TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə5/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   2   3   4   5   6   7   8   9   ...   141
DƏRSLİK

B.
 
QICIQLARA CAVAB 
REAKSİYASI 
Həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilmə ardıcıllığında ikinci “R” mərhələsi 
– Responsiveness – Reaksiya (qıcıqlara cavab reaksiyası). 
DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və 
təhlükəni aradan qaldırmaq. Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan 
qaldırın → növbəti addıma keçin. 
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər 
hərəkətə keçin. 



Bu mərhələdə xilasedici tərəfindən aşağıdakı tədbirlər görülməlidir: 
» 
huşun olub-olmamasını (qıcıqlara cavab reaksiyasını) yoxlamaq; 
» 
zərərçəkən huşunu itiribsə (qıcıqlara cavab vermir), ilk növbədə kömək çağırıb təcili tibbi yardım xidmətini aktivləşdirmək 
və defibrilyatoru əldə etmək; 
» 
tənəffüsün normal və ya qeyri-normal olduğunu müəyyən etmək; 
» 
yuxu və ya bud arteriyasında nəbzin olub-olmadığını müəyyən etmək; 
» 
yardım göstərmək üçün zərərçəkənə münasib vəziyyət vermək; 
» 
yardım göstərərkən özü üçün münasib vəziyyət seçmək. 
Qıcıqlara cavab reaksiyasını yoxlamaqla huşun olub-olmadığını müəyyən edin 
Qıcıqlara cavab reaksiyası, zərərçəkənin huşunun olub-olmadığını göstərir. Qıcıqlara cavab reaksiyası iki üsulla 
müəyyən edilir. Verbal (şifahi) – soruşmaqla və taktil – toxunmaqla. 
Uzanıqlı və ya oturaq vəziyyətdə olan zərərçəkənin huşunun özündə olub-olmadığını yoxlamaq üçün əvvəl yüksək səslə 
soruşun: “Sizə nə olub?”. Cavab olmadıqda isə çiyinlərindən ehtiyatla silkələməklə onun cavab reak- siyasını yoxlayın. 
Zərərçəkəndən yüksək səslə “Sizə nə olub?” 
– 
soruşub, ehtiyatla çiyinlərindən silkələməklə eyni zamanda tənəffüsün 
və nəbzin olub-olmadığı müəyyən edilməlidir. 
Zərərçəkənin qıcıqlara cavab reaksiyası olmadıqda o, HUŞUNU İTİRMİŞ və ya ÖLMÜŞ hesab olunur. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin