Termodinamikanin mövzusu



Yüklə 1,83 Mb.
səhifə2/28
tarix25.04.2023
ölçüsü1,83 Mb.
#102079
1   2   3   4   5   6   7   8   9   ...   28
ıstılık

Hal parametrləri

Biz qeyd etdik ki, müxtəlif maşınlarda işçi cisim adlanan maddələrdən istifadə olunur və bu cisimlərin müxtəlif fiziki şəraitində xassələrini öyrənmək lazımdır. Təcrübələr göstərir ki, cismin fiziki halını bir neçə parametrlərin verilməsilə tam təyin etmək olar. Cismin fiziki halını birqiymətli təyin edən parametrlərə hal parametrləri deyilir. Bu parametrlər qaz və mayelər üçün aşağıdakılar ola bilərlər:



  1. P – mütləq təzyiq

  2. T – mütləq temperatur

  3. V – xüsusi həcm

  4. i – entalpiya

  5. S – entropiya

  6. U – daxili enerji və s.

İdeal qazın fiziki halını (qravitasiya və magnit sahələri olmadıqda) birinci 3 parametrin (P, T, V) verilməsi ilə tam təyin etmək olur və onlara əsas hal parametrləri də deyilir.
Xüsusi həcm – vahid kütlənin həcminə xüsusi həcm deyilir:

V – mütləq həcm;
m – kütlə;
 – xüsusi həcm.
Verilmiş şəraitdə yalnız  – hal parametridir.
Bilirik ki,
; =1
və ya
Mütləq təzyiq – qazın yerləşdiyi qabın divarlarina olan təsir qüvvəsinin perpendikulyar toplananının səthinin sahəsinə olan nisbətinə qazın təzyiqi deyilir.
P ; 1 bar=105
Təzyiqi ölçmək üçün müxtəlif cihazlardan, bəzən isə maye sütunlarından istifadə edilir. Fərz edək ki, hər hansı bir qabda təzyiqi P olan qaz var (P>P0). Onu U-şəkilli manometrə birləşdirək və P-ni təyin edək. F – borunun en kəsiyinin sahəsidir.
PF=P0F+Fh (1)
(2)
Fərz edək ki,
P–P0= 1 bar
fərz edək ki, o maye civədir:
=13595
Onda (2) - dən
mm.Hg.st.
Əgər maye su olarsa, yəni =1000
m.
Deməli, 1 bar civəni 750 mm, suyu 10 mm yuxarı qaldırır.
Atmosfer təzyiqini barometrlə, atmosfer təzyiqindən böyük təzyiqi manometrlə (manometrlə ölçülən təzyiqə izafi təzyiq deyilir), boşluğu vakkummetrlə ölçürlər.
Biz qeyd etdik ki, yalnız mütləq təzyiq hal parametridir, yəni mütləq sıfırdan – mütləq vakkumdan hesablanan təzyiq hal parametridir.
Mütləq təzyiqi hesablamaq üçün 2 hal ola bilər:


I. P>Pb


Pmüt= Pb + Piz

II. P>Pb


Pmüt= Pb – Pvak
Mütləq temperatur – T(k) cisimlərin qızma dərəcəsini göstərir və xaotik hərəkət edən qaz molekullarının irəliləmə hərəkətinin kinetik enerjisinin intensivliyinin orta qiymətinə bərabərdir.
Temperaturu ölçmək üçün müxtəlif cisimlərin xassələrinin temperaturdan asılı olararq dəyişməsindən istifadə olunur.
Mayeli termometrlər mövcuddur. Ən çox istifadə olunan və ən yaxşı termometr platinli termometrdir. Çox yürsək temperaturları ölçmək üçün cisimlərin şüalanma qabiliyyətindən istifadə olunur.

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin