TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə9/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   5   6   7   8   9   10   11   12   ...   141
DƏRSLİK

*
 
“Bərpa vəziyyəti” (“Recovery position”). 
Zərərçəkən adekvat (tam uyğun) nəfəs alırsa və onurğanın, budun və ya çanağın zədələnməsi yoxdursa, ona sol və ya 
sağ tərəfi üstdə “bərpa vəziyyəti” verilməlidir: 

zərərçəkənin sol tərəfində olduqda, onun sol əlini başının üstünə qaldırıb sağ ayağını sol ayağı üstə qoyun; 
-
zərərçəkənin başını saxlayaraq bir əlinizlə sağ çiynindən, digər əli- nizlə 
sağ dizaltı nahiyədən tutun; 
-
zərərçəkəni özünüzə doğru sol tərəfi üstə çevirin; 
-
zərərçəkənin sağ əlinin arxa hissəsini onun üzünün altına qoyun; 
-
zərərçəkəni çevirərkən baş, boyun və bədəni bir xətt boyu saxlayıb, onları 
bir istiqamətdə hərəkət etdirin. 
-
boyunun və belin burulmasına yol verməyin və başı gövdənin orta 
xətti ilə bir saxlayın. 
Zərərçəkənə “bərpa vəziyyəti” verdikdən sonra tənəffüs yollarının keçiriciliyini təkrarən yoxlayın. Tənəffüs yoxdursa
zərərçəkənin başının vəziyyətini dəyişin (bir az arxaya və ya qabağa) və tənəffüs yollarının keçiriciliyini bir də yoxlayın. 
Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin. 
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər 
hərəkətə keçin. 
5.
 
Yardım göstərmək üçün münasib vəziyyət seçin 
Xilasedici yardım göstərmək üçün özünə münasib vəziyyət seçməlidir. 
Xilasedici üçün münasib vəziyyət, mümkündürsə, zərərçəkənin çiyin səviyyəsində, zərərçəkən yerdədirsə dizi üstdə 
dayanmasıdır. Bu vəziyyətdə bir xilasedici döş qəfəsinin kompressiyasından ağciyərlərin süni ventilya- siyasına keçərkən 
minimum hərəkət edir və defibrilyatorun istifadəsini asanlaşdırır. İkinci xilasedici olduqda o, süni tənəffüs vermək üçün birinci ilə 
üzbəüz (dizi üstə) durmalı və ya özüdüzələn kisə (Ambu kisəsi) olduqda zərərçəkənin baş tərəfində durmalıdır. Üçüncü 
xilasedici də digər iki xilasedicinin mövqeyinə uyğun yer tutur. 




Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin