənənəsi  ilə  əlаqələndirməsi  оnun  inkişаfınа  yаlnız  yеni  qüdrət  və  cаnlаnmа  gətirə 
bilər.
 
O,  Qərb  sənətkarları  ilə  birlikdə,  Şərq  sənətkarlarının  da  əsərlərini  dilimizə  tərcümə  etmişdir. 
Məsələn,  Qaysın  Quliyevin    “Dilçi  alimə”  şeiri  Məmməd  Arazın  tərcümələri  arasındadır.  Bu  şeirdə 
bütün  dünya  xalqlarını  maraqlandıran  “dil”  problemindən  söhbət  açılıb.  Dilçi  bir  alimə  müraciətlə 
yazılan  bu şeirdə  dilini  sevən və dilini  qorumaq  ümidiylə  çırpınan  bir  insan  təsvir  olunub: 
Dilin  öləcəyindən  xeyli  danışdın,  amma 
Bilmədin  öz nitqinin  adi mənasını  sən. 
Sənin  üçün  dil  nədir?  Fel,  feli  bağlama, 
                     Mənim  çünsə  həyatdır,  həyatdır,  bilirmisən?  (1, s.97) 
 
Məmməd  Arazın  tərcümələri  arasında  Qaysın  Quliyevin  “Arxalıq”,  “Mənim  əcdadlarım”, 
“Prometey”,  “Qurumuş  çinarın  nəğməsi”,  “  Külək”  və  başqa  şeirləri  yer  alır.  Görünür,  o,  bu 
sənətkarın 
əsərlərinə  xüsusi  diqqətlə  yanaşıb. 
Məmməd  Araz  tanınmış  Qazaxıstanlı  şair,  yazıçı-ədəbiyyatşünas  Oljas  Süleymanovun 
“Əmimin  qəbri”  şeirini  də    dilimizə  tərcümə  etmişdir. 
Bu
  şeirdə  bir  uşağın  vətən  uğrunda  cəsurluqla 
şəhid  olmuş  əmisindən  və  onun  əmisi  haqqında  təəssüratlarından  bəhs  olunur.  Bu  şeiri  oxuyarkən 
insanın  gözünün  önündə  qanlı  müharibənin  səbəb olduğu  fəlakətlər  canlanır: 
                                                                   Yadımdadır: 
                                             Uçuq  evlər,  aclıq,  susuzluq, 
                                             Çapıb gedən  qatarlardan  baxan  əsgərlər, 
                                             Yaralanmış  torpaqlarda  tank şırımları, 
                                             Ac dilənçini  xatırladan  vağzallar, 
                                            Yandırılmış  kəndlər,  saralmış  ot yeyib  köpən naxırlar  ... (1, s. 127). 
 
Məmməd  Arazın  Maqsud  Şeyxzadə  yaradıcılığından  tərcümə  etdiyi  “Üç  təbəssüm”, 
“Göyərçinlər”,  “Günəşlə  söhbət”,  “İlk  sevgi”  kimi  sənətkarlıq  nümunələri  də  çox  maraqlıdır.  Bu 
şeirlərdə  uşaq  təbəssümü,  hər  kəsin  öz  yurd  yuvasında  özünün  təbii  görünüşü  fikri,  məhəbbətin 
ilkdən  sona  qədər  zaman  kəsiyində  ömrün  özünün  keçdiyi  yol  dilimizə  tərcümədə  daha  ifadəli 
səslənmişdir. 
O,  Ukrayna  şairi,  rəssam,  mütəfəkkir,  inqilabçı-demokrat,  Ukrayna  ədəbiyyatı  və  təsviri 
sənətində  tənqidi  realizmin  və  inqilabi-demokratik  cərəyanın  banisi  (5)  T.Şevçenkonun  “Su  dənizə 

- 70 - 
axdımı”,  “Günəş  isitməyir  qərib  ölkədə”,  “  Ötür  gecələr”  şeirlərini  dilimizə  tərcümə  etmişdir. 
Burada  insanın  dəyişkən  təbiəti  ilə  bağlı  bəzi  psixoloji  məsələlərə  də  toxunulmuşdur.  Həmçinin  bu 
şeirdə  zəmanə  ilə  bağlı  şikayətlər  də  yer  alır.  Bu  da  realist  düşüncə  tərzidir.  Ədəbiyyat 
nəzəriyyəsində  qeyd  olunur  ki,  sənətkarın  realist  metodu  əsas  götürməklə  bədii  idrakı  obyektiv 
varlıqla  qidalandırması  realist  metoda  uyğundur  (3.  s.  209).  Məmməd  Araz  tərcümələrində  də 
istənilən  xarici  ədəbiyyatdakı  reailst  düşüncələr  olduğu  kimi  saxlanılmışdır.    
Tərcümələr  milli  ədəbiyatı  zənginləşdirə  bilər.  Mühitlərin  öyrənilməsində  bələdçilik  edər.   
Haynrix  Haynenin  maraqlı  bir  fikri  var:  “Orijinalın  hərfini,  hətta  dəqiq  fikrini  qrammatikanı 
öyrənib  söz  ehtiyatına  malik  olan  hər  kəs  tərcümə  edə  bilər.  Lakin  əsərin  ruhunu  tərcümə  etmək  hər 
adamın  işi  deyil”.    
Fikrimizcə  Məmməd  Araz  bu  çətin  işin  öhdəsindən  lazımınca  gəlmışdir.  Məmməd  Araz 
yaradıcılığında  Qərbə  münasibət,  Qərbin  təsviri  məsələləri  də  yer  alır.  Vətəninə  olan  sonsuz  sevgisi 
ilə  yanaşı,  bəşəri  sevginin  də  hiss  edildiyi  bu  yaradıcılıqda  bizə  Qərblə  bağlı  bir  çox  məsələ 
haqqında  fikir  söyləmək  imkanı  yaranır.  Məmməd  Arazın  “Bir  Almanla  tanış  oldum”  şeirinə  nəzər 
salsaq,  görərik  ki,  şair  almanın  dili  ilə  müharibəni  lənətləyir,  savaşların  dünya  sivilizasiyasına, 
insanların  mənəvi  inkişafına  vurduğu  zərbələrdən  bəhs  edir.  Onun  xüsusilə  Fransa  haqqında 
yazdıqları  çox  maraqlıdır.    O,  Paris,  Marsel  və  Lion  haqqındakı  xatirələrini  qələmə  almışdır.  Burada 
Parisdən  bəhs  edən  şair:  “Mühacirlərdən  biri  cibindən  dəsmala  bükülü  torpaq  çıxardı,  Azərbaycan 
torpağı!  Onunla  gözünün  yaşını  sildi”  ifadəsində  Vətənin  ucalığı  və  əvəzedilməzliyi  önə  çəkilir.  Bu 
balaca  qeyddə  qəriblikdə  yaşayanların  həsrətinin  dərəcəsi  göz  yaşları  timsalında  insan  və  Vətən 
vəhdətini  təcəssüm  etdirir.   
Məmməd  Arazın  tərcümələri  içərisində  Gürcüstanın  xalq  şairi  Georgi  Nikolayeviç 
Leonidzenin  “Vətən  nəğməsi”  şeiri  də böyük  tərcüməçilik  bacarığından  xəbər  verir: 
Mən bütün  eşqimi,  ürək  qanımı 
   Axıtdım  şeirimə,  sözümə  bu gün. 
 Doğma  vətənimi-doğma  anamı 
     Könül  atəşiylə  vəsf  etmək  üçün  (1,s.139). 
Rus  poeziyasının  görkəmli  nümayədələri  S.V.Mixalkovun  “Foma”,  M.Svetlovun  “Şeirlər”, 
N.A.Nekrasovun  “Rus  qadınları”  və  dünya  şairlərinin  şeirlərindən  ibarət  olan  “Ocaq  başında” 
əsərlərini  Məmməd  Araz  buradakı  bədii  ideyaları  əslindən  daha  bitkin  şəkildə  dilimizə  çevirmişdir. 
Mövcud  olduğu  quruluşun  siyasi  və  sosial  mahiyyətini,  inanc  və  məişətini  əks  etdirən  bu  şeirlərin 
tərcüməsi  ilə  M.Araz  Azərbaycan  oxucusunu  dünya  ədəbiyyatına  yaxınlaşdırmış,  bu  aləmlə  tanış 
etmişdir.  Böyük  sənətkarın  bədii  tərcümələri  sayəsində  Azərbaycan  oxucusu  dünya  ədəbiyyatının 
bir  sıra  nümunələri  ilə tanış  olmaq  imkanı  qazanmışdır. Eyni  zamanda,  şairin  əsərləri  ayrı-ayrı 
xalqların  dillərinə  tərcümə  edilərək  nəşr  olunmuşdur.  Onun  Moskvada  dərc  olunan  “Arazı 
oxuyuram-Poyu  Araks”  (1966),  “Daş  qartal-Kamennıy  oryol”  (Moskva,  1975)  kimi  şer  kitabları 
buna  misal  ola  bilər    (Məmməd  Araz.  Dünya  sənin,  dünya  mənim...  Bakı:Yazıçı,  1983,  311  s.  s.19, 
29-30) . 
  
 Azərbaycan  oxucusu  xalq  şairi  Məmməd  Arazın  tərcüməsində  Lermontovun  “Dəniz 
qulduru”,  Mixail  Lukoninin  “Şair  və  evlər  müdiri”,  Maqsud  Şeyxzadənin  “Onbirlər”,  Sergey 
Vasilyevin  “Anna  Denisovna”  poemalarını  ana  dilindən  oxumaq  imkanı  qazanmışdır  və  bu 
tərcümələr  sayəsində  Qərb və Şərq dünyası  ilə  tanış  olmuşdur. 
Doğrudur,  Məmməd  Araz  sifarişlə  də  tərcümələr  edirdi,  ancaq  o,  öz    xalqının  milli 
adətlərinə  daha çox yaxın  olan  əsərləri  ana dilimizə  tərcümə  etmişdir.   
Görkəmli  alman  tərcüməçisi  Ralf  Maheim  bu  peşə  sahiblərini  müəllifin  obrazına  girib  onun 
demək  istədiklərini  öz  dilində  oxuculara  çatdıran  aktyora  oxşadır.  Bu  tərifin  mürəkkəbləşdirilmiş  və 
qıcıqlandırıcı  variantı  da  var,  həmin  fikri  tərcümənin  keyfiyyətini  yalnız  onun  anlaşıqlı  olub-
olmaması  ilə  ölçən  tənqidçilər  işlədir.  Belələri  üçün  həmişə  nəsə  anlaşılmaz  qalır.  Onların  qorxaq 
təriflərində  çətinliklə  gizlədilmiş  ittihamı  çatdırmağa  çalışsam,  məncə,  əslində  demək  istədikləri 
budur  ki,  tərcüməçi  lazım  olmayan  dərəcədə mütilik  göstərərək  görünməz  olur. 
İsa  Həbbibbəyli  Məmməd  Araz  haqqında  demişdir:  Bədii  tərcümə  sahəsində  də  Məmməd 
Araz  uğurla  fəaliyyət  göstərmişdir.  Vaxtilə  Abbas  Abdullanın  yazdığı  kimi  o,  "ürəyindən  keçənləri 

- 71 - 
başqa  millətdən  olan  sənət  dostlarının  şeirlərində  görəndə  sevinən,  onları  ana  dilimizdə  oxuculara 
çatdırmağı  özünə  borc  bilən  şairdir".  Buna  görədir  ki,  onun  tərcümələrinin  böyük  əksəriyyəti 
Məmməd  Arazın  şair  ürəyindən  qopan  öz  şeirləri  kimi  səmimi  və  poetikdir.  Xüsusən,  şairin  Mixail 
Lermontov,  Taras  Şevçenko,  Qaysın  Quliyev,  Mustay  Kərim,  Oljas  Süleymenov,  Mixail  Svetlov, 
Sergey  Vasilyev,  Oleq Şeştinski  və başqalarından  etdiyi  tərcümələr  kamil  sənət  nümunələridir  (7). 
Nəticə  olaraq  deyə  bilərik  ki,  ümumən  Məmməd  Arazın  tərcümə  sənətinin  ən  üstün 
göstəricilərindən  biri  onun  tərcümə  zamanı  milli  dil  imkanları  hesabına  istənilən  tərcüməni  oxucuya 
sevdirmək  bacarığı  idi.  Təbii  ki,  bu  prosesdə  istənilən  xalqın  milli  düşüncə  tərzi  adət  və  məişəti 
diqqətə  alınmışdır.  Şeirlərin  məna  və  ideyasını  olduğu  kimi  verən  sənətkar  Məmməd  Araz 
böyüklüyünü  bir  daha təsdiq  etmişdir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
F.Əsgərli  “Bədii  tərcümə  prinsipləri”  Bakı,  АDPU-nun  nəşriyyаtı,  2009, 226 s. 
2.
 
 M.Araz  “Ocaq başında”  Bakı,  Yazıçı  1988, 248 s. 
3.
 
M. Araz.  Dünya  sənin,  dünya  mənim...  Bakı,  Yazıçı,  1983, 311 s. 
4.
 
Mikayılov  Ş.A. Ədəbiyyat  nəzəriyyəsi.  Bakı,  Maarif,  1981,  225 s. 
5.
 
Hugo  Friedrich.  On  the  Art  of  Translation.  Theories  of  Translation.  An  Anthology  of  Essays 
from  Dryden  to Derrida.  The  University  of Chikago,  1992,  11 s. 
6.
 
http://az.wikipedia.org/wiki/Taras_%C5%9Eev%C3%A7enko 
7.
 
http://www.translit.az/TERCUME%20SENETI/Tercume%20nedir.ht m 
8.
 
http://news.milli.az/culture/219688.html 
 
 
ABSTRACT 
Nargiz  Ismayilova 
Translation  in Mammad  Araz’s   activity 
It  discussed  about  our  great  poet  Mammad  Araz’s  translations  in  article.  Works  that  form  a 
partnership  with  us  and  being  in  the  activity  of  the  world’s  countrie’s    as  a  result  of  same  translated 
works  to  our  native  language  by  Mammad  Araz,  closer  acquaintance  of  our  society  with  world 
literature  is  great  circumstance,  It    was  made  attention  to  translation  works  being  in  his  activity  and 
it  was informed  about  the  works. 
РЕЗЮМЕ 
                                                          Наргиз  Исмаилова 
Переводы в творчестве Маммед Араза 
В  статье  говорится  о  переводе  выдающимся  поэта  Маммед  Араза.  Темы,  которые, 
занимаются  особое  месте  в  мировой  литературе  соответствующие  с  нашими  поэзиями 
переведены  Маммед  Аразом.  Это  помогал  нашему  народу  всесторонне  и  поближе 
знакомится  всемирной  литературой  .    В  статье  обращено  внимание   об этим литературным 
переводам поэта, и всесторонне сообщается о них. 
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə elmlər doktoru H.Həşimli 
 
 
 
 
 

- 72 - 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
     ELNURƏ  BABAYEVA 
AMEA Məhəmməd Füzuli adına   
Əlyazmalar İnstitutu 
UOT:82.0 
ƏRUZ  ELMİNİN MEYDANA GƏLMƏSİ VƏ ONUN 
AZƏRBAYCAN  POEZIYASINDA  ƏN ÇOX İŞLƏNƏN BƏHRLƏRİ 
 
 
   Açar  sözlər: əruz, şeir, bəhr 
           Keywords:  eruz, poem,  behr 
 
Ключевые слова:  аруд,  пoэзия, бахр 
 
VII  əsrdə  Yaxın  Şərqdə  İslam  dininin  meydana  gəlməsi  Ərəb  dilinin,  mədəniyyətinin, 
xüsusən  ədəbiyyatının  inkişafında  mühüm  rol  oynadı.  Bu  dilin  möhtəşəm  abidəsi  Qurani-Kərim  
bunun  bariz  nümunəsidir.  Tükənməz  enerji  daşıyıcısı  olan  bu  İlahi  kəlam  ərəb  dilinin  payına 
düşməsinə  baxmayaraq,  qısa  bir  zaman  içində  geniş  ərazilərdə  yayıldı.  Qurani-Kərimdə  bəlağət  və 
ecaz  baxımından  sözlərin  düzülüşü,  eyni  sözün,  ifadənin  yerinə  görə  müxtəlif  mənalar  daşıması, 
səslərin    aşıladığı  ovqatlar,  oxunuş  ahəngindən  doğan  ehyamlar,  mənaca  bir-birinin  oxşarı  olan 
ayələrin  başqa-başqa  surələrdə  təkrarlanması  ilə  bağlı  psixoloji  təsirlər,  təlqinləri  gücləndirən 
qafiyələr,  onu  dinləyənlərdə  düşünüb-daşınmaq  imkanı  yaratmaqda  idi.  Məhz  bu  baxımdan  bu 
abidənin  düzgün  oxuna  bilməsi  ərəb  dilinin  əsaslarının  elmi  şəkildə  öyrənilməsi  vacibliyini 
meydana  çıxarırdı.  Böyük  alimlər  dəstəsi  hələ  islamiyyətin  ilk  dövrlərindən  ərəb  dilinin  qayda-
qanunlarını  elmi  şəkildə  öyrənməyə  başlayır  və  bu  dilin  hamı  üçün  əsas  ola  biləcək  qanunlarını 
yaratmağa  çalışırdılar.   
Ərəb  dilçilik  elminin  ilk  görkəmli  nümayəndələrindən  sayılan  İbn  Əbu  İshaq  əl-Hadrami, 
Əbu  Əmr  bin  əl-Əla,  İsa  bin  Ömər  əl-Sədəfi,  Yunis  bin  Həbib,  Xəlil  ibn  Əhməd,  Əbül  Xəttab  əl-
Əxfəş  əl-Əkbər,  Sibəveyhi,  əl-Əxfəş  əl-Əvsət,  Əli  bin  Həmzə  əl-Kisai,  Yəhya  bin  Ziyad  əl-Fərra  və 
başqaları  ərəb  dilinin  nəzəri  əsaslarını  öyrənməyə  çalışmış  və  bu  dilin  qanunları  haqqında  gözəl 
əsərlər  yazmışlar.(3,16)   
  Əruz  elminin  qayda  və  qanunlarının  ilk  dəfə  məhz  ərəb  şeirinə  tətbiq  olunmasının  əsas 
səbəbi,  yazılı  ədəbiyyatın  və  filologiyanın  ərəblərdə  daha  tez  formalaşması  idi.  Ümumiyyətlə  əruz 
nədir?   
Əruz  ərəb  sözüdür.  “Geniş  yol”,  “çadırın  ortasına  vurulan  dirək”,  “şeir  haqqında  elm”  və  s. 
mənalar  bildirir.  Nəzmdə  istifadə  olunan  şeir  ölçüsüdür.  Əruz  uzun  və  qısa  hecaların  müəyyən 
kombinasiyalarda  gözəl  oxunuş  ritmi  yaradan,  ardıcıllığının  bütün  misralarda  dəqiqliklə 
gözlənilməsi  ilə  müşahidə    olunan  şeir  vəznidir.  Əruz  vəzni  çox  yayılan,  işləkliyi  ilə  fərqlənən  bir 
ölçüdür.  İslamiyyətdən  əvvəl  ərəb  folklorunun  nümunələri,  müharibələr  zamanı  söylənən  rəcəzlər, 
məzmunu  xalq  məişətindən  alınan  şeirlər  əruz  vəzni  ilə  yazılırdı.  Bədahətən  şeir  deyəndə  belə 
ərəblər  əruzdan  istifadə  edirdilər. 
Əruz  şeir  ölçüsünün  xüsusiyyətlərindən  biri,  misralardakı  hecaların  uzun-qısalığının  əsas 
götürülməsidir.  Lakin  bu  vəzndə  yazılan  şeirlərdə  ahəng,  misralardakı  hecaların  say  bərabərliyindən 
deyil,  onların  uzun-qısalığından,  növbələşməsindən,  bir-birini  izləməsindən  yaranır.  Məhz  bu  halda 
əruz  vəznində  yazılan  şeirdəki  misralarda  hecaların  sayında  fərqin  ola  bilməsi  normal  hal  sayıla 
bilər.   
Əruz  vəznindən  istifadə  edən  xalqların  ədəbiyyatşünaslığında  belə  bir  qayda  müəyyən 
olunmuşdur  ki,  əruza  görə  qapalı  hecalar  həmişə  uzun,  açıq  hecalar  isə,  əsasən,  qısa  (heca  uzanan 
sait  səslə  qurtardıqda  o,  uzun  heca  olur)  heca  hesab  edilir.  Ona  görə  də  hecaların  uzun-qısalığının 
növbələşməsini,  bir-birini  izləməsini  açıq  və  qapalı  hecaların  izləməsi  kimi  də  başa  düşmək  olar. 

- 73 - 
Şeirdə  uzun,  qısa  hecaların  bir-birini  izləməsi,  növbələşməsi  o  deməkdir  ki,  birinci  misrada  hər 
hansı  heca  uzundursa(yaxud  qısadırsa),  qalan  misralarda  da  həmin  sırada  duran  heca  uzun  (yaxud 
qısa)  olmalıdır.  Əruzun  tələbinə  görə  misralardakı  bu  və  ya  digər  sözün  hər  hansı  bir  hecası 
uzandığı  kimi,  müəyyən  sözləri,  yaxud  hecaları  qısa  demək  də  lazım  gəlir.  Başqa  sözlə,  onlar  qısa 
tələffüz  edilməli  olur.   
Əruz  elminin  nəzəri  əsaslarını  yaradan  məşhur  ərəb  alimi  Xəlil  ibn  Əhməd  (718-790)  sayılır. 
VIII  əsrdə  yaşamış  böyük  ərəb  alimi  Xəlil  ibn  Əhməd  əruz  şeir  ölçüsünü  hicri  150-ci  (767)  ildə 
sistemləşdirib  elm  şəklinə  salmışdır.  O,  əruzun  15  bəhrini  müəyyənləşdirmiş  və  bu  bəhrlərin  əsasına 
məfA
ʼUlün,  fAʼilAtün,  müstəfʼilün,  fəʼUlün,  fAʼilün,  mütəfAʼilün,  müfAʼələtün,  məfʼUlAtü  qəliblərini 
tətbiq  etmişdir.  Həmin  qəliblərə  təfilə  deyilir.  Bu  təfilələrin  müxtəlif  birləşmələri  əruzun  müxtəlif  
bəhrlərini  və  onların  ölçülərini  yaradır.  Məsələn,    fA
ʼilAtün  təfiləsi  bu  və  ya  digər  şəkildə 
təkrarlanaraq  rəməl  bəhrinin,  məfA
ʼİlün  təfiləsinin  dəyişməsi  və  təkrarı  isə  həzəc  bəhrinin  müxtəlif 
növlərini  yaradır.  Təfilələrin  dəyişməsi,  bir  səsin  dəyişməsi  ölçünü  də  dəyişdirir.  Məsələn,    fA
ʼilatün 
və  
ʼilAtün  təfilələri  bir-birinə  çox  yaxındır:  hər  ikisində  dörd  heca  vardır.  Lakin  bunlar  müxtəlif 
ölçü  əmələ  gətirir.  Belə  ki,  təfilənin  birinci  hecasında  a-nın  ə-yə  keçməsi  ölçünü  də  dəyişdirir. 
Misallardan  belə  nəticəyə  gəlmək  olar  ki,  əruz  vəznində  şeirlərin  ahəngini    müəyyən  edən  onun 
ayrı-ayrı  qəlibləridir.  Təfilələrin  müxtəlif  şəkildə  dəyişməsi  şeirin  ahəngini  dəyişir.  Bunun  da 
nəticəsində  əruzun  müxtəlif   bəhrləri  və onun  ayrı-  ayrı  növləri  meydana  gəlir.   
Ərəb  istilası  ilə  əlaqədar  olaraq  ərəb  dili,  mədəniyyəti,  ədəbiyyatı  başqa  xalqların  dilinə  təsir 
etdiyi  kimi,  bu  şeir  qaydalarına  da  təsirsiz  qalmamışdır.  Xalqlar  əruza  yaradıcı  yanaşmış,  bəhrlərdən 
öz  dillərinə  uyğun  gələnləri  istifadə  etmişlər.  Ərəblər  əruzun  16,  farslar  19,  taciklər  14,  türklər  11, 
özbəklər  13,  azərbaycanlılar  isə  12  bəhrdə  şeir  yazmışlar.    Bir  sözlə,  uzun  illər  əruzun  nəzəri 
əsaslarından  yazmaq  şərq-elmi  nəzəri  fikrində  bir  ənənə  halına  çevrilmişdir. 
Farslar  əruzu  ərəb  ədəbiyyatından  götürmüşlər  və  onu  daha  da  təkminləşdirərək,  bəhr  və 
təfilələrin  sayını  artırmışlar.  Onlar  əruzun  16  bəhrinə  3  bəhr  (qərib,  cədid,  müşakil)      artırmış, 
bəhrlərin  sayını  19-a  çatdırmışdılar.  Farslar  ərəb  qəliblərini  yeni  formaya  salmış,  onlara  milli 
xüsusiyyət  vermişlər.  Fars  əruzşünaslıq  elminin  tarixi  qədimdir.  Təqribən  IX  əsrdən  etibarən  əruz 
fars  poeziyasına  qədəm  qoymuş,  XI-XII  əsrlərdən  etibarən  isə  fars  alimləri  fars  əruzunun  nəzəri 
əsasları  haqqında  əsərlər  yazmağa  başlamışlar.  Bu  elmin  yaranmasında  və  inkişafında  böyük  rol 
oynamış  Yusif  Əruzi,  Əbu Abdullah  Qorşi,  Bəhrami  Sərəxsi  və başqalarının  adlarını  çəkmək  olar.   
XIII  əsr  fars  əruzşünaslıq  elmi  isə  ilk  növbədə  Şəms  Qeys  Razi  və  Nəsirəddin  Tusinin  adı  ilə 
bağlıdır.  Bu  alimlərin  əsərləri  özlərindən  sonra  yazıb-yaratmış  alimlərə  güclü  təsir  göstərmiş  və  belə 
ki,  XIV-XV  əsrlərdə  fəaliyyət  göstərmiş  Şəms  Fəxri  İsfahani,  Vəhid  Təbrizi  və  Əbdürrəhman  Cami 
kimi  görkəmli  əruzşünasların  əsərlərində  onların  nəfəsi  açıq-aydın  duyulmaqdadır.  Təbii  ki,  fars 
alimləri  arasında  Əbdürrəhman  Cami  və  onun  nəzəri  əsaslarından  bəhs  edən  “Risaleyi  -əruz”  əsəri 
bu baxımdan  böyük  əhəmiyyət  kəsb edir.(1,146) 
Əruz    vəzninin  türkdilli  poeziyada  tətbiqi    böyük  maneələrə  rast  gəlmişdir.  Bunlardan  ən 
ümdəsi  dil  problemi  idi.  Belə  ki,  ərəb  dilinə  tətbiq  olunmuş  əruz  vəzni  türk  dilinə  tətbiqi  nəticəsində 
sözlərin  tələffüzündə  türk  dili  qayda-qanunlarını  kobudcasına  pozurdu.  Lakin  bütün  bunları  arxada 
qoyaraq,  türkdilli  xalqlar  XI  əsrdən  əruzdan  istifadə  etməyə  başlamışlar.  Əruz  vəzninin  mütəqarib 
bəhri  ilə  yazılan  ilk  türk-uyğur  abidəsi  Yusif  xas  Hacibin  “Kutadqu-bilik”  poeması  olmuşdur.                                                                                                                 
Əruz  vəzni  azərbaycan  ədəbiyyatında  da  geniş  yayılmışdır.  Nizami,  Füzuli,  Nəsimi, 
S.Ə.Şirvani,  M.Ə.Sabir  kimi  böyük  söz  sənətkarları  bu  vəzndə  çox  ahəngdar  əsərlər  yazmışlar. 
Azərbaycan  şeirində  əruz  bəhrinin  hamısı  işlədilməmişdir.  Ədəbiyyatımızda  ən  çox  işlənən,  həzəc, 
rəməl,  xəfif,  səri  munsərih  bəhrləridir.  Əruzun  bu  bəhrlərinin  adını  ifadə  edən  sözlər  onların 
xüsusiyyətinə  uyğun  seçilmişdir.  Həmin  sözlərin  mənasını  bilmək  bəhrlərin  xüsusiyyətini  başa 
düşməyə  kömək edir.  (5, 60) 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin