The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   ...   28   29   30   31   32   33   34   35   36

ƏDƏBİYYAT 
1.
 
Quran (tərcümə  edənlər:  Z.Bünyadov.,  V.Məmmədəliyev).  Bakı,  Azərnəşr,  1992. 
2.
 
Fəzlullah  Nəimi.  Vəsiyyətnamə.  Azərbaycan,  № 5, 1970. 
3.
 
Mövlana  Cəlaləddin  Rumi.  Eşq pərvanəsi.  Bakı,  Nurlar,  2009. 
4.
 
Rəhim  Əliyev.  Nəsimi  və klassik  dini  üslubun  təşəkkülü.  Bakı,  Nafta-Pres, 2006. 
5.
 
Salman  Mümtaz.  Azərbaycan  ədəbiyyatının  qaynaqları.  Bakı,  Yazıçı,  1986. 
6.
 
Yaqub  Babayev. Təriqət  ədəbiyyatı:  sufizm,  hürufizm.  Bakı,  Nurlan,  2007. 
7.
 
Mirzağa  Quluzadə.  Böyük  ideallar  şairi.  Bakı,  Gənclik,  1973. 
8.
 
Yunus  İmrə. Güldəstə,  Bakı,  Yazıçı,  1992. 
 
ABSTRACT 
Kamal  Jamalov 
Moral Views Of Fazlullah  Naimi   
In  the  article  it  is  talked  about  scientist,  poet,  philosopher  and  the  founder  of  the  Hurifism  sect  - 
Sheikh  Fazlullah  Naimi.  It  is  noted  that  one  of  the  influenced,  established  and  long  term  into  deep  fields 
of literary  and cultural  life  sect is Hurufism  founded  by Fazlullah  Naimi.   
 
Fazlullah 
Naimi 
preferred  much  more  to  the  mind,  mentality,  perfection  in  Hurufism.  Naimi  said  that  universe  is  on 
existence  of human.  If a man learns,  realized  him  at that time  he could  learn  the secrets of the world. 
 
РЕЗЮМЕ 
Камал Джамалов 
Моральное воззрение Фазлуллаха Наими  
 
В статье говорится об ученом, мыслителе, поэте и самое главное  об основателе секты 
Хюрифилик  Шейх  Фазлуллах  Наими.  Здесь  подчеркивается,  что  сформировавшася  и 
долгосуществовавщая  секта  Хурифилик,  основанная  Фазлуллахом  Наими  проникла  в 
наиболее  широкие  области литературно-культурной жизни. Фазлуллах Наими в Хурифилике 
большое  предпочтение  отдавал  разуму,  мышлению,  совершенству.  Он  говорил,  что  

- 225 - 
вселенная  в  наличии  человека.  Если  человек  изучит,  поймет  себя  он  сможет  выучить  все 
тайны мира. 
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə fəlsəfə doktoru, dosent  İ.Cəfərov 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
ŞƏFAHƏT   ABDULLAYEVA   
 
Azərbaycan Respublikasının  Prezidenti  
yanında  Dövlət İdarəçilik Akademiyası 
anfas.07@mail.ru 
UOT:159.92 
POZİTİV  PSİXOLOGİYANIN  ƏSAS PROBLEMLƏRİ 
 
Açar  sözlər: pozitiv emosiyalar, xoşbəxtlik, həyat  şəraiti, ruhi-mənəvi zövq 
            Key words:  Positive еmotions, happiness, reality situations,  spiritually-moral  pleasure 
 
Ключевые слова:  позитивные эмоции, счастье, жизненные ситуации, духовно-
нравственное удовольствие 
 
 
 
 
 
 
 
 
Giriş. 
Ənənəvi  psixologiya  elmi  özünün  aparıcı  cərəyanları  olan    psixoanaliz,  biheviorizm, 
humanizm,  koqnitiv  psixologiya,    fenomenoloji  və  ekzistensial  psixologiya    simasında  insanı  bütün 
aspektlərdən  izah  edə  bilmir.  Ənənəvi  psixologiya,    bir  qayda  olaraq  insanı  ancaq  neqativ  tərəfdən 
öyrənmişdir.  Keçən  əsrdən  başlayaraq  psixologiya  elmində  yaranan  boşluğu  doldurmaq,  açıq  qalan 
suallara  cavab  vermək  üçün    yeni  cərəyanın  yaranması  zərurəti    meydana  gəlmişdir.  Keçən  əsrin  90-
cı  illərində  formalaşan  pozitiv  psixologiya  belə  zərurətdən  yaranmışdır. 
* * * 
Həqiqi  xoşbəxt  həyatın  yollarını  axtaran  pozitiv  psixologiya  qarşısına  aşağıdakı  məsələləri 
tədqiq  etməyi  qoymuşdur:1)  pozitiv  emosiyaları;  2)  xarakterin  pozitiv  keyfiyyətlərini;  3)  pozitiv 
institutları.  Belə  ki,  insan  təbiətinin  pozitiv  xüsusiyyətlərinin  öyrənilməsi  və  xüsusilə  də  onların 
formalaşması  prosesinin  tədqiqi,  insanlarda  dünyanın  pozitiv  qavranılması  üçün  zəruri  olan 
yönəlişliyin  formalaşdırılması  prosesində  əhəmiyyət  kəsb edir  (2, s235-236). 
1964-cü  ildə  amerika  psixoloqu  Martin  Seliqman  bir  qrup  psixoloqla  Penselvian 
Universitetində  qazanılmış  acizlik  fenomenini  öyrənirdi.  Eksperiment  itlər  üzərində  aparılırdı. 
Qapalı  şəraitdə  itlərə  elektrik  cərəyanı  ilə  təsir  edirdilər.  İtlər  təhlükədən  qurtulmaq  üçün  vurnuxur, 
çıxış  yolu  axtarırdılar.  Eksperiment  bir  neçə  dəfə  təkrar  edildikdən  sonra  çıxış  yolunun  olmadığını 
başa  düşən  heyvanlar  mübarizədən  əl  çəkir,  cərəyan  verilərkən  yerə  sinir  və  zingildəyirdilər.  Hətta 
çıxış  yolu  qoyulduqda  belə  onlar  qaçmır,  eyni  davranış  nümayiş  etdirirdilər.  Alimlər  bu  fenomenə 
heyrətləndilər  və  əsas  diqqəti  acizliyin  itlərdə  depressiya  yaratması  faktına  yönəltdilər.  Seliqman  və 
həmkarları  belə  nəticəyə  gəldilər  ki:  “...  acizliyi  heç  də  xoşagəlməz  (təhlükəli)  situasiya  (hadisə) 
deyil,  situasiyaya  nəzarət  edilməsinin  mümkünsüzlüyü  təcrübəsi  yaradır”  (4, s.24). 
Seliqmanın  diqqətini  daha  bir  şey  -  bəzi  itlərin  heç  bir  situasiyada  təslim  olmaması,  çıxış 
yolu  axtarması  cəlb  etdi.  Sonralar  insanlar  üzərində  aparılan  eksperimentlər  də  öyrənilmiş  acizlik 

- 226 - 
fenomenini  təsdiqlədi.  Qeyd  edildi  ki,  hər  üç  adamdan  biri  təslim  olmur,  hər  səkkiz  adamdan  biri  isə 
eksperiment  başlamamış  depresiyaya  düşür  (pessimistləşirdi).  Bunun  səbəbi  nədir?   
Əsasən  patoloji  halları  öyrənən,  depressiyadan  çıxmağın  mexaniki  yollarını  tədqiq  edən 
ənənəvi  psixologiya  bu  suallara  cavab  verə  bilmir.  Yuxarıda  sadalanan  suallara  cavab  axtararkən 
psixoloqlar  yeni  istiqamətlərdə  tədqiqat  aparır,  pozitiv  məqamları,  pozitiv  emosiyaları  öyrənirdilər. 
M.Seliqman 
aparılan 
tədqiqatları 
ümumiləşdirərək  yeni  cərəyanın,  pozitiv  psixologiyanın 
yaranmasını  elan  etdi  (3). 
Pozitiv  psixologiya  insanın  pozitiv  resurslarına,  mənəvi  ehtiyatlarına  yönəlmiş,  onları  tədqiq 
edən  cərəyandır.  Pozitivliyi  neqativliyin  əks  qütbü  kimi  başa  düşmək  onu  məhdudlaşdırmaq 
deməkdir.  Pozitiv  psixologiya  pozitivliyi  neqativliklə  yanaşı  qəbul  edir,  hətta  onu  neqativliyin 
içində  axtarır.  Pozitivlik  olanı  kor-koranə,  göz  yumaraq  adlayıb  keçmək  yox,  onu  dərk  edərək  qəbul 
etmək  deməkdir  (3,  s.127).  Alman  psixoloqu  Kurt  Teppervaynın  dediyi  kimi,  məhz  bu  vaxt  o, 
“illüziyadan  reallığa  çevrilir,  substansiya  əmələ  gətirir,  bu  substansiya  bizim  ruhumuzun 
dərinliklərinə  qədər işləyir  və oradan bütün  həyatımıza  istiqamət  verir”  (4, s.38).  
 Pozitiv  psixologiya  belə  hesab  edir  ki,  çıxılmaz  görünən  istənilən  situasiyadan  çıxış  yolu 
mövcuddur.  Bu,  pozitiv  emosiyalardan  keçib  xeyirxahlıq  zirvəsinə  gedən  yoldur.    
 Pozitiv  psixologiya  elmi  əsaslarla  və  sistemli  şəkildə  həyatı  nəinki  xoş,  həm  də  ləyaqətli  və 
mənalı  edən keyfiyyətləri  və üsulları  tədqiq  edir. 
  
 Pozitiv  psixologiya  “Niyə  biz  müsbət  emosiyalar  yaşayırıq?”,  “Pozitiv  emosiyaların  xoş 
əhval-ruhiyyə  yaratmaqdan  başqa,  daha  hansı  rolu  vardır?”,  “Hansı  insanlar  daha  çox  pozitiv 
emosiyalar  yaşayırlar  və  niyə?”,  “Niyə  bəzi  insanlar  müsbət  emosiyaları  daha  az  yaşayırlar”, 
“Pozitiv  emosiyaları  artırmaq  olarmı?”,  “Pozitiv  emosiyaları  necə  davamlı  etmək  olar?”  və  s. 
suallara  cavab verməyə  çalışır.   
 Psixoloqların  qeyd  etdiyi  kimi,  son  əlli  ildə  psixologiya  əsasən  psixikası  pozulmuş 
insanların  problemləri  ilə  məşğul  olmuşdur  və heç də az nailiyyət  əldə  etməmişdir. 
 S.19. 
Psixologiya  elmi  insanın  müsbət  tərəflərinə  çox  az  diqqət  yetirmişdir.  Depressiya  haqqında  yüz 
məqaləyə  xoşbəxtlik  haqqında  bir məqalə  düşür  (3, s.19).  
İlk  baxışda  belə  görünə  bilər  ki,  müsbət  emosiyaları  tədqiq  etdiyinə  görə  pozitiv  psixologiya 
xoşbəxtliyi  hər  cür  müsbət  emosiyalarla  eyniləşdirir  və  xoşbəxt  insanların  həyatında  neqativ 
emosiyaların  yoxluğunu  sübut  etməyə  çalışır.  Lakin  bu,  belə  deyildir.  S.20.Amerika  psixoloqu 
Daniel  Kaneman  eksperimental  şəkildə  sübut  etmişdir  ki,  xoşbəxtlik  heç  də  müsbət  məqamların 
sayından  mənfi  məqamların  çıxılması  deyildir(6).    Beləliklə,  pozitiv  psixologiya  ənənəvi  gedonist 
nəzəriyyəyə  qarşı  çıxaraq,  xoşbəxt  və  bədbəxt  məqamları  bütöv  halda  öyrənir  və  bununla 
kifayətlənməyərək  onların  təsiri  ilə  insanda  yaranan  xarakter  xüsusiyyətlərini  də tədqiq  edir.   
Bu  gün  müşahidə  etdiyimiz  və  Qərb    psixoloqlarının  da  qeyd  etdiyi  kimi,  son  on  beş  ildə 
internet  vasitəsilə  təbliğ  olunan  pozitiv  emosiyalar  və  onlara  yiyələnmək  yolları  insanları  xoş  əhval 
yaratmaq  üçün  müxtəlif  üsullara  əl  atmağa  vadar  edir:    narkotik  qəbul  etmək,  şokolad  yemək, 
sevgisiz  seks,  dükanları  gəzmək,  saatlarla  televizorun,  günlərlə  kompüterin  qarşısında  oturmaq  və  s. 
Belə  şeylərin  xoşbəxtlik  gətirəcəyinə  inam  bunları  əldə  edən  insanların  mənəvi  aclıq  hissi 
yaşamasına,  daxildə  boşluq  hiss  etməsinə  gətirib  çıxarmışdır.  Müşahidələr  göstərir  ki,  belə  insanlar 
qocaldıqca  bu dünyada  nə isə əsas bir  şeyi  etmədiklərini,   bilmədiklərini  hiss  edirlər  (3,s.12). 
Beləliklə,  pozitiv  psixologiyanın  tədqiqat  obyektinə  çevirdiyi  xoşbəxtlik  ötəri  müsbət 
emosiyalardan  ibarət  deyildir.   
s.25.  Pozitiv  psixologiya  insan  xarakterinin  müsbət  keyfiyyətlərini  seçərkən  üç  şeyi  meyar  kimi 
götürmüşdür.  Bunlardan  birincisi  odur  ki,  belə  xarakter  xüsusiyyəti  bütün  xalqlarda  olmalıdır.  İkincisi, 
bu  xüsusiyyət  özü-özlüyündə  dəyər  kəsb  etməlidir,  üçüncüsü,  irsi  olmayıb,  inkişaf  etdirilməsi  mümkün 
olmalıdır.   
Həqiqətən  də,  əgər  tədqiq  olunan  xarakter  xüsusiyyəti    bütün  xalqların  nümayəndələrində 
mövcud  olmasa,  alınan  nəticələr  də  hamıya  aid  olmaz,  yəni  alınan  nəticələr  müstəsna  hallar  kimi 
nəzərdən  keçirilər.  Əgər  tədqiq  olunan  xarakter  xüsusiyyəti  özü-özlüyündə  dəyər  kəsb  etməzsə,  o, 
mənasız  bir  şey  olar.  Və  əgər  xarakter  xüsusiyyəti  irsi  verilibsə,  onun  əldə  olunmasına  da  ehtiyac 
qalmır.  Pozitiv  psixologiyada,  məsələn,  dahi  ağıl  və  xalis  musiqi  duyumu  fitrətən  insanda  olduğundan 
tədqiqat  obyektinə  çevrilmir. 

- 227 - 
 Özünü  təhlil  edən  hər  bir  insan  hansısa  keyfiyyətlərin  ona  daha  çox,  hansıların  isə  az  xas 
olduğunu  görə  bilər.  Seliqman  birinciləri  ləyaqət,  məziyyət,  yaxşı  cəhət  adlandırır.  (Bundan  sonra  biz 
bunlardan  mənaya  uyğun  olaraq  istifadə    edəcəyik).  Yuxarıda  təsvir  etdiyimiz  acizlik  fenomeninin 
eksperimental  öyrənilməsi  göstərdi  ki,  düşdüyü  çətin,  “çıxılmaz”  situasiyada,  hər  səkkiz  adamdan  biri 
isə  eksperiment  başlamamış  depresiyaya  düşürdü,    hər  üç  adamdan  biri  isə  təslim  olmur,  xarakter 
nümayiş  etdirib,  acizliklə  mübarizə  aparır.    Belə  insanların  acizliyə
  qarşı  mübarizə  aparmağa  kömək 
edən  xarakter  xüsusiyyəti  onların  layiqli  tərəfləri,  ən  üstün  cəhətləridir.    M.Seliqman  belə  hesab  edir 
ki,  insan  zəif  tərəflərinin  düzəldilməsinə  çoxlu  güc  və  vaxt  sərf  etməkdənsə,  öz  üstün 
keyfiyyətlərinin  inkişaf  etdirməlidir.  Belə  ki,  “biz  üstün  keyfiyyətlərimizi  inkişaf  etdirdikcə  daha 
çox  güc  və  razılıq  əldə  edirik.”    Bu  fikri  davam  etdirərək  demək  istəyirik  ki,  güc  və  razılıq  hiss  edən 
adam  öz  zəif,  pis  keyfiyyətlərini  də  nisbətən  asanlıqla  dəf  edə  bilər.  Pessimistlər  acizliyə  öyrəşmiş 
insanlardır,  Seliqman  və  həmkarlarının  da  qeyd  etdiyi  kimi,  acizlik  özü  bir  qütblü  depressiyadır  (3, 
s.40).  Pessimistlər  özləri  üçün  maneələr  yaradır  və  vaxtından  qabaq  ümidsizliyə  qapılırlar.  Belə 
adamlar  “  çaya  getsəm,  çayın  suyu  quruyar  ”  prinsipi  ilə  yaşayırlar.  Pessimistlər,  başqalarından 
səkkiz  dəfə  çox  depressiyaya  düşürlər  (3,  s.  42).  Onların  sağlamlıqları  daha  zəifdir  və  onlar 
ətrafdakı  adamlarla  daha  pis  yola  gedirlər.  M.  Seliqman  “Öyrənilmiş  nikbinlik”  kitabında  təklif  edir 
ki,  qəmgin  fikirlərə  şübhə  ilə  yanaşmaq,  üstün  keyfiyyətləri  isə  inkişaf  etdirmək  lazımdır(5,  s.43). 
M.  Seliqman  davam  edərək  göstərir  ki,  üstün  keyfiyyətlərini  inkişaf  etdirib,  onları  istər  karyerada, 
istər  ailədə,  istərsə  də  yaradıcılıqda  gerçəkləşdirən  insanlar  bundan  həqiqi  məmnun  olur  və 
xoşbəxtlik  yaşayırlar.  M.Seliqman  haqlı  olaraq  qeyd  edir  ki,  əgər  biz  on  yaşlı  uşaqlara  optimist 
təfəkkür  vərdişləri  aşılayarıqsa,  onların  yeniyetməlik  dövründə  depressiyalarını  azaltmış  olarıq.  
Həqiqətən  də,  uşaq  yaşlarda  formalaşan  xarakter  xüsusiyyətləri  sonrakı  illərdə  çətin  həyat 
situasiyalarına  sinə  gərmək  üçün  lazım  olur,  onlar  ümumiyyətlə  uşağın  həyatında  böyük  rol 
oynayırlar.  Məhz  buna  görə  valideynlər  uşaqların  güclü  tərəflərini  inkişaf  etdirməlidirlər.  
Məktəbəqədər  müəssisə  və  məktəb  proqramları  uşaqların  müsbət  xarakter  xüsusiyyətlərinin 
formalaşdırılması  istiqamətin  qurulmadırlar.     
Pozitiv  insanlarda  sosial  vərdişlər  də  yaxşı  inkişaf  edir.  Tədqiqatlar  göstərmişdir  ki,  pozitiv 
tələbələrinin  dostları  və  ya  sevgililəri  vardır  (12)  .  Onlar  ictimai  həyatda  daha  çox  iştirak  edirlər. 
Deməli,  pozitiv  emosiyalar,  dost  tapmağa,  sağlamlığı  möhkəmlətməyə  və  uğur  qazanmağa  kömək 
edir 
Xoşbəxtlik,  yaxşı  əhval-ruhiyyə,  ləyaqət  hissi,  sevinc  kimi  hisslər,  entuziazm  kimi  halətlər 
davranış  modelləri  yarada  bilirlər  və  əgər  onlar  irsi  verilməyibsə,  onları  yaratmaq  və  inkişaf 
etdirmək  mümkündür.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  Minnesot  Universitetinin  psixoloqları  həyat 
eşqi  kimi  xarakter  xüsusiyyətinin  irsən  keçdiyini  sübut  ediblər  (3,  s.  52).      Pozitiv  psixologiya  həyat 
eşqini  həyatsevərlik  kimi  nəzərdən  keçirir  və  internet  təbliğata  əks  olaraq,  dönə-dönə 
həyatsevərliyin  “yüngüllük”    olmadığını  vurğulayır.  İnsanlar  xoş  əhval-ruhiyyədə  olanda 
ətrafdakılar  da  ona  simpatiya  ilə  yanaşırlar,  onlarla  münasibət  asanlıqla  qurulur.  Neqativ  emosiyalar 
hərəkətlərimizi  məhdudlaşdırdığı  halda,  pozitiv  emosiyaların  təsiri  ilə  biz  daha  sərbəst,  daha 
dözümlü  oluruq,  istənilən  problemə  yaradıcı  yanaşırıq,  yeni  ideyalara  və  təəssüratlara  açıq  oluruq 
(3,  s.55).  s.63.  Öyrənilmişdir  ki,  həyatsevər  insanlar  rəhbərlik  tərəfindən  daha  çox  təriflənirlər. 
Eksperimentlər  göstərmişdir  ki,  həyatsevərlər  qarşılarına  daha  yüksək  məqsəd  qoyur,  daha  yaxşı 
çalışır, 
problem 
haqqında 
daha 
uzunmüddətli 
düşünürlər. 
onlar 
öz  sağlamlıqları  və 
təhlükəsizliklərinin  qayğısına  da daha yaxşı  qalırlar  (13). 
Beləliklə,  pozitiv  emosiyalar  bir-biri  ilə  prinsipcə  fərqli  olan  iki  kateqoriyaya  aiddir:  ötəri 
zövq  və  ruhi-mənəvi  zövq.  Əslində  burada  söhbət  maddi  və  mənəvi  tələbatların  ödənilməsindən 
alınan  zövqdən  gedir.  Pozitiv  psixologiya  ötəri  zövqü  necə  inkişaf  etdirməyə  müəyyən  qədər  yer 
ayırsa  da,  əsas  fikri,  diqqəti  ruhi  zövqə,  ruhi-mənəvi  tələbatların  ödənilməsinə  yönəldir.  Fikrimizcə, 
bununla  da  Şərq  mövqeyindən  çıxış  edir  (1,  s.118-128).  Ruhi-mənəvi  zövq  daha  uzunmüddətli  olub, 
fərqləndirici  xüsusiyyətlərə  malikdir.  Çinkentsmehali  bu  haləti  keyfə  qoşulmaq,  eyforiyaya  düşmək 
adlandırmışdir.  M.  Seliqman  isə  öz  konsepsiyasında  belə  haləti  axın,  axına  qoşulmaq  kimi 
adlandırmışdır.  Adların  müxtəlif  cür  səslənməsinə  baxmayaraq,  söhbət  Çinkentsmehalinin  təsvir 
etdiyi  fenomendən  gedir.  İlk  dəfə  Çinkentsmehali  diqqəti  belə  bir  fakta  cəlb  etmişdir  ki,  insanlar 
sevdikləri  işlə  məşğul  olanda  vaxtın  necə  gəlib  keçdiyini  hiss  etmirlər,  uzun  bir  zaman  onlar 

- 228 - 
tərəfindən  bir  neçə  dəqiqə  kimi  hiss  edilir.  Onlar  sanki  sel  axınına  düşürlər,  eyforiyada  olurlar.  İş 
prosesindən  o  qədər  məmnun  olurlar  ki,  heç  yorulmurlar  da.  Yorulurlarsa  da,  bu  yorğunluq  xoş 
yorğunluq  olur,  zövq,  məmnunluq,  razılıq  hissləri  ilə  müşayiət  olunur.  Çinkentsmehaliyə  görə  belə 
haləti  yaradan  situasiyanın  olması  üçün  aşağıdakı  şərtlər  zəruridir: 
-
 
Qarşıya  qoyulan  məqsəd  kifayət  qədər çətin  olmalı  və ustalıq  tələb  etməlidir; 
-
 
Diqqətin  mərkəzləşməsi; 
-
 
Məqsədin  tam  aydın  olması; 
-
 
Özünü  bütünlüklə  işə  həsr  etmək; 
-
 
Xüsusi  səy  göstərmək; 
-
 
Situasiyaya  nəzarət  edilməsi  hissi; 
-
 
Özünüunutma  (özünü  qavramanın  olmaması); 
-
 
Zamanın  dayanması.   
Göründüyü  kimi  sadalanan  şərtlərin  içində  bir  dənə  də  olsa  pozitiv  emosiya  yoxdur. 
Zövq  verən  mənəvi  hisslər  :  sevinc,  həyəcan,  razılıq,  məmnunluq,  ekstaz  sonrakı  mərhələyə  aiddir. 
Mahiyyət  etibarı  ilə  axının  əsasını  məhz  emosiyaların  olmaması  və  özünüunutma  təşkil  edir.  Əgər 
gördüyümüz  iş  daxili  tələbatlarımızla  ideal  olaraq  üst-üstə  düşürsə,  biz  heç  bir  emosiyaya  fikir 
vermirik  və  vaxtı  unuduruq.  Emosiyalar  bizə  fəaliyyətimizi,  yaranan  təəssüratları  qiymətləndirmək 
üçün  lazımdır  ( 14, s.154).  
M.Seliqman  da  ruh-mənəvi  zövqün  əsas  xüsusiyyəti  kimi  bu  prosesin    emosiyalarla  
müşayiət  olunmamasını  göstərir.    Bu  zaman  insan  özünü  unudur,  bütövlükdə  bu  prosesdə  yaşayır 
(axına  düşür),  daxili  imkanlarını,  yaxşı,  üstün    keyfiyyətlərini  realizasiya  edir  və  bundan  mənəvi  zövq 
alır.  Axına  düşməyin  əsas  səbəblərindən  biri  kimi  onu  da  göstərmək  lazımdır  ki,    bu  prosesdə  insanın 
üstün  keyfiyyətləri  gerçəkləşir.   
Seliqman  və  tərəfdarları  insanın  daxili  imkanlarının,  ən  yaxşı  keyfiyyətlərinin 
realizasiyası  üçün  üç  əsas  sahəni  göstərirlər:  iş,  məhəbbət  və  uşaq  tərbiyəsi  (3,  s.215).    Bu  məqamda 
pozitiv  psixologiyada    “məğlubiyyətsi  situasiya”    ifadəsindən  istifadə  edirlər.  Ümumiyyətlə,  mənəvi 
kamillik  və  pozitiv  inkişaf  pozitiv  psixologiyada  məğlubiyyətsiz  situasiya  adlandırılır.  Konkret  olaraq 
isə  məhəbbət,  dostluq,  uşaqların  tərbiyəsi  məğlubiyyətsiz  situasiya  kimi  qiymətləndirilir.   
Xoşbəxtliyi  heç  də  yaşanan  hər  cür  müsbət  emosiya  kimi  deyil,  insanın  məhz  çətinlikləri 
aşa-aşa  öz  yaxşı  keyfiyyətlərinin  realizasiya  edilməsi  kimi  təqdim  edən  pozitiv  psixologiya  
“Həyatın  mənası  nədir?”-  sualına  cavab  verməyə  çalışaraq    həyatın  mənalı  olması  üçün  daha  bir 
faktorun  da  tələb  olunduğunu  göstərir:  şəxsi  keyfiyyətlərimizin  realizasiyası  təkcə  bizə  yox,  daha 
böyük,  daha  yüksək  məqsədə  xidmət  etməlidir.  İnsan  özünü  nə  qədər  böyük  bir  tamın  hissəsi  hiss 
edərsə, onun  həyatı  da bir  o qədər yüksək  məna  kəsb edəcəkdir. 
Pozitiv  psixologiya  xoşbəxtliyin  belə  bir  düsturu  ilə  çıxış  edir:  X=İ+H+3 
Burada  X  -  xoşbəxtliyin  sabit,  davamlı  səviyyəsi;  İ  –  irsilik;  H  –  həyat  şəraiti;  3-  bizdən  asılı 
olan  faktorlardır.  İrsiliyi  dəyişmək  olmur,  həyat  şəraitini  və  bizdən  asılı  olan  faktorları  isə  dəyişmək 
mümkündür.  Onları  amerika  psixoloqu  Uorner  Uilsonun  tədqiqatları  üzərində  nəzərdən  keçirək.   
Xoşbəxt  olmaqda  həyat  şəraitinin  rolunu  tədqiq  edən  Uorner  Uilson  apardığı  tədqiqatları 
yekunlaşdıraraq  belə  qənaətə  gəldi  ki (15), xoşbəxt  adamlar  o adamlardırlar  ki:   
1. Yaxşı  qazanırlar;   
2. Nigahdadırlar;   
3. Cavandırlar; 
 4. Sağlamdırlar;   
5. Yaxşı  təhsil  alıblar;   
6. Allaha  inanırlar. 
 U.Uilsonu  tənqid  atəşinə  tutan  M.Seliqmanın  ardınca  biz  də  bunları  ayrı-ayrılıqda  nəzərdən 
keçirək
.    
Həyat  şəraiti.  Yaxşı  pul  qazanmaq.  Bu  faktorun  rolunu  düzgün  müəyyənləşdirmək  üçün  kasıb 
dövlətlərlə  inkişaf  etmiş  dövlətləri  müqayisə  etmək  düzgün  olmaz.  Belə  ki,  inkişaf  etmiş  ölkələrdə 
maaş,  savadlılıq  dərəcəsi,  tibb  və  təhsil  yüksəkdir,  vətəndaş  azadlığı  çoxdur.  Aydındır  ki,  kasıb 
ölkələrdə  bir  tikə  çörək  pulunu  güclə  qazananlar  üçün  varlı  olmaq  xoşbəxtliklə  sıx  bağlıdır.  Hər  bir 
vətəndaşın  minimum  əmək  haqqı  təmin  olunan  ölkələrdə  böyük  gəlirlər  heç  də  həmişə  xoşbəxtliklə 

- 229 - 
assosiasiya  yaratmır.  Maaşların  artırılması  işdən  razı  olmanı  stimullaşdırır,  ancaq  orta  maaş  həddi  işdən 
məmnun  olmağa  təsir  göstərmir.  Bir  ölkə  daxilində  kasıblar  və  zənginlər  müqayisə  olunmalıdırlar.  İlk 
ağla  gələn  o  olur  ki,  böyük  sərvət  sahibləri  heç  nəyi  olmayanlardan  daha  xoşbəxtdirlər.  Lakin  tədqiqatlar 
bunun  əksini  sübut  etmişdir.  Zəngin  olanlar  və  zəngin  olmayanlar  eyni  dərəcədə  bədbəxtdirlər.  Nə  qədər 
qəribə  görünsə  də  maddi  sərvət  xoşbəxtliyin  ümumi  səviyyəsini  çox  cüzi  və  çox  az  müddətə  qaldırır  (3, 
74).  Təəssüf  hissi  ilə  qeyd  etməliyik  ki,  yaxşı  şeylərə  çox  tez  alışırıq,  əvvəllər  ən  son  arzumuz  təmin 
olunduqdan  sonra  daha  bizi  qane  etmir,  biz  yeni-yeni  şeylər  istəyirik.  Öyrənilmişdir  ki,  istər  vəzifəcə 
artım,  istərsə  də  işdən  çıxarılma  artıq  üç  aydan  sonra  əhval-ruhiyyəmizə  güclü  təsir  etmir.  Nigah.  Otuz 
beş  min  amerikalı  arasında  aparılan  sorğuda  ailəlilərin    40%-i,  subay  və  boşananların    24%-i 
“xoşbəxtəm”  deyiblər.  Ailə  konfliktləri  adamın  əhval-ruhiyyəsinə  çox  pis  təsir  etsə  də,    ailə  böyük 
üstünlüklər  verir.  Uğursuz  nigahda  olanların  həyatdan  razılığı  subaylardan  və boşananlardan   aşağıdır.   
Cavanlıq.  M.Seliqmqna  görə  həyat  şəraitin  kontekstində  cavanlığı  tədqiq  edən  U.Uilsonun 
ehtimalları  düz  çıxmadı.  Gənclik  heç  də  yüksək  optimizm  səviyyəsini  təmin  etmir.  Tədqiqatlar 
göstərmişdir  ki,  təcrübə  artdıqca  emosiyaların  gücü  və  dərinliyi  azalır,  buna  rəğmən  ümidsizlik  də 
getdikcə  azalır.(18).    
Sağlamlıq.  Tədqiqatlar  göstərmişdir  ki,  (3;  5)  sağlamlıq  demək  olar  ki,
  optimizmə  təsir  etmir. 
Sağlamlıq  daha  çox  subyektiv  özünüqavrama  ilə  əlaqədardır.  Belə  özünüqavrama  istənilən 
situasiyaya  uyğunlaşma  qabiliyyəti  və  dünyanı  pozitiv  duyma  qabiliyyəti  ilə  əlaqəlidir.  Fikrimizcə, 
sağlamlığın  optimizmə  təsiri  gənc  yaşlarda  hiss  olunmasa  da,  yaş  artdıqca  (enerji  azaldıqca, 
xəstəliklər  çoxaldıqca)  sağlamlıqla  dünyanı  qavramaq  arasındakı  korrelyasiya  müşahidə  olunur. 
Aparılan  tədqiqatlar  da  bu  fikrin  düzgünlüyünü  ehtimal  etməyə  imkan  verir.  Belə  ki,  aydın 
olmuşdur  ki,  bir  xəstəliyi  olanların  nikbinliyi,  beş  xəstəliyi  olanlara  nisbətən  daha  çoxdur  və 
müəyyən  müddət  saxlanılır.  Yüngül  xəstəliklər  nikbinliyə  bir  o  qədər  təsir  göstərməsələr  də,  ağır 
xəstəliklər  pozitiv  emosiyaları  söndürürlər  . 
Təhsil.  Psixoloji  ədəbiyyatda    təhsil,  iqlim  və  cins  bir  qrupda  birləşdirilir.  Göstərilir  ki, 
bunlardan  heç  biri  əhval-ruhiyyəyə  əhəmiyyətli  təsir  göstərmir  (19).  Təhsil  yaxşı  maaş  əldə  etməyə 
kömək  edir,  ancaq  əhval-ruhiyyəni  qaldırmır  (əvvəllər  az  maaş  alanlardan  başqa).  Nikbinliyə  əqli 
keyfiyyətlər  də  təsir  etmir.  Milli  mənsubiyyət  və  cins  də  nikbinliyə  bir  o  qədər  əhəmiyyətli  təsir 
göstərmir.  Sorğulardan    aydın  olmuşdur  ki,  qadınlar  kişilərdən  iki  dəfə  artıq  mənfi  emosiyalar 
yaşayırlar.  Lakin  nə  qədər  qəribə  olsa  da,  buna  rəğmən  qadınlar  daha  güclü  və  “xalis”    şəkildə  pozitiv 
emosiyalar  yaşayırlar(3,  s.75).  
Din.  M.Seliqman  Freyddən  sonra  əlli  il  ərzində  elmdə  dinə  qarşı  yaranan  mənfi  münasibəti 
tənqid  edərək  bunun  səhv  olduğunu  göstərir.    Din  insana  müsbət  təsir  göstərir.  Belə  ki,  dindarlar 
narkotik  işlətmir,  az  cinayət  edir,  az  boşanır,  az  intihar  edirlər.    Onlar  fiziki  cəhətdən  sağlam  olub  uzun 
ömür  yaşayırlar.  Seliqman  faktlara  söykənərək  vurğulayır  ki,  dindar  adamlar  daha  xoşbəxt  olub, 
həyatdan  razı  olurlar  (3,  səh.87).  Fikrimizcə,  dinin  insan  həyatında  rolu  elmi  araşdırmalı  və  o,  pozitiv 
psixologiyada  insanlara  gələcəyə  ümid  vermək  və həyatı  mənalı  etmək baxımından  öyrənilməlidir.   
Beləliklə,  U.Uilsonun    (15)  irəli  sürdüyü:  pul,  cavanlıq,  sağlamlıq,  təhsil  -xoşbəxtlik  göstəriciləri 
kimi  özünü  doğrultmadı.  Nigah  və din  isə əksinə.   
M.Seliqmana  görə insanın  xoşbəxtliyi  üçün  aşağıdakıların  olması  lazımdır: 
1.Dövlətli  demokratik  ölkədə  yaşamaq  (başlıca  faktordur); 
2. Ailə  sahibi  olmaq  (əsas faktordur,  ancaq  başlıca  faktor  deyil); 
3.  Mənfi  emosiyalardan  qaçmaq (orta əhəmiyyətli  faktordur); 
4.  Mümkün  qədər  çox  adamla  ünsiyyətdə  olmaq  (əhəmiyyətli  faktordur,  ancaq  əsas  faktor  deyil) 

5. Allaha  inanmaq  (Seliqmana  görə  bu,  orta əhəmiyyətli  faktordur). 
M.Seliqmana  görə xoşbəxt  olmaq  üçün  aşağıdakıların  olması  vacib  deyil: 
1. Çoxlu  pul  qazanmaq; 
2. Sağlam  olmaq  (subyektiv  qavranılan  sağlamlıq  nəzərdə  tutulur); 
 
 
3. Daha isti  iqlimi  olan  ölkəyə  köçmək  (3, s.214)  . 
 
Göründüyü  kimi  M.Seliqman    əsas  faktor  kimi  dövlətli  demokratik
  ölkədə  yaşamağı  göstərmişdir. 
Həqiqətən  də  dindar  olub-olmamasından  asılı  olmayaraq  dövlətli  demokratik  ölkədə  hər  bir  insan  özünü 
gerçəkləşdirmək  imkanına  malik  olar,  qanunlar  tərəfindən  qorunar.  Bu,  həqiqətən  başlıca  faktordur.  

- 230 - 
M.Seliqmanın  göstərdiyi  birinci  dörd  faktor    xarici  faktorlardır,  sonuncu  isə  -  Allaha  inanmaq  isə  daxili 
faktordur və Seliqmqnda sonda durmağına baxmayaraq, daxili  faktorlar içərisində  o, birinci yerdə durur.      
 
Fikrimcə,  xoşbəxt  həyat  yaşamaq  üçün  pozitiv  emosiyalar  mənbəyi  olan  pozitiv  yönəlişliyə  malik 
olmaq vacibdir: 
 
1.
Allaha inam; 
 
2. Məhəbbət; 
 
3.Yaradıcılıq. 
 
Allaha  inamdan  gələn  özünə  güvənc;  məhəbbətdən  qaynaqlanan  başqasının  halına  yanmaq,  özünü 
qurban  verə  bilmək  bacarığı;  yaradıcılıq  prosesində  “özünü  unutmaq”,  “”zamanı  saxlamaq”,  xarakter  
keyfiyyətlərini  realizasiya  etmək  –  şəxsiyyətin  bütövlükdə,  tam  inkişaf  etməsi  üçün  əvəzedilməz 
şərtlərdir.  Əslində  hər  üç  yönəlişlik  imkan  verir  ki,  insanda  olan  ən  yaxşı,  xeyirxah,  üstün    keyfiyyətlər 
gerçəkləşsin  və özünü   gerçəkləşmədən  yaşanan zövq  hissi  insana  xoşbəxtliyi  yaşadır.   
 
Beləliklə,  pozitiv  psixologiyanın    təqdim  etdiyi  xoşbəxtlik  düsturunda  həyatsevərlik  xarici 
faktorları  ehtiva  edir.  Qalan  üç  faktor  isə  ikisi  daxili  olmaqla  -  pozitiv  emosiyalar,  pozitiv  xarakter 
xüsusiyyətləri  və biri  xarici  olmaqla  – sosial  institutları  əhatə edir.  
 
Pozitiv  psixologiya  psixoloji  kapitalı  ancaq  öz  maddi    tələbatlarına    üstünlük  verən  gənclərə  
depressiyaya  düşməmək  üçün,  ruhi-mənəvi  məmnunluq,  axına  düşüb  zövq  yaşamaq  üçün  bir  silah  kimi 
tövsiyə  edir. 
Məntiqi  olaraq  belə  sual  yaranır  ki,    bütün  ömrü  boyu  pozitiv  emosiyalar  axtarışına  çıxmaq 
həqiqi  xoşbəxtliyi  verirmi?  Yox!    Axın  halı  o  vaxt  yaranır  ki,  qarşıda  duran  vəzifəni  yerinə  yetirmək 
məqsədin  böyüklüyündən,  kiçikliyindən  asılı
  olmayaraq,  bizim  şəxsi  keyfiyyətlərimizin  tətbiqini  tələb 
edir.   
 
Nəticə.   
1.
 
Öyrənilmiş  acizlik  depressiyaya  aparır. 
2.
 
Pozitiv  psixologiya  insanın  pozitiv  resurslarını  öyrənməyə  yönəlmişdir. 
3.
 
Pozitiv  resurslar  –  pozitiv  emosiyaları,  pozitiv  xarakter  xüsusiyyətlərini  və  pozitiv  sosial 
institutları  ehtiva  edir. 
4.
 
Pozitiv  psixologiya  belə hesab edir  ki,  çıxılmaz  görünən  istənilən  situasiyadan  çıxış  yolu  vardır. 
5.
 
Pozitiv  psixologiya  xoşbəxt  olmağın  yollarını  axtarır  və düsturunu  təqdim  edir. 
6.
 
Pozitiv  emosiyalar  xoş  əhval-ruhiyyə  yaratmaqda  başqa,  daha yüksək  funksiya  yerinə  yetirirlər. 
7.
 
Pozitiv  emosiyalar  insanın  fiziki,  intellektual  və sosial  imkanlarını  artırır. 
8.
 
Eksperimental  şəkildə  sübut  olunmuşdur  ki,  xoşbəxtlik  heç  də  müsbət  məqamların  sayından  
mənfi  məqamların  çıxılması  demək  deyildir. 
9.
 
Xoşbəxtlik  ən yaxşı,  üstün  xarakter keyfiyyətlərinin  nəticəsində  meydana  gəlir. 
10.
 
Pozitiv  psixologiya  belə  hesab  edir  ki,  insan  zəif  cəhətinin  düzəldilməsinə  çoxlu  güc  və  vaxt  sərf 
etməkdənsə,  öz üstün  keyfiyyətlərini  inkişaf  etdirməlidir. 
11.
 
 Əgər  on  yaşlı  uşaqlara  optimist  təfəkkür  vərdişləri  aşılayarıqsa,  onların  yeniyetməlik  dövründə 
depressiyalarını  azaltmış  olarıq. 
12.
 
 Pozitiv  emosiyalar  bir-biri  ilə  prinsipcə  fərqli  olan  iki  kateqoriyaya  aiddir:  ötəri  zövq  və  ruhi-
mənəvi  zövq. 
13.
 
 Pozitiv  psixologiya  insanın  daxili  imkanlarının,  ən  yaxşı  keyfiyyətlərinin  realizasiyası  üçün  üç 
əsas sahəni göstərir:  iş,  məhəbbət  və uşaq tərbiyəsi. 
14.
 
 Pul,  cavanlıq,  sağlamlıq  və  təhsil  -  xoşbəxtlik  göstəriciləri  kimi  özünü  doğrultmadı.  Nigah  və  din 
isə əksinə. 
15.
 
 Maddi  ləzzət  – motivasiya  üçün  çox güclü  mənbədir,  lakin  o, bizi  daxilən  dəyişdirə  bilmir. 
16.
 
 Xoşbəxtlik,  xoş,  firavan  həyat-  elə  həyatdır  ki,  mənəvi-ruhi  məmnunluq  və  həqiqi  xoşbəxtliyə 
çatmaq  məqsədilə  insan  həyatın  üç  sahəsində  -  işdə,  məhəbbətdə  və  uşaqların  tərbiyəsində  öz  şəxsi 
keyfiyyətlərindən   tam istifadə  edir. 
17.
 
 Xoşbəxt  həyat  şəxsi  keyfiyyətlərin  uğurlu  gerçəlkəşdirilməsi,  yüksək  mənəvi  zövqdür.  Lakin 
mənalı  həyat  daha  bir  şərt  irəli  sürür:  Bizim  keyfiyyətlərimiz  öz  şəxsiyyətimizdən  başqa  daha 
yüksək,  daha böyük  amala  xidmət  etməlidir. 
18.
 
 Bizcə,  xoşbəxt  həyat  yaşamaq  üçün  insan  pozitiv  emosiyalar  mənbəyi  olan:  Allaha  inam

məhəbbət  və yaradıcılıq  kimi  pozitiv  həyat  yönəlişliyinə  malik  olmalıdır. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin