The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   ...   28   29   30   31   32   33   34   35   36

ƏDƏBİYYAT 
 
1.
 
Hacıyev A.Azərbaycan uşaq ədəbiyyatı tarixi,-Bakı,  2004 
2.
 
Yusifoğlu  R. uşaq ədəbiyyatı,-Bakı,  2006. 
3.
 
Xəlil.Z  uşaq ədəbiyyatı (Rus dilində)  Moskva, 1987. 
4.
 
Zahid  Xəlil  Fuzuli  Ələsgərli-  uşaq ədəbiyyatı  Ali və otra ixtisas məktəbləri üçün dərslik ADPU-nin nəşriyyatı 
, 2007 səh.490  
5.
 
Yusifoğlu  R.Ömrün  işqlı  xatirəsi. Ədəbiyyatı  qəzeti 28 oktyabr 2011-ci il. 
6.
 
6. Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı Ali məktəb üçün dərslik. Bakı, Bakı universiteti nəşriyyatı 2007. 
Səh. 444 
 
ABSTRACT 
 
The description  of themes 
   
In  this  scientifical  article  Tofig  Mahmud's  creativity  has  been  taken  into  consideration 
briefly,  the  examples  of  children    liberature  have  been  researched.His  works  written  about  different 
themes  have  been  researched  and  analysized.  During  all  his  creativity  he's  been  applied  some 
thoughts  such  as  to  love  to  Azerbaijan  land,  to  save  folk  wealth,  the  love  to  the  Motherland  and 
nature.   
РЕЗЮМЕ 
                                                                    
Воспевание воспитатеьных тем в творчестве Тофига Махмуда 
   
В  этой  научиой  статье  помилисвое  оражелие  в  основиале  примеры  иследовашие 
детской  литературы  Тофига  Махмуда.  Написанные  на  размечных  темах  его  произведелия 

- 239 - 
были прешеатои обсужелия . За период творчества он развил у читателей чувство бережиого 
отношения к нарадкому  имушесству,    любовь к родине  природе   
 
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
                
 
                                                 MİRHƏSƏN EMİNOV 
Naxçıvan Dövlət Universiteti 
                                                       mirhesenemin@yahoo.com 
UOT:37.018 
KURİKULUM  İSLAHATI:  ŞƏXSİYYƏTYÖNÜMLÜ  TƏHSİLİN 
MƏZMUNUNA VERİLƏN TƏLƏBLƏR 
 
Açar  sözlər:  Təhsil  strategiyası,  təhsilin  məzmunu,  şəxsiyyətyönümlü  təhsil,  konseptual 
sənəd, fənn kurikulumları, fəaliyyət planı. 
 
 
 
 
 
Key words:  Education Strategy, content of education, personoriented education,  conceptual 
document, subject curricula, action plan.   
Ключевые  слова:  Стратегия  oбразования,  содержание  образования,  личностно-
ориентированное  образование,    концептуальный  документ,  предметные  куррикулумы, план 
действия.
 
 
 
             
 
Ölkəmizdə  15  iyun  1999-cu  il  tarixdə  təsdiq  olunmuş"Azərbaycan  Respublikasının  təhsil 
sahəsində  İslahat  Proqramı"  uğurla  həyata  keçirilir.  Müstəqil  Azərbaycan  Respubilkası  hazırda 
özünün  təhsil  sistemini  dünyanın  ən  mütərəqqi  ölkələrinin  təhsil  prinsiplərindən  istifadə  etməklə 
təkmilləşdirir,  məzmun  və  struktur  dəyişiklikləri  aparır.  İslahatın  öyrədici  innovasiya  mərhələsində 
ümumtəhsilin 
vəziyyətinin 
araşdırılması, 
gələcək 
fəaliyyətlər 
üçün 
istiqamətlərin 
müəyyənləşdirilməsi, 
pilot 
müəssisələrin 
təşkili, 
mütəxəssislərə 
kurikulumların 
hazırlanması 
sahəsində  zəruri  bacarıqların  aşılanması    ilə  əlaqədar  mühüm  işlər  həyata  keçirilmişdir.  
Azərbaycanda  mövcud  təlim-tərbiyə  işinin  xarakterik  cəhətləri  öyrənilib,  araşdırılmışdır.   Aparılan 
bu  araşdırmalardan  məlum  olmuşdur    ki,  republikamızda  ümumi  təhsil,  əsasən,  lüzumsuz  olaraq 
elmlərin  əsaslarının  öyrədilməsinə  yönəlib  və  şagirdlərin  həyati  bacarıqlarınin  inkişaf  etdirilməsi 
imkanları  məhdudlaşdırılıb,    fənlərə  daha  çox  fundamental  biliklər  mənbəyi  kimi  baxılıb.  Təhsilin 
məqsəd  və  vəzifələrinə,  eləcə  də  biliklərin  öyrədilməsi  prosesinə  yanlış  yanaşmalar,  dünyada  baş 
verən  proseslər  və    informasiya  bolluğu  təhsil  sistemində  islahatların  aparılmasını  zərurətə 
çevirmişdir.  Mütəxəssislər  təhsil  sistemində  kurikulum  islahatının  aparılmasına  aid  zəruri  səbəbləri 
belə  əsaslandırmışlar: 
• Cəmiyyətdə  yeni  ictimai  münasibətlərin  yaranması;   
• Planlı  iqtisadiyyatdan  bazar iqtisadiyyatına  keçid;   
• Dünya  təhsil  sisteminə  inteqrasiya;   

- 240 - 
• İnformasiya  əsrinin  tələbləri;   
• Təhsilin  məqsəd  və vəzifələrinə  yeni  baxış  və yanaşmaların  formalaşması;   
• Mövcud  ümumi  təhsil  proqramlarının  müasir  tələblərə  cavab verməməsi. 
Azərbaycan  təhsil  sisteminə  kurikulum  anlayışı    ötən  əsrin  90-cı  illərdən  başlayaraq  yeni 
pedaqoji  termin  kimi  daxil  olmuşdur.  “Kurikulum”  (curriculum)  latın  sözü  olub,  lügəvi  mənası 
“kurs”,  “elm”,  “yol”,  “qaçış”  deməkdir.  Bu  söz  lügətlərdə  “təlim  kursu”,  “tədris  planı”,  “proqram” 
kimi  izah  olunur.  Kurikulum  sözünə  ilk  dəfə  Leyden  (1582-ci  il)  və  Qlazqo  (1633-cü  il)  şəhərlərinin 
universitetlərinin  sənədlərində  rast  gəlinir.  Müəyyən  olunmuşdur  ki,  ilk  fənn  kurikulumları  1918-ci 
ildə  ABŞ-da  meydana  gəlmış,  ötən  əsrin  70-ci  illərindən  etibarən  kurikulum  nəzəriyyəsi 
formalaşmışdır.  Kurikulum  dünyanın  mütərəqqi  təhsil  modellərindən  biri  olmaqla  hazırda  geniş 
miqyasda  tətbiq  olunur.  Avropa  ölkələrində  kurikuluma  təhsilin  əsasını  təşkil  edən  sənəd  kimi 
yanaşılır.  Konseptual  sənəd  kimi  onun  məzmununda  standartlar,  zəruri  minimum,  təhsil  alanların 
hazırlığına  qoyulan  tələblər,  texnologiya  və  qiymətləndirmə  məsələləri  əhatə  olunur.  Əslində  bu 
məsələlərin  hər  biri  kurikulumun  tərkib  hissəllərini  təşkil  edən  mühüm  komponentlərdir.  Həmin 
komponentlər  bir-biri  ilə  qarşılıqlı  əlaqədəolmaqla,  biri  digərini  tamamlayır.  Kurikulum  bütün 
resursların  yaradılmasında,  təlim  prosesinin  təşkili  və  aparılmasında  baza  rolunu  oynayır  və 
dərslikləri  tərtib  edənlərdən  başlayaraq  ta  təlim  prosesində  qiymətləndirmə  ilə  məşğul  olan  bütün 
mütəxəssislərə  qədər insanların  fəaliyyətini  istiqamətləndirir.
 
  
Kurikulum 
islahatları 
tədris 
prosesinin 
təşkilinə, 
müəllim-şagird 
münasibətlərinə 
yeni 
məzmun 
gətirir, 
müəllim-şagird 
münasibətlərinin  tamamilə  dəyişdirilməsini,  onlar  arasında  əməkdaşlığa,  qarşılıqlı  hörmətə,  bir-
birinin  ləyaqətinə,  hüquq  və  azadlıqlarına  hörmət  etməyə  əsaslanan  yeni  münasibətlərin 
yaradılmasını  tələb  edir.  Yəni  şagird    artıq    dinləyici  deyil,  fəal  icraçı,  bilikləri  sərbəst  və  şüurlu 
şəkildə  qəbul  edən  subyektə  çevrilir.   
  Hazırda  müstəqil  Azərbaycan  Respublikasının  təhsil  sistemi 
digər  prinsiplərlə  yanaşı,  həm  də  demokratik  və  humanist  prinsiplər  üzərində  qurulur.  Onun 
nəticəsidir  ki,  Azərbaycanda  tələbyönümlü  kurikulumların  yaradılması  istiqamətində  iş  aparılır. 
                                                
Kurikulum  islahatlarında  əsas prinsiplər  aşağıdakılardır:
 
 
 
 
                                           
 
•  Təhsilin  məzmununun  və  təlim  strategiyalarının  zamanın  və  cəmiyyətin  tələblərinə 
uyğunluğu.  Başqa  sözlə,  tələbyönümlülük;
 
 
 
 
 
 
             
 
 
• 
Təlimin  nəticələrinin,  standartlarının  əvvəlcədən  müəyyənləşdirilməsi  və  təlimin 
nailiyyətlərinin  onlara  istiqamətləndirilməsi.  Başqa sözlə,  nəticəyönümlülük;
 
 
•  Şagirdlərin  inkişafı,  tələbatları,  maraq  və  meyillərinin  daim  diqqət  mərkəzində 
saxlanılması.  Başqa sözlə,  şagirdyönümlülük;                                                               
 
 
 
 •  Bütün  şagirdlərə  öz  idrak  potensialından  istifadə  etmək,  şəxsi  qabiliyyətlərini  inkişaf 
etdirmək.  Başqa  sözlə,  inkişafetdiricilik.  Kurikulumun    məzmunu  şagird  fəaliyyətinin  ardıcıl  olaraq 
izlənməsinə,  nailiyyətlərin  müntəzəm  şəkildə  qiymətləndirilməsinə  imkan  yaradır,  təlim  prosesi  ilə 
gözlənilən  nəticə  arasında  əks-əlaqə  mexanizminin  qurulmasını  təmin  edir.
 
Bu  gün  kurikulumlar 
da  yer  tutan  məzmun  standartları  şəxsiyyətyönümlü  təhsilin  nəticələri  olmaqla  inteqrativ  xarakter 
daşıyır  və  dəyərləri  ifadə  edir.  Bu  dəyərlər  uşaqların  ümumi  inkişafını,  intellekt  səviyyəsini 
müəyyənləşdirmək  imkanı  yaradır.  Təhsil  kurikulumları  xarakterinə  görə  iki  yerə  ayrılır.  Onlardan 
birincisi  fənyönümlü,  ikincisi  isə  şəxsiyyətyönümlü  kurikulum  adlanır.  Fənyönümlü  kurikulumlar 
məzmun  etibarilə  elm  sahəsini,  onun  mükəmməl  anlayışlar  sistemini  əhatə  etməklə  bilavasitə  bu 
anlayışların  mənimsənilməsinə  istiqamətləndirilir.  Belə  fənyönümlü    kurikulumların  keyfiyyətində 
biliklərin  həcmi  və  miqdarı  əsas  rol  oynayır.  Əsas  diqqət    biliklərin  möhkəmliyini,  davamlılığını 
artırmağa  yönəldilir.  Praktik  əhəmiyyət  daşıyan  bacarıq,  vərdiş  və  qabiliyyətlər  arxa  plana  keçir, 
fənnin  elmi  potensialı  artır,  məlumatlıq  səviyyəsi  çoxalır.  Şagirdlər  özlərinə  praktik  cəhətdən  lazım 
olmayan  fundamental  bilikləri  öyrənmək  məcburiyyətində  qalırlar.  Şəxsiyyətyönümlü  kurikulumlar 
isə  bilavasitə  həyati  bacarıq  və  vərdişlərə  üstünlük  verilməsi  ilə  fərqlənir.  Bu  kurikuluma  görə, 
insanın  gələcək  həyat  fəaliyyətində  lazım  olacaq  praktik  bacarıq  və  vərdişlər  əhatə  edilir,  onun  əqli 
fəaliyyətlə  bağlı  qabiliyyətlərinin  formalaşması  ön  plana  çəkilir.  Tələb  olunan  bacarıq  və  vərdişlərin 
formalaşdırılmasına  imkan  yaradan  minimum  biliklərin  həcmi  müəyyənləşdirilir.  Bu  biliklər 
minimum  təlim  məqsədlərinə  çatmaq  üçün  vasitə  kimi  nəzərdə  tutulur.  Şəxsiyyətyönümlü 
kurikulumlar  inteqrativ  məzmunu  ilə  seçilir.  Oradakı  fənlərin  adlandırılmasında,  məzmunun 

- 241 - 
müəyyənləşdirilməsində  şəxsiyyətin  formalaşması  üçün  əhəmiyyət  kəsb  edən  və  bilavasitə  insanın 
şəxsi  fəaliyyəti  üçün  lazım  olan  tələblər  əsas  götürülür.  Kurikulum  təhsilin  son  məqsədini, 
məqsədlərə  çatmaq  üçün  yolları,  bu  yolların  səmərəliliyini  yoxlamaq  üsullarını  özündə  birləşdirən, 
bir  sözlə,  təhsil  prosesi  ilə  bağlı  bütün  fəaliyyətlərin  səmərəli  və  məqsədyönlü  təşkilinə  hərtərəfli 
imkan  yaradan  konseptual  sənəddir.
  Qeyd  etmək  lazımdır  ki,  kurikulumun  tətbiqinin  həyata 
keçirilməsi  məhz 
şəxsiyyətyönümlü 
təhsilin  məzmununun  yaradılması  sahəsində  atılan  real 
addımdır. 
Şəxsiyyətyönümlü  təhsil  sistemində  pedaqoji  prosesin  mərkəzində  dayanan  öyrədən  və 
öyrənənlərin    funksiyaları  dəyişir.  Onların  fəaliyyəti  əvvəlcədən  müəyyən  olunmuş  nəticələrə 
əsasən  qurulur.  Şəxsiyyətyönümlü  təhsilin  məzmunu    öyrənənlərə  bütöv  bir  şəxsiyyət  kimi 
yanaşmağı  tələb  edir.  Həyatda  ona  lazım  olan  ən  zəruri  dəyərlərin  formalaşdırılmasını  bir  vəzifə 
kimi  qarşıya  qoyur.  Bu  iş  məktəbəqədər  təhsil  mərhələsindən  başlayır.  Ona  görə  də  təlimin 
məzmununda  və  həyata  keçirilməsində  onun  nəzərə  alınması  vacib 
hesab  edilir.
 
Ümumi  təhsilin 
məzmunu  fərdin,  cəmiyyətin,  dövlətin  maraq  və  tələbatlarını,  milli  və  ümumbəşəri  dəyərləri  əks 
etdirməklə,  humanistlik,  dünyəvilik,  varislik,  inteqrativlik  prinsipləri  əsasında  müəyyən  edilir. 
Ümumi  təhsilin  məzmunu  təhsilalanların  yaş,  fizioloji,  psixoloji  xüsusiyyətləri  nəzərə  alınmaqla, 
onların  dünyagörüşünün  və  şəxsiyyətinin  formalaşmasını,  bazar  münasibətlərinin  tələblərinə  uyğun 
zəruri  bilik  və  bacarıqlara  yiyələnməsini,  əqli,  fiziki,  mənəvi,  estetik  inkişafını,  müstəqil  əmək  və 
təhsil  həyatına  hazırlanmasını,  cəmiyyətin  faydalı  və  məhsuldar  üzvünə  çevrilməsini  təmin  edir. 
Ümumi  təhsilin  məzmununa  dair  ümumi  tələblər  aşağıdakılardır:   

 
təhsilin  məzmununu  təhsil  alanın  və  cəmiyyətin  tələbatına,  dövlətin  təhsil  siyasətinə 
uyğunlaşdırmaq;   

 
məzmunu
 
nəticəyönümlülük, 
şəxsiyyətyönümlülük, 
şagirdyönümlülük, 
inteqrativlik 
prinsipləri  əsasında  müəyyənləşdirmək;   

 
təhsilalanların  təlim  marağını,  potensial  imkanlarını,  sağlamlığının  təhlükəsizliyini  nəzərə 
almaqla  onlara  davamlı  inkişaflarını  təmin  edən,  müstəqil  həyatda  lazım  olan  zəruri 
biliklərin  və  əqli,  informativ-kommunikativ,  psixomotor  bacarıqların  aşılanmasını  təmin 
etmək;   

 
təhsilin  məzmununa  şagirdlərin  ümumi  inkişafına  xidmət  etməyən,  tətbiqi  xarakterdə 
olmayan, 
məzmunu 
ağırlaşdıran  məlumatyönümlü  məsələlərin  daxil  edilməsinə  yol 
verməmək.   
 
Təhsilin  nəticələrdən  ibarət  məzmununun  yaradılmasının  vacibliyi  tələbinə  Republikamızda 
böyük  diqqət  göstərilir.  Onu  da  qeyd  edək  ki,  hazırda  dünyanın  inkişaf  etmiş  ölkələrində  aparılan 
təhsil  islahatlarında  bu  vacib  tələbin  yerinə  yetirilməsi    ön  sırada  yer  tutur.  Ə.Əlizadə  özünün 
psixopedaqoji  araşdırmalarında  bu  vacib  tələbi  “Müasir  təhsil  konsepsiyası  şəxsiyyətin 
formalaşdırılmasını  təhsil  sisteminin  başlıca  vəzifəsi  hesab  edir”  (9,10).  Mütəxəssislərin  fikrincə  bu 
gün  cəmiyyətin  inkişaf  etməsi  şəxsiyyətin  formalaşdırılmasından  daha  çox  asılıdır  və  bu  problemin 
həllində  təhsilin  məzmununun  moderniləşdirilməsi  prioritet  istiqamət  hesab  olunur.  ARTPİ-nin 
direktor  müavini  Ə.Abbasov  ”Ümumi  təhsil  standartları:  psixopedaqoji  xüsusiyyətlərə  dair” 
məqaləsində  qeyd  edir  ki,  müasir  məktəbin  inkişafetdirici  konsepsiyasının  nüvəsində  şəxsiyyətin 
modeli  dayanır  ki,  hər  addımda  onu  irəlilətmək,  bir  pillə  qabağa  aparmaq  sadəcə  sosial-pedaqoji 
mahiyyət  daşımır.  O  həm  də  özünəməxsus  psixopedaqoji  anlamda  başa  düşülür
 
(8,
 
s.  26).  Müasir 
dünyamızda  yaradıcı  insanın  formalaşdırılması  şəxsiyyətin  ən  prioritet  keyfiyyəti  hesab  olunur  ki, 
bu  keyfiyyətləri  məhz  şəxsiyyəttönlu  təhsil  məzmununun    tətbiqi  ilə  həyata  keçirmək  olar.  Lakin 
təhsilin  məzmununa  ənənəvi  yanaşma  tərzindən  fərqli  olaraq  bu  gün  nəticəyönümlü  təhsil 
məzmununun  tətbiqi  ilə  nəzərdə  tutulmuş  bilik,  bacarıq  və  səriştəyə  nail  olmaq  mümkündür.  Yəni 
təhsilin 
məzmununa 
ölçülə  bilən  nəticələr  formasında  yanaşılması  ümumi  təhsilə  müasir 
yanaşmanın  tələblərindən  irəli  gəlir.
 
Nəticəyönümlülük  kurikulumlarda  təlimin  məzmununun 
nəticələr  formasında  ifadə  olunmasını  mühüm  didaktik  tələb  kimi  qarşıya  qoyur.  Nəticələrdə 
şagirdlərin  zəruri  bilikləri  və  fəaliyyətləri  (anlamaq,  təsvir  etmək,  təhlil  etmək,  tətbiq  etmək  və  s.) 
əhatə  edilir.  Bir  prinsip  kimi  nəticəyönümlülüyün  nəzərə  alınması  müvafiq  təlim  formaları,  üsulları 
və  vasitələrindən  ibarət  strategiyaların  müəyyənləşdirilməsinə,  qiymətləndirmə  standartlarının 
seçilib  tətbiq  olunmasına  imkan  yaradır. 

- 242 - 
Qloballaşan  dünyanın  tələblərinə  uyğun  olaraq  təhsil  sisteminin  formalaşdırılmasında 
Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyasının  qəbul  olunması  mühüm 
əhəmiyyət  daşıyır.  Strategiyada  təsbit  olunan  əsas  istiqamətlərdən  biri  də  məhz  səriştəyə  əsaslanan 
şəxsiyyətyönümlü  təhsilin  məzmununun  yaradılmasını  nəzərdə  tutur.    Məqsəd  təhsilin  keyfiyyətinin 
yüksəldilməsi,  ölkəmizin  gələcək  inkişaf  və  tərəqqisini  təmin  edəcək  yüksək  intellektual  səviyyəli, 
elmi  dünyagörüşlü,  müstəqil  düşünmək  və  yaradıcı  fəaliyyət  göstərmək  qabiliyyətinə  malik  olan 
gənc  nəslin  yetişdirilməsindən  ibarətdir.   
  Əminik  ki,  Dövlət  Strategiyasının  həyata  keçirilməsi  üzrə  fəaliyyət  planı  Azərbaycan 
Respublikasının  Prezidenti  tərəfindən  təsdiq  olunduqdan  sonra  səriştəyə  əsaslanan  şəxsiyyətyönlü 
təhsil  məzmununun  yaradılmasına  yönəlmiş  və  təhsilin  bütün  pillələri  üzrə  kurikulumların  inkişaf 
etdirilməsi  kimi  vacib  məsələlər  uğurla  həll  ediləcəkdir.   
 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Abbasov  A.N.Seçilmiş  əsərləri:  İkinci  cild.  Bakı,  Mütərcim,2014,360s. 
2.
 
Azərbərbaycan  Respublikasınin  Təhsil  Qanunu.  Bakı,  Öyrətmən  nəşriyyatı,1993,  65s. 
 
3.
 
Azərbaycan  Respublikasınin  təhsil  naziri  M.  Cabbarovun  müsahibəsi/  "Azərbaycan"  qəzeti, 
23 noyabr  2013-cü il. 
 
 
 
4.
 
Azərbaycan  Respublikasınin  təhsil  naziri  M.  Cabbarovun  məruzəsi  /  “Azərbaycan 
müəllimi”  qəzeti,  20 dekabr 2013-cü il,  s.2.   
5.
 
Kazımov  N.M. Məktəb pedaqogikası.  Bakı,  Çaşıoğlu,  2005, 448 s. 
6.
 
Kurikulum  islahatı:  tədqiqatlar,  nəticələr.  Bakı,  Mütərcim,  2011.344səh 
7.
 
 Kurikulum   jurnalı  , 2008, №4,  
8.
 
Tədris  prosesinin  təkmilləşdirilməsi  və  müasir  təhsil  konsepsiyası”  mövzusunda  Beynəlxalq 
elmi  konfransın  materialları.  Bakı,  Müt.rcim,  2014.-276 səh. 
9.
 
Ə.Əlizadə.  Yeni  pedaqoji  təfəkkür:  psixodinamikaya  giriş.  Bakı,  2008. 
                                                                                      
ABSTRACT 
M.S. Eminov 
Curriculum  reform:  the requirements  for the content  of 
person-  oriented  education 
 
The  article  reveals  the  gist  of the  curriculum  reform  and the requirements  for the   
content  of  person-  oriented    education.  It  is  noted  that  what  and  how  to  teach  the  young    generation 
is  still  an  actual  problem  of  today.  The  author  affirms  that  curriculum  is  a  conceptual  document 
reflecting  the  content  and  the  organization  of  education    and    issues  related  to  the  evaluation.    The 
importance  of    "National  Strategy  for  the  Development  of  Education  in  the  Republic  of  Azerbaijan" 
is  underlined.                                  
РЕЗЮМЕ 
                                                                 М. C. Эминов 
Реформы куррикулумов:   требования к личностно-ориентированному 
содержанию образования. 
 
В  статье  раскрывается  суть  реформы  куррикулумов  и  содержания  личностно-
ориентированного  образования.  Обосновывается  мысль,  что  проблема  чему  учить  и  как 
учить  молодого  поколения  актуальна  и  сегодня.  Автор  утверждает,  что  куррикулумы 
концептуальный  документ,  отражающий  содержание  и  организацию  образования  и 
вопросов,  связанных  с  оценкой.  Подчеркивается  важность  «Национальной  стратегии  по 
развитию образования в Азербайджанской Республике"  . 
                                                
 

- 243 - 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Pedaqogika  üzrə fəlsəfə doktoru, dosent 
V.Rzayev 
 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
BAĞIR BABAYEV                                                                                         
Naxçıvan Dövlət Universiteti 
                                                                                                           Bağırbabayev59@mail.ru 
UOT:37(091) 
 
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ (1900-1920) AZƏRBAYCAN  DEMOKRATİK  FİKRİNDƏ  
DÜNYƏVİ   MƏKTƏB ( “ÜSULİ-  CƏDİD”) PROBLEMİ 
 
Açar  sözlər: dünyəvi məktəb , milli özünüdərk , təhsil, maarifin, elmin tərəqqidə rolu. 
Key words:   Modern school, national identity, education, the  role of science in progress. 
Ключевые  слова:  cветские  щколы,  национальное  самосознание, ролъ просвещение и 
науки в прогрессе.  
 
Azərbaycanda  milli  şüurun,  milli  özünüdərkin  inkişafında,  ictimai-siyasi,  fəlsəfi  fikir 
tarixində  özünü  açıq-aydın  büruzə  verən  oyanış  XX  əsrin  əvvəllərində  milli  demokratik  fikir 
nümayəndələrinin  dünyagörüşündə  yeni  bir  ideyanın  yaranmasına  yol  açmış  oldu.  Bu  oyanışla  bağlı 
olan  yenilikçi  ideya  getdikcə  təşəkkül  tapdı  və  xalqının  yüz  ilədək  imperiya  ağalığı  şəraitindəki 
keçmiş  şanlı  tarixi  yaddaşını  özünə  qaytarmaq  yolunda  çətinliklərə,  ağrı-acılara  mətanətlə  sinə 
gərməklə  ən  qətiyyətli  addımlar  atmağa  başlamışdır.  XX  əsrin  əvvəllərində  milli  oyanış  hərəkatının 
gerçəkləşməsi  ilə  demokratik  fikir  nümayəndələri  xalqının  özünəməxsus  spesifik  xüsusiyyətlərinə 
dərindən  bələd  olduqlarına  görə  bütün  məhrumiyyətləri  aşıb  keçdilər.  Beləliklə  də,  onlar  bütövlükdə 
xalqın  milli  şüurunun,  milli  özünüdərkinin  güclənməsi  prosesində  təkanverici  rol  oynamış  oldular. 
 XX  əsr  Azərbaycan  demokratik  fikri  artıq  yeni  məzmun  daşımağa  başlamışdı.  Xalqını 
qabaqcıl  dünya  xalqları  ilə  eyni  sırada  görməyi  arzu  edən  ,  sağlam  düşüncə  sahibi  olan  demokratik 
fikir  onun  azadlığı,  bərabərliyi  uğrunda  ,  varlığını  təsdiqləməsi  yolunda  yorulmadan  çarpışırdı.  O, 
vətənin  aydın  sımasını  qaraldan  dini  fanatizmin  qara  buludlarını  millətinin  başı  üzərindən 
uzaqlaşdırmağa  çalışır,  bununla  da,  onun  mənəvi  və  milli  tərəqqisinin  inkişafına  nail  olmağa,  sosial 
tərəqqisinə  də  zəmin  hazırlamağa  israrlı  görünürdü.  O  zamankı  müstəmləkə  rejimində  “ 
müsəlman”,”tatar”  sayılan  xalqımızın  həyatını  dəyişmək,  əzəmətli  yaddaşını  özünə  qaytarmaq,  üçün 

- 244 - 
demokratik  fikrin  ən  böyük  uğuru  soykökünü  ona  anlatması,  milli  kimliyinə  sahiblənməsi  yolunda 
fədakarlıq  göstərməsi  oldu. 
Azərbaycan  xalqının  XX  əsrin  əvvəllərinə  təsadüf  edən,  onun  milli-mənəvi  dəyərlərinin 
ifadəsi-əksi  olan  milli  şüurun,  milli  özünüdərkin  oyanışı,  əsrin  tələblərinə-çağırışlarına  cavab  olaraq 
getdikcə  yenilənməsi  müasirliklə-  zamanın  tələblərilə  bağlı  idi.  Bu  əsrdə  millətin  ehtiyaclarının 
ödənilməsi  yolunu  daha  da  aydınlaşdıracaq  maariflənməyə  böyük  ehtiyac  göz  önündə  idi. 
Doğrudur,  XX  əsrin  əvvəllərində  çar  Rusiyasının  tarixində  baş  vermiş  hadisələr  milli  şüurda  ciddi 
dəyişikliklərə  yol  açdı,  milli  azadlıq  hərəkatlarının  baş  verməsi  cəmiyyət  həyatının  böhrana 
sürüklənməsini  məntiqi  sonluğu  kimi,  milli  şüuru  silkələyib  oyatdı  və  onu  ətalətdən,  sükunətdən 
tamamilə  qoparıb  ayırdı.  Onun  kölgədə  qalan  istəklərinə  meydan  verdi,  onu  gözləyə  biləcək 
fəlakətlərdən,  faciələrdən  sığortalamağa  çalışmış  oldu.  XX  əsr  demokratik  fikri  xalqı  qaranlıqlarda 
saxlayan  bütün  mövhumat  və  cəhalətə  savaş  açdı,  qəti  əmin  oldu  ki,  artıq  onlar  ömrünü  çoxdan 
tamamlamış  və  tarix  səhnəsindən  silinib  getməli  olacaqdırlar.  Belə  bir  zamanda  və  məkanda- 
müstəmləkə  rejimində  bir  əsr  boyunca  yad  xarakterdə  və  yad  əxlaq  prinsipləri  ilə  yaşamağa 
məhkum  olunmuş  xalqımızın  qarşısındakı  başlıca  əngəl  onun  özünü  xatırlamasına,  kimliyinə  bələd 
olmasına  törədilən  maneçiliklər  idi.  Bu  xalqı  ayıltmaq,  oyatmaq,  ayağa  qaldırmaq  qarşıda  dayanan 
çox  çətin  bir  vəzifə  idi.  Cəmiyyət  həyatı  sübut  edirdi  ki,  xalqı  xilas  etmək  üçün,  onu  başsız 
qoymamaq  üçün,  onu  qul  halından  qoparıb  irəliyə  aparmaq  üçün  maarifləndirmək  çox  vacibdir  və 
zəruridir  . 
XX  əsrin  Azərbaycan  demokratik  fikri  xalqın-  millətin  birliyinə  nail  olmaq  yolunda  hər  cür 
qarşıdurmaları,  fikir  ayrılıqlarını  rədd  edir,  millət  və  vətən  naminə  xalqın  birliyini  günün,  əsrin, 
zamanın  vacib  tələbi  kimi  ortaya  qoyur,  bu  birliyə  yönəli  olan  digər  zərərli  fəaliyyətləri  millətin 
ümumi  mənafeyinə  xəyanət  hesab    edirdi.  Belə  görkəmli  mütəfəkkirlərin-fikir  və  düşüncə 
sahiblərinin  qəbul  etmədikləri  isə  müsəlman  ruhanilərinin  şəxsi  mənfəətlərini  üstün  tutaraq,  millət 
işinə  qarşı  olan  xəyanətləri  idi.  Onlar  buna  qarşı  qüvvətli  bir  etiraz  səsləndirir,  xalqı  başa  salmaq 
istəyirdilər  ki,  sözün  əsl  mənasında,  belə  mühafizəkar  din  xadimlərinin  islamdan,  Qurandan 
kənarlaşmalarını,  şəxsi  mənfəətləri  naminə  xalqın  xilası  yoluna  qara  pərdələr  çəkmələrini,  onu  daim 
keçmişdə-  gerilikdə  saxlamaq  istəmələrini,  oradan  qopub  ayrılmasına  əngəl  olmalarını  tarix  heç 
zaman  bağışlamayacaqdır. 
Yetmiş  illik  sovet  dönəmində  XX  əsrin  Azərbaycan  demokratik    fikri  obyektiv  şəkildə 
hərtərəfli  sağlam  tədqiqat  obyektinə  çevrilə  bilməmişdi.  Burada  subyektiv  mülahizələr,  haqsız 
tənqidlər  olmuşdu  və  demokratik  fikir  də  ondan  qurtula  bilməmişdi.  Çünki  xalqımızın  əvəzsiz 
ədəbi-bədii,  milli-mənəvi  irsinin  elmi  tədqiqata  cəlb  olunması,  onun  uca  adına  layiq  yetərli  şəkildə 
öyrənilməsi  və  sonrakı  nəsillərə  də    öyrədilməsi  işinə  böyük  əngəllər,  keçilməz  və  aşılmaz  sədlər, 
maneələr  quraşdırılmışdı.  Bir  çox  hallarda  ideoloji  sistemin  xarakterindən  irəli  gələn  saxtalaşdırma, 
bayağılaşdırma,  qərəzkarlıq  onların  zəngin  və  əvəzsiz  mənəvi-əxlaqi  irsinə  qalın  bir  kölgə  salmış, 
onun  ətrafında  eybəcər  bir  mənzərə  yaranmasına  səbəb  olmuşdu.  Onların  fəlsəfi  fikir  tarixindəki 
tükənməz  irsi  bəzi  hallarda  bilərəkdən,  qəsdən,  uydurulmuş  şəkildə  mübahisə  və  mülahizə 
obyetkinə  çevrilmişdi.  Bəzən  onların  tədqiqində  birtərəfliyə  yol  verilmiş,  onların  vətəndaşlıq 
qayəsi,  amalı,  vətəndaş  qeyrəti  həqiqət  süzgəcindən  keçirilməmiş,  onlar  guya  “burjua”  fikirlərini 
paylaşdıqlarına  görə, marksist  təlimini  anlamazlıqda  təqsirləndirilmişdilər. 
Əslində,  belə  fikirlər  yetərsizdirlər  və  yarıtmaz  hesab  olunurlar.  Çünki  tədqiq  və  təhlil 
olunan    problem  xarakterli  hər  hansı  bir  məsələyə  münasibətdə  yanaşma  tərzi  yalnız  və  yalnız 
obyektiv,  məntiqi  tədqiq  və  təhlilə  söykənməlidir.  Bu,  heç  vaxt  köhnəlməmiş  və  hər  zaman  yeni 
olan  dəyişməz  bir  meyardır.  Keçmişin  milli-mənəvi  irsinə  belə  yanaşma  tərzi  tarixilik,  varislik  və 
müasirlik  ənənələrinə  obyektiv  münasibət  formalaşdırar,  sənət-söz  sahibinin  intellektual  düşüncə 
tərzinə  məxsus  olan  yaradıcılığı  obyektiv  və  operativ  qiymətini  alar.  Aydındır  kı,  burada  obyektiv 
tədqiqat  artıq  hər  hansı  qərərsizçilikdən  və  saxtakarlıqdan  çox  yüksəkdə  dayanmış  olacaqdır  və  hər 
zaman  obyektiv  mövqeyini  də  yerli-yersiz  qeyri-  dürüst  tənqidlərdən  qoruya  biləcəkdir.  Çünki 
ədalətli  qocaman  tarixin  ibrət  dərsi  hər  zaman  və  hər  yerdə  bunların  hamısını  yetərincə  isbatlamış, 
danılmz  sübuta  yetirmişdir.  Lakin  yuxarıda  söylənənlər  üzərindən  bütün  qarayaxmaları,  böhtançı 
düşüncə  tərzini  bir  kənara  qoysaq,  istisnasız  olaraq,  demokratik  fikrin  elmə,  təhsilə  xalqın 

- 245 - 
gələcəyinin  xilaskarı  kimi  baxması,  onların  cəhalətə  və  nadanliğa  qarşı  amansız  barışmaz 
mübarizəsi  mahiyyət  etibarilə  bütün  tədqiqatların  mərkəzi  obyektinə  çevrilmiş,  alqışlanılmış  və 
xalqa  çox  əvəzsiz  xidmət  nümunəsi  kimi  dəyərləndirilmişdir.  Onlar  haqlı  olaraq  xalqın  və  vətənin 
qurtuluşunun,  müstəmləkə  işğalına  qarşı  mübarizənin  elm-maarif  cəbhəsindən  başlayacağını  açıb 
ortaya  qoymuşdular  ki,  xalq  öz  dərdinin  böyüklüyünü  dərindən  anlamaq  işində  mütləq  əl-ələ  verib 
maarif  işığına  tolaşmalı  olsun. 
XXəsrin  əvvəllərində  demokratik  fikir  cəmiyyətdə  sağlam  həyat  tərzinə  həsrət  qalan 
millətinin  və  vətəninin  düşdüyü  ağır  vəziyyətdən  xilasına  çalışırdı.  Onlar  xalqa  xidməti  milli  ideya-
düşüncə  tərzinə  çevirdilər,  özlərində  xalqı  ayilda  biləcək  gücü  tapdılar,  eləcə  də,  xalqı  bir  mərkəzdə 
birləşdirə  bilmək  gücünə  sahib  olduqlarını  sübuta  yetirdilər.  Məhz  belə  yorulmaz  fəaliyyətləri  ilə 
demokratik  fikir  sosial  zülmə,  ədalətsizliyə,  milli  əsarətə  qarşı  çıxırdı.  Onlar  sözün  əsl  mənasında 
humanist,  demokratik  düşüncənin,  yüksək  milli  və  bəşəri  dəyərlərin  daşıyıcıları  olmaqla,  əqidə  və 
düşüncələrində  milliliyi  və  bəşəriliyi  vəhdətdə  götürür,  əməli  fəaliyyətlərini  bu  istiqamətdə  həyta 
keçirməyə  səfərbər  edərək,  güclü  iradə  və  yaradıcılıq  qabiliyyəti  nümayiş  etdirirdilər.  Onlar  öz 
intellektual  potensialından  geniş  mənada  yüksək  səviyyədə    istifadə  etməklə,  xalqı  ayıltmaq  və 
əlindən  yapışıb  arxasınca  irəliyə  aparmaqda  sədaqətli  və  etibarlı  məsləkdaş  oldular.  Öz 
fəaliyyətlərini  cəmiyyətin  və  millətin  xeyrinə  yönləndirməklə,  özlərinin  vətəndaş  mövqeyini 
layiqincə  sübuta  yetirməklə  onlar  millətin  aydın  sabahlara  gedəcək  yollarını  ona  anlatmağa 
çalışırdılar. 
Demokratik  fikir  müsəlmanın  geridə  qaldığını,  avam,  cahil  olduğunu  önə  çəkirdi  və  onların 
digər  millətlərlə  müqayisədə  geriliklərinin  əsas  səbəbkarını  haqlı  olaraq  qaragruhçu  ruhanilərdə 
görürdülər.  Şəxsi  mənafeyi  naminə  islam  dininə,  Qurana  zidd  olan  fəaliyyətləri  ilə  bir  çox  mollalar 
heç  cür  özlərinə  gələ  bilmirilər.  Onlar  məsələyə  yalnız  birtərəfli  yanaşırılar.  Həm  də  hökumət  onlara 
qəsdən  dəstək  verirdi.  Hətta  belə  qara  fikirli  mollalar  –din  xadimləri  hökumətlə  hər  cür  iş  birliyinə 
razı  idilər  ki,  yaşayışlarını  bir  qədər  də  təmin  edə  bilsinlər.  Odur  ki,  demokratik  fikir  belə 
mövhumatçı  fanatikləri  bütövlükdə    hər  zaman  və  hər  yerdə  ifşa  etməkdən  çəkinməmişdir.  Lakin 
sovet  dönəmindəki  yazılarda  deokratik  fikrin  belə  qaraguruhçularla  mübarizəsini  dinlə,  islamla 
bağlamış,  bilərəkdən  onları  mübariz  ateistlər  kimi  təqdim  etmişlər.  Onlara  birtərəfli  yanaşmış,  hər 
yerdə  subyektiv,  səhv,  nöqsanlı  münasibət  bildirməklə,  onların  milli  ruhunun  üstünə  kölgə 
salmaqla,  demək  olar  ki,  onları  mübariz,  barışmaz  ateist  hesab  etmişlər.  Onlar  burada  belə 
mübarizəni  qəsdən,  haqsız  olaraq  Allaha,  Qurana,  islama  qarşı  mübarizə  kimi  qələmə  verərək, 
onları  alqışlamaqdan  doymamışdılar. 
Demokratik  fikirdə  birmənalı  şəkildə  onlara  qarşı  kəskin,  barışmaz,  qəti  etiraz  əhval-
ruhiyyəsi  hakim  olmuşdu.  Çünki  o,  təmkinli,  prinsipial  mövqeyi  ilə  xalqını  və  onun  dostlarını  özünə 
dost  tutmaq  yolu  ilə  qorxmadan  öz  haqlı  mövqeyindən  geri  çəkilmirdi.  Onlar  dönməz,  qalib 
iradələri  ilə,  millətini  özünə  güvənc  yeri  bilməklə,  onu  sevib  bəyənməsindən  ruhlanmaqla  millətinə 
məsləkdaş  olmuşdular  və  beləliklə  də,  Azərbaycan  xalqının  milli-mənəvi  varlığının  aydın  ifadəsi 
kimi,  onun  dünənindən  bu  gününə  qədərki  şanlı  tarixində  yadda  qalan,  rəğbətə  layiq  xidmət 
nümunələri  göstərmişlər.  Bu    da  onların  xalqa  bağlı  yaradıcılıqlarının  ictimai-siyasi  məzmununun 
zənginliyinin  bir  daha  parlaq  sübutudur.  Mütərəqqi  fikirli  ruhanilərin  fikrincə,müsəlmanların  bir 
araya  gələ  bilməmələrinin,  çağdaş  zamanımızdan  geriliklərinin  başlıca  günahkarları  iki  üzlü 
ruhanilər,  yalançı  din  xadimləridirlər,  çünki  onlar  daxilən  öz  çirkin  mənfəət  və  maraqları  naminə 
millətin  ümumi,  vacib  inkişafına  əngəl  törədir,  xalqı  gerilikdə,  cəhalətdə  saxlayırdılar  ki,  cahil, 
avam  xalqın  gözündə  çox  sevimli  hesab  olunsunlar  və  xalq  onların  hiylələrindən  xəbərsiz  yaşasın, 
onun  hökumətlə  əlbir  fəaliyyətini  anlaya  bilməkə  çox çətinlik  çəksin. 
XX  əsrin  əvvəllərində  Azərbaycan  demokratik    fikrinin-demokratik  məfkurə  sahiblərinin 
düşüncələrinin  formalaşmasının  mənbəyi  öz  başlanğıcını  XIX  əsrin  sonlarında  baş  verən  sosial-
siyasi  həyatdakı  yeniləşmədən-oyanışdan  götürmüşdür.  Çünki  demokratik  fikrin  oyanışı  XIX  əsrdən 
sayılır,  onun  inkişafı,  tərəqqisi  və  təşəkkülü  isə  XX  əsrin  ilk  iki  onilliyinə  gəlib  çıxır.  Xalqımızın 
çox  qədim  tarixə  söykənən  mütərəqqi  mənəvi-əxlaqi  zənginliklərinin  inkişafı  və  tərəqqisi  dövrü  də 
məhz  həmin  iki  onilliyin  payına  düşür.  Çünki  o  dövrün  milli-demokratik  hərəkatında  özünəməxsus 
dəst-xəttini  ortaya  qoyan  XX  əsrin  görkəmli  demokratik  məfkurə  sahibləri  əbədiyaşar  sənətləri  ilə 

- 246 - 
də  millətimizin  fəlsəfi  irsini,  fəlsəfi  söz  xəzinəsini  özlərinin  yaradıcılıqlarının  nümunəsində  əvəzsiz 
incilərlə  zənginləşdirmişlər. 
O  zamankı  Azərbaycanımızın  müstəmləkə  əsarətində  qalan  millətinin  ümumbəşəri,  milli 
mədəni-mənəvi  sərvətləri  maddi  sərvətlərindən  daha  artıq  dərəcədə  korlanır  və  talan  edilirdi. 
Millətin  bu  sərvətlərə  sahib  çıxmaq  vaxtı  çoxdan  çatmışdı  və  elə  bu  da  XX  əsrin  ilk  onilliklərinə 
təsadüf  etdiyinə  görə,  o,  özlüyündə  onun  assimilyasiyasına,  yox  edilməsinə  qarşı  ayağa  qalxaraq, 
son  və  qəti  qərarını  verməli  idi.  Bu  isə  XX  əsrin  sosial  tərəqqisinin  ortaya  qoyduğu,  millətin 
qarşısında  vəzifə  olaraq  irəli  sürdüyü  obyektiv  səbəblər  idi.  Xalqın,  millətin  mədəni-mənəvi 
dirçəlişi  və  gələcəkdə  böyük  nailiyyətlər  əldə  etməsinin  ilkin  açarı,  yeganə  təminatı,  hər  şeydən 
öncə  demokratik  dünyəvi  məktəb  idi.  Belə  məktəbi  yarada  bilən,  onu  sevərəkdən  daha  da  inkişaf 
etdirməyə  ciddi  səy  göstərən,  ona  böyük  həyati  sevgi  ilə  bağlanan  bir  millət  mexaniki  şəkildə  deyil, 
yaradıcı,  elmi  şəkildə  cəmiyyətin  tərəqqisini  təmin  edər  və  dərin  elmi  biliklərə  sahib  çıxa  bilməklə 
onu  getdikcə  daha da irəliyə  apara bilərdi. 
Dünyəvi  demokratik  ənənələrin  təməlinin  yeganə  ilkin  daşıyıcısı  olan  məktəb  millətin 
çoxəsrlik  mənəvi  dəyərlər  xəzinəsinə  sahib  çıxmaqda  ona  qüvvət  və  qüdrət  verər,  milli-mənəvi 
dəyərlər  xəzinəsi  bünövrə  olmaqla,  onu  daha  da  zənginləşdirər  və  hər  cür  yad  təsirlərdən,  əcnəbi 
basqılardan  uğurla,  müvəffəqiyyətlə  və  qalibiyyətlə  xilas  edə  bilərdi.  Bəşər  tarixinin  XX  əsrin 
əvvəllərinə  təsadüf  edən  dönəmlərində  bütün  qabaqcıl  türk  dünyasında  olduğu  kimi,  Azərbaycanda 
da  millət  özünün  bütövlükdə  dünyəvi  məktəbinə  sahib  olmaq  istəyiilə  yanaşı,  türkçülükdən, 
islamçılıqdan  bəhrələnməyə  çağırılırdı.  Bu,  ümumən  türk  dünyasında,  xüsusilə  də  nəhəng  Rusiya 
imperiyasının  daxilində  yaşayan  türk-islam  millətləri  içərisində  bariz  şəkildə  yeni  bir  sosial  hadisə, 
ümumilikdə  ,cəmiyyətin  istinasız  olaraq  bütün  təbəqələrini  oyadan  və  hərəkətə  gətirən  yeni  bir 
baxış,  düşüncə  tərzi  idi.  Bütövlükdə  götürüldükdə  isə  bu  hərəkat-yeni  demokratik  məktəb  uğrunda 
hərəkat  olsa  da,  əslində  isə,  son  məqsəd  olaraq,  millətin  müstəmləkə  əsarətindən  xilası  uğrunda 
milli  istiqlal  mübarizəsi  ilə  birbaşa  əlaqəli  idi.  Çünki  istiqlalçılıq,  azadlıq  ideyalarının  millətin 
içərisində  cins  və  yaş,  sinif  və  zümrə  fərqindən  asılı  olmayarq  tərənnüm  edildiyi,  onun  milli 
yaddaşına  yazıldığı  genetik  parolu,  ən doğru  və ən etibarlı  məkanı  məhz  məktəb  idi.    
Millətin  yenilikçi,  dürüst  düşüncə  tərzi  də  məhz  məktəbdə  və  məktəb  vasitəsilə 
formalaşdırılardı.  Odur  ki,  bu  proses  çox  qabarıq  şəkildə  məhz  bu  dövrdə  ortaya  çıxdı,  özünü 
nümayiş  etdirmiş  oldu.  Bu  isə  xalqın  çox  böyük  qarşısıalınmaz  oyanışı  idi,  müstəqillik  hərəkatı 
uğrunda  mübarizənin  başlanılması,  sonradan  daha  da  geniş  vüsət  alması  ilə  birlikdə,  həmçinin, 
xalqın  silkələnməsinin,  milli  oyanışının  başlıca  təminatçısı  olacaqdı.  Millət  yenilikçi  bir  təhsil 
sistemi  ilə  tanışlıqdan  sonra  uzun  zamanlar  boyunduruq  altında  yaşadığının  acılarını  yaddaşında 
təzələyər,  onu  unutmadan  qızğın  bir  şövqlə  “haqqını  qanıb  ayılmaqla”,  öz  milli  varlığının  sübutu 
kimi  ortaya  qoymaqla,  ona  dəstək  olan,  onu  maarifləndirənlərlə  bir  sırada  liderlərini  irəli  çıxarmaqla 
amansız  milli-azadlıq  savaşı  üçün  ayağa  qalxardı.  O,  “dili-ağzı  bağlı  qul”həyatından  birdəfəlik  xilas 
olmaq  üçün  başladığı  və  davam  etdirdiyi  ölüm-dirim  savaşından  geriyə  dönməzdi.  Çünki  bu 
millətin  azadlığa  və  tərəqqiyə  gedən  uzun-keşməkeşli  mübarizə  yolunda  yeganə  doğru  yol  məhz 
belə  idi. 
Demokratik  fikrin  görkəmli  nümayəndələri  bütün  bunları  başlıca  qayə  və  amallarına 
çevirmişdilər.  Onlar  uğrunda  ölümə  hazır  olduğu  millətini  oxuyub-yazmaq  bilmədən,  onun 
geriliyinə  səbəb  olan  müstəmləkə  sistemində  onu  bu  gerilikdən  qopmağa  qoymayan,  doğru 
yolundan-haqq  yolundan  uzaqlaşdıran,  yeniliklərdən    xəbərsiz  saxlayan,  millilikdən  uzaq  salan, 
ruslaşdırmağa,  assimilyasiya  etməyə  çalışan  çar  hökümətinə  qarşı  ilk  zərbəni  təhsil  sahəsində 
vurmağa  çalışırdı.  Bəlkə  də,  bu,  o  dövr  üçün  ən  doğru-düzgün  atılan  addım  idi.  Çünki  bütün  bunlar 
millətin  milli  oyanışının  təminatı  idi.  Deməli,  tərəqqiyə  və  xilasa  gedən  yolun  başlanğıcı  məktəbdən 
keçməli,  sonralar  isə  mənəvi  tərəqqinin  əsl  yüksəliş  yolu  olmalı  idi.  Dünyəvi  təhsil  verən  yeni 
üsullu  (üsuli-cədid)  məktəblərin  tərəqqidə  rolu  bu  qədər  yüksək  və  ölçüyəgəlməz  dərəcədə  çox 
əhəmiyyətli  idi.  Bu,  ən  azından  ona  görə  idi  ki,  “Bir  millətin  tərəqqi  və  tədənnisini  bilmək  üçün 
millətin  məktəblərini...görmək  kifayət  edər”  (I,c.IV,s.I90). 
Beləliklə,  demokratik  dünyəvi  məktəb  (üsuli-cədid)  ideyası  hələ  sadə,  ilkin  formada  verilən 
təhsilin  astanası  demək  idi.  Bu,  millətin  taleyi  ilə  maraqlanan,  onu  öz  taleyi  bilib,    mənsub  olduğu 

- 247 - 
millətinin  taleyi  ilə  üzvi  surətdə  bağlayan,  dərdli  millətinin  dərdinə  şəfa  arayan,  əlac  axtaran  XX 
əsrin  əvvəllərinin  Azərbaycan  demokratik  fikrinin  görkəmli  nümayəndələrinin  millət  yolunda  əsl 
xidmətinin  sonrakı  fəaliyyətinin  hələ  başlanğıcı  demək  idi.  Millətin  başının  üstünü  alan  bütün 
bəlaları  incəliklərinə  qədər  anlayan,  duyan  bu  mütəfəkkirlər  millətin  məktəbə  yiyələnməsi  və  təhsil 
görməsilə  addım-addım  qabaqcıl  dünyaya  pəncərə  açacağına  inanırdılar.  Çünki  bu  iş  millətin  ilk 
növbədə  gözünü  açar,  ağlını,  dərrakəsini,  təfəkkürünü  inkişaf  etdirər,  onun  potensial  imkanlarını 
üzə  çıxarar  və  qabaqcıl  dünya  elmi  ilə,  mədəniyyət  aləmi  ilə  tanış  edərdi.  Demək  ki,  məktəb  bütün 
maneələri  aşıb  keçməklə  çox  böyük  mütərəqqi  tarixi  missiya  yerinə  yetirərək  dünyada  hər  hansı  bir 
milləti  “cəhalətdə  batıb  qalanlar  içərisindən  çıxarıb  ümumdünya  mədəniyyəti  ilə  birləşdirəcəkdir” 
(2,c.I,s.116). 
Bununla  da,  onun  əsarətdə  qalmasını  əngəlləyər,  o  əsarətə  razı  olmaz,  ondan  qurtulmağa, 
xilas  olmağa  çalışar  və  azadlığa  gedən  uzun  və  çətin  yolları  tapmağa  səy  göstərərdi.  Savadlı, 
maariflənmiş  millət  istiqlalın  ən  doğru  -düzgün,  uğurlu-xeyirli  yolunu  tapmış  olardı.  Burada  əsas 
söz  sahibi  isə  doğma  millətini  bu  prosesə  hazırlayanlara  məxsus  idi.  Ona  görə  də  onlar  milləti 
məktəbə,  maarifə,  elmə  həvəsləndirirdilər.  Demokratik  fikrin  görkəmli  nümayəndələri  hər  zaman  və 
hər  yerdə  yalançı  “millət  qəhrəmanlarını”  ifşa  edir,  onların  iç  üzlərini  açmaqla  az  qala  bütün 
Azərbaycanda  onları  millətə  tanıtdırırdı.  Onlar  bu  işi  sadəcə  görməklə  kifayətlənib  qalmırdılar, 
həmçinin  də  onu  tutarlı  şəkildə  əsaslandırırdılar.  Bununla  da,  doğma  millətinin  bəşəriyyətin  gələcək 
inkişaf  və  tərəqqisindən  geri  qala  bilməsini  heç  cür  qəbul  etmək  istəmir,  öz  arzu  və  istəklərini 
reallaşdırmaq,  yəni  onu  dünyanın  qabaqcıl  millətlərinin  sırasına  çıxarmaq  istəyirdilər.  Onlar  bütün 
bunların  hamısını  isə  real  gerçəkliklə  uzlaşdıraraq,  sosial-siyasi  həyatda  onların  qələbəsini  təmin 
etmək  məqsədilə  sistemli  və  elmi  şəkildə  bütün  biliklərin  ilkin  əsaslarını  öyrədən,  sonradan  daha 
inkişaf  etdirən  dünyəvi  məktəblərin  məqsədyönlü  və  sistemli  şəkildə  açılmasına  var  qüvvə  ilə 
çalışırdılar. 
Beləliklə,  məktəb  azadlığın,  tərəqqi  və  təkamülün  ilkin  özülü,  əsası,  nüvəsi  kimi  millətin 
milli-azadlıq  hərəkatına  təkan  verən  bir  qüvvə,  güc  rolunu  oynayacaqdı.  Çünki  azadlığı  uğrunda 
ayağa  qalxıb  inandığı  gücünü  ortaya  çəkən  xalq,  ilk  növbədə  müstəmləkə  əsarətindən  qurtulmalı  idi. 
Bu  qurtuluş  isə,  ilk  növbədə,  xalqın  ayılmasından,  milli  şüurun  oyanmasından,  milli  özünüdərkdən 
keçirdisə,  bütün  bunların  hamısı  yalnız  mariflənməkdən,  savadlanmaqdan,  deməli,  son  nəticə  olaraq 
demokratik,  dünyəvi  məktəblərin  təşkilindən  ibarət  olmalı  idi.  Odur  ki,  millət  az  qala  bütövlükdə  bu 
iş  üçün  səfərbər  edilirdi.  Millətin  milli  mənafeyinin  təmsilçisi  və  təminatçısı,  mövcud  cəmiyyətin 
tərəqqisinə  kömək  edən  demokratik  dünyəvi  məktəblərin  açılması  müstəmləkəçi  rejimi  diskindirir, 
onu  bərk-bərk  qorxudurdu.  Hökumət  qorxudan  az  qala  “ölürdü”  ki,  bunun  sayəsində  “biz  Qafqaz 
müsəlmanları  maarifin  hərəkətindən  yuxarı”qalxarıq  (2,c.II,s.381). 
Beləliklə,  bu  cür  məktəblərin  təbliğ  olunması  bir  çox  hallarda  önəmli  əhəmiyyət  daşıdığına 
görə,  “köhnəpərəstlərimizin  və  müqəddəslərimizin”bu  işdən  ehtiyatlanması  və  qorxması  tamamilə 
təbii  hal  sayılmalıydı.  Çünki  maarifsizlik  və  məktəbsizlik  nadanlığın,  cəhalətin  və  mövhumatın 
daşıyıcısı  olmaqla  xalqı  qaranlıqlarda  daha  artıq  dərəcədə  saxlaya  biləcək  gücdə  idi.  Bunlar  hamısı 
cəmiyyətin  həyatında  sosial-siyasi  fəallığın  əvəzinə  fəaliyyətsizliklə,  süstlüklə,  ətalətlə  müşaiyət 
olunurdu.  Bu  isə  özlüyündə  uzun  illər  boyu  xalqın  çəkdiyi  əzabların  yenidən  daha  uzaq  gələcəyə 
qədər  davam  edəcəyi  demək  idi.  Halbuki  hökumətin  və  bütün  mühafizəkar  qüvvələrin  əlbir  hərəkət 
edərək,  məktəblərin  açılması  işinə  böyük  maneələr  törətmələri  göz  qabağında  idi.Yaradılacaq  və 
getdikcə  inkişaf  edəcək  belə  məktəblər  insanları  düşündürər,  onun  düşüncəsinin,  ağlının  inkişafını 
təmin  edər,  getdikcə  də  cəmiyyətin  tədricən  inkişafının,  tərəqqisinin  daşıyıcısı  ola  bilmək  gücünü 
aşılayırdı.  Ona  görə  də,  məktəbin  xidmətləri  əvəzsiz  idi,  millət  də  “məktəbi  elm  və  bilik  yeri  hesab 
edib  və oradan da haqlı  olaraq  xeyir  mənfəət  gözləyir”(3  ,s.266). 
Məktəbin  xeyri  və  əhəmiyyəti  təkcə  bununla  məhdudlaşmırdı,  o,  mütərəqqi  tarixi  missiya 
yerinə  yetirərək,  milləti  “cəhalətdə  batıb  qalanlar  içərisindən  çıxarıb,  ümumdünya  mədəniyyəti  ilə 
birləşdirəcəkdir”(2,c.I,s.116).  Bu  mənada  heç  nə  onunla  müqayisə  oluna  bilməzdi,  heç  nə  məktəbin 
yerini  verməzdi.  “Demək  ki,  bir  millətin  hər  halını  tədqiq  etmək  üçün  ən  doğru  meyar,  ən  kəsdirmə 
yol  o  millətin  məktəbləridir”  (I,c.IV,s.190).  Buradakı  demokratik  dünyəvi  məktəb  sanki  övladını 
qucağına  alıb  əzizləyən  doğma  ananı  xatırladırdı.  Belə  ki,  cəmiyyətin  ən  böyük  tərbiyəçisi  ana 

- 248 - 
sayılırdısa,  demokratik  dövlət  quruculuğu  prosesində  isə  çox  böyük,  əvəzsiz  rola  malik  qüvvə  olan 
məktəb  də  millətin  balalarını  doğma  övladı  kimi  qucağına  alıb,  ana  nəvazişi  ilə  bəsləyəcəkdi.  Ona 
yazıb-oxumaq  öyrətməklə,savad  verməklə  düşdüyü  miskin,  kölə  vəziyyətini  ona  dərk  etdirəcək, 
doğru  yolu  tapmaqda  ona  kömək  göstərəcək,  tanıtdıracaq,onun  özündə  gücünə  inam  yaradacaq, 
millətin  bəlalardan  qurtuluşunun  və  nicatının  doğru  ünvanını  verəcəkdir:  “Məktəblə  qılar  növi-bəşər  
dəfi-bəlaya,  Məktəblə  yaşar  rahətü  məsud  rəaya”  (4,c.I,s.4). 
Azərbaycan  mühitində  təhsilə,  məktəbə  və  onunla  üzvi  şəkildə  bağlı  olaraq,  dinə,  islama 
münasibət  ikili  səciyyə  daşıyırdı.  Bu  günümüzün  özündə  belə  bu  məsələ  müxtəlif  fəlsəfi 
ədəbiyyatlarda  dolğun,  konseptual,  fundamental  köklü  ifadəsini  tapmamışdır.  Hərtərəfli,  dərindən 
düşünsək,  heç  də  yanılmadığımızın  canlı  şahidinə  çevrilərik.  Bunun  açıq  şəkildə  məğzi-mənası 
budur  ki,  XX  əsrin  ilk  iki  onilliyi  kimi  hər  cür  ziddiyyətlərlə,  təzadlarla  dolu  olan  belə  bir  dövrün  o 
zamankı  hətta  qabaqcıl  mütərəqqi  fikirli  ruhaniləri  də  yetmiş  illik  sovet  ədəbiyyatında  mövhumat  və 
cəhalət  tərəfdarları  hesab  edilmişdi.    Onlar  haqqında  yazılan  istənilən  məqalələrdən  tutmuş  o  dövr 
üçün,  zaman  üçün  daşıdıqları  ideologiyaya  sadiq  qalan  70  illik  dövrün  “fundamental”  tədqiqatlarına 
qədər  yerli-yersiz,  az  qala  hər  sətirdə,  hər  sözdə  onları  “dini-islamı  əldə  bayraq  etməkdə”, 
mövhumat  və  cəhalət  yaymaqda,  islam  dininin  mövcudluğunun  XX  əsrdə  müsəlman  Azərbaycan 
cəmiyyətini  geridə  saxlamaqda  təqsirləndirir,  hədyanlar,  qarayaxmalar,  uydurmalar  yazmaqdan 
çəkinmirdilər.  Rəsmi  dövlət  və  hökumət  səviyyəsində,  təhsil  və  elmi  müəssisələrdə,  mətbu 
orqanlarda  onsuz  da  onlara  müxalif  olan  rəsmi  opponentlər  yox  idi.  Hətta  yazılsa  ki,  bu  müxaliflik 
yox  səviyyəsində  idi,  onda  burada  hansısa  bir  cücərtiyə,  işartıya  yer  qalmış  olardı  və  səhvə  yol 
verilmiş  olunardı.  Bütün  cəmiyyət  üzvləri  uşaqdan  böyüyə  bu  cür  tərbiyələndirilirdi:  millətin 
yüksək  elmi  ad  daşıyan  alimi  də  belə  idi,  sadə  düşünən  və  bu  cür  düşündürülməyə  vadar  edilmiş 
fəhləsi-kəndlisi  də.   
Odur  ki,  XX  əsrin  ilk  iki  onillliyi  də  belə  nöqsanlardan  xali  deyildi.  Sosial-siyasi  və  ictimai 
fikirdəki  ideya  təbəddülatları,  tərəddüdləri  və  sarsıntıları  da  bunlarla  bağlı  idi.  Bütün  cəmiyyət 
həyatı  hər  gün  bu  fikirlərlə  qaynadılıb  coşdurulurdu  və  qaynayıb  coşurdu,  çalxalanırdı  ki,  bu,  az 
qala  milli  demokratik  fikirdə  tərəqqi  ilə  tənəzzülün  barışmaz  mübarizə  cəbhəsinə  çevrilmişdi. 
Doğrudan  da,  islamın  əsl  məğzini,  məzmununu  öyrənmədən  ona  qarşı  hücuma  keçənlərin  hamısının 
qənaəti  bu  idi  ki,  o,  xalqı,  milləti  və  məmləkəti  tərəqqidən  saxlayır,  onu  geriyə  çəkir.  Doğrudur,  o 
dövrdə  açıq  şəkildə  sanballı  tədqiqatlarla  bunlari  heç  kim  deyə  bilməzdi.  Onları  söyləmək  çox 
böyük  cəsarət  tələb  etsə  də,  cəmiyyətin  ehtiyacını  ödəyə  biləcək  qədər  deyildi.  Buna  müstəmləkə 
əsarətində  münbit  bir  zəmin  də yox  idi. 
Ona  görə  də  yerli-yersiz  islam  dininə  qarşı  “hücumçular”  arasında  “Molla  Nəsrəddin”  ədəbi 
məktəbinin  nümayəndələri  xüsusi  fəallıq  göstərirdilər.  Azərbaycan  Respublikasi  müstəqilliyinə 
qovuşanadək  aparılan  tədqiqat  əsərlərində  70  illik  bir  dövrün  nəticəsi  kimi,  bu  məslə  çox 
şişirdilmiş,  cildlərlə  tədqiqat  əsərlərinin  əsas  mövzusuna  və  qayəsinə  çevrilmişdi.  Amma  burada  bir 
çox  həqiqətlər  ya  tamamilə  unudulurdu,  danılırdı,  ya  da  əsaslı  şəkildə  təhrif  olunurdu.  Bütün 
bunlardan  da  xalqımız,  millətimiz  böyük  zərbələr  almış  olurdu.  Düşmənlərimizin  bu  gün 
millətimizə  dair  yalanlar,  iftiralar  söyləməsinə  münbit  zəmin  yarandı,  əllərində  haqqa çevrildi. 
Bu,  heç  də  təsadüfi  deyildi.  O  zamankı  cəmiyyət  həyatı  islamı  “ifşa  edənlər”    və  müdafiə 
edənlər  olmaqla  iki  açıq  cəbhəyə  bölünmüşdü.  Azərbaycan  demokratik  fikrinin  görkəmli 
nümayəndələri  də  cəmiyyət  həyatında,  yəni  demokratik  dünyəvi  məktəb  və  təhsil  məsələləri 
ətrafında  gedən  açıq  mübarizədən  bir  an  kənarda  qala  bilməzdi.  Hətta  XX  əsrin  əvvələrində 
Azərbaycan 
demokratik  fikrinin  bütün  görkəmli  xadimləri  birmənalı  şəkildə  istisnasız  olaraq,  qeyd-
şərtsiz  əvvəlki  dövrdən  daha  tez-tez    dönə-dönə  bu  mövzuya  müraciət  edirdilər.  Doğrudur, 
mollanəsrəddinçilər  bu  jurnalda,  müxtəlif  mətbuat  orqanlarında  və  yazılarında  cəmiyyət  həyatında 
islamın  xilafi-şəriət  olmadığı,  cəmiyyətin  inkişafına  zidd  olmadığını  vurğulayırdılarsa,  hətta  bəzən 
müqəddəs  “Qurani-Kərim”ə  müraciət  edirdilərsə  ,  azadlıq  və  təhsil  məsələlərində  isə,  hətta  onun 
surələrindən  ayrı-ayrı  ayələrin  açıqca  şərhini    verirdilərsə  də,  amma  çox  mühüm  və  vacib  həyati 
əhəmiyyətli  zəruri  məsələ  kimi,  məktəb  və  təhsil  məsələlərində  ifrata  varırdılar.  İslamı  cəhaləti 
,mövhumatı  yayan  əsas  mənbə,  cəmiyyəti  dünyəvi  müasir  məktəbdən  kənar  saxlayan  bir  vasitə,  maneə 
hesab  etməkdə  heç  də  həmişə  və  hər  yerdə  haqlı  olmurdular.  Bizə  görə,  islamın  başlıca  mənəvi 
dəyərlərinə  və  zənginliklərlə  dolub-daşan  tükənməz  sərvətlərinə  söykənmiş  tələbat  cəmiyyətin  özünün 

- 249 - 
daxilindəki  ehtiyacından  irəli  gəlirdi.  Burada  təkamülçülük,  təcrübədə  tədricilik  əsas  sayılsa,  vacib 
bilinsə  də,  demokratik  fikrin  görkəmli  xadimləri  az  qala  dinə  “baltanı  dibindən  vuranlar”  rolunun 
ifaçılarına  çevrilirdilər.  Çünki  əhalinin  dünyagörüşünün  tədricən  dəyişməsi  ilə  bu  görkəmli  xadimlər 
razılaşmaq  istəmirdilər,  əksinə,  olar-olmaz  cəmiyyəti  bircə  “qara  mollalardan”  tezliklə  xilas  etməyi 
təxirəsalınmaz  tədbir  kimi  qarşısına  məqsəd  qoyurdular. 
Mollanəsrəddinçilər  dinə  münasibətdə  bəzən  heç  bir  əndazə  gözləmirdilər.  Doğrudur,  inkar 
edilməsi  mümkün  olmayan  bu  məsələ  cəmiyyət  həyatı  üçün  çox  gərəkli  və  əhəmiyyətli  sayılırdı.  O 
zamanlar  hər  yanda  və  hər  yerdə  baş  alıb  gedən  mərsiyəxanlıq,  müftəxor  və  tüfeyli  dərvişlər,  seyidlər 
çox  idi.  Xurafatla,  mövhumatla  yalanlar  sataraq,  camaatın  başını  aldadaraq,  onu  inkişafdan  geri 
saxlayan,  ləyaqətsizlik  göstərib  fantastik  şəkildə  yalandan  camaatın  başını  aldadan,  onu  maarfin,  elmin 
ziyasından  məhrum  qoyan,  onu  məktəbsiz  saxlayan  qaraguruhçu  mollalar  da  az  deyildilər.  Onların  ikrah 
doğuran  əməlləri  cəmiyyətin  sağlam  həyat
  tərzi  üçün  çox  zərərli  idi  və  onunla  heç  uyğunlaşmırdı. 
Ona  görə  də  onlarla  mübarizə  Azərbaycan  demokratik  fikrində  bir  an  belə  səngimirdi,  zəifləmirdi, 
əksinə,  getdikcə  daha  kəskin  şəkildə  çarpışmalarla  müşaiyət  olunurdu.  Onlar  millətinin 
övladlarından  sayılan  bu  ruhanilərə  heç  azacıq  olsa  da  acımırdılar,  onların  millətə  vurduqları 
zərərləri  və  gətirdikləri  bəlaları  sadalayır,  qorxmadan  söyləyir,  milləti  onlardan  müdafiəyə  qalxır  və 
onu  da  oyatmaq  istəyi  ilə  kəsərli  dəlillərlə  həqiqəti  söyləyirdilər.  Millətin  məktəbə,  təhsilə 
yiyələnməkdən,  sahib  çıxmaqdan  özgə  yolu  olmadığını  tutarlı  dəlillərlə    vurğulayır,  meydana 
çıxarır,  açıb ortaya  qoyurdular. 
Bütün 
deyilənlərə  yekun  vurmağa  çalışsaq,  inanarıq  ki,  bu  mövzu  hər  zaman  olduğu  kimi, 
bundan  sonra  da  yeni-yeni  axtarışlarla  təbii  şəkildə  daha  da  zənginləşdiriləcəkdir.  Ondasa,  belə 
düşünməklə  haqlı  olarıq  ki,  mədəni  varislik  irsinə  söykənişlə,  onu  əsas  götürməklə  mütərəqqi 
ümumbəşəri,  gərəkli  olanları  saxlamaqla,  mürtəce  mühafizəkar  olanlardan  yaxa  qurtarmaq  mümkün  olar 
və  ən  əhəmiyyətli  olan  da  elə  budur.  Bu  da  xalqımızın  tipik  milli-mənəvi  mentalitetinə  tam  uyğun  gələn 
bir  şeydir.  Bunlar  millətimizin  keçmişindəki,  bu  günümüzdəki  və  əlbəttə  ki,  gələcəyindəki  milli  -mənəvi 
sərvətlərinin  bünövrəsini  təşkil  etməlidir.  Bir  sözlə,  islam  çərçivəsində  hətta  Quranı    bir  kənara 
qoymaqla,  “ağına-bozuna  baxmadan”bütün  ruhanilik  tənqid  edilir,  geniş  ictimaiyyətə  yeganə  düşmən 
kimi  təqdim  olunurdu.  Onlara  qarşı  belə  amansız,  sərt  hücumlar  mollalar  haqqında  hətta  ifratlarla  dolu 
rəy  yaradılmasına  gətirib  çıxarırdı.  Bu  isə  bütövlükdə,  ümumən  xalqın,  millətin  gələcəyi  üçün  zərərli 
hadisələrə  meydan  açırdı.  O  zaman  mollaları  nümunə  götürməklə  bütün  ruhanilərin  söyülməsi  adi 
məişət  məsələsinə  çevrilmişdi,  bir  adət  halına  gəlmişdi.  Burada  diqqəti  çəkən  o  şey  idi  ki,  “ağ  molla-
qara  molla”  bölgüsü  ilə  onların  hamısı  təhsilin,  elmin,  məktəbin  düşməni  sayılır,  cəhalət,  mövhumat 
daşıyıcıları  hesab  edilir,  cəmiyyətə-insanlara  ancaq  ziyankarlar  kimi  təqdim  olunurdu.  Bu  iş  isə  getdikcə 
millətin  içərisində  alışqanlıq  halına  gətirilirdi.     
Halbuki,  əslinə  qalsa,  necə  təqdim  olunmasından  asılı  olmayaraq,  onlar  da  xalqın-istismarçıların 
əzdiyi  zavallı  millətin  övladları  idilər,  xalqın  ehtiyaclarından  xəbərdar  idilər  və  ruhanilərin 
ehtiyaclarından  da  xalq  özü  xəbərdar  idi.  Çünki  onlar  eyni  xalqın-  eyni  millətin  içərisində  yaşayır, 
mühitinə  və  həyat  tərzinə  görə  xalqla-  millətlə,  necə  deyərlər,  “üz-üzə,  göz-gözə”  nəfəs  alırdılar.  Yeri 
gəldikcə  ruhanilərin  də  ehtiyacları  bəzən  başlarından  aşırdı.  Hətta  ruhanilərin,  ələlxüsus,  mollaların 
çalışacaqları,  uşaqları  toplayıb  dərs  keçəcəyi  və  gündəlik  çörək  pulunu  qazanacaqları  mollaxanalar  belə 
çox  az  qalmışdı  .  Mədrəsələr  isə  ibtidai  təhsil,  yazıb-oxumaq  savadı  verirdisə  də,  barmaqla  sayılacaq 
qədər  az  idi.  Dünyəvi  məktəblərin  açılması,  hətta  hökumətin  ona  azacıq  məcburi  qayğısı  mollaların 
şəxsi  mənafeyi  üçün  rael  təhlükə  törədirdi
.  Adamlar  öz  uşaqlarını  dünyəvi  məktəblərə  qoyduqca 
mollaların  təşvişi  artırdı.  Onlar  da  bir  tikə  çörək  üçün  hər  vasitəyə  əl  atırdılar.  “Eşidin  mənim  bir 
neçə  sözümü,  ey  uşaqlarını  rus  dərsinə  qoyanlar!  Bilin  ki,  cəhənnəm  olacaq  axirətdə  sizin 
məkanınız!”(2,c.II,s.45-46),-  deyərək,  uyduraraq,  dünyəvi  məktəbləri,  “rus,  gavur,  kafir” 
məktəbləri,  “dinsiz,  imansızlar  yuvası”  adlandırırdılar.  Mömin  müsəlmanları  axirət  əzabı  ilə 
qorxudur,  özləri  də  gəlirlərini  itirməmək  üçün  istər-istəməz  “cəhalət  və  mövhumat  yayanlar” 
damğasını  qazanırdılar. 
Odur  ki,  cəmiyyətin  əsasən  aztəminatlı  ailələri,  yoxsullar,  avam  və  cahil  valideynlər 
ruhanilər-  “qara  mollalar”  tərəfindən  axirət  əzabı  ilə  qorxudulurdu.  Ona  görə  də  Azərbaycan 
ərazisində  müsəlmanlar  üçün  açılan  məktəblər-  uşaqları  elmə  səsləyən  təhsil  ocaqları  duruş  gətirə 
bilmirdilər.  Cahil  valideyn  övladını  məktəbə-  “məzhəbsizlər  yuvasına”verməyə  razılıq  vermirdi  ki, 
“razıyam  oğlum  gedə  qəbrə,-  nə  ki  məktəbə,  məktəb  adı  çəkməyin,-  mələbədir,  mələbə!”(5,s.I85). 

- 250 - 
Bir  çox  yerlərdə  isə  bu,  qarşısıalınmaz  bir  prosesə  çevrilirdi.  Heç  təsadüfi  deyildi  ki,  bunun 
ucbatından  “müsəlman  camaatı  başlayıblar  yavaş-yavaş  şəhər  məktəblərindən,  gimnaziyalardan  və 
qeyri-məktəblərdən 
uşaqlarını 
çıxarıb... 
qeyri- 
məktəblərdən 
də 
müsəlmanlar 
qaçmağa 
başlayıblar”(2,c.II,s.285-286).  Hətta  bu  dövrdə  təəssüf  doğuran  o  idi  ki,  “Bakı  kimi  müsəlman 
şəhərində  edadiyyə  belə  dursun,  bir  türk  ibtidaiyyə  məktəbimiz  də  yoxdur”  (3,c.III,s.32),-  düşünən 
ziyalılar  Qafqazda  son  vaxtlarda  məktəblər  açılamsına  çox  sevinirdilər,  təbrikəlayiq  bir  hal  hesab 
edirdilər.  “Allaha  şükür,  bu  son  zamanlarda  ötədə,  bəridə  beş-  üç  məktəbə  təsadüf  etmək 
mümkündür  ki,  bu da şayan  təbrik  bir haldır”  (I,c.IV,s.191). 
Bütün  bunların  hamısı  ruhanilərin  həyat  tərzinə  kölgə  salırdı.  Dünyəvi  məktəblər  din 
xadimlərini  o  qədər  qorxudurdu,  onların  canı  təşvişə  düşürdü  ki,  “məktəb  artdıqca  azalmaqda  idi 
hörmətimiz,  o,  açıldıqca  qapanmaqda  idi  sənətimiz,  günbəgün  zaid  olurdu  qəmimiz,  möhnətimiz”( 
5,s.I7I).  Bu  “yazıq  binəvaların”onsuz  da  ayrı  gəlir  yeri  yox  idi.  Onlar  da  öz  növbələrində  yanlış 
olaraq  elə  düşünürdülər  ki,  məhz  həyatın  amansız  mübarizə  meydanında  eyni  millətin  övladları 
olmasına  baxmayaraq,  onların  yeganə  rəqibləri,  çörəklərinə  bais  olub,  gündəlik  yaşayış  tərzindən 
məhrum  edənlər  ancaq  bu  xalqın  başını  aldadıb  məktəb  açmaq  istəyən,  dünyəvi 
məktəb  uğrunda 
çarpışan milli  demokratik məfkurə sahibləri  olan ziyalılardır. 
Deməli,  onların  hər  ikisinin  arasında  olan  narazılığın  artması,  ümummilli  mənafeyə  zərərli  olduğuna 
görə  heç  cür  təqdirəlayiq  hal  hesab  edilə  bilməzdi.  Doğrudur,  Azərbaycan  milli  demokratik  hərəkatında 
demokratik  fikrin  görkəmli  nümayəndələri  öz  əməli  fəaliyyətlərini  millətin  mənəvi  tərəqqisi  naminə 
istiqamətləndirmişdilər.  Onlar  xalqın  içərisində  olub  gündəlik  mənəvi  ehtiyacından  xəbərdar  idilər  və  onun 
ruhunu  sızladan  yaralara  məlhəm  olmağa  hazır  dayanmışdılar.  Onlara  gün  kimi  aydın  idi  ki,  “elmsiz  bir 
millətin  ixtiyarına  habelə  dünyanın  bütün  topları,  tüfəngləri  verilsə,  maarif  silahı  ilə  silahlanmazsaq,  tez-gec 
mərifətli,  gözüaçıq  millətlərin  gücləri  altında  bu  günkündən  yüz  kərə  daha  bədtər  bir  halda  əziləcəyimiz 
aşkardır” ( 6,s.13-14). 
Odur  ki,  XX  əsrin  əvvəllərində  başlanan  və  getdikcə  daha  artıq  vüsət  alan,  genişləndikcə  böyüyən 
milli-demokratik  hərəkatda  Azərbaycan  demokratik  fikri  xalqı,  milləti  düçar  olduğu  bədbəxtliklərdən  xilas 
olmanın  və  xoşbəxt  gələcəyin  yolunun  məktəb,  elm,  maarifdə  olduğunu  qəti  bildirərək  müraciət  edirdilər  ki, 
“ey  müsəlman  qardaşlar,  gözlərinizi  açın  diqqətlə  baxın,  görün  biz  nəçiyik,  özgə  millətlər  nəçidirlər?..əl-ələ 
verin,  elm  oxuyun  və  adam  olun”  (  2,c.II,s.197-198).  Çünki  əgər  “birisi  ki,istəyir  alim  ola,  gərək  gecələr 
yatmayıb  zəhmət  çəkə,  elm  oxuya”  (2,c.II,s.209).  Onlar  əziz  və  sevgili  millətinə  üz  tutaraq  deyirdilər 
ki,”Ürfanə,  kəmalə  edəlim  guşişi-  qeyrət”(4,c.I,s.II8).  ”Türk  oglu,müsəlman  balası  cahil  olarmı?Quran 
buyurubdur  bizə alim  gərək olmaq”(7,s.64).                                                                
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin