TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə6/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   2   3   4   5   6   7   8   9   ...   141
DƏRSLİK

*
 
Qıcıqlara cavab reaksiyası olmayan (huşunu itirmiş) 
zərərçəkənin sağ olduğunu təsdiq edən əlamətlər 
(böyüklərdə və 
uşaqlarda yuxu və ya bud, körpələrdə isə bazu arteriyasında aydın hiss olunan nəbz, normal adekvat tənəffüs, öskürək 
və ya hər hansı bir hərəkət) müşahidə olunursa deməli o, sağdır və yalnız huşunu itirib. Belə olan halda ilk yardıma 
ehtiyac yoxdursa, zərərçəkən aşkar olunduğu vəziyyətdə qalmalı və ya ona “bərpa vəziyyə- ti” (“Recovery position”) 
verilməlidir. Təcili tibbi yardım xidmətini aktivləşdirdikdən (tel.: 112; 103) sonra zərərçəkənin yanında qalıb onun vəziyyə- 
tini tez-tez 
qiymətləndirin. 
*
 
Qıcıqlara cavab reaksiyası olmayan (huşunu itirmiş) zərərçəkənin 
sağ olduğunu təsdiq edən əlamətlər 
(aydın hiss 
olunan nəbz, normal tənəffüs, öskürək və ya hər hansı bir hərəkət) yoxdur və o, nəfəs almır, qeyri-normal nəfəs alır (o 
cümlədən aqonal tənəffüs), yalnız boğulur, təngnəfəs olur – bu, ürəyin dayanmasından və ya dayanma təhlükəsindən 
xəbər verir. Ürək dayanması təyin edilən kimi 10 saniyə ərzində döş qəfəsinin sıxılması (kompressiyası) başlanmalıdır – 

Sağ qalma zəncirinin
” (Chain of Survival) ardıcıllığını əsas tutaraq DRCABD alqoritmini həyata keçirin. 
*
 
Qıcıqlara cavab reaksiyası olmayan (huşunu itirmiş) zərərçəkənin sağ olduğunu və ya klinik ölümü təsdiq edən 
əlamətlər yoxdursa, deməli geri dönməsi mümkün olmayan bioloji ölüm baş verib. Belə halda 102 və ya 112 telefon 
nömrələrinə zəng edin. 

Huşu aydın olan zərərçəkən qıcıqlara (səsə və silkələməyə) cavab verir. Onun 
şikayətlərini öyrənib, imkan daxilində ilk yardım göstərdikdən sonra təcili tibbi yardım 
xidmətinə (tel.: 103) və ya Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik 
reaksiya idarəsinə (tel.: 112 qaynar xətt) zəng edin (zənglər pulsuzdur). 
Baş və boyun nahiyəsindən travma almış zərərçəkəni tərpətmək və silkələmək olmaz, 
çünki bu kimi hərəkətlər onurğa beyininin zədələnməsinin ağırlaşmasına səbəb ola bilər. 
Travma almış zərərçəkən təhlükəsiz ərazidən başqa yerə köçürül- məməlidir. 
Ümumiyyətlə, zərərçəkən nəfəs alırsa, qanaxması dayandırılıbsa və başqa tibbi 
Reaksiyanı yoxlayın və 
tənəffüsə nəzarət edin 
yardıma ehtiyac yoxdursa o, təcili tibbi yardım briqadası gələnədək tərpədilməməlidir. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin