Sual 1: Mexaniki hesablayici qurğular



Yüklə 219,47 Kb.
səhifə8/9
tarix31.10.2022
ölçüsü219,47 Kb.
#66897
1   2   3   4   5   6   7   8   9
suallar

Sintaksis hansı simvollardan fərqi yoxdur o simvolların sayını, kodlaşdırma qaydasını, onun siniflərə bölünməsini, ölçü vahidlərinin müəyyən edilməsini bu kimi xarakteristikaları özündə əks etdirir.
Semantika proqramlaşdırmada, eləcə də təbii dildə: sözlər, yaxud simvollar ilə onların təyin olunmuş mənaları arasında əlaqə. Dəqiq və adətən məhdud mənaları olan sözlərə əsaslanan proqramlaşdırma dilləri müəyyən semantik qaydalardan asılı olur. Beləliklə, proqramda deyim düzgün tərtib olunmuşsa, ancaq onun mənası yoxdursa, semantik yanlışlıq yaranır. Semantik yanlışlıqlar proqramın düzgün işləməməsinə səbəb olsalar da, yanlışlıqlara nəzərət altproqramları çox zaman onlar haqqında məlumat vermir. Konseptual səviyyədə semantika süni intellektin tədqiqat sahələrindən biridir. Məsələn, insanlar arasındakı münasibətlər kimi, obyektlər, ideyalar, yaxud situasiyalar arasındakı qarşılıqlı əlaqələr də semantik şəbəkələr vasitəsilə göstərilir.
Praqmantika ixtiyari informasiya məhsulunun qiymətini müyyən edir.


Sual 8: İnformatikanın strukturu və inkişaf tarixi.

Artıq 20 ildən çoxdur ki, "Informatika" bir elm sahəsi kimi formalaşmışdır. İnformatika (ingiliscə Informatics) termini informasiya və avtomatika sözlərindən yaranmışdır. Bu termini ilk dəfə fransızlar (1960 il) avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. Xaricdə "Informatika" termini "Kompüter elmi" (Computer science) termini ilə uyğunlaşdırılır, yəni bu iki termin sinonim kimi işlədilir. Hazırda "Informatika" informasiya proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması və emalı) kompüter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır. Informasiya (latınca informatio) öyrənilən obyektlər və hadisələr haqqında əldə edilən bilikləri göstərir. Həmin biliklər müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. Informasiya nəzəriyyəsində informasiyanın kəmiyyət (miqdar) baxımından təyinində da bu yanaşma əsas götürülmüşdür.


Əgər obyekt və ya hadisə haqqında alınan bilik təkrarlanırsa, o, informasiya hesab olunmur, yəni o, informasiya daşımır. "Fakt" sözü "məlumat" və "xəbər" sözləri ilə eyni mənalıdır. Beləliklə, fakt (məlumat, xəbər) hər hansı obyekt və ya hadisənin xassələrini təyin edir. Deyilənlərdən belə nəticə çıxarıla bilər ki, bütün hallarda informasiya faktdır, fakt isə informasiya olmaya bilər (əgər o təkrarlanırsa və ya tədqiqatçı üçün əhəmiyyət kəsb etmirsə).


Informatikada fakt, məlumat, xəbər terminləri çox vaxt "verilənlər" sözü ilə ifadə olunur. "Verilənlər" (ingiliscə data) texniki vasitələrlə (məsələn, kompüterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) malumatdır: "Verilən" termini latınca "datum" (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bazan qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifada edə bilər. Odur ki, verilənlər dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür. Verilənlər ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin olunurlar.


Verilənin adı onun mənasını (semantikasını) ifadə edir, məsələn, çəki, ölçü, rəng və s. Verilənin qiyməti isə əslində verilənin özünü xarakterizə edir, çünki faktları bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi verilənlərin adları ilə qiymətlərinin birlikda tasvirina imkan verir. Məsələn, "temperatur+30 dərəcədir" ifadəsində "+30" verilənin qiyməti, "temperatur dərəcə ilə" verilənin adıdır. Verilənlərin tip xarakteristikasından əsasən proqramlaşdırmada istifadə olunur. Tipinə görə verilənləri 4 qrupa ayırırlar. hesabi (və ya rəqəm tipli), mətn (və ya simvol tipli), məntiqi və göstəriçi tipli verilənlər. Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur (məsələn, "boyu 174 sm"). Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (məsələn, "qırmızı rəngli"). Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə («yalan», «doğru») ifadə olunur (məsələn, "ikinin tək ədəd olması yalandır"). Göstərici tipli verilənlərdən isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur. Qeyd edək ki, proqramlaşdırmada verilənlər həmçinin say sisteminə, təsvir formasına, uzunluğuna görə də xarakterizə edilir.
Qısa izahatdan göründüyü kimi, "informasiya", "fakt" ("məlumat", "xəbər") və "verilənlər" anlayışları bir-birinə çox oxşar olsa da, onlar arasında müəyyən fərqlər var. Buna baxmayaraq, informatikada bu anlayışlar eyni məna kəsb edirlər, yəni bu terminlər sinonim kimi qəbul olunur. Bunun əsas səbəbi ondan ibarətdir ki, kompüterdə saxlanan, emal olunan və istifadəçiyə çatdırılan verilənlərin (faktların) informasiya daşıyıb daşımaması məsələsi istifadəçiyə aiddir. Beləliklə, informatikada an çox işlədilən "informasiya" və "verilənlər" sözləri qarşılıqlı avaz olunan anlayışlardır. Minimal informasiya vahidi kimi bit (ingiliscə Blnary digiT sözündən) qəbul edilmişdir. Bit çox kiçik vahid olduğundan, kompüter texnikasında əsas informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə olunur. Bir çox hallarda bayt da kifayət etmir. Belə hallarda kilobayt (Kb), meqabayt (Mb), qiqabayt (Qb) va terabayt (Tb) işlədilir. Bu ölçü vahidlərindən ən çox kompüter yaddaşının tutumunu göstərmək üçün istifadə olunur.


Sual 9: İqtisadi informatikanin strukturu.

Bu bizim bildiyimiz ümumi informatikadan fərqli olaraq iqdisadi informatika iqtisadi informasiyanın toplanmasına, onun emal olunmasına, lazımi istifadəçiyə çatdırılmasına xidmət edir. Ümumi informatikanın tərkib hissəsinə daxildir:



  • informasiya sistemi,

  • informasiya sisteminin iqtisadiyyatı,

  • məktəblər.

İnformasiya sisteminin tərkibinə aiddir:



  • informasiya texnologiyaları

  • informasiya sistemlərinin inkişaf etdirilməsi

  • proqram əlavələri.

Texniki sistemi idarə etmək üçün proqram lazımdır və proqram olmasa o mənasız bir şeyə çevrilər. İnformasiya sisteminin iqtisadiyyatı iqtisadi cəhətdən təklif etdiyimiz ixtiyari informasiya nə dərəcədə səmərəli olub-olmadığını aydınlaşdırır. Gündən günə yeni texnologiyalar, yeni proqramlar, yeni yanaşmalar meydana gəlir. Biz bu biliklərə harada yiyələnə bilərik? Biz bunları orta məktəblərdə, texnikomlarda, liseylərdə, ixtisaslaşmış peşə məktəblərində, ali məktəblərdə, ixtisas dəyişmələrdə bu biliklərə yiyələnə bilərik.
İqtisadi informatika informasiya sistemləri haqqında, informasiya sistemlərinin iqtisadiyyatı və proqram əlavələri haqqında olan bir elm sahəsidir.


Sual 10,18: Sistem və informasiya sistemi.İnformasiya sistemində gedən prosseslər və onun xassələri.
Sistem sözünün mənası bölünməz bir hissəcik deməkdir. Sistem dedikdə nə başa düşülür? Müəyyən məsələyə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş elementlər çoxluğu başa düşülür.
Kompüter müəyyən bir sistem kimi özündə nələri birləşdirir? Burada mexaniki qurğuda var, elektromexaniki qurğu da var bunlar informasiyanı emal etmək üçün müəyyən qanunauyğunluqlarla bir-birilə birləşir. Məsəln komoüter şəbəkələri burada kabellər var aralıq qurğular var yəni şəbəkə resurslarına icazə verilir.

Yüklə 219,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin