TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə8/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   4   5   6   7   8   9   10   11   ...   141
DƏRSLİK

2.
 
Tənəffüsün normal və ya qeyri-normal olduğunu müəyyən edin 
Zərərçəkənin çiyinlərindən silkələyib, “Sizə nə olub?” – soruşmaqla eyni zamanda tənəffüsünün normal/qey- ri-normal 
olduğuna görə dəyərləndirin: zərərçəkən nəfəs almır; normal nəfəs almır; yalnız boğulur və ya aqonal tənəffüsdür. 
Bəzi hallarda zərərcəkəndə aqonal tənəffüs müşahidə olunur. Aqonal (can vermə) tənəffüs normal tənəffüs sayılmır. 
Aqonal tənəffüs reflektor olaraq havanın acgözlüklə udulması – ürəyin qəfləti dayanmasından dərhal sonra baş verir. Aqonal 
tənəffüsdə ağız açıq qalır, boyun və döş əzələləri tənəffüsdə iştirak edir. Zərərçəkən sürəkli “hava udmağa” çalışır, tənəffüs 
xırıltılı və fasilələrlə müşayiət olunur. 
Aqonal tənəffüs, qıcıqlara cavab verməyən zərərçəkəndə ürək dayanmasının əlamətidir və belə halda döş qəfəsinin 
kompressiyası əsas götürülərək, ÜAR-ı başlayın. 
3.
 
Nəbzin olub-olmadığını müəyyən edin 
Diqqət! 
Qıcıqlara cavab reaksiyasını, tənəffüsü və nəbzi eyni zamanda – 10 saniyə ərzində qiymətləndirin. 
Qıcıqlara cavab reaksiyası verməyən zərərçəkənin tənəffüsündə hansısa bir problem olarsa, vaxt itirmədən onun nəbzini 
yoxlayın. 
Nəbz böyüklərdə və uşaqlarda yuxu və ya bud (körpələrdə bazu) arteriyasında 5–10 saniyə ərzində təyin edilmirsə, döş 
qəfəsinin kompressiyası (ürəyin qapalı masajı) əsas götürülərək, ürək-ağciyər reanimasiyasına başlayın. 
4.
 
Yardım göstərmək üçün zərərçəkənə münasib vəziyyət verin 
Onurğada, xüsusilə də boyun nahiyəsində travmaya şübhə olduqda, zərərçəkəni yerindən tərpətməyin. Yalnız 
zəruri hallarda, təcili tibbi yardım briqadası gələnə qədər zərərçəkən başqa yerə köçürülə bilər. ÜAR aparıldıqda 
isə baş, boyun və bədən bir xətt boyu saxlanılmalıdır. 

Qıcıqlara cavab verməyən (huşunu itirmiş) zərərçəkən klinik ölüm vəziyyətində olduqda, onu arxası üstə çevirib kürəyi 
bərk və hamar müstəvi səth üzərinə (stol, döşəmə, torpaq və s.) uzatmaq lazımdır. 

Qıcıqlara cavab verməyən (huşunu itirmiş) zərərçəkən sağ olduqda, ona “bərpa vəziyyəti” (“Recovery position”) 
verilməlidir. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin