The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   ...   28   29   30   31   32   33   34   35   36

ƏDƏBİYYAT 
I. Cavid  Hüseyn . Əsərləri . Dörd cilddə . I-IVcildlər . Bakı, Yazıçı,  I982-I985. 
2. Məmmədquluzadə  Cəlil. Əsərləri. Dörd cilddə. II cild. Bakı, ”Öndər”,2004. 584 səh. 
3. Hacıbəyov Üzeyir . Seçilmiş  əsərləri. Bakı,Yazıçı,  I985. 653 səh. 
4. Hadi Məhəmməd. Seçilmiş  əsərləri. İki cilddə. I cild,  Bakı, ”Elm” ,I978  . 409 səh. 
5. Sabir  Mirzə  Ələkbər. Hophopnamə. Bakı, Çaşıoğlu,  2004. 528 səh. 
6. Nemanzadə  Ömər Faiq. Seçilmiş əsərləri . Bakı, Yazıçı,  1992. 536 səh . 
7. Səhhət Abbas . Seçilmiş əsərləri.  Bakı, Lider, 2005. 456 səh .     
    
ABSTRACT 
 
The problem of secular schools ( " usuli - Jadid " - shloly new type ) in the Azerbaijan Democratic 
thought at the beginning of the XX century ( 1900-1920 ) . 
         In the early twentieth century as in the advanced countries , the Azerbaijani people wanted to 
open  secular  schools  .  Because  these  schools  were  for  a  people to enlightenment. Movement for the new 
democratic school , all the same , were the movement for the liberation of the nation from the colonial yoke . 
New secular schools were written passwords in genetic memory of the nation . Therefore, the author points 
out that this process has demonstrated itself in Azerbaijan democratic thought in the early twentieth century. 
Therefore  ,  enlightened  people  will  understand  their  rights  ,  will  determine  their  leaders  to  rise  and  for 
national  liberation  movement . 
РЕЗЮМЕ 
 
Проблема  светские школы ( “ усули –джадид”-шkолы нового типа)  в Азербайджанской  
демократической   мысли  начала  XX  века  ( 1900-1920 гг ) .     

- 251 - 
         В начале  ХХ  века  как  в передовых  странах , так  и  в  Азербайджана  народ  хотел 
открыть  светские школы. Потому что, такие  школы  вели за собой народ к просвещению. Движение  
за    новые    демократические      школы,  все  –таки,  были    движением    за  освобождение    нации    от 
колониального  ига.  Новые      светские    школы    являлись    письменным    генетическим  парольем    в  
памяти    нации.  Поэтому    автор    указывает  ,  что  этот  процесс  демонстрировал  себя  в 
Азербайджанской демократической мысли в начале ХХ века. Связи с этим , просвещенный  народ 
будет  понимать  своих  прав, будет определять своих лидеров и поднимется за национальное- 
освободительное движение .  
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Pedaqogika  üzrə fəlsəfə doktoru, dosent 
V.Rzayev 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
NƏZAKƏT  YUSİFOVA   
SEVDA KƏRİMOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:37(094) 
 
NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ TƏLİM - TƏRBİYƏ MƏSƏLƏLƏRİ 
 
Açar  sözlər: insan, tərbiyə, inkişaf, fiziki, mənəvi 
Key words:  human, bringing up, development, physical,  moral 
Ключевые слова: человек, воспитание, развитие, физическое, нравственное 
 
Zəngin  və hərtərəfli  yaradıcılığı  ilə  Nizami  Gəncəvi  təkcə Azərbaycana  deyil,  bütün  dünya 
mədəniyyətinə  qiymətli  hədiyyələr  vermiş,  həm Şəqrdə,  həm də Qərbdə böyük  şöhrət  tapmışdır.   
Nizaminin   zəngin   yaradıcılığında  təlim-tərbiyə  məsələləri  də xüsusi  yer tutur. Onun  “Sirlər 
xəzinəsi”,  “Xosrov  və Şirin”,  “Leyli  və Məcnun”,  “İsgəndərnamə”  əsrləri  sanki  hərəsi  bir pedaqoji 
poemadır  (1.s.132).   
Orta əsrin  cəhalət səltənətində  nurlu  bir  işıq  kimi  parlayan  dahi  Azərbaycan  şairi  böyük 
mütəfəkkir  və insanpərvər  İlyas  Yusif oğlu  Nizami  Gəncəvi  dövrünün  bütün  qababcıl  elmləri,  həmçinin 
yunan  fəlsəfəsi  ilə  yaxından  tanış olan  yüksək  təhsilli  bir  sima  idi.  Onun  yaradıcılığında  şərq-müsəlman 
mədəniyyəti,  qərb-vizantiya  mədəniyyətinin  əlamətləri  ustalıqla  uzlaşdırılmışdır.  Nizami  Gəncəvi 
hərtərəfli  inkişaf  etmiş,  geniş  təhsilli  bir  sənətkar,  alim  və mütəfəkkir  idi.  Bu cəhətlər  onu öz 
müasirlərindən  fərqləndirən  bir  mühüm  xüsusiyyət  də bu idi  ki,  o, heç vaxt  saray şairi  olmamışdır. 
Əksinə  Nizami  saray həyatına  qarşı  dərin  nifrət  bəsləmişdir.  O, padşah  saraylarının  insanı  yandıran  azad 
ocaqlarına  bənzədirdi.  Bütün  ömrünü  halal  zəhməti  hesabına  dolanmış  dahi  söz ustası  bəzən  maddi 
ehtiyac  isərisində  yaşasa
 da, heç kimdən  asılı  olmamışdır.  Onun  bu və ya  digər  hökmüdara  həsr 
edilmiş  əsərləri  də şahlara  nəsihət  vermək,  zülmə  son qoymaq,  qalxa  qarşı  ədalətli  olmaq  məqsədini 
güdürdü.   
Böyük  Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvi  yüksək  əməllər,  nəcib  hisslər 
tərənnüm  edən  ölməz  söz  ustasıdır.  O,  elə  bir  sənət  xəzinəsi  yaratmışdır  ki,bu  xəzinənin  misilsiz  söz 
inciləri  əsrlərin  imtahanlarından  müvəffəqiyyətlə  çıxmış,  zəmanəmizə  qədər gəlib  çatmışdır. 
Bu  nadir  sənət  nümunələri  bütün  yer  üzünü  dolaşır,  milyonlarla  insanlara  mənəvi  qüvvət 
verir,  onların  nəcib  əməllər  uğrunda  mübarizəyə  ruhlandırır. 

- 252 - 
Nizami  irsinin  dövrümüz  üçün  böyük  əhəmiyyəti  vardır.  Belə  ki,  şairin  əsərləri  təlim-
tərbiyəyə  dair  zəngin  fıkirlərlə  doludur.  Bu  əsərlərdə  vətənpərvərlik,  insanpərvərlik,xalq  mənafeyini 
hər  şeydən  üstün  tutmaq,  mərdlik,  qəhramanlıq,  dostluq,  sədaqət  kimi  nəcib  əxlaqı  sifətləri 
qiymətləndirmişdir.  Nizami  böyük  bir  mütəfəkkir  kimi,  öz  əsərlərində  tez-tez  xalqa,  hökmdarlara, 
yaşlı  və  gənc  nəslə  öz  nəsihətləri  ilə  müraciət  etmiş,  onlara  düzgün  yollar  göstərməyə  çalışmışdır. 
Nizami  bütün  bu  müraciət  və  tələbləri  ilə  xalqın  həyatını  yaxşılaşdırmağa  cəhd  etmişdir.  Xalq 
həyatı,  xalq  yaradıcılığı  Nizaminin  ilham  mənbəyi  olmuşdur.  Xalqın  arzu  və  istəklərini  tərənnüm 
edən 
Nizami  təlim-tərbiyə  haqqında  da bir  sıra qiymətli  fıkirlər  irəli  sürmüşdür. 
Nizami  elmə,  biliyə  yüksək  qiymət  verir.  İnsan elmlə  ucalır.  Sən çalış  yaxşıca  öyrən  dünyanı, 
bəşəri,  bitkini,  daşı,  heyvanı  deyəndə,  dünyəvi  fənlərin  öyrənilməsini  nəzərdə tutur.  O, insanı  yer 
üzünün  əşrəfi hesab edirmiş.  Bu əşrəfin  yetişməsində  irsiyyətlə  yanaşı  ictimai  mühitin,  tərbiyənin  rolunu 
yüksək  qiymətləndirmişdi.   
Nizami  əqli  təhsilə  böyük  əhəmiyyət  vermişdi.  Onun  fıkrincə  ağıl  insanı  heyvanlardan 
fərqləndirən  əsas  əlamətdir.  O,  ağılı  var-dövlətdən  üstün  tutur  və  xalqa  müraciətlə  deyir;  “Var  yoxunu 
belə,  ağıla  bəxş elə”.  
Nizami  ağılı  yalnız  şəxsi  həyatda  deyil,  ictimai-siyasi  həyatda  da  rəhbər  tutmağı  adamlara 
məsləhət  görür.  O,  cəhalətin,  nadanlığın  barışmaz  düşməni  olmuş  və  yaşından  asılı  olmayaraq  hamını 
bilik  almağa,  elm  öyrənməyə  çağırmışdır.  Nizamiyə  görə  fitrən  kəskin  ağıla  malik  olmaq,  təlim 
almaqdan  yaxa qurtarmaq  üçün  adama əsas vermir. 
Nizaminin  əsərlərində  antik  dövrün  filosofu  Aristotelin  bölgüsü  ilə  səsləşən fikirlər  də diqqəti  cəlb 
edir.  Bunu  oğlu  Məhəmmədə  yazdığı  nəsihətlərdən  aydın  görürük.  Birinci  nəsihət  yazılanda  oğlu 
Məhəmmədin  7 yaşı,  ikinci  nəsihət  yazılanda  14 yaşı,  üçüncü  nəsihət  yazılanda  21 yaşı  vardı.  Hər yaş 
bölgüsündə  o, oğluna  yaşa uyğun  işlər  görməyi  məsləhət  görürdü.  Nizami  təlimə  7 yaşdan  başlamağı 
tövsiyə  edir.  Bu yaşda uşağa əslinə  görə hörmət  edirlər.  7 yaşına  qədər uşaqların  qayğısına  qalmağı, 
onlarda  gözəl  keyfiyyətlər  tərbiyə  etməyi  zəruri  sayırdı.  Erkən yaşdan  uşağı  elə böyütmək  lazımdır  ki, 
atasına layiq  övlaq  olsun:  Uşaqkən  əslini  sorsalar bir  az ağac bar
 verəndə  cinsi  sorulmaz.   
7 yaşlı  balam,  gözümün  nuru,   
Ey  dilim  əzbəri,  qəlbim  qüruru.   
Bu  Hilal  dövründə  gəl  eyləmə  qəm.  
Bədr olan  zamanda  gözəl  Hilalın,   
Göyə  nur  saçacaq sənin  kamalın.   
Biliyə  raqib  ol, dünyanı  qazan.   
Vaxtı  boş keçirmə,  qələm  al  ələ,   
Elə  namuslu  ol, desin  hər görən,   
Ağıllı  oğluna  Nizami  əhsən.   
Deyən  Nizami  oğlunun  gələcəyinə  böyük  ümid  bəsləyir.  İkinci  nəsihətində,  insanın  elmlə 
ucaldığına  işarə  edir:   
Ucalmaq  istəsən  bir  kamala  çat,     
Kamala  ehtiram  göstərər  həyat.   
Təlim 
almaq  biliklərə  yiyələnmək  nəinki  adamın  ağlını  zənginləşdirir,   həm  də  əxlaqi  cəhətdən 
onu  yüksəldir.  Adətən  Nizami  əxlaqlı  adamı  kamil  hesab  edir;  qəddar,  şərəfsiz,  vicdansız  olanları  isə 
cahil,  mədəniyyətsiz  adam hesab edir. 
Qeyd  etmək  lazımdır  ki,  Nizaminin  tərafdar  olduğu  təhsilin  məzmununda  dünyəvilik  çox 
qüvvətlidir.  Nizaminin  qəhramanları  İsgəndər,  Bəhram  Gur,  Xosrov  birinci  növbədə  elmi,  təbiət 
elmlərini,  dilləri  və ictimai  elmləri  öyrənmək  işi  ilə  məşğul  olurlar. 
Nizami  təlim  üsullarına  da  toxunmuş  və  bu  sahədə  bəzi  qiymətli  fıkirlər  söyləmişdir.  O,  təlimin 
ciddi  əmək  tələb  edən  bir  iş  olduğunu  göstərir  və  şagirdlərin  elmləri  səylə  mənimsəməsini  istəyirdi. 
Nizami  hər  bir  işin  yüksək  keyfiyyətdə  icra  olunmasını,  sənətə  əsaslı  yiyələnməyi  tələb  edirdi.  O, 
deyirdi: 
Kamil  bir  palançı  olsa  da insan, 
Yaxşıdır  yarımçıq  papaqçılıqdan. 
Nizami  dövrünün  adamlarında  müşahidə  etdiyi  yüksək,  nəcib  sifətləri  tərif  etmiş,  alçaq,  iyrənc 
mənəvi  keyfıyyətləri  isə pisləmişdir. 

- 253 - 
Nizaminin  əxlaqi  görüşlərində  xeyirxahlıq  ideyası  olduqca  mühüm  yer  tutur.  O,  dünyada 
yaşamağın  əsas məqsədini  xeyirxah  işlər  görməkdə,  başqalarına  yaxşılıq  etməkdə görürdü. 
Nizaminin  xeyirxahlıq  haqqında  söylədiyi  fıkirlər  onun  vətənpərvərlik  ideyaları  ilə  sıx 
əlaqədardır;  o,  öz  xalqını  seçmiş,  onun  adını  ucaltmağa  çalışmış  və  başqa  xalqlara  da  hörmətlə 
yanaşmışdır. 
Nizami  bütün  əsərlərində  ehtiras  düşkünlərini,  tamahkarları,  acgözləri  kəskin  tənqid  etmişdir.  O, 
insan  əməyinə  böyük  qiymət  verir,  onun  tərbiyəedici  qüvvəsinə  möhkəm  inam  bəsləyirdi.  Həyatın 
mənasını  yaradıcı  əməkdə  görən  Nizami,  hamının  işləməsini  lazım  bilirdi.  O,»bir  insan  da  əliboş 
gəzməməlidir»-deyə  xalqa  xitab  edir.  O,  insanın  bütün  çətinliklərə  çarə  tapmağa  qadir  olduğunu  qeyd 
edir  və gənc nəsli  çətinliklərdən  qorxmamağa  çağırırdı. 
Nizaminin  əxlaqi  görüşlərində  dostluq  və  yoldaşlıq  məsələsi  müəyyən  yer  tutur.  Nizami  öz 
əsərlərində  dostun  və  yoldaşın  mənfı  və  müsbət  sifətlərindən  bəhs  edir  və  dost  secməkdə  ehtiyatlı 
olmağı  məsləhət  görür.  O,  öz  oğlunun  şəxsində  gənc  nəslə  müraciət  edir  və  doğruçu,  təvazökar,  sadə, 
ədəbli  olmağı  ona  məsləhət  görürdü.  Nizami  fikir  mübadiləsində  adamların  təmkinli  və  mərifətli 
olmalarını  tələb  edirdi. 
Nizaminin  əsərlərində  nəcib  əxlaqi  xüsusiyyətlərin  tərbiyəsinə  dair  bəzi  göstərişlərə  də 
təsadüf  edilir.  Onun  fikirinə  görə  əxlaq  tərbiyəsində  nümunə  və  nəsihətlərin  böyük  əhəmiyyəti 
vardır.  Nizami,  uşağın  tərbiyəsində  mühitin  düzgün  təşkilinə  yüksək  qiymət  vermiş  və  bu  sahədə 
məktəbin  müəyyən  rol  oynadığını  görmüşdür.  O,  çətinliklərlə  mübarizədə  səbrli  olmağı,  dönmədən 
məqsədə  doğru  getməyi  məsləhət  görür.  Onun  bu  məsləhətlərində  yüksək  optimizm,  insanın  qüvvə 
və qüdrətinə  böyük  inam  hiss  edilir  (4.s.132). 
Üçüncü  nəsihətində  oğlunun  əxlaqı  məsələlərinə  diqqət  yetirir.  Oğlundan  xalqa  fayda 
verməyi,  əsl  kişi  olmağı,  yaxşı  dost tapmağı  məsləhət  görür:   
Bir  dostun  olsa  da eyibli  əgər,  
    
 
 
Yüzünün  adına  ləkə  gətirər.   
Hünər ardınca  qaç, xalqa  hünər  saç,  
Qapılar  bağlama,  ər ol,  qapı  aç.    
Hər kim  öyrənməyi  bilməyirsə  ar,  
                               Sudan  dürr,  daşdan  gövhər  çıxarar.   
 Artıq  5 yaş olanda  uşaq hər şeyi dərk  edir,  yaxşını  pisdən  seçir. Gördüyü  hər şeydən ibrət  götürür. 
6 yaşda ətrafı dərk  edir. 7 yaşa çatanda ona müəllim  tuturlar  ki,  ona dərs desin.  Lakin  9 yaşa kimi 
oynamaq  olar.  Bundan  sonra ciddi  iş başlayır.   
Şahana tərbiyə,  hünər,  nəzakət,   
Ağıla  nur verər, ürəyə qüvvət.   
Gəncləri  ata şöhrətinə  arxalanmamağa,  zəhmət  çəkməyə,  elm öyrənməyə,  əməklə  məşğul  olmağa 
çağırır.  Ata müəyyən  vaxta qədər övladına  kömək  edə bilər. 
Nizami,  müəllim  haqqında  da  bir  sıra  diqqətə  layiq  fıkirlər  söyləmişdir.  O,  təlim  və  tərbiyəni 
həyata  keçirən  müəllim  və  tərbiyəçilərin  roluna  yüksək  qiymət  vermişdir.  Onun  fıkrinə  görə  müəllim 
zəngin  biliyə  və  nəcib  əxlaqi  sifətlərə  malik  olmalıdır.  Nizami  deyir  ki,  müəllimin  əsas  vəzifəsi 
şagirdlərə  elm  öyrətməkdən  və bu  yolda  ciddi  səy göstərməkdən  ibarətdir. 
Böyük  şairin  təlim  və  tərbiyə  haqqındakı  müdrik  fıkirləri,  ondan  sonra  gələn  Azərbaycan  yazıçı  və 
mütəfəkkirlərinə  böyük  təsir  göstərmişdir.  Onun  ideyalarının  parlaq  şüaları  əsrlərə  işıq  saçaraq, 
dövrümüzə  qədər gəlib  çatmış  və təlim-tərbiyə  məsələlərində  öz əhəmiyyətini  itiməmişdir.   
 
ƏDƏBİYYAT 
1.
 
Ə.Seyidov.  Pedaqogika  tarixi.  “Maarif”  nəşriyyatı.  Bakı:  1968.  418  səhifə. 
2.
 
N. Gəncəvi  “ İsgəndərnamə”  Bakı  Yazıçı  nəşriyyatı,  1982.  668  səhifə.   
3.
 
N. Gəncəvi  “ Sirlər  Xəzinəsi”  Bakı Çaşoğlu  2004,  168  səhifə.   
4.
 
S. M. Quliyev  “Nizami  Gəncəvi  yaradıcılığında  əxlaq  məsələləri”  Bakı,  1994.  67 səhifə.   
 
ABSTRACT 
N.Yusifova 

- 254 - 
Creative  activity  of Ganjavi  has always been learned  and is investigating  still.  “Khamsa”,  his 
qazels  and qasides  of the poet  are deepless  treasure which  teachcs
 
something  new. The purpose  of this 
article  is to deal with  the N.Ganjavi’s  thoughts  about  education  and tutition  shortly. 
 
РЕЗЮМЕ 
Н.Юсифова 
Творчество  Гянджеви  всегда изучалосъ  и все ещи  изучается. «Хамса»,  газэли  и гасиды 
поэта  являются неисчерпываемым  сокровищем. 
В этой  ставъе мы хотим  коротко  обозретъ мысли  Н.Гянджеви  о обучении  и 
воспитанием.   
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 
K.Camalov 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
ÇİNARƏ HÜSEYNOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:371.64 
 
ELEKTRON  KİTABXANA  ELM VƏ TƏHSİLİN  İNKİŞAFININ  PRİORİTET 
İSTİQAMƏTİ  KİMİ 
 
Açar  sözlər  :  китабханалар,  библиографик  фяалиййят,  охуъулара  хидмят,  фондларын 
мцщафизяси, китабхана-библиографийа просесляринин автоматлашдырылмасы 
Key  words:  libraries,  bibliographic  work,  service  of  the  readers,  safety  of  the  funds, 
automation of the library and bibliographic  processes 
Ключевые слова: библиотеки, библиографическая работа, обслуживание читателей
сохранность фондов, автоматизация библиотечно-библиографических процессов 
 
Naxçıvan  Muxtar  Respublikasında  fəaliyyət  göstərən    ən  böyük  kitabxanalardan  biri 
Naxçıvan  Dövlət  Universitetinin  Elmi  Kitabxanasıdır.  Bu  kitabxana    1968-ci  ildən  fəaliyyət  göstərir 
və muxtar  respublikada   elmi  kadrların  hazırlanmasında  əvəzsiz  rol  oynayır. 
Azərbaycan    Respublikasının    Prezidenti  İlham    Əliyevin  və  Naxçıvan  Muxtar    Respublikası 
Ali  Məclisinin  Sədri  Vasif  Talıbovun  böyük  qayğıları  sayəsində  2004-cü  ildə    NDU    Elmi 
Kitabxanası  üçün    yeni  beşmərtəbəli    bina  inşa  edilmiş,  bundan  sonra  kitabxananın  tarixində  yeni 
inkişaf  mərhələsi  başlamışdır. 
Azərbaycan  Respublikası  Prezidentinin  2008-ci  il  6  oktyabr  tarixli  sərəncamı  ilə  təsdiq 
edilən  “Azərbaycan  Respublikasında  kitabxana-informasiya  sahəsinin  2008-2013-cü  illərdə  inkişafı 
üzrə  Dövlət  Proqramı”  isə  bu  sahədə  əsaslı  islahatların  aparılmasını,  fondların  müasir  informasiya 
daşıyıcıları 
ilə 
zənginləşdirilməsini,  dünyanın  qabaqcıl  kitabxana-informasiya  müəssisələrinin 
təcrübəsindən  istifadə  edilməsini,  elektron  məlumat  banklarının  yaradılmasını,  kitabxanaların 
maddi-texniki  bazasının  möhkəmləndirilməsini  təmin  edir.  Bütün  bunlar  mədəniyyət  sahəsində 
dövlət  siyasətinin  əsas prioritetlərindən  biri  kimi  müəyyənləşdirilmişdir. 

- 255 - 
Həmin  vaxtlardan  Elmi  Kitabxanada  elektron  sistemin  yaradılması  diqqət  mərkəzindədir. 
Kitabxanada  elektron  kataloqun  tərtibi,  elektron  kitabxananın  təşkili,  oxucuların  qeydiyyatı,  kitab 
verilişi, 
kitab 
fondunun 
komplektləşdirilməsi, 
yəni 
bütün 
kitabxana 
proseslərinin 
avtomatlaşdırılması  modulları  daxildir.  Elektron  kataloqla  yanaşı,  kitabların  elektron  versiyaları 
hazırlanıb  oxucuların  istifadəsinə  verilir.    
Kitabxana 
—  informasiya  cəmiyyətinin  baza  prinsiplərinə:  informasiyanın  əmtəəyə 
çevrilməsi,  informasiya  bazarının  formalaşması,  cəmiyyət  üzvlərinin  peşə  və  təhsil  hazırlığının 
yüksəlməsinə,  qlobal  informasiya  mühitinin  yaranmasına  xidmət  edir.  Elektron  kitabxana  oxuculara 
informasiya  xidmətinin  kompüterləşməsinin  nəticəsi  olub,  yalnız  bir  xidmət  növüdür.  O,  uzaq 
məsafədən  oxuculara  daha  dolğun  informasiya  xidməti  göstərərək,  bu  xidmətin  zaman  və  məkandan 
asılılığına  son  qoyur.  Ənənəvi  kitabxanalarda  informasiya  xidməti  yalnız  kitabxananın  iş  saatı 
müddətində  və  məhdud  sayda  oxuculara  göstərildiyi  halda,  elektron  kitabxana  sutkanın  iyirmi  dörd 
saatı  müddətində  fəaliyyət  göstərir  və  dünyanın  istənilən  nöqtəsində  yerləşən  qeyri-məhdud  sayda 
oxuculara  eyni  zamanda  xidmət  edir. 
Universitetin 
müasir 
Elmi 
kitabxanası 
şəxsiyyətin 
formalaşması 
üçün 
mədəniyyət 
fenomenidir.  O,  yaradılan  mədəni  sərvətləri  və  informasiya  resurslarını  toplayır  və  qoruyur,  eyni 
zamanda  onların  istifadəsini  və  yayımlanmasını  təmin  edir. 
Kitabxananın  fəaliyyətinin əsas  istiqamətləri  -  kitablar  və  digər  sənəd  növləri  üzrə  fondlar 
formalaşdıraraq  informasiya  ehtiyatları  yaratmaq,  onları  mühafizə  etmək,  həmin  fondları  özündə 
əks  etdirən  mükəmməl  ənənəvi  və  elektron  kataloq-kartoteka  və  biblioqrafik  vəsaitlər  sistemini 
tətbiq  etmək,  onu  daim  inkişaf  etdirməklə  bu  fondları  oxucuların  hərtərəfli  istifadəsinə  verməkdən 
ibarətdir. 
Cəmiyyətimizdə  baş  verən  bir  sıra  dəyişikliklər    -  yeni  texnologiyaların  gündəlik  həyatımıza 
daxil  olması,  elmlə  istehsalatın  get-gedə  artan  qarşılıqlı  əlaqəsi  və  s.  NDU  Elmi  Kitabxanasının 
oxucu  sayı  və  sorğularının  gündən-günə  zənginləşməsinə  və  artmasına  gətirib  çıxarmışdır.  Buna 
görə  də  bu  gün  NDU  Elmi  Kitabxanasının  “Oxuculara  kitabxana  xidmətinin  təşkili”  şöbəsinin 
başlıca  məqsədi  kitabxana-  biblioqrafiya  xidmətinin  mövcud  forma  və  metodlarından  istifadə 
etməklə  oxucu  sorğularının  tam  və operativ  yerinə  yetirilməsindən  ibarətdir. 
 XXI  əsrin  informasiya  texnalogiyalarının  xarakterik  inkişaf  istiqamətləri  içərisində  müxtəlif 
növlü,  tipli  və  məzmunlu  sənədləri  mühafizə  edən  elektron  informasiya  daşıyıcılarının  hazırlanması, 
sistemləşdirilməsi,  mühafizəsi  və  şəbəkə  rejimində  uzaq  məsafədən  istifadəsi  vacib  yer  tutur.  Bütün 
bu  istiqamətlər  kompleks  şəkildə  elektron  kitabxanaların  yaradılmasında  və  elektron  kitabxana-
informasiya  təminatının  təşkilində  ifadə  olunur. 
 
Kitabxananın  fondundan  elmi  işçilər,  ali  məktəb  müəllim
 
və  tələbələri  aspirant  və 
dissertantlar  və  s.  istifadə  edirlər.    Ümumiyyətlə  bu  oxucuları  2  qrupa  ayırmaq  olar:  əsas  qrupa 
akademiklər,  professorlar,  elmi  işçilər,  ali  məktəb  müəllimləri  daxildir  ki,  bu  da  bütün  oxucuların 
30 faizini  təşkil  edir. 2-ci qrup  oxucular   magistr  və aspirantlar,   ali  məktəb  tələbələridir. 
Elmi  kitabxanalarda  fondun  məzmununun  hərtərəfli,  geniş  sürətdə  açılması  oxuculara  xidmətin 
təşkilində  müxtəlif  forma  və metodların  istifadə  edilməsinə  imkan  yaradır.   
 
Hazırda  NDU  Elmi  Kitabxanasının    12  minə    yaxın  oxucusu  var.  Ötən  il  ərzində  oxuculara 
45450    nüsxə  kitab  verilmişdir.  Kitabxana  ənənəvi  olaraq  xidmət  formalarını  həyata  keçirməklə 
yanaşı,  xidmət  işinin  yeni  üsullarından  istifadə  edir.    
 
Avtomatlaşdırma  müasir  dövrdə  kitabxanaların  qarşısında  duran  ən  aktual  problemlərdən 
biridir.   
 
Bu  gün  NDU  Elmi  kitabxanası  avtomatlaşdırma  sahəsində  öndə  gedən  kitabxanalardan  biri 
və  demək  olarki  birincisidir.  Burada  elektron  kitabxana  yardılan  gündən  avtomatlaşdırma  sahəsində 
ciddi  və mühüm  işlər  görülür.    
Son  illər  avtomatlaşdırma  prosesinin    mahiyyətini  dərk  etmək,  nəzəri  bilikləri  mənimsəmək    üçün 
şöbənin  əməkdaşları  müxtəlif  kursların  müdavimləri  olmuşlar,  muxtar  respublikada  bir  neçə 
kitabxanalarda  olmuşlar.    
Ümumi  oxu  zalında  kitabxananın  bütün  oxucularına  xidmət  göstərilir. 

- 256 - 
 
Sərgi  zalında  2  istiqamətdə  iş  aparılır:  sərgilərin  təşkili  və  tədbirlərin  keçirilməsi.  Sərgilər 
mövzusuna  görə  bir  neçə  hissəyə  bölünür:  yeni  ədəbiyyatın  sərgisi,  yubiley,  əlamətdar  və  tarixi 
günlərin  sərgisi. 
 
NDU  Elmi  Kitabxanasının  oxucularını  yeni  ədəbiyyatla  tanış  etmək  üçün  sərgi  zalında 
kitabxanaya  daxil  olan  yeni  ədəbiyyat  sərgisi  təşkil  edilir. 
NDU  Elmi  Kitabxanası  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev 
tərəfindən  təsdiq  olunmuş  “Azərbaycan  Respublikasında  2009-2015-ci  illərdə  elmin  inkişafı  üzrə 
Milli  Strategiya”  və  “Azərbaycan  Respublikasında  2009-2015-ci  illərdə  elmin  inkişafı  üzrə  Milli 
Strategiyanın  həyata  keçirilməsi  ilə  bağlı  Dövlət  Proqramı»nda  nəzərdə  tutulmuş  kompleks 
tədbirlərin  icrası  kursunu  həyata  keçirir.  Həmin  Proqrama  uyğun  olaraq  hal-hazırda  kitabxananın 
prioritet  istiqamətlərindən  biri  informasiya-kommunikasiya  texnologiyalarının  və  digər  müasir 
xidmət  formalarının  tətbiqi  yolu  ilə  Azərbaycan  elminin  inkişafına  yönəldilmiş  fəaliyyət  modelinin 
qurulmasıdır. 
2014-cu  ildə  NDU  Elmi  Kitabxanası  öz  fəaliyyətini  kitabxanaşünaslıq,  biblioqrafiyaşünaslıq 
və  kitabşünaslıq  sahələrində  aparılan  fundamental  nəzəri  və  tətbiqi  xarakterli  tədqiqat  işlərinin 
səmərəliliyinin  artırılmasına  yönəldib  və mühüm  elmi  nəticələr  əldə etmişdir.   
İnformasiya  ehtiyatları  ilə  fondların  zənginləşdirilməsi  məqsədilə  kitabxana  “Azərbaycan 
Respublikasında  kitabxana-informasiya  sahəsinin  2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət 
Proqramı”na  uyğun  olaraq  sənəd  fondlarının  komplektləşdirmə  mexanizminin  yaradılması,  müasir 
elektron  informasiya  daşıyıcıları  ilə  formalaşdırılması  və  inkişafı  istiqamətində  tədqiqat  işləri  aparıb 
və  müsbət  nəticələr  əldə  edib.  Belə  кi,  fondların  ənənəvi  və  müasir  informasiya  daşıyıcıları  ilə  tam 
və əhatəli  komplektləşdirilməsi  təmin  edilib.   
NDU  Elmi  Kitabxananın  fəaliyyətinin  müasir  tələblərə  uyğun  şəkildə  qurulması  istiqamətində 
işlər  aparılır.  2013-cü  ildə  Naxçıvan  Muxtar  Respublika  Ali  Məclisinin  Sədri  Vasif  Talıbovun 
qayğısı  sayəsində  kitabxananın  binası  tam  təmir  olunmuş,  yeni  avadanlıqlar  alınmış,  kitabxanada 
avtomatlaşdırılmış  idarəetmə  sisteminin  tətbiqinə  başlanılmışdır.   
Heç  şübhə  yoxdur  ki,  elm  və  təhsilin  inkişafının  prioritet  istiqaməti  sayılan  tam  dövlət  qayğısı 
ilə  əhatə  olunmuş  və  ən  müasir  texniki  avadanlıqlarla  təchiz  edilmiş,  kitabxanamız  informasiya-
kommunikasiya 
texnologiyalarının 
verdiyi 
imkanlar 
çərçivəsində 
fəaliyyətini 
daha 
da 
genişləndirəcək,  gənclərin  elm  və  təhsilin  dünya  standartlarına  uyğunlaşdırılması  istiqamətində  öz 
layiqli  töhfəsini  verəcəkdir.   
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin