Sual 1: Mexaniki hesablayici qurğular


Hesablama və məntiqi imkanları Aparat vasitələri Proqram vasitələri



Yüklə 219,47 Kb.
səhifə5/9
tarix31.10.2022
ölçüsü219,47 Kb.
#66897
1   2   3   4   5   6   7   8   9
suallar

Hesablama və məntiqi imkanları Aparat vasitələri Proqram vasitələri
Əmrlər sistemi Kompüterin strukturu Əməliyyat sistemi
Verilənlərin formatları Yaddaşın təşkili Proqramlaşdırma dilləri

İdarəetmə prinsipləri
İşləmə sürəti Giriş-çıxışın təşkili Tətbiqi proqram təminatı
Neyman arxitekturalı hər bir kompüter iki hissədən mərkəzi hissədən və periferiya (xarici) hissəsindən ibarət olur. Mərkəzi hissə hesab-məntiq qurğusundan (HMQ), idarəetmə qurğusundan (IQ) və daxili yaddaş qurğusundan (DYQ) ibarətdir. Müasir kompüterlərdə HMQ və İQ prosessor adlanan qurğuda birləşdirilir. Periferiya hissəsinə xarici yaddaş qurğuları (XYQ), daxiletma-xaricetmə qurğuları (DXQ), idarə pultu daxildir. Köhnə kompüterlərdə (I və II nəsil) mərkəzi hissə ilə periferiya hissəsi sərt (dəyişdirilə bilməyən) sxemlərlə əlaqələndirilirdi. Bu isə periferiya qurğularının tərkibini və sayını istifadəçilərin tələblərinə uyğun quraşdırmağa imkan vermirdi. Müasir kompüterlərdə mərkəzi hissə ilə periferiya hissəsi sistem interfeysi adlanan aparat-proqram vasitəsilə əlaqələndirilir. Bu isə periferiya qurğularının sayını və tərkibini dəyişdirməyə imkan verir. 

Mikroprosessor kompüterin “beyni" olub, kompüterdəki bütün hesablayıcı və məntiqi əməliyyatları həyata keçirir və kompüterin işini idarə edir. Kompüterin işləmə sürəti də sırf prosessorun sürəti ilə xarakterizə edilir. Kompüterdə hal-hazırda icra edilən proqramlar və bu proqramlar vasitəsilə emal edilmiş verilənlər kompüterin yaddaş qurğularında saxlanılır. Onlar yaddaşa daxiletmə qurğuları vasitəsilə daxil edilir. Yaddaşın tutumu baytlarla ölçülür (kilobayt, meqabayt, giqabayt, terabayt). Kompüterin yaddaşı mürəkkəb quruluşa malik olub, iyerarxik prinsipla qurulur və müxtəlif tipli yaddaş qurğularından istifadə olunur. Funksional baxımdan yaddaş iki hissəyə bölünür, daxili və xarici.
Daxili və ya asas yaddaş prosessorla bilavasitə əlaqədə olub, icra olunan proqramların və emal olunan verilənlərin saxlanması üçündür. Daxili yaddaşın işləmə (yaddaşa müraciət) sürəti yüksək. tutumu nisbətən kiçik olur. Daxili yaddaş iki hissədən ibarət olur: Əməli yaddaş (operativ yaddaş, ƏY) və Daimi yaddaş (DY).

Yüklə 219,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin