TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə3/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   2   3   4   5   6   7   8   9   ...   141
DƏRSLİK

Diqqət! 
Ağırlıq qaldırarkən onurğa düz olmalı, güc ayaqlara düşməli, yükün ağırlığı gövdəyə yaxın olmalı, yüklə dönmə hərəkəti 
isə ayaqlar vasitəsilə həyata keçirilməlidir. 
*
 
Yol-
nəqliyyat hadisəsinin baş verdiyi ərazinin təhlükəsizliyi 
Yol-
nəqliyyat hadisələri xilasedicilərin həyatı üçün bir çox təhlükələr yarada bilər: yanğın, təhlükəli materi- alların və 
yanacaq çəninin partlaması, elektrik cərəyanı təhlükəsi, nəqliyyat vasitələrinin intensiv hərəkəti və s. Belə hallarda ilk yardım 
göstərilməsi üçün hadisə yerinə daxil olmazdan əvvəl hadisə yerinə yol-nəqliyyat hadisə- lərinin nəticələrini aradan qaldırmaq 
üçün xüsusi 
hazırlıq keçmiş müvafiq orqan əməkdaşları dəvət olunmalıdırlar. 
*
 
Bioloji substansiyalardan və yoluxucu xəstəliklərdən qorunmaq 
Zərərçəkənin bütün ifrazatları (selik, qusuntu, sidik, nəcis, qan və s.) infeksiya mənbəyi kimi qiymətləndiril- məli və onlarla 
təmasın qarşısı alınmalıdır. Xilasedici özünü yoluxucu xəstəliklərdən qorumalı, bunun üçün qoru- yucu vasitələrdən
geyimlərdən, birdəfəlik maskadan və əlcəkdən istifadə etməlidir. 
CAB (Canlandırma, Açıq tənəffüs yolları, Birbaşa nəfəs vermək) reanimasiyası zamanı xilasedicinin infeksi- yalara 
yoluxma ehtimalı mümkündür, lakin bu risk çox azdır. Hadisələrin 80%-i ev şəraitində, yaxın qohum və ailə üzvləri arasında, ən 
çox da kiçik yaşlı uşaqlarda rast gəlinir. Ailə üzvləri öz yaxınlarına ağızdan-ağıza süni tənəffüs verib, həyata qaytarmağı 
xəstəliyə yoluxmaqdan üstün tuturlar. 
“Ağızdan-ağıza” süni tənəffüs üsulu effektli və təhlükəsiz olub, bir çox insanın həyatını xilas etmişdir. Onil- liklərlə 
aparılan təcrübələr bu metodun həm zərərçəkənlər, həm də xilasedicilər üçün təhlükəsiz olduğunu sübut etmişdir. Zərərçəkən 
reaksiya vermirsə və ya onda tənəffüsün dayanması müşahidə olunursa, təcili həyata keçirilən “ağızdan-ağıza” süni tənəffüs 
zərərçəkənin həyatını xilas edə bilər. 
Xilasedicinin zərərçəkənlə kontaktı (təması) qısa müddətli olduğu üçün, “ağızdan-ağıza” süni tənəffüs zamanı 
infeksiyanın ötürülmə riski olduqca azdır. Buna baxmayaraq ağciyərlərin süni ventilyasiyasını (ASV) apararkən qoruyucu 
vasitələrdən və ya xüsusi maskalardan istifadə etmək məqsədəuyğundur. Digər tərəfdən, süni tənəffüsün ləngidilməsi 
yolverilməzdir. Belə hallarda xilasedicinin necə hərəkət edəcəyi onun özündən asılıdır. 
DRCABD-
ı həyata keçirərkən qoruyucu sədd vasitələrdən və ya birtərəfli qapaqlı (klapan) olan maskadan istifadə 
edilməsi tövsiyə edilir. İki qoruyucu vasitə qrupu mövcuddur: maskalar və üz üçün qoruyucu örtüklər. Zərərçəkənin nəfəsi ilə 
təmasda olmamaq üçün maskaların böyük əksəriyyəti birtərəfli qapaqla (klapanla) təchiz edilmişdir. 
Xəstəliklərdən qorunmaq üçün gigiyena qaydalarına əməl etmək lazımdır (əlləri sabunla yumaq, təmizliyə riayət etmək, 
vaxtlı-vaxtında çimmək, dezinfeksiyaedici məhlullardan geniş istifadə etmək, istifadədə olan tibbi avadanlığı təmiz saxlamaq və 
s.). 



Mikrobların yayılmaması üçün ilk yardım göstərməzdən əvvəl və sonra əllərinizi yuyun. Əlləri azı 20 saniyə axar su 
altında sabunla yuyub yaxalayın. Əllərin təkrarən çirklənməməsi üçün əllərinizi təmiz dəsmal, salfetlə, quruducu cihazla və s. 
qurutduqdan sonra kranı kağız salfetlə bağlayın. Sabun olmadıqda əvəzinə müxtəlif dezin- feksiyaedici məhlullardan istifadə 
edin. 
Xilasedici ilk yardım göstərərkən xalat, əlcək, gözlük (eynək) və maskadan istifadə etməlidir. Əllərinizdə sıyrıntı, çat və ya 
kəsik olarsa mütləq əlcək geyinin. Əlcək olmadıqda sukeçirməyən material (polietilen paket) geydikdən sonra zərərçəkənə 
yardım göstərin. Qoruyucu vasitə olmadıqda yaranı sarıdıqdan sonra əllərinizi təmiz yuyun. Doğuş zamanı və ya çoxlu ifrazat 
olduqda (qan, nəcis, qusuntu və s.) xalatdən istifadə etmək məsləhətdir. Üz maskası isə həmişə lazım olan qoruyucu vasitədir. 
*
 
Aseptika və antiseptika 
Antiseptika 
– yaraya düşmüş mikrobların müxtəlif üsullarla məhv edilməsidir. 
Aseptika 
– yaraya mikrobların düşməsinin qarşısını almaq üçün görülən profilaktik tədbirlər sistemidir. 
Yaraların mikrobla çirklənməsinin qarşısının alınmasında antiseptika və aseptikanın əhəmiyyəti böyükdür. 
İlk yardım mərhələsində yaraya mikrobların düşməsinin qarşısını almaq üçün yara ilə təmasda olan bütün vasitələrin 
təmiz olması vacibdir. Sarğı materialının yara ilə təmasda olan hissəsinə əl və digər vasitələrlə toxunma- yın. İmkan olduqda 
steril əlcəkdən istifadə edin və əllərinizi təmiz yuyun. Maska olmadıqda yardım göstərərkən, ağızdan yaraya mikrobların 
düşməməsi üçün yaranın üzərinə danışmayın, öskürüb-asqırmayın. 
Zərərçəkənə yardım göstərdikdən sonra istifadə olunmuş ləvazımatlar – əlcəklər də daxil olmaqla, polietilen paketlərə və 
ya tullantılar üçün nəzərdə tutulmuş xüsusi konteynerlərə atılmalıdır. Hadisə yerində tapılan odlu silah, kəsici-deşici alət və 
vasitələri hüquq-mühafizə orqanının nümayəndəsi gələnə qədər olduğu kimi saxlayın. 
*
 
Geyim ləvazimatlarının soyunma qaydaları 
Əlcəklər bilək nahiyəsindən tutulub tərs üzünə çevirməklə çıxarılır. Əlcəyi manjet tərəfindən tutub çıxarın və əlcəkli 
əlinizdə saxlayın. Əlcəksiz əlinizin iki barmağını əlcəkli əlinizin manjetinin içərisinə yerləşdirin. Birinci əlcək ikinci əlcəyin 
içərisində qalmaq şərti ilə onu əlinizdən çıxarın. İşlənmiş əlcəkləri xüsusi konteynerə (bioloji təhlükəli tullantılar qutusu) qoyun. 
Konteyner olmadıqda, bioloji təhlükəli tullantılar üçün ayrılmış yerə qablaşdı- rın. 
Maska və xalat mədə, qan və s. möhtəviyyatla bulaşdıqda eyni qayda tətbiq olunur (tərs üzünə çevirməklə soyunmaq 
lazımdır). Xilasedicilərin bəzi xəstəliklərə (tetanus, hepatit-B, vərəm və s.) qarşı peyvənd olunması məsləhət görülür. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin