Sual 1: Mexaniki hesablayici qurğular



Yüklə 219,47 Kb.
səhifə6/9
tarix31.10.2022
ölçüsü219,47 Kb.
#66897
1   2   3   4   5   6   7   8   9
suallar

Əməli yaddaş (RAM - Random Access Memory, operativ yaddaş, müvəqqəti yaddaş) emal olunan proqram və verilənlərin müvəqqəti saxlanılması üçün istifadə edilir. Əməli yaddaş DYQ-nin əsasını təşkil edir, informasiyanın qəbul edilməsi, saxlanması və ötürülməsi üçün istifadə olunur. O, adətən enerjidən asılı olur, yəni kompüter şəbəkədən ayrıldıqda ƏY-dakı informasiya silinir.
Əməli yaddaşa nisbətən tutumu xeyli kiçik olan daimi yaddaş (ROM- Read Only Memory) informasivanın saxlanması ücün istifadə olunmur, yəni istifadəçilər tərəfindən oraya informasiya yazılması mümkün deyil. Informasiya oraya kompüterin istehsalı zamanı yazılır və adi istifadəçilər tərəfindən dəyişdirilə bilməz. Daimi yaddaşda kompüterin işi üçün vacib olan proqramlar (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.) və verilənlər (kompüterin parametrləri haqqında olan informasiya) saxlamlır. Daimi yaddaş mikrosxemində kompüterin əməliyyat hissəsinin bir bölməsi - daxiletmə və xaricetmənin baza sistemi (BIOS) saxlanılır. Daimi yaddaş enerjidən asılı deyil, yəni kompüter elektrik enerjisinden ayrıldıqda belə oradakı informasiya saxlanır.
Xarici yaddaş kompüterin periferiva hissəsinə daxil olub, emal olunan proqram və verilənlərin uzun müddət saxlanması üçün istifadə olunur. Bu yaddaş enerjidən asılı olmayan daşıyıcılarda (maqnit diskində, maqnit lentində, fləş kartında, optik diskdə və s.) qurulur. İşləmə prinsipinə görə xarici yaddaş iki cür olur: birbaşa müraciətli (sərt disk, fləs-kart, optik disk və s.) və ardıcıl müraciətli (maqnit lenti). Birbaşa müraciətli XYQ nisbətən böyük işləmə sürətinə malik olduğundan, müasir kompüterlərdə daha çox istifadə olunur)Ardıcıl müraciətli XYQ əsasən informasiyanın ehtiyat üçün saxlanması məqsədilə istifadə olunur (strimer).
Daxiletma-xaricetma qurğuları informasiyanın kompüterə daxil edilməsi və kompüterdən xaric edilməsi, həmçinin istifadəçi ilə kompüter arasında dialoqun təşkili üçün istifadə olunur. Daxiletmə xaricetmə prosesləri daxili yaddaşdan istifadə edilməklə aparılır. Müasir kompüterlərdə bu qurğulara klaviatura, maus tipli manipulyator, horf-rəqəm və qrafik çap edən qurğu (printer), displey (monitor), grafikçəkən qurğu (plotter), skaner və s. aiddir.
İdarə pultu ölçüləri çox böyük olan kompüterlə iş zamanı proqramçı və ya operator tərəfindən kompüterin idarə edilməsi üçün istifadə olunurdu. Hal-hazırda onu daha müasir qurğular əvəz etmişdir.

Yüklə 219,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin