The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

ƏDƏBİYYAT 
  1.”Şərq qapısı”  qəzeti,  28 fevral  1998-ci il   
  2. Əhmədov  H. 170 yaşlı  Naxçıvan  şəhər  məktəbinin  tarixindən  , “Azərbaycan     
    müəllimi”  qəzeti,  25 yanvar  2008-ci il 
  3.”Кавказский  календарь”  на 1846 год, Тифлис,  s.184 
  4.Azərbaycan  Republikası  Mərkəzi  Dövlət  Tarix  Arxivi,  f.845,  s.1, iş  3, vər.1 
  5.Əhmədov  H. M. XIX əsr Azərbaycan  məktəbi,  Bakı,  Təhsil,  2006  
  6.Azərbaycan  Republikası  Mərkəzi  Dövlət  Tarix  Arxivi,  f.845,  s.1, iş  3, vər.3 
  7.Azərbaycan  Republikası  Mərkəzi  Dövlət  Tarix  Arxivi,  f.845,  s.1, iş  62,  
     vər.70 
  8.Naxçıvan  MR Dövlət  Tapix  Arxivi,  f.26, s.1, iş 5, vər.1-3 
  9.Naxçıvan  MR Dövlət  Tapix  Arxivi,  f.26, s.1, iş 5, vər.4-6  
               
 
 
 
 
 
 
 
 
 
 
 
 
ABSTRACT 
Vahid  Rzayev 
THE  FIRST TEACHER  OF THE  AZERBAIJANI 
OF NAKHCHIVAN  UYEZD  SCHOOL 
The  paper  is  devoted  to  life  and  pedagogical  activities  of  Mullah  Allahverdi  Imamgulu    oglu 
Sultanov,  the first  teacher  of  the Azerbaijani  and Sharia  laws  in  the Nakhchivan  uyezd  school. 
For  the  first  time  pedagogical  activities  of  the  national  educator  Allahverdi  Sultanov  from 
1837 to 1851 are studied  on the  basis  of archival  materials. 
 
РЕЗЮМЕ 
Вахид Рзаев 
THE  FIRST TEACHER  OF THE  AZERBAIJANI 
OF NAKHCHIVAN  UYEZD  SCHOOL 
Статья  посвящена  жизни  и  педагогической  деятельности  первого  учителя 
азербайджанского  языка  и  законов  шариата  Нахчыванской  уездной  школы  Моллы 
Аллахверди Имамгулу  оглу Султанова. 
Впервые  на  основе  архивных  материалов  исследована  педагогическая  деятельность 
народного просветителя Аллахверди Султанова с 1837 по 1851 гг. 
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 
K.Camalov 
 
 
 
 
 
 
 
 
 

- 217 - 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
                                                                                          RƏCƏB AĞAYEV                                                                                                                                                      
Naxçıvan Dövlət Universiteti 
UOT:37.018 
DOĞMA ANA DİLİNƏ MƏHƏBBƏT TƏRBİYƏSİ 
 
 
Açar  sözlər: ana dili, doğma, düşüncə, dilin incəlikləri,  şüurluluq, qürur hissi. 
 
Key  words:  mother  tongue,  native,  thought,  peculiarities  of  language,  consciousness, 
felling of proud 
 
Ключевые слова: родной язык, сознание, элементы языка, сознательность, чувства 
гордости. 
 
Hər  bir  insan  onu  dünyaya  gətirmiş  anasının  dilini  sevərəkdən  yaxşı  bilməlidir.  Ana  dilinə 
dərin  məhəbbət  və    ehtiramla  yanaşmalıdır.  Ana  dili  onun  üçün  doğmadır,  əzizdir.  Hər  bir  uşağın, 
gəncin  inkişafında,  onun  kamil  şəxsiyyət  kimi  formalaşmasında  soy  kökündən  gələn  ana  dili  böyük 
imkanlara  malikdir.  Azərbaycanın  xalq  şairi  Bəxtiyar  Vahabzadənin  sözləri  ilə  demiş  olsaq    “Ana 
dilim-  Ana  köküm”  deməkdir.  Bu  kökə  bağlı  olmaq  hər  bir  azərbaycan  vətəndaşının  insanlıq  və 
həm  də  vətəndaşlıq  borcudur.  Hər  bir  insana  ana  dili  başqa  dillərin  də  dərindən  öyrənməsinə  imkan, 
şərait  və  real  zəmin  yaradır.    Başqa  dilləri  öz  doğma  ana  dilinin  əsasında  öyrənmək  hər  bir  insan 
üçün  asanlıq  yaradır.  Çox  dil  bilməyin  mənəvi  zənginləşməkdə,  kamil  şəxsiyyət  kimi 
formalaşmaqda,  gərəkli  insana  çevrilməkdə  rolu  dəyəri  xüsusilə  böyükdür.  Çoxlu  dilin  incəliklərinə 
yiyələnmək  çoxlarının  və  o  cümlədən  dahi  şəxsiyyətlərin  arzusudur,  istəyidir.    Ana  dili  ilə  yanaşı 
başqa  dillərdə  də  aydın,  səlis  danışmağı  bizə  ümumi  milli  liderimiz    Heydər  Əlirza  oğlu  Əliyev 
tövsiyə  etmişdir.  O, deyir: 
           “Mən  istərdim  ki,  bizim  gənclər  Füzulini  Azərbaycan  dilində,  Şekspri  ingilis  dilində,  Puşkini 
rus  dilində  oxusunlar.  Azərbaycan  xalqının  ümumi  milli  lideri  Heydər  Əlirza  oğlu  Əliyevin  bu 
çağırışına,  bu  tövsiyəsinə  riayət  etmək  üçün  gənclərimiz  harda  olmasından  asılı  olmayaraq  sağlam 
düşüncə  əsasında  birinci  növbədə  öz    doğma  ana  dilinin  incəliklərinə  dərindən  bələd  olmalı  və 
doğma  vətənimizə,  doğma  dilimizə    qəlblərində  dərin  sevgi,  məhəbbət  hissini    daima  şölələndirərək 
yaşatmalıdırlar.  Sağlam  düşüncə  əsasında  gənclərimizin  qəlbində  doğma  ana  dilinə  formalaşan 
məhəbbət  hissi  onlarda  Vətənə  olan  məhəbbət  hissini  də  qat-qat  yüksəldilməsinə  səbəb  olur.  Bu 
baxımdan  ümummilli  liderimiz  Heydər  Əlirza  oğlu  Əliyevin    heyrətamiz,  nəsihətamiz,  ibrətamiz 
şəxsi  nümunəsi  görünür,  müşahidə  olunur  və  duyulur.  Dahi  rəhbərin,  dahi  böyük  şəxsiyyətin    rus 
dilində  və  Azərbaycan  dilində  söylədiyi  nitqlər    aydınlığı,  səlisliyi  ilə  bir-birini  tamamlayır,  biri-
birinin  təkamülünə,  inkişafına  yaxından  köməklik  göstərir.   
 
Valideynlər,  tərbiyəçilər  sağlam  düşüncəyə  söykənərəkdən    əziz  övladlarımıza,  sağlam 
düşüncəyə  söykənərəkdən  şüurluluq,  sağlam  ruh  əsasında    dərk  etdirməlidirlər  ki,  onlar  nə  qədər 
çox  dil  bilsələr  yaxşıdır,  lakin  öz  ana  dillərini  başqa  dillərlə  əvəz  etmək  insaniyyətliliklə  bir  araya 
sığmaz.    Tərbiyəedənlər  və  tərbiyəolunanlar  insani  fəaliyyət  olan  sağlam  düşüncə  əsasında  dərk 
edərək  bilməlidirlər  ki,  uşaq,  “ana  dilini  öyrənərkən  yalnız  şərti  səsləri  öyrənmir,  o  ,eyni  zamanda  

- 218 - 
ana  dilinin  doğma  döşündən  mənəvi  həyat  və  qüvvət  içir.  Ana  dili  təbiətin  ona  heç  bir  tərbiyəçinin 
izah  edə  bilmədiyi  bir  şəkildə  izah  edir;  o,  uşağı  onu  əhatə  edən  adamların  xarakteri  ilə,  onun 
istəkləri  ilə  heç  bir  tarixçinin  tanış  edə  bilməyəcəyi  bir  tərzdə  tanış  edir;  o,  uşağı  xalq  etiqadlarına, 
xalq  poeziyasına  heç  bir  ədəbiyyatçının  edə  bilməyəcəyi  bir  tərzdə  daxil  edir;    nəhayət,  o  elə 
məntiqi  anlayışlar  və  fəlsəfi  görüşlər  verir  ki,  əlbəttə  bunu  heç  bir  filosof  uşağa  verə  bilməz” 
(1.s.113). 
 
Hər  bir  Azərbaycanlı  öz  doğma    ana  dilindən  istifadə  edərkən,  başqaları  ilə  səmimi 
ünsiyyətə  girərkən  insani  fəaliyyət  olan  sağlam  düşüncəyə  söykənərəkdən  qürur  hissi  keçirməlidir. 
Bu  baxımdan    Dahi  şəxsiyyət  Heydər  Əliyev  hər  bir  Azərbaycanlıya  görünən,  müşahidə  olunan, 
duyulan  ideal  nümunədir.  O,  deyir:      “Mən  həmişə  fəxr  etmişəm,  indi  də  fəxr  edirəm,  mən 
Azərbaycanlıyam”.  Bu    ifadəsinin  müəllifi  böyük,  dahi  şəxsiyyət  Heydər  Əlirza  oğlu  Əliyev  doğma 
ana  dilini  coşğun  məhəbbərlə  sevdiyi  kimi  ,  əsrarəngiz  gözəlliyə  malik  vətənimizi  də  sevərəkdən 
onun  inkişafına,  müstəqilliyinə,  ərazi  bütövlüyünə,  toxunalmızlığına  fədakarlıqla  çalışmış  və  ona 
müvəffəqiyyətlə  nail  olmağa  cəhd göstərmişdir. 
 
Ana  dilini  dərindən  bilmək    insanın  mənəvi  zənginləşməsinə,  kamil  şəxsiyyət  kimi 
formalaşmasına  səbəb  olur,  həm  də  başqa  dilləri  də  dərindən  öyrənməkdə  ona  yaxından  kömək  və 
yardım    göstərmiş  olur.  Ana  dilini,  onun  əsasında  başqa  dilləri  öyrənmək  insanda    ana  dilində  və 
habelə  mənimsədiyi  başqa  dillərdə  səmimi  ünsiyyət  və  nitq  mədəniyyətini  yüksəldir.  Onu  da  sağlam 
düşüncə  əsasında  dərk  edərəkdən  bilməliyik  ki,  mənəvi  ünsiyyət  hər  bir  insanın  mənəvi 
zənginləşməsinə  real  zəmin  yaradır.  Mənəvi  ünsiyyət    göstərilən  tərbiyəvi  təsirlərin  təsirini  qat-qat 
yüksəldir.    Hər  bir  insanı  qarşılaşdığı  şəxslə  biliyinə,  fərdi  xüsusiyyətlərinə,  peşəsinə  uyğun  olaraq 
səmimi  ünsiyyətə  girməsinə  zəmin  yaradır  və habelə  səbəb olur. 
 
Hər  bir  gənc  bilməlidir  ki,  doğma  ana  dilinin  və  o  cümlədən  başqa  dillərin  sirlərinə  sağlam 
düşüncə  əsasında  yiyələnməkdə  fiziki  sağlamlığın  da  rolu,  dəyəri  xeyli  böyükdür.  Fiziki  sağlamlıq 
insanın  hər  bir  sözü  yerli-yerində  işlətməsinə,  fikir  və  mülahizələrini  düzgün  tələffüz  və  ifadə 
etməsinə  yaxından  köməklik  göstərmiş  olur.  Pedaqoji  ədəbiyyatlardan  məlumdur  ki,  fiziki 
sağlamlıq  şəxsiyyət  bütövlüyünün  əsasıdır.  Bu  söylədiklərimiz  baxımından  fikrimizi  zəkalar  sultanı 
Nizami  Gəncəvinin  “Xosrov  və  Şirin”  əsərində  söylədiyi  aşağıdakı  poetik  misralar    bir  daha 
təsdiqləyir: 
       Bədən  sağlam  olsa,  saf  olar  söz də, 
            Süst  adam süst  olar,  bədən də, söz  də. 
Bədən  xəstə  olsa  belədir  sonu, 
Sərv olsa  da, azar  yatırar  onu. 
Neyləyir  özünə  özü  xəstənin, 
   Xəstə olar,  fikri,  sözü  xəstənin. 
                                 
 
Ana  dilini  dərindən  bilmək,  ondan  sağlam  düşüncə  əsasında  düzgün  istifadə  etmək  hər  bir 
vətəndaşın  mənəvi  ləyaqət  səviyyəsini,  vətəndaşlıq  qeyrətini,  doğma  vətənə  məhəbbət  hissini  qat-
qat      yüksəldir  və  onun  doğma  ana  dilinə  düzgün  münasibət  bəsləməsinə  sirayət  edir.  Bu 
cəhətlərdən  də  hər  bir  insanı  soy  kökünə  düzgün  münasibət    bəsləməkdə  doğma  ana  dilini  dərindən 
bilməsinin  rolu,  dəyəri  xeyli  böyükdür.  İnsani  fəaliyyət  səciyyəsi  daşıyan  sağlam  düşüncə  əsasında 
bilməliyik  ki,  K.Pauistovskinin  xatırlatdığı  kimi,  “  Hər  bir  insanın  öz  ana  dilinə  münasibəti  onun 
mədəni  səviyyəsi  ilə  yanaşı,  vətəndaşlıq  qeyrətini  də  müəyyən  edir.  Ana  dilini  sevmədən,  Vətəni 
sevmək  mümkün  deyildir.  Öz ana dilinə  biganə  olan  adam  vəhşidir”  (2.s.21). 
 
Doğma  ana  dilinə  məhəbbət  hissi  atadan,  anadan  uşağa  soy  kökümdən  genlərlə  övladlarına 
keçir.  Bununla  ata,  ana  kifayətlənməməlidir.  Ata  da,  ana  da  öz  doğma  ana  dilinin  incəliklərini 
körpəlik  dövründən  başlayaraq  övladlarına  öyrətməyə,  aşılamağa  çalışmalı  və  habelə  cəhd 
göstərməlidir.  Ata,  ana  uşaqlarının  doğma  ana  dilində  hər  bir  sözdən  yerli-yerində  istifadə  etmək 
işində  yaxından  köməklik  göstərməlidir.  Kiçik  yaş  dövründən  başlayaraq  övladlarında  doğma  ana 
dillərində  səlis  nitqlə  danışmaq  baxımından  görünən,  müşahidə  olunan,  duyulan  ideal  nümunə 
olmalıdırlar.  Valideynlər  və  övladları  unutmakalıdırlar  ki,  “özümüzü  başqaları  ilə  bərabər  hüquqlu 
bir  xalq  kimi  dərk  etmək,  özümüzə,  milli  varlığımıza  hörmət  etmək”  hər  bir  azərbaycanlının 

- 219 - 
müqəddəs  vəzifəsi  və  o  cümlədən  Azərbaycan  vətəndaşının  həm  insanlıq,  həm  də  vətəndaşlıq 
borcudur  (2.s.22). 
 
Azərbaycan  beynəlmiləl  dövlətdir.  Dövlətimizdə  yaşayan  az  saylı  xalqlara,  onların  milli 
mənlik  şüurlarını,    milli  dillərini  qoruyub  saxlamalarına  xalqımızın  bütün  nümayəndələri  yaxından 
köməklik  göstərir  və  həqiqətən  də  göstərməlidir.  Sevindirici  haldır  ki,  müxtəlif  xalqların 
nümayəndələri    vətənimizdə  milli  mənlik  şüurlarını,  milli  dillərini,  adət-ənənələrtini  qoruyub 
saxlamaq  zəminində  “çiyin-çiyinə  çalışır,  mehriban  ailə  kimi  yaşayırlar”  (2.s.25). 
 
Vətənimizi  ana  vətən  adlandırırıq.  Ana  vətəninə,  doğma  xalqına,  doğma  elinə-obasına 
biganəlik  hər  bir  insanın  ləyaqət  hissinin  aşağı  olması  ilə  baş  verir.  İnsan  harada  olmasından  asılı 
olmayaraq  milli  ləyaqət  hissini  göz    bəbəyi    kimi  qoruyub  saxlamalı  və    onu  yaşatmalıdırlar.    Bu 
söylənilənlər  baxımından  xalq  şairi  Bəxtiyar  Vahabzadə  öz  səmimi  hiss  və  duyğularını  aşağıdakı 
misraları  ilə  çox gözəl  açıqlayır.  O, yazır: 
                                                   Doğma  vətəninə,  doğma  elinə, 
                                                   Ata-babasına,  ana dilinə, 
                                                   Biganə  kəsilən  əqidəsizdən 
                                                   Hansı  həqiqəti  tələb  edim  mən?  (3.s.111). 
 
Əksər  xalqlar  öz  ana  dilini  sevərəkdən  öyrənirlər.  Əksər  xalqların  öz  ana  dilini  sevərəkdən 
öyrənməsi,  bilməsi  təbii  haldır.  Hər  millət  öz  ana  dilini  dərindən  bilməlidir.  Bu  onun  həm  insanlıq, 
həm  də  vətəndaşlıq  borcudur.  “Gürcü  xalqı  Tbilisidə  Ana  dilinə  böyük  bir  heykəl  qoyub.  Sentyabrın 
1-də  məktəblilər  “Ana  dili”  heykəlinin  qarşısında    bu  dilə  sadiq  olduqlarına  and  içib  tədris  ilinə 
başlayırlar”  (2, s.24-25). 
 
Sevindirici  haldır  ki,    Naxçıvan  şəhərində  köhnə  Hüseyn  Cavid  adına  dörd  nömrəli  orta 
məktəbinin  yerində  “Ana  dili”  abidəsi  ucaldılmışdır.  Məktəblilərin  “Ana  dili”  abidəsi  önünə 
gətirilməsi,  müəllimlərin  və  valideynlərin  ana  dilini  öyrənməyin  yolları,  faydası,  dəyəri  ilə  bağlı 
söhbətlərin  aparılması  uşaqlarda  ana  dilinə  məhəbbət  hissinin  formalaşdırılmasında  mühüm  rol 
oynamış  olar. 
ƏDƏBİYYAT 
 
1.
 
K.D.Uşinski.  Seçilmiş  əsərləri,  Bakı,  1953. 
2.
 
Bəxtiyar  Vahabzadə.  “Gəlin  açıq  danışaq”,Bakı,  1988. 
 
3.
 
Bəxtiyar  Vahabzadə.  “Axı  dünya  fırlanır”,  Bakı,  1987. 
                                                 
 
ABSTRACT 
Rajab  Aghayev 
 
The  presented  article  deals  with  the ways  of fostering  the  value  and  significance  of immorta-
lizing  mother  tongue  which  means  “my  mother  tongue-my  mother  origin”. 
 
РЕЗЮМЕ 
Раджаб Агаев 
 
В  статье  «Воспитание  любви  к  родному  языку»  говорится  о  полезности,  ценности  и 
путях  привитии  любви  к  родному  языку,  носившему  в себе значение и характер выражения 
«Мой родной язык – мои корни».  
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev 
 
 

- 220 - 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
   
 
KAMAL CAMALOV 
 
 
 
Naxçıvan Dövlət Universiteti 
kamal.camalov@gmail.com 
UOT:37(091) 
FƏZLULLAH  NƏİMİNİN ƏXLAQİ GÖRÜŞLƏRİ 
 
 
Açar  sözlər:  Fəzlullah  Nəimi, hürufilik təriqəti, «Vəsiyyətnamə» əsəri, kamil insan 
 
Key words:   Fazlullah Naimi, Hurufism sect, written will work, perfect human 
 
Ключевые  слова:    Фазлуллах Наими, секта Хюрифилик, произведение «Завещание», 
совершенный человек 
 
 
Yaxın  və  Orta  Şərq  ölkələrində  alim,  şair,  mütəfəkkir  və  ən  əsası  hürufilik  təriqətinin  banisi 
kimi  tanınan  Şeyx  Fəzlullah  Nəiminin  anadan  olmasından  675  (1339-1394),  ölümündən  isə  620  il 
ötür.  Ancaq  onun  qələmə  aldığı  «Cavidannamə»,  «Ərşnamə»,  «Növmnamə»  (yuxu  haqqında  kitab), 
«Məhəbbətnamə»  və  «Vəsiyyətnamə»  kimi  əsərləri  dillərdə,  könüllərdə  hələ  da  yaşamaqdadır.  Bu 
kimi  məşhur  əsərlərin  «təhlillərindən  görünür  ki,  o,  həssas  bir  nəzəri  düşüncəyə  və  idrak  qabiliyyə-
tinə  malik  olmuşdur»  (4, səh.78). 
Hürufizmin  banisi  və  rəhbəri  Fəzlullah  Nəiminin  öldürülməsi  tarixi  və  öldürüldüyü  yer 
barədə  hələ  də  mübahisəli  və  ziddiyyətli  mülahizələr  mövcuddur.  Bunun  əsas  səbəbi  əldə  olan  və 
istifadə  edilən  mənbələrdə  Nəimi  haqqında  geniş  və  dəqiq  məlumatın  verilməməsidir.  Daha 
doğrusu,  Nəiminin  doğulduğu  yer  və  öldürülməsi  tarixi  yerli  mənbələrdə  aydın,  ətraflı  təsvir 
olunmamış  və  bəzən  də  biri  digərinə  zidd  məlumatlar  verilmişdir.  Ziddiyyətlərin  meydana 
çıxmasında  ilk  mənbələrin  üzünü  köçürən  xəttatların  da  müəyyən  günahı  olmuşdur  desək  yanılma-
rıq.  Belə  ki,  onlar  düzgün  oxuya  bilmədikləri  hər  hansı  bir  sözü,  rəqəmi  səhv  yazmış,  yaxud  sadəcə 
olaraq  səhv  köçürmüşlər.  Bu  və  ya  digər  səbəblərə  görə  alimlər  Nəiminin  əslinin  haralı  olması, 
təvəllüdü,  vəfatı  və s. haqqında  müxtəlif  və biri  digərinə  uyğun  gəlməyən  məlumat  vermişlər.   
Filologiya  elmləri  doktoru  Qulamhüseyn  Beqdeli,  Yaqub  Babayev,  Rəhim  Əliyev  və  b. 
Fəzlullah  Nəiminin  Təbrizli  olduğunu,  keçmiş  sovet  tədqiqatçılarından  İ.P.Petruşevski  Nəiminin 
1393-1394-cü  illərdə  Şirvanda,  Məhəmmədli  Tərbiyət  1394-cü  ildə  Naxçıvanda,  H.Araslı  1394-cü 
ildə  Naxçıvanda,  Mirzağa  Quluzadə  1394-cü  və  ya  1396-cı  ildə  Şirvanda,  Lətif  Hüseynzadə  1393-
cü  ildə  Naxçıvanda,  Tağı  Musəvi  1394-cü  ildə  Əlincədə,  Əliəjdər  Səidzadə  1394-cü  ildə  Naxçıvan-
da,  «Azərbaycan  tarixi»  kitabında  1402-ci  ildə  Şirvanda,  «Azərbaycan  fəlsəfəsinin  tarixinə  dair 
oçerklər»  kitabında  isə  hicri  804  (1401-1402)-cü  ildə  Naxçıvanda  öldürüldüyü  göstərilmişdir.  İranın 
görkəmli  tarixçi  alimi  Səid  Nəfisi  Nəiminin  hicri  796-cı  il  zülqədə  ayının  6-da  (1394-cü  il 
sentyabrın  2-də)  öldürüldüyünü  və  qəbrinin  Naxçıvanın  Əlincə  adlanan  yerində  olduğunu,  Cəfər 
İbrahimov  1402-ci  ildə  Naxçıvanda  və  nəhayət  mötəbər  ədəbiyyat  və  mənbə  sayılan  ASE-nin  VII 
cildində  1394-cü ildə  Naxçıvanda  öldürüldüyü  qeyd olunmuşdur. 

- 221 - 
Şərq  şairləri,  o  cümlədən  də  Azərbaycanın  söz  ustaları  öz  dövrlərində  baş  vermiş  müxtəlif 
hadisələri  –  şahın  taxta  çıxmasını,  ölümünü,  görkəmli  bir  alim  və  şairin  vəfatını  və  s.  təsvir  etmiş  və 
həmin  hadisənin  nə  vaxt  baş  verdiyini  əbcəd  hesabı  ilə  vermişlər.  Belə  şeirlər  ədəbiyyatda  maddeyi-
tarix  adlanır. 
Görkəmli  bir  hürufi  kimi  İmadəddin  Nəsiminin  müridi  Nəimi  ölümünə  maddeyi-tarix 
yazdığını  güman  etmək  olar.  Odur  ki,  Nəsimi  divanlarının  əldə  olan  müxtəlif  əlyazma,  çap 
nüsxələrini  nəzərdən  keçirir  və  Nəiminin  öldürülməsinə  həsr  olunmuş  maddeyi-tarixi  axtarırıq. 
Nəsimi  divanının  Tehran  universitetinin  mərkəzi  kitabxanasında  saxlanılan  bir  əlyazmasında  onun 
Nəiminin  öldürülməsi  barədə  olan  maddeyi-tarixinə  rast  gəlirik.  Hicri  1087  (1666-1667)-ci  ildə  üzü 
köçürülmüş  203  səhifəlik  bu  əlyazmasında  üç  şairin  Nəsiminin,  Seyid  Nemətullahın  və  Əsirinin 
şeirləri  toplanmışdır.  Təəssüf  ki,  əlyazmasının  son vərəqləri  itmişdir. 
Nəiminin 
ölümü  haqqında  olan  maddeyi-tarix  bu  əlyazmasının  163-cü  səhifəsində 
yazılmışdır.  Farsca  olan  bu  şeirdə  göstərilir  ki,  Şərq  və  Qərb  Yəcucun  fitnəsi  ilə  doldu  (Yəcuc  və 
Məcuc  yer  üzündə  fitnə-fəsad  törədən,  işğalçı,  qaniçən  bir  tayfadır  –  K.C.).  Teymur  ən  qaddar  zalım 
idi.  Onun  kimi  bir  zalımı  heç  kəs  görməyib  və  bundan  sonra  da  yəqin  ki,  görməyəcəkdir. 
Miranşahın  tələbi  ilə  Nəimi  Şirvan  mülkündən  getdi.  Maranşah  (Teymurun  oğlu  Miranşah  Nəimini 
öldürdüyü  üçün  hürufilər  onu  «Marahşah»,  yəni  «İlanşah»  adlandırmışlar  –  K.C.)  onu  öldürdü.  Bu 
zaman  hicrətdən  796  il  keçmişdi.  Təsadüfən  fəqirlərin  bayramı  olan  cümə  günü,  zülqədə  ayının  6-sı 
idi  (1394, 2 sentyabr). 
Nəiminin  hicri  796-cı  il  zülqədə  ayının  6-da  Miranşah  tərəfindən  Əlincədə  öldürüldüyünü 
təsvir  edən  bu  maddeyi-tarix  müxtəlif  mənbələrdə  həmin  tarixi  və  yeri  göstərən  digər  müəlliflərin 
də  düzgün  məlumat  verdiklərini  təsdiq  edir.  Bu  tarix  və  yeri  qeyd  edən  həmin  müəlliflərin  məlumatı 
da öz növbəsində  Nəsiminin  maddeyi-tarixinin  dəqiq bir  sənəd olduğunu  göstərir. 
Nəiminin  hicri  796-cı  il  zülqədə  ayının  6-da  (1394-cü  il  sentyabrın  2-də)  Miranşah 
tərəfindən  Əlincədə  öldürüldüyünü  sübut  edə  biləcək  digər  bir  sənəd  Miranşahın  həmin  vaxtda 
orada olub-olmaması  məsələsidir.  Buna  görə  bu məsələdən  də bəhs  etmək  vacibdir. 
Teymur  dövründə  yaşayıb  onun  tarixini  yazmış  tarixçilərdən  Şərəfəddin  Əli  Yəzdinin  və 
Nizaməddin  Şaminin  «Zəfərnamə»  adlı  əsərində  hicri  796-cı  il  hadisələri  təsvir  edilərkən  göstərilir 
ki,  Teymur  Məhəmməd  Dərviş  Bərlası  bir  bölük  ordu  ilə  Əlincə  qalasını  tutmağa  göndərdi.  Rəcəb 
(may)  ayında  isə  oğlu  Miranşaha  göstəriş  verir  ki,  Əlincəyə  gedib  qalanın  mühasirəsi  ilə  məşğul 
olsun.  Şəban  (iyun)  ayında  Xacə  Ağbuca  bir  dəstə  qoşunla  Əlincəni  mühasirə  edən  Məhəmməd 
Dərviş  Bərlasın  köməyinə  göndərilir.  Teymur  öz  ordusu  ilə  Gürcüstanı  və  Şəkini  işğal  edir.  Bu 
zaman  Şirvandan  xəbər  gəlir  ki,  Toxtamışın  ordusu  Dərbənddən  keçib  Şirvanın  bəzi  əyalətlərinə 
hücum  etmişdir.  Teymur  Şəkidən  onlara  tərəf  gedir.  Toxtamışın  ordusu  bu  xəbəri  eşidib  geri 
qayıdır.  Teymur  Kür  çayının  kənarı  ilə  irəliləyərkən,  Toxtamışın  ordusunun  geri  qayıtması  xəbəri 
ona  çatır.  Teymur  qışlamaq  üçün  yer  seçilməsi  barədə  göstəriş  verir.  Mahmudabad  şəhəri  münasib 
hesab  olunur.  Teymur  oraya  gəlir  və  Fəxrabad  kəndi  yaxınlığındakı  Qalıngünbəzdə  düşərgə  salır.  O, 
öz  ailəsini  də  Sultaniyyədən  oraya  gətirtdirir.  Bu  zaman  Miranşah  da  Əlincədən  Teymurun  yanına 
gəlir.  Teymur  həmin  ilin  qışını  burada  keçirir.  Qışın  axırında  isə  ikinci  dəfə  Toxtamışın  üzərinə 
hücum  çəkir. 
Tarixçilərin  əsərlərindəki  geniş  təsvirlərin  bu  qısa  xülasəsindən  məlum  olur  ki,  Teymur 
1394-cü  ilin  təxminən  mart-aprel  aylarında  Məhəmməd  Dərviş  Bərlasın  başçılığı  altında  Əlincə 
qalasını  almaq  üçün  ordu  göndərir.  Bu  ordu  müvəffəqiyyət  qazana  bilmədiyi  üçün  may  ayında  oğlu 
Miranşah  da  Əlincəyə  yola  düşür.  Qalanın  mühafizəçiləri  onların  hücumlarını  mətanətlə  dəf 
etdikləri  üçün  Teymur  Xacə  Ağbucanın  başçılığı  ilə  yeni  bir  ordu  göndərir.  Miranşah  1394-cü  ilin 
ortalarından  qışın  əvvəllərinə  qədər  Əlincənin  alınmasına  rəhbərlik  edir.  Deməli,  Miranşah  1394-cü 
il  sentyabrın  2-də  Əlincədə  olmuşdur.  Şirvandan  tələb  edib  gətirtdiyi  Nəimini  həmin  tarixdə 
öldürtmüşdür.  Repressiyaya  məruz  qalan  gözəl  alim  və  tədqiqatçı  Salman  Mümtaz  (1883-1937)  da 
«Azərbaycan  ədəbiyyatının  qaynaqları»  adlı  əsərində  də  yazır  ki,  «Şah  Fəzlullah  bir  çoxunun, 
bilxassə  cahil  və  mütəəssib  mollaların  xoşuna  gəlmədiyindən  onların  tərəfindən  təkfir  olunmuş  və 
cahil  üləmanın  fitvası  ilə  Miran  şah  Şah  Fəzlullahı  Şirvandan  gətirdərək»  (5,  səh.280)  Naxçıvanda 
amansız  şəkildə  qətlə  yetirmişdir. 

- 222 - 
 
Əbu  Məhəmməd  oğlu  Fəzlullah  özünə  Nəimi  təxəllüsünü  seçmişdir.  Nəimi  təxəllüsünü  də 
təsadüfən  seçməmişdir.  Nəimi  ərəb  mənşəli  söz  olub  –  mənası  nemət,  bolluq,  rifah  içində  yaşama 
mənasını  verir.  Biz  nəim  ifadəsinə  müqəddəs  kitabımız  «Quran»da  da  rast  gəlirik.  Yerin  və  göyün 
yaradanı  Allah  «Quran»i  Kərimdə  xoş  əməl  sahibi  olanları  axirət  dünyasında  cənnətlərlə 
mükafatlandırılacağını  vəd  edir.  Belə  cənnətlərdən  biri  də  Nəimdir.Yüz  iyirmi  ayədən  ibarət  olan 
«Əl-Maidə»  («Süfrə»)  surəsinin  65-ci  ayəsində  deyilir:  «Əgər  kitab  əhli  (Məhəmməd  peyğəmbərə 
və  Qurana)  iman  gətirsələr  və  Allahdan  qorxaraq  pis  əməllərdən  çəkinsələr,  Biz,  sözsüz  ki,  onların 
günahlarının  üstünü  örtər  və  özlərini  də  (neməti  bol  olan)  Nəim  cənnətlərinə  daxil  edərik»  (1, 
səh.97).  Buradan  belə  ehtimal  çıxara  bilərik  ki,  Fəzlullah  «Nəimi»  təxəllüsünü  «Quran»dan 
götürmüşdür.  Həmçinin  nəim  –  xoşbəxt  yaşamaq,  firavan  yaşamaq,  aydınlıq  anlamını  da  ifadə 
etməkdədir.  Bununla  o,  tərəfdarlarının  nəzərinə  çatdırır  ki,  əsl  firavanlıq,  xoşbəxtlik  xurafatçı  axund 
və mollaların  vəd etdiyi  cənnətdə  deyildir,  onu  bu dünyada  həqqə  tapınmaqla  tapa bilərsiniz.   
Fəzlullah  ilk  əvvəl  elmi  biliyini  özü  öz  üzərində  müstəqil  çalışmaqla,  necə  deyərlər,  ən  gözəl 
təhsil  özünütəhsildir  konsepsiyasını  əsas  tutaraq  öyrənmişdir.  Bundan  sonra  elmi  dünyagörüşünü 
daha  da  artırmaq  üçün  1369-cu  ildə  İsfahana,  1373-cü  ildə  isə  Məkkəyə  səfər  etmiş,  bilik  əldə  etmiş 
və  mürşidlik,  kamillik  zirvəsinə  ucalmışdır.  1386-cı  ildən  isə  öz  ideyasını,  hürufilik  təriqətini 
yaymağa  başlamış  və yüzlərlə  müridi  əqidə  birliyi  ilə  ətrafına  toplamışdır. 
 
Qoca  Şərqdə  onlarla  təriqət  yaranmışdır.  Doğrudur,  bəzi  təriqətlərdəki  (sufilik,  hənəfilik, 
mövləvilik,  babilik  və  s.)  ideyalar  daha  erkən  təşəkkül  tapmış,  daha  əhatəli  və  uzunömürlü  olmuş, 
ictimai,  dini-fəlsəfi,  ədəbi-mədəni  həyatın  daha  geniş  sahələrinə  nüfuz  etmiş,  kütləviləşmiş,  orta 
əsrlər  islam  şərqində  ədəbi  meydanın  daha  böyük  sahəsini  öz  təsiri  altına  almışdır.  Ancaq  bir  çox 
təriqətlər  isə  (vəhabilik,  bəhailik,  tuqilik  və  s.  )  əndazədən  çıxaraq  ifrata  varmış,  bir  olan  Allahın 
varlığına  yox,  şeytaniliyə,  insanın  xoşbəxtliyinə  xələl  gətirəcək  işlərə  xidmət  etmiş  və etməkdədir.   
Ədəbi-mədəni  həyatın  daha  geniş  sahələrinə  nüfuz  etmiş,  təşəkkül  tapmış  və  uzunömürlü 
olmuş  təriqətlərdən  biri  də,  əsası  Fəzlullah  Nəimi  tərəfindən  qoyulmuş  hürufizm  təriqətidir.  Əgər 
sufizm  təriqətinin  yaradıcı  Hüseyn  Həllac  Mənsur  (848-  922)  ilahi  eşq  fəlsəfəsinə  üstünlük 
verirdisə,  Fəzlullah  Nəimi  hürufilikdə  ağıla,  təfəkkürə,  kamilliyə  daha  çox  üstünlük  vermişdir. 
Nəimi  deyir  ki,  kainat  insanın  varlığındadır.  İnsan  özünü  öyrənsə,  dərk  etsə,  dünyanın  sirlərini  öyrə-
nə  bilər.  Həyatın,  kainatın  sirləri  hərflərdədir.  Hərflər  insan  sifətində  olan  xətlərdədir.  Hürufilikdə 
Allah  eyni  zamanda  söz-kəlam  şəklində  təcəlli  edir.  Hərflər  isə  sözlərin  ifadə  vasitəsidir.  Demək, 
Allah  sözlərdə  təcəssüm  etdiyi  üçün  eyni  zamanda  hərflərdə  əyan  olur,  hərflər  isə  kamala  çatmış 
insanın  üzündə  əks  olunmuşdur.  Məhəmməd  Peyğəmbərin  kəlamları  28  hərfdə  öz  ifadəsini  tap-
mışdır.  Dərin  istedad  və  biliyə  malik  olan  Fəzlullah  Nəimi  isə  fars  dilində  işlənən  32  hərfi  əsas 
götürmüşdür.  Onun  «Cavidannamə»si  sivu  dodan,  yəni  32  hərfdən  ibarətdir.  İnsanın  üzündə 
anadangəlmə  yeddi  xətt  vardır:  iki  qaş,  dörd  kiprik,  bir  saç.  Bunlar  dörd  ünsürdən  –  su,  hava,  od, 
torpaqdan  əmələ  gəldiyi  üçün  hər  biri  dörd  hesab  edilir,  hamısının  sayı  isə  28  olur.  Saç  ortadan 
ikiyə  ayrıldıqda  yeddi  xətt  səkkiz  olur;  səkkizi  dörd  ünsürə  vurduqda  isə  otuz  iki  alınır.  «Hürufilik 
kodeksində  insan  təkcə  mənəvi  keyfiyyət,  qüdrət  və  əzəmətinə  görə  deyil,  zahiri  görünüş,  camal 
gözəlliyi,  hüsn  və  surəti  etibarilə  də  Haqqın  təcəlli  nuru,  Tanrı  vəchinin  təcəllisi  hesab  olunurdu» 
(5,  səh.68).  Belə  ki,  insan  surətcə  də  çox  gözəl  yaradılmışdı  və  Nəimiyə  görə,  onun  hüsnündə 
ilahinin  camal  gözəlliyinin  nişanələri  vardır.  İnsanın  siması  xüsusilə  gözəl  xəlq  olunmuşdur  və  o, 
Haqqa  məxsus  bir  sıra  əlamətlərin  daşıyıcısıdır.  Başqa  sözlə,  Haqqa  aid  bəzi  nişanələr  bir  dəlil  kimi, 
bəşər  övladının  üzündə  öz  əksini  tapmışdır.  Məsələn,  insanın  üzündə  «Allah»  sözü  yazılmışdır. 
Belə  ki,  ərəb  əlifbasındakı  «əlif»  (ا)  –  insanın  qaməti,  «kaf»(ق)  –  qaşları,  «hə»  (ﺣ)  –  gözləri,  «ləm» 
(ل)  –  burnu,  «mim»  (ـمـ)  –  ağzı,  «nun» (  ن  )  –  çənəsi,  «dəl»  (ﺩ)  –  qocalanda  qaməti  –  hərflərinə  bən-
zədilir.  «Allah  (ﷲ)  kəlməsi  də  bu  hərflərin  birləşməsindən  yaranır.  «Buna  görə  hürufilər  allahın 
Fəzlullahda  təcəssüm  etdiyinə  inanırlar»  (7, səh.14).   
Yaradıcılıq  yolu  zəngin  olan,  həm  nəzm  və  həm  də  nəsrlə  əsərlərini  qələmə  alan  Nəiminin 
fikrincə,  insanları  ədalətə  qovuşdurmaq  üçün  hökmdar  kamil  insan  olmalıdır,  insanların  hamısı 
kamil  olmalıdır.  İnsanın  ən qəddar düşməni  cəhalətdir,  nadanlıqdır.   
«İnsan  ədəbdən  ibarətdir»  kəlamını  şüara  çevirən  və  mövləvilik  təriqətinin  əsasını  qoyan 
Mövlana  Cəlaləddin  Rumi  irqindən,  dinindən,  dilindən  asılı  olmayaraq,  bütün  insanlara  qucağını 

- 223 - 
açan,  onlara  ilahi  sevginin,  qardaşlığın,  barışın,  sülhün  və  səadətin  açarı  olduğunu  varlığı  ilə 
anladan  şeyxlər  şeyxidir.  Yüz  dəfə  günah  işləsə  də  və  yüz  dəfə  tövbə  etsə  də  insanın  ümidsizliyə 
qapılmamasını,  Ulu  Tanrı  tərəfindən  yenə  bağışlanacağını  ümid  edən Mövlana  belə deyirdi: 
 
Gəl-gəl,  yenə  gəl!  Kim  olursan-ol,  yenə  də gəl, 
İstər xristian,  istər  məcusi,  istər  bütpərəst  ol, 
Bizim  dərgahımız  ümidsizlik  dərgahı  deyil, 
Tövbəni  yüz  dəfə  pozmuş  olsan  belə, yenə  gəl!  (3, səh.178) 
 
Dünyada  ən  qiymətli  sərvət  kamil  insandır  və  kamil  insan  surətini  Allahla  eyniləşdirən 
Fəzlullah  Nəimi  isə  deyir  ki,  kamil  insan  dedikdə  onun  alçağı,  yüksəyi,  müsəlmanı,  xaçpərəsti, 
bütpərəsti  yoxdur.  İslamiyyət  və  xaçpərəstlik  arasında  ixtilaf  salmaq,  məscidlə  kilsə  arasında  fərq 
qoymaq  insanları  bir-birinə  düşmən  edir.  Dinindən,  məzhəbindən  asılı  olmayaraq  Allahdan  lütf  və 
mərhəmət  umanlar  özləri  mərhəmətli  və  ədalətli  olmalıdırlar.  Həqiqi  etiqad  insandan  ədalət  və 
sədaqət  tələb  edir.  İnsanın  etiqadı  ilə  əməli  arasında  uçurum  olmamalıdır.  Alimi-biəmal  olanlar, 
sözdə həqiqət  və insafdan  dəm vuranlar,  xalqa  zülm  edənlər  riyakardırlar.   
Qeyd  edək  ki,  sufilik  təriqətilə  hürufilik  təriqəti  arasında  müəyyən  oxşarlıqlar  da  vardır.  Bu 
oxşarlıqlardan  biri  də  hər  iki  təriqət  üzvlərinin  Allahı  səmada,  boş  fəzada  yox,  insanın  qəlbində 
tapmasıdır.  Hələ  Nəimidən  xeyli  əvvəllər  yaşayan  və  sufi  şair  kimi  tanıdığımız  Yunus  İmrə  (1240-
1320) yazırdı  ki: 
 
  
 
Məni  məndə  demə,  məndə  deyiləm, 
  
 
Bir  mən  vardır  məndə  məndən  içəri! 
  
 
Süleyman  quş dilin  bilir  dedilər, 
  
 
Süleyman  var Süleymandan  içəri!  (8, səh.20) 
 
Nəimi  isə  deyir  ki, insan  Haqqa məzhər  və Xudanın  özüdür:   
 
Bizdən  soruş,  еy oğul,  Xudanı 
Biz  məzhərik  indi  laməkana.   
...Həqqi  arama  kənarda  hеç vaxt, 
Həqq səndədi,  sən özün  Xudasan  (6, səh.68). 
 
 
Nəiminin  sonuncu  əsəri  «qara  buludlar»ın  başının  üzərini  aldığı  zaman  həyəcan  dolu 
vəziyyətdə  (fikirlərini  bir  neçə  dəfə  təkrar  etdiyinə  görə  həyəcanlı  vəziyyətdə  deyirik)  qələmə  aldığı 
və  gizli  şəkildə  öz  yaxınlarına  göndərdiyi  «Vəsiyyətnamə»  olmuşdur.  Əmir  Teymurun  əmri  ilə 
amansız  şəkildə  təqibə  məruz  qalan  Nəimini  daha  çox  qızları  Fatimə,  Aişə,  İsmət  və  müridlərinin, 
məsləkdaşlarının  hər  an  faciə  ilə  bitəcək  sabahları  narahat  edir.  Yaxın  dostları  və  məsləkdaşları  olan 
Dərviş  Hacıya,  Seyid  Məhəmmədə,  Xacə  Fəxrəddinə,  Seyid  Əliyə  (İmadəddin  Nəsimiyə)  və  b. 
dönələrlə,  təkrar-təkrar  tapşırıqlarını  verərək  yazır:  «Allahın,  Allahın,  Allahın  xatirinə  övladlarımın 
qorunmasında  qüsura  yol  verilməsin.  Dünyanı  saxlayan  ilahi-namusdur...  Ola  bilsin  ki,  təşkil 
olunmuş  dəstədən  adam  gələr  (Əmir  Teymurun  göndərə  biləcəyi  qoşuna  işarədir  –  K.C.),  bütün  mü-
ridlər  tələf  ola  bilərlər,  hamıya  qəsd  edilə  bilər.  Harada  olsalar  elə  etsinlər  ki,  mənim  müridim  olma-
larını  bir  kimsə  bilməsin»  (2, səh.195). 
 
Nəimi  Şirvanda  yaşadığı  son  təlatümlü  günlərini  imam  Hüseynin  Kərbəlada  qəddarcasına 
aşura  günündə  (10  oktyabr  680-cı  il)  Yezid  tərəfindən  başına  gətirilən  faciəyə  oxşadır.  Şirvanı  isə 
Kərbəlaya  bənzədərək  yazır: 
 
 
 
 
Mən zəmanənin  Hüseyniyəm,  naəhlilər 
 
 
 
də (namərdlər  də - K.C.) mənim  Yezid  və Şümürümdürlər. 
 
 
 
Ruzigarım  başdan-başa aşuradır, 
 
 
 
 
 
Şirvan  da Kərbala  (2, səh.197) 

- 224 - 
 
Fəzlullah  Nəimi  sanki  qarşıda  onu  şiddətli  faciənin  gözlədiyini  övliyalar  kimi  əvvəlcədən 
hiss  edib 
duyubmuş.  «Vəsiyyətnamə»də  yazır  ki,  «...hər  xəbərdən  bu  dərəcə  agah  olduğum  sizə  də 
(qızları  və dostlarını  nəzərdə  tutur  – K.C.) məlum  olsun»  (2,  səh.197). 
Nəimi  bu  təlatümlü  günlərin  yaxında  olduğunu  əvvəlcədən  hiss  etdiyindən  yazır  ki,  «öz 
geyiminizi  və  xarici  görüşünüzü  dəyişin,  şirvanlı  və  dağlı  camaatının  şəklinə  salın.  Möhkəm  və 
əlçatmaz  ucqarlara  gedin.  Bu  işi  olduqca  tez  edin  ki,  hələ  ordudan  arxanızca  heç  kim  gəlməmiş  və 
tələfata  uğramamış  getmiş  olasınız.  Əlbəttə,  əlbəttə,  əlbəttə  getməkdə  tələsin.  Uzaq  dağlıq  yerlərə 
çəkilin.  Adlarınızı  dəyişin.  Dərvişlik  mərasimini  üzərinizdən  götürün»  (2, səh.196). 
Fəzlullah  Nəimi  vəsiyyətnaməsində  Şərq  adət-ənənələrində  olan  valideyin-övlad  münasibəti 
məsələlərini,  ailədə  balaca  uşaqların  qeyd-şərtsiz  böyük  övladın  sözünə  əməl  etmələrini  və  ona    sadiq 
qalmağı  da  unutmamışdır. Böyük  övladın  da  özündən  balacalara  hövsələli  yanaşmağı,  qarşılıqlı  etibar 
və  hörməti  saxlamağı,  mehriban  olmağı,  səbir  və  məhəbbəti  vacib  şərtlərdən  biri  sayaraq  yazır:  «Bacılar 
sözdən  çıxmamalıdırlar.  Böyük  bacı  onlar  üçün  ata,  həm  də  anadır.  Mənim  də  vəkilim  və  canişinim 
odur.  Allahın  salamı  olan  böyük  bacılarına  (Fatiməyə  -  K.C.)  mən  də  salam  söyləyirəm.  Öz  övladlarımı 
görməyə  olan  həvəsimi  şərh  etmək  mümkün  deyildir
.  Bu  iş  ilahi  bir  iş  olduğuna  görə  tədbirə  sığmaz. 
Övladlarımdan  ayrıldığım  gün  onlar  kədərli  idilər.  Buna  görə  mən  də  çox  kədərlənirəm.  İndi  məni 
heç  bir  ixtiyarım  olmadan  aparırlar.  Görək  iş  nə  ilə  bitəcək.  Bu  fəqirin  heç  bir  dini  və  dünyəvi 
nigarançılığı  yoxdur.  Ancaq  tamamilə  yalqız  qalmış  və  kimsəsizlərin  kimsəsindən  başqa  hamiləri 
olmayan  övladlarımın  dərdini  çəkirəm  ki,  çox  köməksizdirlər.  Allah-təalaya  ürək  bağlayın. 
Bacılarından  göz-qulaq  olmaqda  diqqətini  artır.  Onları  heç  incitmə.  Əgər  onların  xeyri  üçün  olsa  belə  - 
incitmə.  O əziz  anasızlarıma  salam  söyləyin...»  (2,  səh.196). 
 
Yekun  olaraq  qeyd  edək  ki,  azad  fikir  və  sərbəst  düşüncə  sahibi  olan  Fəzlullah  Nəimi 
yaradıcılığında  yaradılmışların  ən  şərəflisi  olan  kamil  insanı  mədh  etmiş,  təhsili  kamil  insanlar 
yetişdirmək  üçün  vacib  saymış,  əxlaqi-etik  normaları,  ədəb-ərkan  qaydalarını  əsas götürmüşdür.   
  
 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin