Sual 1: Mexaniki hesablayici qurğular



Yüklə 219,47 Kb.
səhifə3/9
tarix31.10.2022
ölçüsü219,47 Kb.
#66897
1   2   3   4   5   6   7   8   9
suallar

IV nəsil 1985-ci ildən indiyə qədər böyük və çox böyük inteqral sxem (BIS, CBIS) texnologiyası ilə yaradılan kompüterləri əhatə edir. Bu cür inteqeral sxemlərdə bir yarımkeçirici kristalda 1000-a qədər sxem yerləşdirmək mümkün olur. Yəni bir BIS onlarla və yüzlərlə adi sxemlərin yerinə yetirdikləri funksiyaları yerinə yetirə bilir. Odur ki, kompüterin qabarit ölçüləri xeyli kiçilir (10-100 dəfələrlə), iş etibarlığı isə çoxalır. Əvvəlki nəsil kompüterlərdə əməli yaddaş (OY) əsasən maqnit nüvələrində qurulduğu halda, IV nasil kompüterlarda OY (statik və dinamik yaddaş) inteqral sxemlərində qurulur. Odur ki, OY-nin işləmə sürəti və tutumu xeyli artır. IV nəsil maşınları arasında mikro- və mini- kompüterlər xüsusi yer tuturlar. Mikro-kompüterlarin on geniş yayılmış növü isə fərdi kompüterlərdir (ingiliscə Personal Computer PC). Fərdi kompüterlər (FK) IV nəsil kompüterlərin ayrıca sinfini təşkil edirlər. Fərdi kompüterlərin yaradılması, geniş istehsalı və tətbiqi kompüter texnikasında inqilabi nailiyyət hesab olunur. Bunun bir neçə səbəbi var:
- FK ölçülərinə görə xeyli kiçik (hazırda onların stolüstü portativ və cib variantları var) va qiymatca çox ucuzdur, - texniki göstəricilərinə və imkanlarına görə III nəsil orta və kiçik kompüterlardan geri qalmır;
- köhnə kompüterlərlə əsasən bu sahənin mütəxəssisləri (proqramçılar, elektron mühəndisləri, operatorlar) işləyə bildiyi halda, fərdi kompüterlərdən kütləvi alət kimi (məsələn, televizor, maqnitofon və s.) hamı istifadə edə bilər;
- fərdi kompüter çox etibarlıdır və onunla ünsiyyət dialoq formasında aparıldığından, çox rahatdır.
Hazırda dünyada yüz milyonlarla fərdi kompüter elmdə, istehsalatda, tədrisdə və məişətdə tətbiq olunur. Fərdi kompüterlər və onların proqram təminatı ildən-ilə təkmilləşdirilir, yaxşılaşır və tətbiqi daha da genişlənir.
V və sonrakı nəsil- indinin və gələcəyin kompüterləri-yeni elektron texnologiyası ilə daha miniatür elementlərdə yığılır, daha yüksək məhsuldarlığa və iş etibarlığına malik olmaqla yanaşı, keyfiyyətcə aşağıdakı funksional tələblərə cavab verməlidirlər:
- biliklər bazaları ilə işləməyi təmin etmək və onun əsasında süni intellekt sistemlərinin təşkilinə imkan yaratmaq;
-kompüterin tətbiqini daha da asanlaşdırmaq üçün istifadəçi ilə nitq və görmə vasitəsilə ünsiyyəti təmin etmək;
-proqramların sintezinin avtomatlaşdırılması vasitəsilə proqram vasitələrinin yaradılması prosesini sadələşdirmək. Hazırda həm ənənəvi Neyman arxitekturası ilə, həm da perspektiv arxitektura və sxemotexnika ilə yeni nəsil kompüterlərin yaradılması sahəsində intensiv işlər aparılır. Bu arxitekturaların əsasını bir tərəfdən hesablama əməliyyatlarının paralel aparılması (matris və hüceyrəli proseslər, sistoloji strukturlar, neyron şəbəkələri və s.), digər tərəfdən isə hesablama proseslərinin verilənlərlə idarə olunması təşkil edir. Yeni arxitektura və sxemotexniki həllərlə yanaşı, inteqral sxemlərin istehsal texnologiyasının təkmilləşdirilməsi və optik prinsiplərlə qurulan optoelektron element bazasının yaradılması sahəsində də intensiv işlər aparılır. Kompüterin ölçüləri ildən-ilə kiçilir. Artıq FK-ın ölçüləri adi cib daftərçasi ölçülərinə qədər kiçilib. Hazırda FK maşınların, qurğuların, ev əşyalarının bir hissəsi kimi fəaliyyət göstərir.
Kompüterlərin yeni arxitekturasının yaradılması sahəsində böyük diqqət neyrokompüterlər layihəsinə yönəldilmişdir. Neyrokompüter real neyronların əsas xassələrini modellaşdirən neyron şəbəkəsi (formal neyronlarda strukturlar) anlayışına əsaslanır. Bio və ya opto elementlərdən istifadə olunmaqla uyğun olaraq bioloji və ya optik neyrokompüterlərin yaradılması nəzərdə tutulur. Tədqiqatçılar hesab edirlər ki, XXI əsrdə neyrokompüterlar intellektual imkanlarına görə ənənəvi kompüterləri xeyli ötacəklər. Mikroelektronikanın son nailiyyətləri və biotexnologiya əsasında element bazasının yaradılması biokompüterlərin reallaşdırılmasını mümkün edir.



Yüklə 219,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin