The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   ...   28   29   30   31   32   33   34   35   36

ƏDƏBİYYAT 

- 231 - 
1.
 
Abdullayeva  Ş. Pozitiv  yönəlişlik:  müasir psixologiyada  və təsəvvürdə. //“Psixolıgiya”       jurnalı//,  2010, 
N4, səh.118-128      
2.
 
Abdullayeva  Ş. Pozitiv  həyat yönəlişliyi.  // Dövlət İdarəçiliyi:  nəzəriyyə və praktika”   jurnalı//,  2011,  N2, 
səh.235-238       
3.
 
 M.E.Селигман. нoвая Позитивная психология:  Научный взгляд на счастье и смысл жизни/ Перев. с 
англ. — М.: Издательство «София», 2006. —368 с. 
4.
 
Tepperwain K.Die Kraft der Pozitiven  Psychologie.München,  Goldman  Arkana,2007,474s   
5.
 
Seligman M. Helplessness. San Francisco: Freeman, 1975, 102p.  
6.
 
D.Kahneman and A. Tversky, 
(Eds) Choices,  values  and frames. New York::  Cambridge 
University Press and the Russell Sage Foundation. 
7.
 
Ryan R.  On happiness and human potential.  New York: Knopf, 2001, 362 p.  
8.
 
Fredrickson,  B. (1998).  What good  are positive  emotions? 
Review of General Psychology, 2, 300-319. 
9.
 
Isen, A.M. (2000). Positive affect and decision making. In M. 
Lewis and J.M. Haviland-Jones (Eds.), Handbook of emotions 
(2d ed, pp. 417-435). New York: Guilford Press. 
10.
 
Estrada, C, Isen, A., and Young,  M. (1997)  Positive  affect 
facilitates integration of information  and decreases anchoring 
in reasoning among physicians. Organizational Behavior and 
Human Decision Processes, 72,117-135. 
11.
 
 Aspinwall,  L.  C,  Richter,  L.,  and  Hoffman n,     JR.R.  (2001). 
Understanding  how optimism  works:  An «Examination  of 
optimists'  adaptive  moderatio n  of  belief  and  behavior.  In 
E.C.Chang  (Ed.), 
12.
 
 Deiner, E., and Seligmn,  M.E.P. (2002). Very happy people. 
Psychological Science, 13, 81-84. 
13.
 
 Fredrickson, В., and Levenson, R. (1998). Positive emotions 
speed recovery from the cardiovascular sequelae of negative 
emotions. Cognition  and Emotion,  12,191-220. 
14.
 
 Csikszentmihaly M. Flow. New York: Harper, 264p.) 
15.
 
Wilson,  W. (1967).  Correlates of avowed happiness.  Psychological 
Bulletin, 67, 294-306.  
16.
 
 Diener,  E., and  Suh,  E. (1997).  Measuring  quality  of life: 
Economic, social and subjective indicators. Social Indicators, 
40,189-216. 
17.
 
  Biswas-Diener, R. (2002). Quality of life among the homeless. 
(In press). 
18.
 
 Mroczek  D.K.  ,and  Kolarz,  C.M.  (1998).  The  effect  of  age  on  positive 
and  negative  affect:  A  developmenta l  perspective  on  happiness. 
Journal  of Personality  and Social  Psychology,  75,1333-1349. 
19.
 
 Witte r,  R.  A.,  Okun,  M.A.  ,  Stock,  W.A.,  and  Haring ,  M.J. 
(1984).  Education  and  subjective  well-being:  A  meta-analysis. 
Education  Evaluation  and  Policy  Analysis,  6,165-173. 
20.
 
 
ABSTRACT 
 
The positive  psychology  has arisen as a science of 90th years of the last century. Studying  a 
phenomenon helplessness the American psychologist  Martin Seligman  has paid attention that some people 
do not lose courage, find a way out of the difficult  situations.  Experimental  researches have shown that 
positive  emotions,  positive  properties of character and positive institutes  form positive  installation  of the 
person.   
 
  
РЕЗЮМЕ 
 
Позитивная  психология  зародилась  как  наука  90-е  годы  прошлого  века.  Изучая  феномен 
безпомощности  американский  психолог  Мартин  Селигман  обратил  внимание  на  то,  что  некоторые 
люди  не  падают  духом,  находят  выход  из  самых  трудных    положений.  Экспериментальные 

- 232 - 
исследования  показали,  что  позитивные  эмоции,  позитивные  свойства  характера  и  позитивные 
институты формируют позитивную  установку личности.   
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Dosent B.Haqverdiyev 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
 
 
 
 
 
 
 
SALATIN   HACIYEVA 
 
 
 
 
 
 
 
Naxçıvan Dövlət Universiteti 
UOT:159.923 
 
PSİXOLOGİYADA  ŞƏXSİYYƏTİN  SOSİALLAŞMASI  PROBLEMİ 
 
 
Açar  sözlər: cəmiyyət, sosiallaşma,  şəxsiyyət, fərd,  sosial amillər 
 
Key words:   society, socializing,  personality, individual, social  faktors 
 
Ключевые слова: общество, социализация, личност, индивид, социальные факторы 
 
 
Şəxsiyyət  sosial  varlıqdır.  Onun  sosiallaşması zəruri prosesdir. Şəxsiyyətin mənəvi key-
fiyyətləri  sosiallaşma  prosesində  formalaşır.  Sosiallaşma  insanların  birgəyaşayışını  təmin  edir. 
İnsanın  sosiallaşması  daxil  olduğu  cəmiyyətin  dəyərlər  sistemini,  münasibətləri,  davranış  nor-
malarını,  stereotiplərini  mənimsəməsi  prosesidir.  İnsan  bu  təcrübəni  mənimsədikcə 
mədəniləşir,  yəni  məxsus  olduğu  cəmiyyətin  keyfiyyətlərini  əxs  edir.  Cəmiyyət  içərisindəki 
sosial  əlaqələr  həm  topluma,  həm  də  həmin  toplumun  mədəni  və  əxlaqi  dəyərlərinə,  həm  də  insanın 
bir  şəxsiyyət  kimi  formalaşmasına  təsir  göstərir.  Cəmiyyəti  təşkil  edən  insanların  bütün  həyatı 
əslində  sosial  mühitə  uyğunlaşma  içərisində  keçir.  İctimai  həyatda  insan  fəaliyyətin  müxtəlif 
növlərinə  qoşulur,  ətrafdakılarla  qarşılıqlı  təsirdə  olur  və  müəyyən  sosial  mövqe  qazanır. 
Sosiallaşma  -sosial  statuslar  və  rollar,  deviant  (qeyri-normativ)  davranış,  münaqişələr  və  s.  kimi 
mühüm  sosial  anlayışlar  göstərilən  prosesin  müxtəlif  cəhətləri  əks  etdirən  abstraksiyalardır. 
        Sosiallaşma  cəmiyyətin  tarixi  inkişafının  müxtəlif  dövrlərində  hər  mərhələnin  özünəməxsus 
sosial  –  iqtisadi    və  mədəni  dəyərləri  ilə  həmin  cəmiyyətin  inamlarını,  dəyərlərini  əks  etdirir. 
Beləliklə  dünyaya  gələn  hər  bir  insan  və  ya  fərd  tədricən  insan  mədəniyyətini  mənimsəməyə 
başlayır,  öz  xüsusiyyətlərini  qazanır,  cəmiyyətə  daxil  olur,  başqa  insanlar  arasında  özünü  təsdiq  edir 
və  şəxsiyyətə  çevrilir.  Sosiallaşma  erkən  uşaqlıqdan  başlanır  və  mahiyyətcə  qocalığın  sonuna  kimi 
davam  edir.  O,  fərdin  mədəniyyətə  daxil  olmasının  bütün  proseslərini  (onun  öyrədilməsi  və 
tərbiyəsi,  başqa  insanlarla  qarşılıqlı  təsiri,  onun  cəmiyyətin  dəyər  və  normalarını,  müxtəlif  sosial 
rolları, 
birgə 
fəaliyyət 
növlərini 
mənimsəməsi,  müəyyən  hüquq  və  vəzifələrin,  baxışların, 
vərdişlərin  və  s.  qazanılması)  əhatə  edir.  Nəticədə  insan  tədricən  bioloji  varlıqdan  cəmiyyətdə 
yaşamağa  və fəaliyyət  göstərməyə  qabil  sosial  varlığa 
çevrilir.    Sosiallaşmaya  bir  çox  amillər 
təsir  göstərir.Şəxsin  sosiallaşması    onun  içərisində  yaşadığı  cəmiyyətin  norma  və  dəyərlərinə  
uyğunlaşmağı  öyrənməsi,  bu  dəyərlər  sistemini  mənimsəməsidir.Bu  zaman  təbii  ki,  sosial  mühit 
faktorları  ilə  yanaşı  ,  insanın  irsi  və  fərdi  xüsusiyyətlərinin  də  sosiallaşmadakı  rolu  göz  önündə 
tutulmalıdır. 
 Öz  məzmununa  görə  sosializasiya  iki  tərəfli  prosesdir.  Bir  tərəfdən  o,  cəmiyyətin  sosial-tarixi 
təcrübənin,  simvollarının,  sərvətlərin  və  normaların  ötürülməsindən  (varislik  Prinsipi),  digər 

- 233 - 
tərəfdən  isə  fərdin  onları  mənimsəməsindən,  interiorizasiyadan  ibarətdir.  Burada  interiorizasiya 
dedikdə,  öz  formasına  görə  xarici  ictimai  həyat  prosesinin  şüurun  daxili  proseslərinə  keçməsi
 
başa 
düşülür. 
         Sosiallaşma  həyat  silsiləsi  ilə  üst-üstə  düşən  mərhələlərdən  keçir.  Həyat  silsilələri  –  insanın 
tərcümeyi  halında  vacib  mərhələlərdir.  Onlar  sosial  «Mən»İnin  inkişafının  keyfiyyət  mərhələləri  – 
məktəbəqədər  dövr,  məktəbdə  təhsil  alma,  tələbəlik  həyatı,  evlənmə,  orduda  xidmət,  peşənin 
seçilməsi  və  işə  düzəltmə,  təqaüdə  çıxma  kimi  qiymətləndirilə  bilərlər.  Həyat  silsilələri  sosial 
rolların  dəyişməsi,  yeni  sosial  statusun  əldə  edilməsi,  həyat  tərzinin  dəyişməsi  ilə  əvvəlki 
adətlərdən,  ətrafdan  imna  etmək  və  s.  ilə  bağlıdır.  Həyat  silsiləsinin  hər  bir  mərhələsi  bir-birini  qar-
şılıqlı  tamamlayan  iki  proseslə  müşayət  olunur:  desosializasiya  və  resosializasiya.  Desosializasiya 
köhnə  dəyərləri,  normaları,  rolları  və  davranış  qaydalarını  tərgitmək  prosesidir.  Resosializasiya 
köhnələrin  əvəzinə  yeni  dəyərləri,  normaları,  rolları  və  davranış  qaydalarını  öyrənmə  prosesidir. 
         Sosiallaşma  anlayışı  geniş  yayılsa  da  psixologiya  elmində  bu  termin  alimlər  tərəfindən 
birmənalı  şəkildə  qəbul  edilmişdir.  Sosiallaşma  anlayışının  sinonimi  kimi  şəxsiyyətin  inkişafı  və 
tərbiyə  terminlərini  irəli  sürürlər.  Lakin  sosiallaşma  termini  ənənəvi  təhsil  və  tərbiyə  anlayışlarından 
daha  geniş  spektrə  malikdir.  Sosiallaşma  fərdin  davranış  nümunələrini,  norma  və  dəyərləri,  mövcud 
cəmiyyətdə  onun  uğurlu  fəaliyyət  üçün  zəruri  olanların  mənimsənilməsi  prosesidir.  Bəzi  alimlərin 
fikrincə  şəxsiyyətin  sosiallaşması  fərdin  cəmiyyətə,  müxtəlif  tipli  sosial  birliklərə  inteqrasiyası  pro-
sesidir.  Bu  proses  fərdin  sosial  norma  və  sərvətləri  mənimsəməsi  sayəsində  mümkün  olur.  Həmin 
norma  və  sərvətlərin  əsasında  şəxsiyyətin  sosial  cəhətdən  əhəmiyyətli  xüsusiyyətləri  formalaşır. 
Başqa  sözlə,  sosiallaşma  prosesində  insan  mədəniyyət  və  sosial  münasibətlər  aləminə  daxil  olur  və 
şəxsiyyət  müəyyən  sosial  qrupun  nümayəndəsi 
kimi 
formalaşır. 
            Şəxsiyyətin  sosiallaşması  bəşəriyyətin,  sosial  təcrübənin  nəsildən-nəsilə  verilməsini  üzvi  su-
rətdə  özündə  ehtiva  edir.  Bu  baxımdan  varislik  ənənələrinin  saxlanılması  və  mənimsənilməsi  adam-
ların  gündəlik  həyatından  ayrılmazdır.  Bu  isə  öz  növbəsində  yeni  nəsillərin,  cəmiyyətin  iqtisadi,  so-
sial,  siyasi  və  mənəvi  problemlərinin  həllinə  cəlb  olunmasına  şərait  yaradır,  belə  ki,  şəxsiyyətin  so-
siallaşması  ictimai  cəhətdən  əhəmiyyətli  keyfiyyətlərin  bir  və  ya  bir  neçəsini  deyil,  onun  bütün  ele-
mentlərinin  tədqiqat  obyektinə  çevrilməsini  nəzərdə  tutur,  bu  zaman  qarşıda  duran  başlıca  vəzifə 
şüur  və  davranışdakı  stereotiplərin  neqativ  ünsürlərinin  aradan  qaldırılmasına  nail  olmaqdan  ibarət-
dir. 
 
Psixoloji  ədəbiyyatda  sosiallaşma  prosesi  haqqında  müxtəlif  fikir  və  mülahizələr  vardır.  Bə-
zi  alimlərin  fikrincə  sosiallaşma  fərdin  inkişafının  sosial  cəhətdən  şərtlənməsi  deməkdir.  Lakin  so-
siallaşmanı  yalnız  fərdin  sosial  cəhətdən  şərtlənməsi  ilə  məhdudlaşdırmaq  onu  sosial  təsirlərin  pas-
siv  obyektinə  çevirərdi.  Əlbəttə,  bu  prosesdə  insan  sosial  təsirlərə  məruz  qalır.  Lakin  bu  insan  ilə 
cəmiyyət  arasındakı  qarşılıqlı  əlaqə  və  münasibətlərin  bir  tərəfidir.  İkinci  olduqca  mühüm  cəhət  on-
dan  ibarətdir  ki,  insan  müxtəlif  sosial  təsir  və  münasibətlərin  obyekti  olmaqla  bərabər,  həm  də  hə-
min  təsir  və  münasibətlərin  subyektidir,  yəni  insan  bu  prosesdə  fəaldır.  İnsan  mühit  ilə  qarşılıqlı  əla-
qə  prosesində  fəal  olmasaydı,  onun  sosiallaşması  mümkün  olmazdı,  o  sosial  təcrübəni  və  mədəniy-
yəti  mənimsəyə  bilməzdi. 
 
Çünki  sosiallaşma  bir  dəfə  yaranmış  proses  deyildir.  O,  daim  dəyişən,  zənginləşən,  hərəkətdə,  dina-
mikada  olan  prosesdir.  Hər  bir  fərd  ayrı-ayrılıqda  özündən  əvvəlki  dövrdə  yaşamış  insanlar  kimi  bü-
tün  ömrü  boyu  sosial  mühitə  daxil  olur,  ona  uyğunlaşır.  Müəyyən  rol  və  funksiyaları  qəbul  edir  və 
mənimsəyir.  Lakin  sosial  əlaqə  və  münasibətlərin  artması  və  zənginləşməsi  ilə  yanaşı  ayrı-ayrı 
qruplar,  xalqlar,  sənətlər  arasında  qarşılıqlı  əlaqə  və  həmrəylik,  ayrı-ayrı  fərdlərin  digər  şəxslər  ilə 
ünsiyyətə 
meyli 
də 
artır 
ki, 
bu 
da 
sosiallaşmanın 
ikinci 
cəhətini 
təşkil 
edir.. 
Sosializasiya  proseslərinin  müxtəlif  təşkilatları  məlumdur.  Bu  təşkilatlarda  sosializasiyanın  dörd 
başlıca  sistemi-mikro,-mezo,-ekzo  və makrosistemləri  ayırd edilir.  Onlar  aşağıdakılarla 
səciy-
yələnir: 
Mikrosistem:  ailə,  dini  qruplar,  həmyaşıd  uşaqlar  cəmiyyəti,  yaşayış  yerinin  sosial  mədəni  mühiti, 
tərbiyə  institutları. 
Mezosistem:  etnomədəni  amillər,  yaşayış  məskəninin  tipi,  kütləvi  kommunikasiya  vasitələri. 

- 234 - 
Ekzosistem:  valideynlərin  iş  yeri,  yerli  səhiyyə  şöbələri,  məişət  şəraitinin  yaxşılaşması,  uşağın  bacı 
və 
qardaşlarının 
ailəsi, 
dostlarının 
ailəsi. 
Makrosistem:  planetar  proseslər,  ölkənin  təbii  coğrafi  xüsusiyyətləri,  cəmiyyət  və  dövlət. 
İstər  mikro,  istər  mezo  və  ekzo,  istərsə  də  makro  amillərdən  hər  birinin  sosializasiya  prosesində  öz, 
«mütləq»  çəkisi  olsa  da,  onlar  bu  mürəkkəb  və  ziddiyyətli  prosesi  qarşılıqlı  əlaqədə  şərtləndirir. 
 
Sosializasiya  prosesinin  özünəməxsus  mexanizmləri  var.  Onlardan  ikisi-imitasiya  və  iden-
tifikasiya  xüsusilə  önəmlidir.  İmitasiya  müəyyən  sosial  modelin  şüurlu  sürətdə  yamsılaması  kimi 
özünü  göstərir.  İdentifikasiya  prosesində  isə  uşaq  özünü  təqlid  obyekti  ilə  eyniləşdirir  və  bu  yolla 
sosial 
təcrübəni 
mənimsəyir. 
Sosializasiya  prosesində  şəxsiyyət  amilləri  də  müəyyən  rol  oynayır.  N.  Smelzer  bu  baxımdan  iki 
şəxsiyyət  amilinin  –  həya  və  günahın  rolunu  qeyd  edir.  Müəllifin  fikrincə,  həya  hissi  o  zaman  əmələ 
gəlir  ki,  insan  ifşa  olunacağından  ehtiyat  edir.  Günah  hissi  isə  vicdanın  tərkibində  formalaşır,  həya 
hissi 
ilə 
birlikdə 
müəyyən 
sosial 
davranışı 
qadağan 
edir, 
onun 
qarşısını 
alır. 
Sosializasiya  prosesində  insan  mədəniyyət  və  sosial  münasibətlər  aləminə  daxil  olur.  Bu  prosesdə, 
o, 
müəyyən 
sosial 
qrupun 
nümayəndəsi 
kimi 
formalaşır. 
Sosial  psixologiyada  bu  çoxcəhətli  prosesi  adaptasiya,  fərdiləşmə  və  inteqrasiya  prosesi  kimi 
səciyyələndirirlər.  Uşaq  əvvəlcə  yaşadığı  qrupda  insan  münasibətlərinə  uyğunlaşır,  tədricən  onda 
fərdi  xüsusiyyətlər  formalaşır  və  sosiumda  onun  münasibətlərini  şərtləndirməyə  başlayır. 
İnteqrasiya  prosesi  ilə  mahiyyətcə  tipikləşmə  prosesidir.  Bu  prosesdə  insanda  qrup  üçün  səciyyəvi 
olan  şəxsiyyətə  məxsus  xüsusiyyətlər,  qrupun  digər  nümayəndələri  üçün  ümumi  olan 
keyfiyyətlərformalaşır.  Sosial uyğunlaşma  insanın  digər  insanlara  uyğunlaşma  bacarığı,  sahib 
olduğu  qrupda  özünü  lazımi  səviyyədə  tanıda  bilməsi, 
özünü   
təsdiqdir. 
Normal 
bir 
sosial  uyğunlaşmanın  reallaşmasını  müşahidəyə  əsaslanan  bəzi  ölçmələrlə  də  anlamaq  mümkündür. 
Məsələn: 
 
1.Fərqli  qruplara  uyğunlaşma:  Fərqli  qruplara  uyğun  bir  şəkildə  davranan  ,  onlarla  ünsiyyət 
yaradan,  dost  qruplarında  olduğu  kimi,  özündən  yaşlı  insanlarla  da  normal  ünsiyyət  quran  şəxs, 
sosial  baxımdan  uyğunlaşmış  bir insan  olaraq  qəbul  edilir. 
2.  Sosial  davranışlar:  Cəmiyyətin  tələb  etdiyi  davranış  normalarını  sərgiləyən,sosial 
həyatlarında  bu  davranışları  digər  insanlara  qarşı  göstərən  insan  sosial  baxımdan  uyğunlaşmış  insan 
sayılır. 
3.Daxili  doyum:  Cəmiyyətdə  aldığı  rol  və  insnlarla  qurduğu    ünsiyyətdən    yetərli  səviyyədə 
həzz  duyan  şəxs  sosial  baxımdan   sosial  baxımdan  uyğunlaşmış  sayılır.    
 
ƏDƏBİYYAT 
 
1.Bayramov  Ə.S., Əlizadə  Ə.Ə. Psixologiya,  Bakı,  2002. 
2.Bayramov  Ə.S., Əlizadə  Ə.Ə. Sosial  psixologiya,  Bakı,  2003. 
3.Bayramov  Ə.S., Əlizadə  Ə.Ə. Sosial  psixologiyanın  aktual  problemləri,  Bakı,  1986 
 
 
 
 
 
 
 
 
 
 
 
ABSTRACT 
 
Реrsonality  socializing  problem  in  psychology 
 
The  article  is  devoted  to  the  personality  socializing  problem.  Also  factors  influencing  to  the 
socializing  process  and  issues  dealing  with  the  role  of  social  factors  in  making  personality  from 
individual  are noted. 
 
 
 
 
 
 
 
 
 
 
 
РЕЗЮМЕ 
 
Проблема социализации  личности в психологии 
 
Статья  посвящена  проблеме  социализации  личности.Здесь  также  говорится  о  сути 
процесса  социализации  и  влияние  факторов  на  него,роли  социальных  факторов  в 
превращении индивида в личность. 

- 235 - 
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  pedaqogika  üzrə fəlsəfə doktoru, dosent 
V.Rzayev 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
                                                          NƏZAKƏT  İSMAYILOVA                                                       
Naxçıvan Dövlət Universiteti 
                                                                           email:nezaket.ismayilova@yahoo.com 
 
UOT:373.2 
TOFİQ  MAHMUD YARADICILIĞINDA  TƏRBİYƏVİ 
MÖVZULARIN  TƏRƏNNÜMÜ 
 
             Açar  sözlər: Təbiət, ədəbiyyat, yaradıcılıq,  Azərbaycan, şeir 
   
    Key words:  Nature, literature, poetizm, Azerbaijan, poet 
              Ключевые слова: Природа, литература, творчество, Азербаджан, стихотворение 
 
      
          Müasir  Azərbaycan  uşaq  ədəbiyyatının  inkişafında  və  yeniləşməsində  əsaslı  rol  oynayan, 
orijinal  əsəri  ilə  seçilən  Tofiq  Mahmudovun  özünəməxsus  bədii  üslubu  var.  Tofiq  Mahmudovun 
əsərlərində  poetiklik  şair-  vətəndaş  narahatlığlığı  bütün  yaradıcılığı  boyu  hiss  olunur.   
       Tanınmış  şair,  nasir,  tərcüməçi,  publisist    Tofiq  Mahmudovun  həyat  tarixçəsi  çox  qısadır. 
Mehdiyev  Tofiq  Mahmud  oğlu  Naxçıvan  Muxtar  Respublikasının  Şahbuz  rayonuda  anadan 
olmuşdur.  Onun  ailəsi  sonralar  Bakıya  köçdüyündən  orta  təhsilini  Bakı  şəhərində  almış,  1449-cu  ildə 
Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsinə  daxil  olmuş,  1954-cü ildə  oranı  bitirmişdir. 
         O  Azərbaycan  Dövlət  Universitetinin  (indiki  BDU-  nun)  filologiya  fakültəsini  bitirib 
Mədəniyyət  Nazirliyində  metodist  kimi  əmək  fəaliyyətinə  başlayıb,  “Azərbaycan  müəllimi” 
qəzetində  müxbir,  “Göyərçin”  jurnalinin  redaksiyasında  ədəbi  işçi,  məsul  katib,  baş  redaktor 
vəzifəsində  çalışıb.  Hələ  tələbəlik  illərindən  bədii  yaradıcılıqla  məşğul  olan,  ilk  şeirlərini  respublika 
qəzet  və  jurnallarında  çap  etdirən  Tofiq  Mahmud  mətbuatda  işlədiyi  müddətdə  daha  ciddi  şəkildə 
yazıb-  yaradıb.  Şeirləri,  nəsr  əsərləri,  publisistik  yazıları,  məqalələri  ilə  müntəzəm  şəkildə  mətbuatda 
çıxış  edib,  kitabları  biri-  birinin  ardınca  nəşr  olunmağa  başlayıb.   
         1959-cu  ildə  “Yola  çıxıram”  adlı  ilk  kitabı  ilə  ədəbi  aləmə  gəlmiş,  təbii  ki,  ondan  əvvəl 
“Kəsməsəmdə  görməsəmdə”  ilk  şeiri  “İnqilab  və  mədəniyyət”  jurnalında  çap  olunmuşdur.  O, 
“Azərbaycan  müəllimi”  qəzetində    müxbir  vəzifəsində  çalışdığı  zaman  Azərbaycan  rayonlarını  qarış-
qarış  gəzmişdir.  Təbii  ki,  kənd  və  rayon  məktəblərdə  olduğu  zaman  uşaq  təbiətinə,  uşaq 
psixologiyasına,  uşaq  aləminə  yaxından  bələd  olmuş,  uşaq ədəbiyyatına   meyli   artmışdı. 
       
          Tofiq  Mahmud  1976-cı  ildə  demək  olar  ki,  ömrünün  sonunadək  “Göyərçin”  uşaq  jurnalında 
əvvəl  ədəbi  işçi  sonralar  bu  jurnalın  baş  redaktoru  vəzifəsində  işləmişdir.  (1.s  142).Bu  vəzifədə 
çalışdığı  zaman  bir  qələm  sahibi  kimi  insanlarla  ünsiyyəti  genişlənmiş    bir  sənətkar  kimi  də 
yetişməsində  böyük  rolu  olmuşdur. 

- 236 - 
         Redaksiyada  işlədiyi  dövrdən  onda  uşaq  ədəbiyyatına  ciddi  meyl  yaranmışdır.  Elə  bu  illərdən 
də  uşaqlar  üçün  yeni-  yeni  əsərlər  yazmış,  çoxlu  sayda  şeir  və  nəsr  əsəri  çap  olunmuşdur.    Onun 
ədəbi  irsi    “Yola  çıxıram”,  “Buzovna  qayaları”,    “Açıqdır  pəncərəm”,  “Alpinistlər”,    “Qızımın 
sualları”,  “Ulduzlar,  düşüncələr”,  “Məhəbətim  sirr  deyil”,  “Bu  işıqla  qalacağam”,  Şən  şeirlər”, 
“Yağış  yağır  dənizə”,  “Gecə  qapı  döyülür”,  “Uzaqda  ucalan  dağlar”,  “Dibçək”  (1962),  “Utancaq 
oğlan”  (1964),  “Meşədə  səs”  (1969),  “Ana  qucağı”  (1971  ),  “Dağlar”  (1976),  “Pəncərəyə  (4.s.332) 
toxunan  budaq”  (1978),  “Kəpənək  gözəlliyi”  (1980),  “Yerə  dağılan  muncuqlar”  (1983)  və  s. 
kitabların  müəllifidir.  Onun  “Qızımın  sualları”,  “Kəpənək”  və  “Meşədə  səs”  adlı  kitablarında 
toplanmış  şeir  və  poemaları  orta  yaşlı  məktəblilərin    sevə  -  sevə    oxuduqları  kitablar  siyahısına  
daxildir.   
       Tofiq 
Mahmud  Azərbaycan  təbiətini  çox  sevirdi.  Doğma  torpağımızı,  kəndlərimizi, 
şəhərlərimizi,  meşələrimizi,  dağlarımızı,  yaylaqlarımızı  qarış-  qarış  gəzən  şair  görüb-  duyduqlarını 
vurğunluqla  tərənnüm  edir,  elə  bil  ki,  özü  üçün  poetik  gündəlik  yazırdı.  Onun  “Açıqdır  pəncərəm  ”, 
“Mən  gedirəm,  gedəcəyəm”,  “Gözəllik  qucağında”,  “Yardımlıda  payız”,    “İsa  bulağı”,  “Axır  Həkəri 
çayı”,  “Yaman  istəyirəm”,  “Maralgöldə”,  “Sönməyən  ocaq”,  “Mənim  ana  torpağım”,  “Qubadlıda 
leysan”, 
“Qusar 
lövhələri”, 
“Buzovna 
qayaları”, 
“Qışda 
dağ 
meşəsi”, 
İydə 
ağacı”, 
“Ceyranbatan”,(2.s.102)  və  s.  şeirlərində  Azərbaycan  torpağı  vurğunluqla  tərənnüm    olunur.  Şairin 
“Məhəbbətim  sirr  deyil”,  kitabına  ön  söz  yazan    Məmməd  Araz    çox    doğru    qənaətə  gəldiyi  kimi,  
Tofiq  Mahmudun  yaradıcılığında  doğma  yurda  bağlılıq  mühüm  yer  tutur.  O,  sadəcə  olaraq  coğrafi 
mənzərələri  varaqlamır.  Poetik  dillə  onun  zəhmət  adamlarından,  sevinc  və  qayğılarından  söhbət  açır. 
Bu  torpağın  Kürü- Arazı  boyunca  hərəkət  edərək göz  oxşayan,  yadda   qalan  lövhələr  yaradır”. 
         Tofiq  Mahmudun  ictimai-  siyasi  mövzuda  yazdığı  şeirlərin  mayasında,  cövhərində  o  taylı,  bu 
taylı  Azərbaycanın  birliyi  ideyası,  xalqımızın  taleyüklü  problemlərinin  bədii  əksi  məsələləri  ön 
planda  dayanır.  Sevgi  lirikasında  isə  təmiz  bir  qəlblə  sevən,  məhəbbəti  yolunda  hər  şeyə  hazır  olan 
həssas  bir  insanın  ürək  döyüntüləri  eşildilməkdədir.  Şairin  müxtəlif  mövzulu,  müxtəlif  problematikalı 
şeir  və  poemalarının  əksəriyyətində  onun  vətəndaşlıq  mövqeyi,  xeyirxah  əməlləri,  işıqlı  arzuları 
aydınca  görünməkdədir.   
       T.Mahmudun  uşaq  ədəbiyyatı  sahəsində  xidmətləri  daha  böyükdür.  Onun  müasirlərimizin,  eləcə 
də  keçmişdə  yaşayan  insanların  həyatını  əks  etdirən  hekayələri,  nağılları,  povestləri  indi  də  öz 
aktuallığını  itirməyən  mövzularda  yazılmışdır.  Şeirlərində  uşaqların  sirli-  sehirli  dünyası,  onların  arzu 
və  düşüncələri  öz  bədii  əksini  tapmışdır.  Poetik  əsəri  xarakterik  detallar  üzərində  qurmaq,  predmeti 
səciyyəvi  cəhətləri  ilə,  sadə,  eyni  zamanda  obrazlı  dillə  tanıtmaq  cəhdi  Tofiq  Mahmudun  əksər  uşaq 
şeirləri  üçün  səciyyəvi  üslub  elementdir.   
                             Günəşin  nəğməsi  var 
                                  Şüa- şüa  işıqlar. 
                                          Bu  od rəngli  nəğməni 
                                              Sevir  bütün  uşaqlar. 
                                                     Nəğmə  kimi  yayılan 
       Hər şəfəq  bir  incidir, 
       Uşaqların  gülüşü, 
            Fərəhi,  sevincidir. 
                Qızılgülə  çevrilir 
                         Üzündə  yanağında, 
                                  Qəlbində,  dodağında.  (5) 
           Tofiq  Mahmudovun  uşaqlar  üçün  yazdığı  ilk  iri  həcmli  əsəri  “Alpnistlər”  adlanan    poemasında 
əsas  ideya  uşaq  dünyasında  qurduğu  arzulardan  bəhs  olunur.  Əsərdə  ana  Vətənin  hər  qarış  torpağını, 
dağını,  dərəsini,  gəzmək  təbiətini  öyrənmək,  tarixi  abidələrini  oxumaq  kimi  düşüncələr  tərənnüm 
olunur.  Azərbaycan  təbiətinə  məhəbbət,  gözəlliyi,  xalq  sərvətini  göz  bəbəyi  kimi  qorumaq  hissi  Tofiq 
Mahmudun  yaradıcılığında  başlıca  yer  tutur.  Onun  “İlisu  tövhələri”  silsiləsindən  olan  şeirlər  yığcam 
və  mənalıdır.  Azərbaycanın  dilbər  guşələrini  gəzmiş,  belə  silsilə  şeirlər  yazmışdır.  Onun  belə 
şeirlərini  oxuduqca  insan  gözləri  qarşısında  İlisunun  təbiəti  fauna  və  florası,  insanı  valeh  edən  bu 

- 237 - 
kiçik  qəsəbənin  qeyri  adi  iqlimi,  dumanlı  yolları,  çay,  dərəsi  şairi  ilhama  gətirərək  qəlbindən  süzülən 
şeirlər  misralara  düzülmüşdür.   
         Altıağac,  Kəlbəcər,  Laçın,  Lənkəran,  Lerik  və  digər  rayonlar  şairin  qələmində  müxtəlif 
boyalarla  təsvir  olunmuşdur.  (5.s)“Süsən  gəzir  Abşeronu”  adlı  poemasında  şairin  Abşeronu  çox 
sevdiyi  yer  olduğunu  duyuruq  onun  torpağa  bağlılığını  bir  daha  şahid  oluruq.    Bundan  sonra  Tofiq 
Mahmud  “Süsən,  Toplan  və  Sehirli  maşın”  poemasını  yazir.  Bu  poemada  “Süsən  gəzir  Abşeronu” 
adlı  poemasında  deyə  bilmədiklərini  deyir.  Beləki,  şair  Abşeronda  gəzərək  dəniz  sahilindəki  qayaları, 
tut  ağaclarını,  üzüm  bağlarını,  əncir  ağaclarını,  gülləri,  çiçəkləri  elə  bədii  boyalarla  təsvir  edir  ki, 
sanki  onların  əhatəsində  özünü  hiss  edirsən  və ətrini  duyursan. 
 
       Tofiq  Mahmud  yaradıcılığı  boyu  Azərbaycan  torpaqlarını  göz  bəbəyi  kimi  qorumağa  xalq 
sərvətinə  xor  baxmamağa,  təbiətə  məhəbbət,  belə  gözəllikdən  zövq  almağa    səsləyir.  “Sehrli 
meşəbəyi”  poemasında  meşəbəyinin  öz  sənədinə  vurğunluğu,  peşəsinə  olan  sevgisi  hər  ağacı,  hər 
budağı  qoruması  təsvir  olunur.  Təbiətə  aşiq  olan  meşəbəyinin  timsalında  elə  şairin  özünü  görürük. 
Tofiq  Mahmudun  bu  mövzudakı  şeirləri  uşaq  anlamına  uyğun  olan  konkret  təsvir  verməklə  yanaşı, 
təbiət  gözəlliyinin  incə  çalarları  ilə  poetik  vüsət  yaradır.  Bu  silsilədən  olan  “Meşəyə  yağış  yağır” 
şeirinə  diqqət  edək: 
Səs salıb,  ağır-  ağır 
  Meşəyə  yağış-  yağır. 
   Yarpaqlardan  süzülür 
    Budaqlardan  süzülür. 
   Meşənin  hər  yanında 
                                                       İnci  kimi  düzülür. 
   Seyr et hər bir  damlanı, 
                                                     Heyran  qoyur  adamı. 
       Tofiq  Mahmudun  uşaqlar  üçün  yazdığı  hekayələr,  nağıllar  və  əfsanələr  onun  “Dağlar”  adlı 
kitabında  toplanmışdır.  Burada  dostluq,  yoldaşlıq,  təmizlik,  incəlik  insana  xas  olan  nümuməvi 
keyfiyyətlərdən  bəhs  olunur.    Onun  qələmə  aldığı  “İgid  təyyarəçinin  qardaşı”,  “Adada  hadisə”, 
“Maşinist”,  “İgid  çapar”  kimi  hekayə  və  əfsanələrində  də  uşaqların  mənəvi  keyfiyyətlərinə  qayğı  ilə 
yanaşan,  onlarda  incəlik,  həssaslıq  tərbiyə  etmək,  elmə,  biliyə  həvəs  hissləri  aşılamaq  arzusu  ilə 
rəngarəng  mövzular  əsərlərinin  əsas ideyasıdır.   (6.s 354) 
      Tofiq  Mahmudun  “Yerə  dağılan  muncuqlar”  povestinin  mövzusu  məktəb  həyatından  bəhs  edilir. 
Yeni  nəslin  bir  şəxsiyyət  kimi  yetişməsində  və  formalaşmasında  məktəbin  rolundan,  uşaqların 
mənəvi  tərbiyəsinə  həssaslıqla  yanaşan  şair  hər  kəlməsinin,  hər  sözünün  arxasında  özünü  görürdü. 
Bəzilərinə  bənzəməyən  xarakterlərlə  mövzularını  qurub  yaratsada  onun  bir  amalı  var  idi.  Bütün 
uşaqları  xoşbəxt  görmək,  vətəninə  məhəbbət,  torpağına  bağlı,  dininə  sevgi  hissləri  aşılamaq  idi. 
      Tofiq  Mahmudun  yaradıcılığı  üçün  süjetli  əsərlər  də  mühüm  yer  tutur.  Poema  onun  yaradıcılığı 
üçün  aparıcı    janrlardan    biridir.  Onun  istər  uşaqlar,  istərsə  də  uşaqlar  üçün  yazdığı  “Dəniz  və  bir 
damla  göz  yaşı”,  “Qərinələr”,  “Son  nəğmə”,  “Əlvida  dağlar”,  “Kəpənək  qız”,  “Bir  gənc  haqqında 
ballada”,  “  Meşədə  qalan  nəğmə”,  “Üç  qız”,  “Fırtına  gözəlliyi”,  “Sədaqətli  günlər”,  “Yaxşılıq  və 
paxıllıq”,  “Alpinistlər”,  “  Süsən  gəzir  Abşeronu”,  “Meşədə  səs”,  “Styopa  dayı  Bakıya  gəlib”,  “Taksi 
sürücüsü”,  “Xeyirxah  dələ”  poemaları  göstərir  ki,  onun  bu sahədəki  axtarışları  da uğurludur.   
        Tofiq  Mahmudun  nəsr  əsərləri  də  çoxdur.  Onun  istər  uşaqlar,  yeniyetmələr,  istərsə  də  böyüklər 
üçün  yazdığı  hekayə  və  povestlərdə  xeyirxahlıq  motivləri  ön  plandadır.  Şeirlərindən  fərqli  olaraq  bu 
tipli  əsərlərində  müəllif  öz  fikir  və  düşüncələrini  təsvir  elədiyi  hadisələr  fonunda  verməyə  çalışır  və 
buna  nail  olur.   
       Tofiq  Mahmudun  tərcümələri  də  uğurludur.  Onun  rus  və  bir  sıra  dünya  xalqlarının 
ədəbiyyatından  tərcümə  elədiyi  əsərlər    dilimizdə    çox  gözəl  səslənir.  Onu  da  qeyd  etmək  yerinə 
düşərdi  ki,  əsərləri  bir  sıra  dillərə  tərcümə  edilən  Tofiq  Mahmudun    Azərbaycan  uşaq  ədəbiyyatının 
nəinki  ölkəmizdə,  habelə  xaricdə  təbliğində  də çox böyük  xidmətləri  olan  bir  ziyalıdır.  (6.s 354) 
Onun  əsərlərinin  üç  cilidliyi  çap  olunmuşdur.  Əsərləri  orta  məktəb  dərsliklərinə  salınmış  sevilə  -
sevilə   oxunur. 
                                                 Bu  gün  ömür  sürən  insan 

- 238 - 
                                                  Sabah ulduz  olacaq. 
                                                  Arzuları  nağıl  kimi 
                                                 Yer üzündə  qalacaq... 
       Tofiq    Mahmud  bir  sıra  məqalələrin  ,  publisistik  yazıların,  tərcümə  əsərlərinin  müəllifidir.  
Onun  əsərləri  bir  sıra  dillərə  tərcümə  olunmuşdur.    Uzun  müddət  Azərbaycan  Yazıçılar  Birliyi  Uşaq 
və  gənclər  ədəbiyyatı  şurasının  sədri,  keçmiş  SSRİ  Yazıçılar  İttifaqı  Uşaq  və  gənclər  ədəbiyyatı 
şurasının  üzvü,  Azərbaycan  Respublikası  Uşaq  Fondunun      Rəyasət  Heyətinin    üzvü    həmin  fondun 
Bakı  şöbəsinin  sədri  vəzifəsində  səmərəli  fəaliyyət    göstərən  Tofiq    Mahmud    təkcə  özünü  düşünən 
insan  deyildi.  Azərbaycan  Uşaq  və  Gənclər  ədəbiyyatının    ümumittifaq  miqyasından  nəşri  və 
yayılmasında  onun  xidmətləri  çox  böyük  idi.  Qazaxıstanda,  Özbəkistanda,  Belarusiyada,  nəşr  edilən 
“Azərbaycan  uşaq  ədəbiyyatı  antologiyaları”  məhz      Tofiq  müəllimin    təşəbbüsü,  işgüzarlığı 
sayəsində  araya-  ərsəyə  gəlmiş,  nəfis  tərtibatla  nəşr  olunmuşdur.(4.s  331)  Tofiq  Mahmudu  təkcə 
Azərbaycanda  yox,  onun  hüdudlarından  kənarda  da  çox  yaxşı  tanıyır,  sevir,    hörmət  edirdilər.    Son 
dərcə  zəhmətkeş,  ədəbiyyatımızın  yaranması  və  təbliğində  yorulmaq  bilmədən,  böyük  həvəslə  çalışan 
Tofiq  Mahmudun  əməyi  diqqətdən  kənarda    qalmamışdır.  O,  Azərbaycan  Ali  Soveti  Rəyasət 
Heyətinin  Fəxri  fərmanı  ilə  təltif  edilmiş,   Respublika  Komsomolu   mükafatına   layiq  görülmüşdür.   
       Azərbaycanda  uşaq  ədəbiyyatının,  uşaq  mətbuatının  inkişafında  Tofiq  Mahmudun  əvəzsiz 
xidmətləri  olmuşdur.    Uzun  müddət  “Göyərçin”  jurnalında  baş  redaktor  vəzifəsində  çalışan  Tofiq 
müəllimi  istedadlı  gənclərin  əsərlərinin  çap  olunmasında,  təbliğində,  çox  böyük  işlər  görmüş, 
səxavətlə  həmin  cavanların  kitabları  haqqında  məqalələr    yazıb   çap etdirmişdir.     
      Tofiq  Mahmudun  Azərbaycan  uşaq  ədəbiyyatında  özünəməxsus  yeri  olan  həm  şair,  həm  nasir, 
həm  publisist,  həm  də  tərcüməçi  kimi  tanınır.  O,  ömrünün  sonuna  kimi  bu  missiyaya  sadiq  qalmış,  öz 
dövrünün  oxucularının  mənəvi  tələbatını  duyaraq,  onların  zövqlərini  oxşayan  əsərlər  yaratmağa 
çalışmışdır. 
           Həmişə  böyük,  işıqlı  arzularla  yaşayan,  vətəni,  insanları  dərin  məhəbbətlə  sevən,  əsərləri  ilə 
insanları  xeyirxahlığa  səsləyən    Tofiq  Mahmud    sanki  bu  misraları  elə  özü  üçün  yazıb.İndi  onun  özü 
də  nağıllar  dünyasının  sakininə    çevrilib.  Həyatda  həmişə  işıqlı  duyğularla  yaşayan,  özündən  sonra 
zəngin  ədəbi  irs  qoyub  gedən,  dost-  tanışın  məhəbbətlə,  hörmətlə  xatırladığı  qələm  dostumuzun 
sahibi  işıqlı  xatirəsi  həmişə  bizimlədir. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin