The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

ƏDƏBİYYAT 
1.Babayev A. Azərbaycan dilçiliyinin  tarixi. Bakı, Universitet nəşr, 1996 
2. Bakıxanov A. Seçilmiş əsərləri. Bakı, AVRASİYA PRESS, 2005 
3. Elçin. O işıq  əsla ölməz. “Ədəbiyyat və incəsənət” qəzeti, 11 noyabr, 1983. 
4. Həsənova S. Nitq mədəniyyəti  və üslubiyyat.  Bakı, ADPU, 2005. 
5. İbrahimov M. Azərbaycan dili  /Əsərləri, 10 cilddə,  10-cu c. S. 87-98. 
6. Sultanov  M. Ön söz / Bakıxanov  A. Seçilmiş  əsərləri. Bakı, AVRASİYA PRESS, 2005, s, 4-16 
7.Sadıqova C.,Əsgərova T.  Fars dilini  tədqiq edən Azərbaycan alimləri.  Bakı, Elm 1990 
 
 
 
 
 
 
                                                                                                                                          
 
ABSTRACT 
Ganira Askerova 
The role of Abbasgulu agha Bakikhanov in the development  
of the Persion linguistics  
The article deals with the language of the Azerbaijan thinker Abbasgulu  Bakihanov. In this respect, 
the scientific and literary language samples are put forward. Scientific-theoretical  ideas put forward in this 
paper are substantiated with the factual materials. 
 
РЕЗЮМЕ 
Ганира Аскерова 
Ролъ Аббасгулу Ага Бакиханова в развитии персидcкого языка  
В статъе говорится о языке произведений  видного азербайджанского мыслителя Аббасгулу 
Ага Бакиханова, рассматривается проблема научного и художественного языка его творений. 

- 124 - 
Выдинутые  в  статъе  научно-теоретические  мысли  обосновываются  фактическими 
материалами 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə elmlər doktoru Hüseyn  Həşimli 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  СЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
   
 
 
SƏBUHİ NOVRUZOV 
 
 
 
 
 
 
 
 
 
 
sabuhi@nm.ru 
UOT:81.1 
RƏSUL RZANIN DİLİNDƏ YENİ SÖZ  VƏ İFADƏLƏR 
 
 
Açar  sözlər:  Rəsul  Rza, yeni sözlər,  yeni ifadələr, dilçilik 
 
Key words:  Resul Rza ,new words, new phrases, linguistics. 
 
Ключевые словаРасул Рзa, новые слова, новые  вражения, лингвистика. 
 
     
Zəngin  lüğət  tərkibinə  malik  olan  Azərbaycan  ədəbi  dili  xalqımızın  təşəkkül  və  inkişafı 
tarixi  ilə  əlaqədar  özünəxas  inkişaf  yolu  keçmişdir.  Əsrlər  boyu  gedən  bu  proses  dilin  ən  sürətlə 
inkişaf  edən  hissəsi  olan  lüğət  tərkibinə  də  öz  təsirini  göstərmişdir.  Belə  ki,  dildəki  sözlərin  leksik 
baxımdan  dəyişilməsi,  bir  çox  sözlərin  polisemantik  və  məcazi  məna  kəsb  etməsi  və  s.  dilin  lüğət 
tərkibinin  zənginləşməsində  böyük  rol  oynamışdır.  Dilin  leksikası  öz  daxili  inkişafı  ilə  yanaşı, 
həmişə  xarici  faktorların  da  təsirindən  asılı  olmuşdır.  Dünyanın  istənilən  bir  yerində  gedən  tərəqqi 
zamanla  ayrı-ayrı  xalqların  dilinə  də  öz  təsirini  göstərir.  Elm,  sənaye,  texnologiyanın  inkişafı  və 
yeni  kəşflər  dildə  olmayan   söz  və ifadələrin  yaranmasına  səbəb olur. 
 
Dilin  inkişafında,  lüğət  tərkibinin  zənginləşməsində  ayrı-ayrı  sənətkarların  da  xidməti  qeyd 
olunmalıdır.  Belə  söz  ustalarindan  biri  də  minillik  Azərbaycan  poeziyasına  novator  düşüncə  gətirən, 
zamanın,  həyatın,  bütövlükdə  dünyanın  bir  çox  məsələlərinə  özünəməxsus  düşüncə  pəncərəsi  açan 
xalq  şairi  Rəsul  Rzadır.  Yaradıcılığı  boyu  hər  zaman  aktuallığını  qoruyan  mövzulara  toxunan  şair 
poetik  fikrimizə,  bədii-fəlsəfi  düşüncəmizə  təsir  etməklə  bərabər,  Azərbaycan  dilində  yeni  söz  və 
ifadələrin  yaranması  istiqmətində  də  ciddi  addımlar  atmışdır.  Rəsul  Rza  söz  yaradıcılığı  ilə  bağlı 
avtobioqrafiyasında  fikirlərini  belə  ifadə  edirdi:  “Bəzi  yazıçılarımız,  tənqidçilərimiz,  oxucularımız 
bəzən  söz  yaradıcılığına  ona  görə  etiraz  edirlər  ki,  bu  və  ya  digər  söz  “xalqda  yoxdur”.  Bu  adamlar 
unudurlar  ki,  xalqın  dili  bir  gündə  yaranmayıb,  arası  kəsilmədən  inkişaf  edir.  Sözlər  ayrı-ayrı 
adamlar  tərəfindən  “uydurulur”.  Məhz  ayrı-ayrı  adamlar  tərəfindən.  Çünki  bir  insan  kollektivinin, 
yaxud  bütöv  bir  xalqın  yığışıb  bir  yerdə  söz  icad  etməklə  məşğul  olduğunu  təsəvvür  etmək  çox 
çətindir.  Sözləri  ayrı-ayrı  adamlar  icad  edir,  bu  sözlər  həyata  girir,  hamı  tərəfindən  qəbul  olunur,  ya 
unudulur.  Nə  üçün  indi,  dillərin  formalaşıb  inkişaf  tapdığı  bir  zamanda,  lazım  gəldikdə,  həyatın 
yeni  hadisələrini  ifadə  etmək  üçün  yeni  söz  yaradılmasın,  axı  dillərin  yetkinləşməsi  prosesi  indi  də 
gedir”(8,31).  Şairin  yaradıcılığında  söz  yaradıcılığı  ümumi  və  fərdi  olmaqla  iki  ehtiyacdan  doğurdu. 
Birinci  ehtiyac  XX  əsrin  birinci  yarısında  ölkəmizdə  gedən  mürəkkəb  siyasi-ictimai  hadisələrin 
təsiri  ilə  dildə  gedən  proseslərlə  ─  dilin  saflaşması,  alınma  sözlərdən  təmizlənməsi  istiqamətində 
görülən  tədbirlər  və  s.  ilə  əlaqəli  idi.  Belə  ki,  həmin  dövrdə  fəaliyyət  göstərən  bəzi  sənətkarlar  da 
ədəbi  dilimizə  yeni  söz  və  ifadələr    gətirmişlər.  İkinci  ehtiyac  isə  şairin  yaradıcılığı  və  üslubunun 
tələbatından  doğan  söz  ehtiyacıdır.    “Dilimizin  inkişafı  üçün  yeni  söz  yaratmaq    mühüm  şərtdir.  Bu, 
yaradıcılıq  ehtiyacından  doğan  elmi,  məntiqi  bir  hadisə  olmalıdır.  Yaradılan  yeni  sözlər,  ya 

- 125 - 
yeniləşdirilən  sözlər  dilin  tarixi  gəlişi  ─  axarından  doğmalıdır.  Belə  sözlərin  kiçik,  böyük,  aydın  və 
dumanlı  qaynaqları  dilin  semantik  əhatə  dairəsində,  lüğət  imkanlarında  olmalıdır”(8  .-49).  
 
Rəsul  Rzanın  söz  dünyası  ucsuz-bucaqsız  bir  aləmə  bənzəyir,  bu  aləm  oxucunu  əsrarəngiz, 
sehrli  şerlərin  qanadında  zaman  və  məkan  xaricində  səyahətə  aparır.  Dalğalar  bizi  keçmişə, 
gələcəyə,  göylərə,  ülvi  təmizliyə  qaldırır.  Biz  ”insan  xəritəsi”ndəki  acı  izlərlə  tanış  oluruq, 
“nəhayətsiz  boşluqda,  kiçik  bir  insan  adası”nda  insanın  qüdrətini  görürük,  ümid,  şübhə  və  kədərlə 
söhbət  edirik,  hər  canlının“yarpaq  tökümünü”,“işıqların  üşüməsini”görürük...  Şairin    poeziyamıza                                                                                                             
gətirdiyi  yeni  sözlərin  çoxu  milli  sözlərimizin  əsasında  yaradılmışdır: 
 
 
 
 
 
                                    Planşetdən  çıxarır 
 
 
 
məhkumların  sadalağını  (3.173) 
 
 
 
 
Ağır  çəkilim yolu 
 
 
 
başladı  yığın-yığın  insanın  (7,39) 
 
 
 
 
Dolaşıq  düşüb  duyum yolları  (7,19) 
 
 
 
 
Poladı  çilik-çilik  sındırar 
 
 
 
güclü  basım (7,46) 
 
Rəsul  Rza    söz  yaradıcılığında  milli  sözlərdən  əlavə  alınma  sözlərə  də  müraciət  etmişdir. 
”Şairin  yaratdığı  sözlərin  bir  qisminin  əsasında  alınma  sözlər  durur:   
            Cazibə  ─ çəkim;  vaxt   ─ vaxtdaş;  dünya   ─ dünyadaş;  zaman   ─ zamandaş; 
həmkar  ─ işdaş. 
 
İkinci  qrupa  isə  “əynəm”  (trafeytoriya),  “duyumönü”  (intuisiya)  sözlərini  göstərmək  olar” 
(2,71). 
    
Söz  yaradıcılığının  qayda-qanunlarına  gözəl  bələd  olan  şair,  sözlərin  sadəliyinə, 
yığcamlığına,  dilə  uyumluluğuna  xüsusi  diqqət  göstərirdi.  Yalnız    bu  qəlibdən  olan  sözlər  geniş 
oxucu  kütləsi  tərəfindən  qəbul  olunub,  təsdiqlənərdi.  “Yeni  kəlmə,  tərkiblərin  işlənməsində  yaradıcı 
prinsip  olmalıdır.  Dilə  gərək  olan,  uyar  olan,  dilin  qəhətliyini  doldura  bilən  sözlər  qalacaq, 
olmayanlar  lazımsız  bir  şey  kimi  sıradan  çıxacaq.  Belinskinin  sözləri  ilə  desək,    “...dilin  dühası 
yazıçılardan  daha ağıllıdır.  Nəyi  saxlamaq,  nəyi  tullamaq  lazım  olduğunu  bilir”  (8, 49). 
 
Rəsul  Rza  morfoloji  yolla  söz  yaradıcılığında  -daş,  -çı,-  ın,  -lıq  və  s.  şəkilçilərdən  istifadə 
edərək dilimizdə  ehtiyac  duyulan  yeni  söz  variantlarının  yaradılmasına  nail  olmuşdur: 
 
 
 
 Nə cavabçı olacaq, 
 
 
 
 nə də yetim  (7, 50). 
 
 
 
 
 o vaxtın  gündaşı ,ildaşı 
 
 
 
 Bu  günün  gərəkli  vətəndaşı!  (7, 92) 
 
 
 
 
 Göyün  üzü  ulduzluqdur, 
 
 
 
 dənizin  üzü  ulduzluq (7, 51). 
 
 
 
 
 Ətrafım  qalabalıq- 
        
 
 
 xatirə,  gözləm, bilik  (4, 162).  
 
     
Aşağıda  nümunə  gətirəcəyimiz  bədii  parçalarda  şair  dilimizdəki  bəzi  sözlərin  antonimini 
yaratmaq  üçün  yeni  sözlərə  müraciət  edir.  Sözsüz  ki,  bu  qəbildən  olan  sözlərin  bəziləri  sırf  fərdi 
üslubiyyatdan  doğan  söz ehtiyacından  qaynaqlanır: 
 
 
 
  İnsan  da var-çalışır 
 
 
 
  yoxaltsın bu dünyadan 
 
 
 
  qara günlərin 

- 126 - 
      
 
 
  matəmli  sərgisini.    (4,.124).  
 
 
 
 
 Topalaşırdı  könüldaşlar 
 
 
 
 bu “Antiqeybətliyə"(7,8). 
    
Sənətkarın  özünün  də  qeyd  etdiyi  kimi,  məhz  yaradıcı  prinsipin  əsasında  sözlər  ifadə  etdiyi 
mənanın  hüdudunu  aşaraq,  eyni  məfhumla  bağlı  bizim  görə  bilməyəcəyimiz  incə  və  gizli  məqamları 
işıqlandırır,  fərqli  fəlsəfi-poetik  təəssüratlar  yaradır: 
 
                                   Paslı  qan yerə  hopur; 
 
 
 
      əyri-dolay  sızqovlarla 
 
 
 
      qar üstündə 
 
 
 
       yazıb,  qaynar  döyüşün 
 
 
 
     saatlığını, dəqiqəliyini.(7,50) 
 
Rəsul  Rza  sintaktik  yolla  söz  yaradıcılığının  imkanlarından  da  səmərəli  bəhrələnmişdir.  Bu 
qəbildən  olan  sözlərin  yaradılmasında  əşya  və  ya  hadisələr  arasında  olan  oxşarlıq,  müəyyən 
əlamətlər,  onların  daşıdığı  rol,  məna  və  s.  əsas  götürülsə  də,  bu  işdə  yaradıcı  təxəyyülün  də  yeri 
əvəzedilməzdir.  Yaradıcı  təxəyyülün,  insan  fantaziyasının,  dünyabaxışının  inkişafı  nəticəsində 
sözlər  öz  ibtidai  qəlibindən  çıxaraq,  mürəkkəbləşməyə  və  məcazlaşmağa  başlayır,  əks  halda, 
mürəkkəb  sözlər  adi  birləşmədən  başqa  bir  şey  olmazdı.  Rəsul  Rzanın  yaradıcılığında  da  mürəkkəb 
sözlər  standart  çərçivələrin  hüdudunu  aşır: 
 
 
 
       Ondördlük  Ay 
 
 
 
       girdi  bulud  dalına, 
 
 
 
     paraböyür göründü  (3,3). 
 
                            “Pərvanəbel təyyarə” endi,endi, 
 
 
  qondu  polad  meydançanın  ortasına  (3,25). 
 
Rəsul  Rzanın  dilimizə  gətirdiyi  yeni  ifadələr  də  maraq  doğuran  məsələlərdəndir.  “Rəsul  Rza 
məna  tutumu  ilə  diqqəti  çəkən  maraqlı  ifadə  yaradıcılarından  biri  kimi  dilimizin  sintaksisinə  də 
qayğılı  münasibət  bəsləmiş,onu  söz  birləşmələri  ilə  zənginləşdirmişdir.  Şairin  yaratdığı  birləşmələri 
yalnız  sintaktik  baxımdan  qiymətləndirmək  düzgün  olmaz.  Onlar  həm  də  dilimizin  üslubiyyatına 
xidmət  etməkdə  dəyərlidir.  Rəsul  Rza  dilimizin  bilicisi  və  sevəni    kimi  ifadə  sənatkarlığında  da 
gözəl  bir  məqsəd  daşımış,  dilimizin  gözəlliyini  bildirməyi  bacarmayan  alınma  ifadələrin  millilərlə 
əvəzlənməsini  təmin  etmişdir”  (1,147). 
                                                 ömrü  gödəltməsəydi 
maşın adamlar.(3,10) 
         Müasir 
sivilizasiyanın  və  iş  həyatının“proqlamlaşdırdığı”duyğusuz  insanlara  müracətlə 
maşın  adamlar”,  eləcə  də,”ağıllı  qapılar”,”ağıllı  maşınlar”  ifadəsi  poeziyamızda  bir  yenilikdir. 
Şairin  yaradıcı  təfəkkürü  zamanın  halqasını  qıraraq,  bu  tipli  cəsarətli  ifadələrlə  insanlara  gələcəyi 
göstərir.  Aşağıdakı  ifadələr  də  Rəsul  Rzanın  dilinə  məxsusdur:  qara  buludların  qarmağı, 
Yaponiyanın  ildırım  qarğaları,  pəncərəsində  günəşin  yaylığı  ,  yarım  dost,  çörək  dostu,  göynək 
pəncərəsi  ,  küləyin  dodağı,  alnında  ağır  günlərin  naxışı,vaxtın  damlaları  yığılır,  zaman  gölü  olur, 
kosmik  buludların  mavi  dumanı,  vaxt  axarının  geri  yönü,  səbpərə  fənərin  korgöz  işıltısı,  sərhədlə 
kilidlənmiş  ölkələr,  istək  dustaqlığı,  imkan  dustaqlığı  ,dərya-dərya  imkanlardan  verilən  nemət 
cirəsi,  pay  qaşığı,  çinar  çadırları,”poeziya  qartalı”,  duman  duvağı,  Məcnun  saçlı  budaqlar,  insan 
sürücülü  polad  ley  ,matəmli  sərgi,od  qamçılar,  göy  qırmanclı  dalğalar,  nikotinli  can  yağıları, 
ruhumda  fanar  yandırdı,  barmaqucu  yaddaş,  insanlıq  duzu,  bərabərlik  duzu,  dil  dustağı,  göz 
dustağı,  fikir  dustağı  ,beynimin  qarışıq  dalğaları,  ən  yaxın  dəqiqənin  qarşı  sahili  ,  pasportsuz 
kədər,  əriyir  gündüzün  rəngi,  tarixin  körpüsüz  yolları,  həyatla döyüşən duyğuların qırğını ,paxıllıq 
da  qocalır,  dodaqlar  çırmanır,  qəliblənmiş  səadət,  icazəli  cəsarət,  qanun  adlı  qəlib  ,təəssüf  rəngli 
gözlər,  ildırım  çıraqları,  ümid  qırığı,  fikrin  haçalanması,  ümid  toranı,rənglərin  qarışıq  quraması, 
görüm  dünyasının  payıza  bükülməsi,  beynin  ekranı,yetimlik  rəngi  ,  ömrün  dəqiqələrini,  saatlarını 
qoparan  kəlbətin  günlər,  xatirə  dalğası, ümidlərin nigaran ölkəsi, imkansızlıq hasarı, intizar rəngi, 

- 127 - 
qulaqlarımda  ayaq  səslərinin  yoxluğu,  tərif  dilənçisi, yaddaşın qafiyəxanasıinsan yuvası, planetin 
mavi su çanağı, dənizin qıvrım saçı ,dəniz gözlü dənizçi,  axşamın sahili və s. 
    
  Bu  ifadələr  öz orijinallığı  və yeni  boyası  ilə  seçilir.  Ümumiyyətlə,   şairin  yaradıcılığı   söz-
ifadə  kəşfləri  ilə  zəngindir. 
ƏDƏBİYYAT 
 
1 .Həsənova  S. Ədəbi dil  məsələləri,  Bakı,  ADPU  ,2011. 
2. Həsənova  S. Nitq mədəniyyəti  və üslubiyyat,  Bakı,  ADPU, 2005. 
3. Rəsul  Rza.  Pəncərəmə  düşən  işıq,  Bakı,  Azərbaycan  Dövlət  Nəşriyyatı,  1962 
4. Rəsul  Rza.  Seçilmiş  əsərləri,  I c. Bakı,  Öndər Nəşriyyat  ,2005. 
5 Rəsul  Rza.  Seçilmiş  əsərləri,  II c .Bakı,  Öndər Nəşriyyat,  2005. 
6. Rəsul  Rza.  Seçilmiş  əsərləri,  III c  .Bakı,  Öndər Nəşriyyat,  2005. 
7 .Rəsul  Rza.  Seçilmiş  əsərləri,  IV c .Bakı,  Öndər Nəşriyyat,  2005. 
8. Rəsul  Rza.  Seçilmiş  əsərləri,V  c. Bakı,  Öndər Nəşriyyat,  2005. 
 
 
 
ABSTRACT 
 S.R.Novruzov 
New words  and  phrass in  resul rza`s  speesh 
 
The  article  deals  with  Resul  Rza`s  speech.  From  this  point  of  view,  the  new  words  and 
phrases  are  created  and  put  forward  by  him.  Theoretical  ideas  in  the  article  were  substantiate  the 
facts. 
РЕЗЮМЕ 
 
 
С.Р.Новрузов 
Новые  слова  и выражения в языке  расул рзы 
В  статье  говориться  со  слов  Расул  Рзы.  И  по  этому  созданные  его новые слова и вражения 
входят  на  предний план.Теоретические  мысли статьи  подтверждаются фактами. 
 
 
 
 
 
 
 
 
                      
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə elmlər doktoru  H.Həşimli 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

- 128 - 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
SƏNƏTŞÜNASLIQ 
İNARA MƏHƏRRƏMOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:78                   
 
İBRAHİM  MƏMMƏDOVUN ALLEQORİK JANRLI “TÜLKÜ  VƏ        
ALABAŞ”  OPERASININ SƏCİYYƏVİ   XÜSUSİYYƏTLƏRİ 
 
Açar  sözlər: üslub, janr, leytmotiv, dramaturgiya, harmoniya.   
 
Key words:  style, genre, leitmotiv, dramaturgy, harmony.  
Ключевые слова: стиль, жанр, лейтмотив, драматургия, гармония. 
 
Azərbaycanda  opera  yaradıcılığı  sahəsində  yeni  janr  və  üslub  axtarışlarının  bir  istiqaməti 
alleqorik  operaların  yaradılması  ilə  bağlıdır.  Bu  sahədə  İbrahim  Məmmədovun  “Tülkü  və  Alabaş” 
operası  (1961) yeni  janrın  bir  nümunəsidir.   
S.Dadaşovun  librettosu  əsasında  yazılmış  bu  əsər  öz  janr  xüsusiyyətlərinə  görə  Azərbaycan 
operası  üçün  yeni  idi.  “Tülkü  və  Alabaş”  operası  müxtəlif  incəsənət  növlərinin  sintezini  həyata 
keçirərək  həmin  dövrün  musiqi  inkişaf  təmayüllərini  özündə  əks etdirirdi. 
Operanın  nəsihətamiz  ideyası  ümumiləşmiş  alleqorik  planda  açılır.  Adətən  təmsillərdə 
olduğu  kimi,  iştirakçılar  müxtəlif  heyvanların  simasında  təqdim  edilərək  insani  keyfiyyətlərə 
malikdirlər.  Operada  balet  səhnələrindən  geniş  şəkildə  istifadə  olunur,  bu  isə  əsəri  opera-balet 
adlandırmağa  əsas  verir.  Operanın  ideyası  xeyirlə  şərin  mübarizəsi  üzərində  qurularaq  ədalətin 
qələbəsinə  həsr olunub.   
Qeyd  olunduğu  kimi,  operanın  ideyası  alleqorik  planda  öz  həllini  tapır  və  bununla  bağlı 
bəstəkar  əsərin  iştirakçıları  olan  heyvanları  sırf  insani  keyfiyyətlərlə  təmsil  edir.  Onlar  rəngarəng 
zəngin  hisslərlə  yaşayır  və  müxtəlif  xarakterlərə  malikdirlər.  İnsan  xislətinə  xas  olan  müxtəlif 
keyfiyyətlərlə  diqqəti  cəlb  edirlər,  insanların  davranışları  onların    simasında  özünəməxsus  şəkildə 
əks  olunur.  İdeya  məzmununun  alleqorik  şəkildə  təcəssüm  olunması  ilə  əlaqədar  əsərdə  tembr 
dramaturgiyasına  böyük  diqqət  yetirilir  ki,  bu  da  operanın  bədii  məzmununun  açılmasına  xidmət 
edir.  Bununla  bağlı  operada  hər  pərdənin  əvvəlinə  böyük  orkestr  epizodları,  rəqslər,  finala  isə  yürüş 
daxil  edilir. 
Maraqlı  simfonik  epizodlardan  biri  kimi  operanın  Girişini  qeyd edə bilərik.   
Bəstəkar  bu  hissəni  “Sübh  çağı”  adlandırmışdır.  Səhərin  açılması  mənzərəsinin  təsviri  ilə,  sanki 
bütün  təbiət  oyanır:  simlilərin  tremolosu  fonunda  klarnet  və  arfanın  səslənməsi  gözümüzün 
qarşısında  idil  bir  təbiət  mənzərəsini  canlandırır.  Musiqidə  tədricən  dinamika  artırılır  –  yeni 
tembrlər,  rəngarəng  harmoniyalar  eşidilir.  Surdinalı  trubaların  səslənməsi  xoruzun  banlamasını 
imitasiya  edərək səhərin  açılmasından  xəbər  verir.   

- 129 - 
 
 
        
 

- 130 - 
         
 
 
Rəngarəng  tembr  başlanğıcı  obrazların  xarakteristikasında  da  böyük  rol  oynayır.  Bəstəkar 
orkestrdə  meşə  səltənətinin  sakinlərinin  –  heyvanların  səslərini  ustalıqla  imitasiya  edir.  Orkestrdə 
rəngarəng  təsviri  effektlər  səslənir.   
Operanın  qəhrəmanlarının  musiqi  xasiyyətnamələrində  əsərin  qəhrəmanlarına  xas  olan 
insani  keyfiyyətlər  açılır.  Bununla  əlaqədar  bəstəkar  iştirakçıları  iki  əks  düşərgəyə  bölərək 
səciyyələndirir.  Quşlar  məkanının  sakinləri  xeyirxah  keyfiyyətlərlə  təcəssüm  olunur,  Canavar  və 
Tülkü  isə  şər  qüvvələri  təmsil  edir.  Вəstəkar  onların  ariyalarını  musiqi  məzmununa  daxil  edir: 
qəhrəman  döyüşçü  kimi  təqdim  olunan  Alabaşın  ariyası,  Tülkünün  ariya-rəqsi  və s..  
Operanın  qəhrəmanı  – Alabaş  Xeyiri  təmsil  edir.  

- 131 - 
Operanın  əvvəlində  Alabaş  monoloqla  xarakterizə  olunur;  o,  ağıllı,  təmkinli,  etibarlı 
xilaskardır. 
Alabaşın  ikinci  pərdədəki  ariyası  onun  döyüşçü  xüsusiyyətlərini  daha  parlaq  şəkildə 
təcəssüm  etdirir.  Qəhrəmanın  xarakteri  səlis  ritmli,  sıçrayışlı,  deklamasiyalı  musiqi  ilə  təqdim 
olunur.    
Şər  qüvvələrin  təmsilçisi  olan  Tülkünün  partiyası  –  leytmotivi  tonallıq  baxımından  qeyri-
sabitdir,  sanki  ehtiyatlı  hiyləgər  addımları  canlandırır,  dayaq  pillələrini  xromatik  tərzdə  sürünən 
oynaq  intonasiya  çalarları  özünü  göstərir.  Leytmotivin  ritmi  valsvaridir  (6/8  ölçüsünə  əsaslanır),  bu 
da  xalq  musiqisi  üçün  səciyyəvi  cəhətdir.  Valsın  rəvanlığı,  axıcılığı  hiyləgər  Tülkünün  hərəkətlərini, 
çevikliyi  təsvir  edir.  
Səciyyəvi  haldır  ki,  Tülkünün  partiyasında  bəstəkar  muğam  intonasiyalarından  geniş  istifadə 
edir.  Lakin  çox  zaman  Tülkünün  hiyləgər  niyyətlərini  ifşa  etmək  üçün  bu  intonasiyalar  təhrifə 
uğramış  şəkildə  səslənir.    
Tülkünün  ikinci  pərdədən  ariyası  onun  xarakteristikasında  kulminasiya  təşkil  edir.  Burada 
Tülkü  özünü  meşənin  hökmdarı  hesab  edərək sevincini  ifadə  edir.    
 
 
       
 
             
 

- 132 - 
              
 
 
Operanın  III  pərdəsində  Tülkünün  partiyasında  həmçinin,  “Qıtqılıda”  rəqs  melodiyası  da 
dəyişilmiş  şəkildə  öz əksini  tapmışdır.   
 
 
 
Operada  Canavar  harmonik  orkestr  ifadə  vasitələri  ilə  xarakterizə  olunur.  Onun  vəhşi 
hərəkətlərini,  gizli  addımlarını  əks  etdirmək  üçün  bəstəkar  bu  partiyada  dissonans  intonasiyalardan, 
əksildilmiş  və  artırılmış  akkordlardan  istifadə  edir  ki,  bu  komplekslər  də  orkestrdə  xromatik 
gedişlərlə  müşayiət  olunaraq  Canavarın  hərəkətlərini  qabarıq  surətdə  canlandırır.    
Xoruzun  instrumental  leytmotivi  surdinalı  trubalarda  tonika  üçsəsliyinin  səsləndirilməsinə 
əsaslanır.  Qırt  toyuq  isə  polifonik  quruluşlu  oxunaqlı  melodiya  ilə  xarakterizə  olunur.  Bu  mövzu 
işıqlı,  həyatsevər  səslənməsi  ilə  diqqəti  cəlb  edir.  Finalda  xorun  fuqatosu  da  bu  mövzu  əsasında 
verilir. 

- 133 - 
      
                           
           
 
 

- 134 - 
 
Beləliklə,  İ.Məmmədovun  “Tülkü  və  Alabaş”  operası  xalq  nağılları  və  təmsilləri  əsasında 
alleqorik  operaların  yaranmasına  müəyyən  təkan  vermişdir.  Bu  növ  operaların  müəyyən  janr 
xüsusiyyətlərinin  formalaşmasında  operanın  əhəmiyyətini  qeyd etmək  lazımdır.   
Eyni  zamanda  xalq  nağıl  və  təmsillərinin  qəhrəmanlarını,  heyvanlar  aləmini  canlandıran 
operaların  uşaq  operaları  kimi  xarakterizə  olunması  ənənəsi  özünü  göstərir.  Azərbaycan 
musiqisində  çox  sayda  uşaq  operaları  yaranmışdır.  Bunlardan  bəzisi  peşəkar  ifaçılar  üçün,  bəzisi  isə 
uşaqların  ifası  üçün  nəzərdə  tutulmuşdur.  Bir  sıra  operalarda  isə  peşəkar  ifaçılarla  yanaşı,  uşaqlar  da 
iştirakçılar  sırasına  daxil  edilir.   
  Bu  operaların  səciyyəvi  cəhəti  kimi  onlarda  alleqorik  ifadə  vasitələrindən  istifadə  edilməsi 
qeyd olunmalıdır.   
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin